Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-35/2024 13.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 244.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvası təşkil etmiş, saxlamış və bu məqsədlər üçün “Körpü” adlı kafenin həyətində yerləşən otağı vermişdir. Belə ki, Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədi ilə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil etməklə, saxlamaqla, yəni şifahi razılıq əsasında işlətdiyi Goranboy rayonu, Ağcakənd qəsəbəsində yerləşən “Körpü” adlı kafenin həyətində yerləşən otağı cinsi əlaqədə olmaq üçün çarpayı, hamam, yataq dəsti və digər məişət avadanlıqları ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə salmaqla əxlaqsız yuva təşkil etmiş və oranın idarəçiliyini həyata keçirməklə mühafizəsini təmin edərək saxlamış, 11 mart 2024-cü il tarixdə saat 18 radələrində Şahid2 Şahid1 ilə cinsi əlaqədə olması üçün 25 manat pul vəsaitini həmin kafedə gözətçi işləyən və onun cinayətkar əməlindən xəbərdar olmayan Şahid3 vasitəçiliyi ilə aldıqdan sonra kafenin otağını onların cinsi əlaqədə olmaları üçün istifadələrinə vermiş, bundan sonra Təqsirləndirilən şəxs fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuva təşkil edərək saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 11 mart 2024-cü il tarixdə saat 18:30 radələrində Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Goranboy rayonu Ağcakənd qəsəbəsində yerləşən “Körpü” adlı kafenin həyətində yeləşən otağa baxış keçirilən zaman Şahid2 və Şahid1 həmin otaqda cinsi əlaqədə olan zaman aşkar edilmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən etibarən Goranboy rayonu, Ağcakənd qəsəbəsində yerləşən “Körpü” adlı kafeni şifahi icarə müqaviləsi əsasında işlədir. Həmin kafedə 2 ədəd ev vardır, həmin evlər qonaqların gecələməsi üçün nəzərdə tutulmuşdur. Şahid1 və Şahid2 tanımır, onlarla heç bir münasibəti yoxdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində Şahid1 öz istifadəsində olan telefonla onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək tanışı olan Gülmira adlı qadınla istirahət etmək üçün ev lazım olduğunu bildirmişdir. O isə şəraitli olan otaqlardan birini onlara cinsi əlaqədə olmaq üçün verə biləcəyini və otağın qiymətinin 30 manat olduğunu bildirmişdir. Adil isə ona 20 manat verə biləcəyini bildirmiş və onlar 25 manata öz aralarında razılaşmışlar. Bundan sonra, o, həmin kafedə gözətçi işləyən dayısı Şahid3 zəng edərək kafeyə bir qız və oğlan gələcəyini, onları 25 manat aldıqdan sonra otağa yerləşdirməsini demişdir. Bundan sonra, o, uzaqda olduğu üçün kafeyə gedə bilməmişdir. Bir qədər sonra Adil ona zəng edərək onları polislərin tutduğunu bildirmişdir. O, qanun pozuntusuna yol verdiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. O, əvvəllər həmin otaqlarda heç kimin cinsi əlaqədə olmasını təşkil etmədiyini, Adil adlı oğlan ona zəng edən zaman pula ehtiyacı olduğu üçün onunla razılaşdığını və 25 manat pul müqabilində həmin otaqda qadınla görüşməsini təşkil etdiyini bildirmişdir. Hazırda əməlindən peşmandır, bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər sakini Şahid2 5 ildir ki tanıyır. Onunla qeyri-rəsmi münasibəti var, hər ikisi də subaydır. Gülmira ilə onun münasibətləri telefon vasitəsilə olur. Görüşmək istəyən zaman mobil telefon ilə əlaqə saxlayırlar. Onun özünə məxsus Mercedes markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, Gülmira ilə cinsi münasibətdə olmaq üçün onunla əlaqə saxlayıb öz aralarında görüşəcəkləri yeri planlaşdırır və görüşürlər. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində o, Gülmiraya zəng edib telefonla danışan zaman görüşmək qərarına gəlmişdir. Həmişə olduğu kimi onunla danışdıqdan sonra Gülmira Gəncə şəhərindən Goranboya gəlmiş, o isə idarə etdiyi maşınla yaşadığı Tərtər rayonundan çıxaraq Goranboy rayonuna gəlmişdir. Goranboy rayonunda görüşdükdən sonra Gülmira onun maşınına əyləşmiş, onlar avtomobillə Goranboy rayonu Ağcakənd qəsəbəsi istiqamətində hərəkətdə olan zaman qutab yemək və cinsi əlaqədə olmaq üçün Ağcakənd qəsəbəsinə getmək qərarına gəlmişlər. Onlar yol kənarında olan kafelərin birindən 2 ədəd göy qutabı alıb yedikdən sonra cinsi əlaqədə olmaq üçün Ağcakənd qəsəbəsində yerləşən “Körpü” kafesinə getməyi planlaşdırmışlar. Yolda hərəkətdə olarkən, o, Fizulinin istifədəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlayaraq ona Ağcakənd qəsəbəsinə gəldiyini və Gülmira ilə birgə həmin kafedə yerləşən otaqların birində istirahət etmək istədiklərini bildirmişdir. Fizuli isə ona boş otağının olduğunu, lakin otağın yer haqqı kimi qiymətinin 30 manat olduğunu bildirmişdir. O isə Fizuliyə 25 manat pul verə biləcəyini bildirmiş və onlar razılaşmışlar. Füzuli hətta ona hal-hazırda həmin kafedə olmadığını, orada mühafizəçinin olduğunu, mühafizəçinin onları qarşılacayacığını və 25 manatı ona verməli olduğunu bildirmişdir. Bundan sonra onlar 17:20 radələrində Ağcakənd qəsəbəsində yerləşən “Körpü” kafesinə daxil olmuşlar. Mühafizəçi adını sonradan bildiyi Xalıq adlı şəxs onları qarşılamışdır. O, Xalıq adlı şəxsə Gulmira ilə cinsi əlaqədə olmaqdan ötrü onlara qapalı otaq verməsi üçün 25 manat pul verməli idi, lakin bu barədə Xalıqın heç bir məlumatı olmamışdır. O, Xalıq adlı şəxsə yer haqqı kimi 25 manatı vermiş, Fizuli isə Xalıq adlı şəxsə məlumat verdiyi üçün Xalıq onları gözləmişdir. O, Xalıqa 25 manatı verdikdən sonra həmin otağa daxil olmuşlar. Gulmira ilə cinsi əlaqədə olmaq üçün paltarlarını soyunaraq otaqda olan çarpayıya uzanmışlar. Onlar cinsi əlaqədə olduqdan sonra hamam otağına daxıl olmuş, hamamdan çıxıb qurulanaraq söhbət edən zaman saat təxminən 18:30 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşları onların olduqları otağa daxil olmuşlar. Polis əməkdaşları onlara nə məqsədlə otaqda olduqlarını, yer haqqı kimi kimə, nə qədər pul verdiyini soruşmuşlar, o, isə olanları olduğu kimi polislərə bildirmişdir. Bundan sonra həmin otağa baxış keçirilməyə başlanmış, polis əməkdaşları onlara hansı yataqda cinsı əlaqədə olduqlarını soruşmuş, onlar isə həmin çarpayını təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Goranboy rayonu, Ağcakənd qəsəbəsində yerləşən “Körpü” kafesini bacısı oğlu Təqsirləndirilən şəxs icarə əsasında işlədir. O, həmin kafenin gözətçisi işləmişdir. Goranboy rayonu, Ağcakənd qəsəbəsində yerləşən “Körpü” adlı kafeni həyətində 3 ədəd gecələmək üçün evlər vardır. Həmin evlər qonaqların gecələməsi üçün nəzərdə tutulmuşdur. Şahid1 və Şahid2 tanımır, onlarla heç bir münasibəti yoxdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində Fizuli ona zəng edərək kafeyə iki nəfər qonaq gələcəyini və onları evlərdən birində yerləşdirməyi demişdir. Bundan başqa, həmin şəxslərin evdə qalmaq müqabilində 25 manat pul verəcəklərini və həmin pulu götürüb özündə saxlamağını demişdir. O da razılaşmışdır. Bir qədər sonra sonradan adlarının Gülmira və Adil olduğunu bildiyi şəxslər kafeyə gəlmişlər. O da həmin şəxslərdən 25 manatı aldıqdan sonra onları kafenin həyətində yerləşən evlərdən birinə yerləşdirmişdir. Bir qədər sonra polis əməkdaşları kafeyə gəlmiş və onun verdiyi evə baxış keçirmişlər. Bundan sonra polis əməkdaşları ondan evi nə məqsədlə Adil və Gülmiraya verdiyini soruşmuş, o isə polis əməkdaşlarına Fizulinin sözü ilə evi onlara verdiyini, 25 manat pulun onda olduğunu və təqdim edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 11 mart 2024-cü il tarixdə Goranboy rayon sakini Təqsirləndirilən şəxs Goranboy rayonu, Ağcakənd qəsəbəsində yerləşən “Körpü” adlı kafedə əxlaqsızlıq yuvası təşkil etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumatı rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri isə o və Goranboy RPŞ-nin xidmət üzrə rəis müavini X1 ibarət olmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə saat 18:30 radələrində xidməti avtomobillə Rüfət Quliyevlə birlikdə Goranboy rayonu, Ağcakənd qəsəbəsində yerləşən “Körpü” adlı kafeyə yollanmışlar. Kafenin həyətində yerləşən girişdən sol tərəfdə yerləşən otağa getmişlər. Həmin evə daxil olmuş və baxış keçirməyə başlamışlar. Baxış keçirilən zaman videoçəkilişdən istifadə edilmişdir. Baxış zamanı evin içərisində iki ədəd çarpayı, 4 ədəd stul, 1 ədəd masa, hamam otağı ilə təchiz olunduğunu görmüşlər. Otağa daxil olan zaman Gülmira və Adil adlı şəxsin evdə olduqları müəyyən edilmişdir. Sorgu zamanı həmin şəxslər evə cinsi əlaqədə olmaq məqsədi ilə gəldiklərini, otaqda qalmaq üçün yerin sahibi Fizuli ilə danışdıqlarını, evdən istifadə müqabilində Fizuliyə verilməsi üçün Xalıqa 25 manat pul veriklərini bildirmişlər. Bundan sonra, bu barədə protokol tərtib olunmuş və iştirakçılarla birlikdə protokolu imzalamışdır. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları tamamilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 13 mart 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə cinayət işi başlanılmış, həmin cinayət işinə ********* nömrəsi verilmişdir; “Götürülmə aparılması haqqında” 11 mart 2024-cü il tarixli qərardan və eyni tarixli protokoldan görünür ki, Şahid3 təqdim etdiyi 1 ədəd 5 manatlıq və 1 ədəd 20 manatlıq pul əskinazları olmaqla, ümumilikdə 25 manat məbləğində pul əskinazları cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; “Baxış keçirilməsi haqqında” 11 mart 2024-cü tarixli protokoldan görünür ki, baxış üçün gəldiyim yer Goranboy rayonu Veyisli kəndində yaşayan Şahid3 nəzarət etdiyi Goranboy rayonu Ağcakənd qəsəbəsində yerləşən “Körpü” kafesidir. Goranboy rayonu Ağcakənd qəsəbəsində yerləşən bu kafenin girişində ətrafı dəmir tutacaqlarla əhatə olunmuş körpü mövcuddur. Qeyd edilən körpünün aşağı hissəsindən çay keçir. Orada üç ədəd qapalı otaq mövcuddur. Həmin otaqların içərisində bir ədəd yataq çarpayı, bir ədəd masa, ətrafında dörd ədəd stul mövcuddur. Bundan əlavə, həmin otaqda hamam otağı da mövcuddur. Otaqların hər birinin divarlarının rəngi göydür. Həmin otaqlar köhnə tikilidir. Goranboy rayonunun Ağcakənd qəsəbəsində yerləşən “Körpü” kafesi dağın ətəyində yerləşir. Hadisə yerinə baxış təbii işıqlandırma şəraitində həyata keçirilmişdir. Hadisə yerinin foroşəkilləri “Panasonic” markalı fotoaparatla çəkilərək tərtib olunmuş protokola əlavə olunmuşdur. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Qeyd: baxış zamanı Şahid3 “Körpü“ kafesinin həyətində ən solda yerləşən evi göstərərək həmin evi 25 manat pul aldıqdan sonra kafenin icarədarı Təqsirləndirilən şəxs göstərişi ilə bir qız və bir oğlana icarəyə verdiyini bildirdi. Bundan sonra onlar həmin otağa dəmir qapıdan daxil olmuşlar. Otağın girişinin sağ tərəfində hamam otağı, bir ədəd otaqda iki nəfərin rahatlıqla yata biləcəyi çarpayı, həmin çarpayının üzərində yorğan və döşək də müəyyən olunmuşdur. Həmin vaxt otaqda olan Şahid1 və Şahid2 cinsi əlaqədə olmaq üçün otaqla təchiz olunmaq məqsədilə Təqsirləndirilən şəxs ilə razılaşdıqlarını və bundan sonra kafedə gözətçi işləyən Şahid3 25 manat verdiklərini bildirmişlər. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 244.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). CM-in 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində göstərilən «əxlaqsızlıq yuvaları» ifadəsi fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış, bu məqsədlə ödənişli və ya ödənişsiz əsaslarla istifadə olunan yaşayış və ya qeyri-yaşayış sahəsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət tərkibi əxlaqsızlıq yuvalarının təşkil edilməsi, saxlanılması və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsi müvafiq olaraq həmin əməllər üçün bu Qərarda qeyd olunan əlamətlər mövcud olduqda yaranır və həmin əməllərin hər hansı birinin bir dəfə törədilməsi bu maddə ilə cinayət tərkibini yaradır. Həmin qərarda göstərilmişdir ki, əxlaqsızlıq yuvalarının təşkil edilməsi fahişəliklə məşğul olmaq üçün istifadə etmək məqsədi ilə ev, bina və sair yer axtarma (alma, icarəyə götürmə), onu yararlı vəziyyətə gətirmə və uyğunlaşdırma (təmir etmə, mebel, məişət avadanlığı və sair ilə təchiz etmə), fahişəliklə məşğul olan şəxsləri, eləcə də müştəriləri seçmə hərəkətlərinin yerinə yetirilməsi hesab edilir. Əxlaqsızlıq yuvaları yaşayış (ev, mənzil, bağ) və ya qeyriyaşayış (qaraj, tikililərin zirzəmisi, çardağı), o cümlədən stasionar (ev) və ya səyyah (gəminin kayutası, qatarın kupesi və s.) yerlərdə təşkil oluna bilər. Qanunverici əxlaqsızlıq yuvasının fəaliyyətə başlayıb- başlamamasından asılı olmayaraq, onun təşkil edilməsinə görə cinayət məsuliyyəti müəyyən etmişdir. Belə ki, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılır. Əxlaqsızlıq yuvaları saxlanılması isə onun təşkil edilməsindən sonra fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış yerin fəaliyyəti ilə bağlı xərclərin ödənilməsini, həmin yerin ödənişli və ya pulsuz verilməsini və onun fəaliyyətini təmin etmək üçün digər tədbirlərin (yerin təmizlənməsi, mühafizənin, yataq dəstləri və s. təmin edilməsi) görülməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 244.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; -qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə); İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 244.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin Maliyyə hissəsinə depozitə verilmiş 25 (iyirmi beş) manat pul vəsaiti cinayət yolu ilə əldə edilən əmlak olduğundan CM-in 99-1.1.2-ci maddəsinin tələbləri baxımından həmin pul vəsaiti xüsusi müsadirə olunmalıdır. Belə ki, sözügedən maddənin tələblərinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 244.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin Maliyyə hissəsinə depozitə verilmiş 25 (iyirmi beş) manat pul vəsaiti xüsusi müsadirə olunmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatı üçün cəmi 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin Maliyyə hissəsinə depozitə verilmiş 1 ədəd 20 (iyirmi) manatlıq və 1 ədəd 5 (beş) manatlıq pul əskinazları, cəmi 25 (iyirmi beş) manat pul vəsaiti xüsusi müsadirə edilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatı üçün cəmi 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-35/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-35/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver