Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-36/2023 11.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X34 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, təqsirləndirilən şəxs X6 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Kəlbəcər rayonunun İlyaslar kəndində qeydiyyatda olmaqla, Goranboy rayonu Yeni Veyisli qəsəbəsi ev 104-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxxxxxx 1999-cu ildə Goranboy rayonunun Veyisli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Kəlbəcər rayonunun Bağırlı kəndində qeydiyyatda olmaqla, Goranboy rayonunun Veyisli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx xxxx 1999-cu il tarixdə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Lev kəndində qeydiyyatda olmaqla, Goranboy rayonu Veyisli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3, xx xxxxxxx 1998-ci ildə Goranboy rayonunun Veyisli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonunun İlyaslar kəndində qeydiyyatda olan və Goranboy rayonunun Veyisli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 dekabr 2022-ci il tarixdə saat 00:30 radələrində tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Davud oğlu ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib piyada Goranboy rayonu Yeni Veyisli qəsəbəsi 557 nömrəli ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, həyətdə yerləşən tövlənin giriş qapısının qarşısına gəlib kənar şəxs gələrsə ona və Təqsirləndirilən şəxs2 xəbər vermək üçün Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ətrafı müşahidə etmiş, o, isə Təqsirləndirilən şəxs2la birlikdə tövləyə yaxınlaşaraq tövlənin taxta materialdan olan giriş qapısına söykədilmiş vəziyyətdə olan torlu çarpayını kənara çəkdikdən sonra Təqsirləndirilən şəxs2 əlləri ilə tövlənin qapısını itələyib içəriyə qanunsuz daxil olmuş, o, isə tövlənin taxta materialdan olan giriş qapısının önündə dayanmış, Təqsirləndirilən şəxs2 tövlədən hər birinin dəyəri 208 manat, diri çəkisi isə 32 kiloqram olan altı baş dişi cinsli keçini, bir baş erkək və beş baş dişi cinsli qoyunları, ümumilikdə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 2496 manat dəyərində on iki baş xırda buynuzlu heyvanlarını gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 dekabr 2022-ci il tarixdə saat 00:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib piyada Goranboy rayonu Yeni Veyisli qəsəbəsi 226 nömrəli ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, həyətdə yerləşən tövlənin giriş qapısının qarşısına gəlib orada Təqsirləndirilən şəxs2 yerdən götürdüyü şüşə parçası ilə tövlənin giriş qapısını bağlayan kəndiri kəsməsindən sonra sonuncu ilə birlikdə tövləyə qanunsuz daxil olaraq zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 diri çəkisi 170 kiloqram olan 1105 manat dəyərində bir baş erkək cinsli danasını bağlı olduğu yerdən açıb gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 yanvar 2023-cü il tarixdə saat 01 radələrində tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Davud oğlu ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib piyada Goranboy rayonu Yeni Veyisli qəsəbəsi 229 nömrəli ünvanda yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evin yaxınlığına gəlib kənar şəxs gələrsə onlara xəbər vermək üçün Təqsirləndirilən şəxs4 orada dayanıb ətrafı müşahidə etmiş, o isə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə tövlənin əhatə olunduğu tor hasarın qapısından əvvəlcə həyətə, oradan isə tövlənin giriş qapısını açıb tövləyə qanunsuz daxil olaraq hər birinin dəyəri 260 manat, diri çəkisi isə 40 kiloqram olan on bir baş dişi cinsli və bir baş erkək cinsli qoyunları, ümumilikdə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 3120 manat dəyərində on iki baş xırda buynuzlu heyvanlarını gizli yolla talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 dekabr 2022-ci il tarixdə saat 00:30 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Davud oğlu ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib piyada Goranboy rayonu Yeni Veyisli qəsəbəsi 557 nömrəli ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, həyətdə yerləşən tövlənin giriş qapısının qarşısına gəlib kənar şəxs gələrsə ona və Təqsirləndirilən şəxs1 xəbər vermək üçün Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ətrafı müşahidə etmiş, o, isə Təqsirləndirilən şəxs1 ilə birlikdə tövləyə yaxınlaşaraq tövlənin taxta materialdan olan giriş qapısına söykədilmiş vəziyyətdə olan torlu çarpayını kənara çəkdikdən sonra, Təqsirləndirilən şəxs1 tövlənin taxta materialdan olan giriş qapısının önündə dayanmış, o, isə əlləri ilə tövlənin qapısını itələyib içəriyə qanunsuz daxil olaraq tövlədən hər birinin dəyəri 208 manat, diri çəkisi isə 32 kiloqram olan altı baş dişi cinsli keçini, bir baş erkək və beş baş dişi cinsli qoyunları, ümumilikdə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 2496 manat dəyərində on iki baş xırda buynuzlu heyvanlarını gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 dekabr 2022-ci il tarixdə saat 00:30 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib piyada Goranboy rayonu Yeni Veyisli qəsəbəsi 226 nömrəli ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, həyətdə yerləşən tövlənin giriş qapısının qarşısına gəlib orada yerdən götürdüyü şüşə parçası ilə tövlənin giriş qapısını bağlayan kəndiri kəsdikdən sonra sonuncu ilə birlikdə tövləyə qanunsuz daxil olaraq zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 diri çəkisi 170 kiloqram olan 1105 manat dəyərində bir baş erkək cinsli danasını bağlı olduğu yerdən açıb gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 yanvar 2023-cü il tarixdə saat 01 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Davud oğlu ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib piyada Goranboy rayonu Yeni Veyisli qəsəbəsi 229 nömrəli ünvanda yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin yaxınlığına gəlib kənar şəxs gələrsə onlara xəbər vermək üçün Təqsirləndirilən şəxs4 orada dayanıb ətrafı müşahidə etmiş, o, isə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə tövlənin əhatə olunduğu tor hasarın qapısından əvvəlcə həyətə, oradan isə tövlənin giriş qapısını açıb tövləyə qanunsuz daxil olaraq hər birinin dəyəri 260 manat, diri çəkisi isə 40 kiloqram olan on bir baş dişi cinsli və bir baş erkək cinsli qoyunları, ümumilikdə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 3120 manat dəyərində on iki baş xırda buynuzlu heyvanlarını gizli yolla talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 dekabr 2022-ci il tarixdə saat 00:30 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Davud oğlu ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib piyada Goranboy rayonu Yeni Veyisli qəsəbəsi 557 nömrəli ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlənin yaxınlığına gəlib kənar şəxs gələrsə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xəbər vermək üçün Təqsirləndirilən şəxs4la birlikdə ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 ilə əvvəlcə həyətə, oradan isə tövləyə yaxınlaşıb tövlənin taxta materialdan olan giriş qapısına söykədilmiş vəziyyətdə olan torlu çarpayını kənara çəkdikdən sonra, Təqsirləndirilən şəxs1 tövlənin taxta materialdan olan giriş qapısının önündə dayanmış, Təqsirləndirilən şəxs2 isə əlləri ilə tövlənin qapısını itələyib tövləyə qanunsuz daxil olaraq tövlədən hər birinin dəyəri 208 manat, diri çəkisi isə 32 kiloqram olan altı baş dişi cinsli keçini, bir baş erkək və beş baş dişi cinsli qoyunları, ümumilikdə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 2496 manat dəyərində on iki baş xırda buynuzlu heyvanlarını gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 yanvar 2023-cü il tarixdə saat 01 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Davud oğlu ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib piyada Goranboy rayonu Yeni Veyisli qəsəbəsi 229 nömrəli ünvanda yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evin yaxınlığına gəlib kənar şəxs gələrsə onlara xəbər vermək üçün Təqsirləndirilən şəxs4 orada dayanıb ətrafı müşahidə etmiş, o, isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə tövlənin əhatə olunduğu tor hasarın qapısından əvvəlcə həyətə, oradan isə tövlənin giriş qapısını açıb tövləyə qanunsuz daxil olaraq hər birinin dəyəri 260 manat, diri çəkisi isə 40 kiloqram olan on bir baş dişi cinsli və bir baş erkək cinsli qoyunları, ümumilikdə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 3120 manat dəyərində on iki baş xırda buynuzlu heyvanlarını gizli yolla talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs4 Davud oğlu özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 dekabr 2022-ci il tarixdə saat 00:30 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib piyada Goranboy rayonu Yeni Veyisli qəsəbəsi 557 nömrəli ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlənin yaxınlığına gəlib kənar şəxs gələrsə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xəbər vermək üçün Təqsirləndirilən şəxs3 ilə birlikdə ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 ilə əvvəlcə həyətə, oradan isə tövləyə yaxınlaşıb tövlənin taxta materialdan olan giriş qapısına söykədilmiş vəziyyətdə olan torlu çarpayını kənara çəkdikdən sonra, Təqsirləndirilən şəxs1 tövlənin taxta materialdan olan giriş qapısının önündə dayanmış, Təqsirləndirilən şəxs2 isə əlləri ilə tövlənin qapısını itələyib tövləyə qanunsuz daxil olaraq tövlədən hər birinin dəyəri 208 manat, diri çəkisi isə 32 kiloqram olan altı baş dişi cinsli keçini, bir baş erkək və beş baş dişi cinsli qoyunları, ümumilikdə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 2496 manat dəyərində on iki baş xırda buynuzlu heyvanlarını gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 yanvar 2023-cü il tarixdə saat 01 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib piyada Goranboy rayonu Yeni Veyisli qəsəbəsi 229 nömrəli ünvanda yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin yaxınlığına gəlib kənar şəxs gələrsə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xəbər vermək üçün orada dayanıb ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə birlikdə tövlənin əhatə olunduğu tor hasarın qapısından əvvəlcə həyətə, oradan isə tövlənin giriş qapısını açıb tövləyə qanunsuz daxil olaraq hər birinin dəyəri 260 manat, diri çəkisi isə 40 kiloqram olan on bir baş dişi cinsli və bir baş erkək cinsli qoyunları, ümumilikdə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 3120 manat dəyərində on iki baş xırda buynuzlu heyvanlarını gizli yolla talamaqla oğurlamışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Davud oğlunu tanıyır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 onun tanışıdır. 15 dekabr 2022-ci il tarixdə saat 21 radələrində Goranboy rayonu Yeni Veyisli qəsəbəsində yerləşən Qüdrətə məxsus mağazanın yaxınlığında tanışı Təqsirləndirilən şəxs2la görüşüb söhbət etməyə başlamış, söhbət zamanı Səxavətlə maddi imkanlarının yaxşı olmamasından danışmışlar. Həmin vaxt Səxavət ona birlikdə oğurluq edib asan qazanc əldə etməyi təklif etmiş, o da Səxavətlə razılaşmış, bununla da onlar birlikdə oğurluq etmək barədə razılığa gəlmişlər. Razılaşmaya əsasən Səxavətlə iri və xırda buynuzlu heyvan oğurlamaq qərarına gəlmişlər. Bir az sonra isə Goranboy rayonu Veyisli kəndində yaşayan Cavid onun istifadəsində olan mobil telefonuna zəng vurub Elvinlə birlikdə onu Veyisli kəndində yerləşən körpünün yanında gözlədiyini demiş, o da Cavidə həmin yerə gələcəyini demiş, odur ki, Səxavətə işi olduğunu deyib Veyisli kəndində yerləşən körpünün yanına getmiş, Səxavət isə ilk görüşdükləri yerdə gözləmiş, Veyisli kəndində yerləşən körpünün yanında Cavid və Elvinlə görüşüb söhbət edərkən Cavid ona Elvinlə birlikdə hind quşu oğurlayaraq asan qazanc əldə etməyi təklif etmiş, o da Cavidlə razılaşmış və birlikdə hind quşu oğurlaya biləcəklərini bildirmiş, həmçinin Cavidlə Elvinə hind quşu oğurlamaqla bağlı tanışı Səxavəti də çağırmağı və dörd nəfər birlikdə oğurluq etməyi demiş, Cavid və Elvin də Səxavətlə birlikdə dördünün oğurluq etməsinə razı olduqlarını demişlər.O da buna görə həmin yerdən ayrılıb Yeni Veyisli qəsəbəsi istiqamətində gedən zaman Səxavətin yol ilə ona tərəf gəldiyini görmüş, həmin vaxt Səxavətlə yenidən görüşüb ona Cavid və Elvinin birlikdə hind quşu oğurlamağı təklif etdiklərini demiş, Səxavət isə Cavid və Elvinlə birlikdə dördünün oğurluq etməyinə razı olduğunu, lakin hind quşu əvəzinə iri və ya xırda buynuzlu heyvan oğurlamağı təklif etdiyi üçün Səxavətlə birlikdə yenidən Veyisli kəndində yerləşən körpünün yanına gəlib orada Cavid və Elvinlə birlikdə söhbət etməyə başlamışlar. İlkin söhbətə başlayıb Cavid və Elvinə birlikdə oğurluq etməyi barədə Səxavətə məlumat verdiyini və Səxavət birlikdə oğurluq etmək barədə razılığa gəldiyini demiş, həmçinin Cavid və Elvinə Səxavətin birlikdə hind quşu əvəzinə iri və ya xırda buynuzlu heyvanlar oğurlamağı təklif etdiyini demiş, Cavid və Elvin isə onunla razılaşmışlar. Bunun ardınca isə necə oğurluq edəcəklərini düşünərkən X42 qəsəbəsi ərazisində gəzinib tövlədə iri və ya xırda buynuzlu heyvan saxlamasından əmin olduqları şəxslərin yaşadığı evin həyətinə daxil olub tövlədən iri və ya xırda buynuzlu heyvanlar oğurlamağı təklif etmiş, o, Cavid və Elvin isə Səxavətlə razılaşmışlar.Bundan sonra dördü Veyisli kəndində yerləşən körpünün yanından çıxıb Yeni Veyisli qəsəbəsi ərazisində piyada gəzinərək həyətində tövlə olan fərdi yaşayış evlərini müşahidə etməyə başlamışlar.Bir qədər müddət keçdikdən sonra Goranboy rayonu Yeni Veyisli qəsəbəsində iri və ya xırda buynzlu heyvanların saxlanılacağı yerləri axtardıqda 15 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixə keçən gecə saat 00:30 radələrində Goranboy rayonu Yeni Veyisli qəsəbəsində sonradan Zərərçəkmiş şəxs1 məxsus olduğunu bildiyi tövlə olmasını görmüşlər. Orada tövlənin yaxınlığında yerdə xırda buynuzlu heyvanlara məxsus nəcis olmasını gördükdən sonra həmin tövlədə xırda buynuzlu heyvanların saxlanıldığını anlamışlar.Odur ki, Elvin, Cavid və Səxavətlə birlikdə həmin tövləyə daxil olaraq xırda buynuzlu heyvanlar oğurlamaq barədə razılaşmışlar. Bundan sonra Səxavətlə birlikdə tövlənin giriş qapısına yaxınlaşmış, Elvin və Cavid isə razılaşmaya əsasən yolda dayanıb ətrafa nəzarət etməyə başlamışlar.Belə ki, kimsə gəldiyində Cavid və Elvin Səxavətlə ona xəbər etməyi üzərlərinə götürmüş, Səxavətlə tövlənin giriş qapısına yaxınlaşdıqdan sonra tövlənin giriş qapısının taxta materialdan olmasını görmüşlər.Həmçinin taxta qapının üzərində üzəri torlu olan çarpayı olmuş, Səxavətlə həmin çarpayını birlikdə götürüb kənara qoyduqdan sonra Səxavət tövlənin giriş qapısını əli ilə itələyib açaraq tövlənin içərisinə daxil olmuş, o da tövlənin giriş qapısında gözləməyə başlamış, Səxavət içəridən ardıcıllıqla 12 baş xırda buynuzlu heyvaları çölə çıxarmış, o da tövlədən çıxan xırda buynuzlu heyvanları rəməyə tərəf ötürmüş, ümumilikdə tövlədən Səxavət 12 baş xırda buynuzlu heyvan çıxarmış, o da həmin 12 baş xırda buynuzlu heyvanları rəməyə tərəf ötürmüş, tövlədən çıxardığı 12 baş xırda buynuzlu heyvandan 6 başı keçi və 6 başı isə qoyun olmuş, Səxavət tövlədən çıxdıqdan sonra tövlənin içərisində qalmış digər heyvanlar çölə çıxmasın deyə tövlənin qapısını örtüb üzərinə torlu çarpayını qoymuşlar.Səxavətlə xırda buynuzlu 12 baş heyvanları dərhal satmaq istəmişlər. Odur ki, bu barədə Cavid və Elvinə məlumat vermişlər. Cavid və Elvin isə belə olan halda yaşadıqları evə getdiklərini xırda buynuzlu heyvanları satdıqdan sonra pullarının verilməsini demişlər.Buna görə də Elvinlə Cavid getmiş, o və Səxavət isə xırda buynuzlu 12 baş heyvanları Yeni Veyisli qəsəbəsində yerləşən körpünün yanında saxlamışlar. Həmin vaxt Səxavətə əvvəllər məhkumluğu bir yerdə keçirdiyi Tərtər rayonu Seydimli kənd sakini Şahid1 xırda buynuzlu heyvanları sata biləcəklərini demiş, odur ki, Səxavətə Samidlə telefonla danışmaq lazım olduğunu demiş, bunun ardınca isə Samidin telefonuna zəng etmiş, Samidlə telefonla danışan zaman altı qoyun, altı keçi olmaqla ümumilikdə 12 baş xırda buynuzlu heyvanların olduğunu və həmin heyvanları satmaq istədiyini demiş, Samid isə gəlib həmin 12 baş xırda buynuzlu heyvanları ala biləcəyini demiş, bir qədər sonra Samid Vaz 2103 markalı avtomobillə Səxavətlə onun xırda buynuzlu heyvanları saxladıqları yerə gəlmiş, Samid avtomobildən düşdükdən sonra Səxavət xırda buynuzlu heyvanları Samidə göstərib heyvanların özünə məxsus olmasını demiş, Samid xırda buynuzlu heyvanlara baxdıqdan sonra onlar xırda buynuzlu heyvanların hər birini 120 manata satdıqlarını demişlər.Samid isə xırda buynuzlu heyvanların arıq olduğunu deyib hər birini 120 manatdan almayacağını demiş, bunun ardınca isə Samid onlara xırda buynuzlu heyvanlara görə ümumilikdə 900 manat pul verə biləcəyini, həmin pul müqabilində 12 baş xırda buynuzlu heyvanları satmadıqları halda çıxıb gedəcəyini demiş, belə olan halda Səxavətlə birlikdə 900 manat pul müqabilində oğurladıqları 12 baş xırda buynuzlu heyvanları Samidə satmağa razılaşmışlar. Samid gəldiyi avtomobillə 12 baş xırda buynuzlu heyvanları yığıb 700 manat pulu verib getmiş, Samid getdikdən sonra isə Səxavətlə o, qəsəbədə yerləşən qəbirstanlığın yanına gedib orada Cavidin mobil telefonuna zəng vurub onu yanlarına çağırmış, az sonra Cavid Vaz 21015 markalı avtomobili ilə gəlmiş, həmin yerdə Səxavət cibindən 700 manat pulu çıxarıb birlikdə oğurladıqları 12 baş xırda buynuzlu heyvanları 900 manat pul müqabilində satdıqlarını, lakin xırda buynuzlu heyvanları alan şəxsin 700 manat pul verib 200 manat borclu qaldığını demiş, odur ki, bundan sonra 700 manat pulu Səxavət və Cavidlə üç yerə bölmüşlər. Elvin isə həmin vaxt yanlarında olmadığı üçün ona pul ayırmamışlar.Bunun ardınca isə Səxavət və o, Cavidin Vaz 21015 markalı avtomobilinə əyləşib Veyisli kəndinə gəlmişlər.Həmin yerdə avtomobildən düşüb yaşadığı evə yəni Yeni Veyisli qəsəbəsinə getmişdir. Bundan sonra 21 dekabr 2022-ci il tarixdə gündüz vaxtı Səxavət və Cavidlə görüşmüş, onlar birlikdə Cavidin avtomobili ilə bir qədər gəzindikdən sonra nahar etmişlər.Həmin vaxt Səxavətlə spirtli içki olan araq qəbul etmişlər.Sonra saat 17 radələrində Yeni Veyisli qəsəbəsində Cavid və Səxavətlə söhbət edən zaman Səxavətə birlikdə oğurluq etməyi təklif etmiş, lakin Cavidə bu təklifi etməmiş, sadəcə olaraq Cavid orada olduğu üçün bunu eşitmiş, Səxavət də onunla razılaşmış, Cavid də birlikdə oğurluq etmək barədə onlara bir söz deməmiş, Səxavətlə birlikdə oğurluq etmək barədə razılaşmış, Cavid də bundan sonra çıxıb getmiş, odur ki, Səxavətlə birlikdə oğurluq etmək barədə razılığa gəldikdən sonra iri və ya xırda buynuzlu heyvan oğurlamaq istədikləri üçün 21 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Yeni Veyisli qəsəbəsində görüşüb yenidən Yeni Veyisli qəsəbəsi ərazisində piyada gəzinərək həyətində tövlə olan fərdi yaşayış evlərini müşahidə etməyə başlamışlar. Bir qədər müddət keçdikdən sonra Goranboy rayonu Yeni Veyisli qəsəbəsində iri və ya xırda buynuzlu heyvanların saxlanılacağı yerləri axtardıqda 21 dekabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixə keçən gecə saat 00:30 radələrində Goranboy rayonu Yeni Veyisli qəsəbəsində yerləşən Tusi Mehdizadaəyə məxsus evin həyətində tövlə olmasını görmüşlər. Həmin yerdə tövlənin yaxınlığında yerdə iri buynuzlu heyvanlara məxsus nəcis olmasını gördükdən sonra tövlədə iri buynuzlu heyvanlar saxlanıldığını anlamışlar. Odur ki, Səxavətlə birlikdə həmin tövlənin yerləşdiyi həyətə daxil olub tövlənin giriş qapısına yaxınlaşmışlar. Tövlənin giriş qapısı taxta materialdan olmuş və qapı kəndirlə bağlanmış, Səxavət qapının bağlı olduğu kəndiri yerdən əlinə götürdüyü şüşə parçası ilə kəsib kənara atdıqdan sonra taxta qapını əlləri ilə açıb hər ikisi tövlənin içərisinə daxil olmuş, tövlənin içərsində dəqiq sayı yadında qalmasa da təxminən 5-6 baş iri buynuzlu heyvan olmuş, Səxavətlə tövlənin içərisində bağlı olan bir baş erkək cinsli danaya yaxınlaşıb həmin dananı bağlı olduğu yerdən açaraq tövlədən çölə çıxarmışlar. Tövlədən çıxdıqdan sonra isə qapını yenidən kəndirlə bağlamışlar. Bundan sonra isə Səxavətlə birlikdə həmin oğurladıqları bir baş erkək cinsli dananı Yeni Veyisli qəsəbəsində yerləşən dərəyə aparmışlar. Orada olarkən isə həmin bir baş erkək cinsli dananı satmaq istədikləri üçün Səxavətlə birlikdə Samidlə əlaqə saxlayıb bir baş erkək cinsli dana satdıqlarını demişlər.Samid gəlib həmin bir baş erkək cinsli dananı ala biləcəyini demiş, bundan sonra həmin yerdə Samidin gəlməsini gözləmişlər.Bir qədər sonra Samid Səxavətlə onun olduğu yerə gəlmiş, həmin vaxt Samidin yanında adını sonradan bildiyi Bəhruz olmuş, Samid və Bəhruz avtomobildən düşüb onlarla görüşdükdən sonra bir baş erkək cinsli danaya baxmışlar.Səxavət Samid və Bəhruza bir baş erkək cinsli dananın özünə məxsus olmasını demiş, Səxavət Samidə bir baş erkək cinsli dananı 500 manat pul müqabilində satdığını demiş, Samid isə həmin bir baş erkək cinsli danaya görə 350 manat pul verə biləcəyini demiş, Səxavət isə bununla razılaşmamış və dananı satmaq istəmədiyini demiş, o da Səxavətə həmin dananı satmasını demiş, bundan sonra da Səxavət bir baş erkək cinsli dananı satmaq qərarına gəldiyi üçün Samid 300 manat pul verib qalan 50 manatı sonra verəcəyini demiş, Səxavət və o, isə bununla razılaşmış, odur ki, Samid yanında gəldiyi Bəhruz, o və Səxavət bir baş erkək cinsli dananı Samidin gəldiyi avtomobilin arxa salonuna yerləşdirmişlər.Samid də bundan sonra Bəhruzla birlikdə çıxıb getmiş, bunun ardınca isə Səxavətlə əldə etdiyikləri 300 manat pulu öz aralarında 150 manat olmaqla iki hissəyə bölmüşlər. Sonra isə Səxavətlə sağollaşıb yaşadığı evə getmişdir.Bundan sonra 17 yanvar 2023-cü il tarixdə axşam saat 20 radələrində Goranboy rayonu Yeni Veyisli qəsəbəsində yerləşən Qüdrətə məxsus mağazanın yaxınlığında Cavidin avtomobilində Cavid və Elvinlə söhbət etmiş, Səxavət də həmin vaxt avtomobildən bir qədər aralıda dayanmış, Cavid və Elvin söhbət zamanı ona birlikdə oğurluq etməyi təklif etmiş, o da Cavid və Elvinə Səxavətlə danışmalı olduğunu deyib avtomobildən yerə düşüb Səxavətə yaxnlaşıb Cavidlə Elvinin birlikdə oğurluq etməyi təklif etdiklərini demiş, Səxavət də Elvin və Cavidlə birlikdə oğurluq etməyə razı olduğunu demiş, bundan sonra Səxavətlə birlikdə gəlib Cavidin Vaz 2107 markalı avtomobilində əyləşmişlər.Cavid avtomobili işə salıb onları Səxavətin evinə aparmış, həmin yerdə Elvin və Səxavətlə birlikdə avtomobildən düşmüş, Cavid isə avtomobili idarə edib yaşadığı ünvana getmiş, bir qədər sonra Cavid də piyada Səxavətin yaşadığı evə yanına gəlmiş, odur ki, birlikdə oğurluq etməyə qərar verdikləri üçün 17 yanvar 2023-cü il tarixdə saat 22 radələrindən başlayaraq Yeni Veyisli qəsəbəsi ərazisində piyada gəzinərək həyətində tövlə olan fərdi yaşayış evlərini müşahidə etməyə başlamışlar.Bir qədər müddət keçdikdən sonra Goranboy rayonu Yeni Veyisli qəsəbəsində iri və ya xırda buynzlu heyvanların saxlanılacağı yerləri axtardıqda 17 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixə keçən gecə saat 01 radələrində Goranboy rayonu Yeni Veyisli qəsəbəsində yolun kənarında yerləşən sonradan Zərərçəkmiş şəxs3 məxsus olduğunu bildikləri evin həyətində tövlə olmasını görmüşlər. Həmin yerdə tövlənin yaxınlığında yerdə xırda buynuzlu heyvanlara məxsus nəcis olmasını gördükdən sonra tövlədə xırda buynuzlu heyvanlar saxlanıldığını anlamışlar.Odur ki, həmin tövlədən xırda buynuzlu heyvanları oğurlamaq qərarına gəlmişlər.Bu vaxt Cavid yolda dayanıb müşahidə aparmağa başlamış, belə ki, Cavid yolda kimisə gördükdə onlar məlumat verməyi üzərinə götürmüş, ilk öncə Səxavət tövlənin əhatə olunduğu torlu hasarın qapısından içəriyə daxil olub tövlənin taxta materialdan olan qapısının açıb tövləyə girib çıxdıqdan sonra Elvinlə onu yanına çağırmış, buna görə də Elvinlə tövlənin əhatə olunduğu torlu hasarın qapısından içəriyə daxil olub Səxavətin yanına getmişlər.Bundan sonra Elvin, Səxavətlə birlikdə tövlənin içərisinə daxil olmuşlar. Tövlənin içərisində 12 baş xırda buynuzlu heyvan və bir baş uzunqulaq olmuş, Elvin, Səxavət və o, 12 baş xırda buynuzlu heyvanları tövlədən çıxardıqdan sonra tövlənin qapısını örtüb 12 baş xırda buynuzlu heyvanları tövlənin əhatə olunduğu torlu hasarın qapısından yola doğru çıxarıb yaxınlıqda olan dərəyə aparmışlar.Həmin yerdə isə Elvin, Səxavət və Cavidlə birlikdə xırda buynuzlu heyvanları saxlamış, həmin yerdə xırda buynuzlu heyvanları saxlayan zaman Elvinin mobil telefonu ilə Samidin mobil telefonuna zəng vurub 12 baş xırda buynuzlu heyvan satdığını demiş, Samid isə xırda buynuzlu heyvanların çəksinin necə olduğunu soruşmuş, o da Samidə 12 baş xırda buynuzlu heyvanların kök olduqlarını demiş, eyni zamanda Samidlə telefonda onunla yanaşı Elvin, Səxavət və Cavid də danışmış, onlar Samidə həmin 12 baş xırda buynuzlu heyvanların özlərinə məxsus olmasını demişlər. Samid də gəlib həmin heyvanları alacağını demiş, bir qədər sonra Samid avtomobili ilə onların olduğu yerə gəlmiş, Samid xırda buynuzlu heyvanlara baxdıqdan sonra onlar xırda buynuzlu heyvanların hər birini 100 manata satdıqlarını demişlər.Samiddə onlarla razılaşmışlar.Odur ki, Samid 12 baş xırda buynuzlu heyvanlara görə onlara 1200 manat pul vermiş, sonra isə Samid onların köməkliyi ilə 12 baş xırda buynuzlu heyvanları gəldiyi avtomobilin salonuna və baqajına yığıb getmiş, Samidin verdiyi 1200 manat pul isə Cavid, Elvin və Səxavətlə razılaşmalarına əsasən onda qalmış, belə ki, razılaşmaya əsasən pul onda qalmalı, sonra aralarında bölməli olmuşlar.Odur ki, 1200 manat pulu əynində olan şalvarı cibinə qoymuş, sonra isə sağollaşıb yaşadığı evə getmişlər. Evdə olan zaman oğurluq etdiyi vaxt əynində olan şalvarın cibindəki 1200 manat puldan 200 manatını xərcləmək üçün götürmüş, min manat pul isə oğurluq etdiyi vaxt əynində olmuş şalvarın cibində qalmış, səhəri gün isə anası onun oğurluq etdiyi vaxt əynində olmuş şalvarı yuduğu üçün 1000 manat pul şalvarın cibində yuyularaq yararsız hala düşdüyündən həmin yararsız 1000 manat pulu şalvarının cibindən götürüb evdəkilər bilməsin deyə yandırmışdır. Həmçinin Elvin, Səxavət və ya Cavidlə birlikdə heyvanları oğurlayıb Samidə satmaq barədə Samidlə aralarında heç bir razılaşma olmamış, Samidə heyvanları oğurlayıb satdıqları barədə məlumat verməmiş və ya onunla bu barədə razılaşmamışlar. Etdiyi əməldən peşimandır. O Elvin və Cavidlə birləşərək vurulmuş ziyanı ödəmişdir. Ziyanı ödədiyindən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Davud oğlunu tanıyır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 onun tanışıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la normal münasibəti olmuş, onlarla heç bir ədavəti və ya düşmənçiliyi olmamış, 15 dekabr 2022-ci il tarixdə saat 21 radələrində Goranboy rayonu Yeni Veyisli qəsəbəsində yerləşən Qüdrətə məxsus mağazanın yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 ilə görüşüb söhbət etməyə başlamış, söhbət zamanı Baloğlanla maddi imkanlarının yaxşı olmamasından danışmışlar.Həmin vaxt Baloğlana birlikdə oğurluq edib asan qazanc əldə etməyi təklif etmiş, Baloğlan da onunla razılaşmış, bununla da onlar birlikdə oğurluq etmək barədə razılığa gəlmişlər. Razılaşmaya əsasən Baloğlanla birlikdə iri və xırda buynuzlu heyvan oğurlamaq qərarına gəlmişlər.Bir az sonra isə Baloğlan ona işi olduğunu deyib Veyisli kəndində yerləşən körpü istiqamətində getməyə başlamış, o da ilk görüşdükləri yerdə Baloğlanı gözləmiş, bir qədər gözlədikdən sonra Baloğlan gəlmədiyi üçün o da Veyisli kəndində yerləşən körpü istiqamətində getməyə başlamış, yolda Baloğlanla qarşılaşmışlar.Həmin vaxt Baloğlan yaxınlaşıb ona Cavid və Elvin birlikdə hind quşu oğurlamağı təklif etdiklərini demiş, o da Baloğlanla Cavid və Elvinlə birlikdə dördünün oğurluq etməyinə razı olduğunu, lakin hind quşu əvəzinə iri və ya xırda buynuzlu heyvan oğurlamağı təklif etdiyi üçün birlikdə yenidən Veyisli kəndində yerləşən körpünün yanına gəlib orada Cavid və Elvinlə birlikdə söhbət etməyə başlamışlar.İlkin söhbətə Baloğlan başlayıb Cavid və Elvinə birlikdə oğurluq etməkləri barədə ona məlumat verdiyini və onun birlikdə oğurluq etmək barədə razılığa gəldiyini demiş, həmçinin Baloğlan Cavid və Elvinə birlikdə hind quşu əvəzinə onun iri və ya xırda buynuzlu heyvanlar oğurlamağı təklif etdiyini demiş, Cavid və Elvin isə Baloğlanla razılaşmışlar.Bunun ardınca isə necə oğurluq edəcəklərini düşünərkən Yeni Veyisli qəsəbəsi ərazisində gəzinib tövlədə iri və ya xırda buynuzlu heyvan saxlanılmasından əmin olduqları şəxslərin yaşadığı evin həyətinə daxil olub tövlədən iri və ya xırda buynuzlu heyvanlar oğurlamağı təklif etmiş, Baloğlan, Cavid və Elvin isə onunla razılaşmışlar.Bundan sonra dördü Veyisli kəndində yerləşən körpünün yanından çıxıb Yeni Veyisli qəsəbəsi ərazisində piyada gəzinərək həyətində tövlə olan fərdi yaşayış evlərini müşahidə etməyə başlamışlar.Bir qədər müddət keçdikdən sonra Goranboy rayonu Yeni Veyisli qəsəbəsində iri və ya xırda buynzlu heyvanların saxlanılacağı yerləri axtardıqda 15 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixə keçən gecə saat 00:30 radələrində Goranboy rayonu Yeni Veyisli qəsəbəsində rəmənin kənarında sonradan Zərərçəkmiş şəxs1 məxsus olduğunu bildiyi tövlə olmasını görmüşlər.Həmin yerdə tövlənin yaxınlığında yerdə xırda buynuzlu heyvanlara məxsus nəcis olmasını gördükdən sonra tövlədə xırda buynuzlu heyvanlar saxlanıldığını anlamışlar.Odur ki, Elvin, Cavid və Baloğlanla birlikdə həmin tövləyə daxil olaraq xırda buynuzlu heyvanlar oğurlamaq barədə razılaşmışlar.Bundan sonra Baloğlanla tövlənin giriş qapısına yaxınlaşmışlar.Elvin və Cavid isə razılaşmaya əsasən yolda dayanıb ətrafa nəzarət etməyə başlamışlar.Belə ki, kimsə gəldiyində Cavid və Elvin Baloğlanla ona xəbər etməyi üzərlərinə götürmüşlər.Baloğlanla birlikdə tövlənin giriş qapısına yaxınlaşdıqdan sonra tövlənin giriş qapısının taxta materialdan olmasını görmüşlər.Həmçinin taxta qaprının üzərində üzəri torlu olan çarpayı olmuş, Baloğlanla həmin çarpayını birlikdə götürüb kənara qoyduqdan sonra tövlənin giriş qapısını əli ilə itələyib açaraq tövlənin içərisinə daxil olmuş, Baloğlan isə tövlənin giriş qapısında gözləməyə başlamış, içəridən ardıcıllıqla 12 baş xırda buynuzlu heyvaları çölə çıxarmış, Baloğlan isə tövlədən çıxan xırda buynuzlu heyvanları rəməyə tərəf ötürmüş, ümumilikdə tövlədən 12 baş xırda buynuzlu heyvan çıxarmış, Baloğlan da həmin 12 baş xırda buynuzlu heyvanları rəməyə tərəf ötürmüş, tövlədən çıxardıqları 12 baş xırda buynuzlu heyvandan 6 başı keçi və 6 başı isə qoyun olmuş, tövlədən çıxdıqdan sonra tövlənin içərisində qalmış digər heyvanlar çölə çıxmasın deyə tövlənin qapısını örtüb üzərinə torlu çarpayını qoymuşlar.Baloğlanla birlikdə xırda buynuzlu 12 baş heyvanları dərhal satmaq istəmişlər.Odur ki, bu barədə Cavid və Elvinə məlumat vermişlər.Cavid və Elvin isə belə olan halda yaşadıqları evə gedəcəklərini xırda buynuzlu heyvanları satdıqdan sonra onların pulunu vermələrini demişlər.Buna görə də Elvinlə Cavid getmiş, o və Baloğlan isə xırda buynuzlu 12 baş heyvanları Yeni Veyisli qəsəbəsində yerləşən körpünün yanında saxlamışlar.Həmin vaxt Baloğlan ona əvvəllər məhkumluğu bir yerdə keçirdiyi Tərtər rayonu Seydimli kənd sakini Şahid1 xırda buynuzlu heyvanları sata biləcəklərini demiş, odur ki, Baloğlan ona Samidlə telefonla danışmaq lazım olduğunu demiş, bunun ardınca isə Baloğlan Samidin telefonuna zəng etmiş, Baloğlan Samidlə telefonla danışan zaman altı qoyun, altı keçi olmaqla ümumilikdə 12 baş xırda buynuzlu heyvanların olduğunu və həmin heyvanları satmaq istədiyini demiş, Samid isə gəlib həmin 12 baş xırda buynuzlu heyvanları ala biləcəyini demiş, bir qədər sonra Samid Vaz 2103 markalı avtomobillə Baloğlanla onun xırda buynuzlu heyvanları saxladıqları yerə gəlmiş, Samid avtomobildən düşdükdən sonra xırda buynuzlu heyvanları Samidə göstərib heyvanların özümə məxsus olmasını demiş, Samid xırda buynuzlu heyvanlara baxdıqdan sonra onlar xırda buynuzlu heyvanların hər birini 120 manata satdıqlarını demişlər.Samid isə xırda buynuzlu heyvanların arıq olduğunu deyib hər birini 120 manatdan almayacağını demiş, bunun ardınca isə Samid onlara xırda buynuzlu heyvanlara görə ümumilikdə 900 manat pul verə biləcəyini, həmin pul müqabilində 12 baş xırda buynuzlu heyvanları satmadıqları halda çıxıb gedəcəyini demiş, belə olan halda Baloğlanla birlikdə 900 manat pul müqabilində oğurladıqları 12 baş xırda buynuzlu heyvanları Samidə satmağa razılaşmışlar.Samid gəldiyi avtomobillə 12 baş xırda buynuzlu heyvanları yığıb 700 manat pulu verib getmiş, Samid getdikdən sonra isə Baloğlna birlikdə qəsəbədə yerləşən qəbirstanlığın yanına gedib orada Cavidin mobil telefonuna zəng vurub onu yanlarına çağırmışlar.Az sonra Cavid Vaz 21015 markalı avtomobili ilə gəlmiş, həmin yerdə cibindən 700 manat pulu çıxarıb birlikdə oğurladıqları 12 baş xırda buynuzlu heyvanları 900 manat pul müqabilində satdıqlarını, lakin xırda buynuzlu heyvanları alan şəxsin 700 manat pul verib 200 manat borclu qaldığını dmiş, odur ki, bundan sonra 700 manat pulu Baloğlan və Cavidlə üç yerə bölmüşlər.Elvin isə həmin vaxt yanlarında olmadığı üçün ona pul ayırmamışlar.Bunun ardınca isə Baloğlan və Cavidlə birlikdə Cavidin Vaz 21015 markalı avtomobilinə əyləşib Veyisli kəndinə gəlmişlər. Həmin yerdə avtomobildən düşüb yaşadığı evə getmiş, bundan sonra 21 dekabr 2022-ci il tarixdə gündüz vaxtı Baloğlan və Cavidlə görüşmüş, birlikdə Cavidin avtomobili ilə bir qədər gəzindikdən sonra nahar etmişlər.Həmin vaxt Baloğlanla spirtli içki olan araq qəbul etmişlər.Sonra saat 17 radələrində Yeni Veyisli qəsəbəsində Cavid və Baloğlanla söhbət edən zaman Baloğlan ona birlikdə oğurluq etməyi təklif etmiş, lakin Baloğlan Cavidə bu təklifi etməmiş, sadəcə olaraq Cavid yanlarında olduğu üçün bunu eşitmiş, o da Baloğlanla razılaşmış, Cavid də birlikdə oğurluq etmək barədə onlara bir söz deməmiş, Baloğlanla birlikdə oğurluq etmək barədə razılaşmışlar.Cavid də bundan sonra çıxıb getmiş, odur ki, Baloğlanla birlikdə oğurluq etmək barədə razılığa gəldikdən sonra iri və ya xırda buynuzlu heyvan oğurlamaq istədikləri üçün 21 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Yeni Veyisli qəsəbəsində görüşüb yenidən Yeni Veyisli qəsəbəsi ərazisində piyada gəzişərək həyətində tövlə olan fərdi yaşayış evlərini müşahidə etməyə başlamışlar. Bir qədər müddət keçdikdən sonra Goranboy rayonu Yeni Veyisli qəsəbəsində iri və ya xırda buynzlu heyvanların saxlanılacağı yerləri axtardıqda 21 dekabr 2022-ci il tarixdən 22 dekabr 2022ci il tarixə keçən gecə saat 00:30 radələrində Goranboy rayonu Yeni Veyisli qəsəbəsində yerləşən Tusi Mehdizadaəyə məxsus evin həyətində tövlə olmasını görmüşlər.Həmin yerdə tövlənin yaxınlığında yerdə iri buynuzlu heyvanlara məxsus nəcis olmasını gördükdən sonra tövlədə iri buynuzlu heyvanlar saxlanıldığını anlamışlar.Odur ki, Baloğlanla birlikdə həmin tövlənin yerləşdiyi həyətə daxil olub tövlənin giriş qapısına yaxınlaşmışlar.Tövlənin giriş qapısı taxta materialdan olmuş və qapı kəndirlə bağlanmış, qapının bağlı olduğu kəndiri yerdən əlinə götürdüyüm şüşə parçası ilə kəsib kənara atdıqdan sonra taxta qapını əlləri ilə açıb hər ikisi tövlənin içərisinə daxil olmuşlar.Tövlənin içərsində dəqiq sayı yadında qalmasa da təxminən 5-6 baş iri buynuzlu heyvan olmuş, Baloğlanla birlikdə tövlənin içərisində bağlı olan bir baş erkək cinsli danaya yaxınlaşıb həmin dananı bağlı olduğu yerdən açaraq tövlədən çölə çıxarmışlar.Tövlədən çıxdıqdan sonra isə qapını yenidən kəndirlə bağlamışlar.Bundan sonra isə Baloğlanla birlikdə həmin oğurladıqları bir baş erkək cinsli dananı Yeni Veyisli qəsəbəsində yerləşən dərəyə aparmışlar.Orada olarkən isə həmin bir baş erkək cinsli dananı satmaq istədikləri üçün Baloğlanla birlikdə Samidlə əlaqə saxlayıb bir baş erkək cinsli dana satdıqlarını demişlər.Samid gəlib həmin bir baş erkək cinsli dananı ala biləcəyini demiş, bundan sonra həmin yerdə Samidin gəlməsini gözləmişlər.Bir qədər sonra Samid Baloğlanla onun olduğu yerə gəlmiş, həmin vaxt Samidin yanında adını sonradan bildiyi Bəhruz olmuş, Samid və Bəhruz avtomobildən düşüb onlarla görüşdükdən sonra bir baş erkək cinsli danaya baxmışlar.Samid və Bəhruza bir baş erkək cinsli dananın özünə məxsus olmasını demiş, Samidə bir baş erkək cinsli dananı 500 manat pul müqabilində satdığını demiş, Samid isə həmin bir baş erkək cinsli danaya görə 350 manat pul verə biləcəyini demiş, o da bununla razılaşmamış və dananı satmaq istəmədiyini demiş, Baloğlan isə ona həmin dananı satmağını demiş, bundan sonra da bir baş erkək cinsli dananı satmaq qərarına gəldiyi üçün Samid 300 manat pul verib qalan 50 manatı sonra verəcəyini demiş, Baloğlan və o, isə bununla razılaşmışlar.Odur ki, Samid yanında gəldiyi Bəhruz və Baloğlanla birlikdə bir baş erkək cinsli dananı Samidin gəldiyi avtomobilin arxa salonuna yerləşdirmişlər.Samid də bundan sonra Bəhruzla birlikdə çıxıb getmiş, bunun ardınca isə Baloğlanla əldə etdikləri 300 manat pulu öz aralarında 150 manat olmaqla iki hissəyə bölmüşlər.Sonra isə Baloğlanla sağollaşıb yaşadığı evə getmiş, bundan sonra 17 yanvar 2023-cü il tarixdə axşam saat 20 radələrində Goranboy rayonu Yeni Veyisli qəsəbəsində yerləşən Qüdrətə məxsus mağazanın yaxınlığında Cavidin avtomobilində Baloğlan Cavid və Elvinlə söhbət etmiş, o da həmin vaxt avtomobildən bir qədər aralıda dayanmış, az sonra Baloğlan avtomobildən düşüb ona yaxnlaşıb Cavidlə Elvinin birlikdə oğurluq etməyi təklif etdiklərini demiş, o da Baloğlana Elvin və Cavidlə birlikdə oğurluq etməyə razı olduğunu demiş, bundan sonra Baloğlanla birlikdə gəlib Cavidin Vaz 2107 markalı avtomobilində əyləşmişlər.Cavid avtomobili işə salıb onları yaşadığı evə aparmış, həmin yerdə Elvin və Baloğlanla birlikdə avtomobildən düşmüş, Cavid isə avtomobili idarə edib yaşadığı ünvana getmiş, bir qədər sonra Cavid də piyada onun yaşadığı evə gəlmiş, odur ki, birlikdə oğurluq etməyə qərar verdikləri üçün 17 yanvar 2023-cü il tarixdə saat 22 radələrindən başlayaraq Yeni Veyisli qəsəbəsi ərazisində piyada gəzinərək həyətində tövlə olan fərdi yaşayış evlərini müşahidə etməyə başlamışlar.Bir qədər müddət keçdikdən sonra Goranboy rayonu Yeni Veyisli qəsəbəsində iri və ya xırda buynzlu heyvanların saxlanılacağı yerləri axtardıqda 17 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixə keçən gecə saat 01 radələrində Goranboy rayonu Yeni Veyisli qəsəbəsində yolun kənarında yerləşən sonradan Zərərçəkmiş şəxs3 məxsus olduğunu bildikləri evin həyətində tövlə olmasını görmüşlər.Həmin yerdə tövlənin yaxınlığında yerdə xırda buynuzlu heyvanlara məxsus nəcis olmasını gördükdən sonra tövlədə xırda buynuzlu heyvanların saxlanıldığını anlamışlar.Odur ki, həmin tövlədən xırda buynuzlu heyvanları oğurlamaq qərarına gəlmişlər.Bu vaxt Cavid yolda dayanıb müşahidə aparmağa başlamış, belə ki, Cavid yolda kimisə gördükdə onlara məlumat verməyi üzərinə götürmüş, ilk öncə tövlənin əhatə olunduğu torlu hasarın qapısından içəriyə daxil olub tövlənin taxta materialdan olan qapısının açıb tövləyə girib çıxdıqdan sonra Elvinlə Baloğlanı çağırmış, buna görə də Elvinlə Baloğlan tövlənin əhatə olunduğu torlu hasarın qapısından içəriyə daxil olub onun yanına gəlmişlər.Bundan sonra Elvin, Baloğlan və o, tövlənin içərisinə daxil olmuş, tövlənin içərisində 12 baş xırda buynuzlu heyvan və bir baş uzunqulaq olmuş, Elvin və Baloğlanla birlikdə 12 baş xırda buynuzlu heyvanları tövlədən çıxardıqdan sonra tövlənin qapısını örtüb 12 baş xırda buynuzlu heyvanları tövlənin əhatə olunduğu torlu hasarın qapısından yola doğru çıxarıb yaxınlıqda olan dərəyə aparmışlar.Həmin yerdə isə Elvin, Baloğlan və Cavidlə birlikdə xırda buynuzlu heyvanları saxlamışlar.Həmin yerdə xırda buynuzlu heyvanları saxlayan zaman Elvinin mobil telefonu ilə Baloğlan Samidin mobil telefonuna zəng vurub 12 baş xırda buynuzlu heyvan satdığını demiş, Samid isə xırda buynuzlu heyvanların çəksinin necə olduğunu soruşmuş, Baloğlan isə Samidə 12 baş xırda buynuzlu heyvanların kök olduqlarını demiş, Samid də gəlib həmin heyvanları alacağını demiş, bir qədər sonra Samid avtomobili ilə onların olduğu yerə gəlmiş, Samid xırda buynuzlu heyvanlara baxdıqdan sonra onlar xırda buynuzlu heyvanların hər birini 100 manata satdıqlarını demişlər.Samiddə onlarla razılaşmış, odur ki, Samid 12 baş xırda buynuzlu heyvanlara görə onlara 1200 manat pul vermiş, sonra isə Samid onların köməkliyi ilə 12 baş xırda buynuzlu heyvanları gəldiyi avtomobilin salonuna və baqajına yığıb getmiş, Samidin verdiyi 1200 manat pul isə Cavid, Elvin və Baloğlanla razılaşmalarına əsasən Baloğlanda qalmış, belə ki, həmin pulu sonradan aralarında bölməyə qərar vermişlər.Odur ki, sonda sağollaşıb yaşadıqları evə getmişlər. Zərərçəkmiş şəxs1 məxsus Baloğlan, Elvin və Cavidlə birlikdə oğurladıqları 12 baş xırda buynuzlu heyvanların 6-sının keçi, 6-sının isə qoyun olduğunu, altı baş keçinin hamısının dişi cinsli olduğunu, altı baş qoyunlardan isə birinin erkək, qalan 5 başının isə dişi cinsli olduğunu, Zərərçəkmiş şəxs1 məxsus Baloğlan, Elvin və Cavidlə birlikdə oğurladıqları 12 baş xırda buynuzlu heyvanların 11 başının dişi cinsli və 1 başının isə erkək cinsli olduğunu, Şahid1 üç dəfəyə olmaqla ondan və digərlərindən aldığı ümumilikdə 24 baş xırda buynuzlu və 1 baş iri buynuzlu heyvanların onun və digərlərinin tərəfindən oğurlanmaqla əldə edilməsini bilib-bilmədiyi barədə dəqiq məlumatı olmadığını, çünkü özü və digərlərinin Samidə satdıqları xırda və iri buynuzlu heyvanların özlərinə aid olmasını dediklərini, Samidin heyvanları alan zaman heyvanların aşağı qiymətə satılmasından, eyni zamanda heyvanların qapıda yox rəmə və dərə olan yerlərdə satılmasından və gecə saatlarında heç kimin olmadığı yerdə satılmasına görə həmin heyvanların oğurlandığını anladığını düşündüyünü, sadəcə olaraq Elvin, Baloğlan və ya Cavidlə birlikdə heyvanları oğurlayıb Samidə satmaq barədə Samidlə aralarında heç bir razılaşma olmadığını, Samidə heyvanları oğurlayıb satdıqları barədə məlumat vermədiklərini və ya onunla bu barədə razılaşmadıqlarını, Samidin ona satdıqları 12 baş xırda buynuzlu və 1 baş iri buynuzlu heyvana görə ümumi olaraq 250 manat pul borclu qaldığını, sonaradan Samidin həmin puldan 12 baş xırda buynuzlu heyvanları alan zaman borclu qaldığı 200 manat puldan 100 manatını verdiyini, bundan sonra ümumilikdə Samidin 150 manat borcu qaldığını, on iki baş xırda buynuzlu heyvanları oğurlayıb satmaqla Samidin onlara verməli olduğu 200 manat puldan verdiyi 100 manat pulu isə Baloğlan və Cavidlə aralarında üç yerə böldüklərini, Zərərçəkmiş şəxs2 məxsus bir baş erkək cinsli dananı oğurlamamışdan öncə Baloğlanla aralarında razılığa gələrkən Cavid yanlarında olduğu üçün bunu eşitdiyini, lakin Cavidin həmin oğurluqda onlarla birlikdə iştirakının olmadığını və ya bununla bağlı Cavidlə aralarında heç bir razılaşma olmadığını, bundan başqa isə Baloğlanla birlikdə Zərərçəkmiş şəxs2 məxsus bir baş erkək cinsli dananı oğurlayan zaman Elvinin bu barədə heç bir məlumatı olmadığını, sadəcə olaraq bu barədə sonradan Elvinə Baloğlanla məlumat verdiyini, Baloğlanla birlikdə oğurladıqları bir baş erkək cinsli dananı Samidə satan zaman onun yanında gəlmiş Bəhruzu ilk dəfə gördüyünü, həmin vaxta qədər Bəhruzu tanımadığını, Bəhruzun Samidin yanında olan zaman bir baş dananın özünə məxsus olmasını dediyini, yəni Bəhruza dananı oğurladıqlarını demədiklərini, bundan başqa isə bir baş dananı Baloğlanla birlikdə oğurlayıb sonradan satmaqları ilə əlaqədar Bəhruzla aralarında hər hansısa razılaşmanın olmadığını, Baloğlanla birlikdə oğurlayıb satdıqları bir baş erkək cinsli danadan əldə etdikləri puldan Cavidə hər hansısa məbləğdə pul vermədiklərini, oğurluq edib əldə etdikləri həmin pulları özü üçün xərclədiyini göstərmişdir. Etdiyi əməldən, dostlarını oğurluğa cəlb etməsindən peşimandır. İmkanı olmadığından vurulmuş ziyanın ödənilməsində iştirak edə bilməmişdir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Davud oğlunu tanıyır.Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 onun tanışıdır.Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4la normal münasibəti olmuş, onlarla heç bir ədavəti və ya düşmənçiliyi olmamış, 15 dekabr 2022-ci il tarixdə saat 21 radələrində Goranboy rayonu Veyisli kəndində yerləşən körpünün yanında Cavidlə söhbət edən zaman Cavid maddi durumun yaxşı olmadığı üçün birlikdə hind quşu oğurlamağı təklif etmiş, o da Cavidlə razılaşmış, bundan sonra isə Cavid Baloğlanın mobil telefonuna zəng vurub olduqları yeri deyərək yanlarına gəlməsini bildirmiş, bir az sonra Baloğlan oraya gəlmiş, Baloğlanla görüşüb söhbət edərkən Cavid Baloğlana üçü birlikdə hind quşu oğurlayaraq asan qazanc əldə etmək barədə razılığa gəlmiş, Baloğlan da Cavidlə razılaşmış və birlikdə hind quşu oğurlaya biləcəklərini bildirmiş, həmçinin Baloğlan onlara hind quşu oğurlamaqla bağlı tanışı Səxavəti də çağırmasını və dördünün birlikdə oğurluq etməsini demiş, o və Cavid isə Baloğlana Səxavətlə birlikdə dördünün oğurluq etməsinə razı olduqlarını demiş, Baloğlan buna görə oradan ayrılıb Yeni Veyisli qəsəbəsi istiqamətində getdikdən sonra isə Səxavətlə birlikdə oraya gəlmiş, onlar birlikdə söhbət etməyə başlamışlar.İlkin söhbətə Baloğlan başlayıb ona və Cavidə birlikdə oğurluq etməyi barədə Səxavətə məlumat vermiş və Səxavət birlikdə oğurluq etmək barədə razılığa gəlmiş, həmçinin Baloğlan ona və Cavidə Səxavətin birlikdə hind quşu əvəzinə iri və ya xırda buynuzlu heyvanlar oğurlamağı təklif etdiyini demiş, o və Cavid isə bununla razılaşmışlar.Bunun ardınca isə necə oğurluq edəcəklərini düşünərkən X42 qəsəbəsi ərazisində gəzinib tövlədə iri və ya xırda buynuzlu heyvan saxlamasından əmin olduğu şəxslərin yaşadığı evin həyətinə daxil olub tövlədən iri və ya xırda buynuzlu heyvanlar oğurlamağı demiş, o, Baloğlan və Elvin isə Səxavətlə razılaşmışlar.Bundan sonra dördü Veyisli kəndində yerləşən körpünün yanından çıxıb Yeni Veyisli qəsəbəsi ərazisində piyada gəzinərək həyətində tövlə olan fərdi yaşayış evlərini müşahidə etməyə başlamışlar.Bir qədər müddət keçdikdən sonra Goranboy rayonu Yeni Veyisli qəsəbəsində iri və ya xırda buynzlu heyvanların saxlanılacağı yerləri axtardıqda 15 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixə keçən gecə saat 00:30 radələrində Goranboy rayonu Yeni Veyisli qəsəbəsində rəmənin kənarında sonaradan Zərərçəkmiş şəxs1 məxsus olduğunu bildiyi tövlə olmasını görmüşlər.Həmin yerdə tövlənin yaxınlığında yerdə xırda buynuzlu heyvanlara məxsus nəcis olmasını gördükdən sonra tövlədə xırda buynuzlu heyvanlar saxlanıldığını anlamışlar.Odur ki, Baloğlan, Cavid və Səxavətlə birlikdə həmin tövləyə daxil olaraq xırda buynuzlu heyvanlar oğurlamaq barədə razılaşmışlar.Bundan sonra Səxavətlə Baloğlan tövlənin giriş qapısına yaxınlaşmış, o və Cavid isə razılaşmaya əsasən yolda dayanıb ətrafa nəzarət etməyə başlamışlar.Belə ki, kimsə gəldiyində o və X19 xəbər etməyi üzərlərinə götürmüşlər.Bir qədər sonra Baloğlan 6-sı keçi, digər 6-sı isə qoyun ümumilikdə 12 baş xırda buynuzlu heyvanları onların olduğu istiqamətdə yola tərəf ötürmüş, belə ki, Baloğlan həmin 12 baş xırda buynuzlu heyvanları rəməyə tərəf ötürməyə çalışmış, odur ki, Baloğlan və Səxavət 12 baş xırda buynuzlu heyvanların ardınca gəlib xırda buynuzlu 12 baş heyvanları dərhal satmaq istədiklərini demişlər.O və Cavid isə belə olan halda yaşadıqları evə getdiyiklərini deyib xırda buynuzlu heyvanları satdıqdan sonra pulu vermələrini Səxavət və Baloğlana bildirmişlər.Bundan sonra isə Cavidlə birlikdə həmin yerdən çıxıb yaşadıqları evə getmişlər.Lakin sonradan Səxavət və Baloğlan birlikdə oğurladıqları 12 baş xırda buynuzlu heyvanları satmalarına baxmayaraq onun pulunu verməmişlər.Belə ki, onlar puldan onun payına düşəni sonra verəcəklərini demişlər.Lakin sonradan da Səxavət və ya Baloğlan ona həmin 12 baş xırda buynuzlu heyvanları birlikdə oğurlamaları ilə bağlı əldə etdikləri puldan verməmişlər.Bundan sonra 17 yanvar 2023-cü il tarixdə axşam saat 20 radələrində Goranboy rayonu Yeni Veyisli qəsəbəsində yerləşən Qüdrətə məxsus mağazanın yaxınlığında Cavidin avtomobilində Cavid və Baloğlanla söhbət etmiş, Səxavət də həmin vaxt avtomobildən bir qədər aralıda dayanmış, o və Cavid söhbət zamanı Baloğlanla birlikdə oğurluq etməyi təklif etmiş, Baloğlan da ona və Cavidə Səxavətlə danışmalı olduğunu deyib avtomobildən yerə düşüb Səxavətə yaxınlaşmış, bir az sonra Baloğlan Səxavətlə birlikdə gəlib Cavidin Vaz 2107 markalı avtomobilində əyləşmiş, Cavid avtomobili işə salıb onları Səxavətin evinə aparmış, həmin yerdə Baloğlan və Səxavətlə birlikdə avtomobildən düşmüş, Cavid isə avtomobili idarə edib yaşadığı ünvana getmiş, bir qədər sonra Cavid də piyada Səxavətin yaşadığı evə gəlmiş, odur ki, onlar birlikdə oğurluq etməyə qərar verdikləri üçün 17 yanvar 2023-cü il tarixdə saat 22 radələrindən başlayaraq Yeni Veyisli qəsəbəsi ərazisində piyada gəzinərək həyətində tövlə olan fərdi yaşayış evlərini müşahidə etməyə başlamışlar.Bir qədər müddət keçdikdən sonra Goranboy rayonu Yeni Veyisli qəsəbəsində iri və ya xırda buynzlu heyvanların saxlanılacağı yerləri axtardıqda 17 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixə keçən gecə saat 01 radələrində Goranboy rayonu Yeni Veyisli qəsəbəsində yolun kənarında yerləşən sonradan Zərərçəkmiş şəxs3 məxsus olduğunu bildikləri evin həyətində tövlə olmasını görmüşlər.Həmin yerdə tövlənin yaxınlığında yerdə xırda buynuzlu heyvanlara məxsus nəcis olmasını gördükdən sonra tövlədə xırda buynuzlu heyvanlar saxlanıldığını anlamışlar.Odur ki, həmin tövlədən xırda buynuzlu heyvanları oğurlamaq qərarına gəlmişlər.Bu vaxt Cavid yolda dayanıb müşahidə aparmağa başlamış, belə ki, Cavid yolda kimisə gördükdə onlara məlumat verməyi üzərinə götürmüş, ilk öncə Səxavət tövlənin əhatə olunduğu torlu hasarın qapısından içəriyə daxil olub tövlənin taxta materialdan olan qapısının açıb tövləyə girib çıxdıqdan sonra Baloğlanla onu yanına çağırmış, buna görə də Baloğlanla tövlənin əhatə olunduğu torlu hasarın qapısından içəriyə daxil olub Səxavətin yanına getmişlər.Bundan sonra Baloğlan, Səxavət və o, tövlənin içərisinə daxil olmuşlar.Tövlənin içərisində 12 baş xırda buynuzlu heyvan və bir baş uzunqulaq olmuş, Baloğlan, Səxavət və o, 12 baş xırda buynuzlu heyvanları tövlədən çıxardıqdan sonra tövlənin qapısını örtüb 12 baş xırda buynuzlu heyvanları tövlənin əhatə olunduğu torlu hasarın qapısından yola doğru çıxarıb yaxınlıqda olan dərəyə aparmışlar.Həmin yerdə isə Baloğlan, Səxavət və Cavidlə xırda buynuzlu heyvanları saxlamışlar.Həmin yerdə xırda buynuzlu heyvanları saxlayan zaman Baloğlan onun mobil telefonu ilə Samidin mobil telefonuna zəng vurub 12 baş xırda buynuzlu heyvan satdığını demiş, Samid isə xırda buynuzlu heyvanların çəksinin necə olduğunu soruşmuş, Baloğlan isə ona 12 baş xırda buynuzlu heyvanların kök olduqlarını demiş, eyni zamanda Samidlə telefonda Baloğlanla yanaşı o, Səxavət və Cavid də danışmış, Samid də gəlib həmin heyvanları alacağını demiş, bir qədər sonra Samid avtomobili ilə onların olduğu yerə gəlmiş, Samid xırda buynuzlu heyvanlara baxdıqdan sonra onlar xırda buynuzlu heyvanların hər birini 100 manata satdıqlarını demişlər.Samiddə onlarla razılaşmış, odur ki, Samid 12 baş xırda buynuzlu heyvanlara görə onlara 1200 manat pul vermiş, sonra isə Samid onların köməkliyi ilə 12 baş xırda buynuzlu heyvanları gəldiyi avtomobilin salonuna və baqajına yığıb getmiş, Samidin verdiyi 1200 manat pul isə onun, Cavidin və Səxavətin razılığına əsasən Baloğlanda qalmış, belə ki, onlar pulu sonradan öz aralarında bölməyə qərar vermişlər.Odur ki, 1200 manat pulu Baloğlan əynində olan şalvarın cibinə qoymuş, sonra isə onlar sağollaşıb yaşadıqları evə getmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs3 ifadəsində Zərərçəkmiş şəxs1 məxsus Səxavət, Baloğlan və Cavidlə birlikdə oğurladıqları 12 baş xırda buynuzlu heyvanların 6-sının keçi, 6-sının isə qoyun olduğunu, Altı baş keçinin hamsının dişi cinsli olduğunu, altı baş qoyunlardan isə birinin erkək, qalan 5 başının isə dişi cinsli olduğunu, Zərərçəkmiş şəxs3 məxsus Səxavət, Baloğlan və Cavidlə birlikdə oğurladıqları 12 baş xırda buynuzlu heyvanların 11 başının dişi cinsli və 1 başı isə erkək cinsli olduğunu, Şahid1 onun iştirakı ilə 12 baş xırda buynuzlu gəlib ondan, Caviddən, Baloğlandan və Səxavətdən alan zaman həmin xırda buynuzlu heyvanların onun və digərləri tərəfindən oğurlanmaqla əldə edilməsini bilmədiyini, çünkü özü və digərlərinin Samidə satdıqları xırda buynuzlu heyvanların özlərinə aid olmasını dediklərini, sadəcə olaraq Samidin heyvanları alan zaman heyvanların aşağı qiymətə satılmasından, eyni zamanda heyvanların qapıda yox dərə olan yerdə satılmasından və gecə saatlarında heç kimin olmadığı yerdə satılmasına görə onların həmin heyvanları oğurladığını anladığını düşündüyünü, sadəcə olaraq Baloğlan, Səxavət və ya Cavidlə birlikdə heyvanları oğurlayıb Samidə satmaq barədə Samidlə aralarında heç bir razılaşma olmadığını, Samidə heyvanları oğurlayıb satdıqları barədə məlumat vermədiklərini və ya onunla bu barədə razılaşmadıqlarını, ilk dəfə 12 baş xırda buynuzlu heyvanları Cavid, Səxavət və Baloğlanla birlikdə oğurladıqdan sonra Səxavət və Baloğlanın həmin 12 baş xırda buynuzlu heyvanları satıb nə qədər pul əldə etdiklərini ona demədiklərini, sadəcə olaraq Baloğlan və Səxavətin həmin 12 baş xırda buynuzlu heyvanları satdıqlarını və onun payına düşən pulu sonra verəcəklərini dediklərini, buna görə də onlarla razılaşdığını, X20 Mehdizadəyə məxsus bir baş erkək cinsli dananı oğurlamaları barədə onun əvvələcədən heç bir məluamtı olmadığını və ya bununla bağlı aralarında hər hansısa razılaşma olmadığını, bu barədə sonradan məlumatı olduğunu, bunu isə Səxavət və Baloğlanın həmin bir baş erkək cinsli dananı oğurlayıb satdıqdan sonra ona dediklərini, bu barədə isə başqa heç kimə məlumat vermədiyini göstərmişdir. Əməlindən peşimandır. Baloğlan və Cavidlə birləşərək vurulmuş ziyanı ödəmişdir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 Davud oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2. və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tanıyır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onun tanışlarıdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1yla normal münasibəti olmuş, onlarla heç bir ədavəti və ya düşmənçiliyi olmamış, 15 dekabr 2022-ci il tarixdə saat 21 radələrində Goranboy rayonu Veyisli kəndində yerləşən körpünün yanında Elvinlə söhbət edən zaman maddi durumun yaxşı olmadığı üçün birlikdə hind quşu oğurlamağı təklif etmiş, Elvin də onunla razılaşmış, bundan sonra isə Baloğlanın mobil telefonuna zəng vurub olduğu yeri deyərək yanına gəlməsini bildirmiş, bir az sonra Baloğlan oraya gəlmiş, Baloğlanla görüşüb söhbət edərkən Baloğlana təklif üçü birlikdə hind quşu oğurlayaraq asan qazanc əldə etməyi təklif etmiş, Baloğlan da onunla razılaşmış və birlikdə hind quşu oğurlaya biləcəklərini bildirmiş, həmçinin Baloğlan hind quşu oğurlamaqla bağlı tanışı Səxavəti də çağırmağı və dördünün birlikdə oğurluq etməyi təklif etmiş, o və Elvin isə Baloğlana Səxavətlə birlikdə dördünün oğurluq etməsinə razı olduğunu demiş, Baloğlan buna görə oradan ayrılıb Yeni Veyisli qəsəbəsi istiqamətində getdikdən sonra isə Səxavətlə birlikdə oraya gəlmiş, onlar birlikdə söhbət etməyə başlamışlar.İlkin söhbətə Baloğlan başlayıb ona və Elvinə birlikdə oğurluq etmək barədə Səxavətə məlumat verdiyini və Səxavətin birlikdə oğurluq etmək barədə razılığa gəldiyini dediyini bildirmiş, həmçinin Baloğlan ona və Elvinə Səxavətin birlikdə hind quşu əvəzinə iri və ya xırda buynuzlu heyvanlar oğurlamağı təklif etdiyini demiş, o və Elvin isə bununla razılaşmış, bunun ardınca isə necə oğurluq edəcəkləri barədə düşünərkən X42 qəsəbəsi ərazisində gəzinib tövlədə iri və ya xırda buynuzlu heyvan saxlanılmasından əmin olduqları şəxslərin yaşadığı evin həyətinə daxil olub tövlədən iri və ya xırda buynuzlu heyvanlar oğurlamağı demiş, o, Baloğlan və Elvin isə Səxavətlə razılaşmışlar.Bundan sonra dördü Veyisli kəndində yerləşən körpünün yanından çıxıb Yeni Veyisli qəsəbəsi ərazisində piyada gəzinərək həyətində tövlə olan fərdi yaşayış evlərini müşahidə etməyə başlamışlar. Bir qədər müddət keçdikdən sonra Goranboy rayonu Yeni Veyisli qəsəbəsində iri və ya xırda buynzlu heyvanların saxlanılacağı yerləri axtardıqda 15 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixə keçən gecə saat 00:30 radələrində Goranboy rayonu Yeni Veyisli qəsəbəsində rəmənin kənarında sonaradan Zərərçəkmiş şəxs1 məxsus olduğunu bildiyi tövlə olmasını görmüşlər.Həmin yerdə tövlənin yaxınlığında yerdə xırda buynuzlu heyvanlara məxsus nəcis olmasını gördükdən sonra tövlədə xırda buynuzlu heyvanlar saxlanıldığını anlamışlar.Odur ki, Baloğlan, Elvin və Səxavətlə birlikdə həmin tövləyə daxil olaraq xırda buynuzlu heyvanlar oğurlamaq barədə razılaşmışlar.Bundan sonra Səxavətlə Baloğlan tövlənin giriş qapısına yaxınlaşmış, o və Elvin isə razılaşmaya əsasən yolda dayanıb ətrafa nəzarət etməyə başlamış, belə ki, kimsə gəldiyində o və X21 xəbər etməyi üzələrinə götürmüşlər.Bir qədər sonra Baloğlan 6sı keçi, digər 6-sı isə qoyun ümumilikdə 12 baş xırda buynuzlu heyvanları onların olduğu istiqamətdə yola tərəf ötürmüş, belə ki, Baloğlan həmin 12 baş xırda buynuzlu heyvanları rəməyə tərəf ötürməyə çalışmış, odur ki, Baloğlan və Səxavət 12 baş xırda buynuzlu heyvanların ardınca gəlib xırda buynuzlu 12 baş heyvanları dərhal satmaq istədiklərini demişlər.O və Elvin isə belə olan halda yaşadıqları evə getdiklərini deyib xırda buynuzlu heyvanları satdıqdan sonra pulu vermələrini Səxavət və Baloğlana bildirmişlər.Bundan sonra isə Elvinlə birlikdə həmin yerdən çıxıb yaşadıqları evə getmişlər.Aradan bir qədər keçdikdən sonra isə Baloğlan və Səxavət onunla əlaqə saxlayıb onu Yeni Veyisli qəsəbəsində yerləşən qəbirstanlığın yanına çağırmışlar.O da həmin yerə özünə məxsus olan Vaz 21015 markalı avtomobili ilə getmiş, orada olarkən isə Səxavət və Baloğlan birlikdə oğurladıqları 6-sı keçi, 6-sı isə qoyun olan 12 baş xırda buynuzlu heyvanları 900 manat pul müqabilində satıb 700 manat pul aldıqlarını, 200 manat pulu isə heyvanları alan şəxsin sonra verəcəyini demişlər.Bunun ardınca isə Səxavət və Baloğlanla həmin 700 manat pulu üç yerə bölmüşlər.Sonra isə avtomobili ilə Baloğlan və Səxavəti Veyisli kəndinə gətirmiş, Veyisli kəndində olan zaman isə Səxavət və Baloğlan avtomobildən düşüb evlərinə getmişlər.O da həmçinin öz evinə getmiş, bundan sonra 21 dekabr 2022-ci il tarixdə gündüz vaxtı Səxavət və Baloğlanla görüşmüş, birlikdə onun avtomobili ilə bir qədər gəzindikdən sonra nahar etmişlər.Həmin vaxt Səxavətlə Baloğlan spirtli içki olan araq qəbul etmişlər.Sonra saat 17 radələrində Yeni Veyisli qəsəbəsində Baloğlan və Səxavətlə söhbət edən zaman Baloğlan Səxavətə onunla birlikdə oğurluq etməyi təklif etmiş, lakin Baloğlan ona bu təklifi etməmiş, Səxavət isə Baloğlanla birlikdə oğurluq etməyə razılıq verdiyi üçün onların yanında qalmamış və çıxıb getmiş, sonradan isə bilmiş ki, X28 Veyisli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 məxsus bir baş erkək cinsli dananı oğurlamış, bundan sonra 17 yanvar 2023-cü il tarixdə axşam saat 20 radələrində Goranboy rayonu Yeni Veyisli qəsəbəsində yerləşən Qüdrətə məxsus mağazanın yaxınlığında onun avtomobilində Elvin və Baloğlanla söhbət etmiş, Səxavət də həmin vaxt avtomobildən bir qədər aralıda dayanmış, o və Elvin söhbət zamanı Baloğlanla birlikdə oğurluq etməyi təklif etmişlər.Baloğlan da ona və Elvinə Səxavətlə danışmalı olduğunu deyib avtomobildən yerə düşüb Səxavətə yaxınlaşmış, bir az sonra Baloğlan Səxavətlə birlikdə gəlib onun Vaz 2107 markalı avtomobilində əyləşmiş, avtomobili işə salıb Səxavətin evinə gəlmiş, həmin yerdə Elvin, Baloğlan və Səxavətlə birlikdə avtomobildən düşmüş, o da avtomobili idarə edib yaşadığı ünvana getmiş, bir qədər sonra piyada Səxavətin yaşadığı evə Elvinin, Baloğlanın və Səxavətin yanına gəlmiş, odur ki, onlar birlikdə oğurluq etməyə qərar verdiyikləri üçün 17 yanvar 2023-cü il tarixdə saat 22 radələrindən başlayaraq Yeni Veyisli qəsəbəsi ərazisində piyada gəzinərək həyətində tövlə olan fərdi yaşayış evlərini müşahidə etməyə başlamışlar.Bir qədər müddət keçdikdən sonra Goranboy rayonu Yeni Veyisli qəsəbəsində iri və ya xırda buynzlu heyvanların saxlanılacağı yerləri axtardıqda 17 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixə keçən gecə saat 01 radələrində Goranboy rayonu Yeni Veyisli qəsəbəsində yolun kənarında yerləşən sonradan Zərərçəkmiş şəxs3 məxsus olduğunu bildiyi evin həyətində tövlə olmasını görmüşlər.Həmin yerdə tövlənin yaxınlığında yerdə xırda buynuzlu heyvanlara məxsus nəcis olmasını gördükdən sonra tövlədə xırda buynuzlu heyvanlar saxlanıldığını anlamışlar.Odur ki, həmin tövlədən xırda buynuzlu heyvanları oğurlamaq qərarına gəlmişlər.Bu vaxt yolda dayanıb müşahidə aparmağa başlamış, belə ki, yolda kimisə gördükdə Elvin, Baloğlan və Səxavətə məlumat verməyi üzərinə götürmüş, ilk öncə Səxavət tövlənin əhatə olunduğu torlu hasarın qapısından içəriyə daxil olub tövlənin giriş qapısına getmiş, bundan sonra Elvin və Səxavət də tövlənin əhatə olunduğu torlu hasarın qapısından içəriyə daxil olub Səxavətin yanına getmiş.O, isə ətrafa nəzarət etmiş, bir az sonra Baloğlan, Səxavət və Elvin 12 baş xırda buynuzlu heyvanları tövlədən çıxarıb tövlənin əhatə olunduğu torlu hasarın qapısından yola doğru çıxarmışlar və onlar birlikdə xırda buynuzlu heyvanları yaxınlıqda olan dərəyə aparmışlar.Həmin yerdə isə Baloğlan, Səxavət və Elvinlə xırda buynuzlu heyvanları saxlamışlar.Həmin yerdə xırda buynuzlu heyvanları saxlayan zaman Baloğlan Elvinin mobil telefonu ilə Samidin mobil telefonuna zəng vurub 12 baş xırda buynuzlu heyvan satdığını demiş, Samid isə xırda buynuzlu heyvanların çəksinin necə olduğunu soruşmuş, Baloğlan isə ona 12 baş xırda buynuzlu heyvanların kök olduqlarını demiş, eyni zamanda Samidlə telefonda Baloğlanla yanaşı o, Səxavət və Elvin də danışmış, Samid də gəlib həmin heyvanları alacağını demiş, bir qədər sonra Samid avtomobili ilə onların olduğu yerə gəlmiş, Samid xırda buynuzlu heyvanlara baxdıqdan sonra onlar xırda buynuzlu heyvanların hər birini 100 manata satdıqlarını demişlər.Samiddə onlarla razılaşmış, odur ki, Samid 12 baş xırda buynuzlu heyvanlara görə onlara 1200 manat pul vermiş, sonra isə Samid onların köməkliyi ilə 12 baş xırda buynuzlu heyvanları gəldiyi avtomobilin salonuna və baqajına yığıb getmiş, Samidin verdiyi 1200 manat pul isə onun, Elvinin, və Səxavətin razılığına əsasən Baloğlanda qalmış, belə ki, onlar öz aralarında bu barədə qərar vermişlər.Odur ki, 1200 manat pulu Baloğlan əynində olan şalvarın cibinə qoymuş, sonra isə onlar sağollaşıb yaşadıqları evə getmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs4 ifadəsində Zərərçəkmiş şəxs1 məxsus Səxavət, Baloğlan və Elvinlə birlikdə oğurladıqları 12 baş xırda buynuzlu heyvanların 6sının keçi, 6-sının isə qoyun olduğunu, altı baş keçinin hamsının dişi cinsli olduğunu, altı baş qoyunlardan isə birinin erkək, qalan 5 başı isə dişi cinsli olduğunu, Zərərçəkmiş şəxs3 məxsus Səxavət, Baloğlan və Elvinlə birlikdə oğurladıqları 12 baş xırda buynuzlu heyvanların 11 başının dişi cinsli və 1 başının isə erkək cinsli olduğunu, Şahid1 onun iştirakı ilə 12 baş xırda buynuzlu heyvanları gəlib ondan, Elvindən, Baloğlandan və Səxavətdən alan zaman həmin xırda buynuzlu heyvanların onun və digərlərinin tərəfindən oğurlanmaqla əldə edilməsini bilmədiyini, çünkü özü və digərlərinin Samidə satdıqları xırda buynuzlu heyvanların özlərinə aid olmasını dediklərini, sadəcə olaraq Samidin heyvanları alan zaman heyvanların aşağı qiymətə satılmasından, eyni zamanda heyvanların qapıda yox dərə olan yerdə satılmasından və gecə saatlarında heç kimin olmadığı yerdə satılmasına görə həmin heyvanları oğurladıqlarını anladığını düşündüyünü, Baloğlan, Səxavət və ya Elvinlə birlikdə heyvanları oğurlayıb Samidə satmaq barədə Samidlə aralarında heç bir razılaşma olmadığını, Samidə heyvanları oğurlayıb satdıqları barədə məlumat vermədiklərini və ya onunla bu barədə razılaşmadıqlarını, Təqsirləndirilən şəxs1 doğru ifadə verdiyini, belə ki, Samid adlı şəxsin həqiqətən də ilk dəfə etdikləri oğurluq nəticəsində əldə edib satılan 12 baş xırda buynuzlu heyvanlara görə borclu qaldığı 200 manat puldan 100 manatını verdiyini və həmin pulu Səxavət və Baloğlanla aralarında böldüklərini göstərmişdir. Əməlindən peşimandır. Baloğlan və Elvinlə birləşərək vurulmuş ziyanı ödəmişdir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, şəxsi təsərrüfatında 33 baş xırdabuynuzlu heyvanımları olmuş, həmin heyvanları öz vəsaiti hesabına almış və heyvanlar ona məxsus olmuş, həmin 33 baş xırda buynuzlu heyvanları Goranboy rayonu Veyisli qəsəbəsində yerləşən evinin həyətindəki tövlədə saxlamış, həmin 33 baş xırda buynuzlu heyvanları qəsəbə sakinləri ilə növbətçilik əsasında gündəlik aparıb otarmışlar.Ona məxsus 33 baş xırdabuynuzlu heyvanlardan 19 başı keçi, 14 başı isə qoyun olmuş, 15 dekabr 2022-ci il tarixdə saat 08 radələrində Goranboy rayon Veyisli qəsəbəsi ərazisində heyvanlarını qəsəbə sakini və heyvan otarmaq növbəsi olan Samirə 33 baş xırdabuynuzlu heyvanlarını təhvil vermiş, növbəlikdə Samirdə daxil olmaqla 10 nəfər qəsəbə sakininin heyvanı olmuş, 15 dekabr 2022-ci il tarixdə saat 16 radələrində Goranboy rayonu Veyisli qəsəbəsi ərazisində örüş ərazisinə çıxaraq heyvanların gəlməyini gözləmiş, bu zaman heyvanlarını gözləyən adını xatırlamadığı şəxslərdən biri heyvanları otlatmaq üçün aparan Samirin saat 13 radələrində dumana düşərək yolu itirdiyini burada gözləməyin fayda verməyəcəyini, Samiri gedib tapmağı təklif etmiş, o və Vasif qəsəbə sakini Yalçın adlı şəxsin avtomobili ilə Samiri axtarmağa başlamışlar, sonra isə Samirlə telefon əlaqəsi saxlayan zaman Samir Goranboy rayon Gürzalılar kəndi ərazisində dumana düşərək yolu itirdiyini, böyük bir dərənin arasında olduğunu demiş, onlar Samirin dediyi yer üzrə dumanlı havada zorla gedib 15 dekabr 2022-ci il tarixdə saat 21 radələrində Goranboy rayon Gürzalılar kəndi ərazisində Samiri tapmışlar.Həmin vaxt hava qaranlıq və qatı dumanlı olmuş, artıq heyvanlar hava şəraitinin dumanlı, qaranlıq olması səbəbindən dərənin dibində dağılmağa başlamış, o da gözü gördüyü qədər dumanlı, qaranlıq havada heyvanlarını bir yerə yığmış, o və Vasif dərənin dibindən heyvanların yığıb Yalçın müəllimin avtomobilinin işığı ilə qaranlıq və dumanlı havada 15 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Goranboy rayon Veyisli qəsəbəsinə aparmışlar.Artıq gec olduğu üçün heyvanları aralarında saymadan bölüşdürüb tövlədə saxlayıb sabah hər kəsin öz heyvanlarını sayaraq seçib götürməsinə razılaşmışlar.O, xırdabuynuzlu heyvanlarını həyətində tövləyə salıb qapısını isə örtmüş, tövlənin qapısını ötdükdən sonra keçəcəyi bağlayıb həmişəki kimi qapının qarşısına köhnə torlu çarpayını söykəmiş, 16 dekabr 2022-ci il tarixdə saat 09 radələrində Goranboy rayon Veyisli qəsəbəsi ərazisində heyvanlarını tövlədən çıxarmış, gündəlik növbəlilik əsasında qoşduğu yerə aparmış, orada olan digər şəxslərlə birlikdə heyvanlarını sayan zaman 12 baş yəni 6 qoyun və 6 keçinin olmadığını görmüş, bu barədə arvadı Kəmaləyə demiş, 15 dekabr 2022-ci il tarixdə 12 baş heyvanı Samir adlı şəxsin nəzarətində Goranboy rayon Gürzalılar kəndi ərazisində örüşdə havanın dumanlı və qaranlıq olması səbəbindən itdiyini və ya 15 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixə keçən gecə tövlədən hər hansı şəxs tərəfindən oğurlandığını düşünmüş, odur ki, 12 baş heyvanını tapa bilmədiyi üçün məcbur olub 17 dekabr 2022-ci il tarixdə arvadı Kəmalə heyvanların itməsi barədə DİN-in “102” xidmətinə məlumat vermiş, lakin araşdırma zamanı ona məxsus 6-sı qoyun, 6-sı keçi olmaqla ümumilikdə 12 baş xırda buynuzlu heyvanları tapılmamış, sonradan isə öyrənmiş ki, ona məxsus 6-sı qoyun, 6-sı keçi olmaqla ümumilikdə 12 baş xırda buynuzlu heyvanları oğurlanmış, həmin vaxt anlamış ki, heyvanları oğurlandığı üçün ilkin araşdırma zamanı tapılmamış, heyvanlarının Baloğlan, Səxavət, Cavid və Elvin tərəfindən oğurlanmasını bilmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs1 ifadəsində 12 baş xırda buynuzlu heyvanlarını tapmadığı halda həmin heyvanların dumanlı havada itməsindən və ya 15 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixə keçən gecə naməlum şəxs ( lər ) tərəfindən oğurlanmasından şübhə etdiyini, belə ki, heyvanlarin bir gün öncə Samir tərəfindən digər şəxslərə məxsus heyvanlar ilə birlikdə otladılan zaman hava dumanlı olduğu üçün Samirin yolu itirdiyini və gedib heyvanları Goranboy rayonu Gürzalılar kəndi ərazisində tapdıqlarını, bundan sonra isə heyvanları gətirdiklərini, özümə məxsus xırda buynuzlu heyvanları digər şəxslərə məxsus xırda buynuzlu heyvanların içərisindən seçib ayırdığını, lakin heyvanlarını konkret olaraq saymadığını, sonra isə özünə məxsus olan xırda buynuzlu heyvanları gətirib yaşadığı evin həyətində yerləşən tövlədə saxladığını, səhəri gün heyvanları tövlədən çıxardıqdan sonra ona məxsus 6-sı qoyun, 6-sı keçi olmaqla ümumilikdə 12 baş xırda buynuzlu heyvanlarının yerində olmadığını gördüyünü, tövləni açıb xırda buynuzlu heyvanları çıxaran zaman tövlənin qapısının bağlı olduğundan və çarpayının da qapının üzərində olmasına görə heyvanlarının konkret olaraq oğurlanmasını bilmədiyini, həmçinin də heyvanları tövləyə salan zaman saymadığını, buna görə də heyvanlarının itməsindən və ya oğurlanmasından şübhə etdiyini, ona məxsus 6-sı qoyun, 6-sı keçi olmaqla ümumilikdə 12 baş xırda buynuzlu heyvanlarının hər birinin diri çəkisinin 32 kiloqram olduğunu, bundan başqa isə heyvanlarının qiymətinin təxminən 2000 manat olduğunu, həmin 6 baş keçinin hamsı dişi cinsli olduğunu, altı baş qoyunlardan isə birinin erkək cinsli qalan 5 başının isə dişi cinsli olduğunu göstərmişdir. Vurulmuş ziyanı Baloğlan, Elvin və Cavid birləşərək ödəmişlər. Onlardan şikayəti yoxdur. Hazırda ona vurulmuş ziyan ödənilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Kəlbəcər rayon Yanğından Mühafizə hissəsində kadrlar üzrə kiçik inspektor vəzifəsində xidmət edir.Goranboy rayonu Veyisli qəsəbəsində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində tövlsim var, həmin tövlədə iri buynuzlu heyvanlar saxlayır.Təsərrüfatında 7 baş iri buynuzlu heyvanı vardır.İşdə olmadığı müddət ərzində heyvanların yemini, otunu özü vermiş, işdə olduğu müddət ərzində isə heyvanlara ailə üzvləri qulluq etmiş, 21 dekabr 2022-ci il tarixdə axşam saat 20 radələrində heyvanları tövlədə yemlədikdən sonra tövlənin dəmir qapısını örtüb evə getmiş, tövlənin giriş qapısını kilidlə bağlamamış, sonra isə heyvanları tövləsinə gəlib heyvanlara baxmamış, 22 dekabr 2022-ci il tarixdə səhər saatlarında tövlənin qapısını açan zaman iri buynuzlu heyvanlarımdan birinin, yəni erkək dananın olmadığını görmüş, həmin oğurlanan dananın diri çəkisi 170 kiloqram olmuş, 21 dekabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədən bir baş 1000 manat dəyərində iri buynuzlu heyvanını oğurlamışdır. Vurulmuş ziyanı Baloğlan, Elvin və Cavid birləşərək ödəmişlər. Onlardan şikayəti yoxdur. Hazırda ona vurulmuş ziyan ödənilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, fərdi təsərrüfatında 12 baş xırda buynuzlu heyvan saxlayır.Həmin 12 baş xırda buynuzlu heyvanları Gəncə şəhərində yerləşən mal-qara satılan bazardan tanımadığı bir nəfər şəxsdən almış, həmin 12 baş xırda buynuzlu heyvanlardan 11 başı dişi cinsli, 1 başı isə erkək cinsli olmuş, həmin 12 baş xırda buynuzlu heyvanları yaşadığı evin həyətində yerləşən tövlədə saxlamış, həmçinin tövlənin içərisində xırda buynuzlu heyvanlarla birlikdə özünə məxsus olan bir baş uzunqulağı da saxlamış, həmin xırda buynuzlu heyvanları havalar soyuduğu üçün mütəmadi olaraq tövlədə saxlayıb yemləmiş, ona məxsus olan 12 baş xırda buynuzlu heyvanlardan dişi cinlsi olan 11 baş qoyunların hamsı doğmaq üzrə olmuş, 17 yanvar 2023-cü il tarixdə həmişə olduğu kimi səhər saatlarından axşam saatlarına qədər ona məxsus 12 baş xırda buynuzlu heyvanlar tövlədə olmuş, gün ərzində heyvanları yemləmiş, həmin gün yəni 17 yanvar 2023-cü il tarixdə axşam saat 23:45 radələrində yaşadığı evin həyətində yerləşən tövlədəki özünə məxsus olan 12 baş xırda buynuzlu heyvanlarına baxmış, həmin vaxt 12 baş xırda buynuzlu heyvanları tövlədə olmuş, bundan sonra isə tövlədən çıxıb tövlənin taxta materialdan olan qapısını kəndirlə bağlamış, belə ki, tövlənin qapısının qıfılı olmadığı üçün məcburən həmişə kəndirlə bağlamış, bundan sonra isə yaşadığı evə daxil olub yatmış, növbəti gün yəni 18 yanvar 2023-cü il tarixdə səhər saat 08 radələrində yuxudan oyandıqdan sonra yaşadığı evdən çıxıb tövlədə olan xırda buynuzlu heyvanlarına baxmağa getmiş, həmin vaxt tövlənin qapısının bağlı olduğu kəndirin açıq vəziyyətdə olmasını görmüş, bunun ardınca isə tövlənin qapısını açıb içəriyə daxil olduqda tövlənin içərisində özünə məxsus olan 12 baş xırda buynuzlu heyvanların olmadığını görmüş, tövlənin içərisində sadəcə olaraq xırda buynuzlu heyvanlarla birlikdə saxladığı bir baş uzun qulaq qalmış, həmin vaxt anlamış ki, 17 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023cü il tarixə keçən gecə naməlum şəxs tövlənin taxta materialdan olan qapısının bağlı olduğu kəndiri açaraq tövlənin içərisindəki ona məxsus 12 baş xırda buynuzlu heyvanları oğurlamışdır.Odur ki, bu barədə DİN-in “102” zəng xidməti mərkəzinə müraciət edərək məlumat vermiş, bundan sonra Goranboy rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gəlib tövləyə və həyətyanı sahəyə baxış keçirmişlər.On iki baş xırda buynuzlu heyvanlarının oğurlanması ilə bağlı ərizə yazmış, sonra isə polis əməkdaşları işlərini yekunlaşdırıb getmişlər. Eyni zamanda Zərərçəkmiş şəxs3 ifadəsində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq konkret olaraq şübhə etdiyi şəxs və ya şəxslər olmadığını, ona məxsus oğurlanmış 12 baş xırda buynuzlu heyvanlardan 11 başının dişi cinsli, 1 başı isə erkək cinsli olduğunu, həmin 12 baş xırda buynuzlu heyvanların hər birinin diri çəkisinin 40 kiloqram olduğunu, baş vermiş oğurluq nəticəsində ona təxminən 2000 manat məbləğində maddi ziyan vurulduğunu göstərmişdir. Vurulmuş ziyanı Baloğlan, Elvin və Cavid birləşərək ödəmişlər. Onlardan şikayəti yoxdur. Hazırda ona vurulmuş ziyan ödənilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Təqsirləndirilən şəxs1 məhkum olunduğu zaman cəzaçəkmə müəssisəsində görüb tanış olmuş, bundan sonra aralarında münasibət yaranmış, Təqsirləndirilən şəxs1 ilə aralarında heç bir ədavət və ya düşmənçilik olmamış, Tərtər rayonu Seydimli kəndində yerləşən Əvəz adlı şəxsə məxsus fermada çalışmış, buna görə də fermanın işlərində fermanın sahibi Əvəzə məxsus Vaz 2103 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə etmiş, 15 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixdə keçən gecə təxminən saat 01:30 radələrində Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng vurub özünə məxsus xırda buynuzlu heyvanları satmaq istədiyini demiş, odur ki, Baloğlan ondan həmin xırda buynuzlu heyvanları alıb-almayacağını soruşmuş, o da Baloğlana gəlib heyvanlara baxdıqdan sonra qərarını bildirəcəyini demiş, odur ki, bundan sonra Vaz 2103 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər rayonu Seydimli kəndindən çıxıb Goranboy rayonu Yeni Veyisli qəsəbəsinə gəlmiş, təxminən 40-50 dəqiqə sonra Goranboy rayonu Yeni Veyisli qəsəbəsi ərazisinə çatıb Baloğlanla əlaqə saxlamış, bundan sonra Baloğlan onu Yeni Veyisli qəsəbəsi ərazisində qarşılamış və yanında olan bir nəfər şəxsi ona təqdim edib həmin şəxsin Səxavət olduğunu və Səxavətlə birlikdə özlərinə məxsus olan 12 baş xırda buynuzlu heyvanları satdıqlarını demiş, o da həmin vaxt onların satdığı 12 baş xırda buynuzlu heyvanlara baxan zaman həmin xırda buynuzlu heyvanlardan 6-sının keçi, 6-sının isə qoyun olduğunu görmüş, həmin 12 baş xırda buynuzlu heyvanlara baxdıqdan sonra 12 baş xırda buynuzlu heyvanlara görə 900 manat pul verə biləcəyini, lakin üzərində 700 manat olduğu üçün 200 manat pulu sonra verəcəyini demiş, Baloğlan və Səxavət isə xırda buynuzlu heyvanlarının hər birini 120 manat pul müqabilində satmaq istədiklərini demiş, lakin bununla razılaşmamış və 900 manat pul verə biləcəyini demiş, bundan sonra isə Səxavət və Baloğlan onunla razılaşmışlar.Yeddi yüz manat pulu qəsəbənin ərazisində Baloğlanla Səxavətə verib, 200 manat pulu isə sonra verəcəyini deyib 12 baş xırda buynuzlu heyvanları Vaz 2103 markalı avtomobilin salonuna və yük yerinə yığıb həmin yerdən çıxıb yaşadığı Tərtər rayonu Seydimli kəndinə gəlmiş, bundan sonra isə 6-sı keçi və digər 6-sı isə qoyun olan 12 baş xırda buynuzlu heyvanları aparıb Bərdə rayonunda yerləşən tanımadığı bir nəfər şəxsə 1400 manat pul qarşılığında satmış, bundan sonra 21 dekabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixə keçən gecə saat 02 radələrində Baloğlan onun telefonuna zəng vurub özünə məxsus bir baş erkək cinsli dananı satdığını demiş, odur ki, Baloğlan ondan həmin bir baş erkək cinsli dananı alıb-almayacağını soruşmuş, o da həmin heyvana baxdıqdan sonra qərara gələcəyini demiş, həmin vaxt isə Əvəzə məxsus Vaz 2103 markalı avtomobil fermada onunla birlikdə işləyən Bəhruzda olduğu üçün Bəhruzla əlaqə saxlayıb onu bir baş erkək cinsli dana almaq üçün Vaz 2103 markalı avtomobillə Goranboy rayonu Yeni Veyisli qəsəbəsinə aparmasını demiş, Bəhruz da onunla razılaşmış və bir az sonra Vaz 2103 markalı avtomobillə yaşadığı evin önünə gəlmiş, o da Vaz 2103 markalı avtomobilə əyləşmiş, Bəhruz isə Vaz 2103 markalı avtomobili Goranboy rayonu Yeni Veyisli qəsəbəsi istiqamətində idarə etməyə başlamış, təxminən 50 dəqiqə sonra Goranboy rayonu Yeni Veyisli qəsəbəsi ərazisinə çatıb Baloğlanla əlaqə saxlamış, bundan sonra Baloğlan onu Yeni Veyisli qəsəbəsi ərazisində qarşılamış və onun yanında Səxavət olmuş, Baloğlanla Səxavət özlərinə məxsus olan bir baş erkək cinsli dananı satdıqlarını qəsəbənin ərazisində saxladıqları həmin bir baş erkək cinsli dananı ona göstərmişlər.Həmin vaxt isə Bəhruz Vaz 2103 markalı avtomobildə əyləşmiş, həmin bir baş erkək cinsli danaya baxdıqdan sonra 350 manat pul verə biləcəyini demiş, Səxavət və Baloğlan isə onunla razılaşmışlar.Odur ki, üzərində olan 300 manat pulu çıxarıb Baloğlanla Səxavətə verib, qalan 50 manat pulu sonra verəcəyini demiş, onlar da razılaşmış, bundan sonra Bəhruz da avtombildən düşmüş, həmin vaxt Bəhruzdan bir baş erkək cinsli dananı avtomobilə yerləşdirməsində ona köməklik etməsini xahiş etmiş, Bəhruz da Səxavət və Baloğlanla birlikdə ona kömək etmiş və birlikdə həmin bir baş erkək cinsli dananı Vaz 2103 markalı avtomobilin arxa salonuna yerləşdirmişlər. Bundan sonra isə Bəhruzla həmin yerdən çıxıb yaşadığı Tərtər rayonu Seydimli kəndinə gəlib bir baş erkək cinsli dananı yaşadığı evin həyətində yerləşən tövləyə salmışlar.Sonra isə Bəhruz çıxıb getmiş, o da bundan sonra Bərdə rayonunda yerləşən bazara gedib 800 manat pul müqabilində Səxavət və Baloğlandan aldığı bir baş erkək cinsli dananı tanımadığı bir nəfər şəxsə satmış, sonra isə Baloğlan və Səxavətə borclu olduğu puldan 100 manatını onlara vermiş, bundan sonra 17 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023cü il tarixə keçən gecə saat təxminən 02 radələrində Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng vurub özünə məxsus xırda buynuzlu heyvanları satmaq istədiyini demiş, odur ki, Baloğlan ondan həmin xırda buynuzlu heyvanları alıb-almayacağını soruşmuş, o da Baloğlana gəlib heyvanlara baxdıqdan sonra qərarını bildirəcəyini demiş, odur ki, bundan sonra Vaz 2103 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər rayonu Seydimli kəndindən çıxıb Goranboy rayonu Yeni Veyisli qəsəbəsinə gəlmiş, təxminən 40-50 dəqiqə sonra Goranboy rayonu Yeni Veyisli qəsəbəsi ərazisinə çatıb Baloğlanla əlaqə saxlamış, bundan sonra Baloğlan onu Yeni Veyisli qəsəbəsi ərazisində qarşılamış və həmin vaxt Baloğlanın yanında yenə də Səxavət və daha tanımadığı iki nəfər şəxs olmuş, Baloğlanla Səxavət və həmin tanımadığı iki nəfər şəxs birlikdə özlərinə məxsus olan 12 baş xırda buynuzlu heyvanları satdıqlarını demiş, o da həmin vaxt onların satdığı 12 baş xırda buynuzlu heyvanlara baxan zaman həmin xırda buynuzlu heyvanlardan 11 başının dişi, 1 başının isə erkək cinsli olduğunu görmüş, həmin xırda buynuzlu heyvanlara görə Baloğlan, Səxavət və tanımadığı iki nəfər şəxsə 1200 manat pul verə biləcəyini demiş, onlar da razılaşmış, bundan sonra 1200 manat pulu çıxarıb Baloğlana vermiş, bunun ardınca isə həmin 12 baş xırda buynuzlu heyvanları Vaz 2103 markalı avtomobilin salonuna və yük yerinə orada olan Baloğlan, Səxavət və tanımadığı iki nəfər şəxsin köməkliyi ilə yerləşdirmiş, sonra isə oradan Vaz 2103 markalı avtomobili ilə çıxıb yaşadığı Tərtər rayonu Seydimli kəndinə gəlmiş, yaşadığı evə çatdıqdan sonra həmin 12 baş xırda buynuzlu heyvanları tövləyə salıb orada saxlamış, sonra isə həmin 12 baş xırda buynuzlu heyvanları Ağdaş rayonunda yerləşən bazara aparıb orada 1700 manat pul qarşılığında tanımadığı bir nəfər şəxsə satmışdır. Məhkəmə baxışında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 tanıyır. Şahid1 həmkəndlisi olmaqla yanaşı onunla birlikdə Əvəzə məxsus Seydimli kəndində yerləşən fermada işləyir.21 dekabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixə keçən gecə saat təxminən 02 radələrində Samid onun mobil telefonuna zəng vurub Goranboy rayonu Yeni Veyisli qəsəbəsində tanışı olan bir nəfərin bir baş erkək cinsli dana satdığını buna görə də birlikdə həmin bir baş erkək cinsli dananı almaq üçün getməyi təklif etmiş, o da Samidlə razılaşmış, bundan sonra Əvəzə məxsus olan Vaz 2103 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili işi salıb yaşadığı evdən çıxıb Samidin yaşadığı ünvana getmiş, Samidin yaşadığı evə çatdıqdan sonra Samid gəlib onun idarə etdiyi Vaz 2103 markalı avtomobildə əyləşmiş, o da avtomobili Goranboy rayonu Yeni Veyisli qəsəbəsi istiqamətində idarə etməyə başlamış, təxminən 40-50 dəqiqə sonra Samidlə Goranboy rayonu Yeni Veyisli qəsəbəsinə çatmışlar.Goranboy rayonu Yeni Veyisli qəsəbəsində olan zaman Samidin tanışı Baloğlan adlı şəxs onları qarşılamış, bundan sonra onlar qəsəbənin ərazisində olan bir yerə gəlmişlər.Həmin yerdə isə Samid avtomobildən düşüb Baloğlanla və Baloğlanın yanında olan adını bilmədiyi şəxslə görüşüb söhbət etdikdən sonra bir baş erkək cinsli dananı aldığını deyib ondan yerə düşüb ona köməklik etməyini xahiş etmiş, o da buna görə avtomobildən yerə düşüb həmin bir baş erkək cinsli dananın avtomobilin arxa salonuna yerləşdirilməsində Samidə köməklik etmiş, həmçinin orada olan Baloğlan və adını bilmədiyi şəxs də bir baş erkək cinsli dananı avtomobilin arxa salonuna yerləşdirməkdə onlara köməklik etmiş, bunun ardınca isə Samid Baloğlanla və digər adını bilmədiyi şəxslə sağollaşıb avtomobilə əyləşmiş, avtomobili işə salıb Tərtər rayonu Seydimli kəndi istiqamətində idarə etməyə başlamış, bir qədər sonra onlar Tərtər rayonu Seydimli kəndi ərazisinə çatmışlar.Seydimli kəndində olan zaman isə avtomobili Samidin yaşadığı ev istiqamətində idarə etmiş və Samidin yaşadığı ünvana çatdıqdan sonra isə bir baş erkək cinsli dananı Samidin yaşadığı ünvanda yerləşən tövləyə salmışlar.Sonra isə çıxıb getmişdir. Eyni zamanda Şahid2 ifadəsində Şahid1 Goranboy rayonu Yeni Veyisli qəsəbəsində Baloğlan və adını bilmədi şəxsdən aldığı bir baş erkək cinsli dananın cinayət yolu ilə əldə edilməsini bilmədiyini, belə ki, bu barədə ona heç kimin məlumat vermədiyini, həmin bir baş erkək cinsli dananı satan şəxslərin Samidə həmin heyvanın onların özünə məxsus olmasını dediklərini, həmin bir baş erkək cinsli dananı almağa Samidin getdiyini, sadəcə olaraq avtomobili ilə Samidi həmin yerə apardığını, ona görə də bir baş erkək cinsli dananın alınmasında iştirak etmədiyini və söhbətin necə getdiyini bilmədiyini, Şahid1 Goranboy rayonu Yeni Veyisli qəsəbəsində Baloğlan və adını bilmədiyi şəxsdən bir baş erkək cinsli dananı nə qədər pul qarşılığında almasını bilmədiyini, çünkü bu barədə Samiddən soruşmadığını, həmçinin Samidin özünün də ona bu barədə məlumat vermədiyini, Şahid1 Goranboy rayonu Yeni Veyisli qəsəbəsində Baloğlan və adını bilmədiyi şəxsdən bir baş erkək cinsli dananı alması barədə onunla aralarında heç bir razılaşma olmadığını, həmin heyvanı Samidin özü üçün aldığnı göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Goranboy şəhər Mərkəzi Bazardan daxil olmuş 17 fevral 2023-cü il tarixli 12 nömrəli məktubdan görünür ki, Goranboy rayonu ərazisində 2022-ci ilin dekabr ayına dişi və erkək cinsli qoyunun bir kiloqram ətinin qiyməti 13 manat və dişi cinsli keçinin bir kiloqram ətinin qiyməti isə 13 manat təşkil etmişdir.Odur ki, hər birinin diri çəkisi 32 kiloqram olan 5 baş dişi cinsli qoyunun, 1 baş erkək cinsli qoyunun ümumi qiyməti 1248 manat, hər birinin diri çəkisi 32 kiloqram olan 6 baş dişi cinsli keçinin ümumi qiyməti isə 1248 manat, cəmi 2496 manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Goranboy şəhər Mərkəzi Bazardan daxil olmuş 17 fevral 2023-cü il tarixli 13 nömrəli məktubdan görünür ki, Goranboy rayonu ərazisində 2023-cü ilin yanvar ayına dişi və erkək cinsli qoyunun bir kiloqram ətinin qiyməti 13 manat təşkil etmişdir.Odur ki, hər birinin diri çəkisi 40 kiloqram olan 11 baş dişi cinsli qoyunun və 1 baş erkək cinsli qoyunun ümumi qiyməti 3120 manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Goranboy şəhər Mərkəzi Bazardan daxil olmuş 17 fevral 2023-cü il tarixli 14 nömrəli məktubdan görünür ki, Goranboy rayonu ərazisində 2022-ci ilin dekabr ayına erkək cinsli dananın bir kiloqram ətinin qiyməti 13 manat təşkil etmişdir.Odur ki, diri çəkisi 170 kiloqram olan 1 baş erkək cinsli dananın ümumi qiyməti 1105 manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Goranboy RPŞ-dən daxil olmuş 20 yanvar 2023-cü il tarixli 3-13-75/1-205/2023 nömrəli məktubdan görünür ki, 17 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixə keçən gecə Goranboy rayonu Veyisli qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövləyə giriş qapısından qanunsuz daxil olaraq tövlədə olan Zərərçəkmiş şəxs3 məxsus təxminən 2000 manat dəyərində 12 baş xırda buynuzlu heyvanları gizli yolla talayıb oğurlamaqda Goranboy rayonu Yeni Veyisli qəsəbəsi ev 104də yaşayan Təqsirləndirilən şəxs1, Goranboy rayonu Veyisli kəndində yaşayan Təqsirləndirilən şəxs3 və Goranboy rayonu Veyisli kəndində yaşayan Təqsirləndirilən şəxs4 Davud oğlu şübhəlidirlər.Həmin şəxslər 20 yanvar 2023-cü il tarixdə saat 12:20-də Goranboy rayonu Yeni Veyisli qəsəbəsi ərazisində saxlanılaraq barələrində müvafiq istintaq hərəkətlərinin aparılması məqsədi ilə İstintaq Bölməsinə təqdim olunmuşdurlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Goranboy Rayon Polis Şöbəsinin 11 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Goranboy şəhərində Şahmat məktəbinin yanında yerləşən çay evində masada əyləşib spirtli içki qəbul edən zaman Ruslan Bayramova qəsdlə zərbələr vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İinformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və cinayət işinə əlavə edilmiş Goranboy rayon məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Zeynallı X7 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 326.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Goranboy rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzası 10 ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən Goranboy rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İinformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Davud oğlu məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və cinayət işinə əlavə edilmiş Goranboy rayon məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Goranboy rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 326.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Goranboy rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, cəzasını çəkib qurtarmışdır. Həmçinin bundan sonra barəsində CM-in 128-ci maddəsi ilə cinayət təqibi aparılmış və Goranboy Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 1(045)-87/2022 saylı qərarı ilə icraata xitam verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası Kəlbəcər rayon İHB-nın Kəlbəcər Çəpli kənd İƏD Üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 11 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Hüseynov X17 rayonu İlyaslar kənd sakini olmaqla, Goranboy rayonu Veyisli kəndində müvəqqəti məskunlaşaraq yaşayır, ailə tərkibi atası - X9, anası- X10, qardaşı - X2 ibarətdir və yaşadığı yerdən müsbət xarakterizə edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası Goranboy rayon İHB-nın Yeni Qəsəbə İcra Nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli 32 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Zeynallı X7 rayonu Yeni Veyisli qəsəbəsində yaşayır, ailə tərkibi atası- X8, anası- X11, qardaşı - X24, qardaşı - X25, qardaşı - X26, qardaşı- X13, qardaşı - X14 və bacısı - X3 ibarətdir və yaşadığı yerdən müsbət xarakterizə edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası Goranboy rayon İHB-nın Yeni Qəsəbə İcra Nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli 69 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Şirinov X27 rayonu Yeni Veyisli qəsəbəsində yaşayır, ailə tərkibi atası- X15, anası- X4 və bacısı- X5 ibarətdir və yaşadığı yerdən müsbət xarakterizə edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası Goranboy rayon İHB-nın Veyisli kənd İƏD Üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 86 nömrəli arayış və Azərbaycan Respublikası Kəlbəcər rayon İHB-nın Kəlbəcər Ağdaban kənd İƏD Üzrə Nümayəndəliyinin xx.xx.2023cü il tarixli 01 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Goranboy rayonu Veyisli kəndində yaşayır, ailə tərkibi arvadı- 2003-cü il təvəllüdlü X16 və qızı- 2022ci il il təvəllüdlü X1 ibarətdir və yaşadığı yerdən müsbət xarakterizə edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Goranboy rayonu Yeni Veyisli qəsəbəsi ev 557-də yaşayan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona vurmuş ziyan tam olaraq ödənilmişdir. Şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Goranboy rayonu Yeni Veyisli qəsəbəsi ev 226-da yaşayan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona vurmuş ziyan tam olaraq ödənilmişdir. Şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Goranboy rayonu Yeni Veyisli qəsəbəsi ev 229-da yaşayan Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, ona vurmuş ziyan tam olaraq ödənilmişdir. Şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş şübhəli şəxsin tutulması haqqında 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 20 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş şübhəli şəxsin tutulması haqqında 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 20 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş şübhəli şəxsin tutulması haqqında 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Davud oğlu 20 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş 22 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zeynallı X7 RPŞ MSY-dən azad edilmiş, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş 22 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şirinov X27 RPŞ MSY-dən azad edilmiş, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş 22 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Hüseynov X18 RPŞ MSY-dən azad edilmiş, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Davud oğlunun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Davud oğlunun həmin maddələrdə nəzərdə tutulan əməlləri törətməsi özlərinin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Davud oğlunun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Davud oğluna təyin olunacaq cəzaya münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxslərin hadisədən sonrakı davranışı, yəni zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, zərəçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəmələri bu əməlin ictimai təhlükəliliyinə laqeyd yanaşmamalarını göstərir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzaya münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs2 birinci dəfə oğurluq cinayətinə görə məhkum olunduqdan sonra, yenidən zorakı xarakterili ictimai təhlükəli əməl törətməklə cinayət məsuliyyətinə cəlb olunması, daha sonra ikinci dəfə oğurluq əməllərinə görə məhkəmə məsuliyyətində olduğu vaxtda yenidən zorakı xarakterli ictimai təhlükəli əməl törətməklə cinayətkar əməllərə meylli olması, hadisədən sonrakı davranışı, zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə cəhd etməməsi, zərəçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsində iştirak etməməsi, cinayətin törədilməsində xüsusilə fəal iştirakı bu əməllərin ictimai təhlükəliliyinə laqeyd yanaşmasını göstərir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Davud oğlunun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Davud oğlunun şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını, yüngülləşdirici halları nəzərə alıb onlara azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsində iştirak dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını, əvvəllər məhkum edilməsini, yenidən ictimai təhlükəli əməl törətməsini, cinayətkar əməllərə meylli olmasını nəzərə alaraq hesab edir ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün ədalət prinsipinə əməl olunmaqla ona azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində xüsusilə fəal iştirak etmiş (cinayəti təşkil etmiş), zərəçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsində iştirak etməmiş, cinayətkar əməllərə meylli olmaqla, cinayət törətdikdən sonra yenindən ictimai təhlükəli əməl törətmişdir. Buna görə də Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Davud oğlunun üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Davud oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Davud oğlunun zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12ci maddəsinə əsasən, dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxslərə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi cinayət əməllərini səmimi etiraf edib peşman olmalarını, məcburi köçkün olmalarını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən halları kimi nəzərə alır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Davud oğlunun cəzalarını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, törətdiyi cinayət əməllərini səmimi etiraf edib peşman olmasını, məcburi köçkün olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.4-cü maddəsinə əsasən cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsini Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli qərarının 5 –ci bəndinə görə islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan Cinayət Məcəlləsinin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzaları məhkəmə tərəfindən azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 20 yanvar 2023-cü il tarixdən 22 yanvar 2023-cü il tarixədək tutulduğun 2 gün bir günə iki gün hesablanmaqla 4 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Goranboy rayonunun Yeni Veyisli qəsəbəsində yaşadığı evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək; - Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlməsin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı 11 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 20 yanvar 2023-cü il tarixdən 22 yanvar 2023-cü il tarixədək tutulduğun 2 gün bir günə iki gün hesablanmaqla 4 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Goranboy rayonunun Veyisli kəndində yaşadığı evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək; - Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 20 yanvar 2023-cü il tarixdən 22 yanvar 2023-cü il tarixədək tutulduğun 2 gün bir günə iki gün hesablanmaqla 4 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Goranboy rayonunun Veyisli kəndində yaşadığı evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək; - Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlməsin. Hökmün icrası Goranboy Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Goranboy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(045)-36/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-36/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver