Məhkəmə qərarları › İş №1(045)-34/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-34/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-34/2023 31.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X3 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 24 yanvar 2023-cü il tarixdə saat 15:20 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən qarışıq mallar mağazasının küçə tərəfdən olan giriş qapısının açıq olmasından istifadə edərək əvvəlcə mağazaya, sonra isə giriş qapısından sağ tərəfdə qoyulmuş masanın alt hissəsindəki saxlanc yeri hesab olunan kassa kimi nəzərdə tutulmuş çəkməcəyə qanunsuz daxil olaraq orada olan göy rəngli pul kisəsinin içərisindəki Zərərçəkmiş şəxs məxsus 150 (yüz əlli) manat pulu gizli yolla talamaqla oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanımır, heç bir ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində yaşadığı Gəncə şəhərində avtovağzaldan Goranboy rayonu Quşçular kəndinə xalası Lətafətin evinə qonaq gəlmək məqsədi ilə avtobusa əyləşmiş, saat 14 radələrində Dəliməmmədli şəhərində olan dairənin yaxınlığında avtobusdan düşmüş, xalasıgilə getməzdən əvvəl Dəliməmmədli şəhərində yaşayan bacısı Abdullayeva Gülərin yaşadığı evə getmək qərarına gəlmişdir. Buna görə avtobusdan düşdüyü yerdən piyada Dəliməmmədli şəhərindən keçən dəmiryolu xəttinə doğru hərəkət etmiş, sonra bacısıgilə getmək qərarından daşınmış, yenidən xalasıgilə getmək qərarına gəlmişdir. Buna görə piyada Goranboy rayonu Quşçular kəndinə doğru hərəkət etməyə başlamış, xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində Dəliməmmədli şəhərində Goranboy rayonu Quşçular və Düzqışlaq kəndlərinə gedən avtomobil yollarının kəsişməsinə çatan zaman Düzqışlaq kəndinə gedən avtomobil yolun sol tərəfində qab-qacaq, paltar satılan mağazanın giriş qapısının açıq olduğunu, mağazanın içərisində heç kimin olmadığını görmüş, mağazada heç kimin olmadığından istifadə edərək oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə mağazaya daxil olmuş, mağazanın giriş qapısından sağ tərəfdə olan masanın alt hissəsinə quraşdırılmış çəkməcənin bir hissəsinin açıq olduğunu, çəkməcənin içərisində göy rəngli pul kisəsini və həmin pul kisəsinin içərisində pul olduğunu görmüşdür. O, əl atıb həmin pul kisəsinin içərisində olan pulları götürmüş, lakin həmin zaman oradan nə qədər pul götürdüyünü bilməmiş, oğurladığı pulu əynində olan şalvarın cibinə qoyub mağazanın giriş qapısından çıxmış, mağazanın giriş qapısından təxminən 4-5 metr uzaqlaşan zaman mağazanın yerləşdiyi həyətyanı sahə tərəfə açıq olan qapısından kişi səsi ilə bir nəfərin qışqıraraq ona “dayan” dediyini eşitmişdir. Həmin şəxsin mağazanın sahibi olduğunu başa düşmüş və ara küçələrlə Dəliməmmədli şəhərinin mərkəzinə doğru qaçmağa başlamışdır. Həmin şəxs isə arxasınca “qaçma, dayan” deyərək gəlmiş, lakin ona çata bilmədiyi üçün yorulub dayanmış və geri qayıtmışdır. Bundan sonra Gəncə şəhərinə getmək istəmiş, törətdiyi hadisədən təxminən bir saat sonra Bakı-Qazax magistral yolunun Dəliməmmədli şəhərindən keçən hissəsinə getmiş, orada dayanıb Gəncə şəhərinə getmək üçün avtomobil gözləmişdir. Bu zaman polis əməkdaşlarının gəldiyini görmüş, polis əmkdaşlarını görən zaman qaçmağa başlamış, polis əməkdaşları arxasınca gələrək onu saxlamış və Goranboy RPŞ-yə gətirmişlər. Eyni zamanda ifadəsində mağazada heç kimin olmadığına əmin olduqdan sonra oradan oğurluq etmək qərarına gəldiyini, mağazaya daxil olub oğurluq etdikdən bir saat sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Goranboy rayon polis şöbəsinə gətirildiyini, polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən bir ədəd beş, yeddi ədəd isə bir manatlıq əskinaslardan ibarət cəmi 12 manat pul aşkar olunduğunu bildirmişdir. Həmçinin, Gəncə şəhərindən avtobusla Dəliməmmədli şəhərinə gələrkən axırıncı pulunu yol pulu kimi avtobus sürücüsünə vermiş, özünün başqa pulu qalmamış, məqsədi geri dönərkən xalası və yaxud da bacısından pul almaq olmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs mağazasından oğurladığı pulun miqdarını bilmədiyini qeyd etmişdir. Pulun miqdarını rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman bilmişdir və qeyd etmişdir ki, ola bilər ki, Zərərçəkmiş şəxs mağazasından həqiqətən də 150 manat pul oğurlamışdır. O, üzərindən aşkar olunan puldan başqa qalan pulları oradan həyəcanlı vəziyyətdə qaçıb uzaqlaşarkən, təxminən 1 saat ərzində həmin ərazidə ara küçələrlə dolaşıb mərkəzi yola çıxmağa çalışarkən hansısa şəraitdə itirib-itirmədiyini bilməmişdir. Həmçinin, mağazadan oğurladığı puldan heç yerə xərcləməmişdir. Bundan başqa mağazaya oğurluq məqsədi ilə daxil olan zaman mağazada və ətrafda heç kim olmamış, mağazada heç kimin olmadığından istifadə edib oğurluq etmişdir. Mağazada və ya ətrafda kimsə olsa idi, oradan oğurluq edə bilməyəcəyini qeyd etmişdir. Zərərçəkmiş şəxs mağazasından oğurluq etməyindən heç kimin məlumatı, kimsənin ona oğurluq hadisəsini törətməkdə hər hansı formada köməkliyi, əlbirliyi olmamış, oğurluq hadisəsini tək törətmişdir. Əlavə olaraq qeyd etdi ki, o, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs mağazasından etdiyi oğurluqdan əlavə heç bir cinayət hadisəsi törətməmişdir. Yekunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç yerdə işləmir, Goranboy rayonu Dəliməmmədli şəhərində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində mağaza açmış, övladları ilə birlikdə həmin mağazada işləyir. Mağazada qarışıq mallar satdıqlarını, günün bəzi saatlarında özünün, özü olmayanda isə oğlu Şahid1 mağazada olduğunu, gələn müştərilərə istədikləri məhsulları satdıqlarını demişdir. Mağazanın həm küçədən, həm də həyətyanı sahələrində giriş qapısı vardır. Mağazaya müştərilər az-az gəldiyi üçün daimi olaraq mağazada olmadıqlarını, lakin mağaza açıq olduğunu, həm mağazanın küçəyə, həm də həyətyanı sahələrinə açılan qapısını açıq olduğunu qeyd etmişdir. Həyətyanı sahələrinə açılan qapı açıq olan zaman mağazada olmasalar da həyətyanı sahələrindən mağazanın içərisini rahat gördüklərini qeyd etmişdir. Həmçinin, mağazaya gələn müştərilərin çoxu onları tanıdığı üçün mağazada olmayan zaman onları çağıraraq istədikləri məhsulları aldıqlarını bildirmişdir. Mağazanın küçə hissədən olan giriş qapısından mağazaya daxil olanda sağ tərəfdə stol qoymuş, həmin stolun alt hissəsində iki ədəd alt-üst çəkməcə vardır. Üst hissədə olan çəkməcəni kassa kimi istifadə etdiyini, çəkməcənin içərisinə göy rəngli pul kisəsi qoyduğunu, gündəlik alverin pulunu çəkməcənin içərisində olan pul kisəsinə yığdığını demişdir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə saat 15 radələrinədək olan alverin pulunu, ümumilikdə 150 manat pulu çəkməcənin içərisində olan göy rəngli pul kisəsinin içərisinə qoymuş, çəkməcəni örtmüş, lakin çəkməcənin kilidi olmadığı üçün kilidləməmişdir. xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində oğlu Şahid1 həyətyanı sahələrində iş gördüyünü, mağazanın hər iki qapısının açıq olduğunu bildirmişdir. Alişanın mağazanın həyətyanı sahələrindən olan giriş qapısının yaxınlığında dayandığını, mağazaya girib-çıxan şəxsləri gördüyünü qeyd etmişdir. Təxminən Alişan mağzanın giriş qapısından 8-10 metr aralıda olmuşdur. Bu zaman anidən Alişan qışqırmış, mağazadan bir nəfər şəxsin çıxdığını, həmin şəxsin pulu oğurlayıb çıxdığını demişdir. O, mağazaya doğru getmiş, Alişan həmin şəxsə “dayan” deyərək səslənmiş, lakin həmin şəxs Alişanın dayan deməsinə baxmayaraq, qaçmağa başlamışdır. Alişan həmin şəxsi tutmaq məqsədi ilə arxasınca qaçmış, lakin təxminən 10 dəqiqə sonra geri qayıtmış, həmin şəxsi tuta bilmədiyini bildirmişdir. Sonra Dəliməmmədli şəhəri ərazisində xidmət aparan polis əməkdaşlarına yaxınlaşıb mağazasından bir nəfər şəxsin oğurluq etdiyini demiş, bundan sonra post patrul xidmətinin əməkdaşları Goranboy RPŞyə zəng edərək hadisə barədə məlumat vermişlər. Təxminən 25 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, onun ərizəsini almışlar, hadisə yerinə baxış keçirmişlər. Sonra polis əməkdaşları ilə birlikdə izahat vermək üçün Goranboy rayon polis şöbəsinə gəlmişdir. Goranboy rayon polis şöbəsinə gəldikdən sonra mağazasından oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs tanımadığını, onunla düşmənçiliyi, ədavəti olmadığını bildirmiş və sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Eyni zamanda bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində mağazada olmamalarından və mağazanın giriş qapısının açıq olmasından istifadə edərək Təqsirləndirilən şəxs mağazaya daxil olaraq mağazanın giriş qapısından sol tərəfdə yerləşən stolun altında olan çəkməcəni açaraq çəkməcənin içərisindəki göy rəngli pul kisəsinin içərisindən 150 manat pulunu oğurladığını oğurlamışdır. Oğurluq nəticəsində ona 150 manat maddi ziyan dəymiş, əlavə olaraq mağazasından heç nə oğurlanmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs oğurladığı pulun iki günlük alverin pulu olduğunu, həmin pulun bir, beş, on və iyirmi manatlıq əskinaslardan ibarət olduğunu qeyd etmişdir. Yekunda Zərərçəkmiş şəxs bildirdi ki, təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam şəkildə ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, hazırda Goranboy PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 09:00-dan xx.xx.2023-cü il tarixə saat 21:00-dək Goranboy RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə dislokasiya üzrə Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində xidmətə cəlb olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 15:35 radələrində xidmətdə olarkən bir nəfər qadın sonradan adını bildiyi Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq ünvan 3 ünvanında yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən qarışıq mallar mağazasından bir nəfər tanımadığı şəxsin 150 manat pulunu oğurlayaraq qaçdığını bildirmişdir. Bundan sonra dərhal Goranboy RPŞ-nin NH-nə zəng edərək məlumat vermiş və istintaq-əməliyyat qrupunun hadisə yerinə gəlməsini istəmişdir. Zərərçəkmiş şəxs mağazasından oğurluq edən şəxsin qaçdığı istiqaməti onlara göstərmiş, bundan sonra Zərərçəkmiş şəxs mağazasından oğurluq edən şəxsi saxlayıb Goranboy RPŞ-yə gətirmək məqsədi ilə Dəliməmmədli şəhəri ərazisində hərəkət etməyə başlamışlar. Təxminən saat 16:25 radələrində Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu Dəliməmmədli şəhərindən keçən hissəsində, Gəncə şəhəri istiqamətində bir nəfər tanımadıqları şəxsin dayandığını görmüşlər. Həmin şəxsə yaxınlaşıb kim olduğunu, hansı məqsəd ilə orada dayandığını öyrənmək istəyəndə həmin şəxs onları görüb qaçmağa başlamışdır. Bu zaman onlar xidməti avtomobildən düşərək həmin şəxsin arxasınca qaçmış və həmin şəxsi saxlamışlar. Həmin şəxsdən onları görən zaman qaçmağının səbəbini soruşduqda, həmin şəxs Dəliməmmədli şəhərində mağazadan oğurluq etdiyini, bu səbəbdən qaçdığını bildirmişdir. Sonra həmin şəxsi Goranboy RPŞ-yə gətirmişlər. RPŞ-də həmin şəxsin şəxsiyyətini müəyyən edərək ünvan 4 ünvanında qeydiyyatda olan, əvvəllər törətdiyi cinayət əməllərinə görə bir neçə dəfə məhkum edilmiş Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Goranboy RPŞ-yə gətirmələri barədə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmişlər. İş üzrə şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 24 yanvar 2023-cü il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən qarışıq malar satılan mağazaya baxış keçirilmişdir. Həmin mağaza Goranboy rayonu Quşçular və Düzqışlaq kəndlərinə gedən avtomobil yolunun kəsişməsində yerləşir. Mağazanın həm küçəyə, həm də həyətyanı sahəyə açılan qapısı vardır. Mağazanın küçəyə olan hissəsi plastik və şüşə materialdan hazırlanmışdır. Baxış zamanı Zərərçəkmiş şəxs mağazada olmadığı müddət ərizndə bir nəfər naməlum şəxsin mağazanın giriş qapısının açıq olmasından istifadə edərək mağazada olan stolun altındakı çəkməcədən içərisində göy rəngli pul kisəsindən 150 manat pulu oğurlamışdır. Baxış zamanı maddi sübut əhəmiyyəti kəsb edəcək iz və ya əşya aşkar olunamış və götürülməmişdir; “Şübhəli şəxsin tutulması haqqında”xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd 5 manatlıq, yeddi ədəd 1 manatlıq olmaqla, ümumilikdə 12 manat pulları Zərərçəkmiş şəxs məxsus mağazadan oğurladığını bildirmişdir. Həmin pullar maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün bir ədəd ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırıldı; “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; “Üzləşdirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, bir daha təsdiq etmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” itizam qətimkan tədbiri seçilmişdir; “Maddi sübut qismində tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd beş manatlıq, yeddi ədəd bir manatlıq, ümumilikdə on iki manat pul iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs cinayət işi materialları və maddi sübutla tanış olduqdan sonra Zərərçəkmiş şəxs təhvil veriləcəyi nəzərə alınmışdır; Azərbaycan Respublikasının DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur; “Maddi sübutun zərərçəkmiş şəxsə təhvil verilməsi haqqında” protokoldan görünür ki, maddi sübut olan bir ədəd beş manatlıq, yeddi ədəd bir manatlıq, ümumilikdə on iki manat pul əskinasları Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır; Goranboy Rayon Məhkəməsinin 1(045)-34/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir; Goranboy Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Goranboy RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3 maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını; -yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Gəncə Şəhər İHB-nin 4 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə); -biri azyaşlı olmaqla iki övladının olmasını (əsas: iş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 171198 nömrəli doğum haqqında şəhadətnamənin surəti və Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 210648 nömrəli doğum haqqında şəhadətnamənin surəti). İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, həbsdə saxlanıldığı həbsdə saxlanıldığı 25 (iyirmi beş) gün (24 yanvar 2023-cü il - 26 yanvar 2023-cü il, 08 avqust 2023-cü il - 31 avqust 2023-cü il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli (CPM-162.1.2), iş üzrə maddi sübut – Təqsirləndirilən şəxs istintaq zamanı götürülmüş bir ədəd beş manatlıq, yeddi ədəd bir manatlıq, ümumilikdə on iki manat pul əskinasların Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi2 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə məhkəmədə iştirak etdiyi 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 25 (iyirmi beş) gün (24 yanvar 2023-cü il - 26 yanvar 2023-cü il, 08 avqust 2023-cü il - 31 avqust 2023-cü il) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə (25 (iyirmi beş) gün = 1 (bir) ay 20 (iyirmi) gün) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 1 (bir) il 10 (on) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs istintaq zamanı götürülmüş bir ədəd beş manatlıq, yeddi ədəd bir manatlıq, ümumilikdə on iki manat pul əskinasların Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. Vəkil Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar