Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-36/2024 17.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1956-cı ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda AR ƏN PX-nin Gəncə 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 188.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayının əvvəlindən həmin ayın 13-dək olan müddət ərzində Goranboy rayonu Qızılhacılı qəsəbəsi ərazisində rayonun Qızılhacılı bələdiyyəsinin mülkiyyətində olmaqla xx.xx.2020-ci il tarixli **********73 nömrəli çıxarış əsasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə uyğun olaraq qəsəbə sakini Zərərçəkmiş şəxs2 icarəsinə verilmiş kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş sahəsi kimi nəzərdə tutulmuş 28,32 ha torpaq sahəsinin 1,86 ha hissəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan şumlamaqla özbaşına tutmuşdur. Bundan sonra o, 13 mart 2024-cü il tarixdə saat 15 radələrində Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşməklə ona 2024-cü ilin yanvar ayında tanıdılmış, Qızılhacılı bələdiyyəsinin mülkiyyətinə aid örüş təyinatlı 10 ha torpaq sahəsinin sənədləşmə işlərinin qısa müddət ərzində aparılmasına nail olmaq məqsədilə Qızılhacılı qəsəbəsində yerləşən, Qızılhacılı bələdiyyəsinin fəaliyyət göstərdiyi inzibati binaya gələrək bələdiyyə sədri Zərərçəkmiş şəxs1 xidməti iş otağına daxil olub heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 ilə mübahisə edib ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək bələdiyyənin iş fəaliyyətini 10 dəqiqə ərzində pozaraq xidməti otaqda stolun üzərindəki kitabları, qələmləri və digər əşyaları yerə dağıdıb qərəzli hərəkətlər etmiş, həmçinin həmin hərəkətlərini davam etdirib şəxs üzərində zor tətbiq etməklə xidməti otaqdakı stulu silah qismində istifadə edib Zərərçəkmiş şəxs1 sol qoluna qəsdən vuraraq sonuncuya sol saidin və sol bazunun hematomaları, aktiv hərəkət məhdudluğu ilə nəticələnən dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 188.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 tanıyır. Belə ki, Zərərçəkmiş şəxs1 Goranboy rayonu Qızılhacılı bələdiyyəsinin sədri vəzifəsində işləyir.Zərərçəkmiş şəxs1 Qızılhacılı bələdiyyəsinin sədri işlədikdən sonra onu tanımış, Zərərçəkmiş şəxs1 ilə ədavəti və ya düşmənçiliyi olmamış, Zərərçəkmiş şəxs1 ilə heç bir münasibəti olmamışdır. Buna baxmayaraq, Zərərçəkmiş şəxs1 onunla ədavət aparmışdır. O, 2018-ci ildə hərrac yolu ilə Goranboy rayonu Qızılhacılı qəsəbəsi ərazisində yerləşən Qızılhacılı bələdiyyəsinə məxsus 2,8 hektar torpaq sahəsini əldə etməsinə baxmayaraq, həmin torpaq sahəsindən hazırkı vaxta qədər istifadə edə bilmir. Bununla bağlı dəfələrlə Qızılhacılı bələdiyyəsinin keçmiş sədri Məzahir müəllimə müraciət etsə də, onun müraciətləri cavabsız qalmışdır. Bundan sonra isə Zərərçəkmiş şəxs1 Qızılhacılı bələdiyyəsinin sədri seçildikdən sonra hərrac yolu ilə əldə etdiyi 2,8 hektar torpaq sahəsini istifadə etməklə bağlı Qızılhacılı bələdiyyəsinə dəfələrlə müraciət etsə də, müraciətləri cavabsız qalmış, buna görə də Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etmiş, müraciətindən sonra həmin idarədən əməkdaşlar gəlib torpaq sahəsini ölçmüşlər və müəyyən olunmuşdur ki, “Qarağaclıq” zolağına düşdüyü üçün ona başqa yerdən torpaq sahəsi verilməlidir. Bununla bağlı dəfələrlə Qızılhacılı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 müraciət etsə də, Zərərçəkmiş şəxs1 onun müraciətlərini cavabsız qoymuş və ona yeni torpaq sahəsi verilməmiş, bundan sonra yenidən Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etmiş, müraciətindən sonra həmin idarədən əməkdaşlar gəlib Qızılhacılı bələdiyyəsinin mülkiyətinə aid 1,20 hektar torpaq sahəsinin ona verilməsi ilə bağlı dönmə nöqtələrini müəyyən edib bununla bağlı akt tərtib etmişlər. Bundan sonra, məlum olmuşdur ki, həmin torpaq sahəsi Elxan Böyükkişiyev tərəfindən istifadə olunur. Həmin torpaq sahəsindən istifadəylə bağlı yenə də dəfələrlə Qızılhacılı bələdiyyəsinə müraciət etsə də, onun müraciətləri cavabsız qalmış və sonda Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı ərazi idarəsindən ona məlumat verilmişdir ki, torpaq sahəsinin ona təqdim edilməsi ilə bağlı çıxarış hazırlanıb veriləcəkdir. Lakin, Elxan Böyükkişiyev torpaq sahəsini istifadə etməkdə davam etmiş, həmçinin Elxan həmin torpaq sahəsini istifadə etməsinə dair Qızılhacılı bələdiyyəsi ilə müqavilə bağladığını demiş, bundan sonra isə Elxanın faktiki olaraq həmin torpaq sahəsindən qanunsuz istifadə etməsi müəyyən olunduğu üçün ona 500 manat cərimə sanksiyası tətbiq edilmişdir. Bundan başqa isə Goranboy rayon Qızılhacılı bələdiyyəsinə müraciət edərək örüş sahəsindən mədəni otlaq sahəsi yaratmağı üçün 10 ha torpaq sahəsi ayrılmasını xahiş etmiş, Zərərçəkmiş şəxs1 isə məktubla ona rədd cavabı vermiş, bundan sonra bununla bağlı Gəncə İnzibati Məhkəməsində iddia qaldırmış, sadəcə olaraq Goranboy rayon Qızılhacılı qəsəbə bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 örüş sahəsindən mədəni otlaq sahəsi yaratmağı üçün 10 ha torpaq sahəsi ayrılması ilə bağlı xahişini nəzərə alıb həmin yerin ayrılması və yerində tanıdılması ilə əlaqədar Gəncə İnzibati Məhkəməsinə notarial qaydada ərizə təqdim etmiş, bundan sonra məhkəmədə iş üzrə icraata onun xeyrinə xitam verilmiş, o da bundan sonra Zərərçəkmiş şəxs1 tərəfindən ona tanıdılmış 10 ha torpaq sahəsi ilə bağlı müvafiq sənədləşmənin aparılması üçün Goranboy rayon Qızılhacılı bələdiyyəsinə müraciət etmiş, lakin onun müraciətləri cavabsız qalmış, o da həmin torpaq sahəsi ona veriləcəyi üçün gedib həmin torpaq sahəsinin bir qismini əkmək qərarına gəlmişdir. Bunun üçün isə 2024-cü ilin mart ayının əvvəlində Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən Qızılhacılı bələdiyyəsinin mülkiyyətində olan örüş torpaq sahəsinin ona tanıtdırılmış 10 ha hissəsinin müəyyən bir hissəsini şumlatdırmış, lakin hazırkı vaxta qədər həmin torpaq sahəsinin ona icarəyə verilməsi işini həll edə bilməmişdir. Yəni bununla bağlı müvafiq sənədlər Qızılhacılı bələdiyyəsi tərəfindən hazırlanıb ona təqdim edilməmiş, hətta bələdiyyə sədri onu və məhkəməni aldatdığını demişdir. Bu kimi səbəblərə görə 12 mart 2024-cü il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbəsi ərazisində yerləşən “Osan” şadlıq sarayında Goranboy rayon İcra Hakimiyyəti Başçısı və digər rayon rəhbərlərinin iştirakı ilə keçirilən vətəndaşların qəbulunda iştirak etmiş, həmin vaxt Goranboy rayon İcra Hakimiyyəti Başçısına iradını bildirmiş və onlara min nəfər şəxsin qarşısında demişdir ki, “möhtərəm prezident sizin hər birinizə 3000 manatdan yuxarı maaş verir ki, xalqa xidmət edəsiniz”. Hətta həmin vaxt icra nümayəndəsi Elnur və icra hakimiyyəti başçısının müavini və işçiləri onunla qəbulu keçirən şəxslər arasında sədd çəkmişlər. O da buna etiraz olaraq onlara “qoçusunuz?” demişdir. Bələdiyyə sədrinin ona tanıdılmış yeri Elxana verməsini və Elxan tərəfindən istifadə edilməsini, bununla bağlı ona cərimə yazılmasını demişdir. Zərərçəkmiş şəxs1 hər il Elxandan 1000 manat pul alır, sonra demişdir ki, Zərərçəkmiş şəxs1 iş yerində tapılmır, dəfələrlə icra nümayəndəsini bələdiyyə sədrinin otağına dəvət etmiş, həmin vaxt demişlər ki, bələdiyyə sədri Gəncə şəhərinə şəxsi işi ilə bağlı getmişdir. Ona cavab vermişlər ki, sabah onun problemi yerində həll olunacaqdır. Həmçinin icra başçısının müavini Seymurun ona verdiyi vədlərə əməl etmədiyini demişdir. Bir gün sonra, yəni 13 mart 2024-cü il tarixdə Goranboy rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda iştirak etmiş, belə ki, saat 10 radələrində orada olmuş, orada olarkən icra nümayəndəsi onu otağa çağırmış, həmin otaqda bir nəfər şəxs əyləşmiş, həmin şəxsdən kim olduğunu soruşduqda şöbə müdiri olduğunu demiş, həmin vaxt Səbinə gəlmiş və icra nümayəndəsi Səbinəyə onu vurmasını demiş, Səbinə isə əl çantasını belinə vurmuş, sonra oraya başqa adamlar gəlmiş, o da oradan çıxıb Goranboy rayon prokurorluğuna gəlmiş, orada prokuror ilə görüşmək istəmiş, lakin prokuror işdə olmadığı üçün oradan çıxıb Goranboy RPŞ-nə gəlmiş, şöbədə rəis onu qəbul etməmiş, saat 15:05-də icra nümayəndəsi Elnur ona zəng vurub demişdir ki, icra başçısının müavini Seymur Qızılhacılı qəsəbəsində yerləşən bələdiyyənin inzibati binasına gəlir. O da ona həmin yerə gələcəyini demiş, həmin yerdə, yəni həyətdə icra nümayəndəsi Elnur ilk öncə onu qəbul etmiş, sonra Goranboy rayon İcra Hakimiyyəti Başçısının müavini Seymurla söhbət etmiş və bir nəticə əldə olmadığı üçün oradan çıxıb Goranboy rayonuna gəlmiş, Goranboy rayonuna gəldikdən sonra DAİM-ə gedib şikayət etmiş, sonra isə bələdiyyənin sədrinin ona qarşı qanunsuz hərəkətləri barədə müraciət etmək üçün Goranboy rayon prokurorluğunun inzibati binasına getmiş, Goranboy rayon prokurorluğunun inzibati binasında olarkən prokurorla görüşmək istəmiş, bir qədər sonra Goranboy rayon prokurorluğunun inzibati binasına Goraboy rayon polis şöbəsinin əməkdaşları gəlib onun qoluna qandal vurub Goranboy rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları onu gətirən zaman hansı səbəbdən saxlanılmağı barədə ona heç bir məlumat verməmişlər. Qızılhacılı bələdiyyəsinin sədrinin təqdim etdiyi aktda göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, şumlatdığı torpaq sahəsini Zərərçəkmiş şəxs1 ona örüş sahəsindən mədəni otlaq sahəsi yaratmağı üçün 10 ha torpaq sahəsi ayrılması ilə bağlı müraciətindən sonra yer tanıtması edərkən hazırda şumlatdığı torpaq sahəsini ona tanıtdığı üçün orada şumlama işləri aparmışdır. Sadəcə olaraq yerin tanıdılmasından sonra torpaq sahəsinin ona icarəyə verilməsi və çıxarışın təqdim edilməsi ilə bağlı Qızılhacılı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 sənədləşmə işlərini həll etmədiyi üçün həmin torpaq sahəsinə dair çıxarış əldə edə bilməmişdir. Səbinənin qeyd etdikləri həqiqəti əks etdirmir, belə ki, şumlatdığı torpaq sahəsini Zərərçəkmiş şəxs1 ona örüş sahəsindən mədəni otlaq sahəsi yaratmağı üçün 10 ha torpaq sahəsi ayrılması ilə bağlı müraciətindən sonra yer tanıtması edərkən hazırda şumlatdığı torpaq sahəsini ona tanıtdığı üçün orada şumlama işləri aparmışdır. Sadəcə olaraq yerin tanıdılmasından sonra torpaq sahəsinin ona icarəyə verilməsi və çıxarışın təqdim edilməsi ilə bağlı Qızılhacılı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 sənədləşmə işlərini həll etmədiyi üçün həmin torpaq sahəsinə dair çıxarış əldə edə bilməmişdir, şumlatdığı torpaq sahəsi Zərərçəkmiş şəxs1 tərəfindən ona təqdim edilib tanıdılmışdır. Yekunda o, bu işdə tam günahsız olduğunu, hazırda da zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığını, ondan heç bir şikayət və tələblərinin olmadığını bildirərək, ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən Qızılhacılı bələdiyyəsinin inzibati binasının həyətində Goranboy rayon İcra Hakimiyyəti Başçısının müavini Seymur və Goranboy rayon Qızılhacılı icra nümayəndəsinin sədri Elnurla söhbət etmiş, həmin vaxt orada Pərvanə və ya Araz olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, hazırda Goranboy rayonu Qızılhacılı bələdiyyəsinin sədri vəzifəsində işləyir. İşinin icrası ilə bağlı hər gün səhər saat 09:00-da Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən bələdiyyənin inzibati binasına gedir və axşam saat 18:00-a qədər iş yerində olur. Bəzən işlə bağlı gün ərzində rayon və Qızılhacılı qəsəbəsi ərazisində olub mövcud olan problemlərlə və ya ictimai işlərlə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır. X2 rayonu Qızılhacılı qəsəbəsində yaşayır. Məhəmmədlə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs mütəmadi olaraq haqsız müxtəlif orqanlara şifahi və yazılı şikayətlər edir. 13 mart 2024-cü il tarixdə saat 09:00-a təyin edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının qəbul günü ilə əlaqədar keçiriləcək tədbirdə iştirak etmək məqsədi ilə Goranboy şəhərinə, İcra Hakimiyyətinin inzibati binasına gəlmiş, saat 13:00-dək Goranboy rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə iştirak etmişdir. Həmin vaxt iclasda Qızılhacılı qəsəbəsi sakini Təqsirləndirilən şəxs də iştirak etmiş, Təqsirləndirilən şəxs qəbul zamanı orada iştirak edən şəxslərə qarşı hörmətsizlik etmiş, qəbul zamanı torpaq məsələsi ilə bağlı müraciət etmiş, buna görə də qərara alınmışdır ki, saat 15:00-da Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən bələdiyyənin inzibati binasının qarşısında Təqsirləndirilən şəxslə görüşüb onun şikayəti ilə bağlı problemi aradan qaldırsın. Odur ki, saat 14:30 radələrində Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən bələdiyyənin inzibati binasına gəlib xidməti iş otağına daxil olmuş, həmin vaxt bələdiyyənin işçiləri Pərvanə və Araz digər xidməti otaqda öz işləri ilə məşğul olmuşlar. Xidməti iş otağında əyləşib Təqsirləndirilən şəxs gəlməsini gözləmiş, təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs Goranboy rayonu Qızılhacılı bələdiyyəsinin inzibati binasında yerləşən xidməti otağına gəlmiş, onun xidməti otağına daxil olduqdan sonra torpaq sahəsi ilə bağlı söhbətə başlamış, Məhəmmədə torpaq məsələsi ilə bağlı köməklik edəcəyini demiş, lakin Təqsirləndirilən şəxs ucadan onun və rayon rəhbərliyinin ünvanına nalayiq ifadələr deməyə başlayıb onunla sözlü mübahisə etmiş, mübahisə zamanı Məhəmməd otaqda olan əşyaları dağıtmağa başlamışdır. Belə ki, Məhəmməd xidməti iş otağında stolun üzərində olan kitablarını, qələmləri, dibçəkdə olan gülü yerə atıb otağı dağıtmağa başlamış, Məhəmməddən sakitləşməsini xahiş etsə də, Məhəmməd ucadan nalayiq ifadələr işlətməklə qanunsuz hərəkətlərini davam etdirmiş, az sonra isə Qızılhacılı qəsəbəsi icra nümayəndəsi Elnur və bələdiyyənin işçiləri Pərvanə və Araz səs-küylə əlaqədar olaraq onun xidməti otağına daxil olmuşlar. Onlar otağa daxil olduqdan sonra da Məhəmməd onun və digər rəhbər şəxslərin ünvanlarına ucadan nalayiq ifadələr deməkdə davam edib anidən xidməti otaqda olan qızılı-sarı rəngli stulu əlinə götürüb onun üzərinə gəlmiş, həmin vaxt isə xidməti otaqda giriş qapısına yaxın ayaqüstə dayanmış, Məhəmməd həmin stulla onun sol qoluna bir dəfə möhkəm zərbə ilə vurub stulu yerə ataraq otaqda dayanmış Elnur, Pərvanə və Arazın ünvanına nalayiq ifadələr deyərək çıxıb getmiş, o da zərbənin təsirindən özünü saxlaya bilməmiş və otaqda olan sənədləri yığdığı dolaba dəymiş, həmin vaxt Elnur, Pərvanə və Araz ona yaxınlaşıb onu otağın ortasına doğru çəkmişlər. O da dərhal DİN-in “102” zəng xidmətinə müraciət edərək polisin gəlməsini xahiş etmiş, bunun ardınca isə baş verənlər barədə otağına gəlmiş Elnur, Pərvanə və Araza məlumat verərək Təqsirləndirilən şəxs onun xidməti otağını dağıtmasını demişdir. Bir qədər sonra Goranboy rayon polis şöbəsinin əməkdaşları gəlmişlər və baş verənləri polis əməkdaşlarına danışıb bu barədə ərizə yazdıqdan sonra polis əməkdaşları tərəfindən xidməti otağına baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs onun qoluna vuraraq xəsarət yetirdiyi stulu polis əməkdaşlarına təqdim etmiş və polis əməkdaşları həmin bir ədəd stulu götürmüşlər. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, hadisə vaxtı orada Elnur, Pərvanə və Araz olmuş, onlardan başqa orada heç kim olmamış, həmçinin bələdiyyənin yerləşdiyi inzibati bina insanların yaşadığı və ya gur toplaşdığı yerlərdən aralıda yerləşdiyi üçün oraya kənardan başqa şəxslər gəlib toplaşmamış, hadisə təxminən 10 dəqiqə ərzində davam etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən ümumi sahəsi 28,32 ha təşkil edən kənd təsərrüfatı təyinatlı örüş uqodiyalı torpaq sahəsi Goranboy rayon Qızılhacılı bələdiyyəsi ilə bağladığı müqavilə əsasında 15 il müddətinə ona icarəyə verilmiş, həmin torpaq sahəsini icarə götürməyi barədə Qızılhacılı bələdiyyəsi ilə müqavilə bağladıqdan sonra bu barədə DƏMDX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş və müraciətindən sonra həmin torpaq sahəsinin plan və ölçüləri, eyni zamanda çıxarışı hazırlanmış, həmin torpaq sahəsini icarəyə götürdükdən sonra torpaq sahəsindən əkinçilik məqsədi ilə istifadə etmək istəsə də ona bildirilmişdir ki, həmin torpaq sahəsi örüş uqodiyalı olduğu üçün həmin torpaq sahəsini təyinatına uyğun olaraq istifadə etsin, yəni həmin torpaq sahəsindən əkinçilik məqsədi ilə istifadə etməsin. O da buna görə həmin torpaq sahəsindən faktiki olaraq təyinatına uyğun istifadə etməyə başlamış, yəni həmin torpaq sahəsi boş olaraq qalır və orada əkinçilik məqsədi ilə heç bir iş görmür, onunla birlikdə kənd camaatı da torpaq sahəsində otlaq hissə olduqda orada heyvanlarını otarırlar. Hazırda isə ümumiyyətlə həmin torpaq sahəsindən hər hansısa bir məqsədlə istifadə etmir, torpaq sahəsi boş olaraq qalmışdır. 14 mart 2024-cü il tarixdə isə Goranboy rayon Qızılhacılı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 ona məlumat verib bildirmişdir ki, Qızılhacılı qəsəbəsindən olan Təqsirləndirilən şəxs onun icarəsində olan 28,32 ha torpaq sahəsinin bir qismini şumlatması ilə bağlı ƏMDX-nə müraciət etdiyi üçün həmin torpaq sahəsinə baxış keçiriləcəkdir və Zərərçəkmiş şəxs1 həmin baxışda iştirak etməyini xahiş etmiş, o da icarəsində olan torpaq sahəsinin qanunsuz olaraq Təqsirləndirilən şəxs tərəfindən şumladılmasından məlumatsız olduğu üçün Zərərçəkmiş şəxs1 bu barədə maraqlandıqda Zərərçəkmiş şəxs1 ona bir neçə gün əvvəl Təqsirləndirilən şəxs onun icarəsində olan torpaq sahəsini şumlatması müəyyən edildiyi üçün bununla bağlı ƏMDXnə müraciət etdiyini bildirmişdir. Odur ki, bundan sonra icarəsinə verilmiş torpaq sahəsinə gəlib baxdıqda görmüşdür ki, həqiqətən də həmin torpaq sahəsinin bir qismi şumladılmışdır. Onun icarəsinə verilmiş 28,32 ha torpaq sahəsinə, Nemət Qasımov, Şahid1, Zərərçəkmiş şəxs1 və özünün iştirakı ilə baxış keçirildikdən sonra müəyyən olunmuşdur ki, icarəsində olan 28,32 ha torpaq sahəsinin təxminən 2,80 ha hissəsi qanunsuz olaraq Təqsirləndirilən şəxs tərəfindən şumladılmışdır. Odur ki, bu barədə akt tərtib edilmiş və həmin aktı imza etmiş, sonradan isə məlumat almışdır ki, 2024-cü ilin mart ayının əvvəlində Təqsirləndirilən şəxs onun icarəsinə verilmiş torpaq sahəsini öz başına qanunsuz olaraq Şahid5 traktor vasitəsi ilə şumlatmışdır. Lakin, Təqsirləndirilən şəxs faktiki olaraq bu barədə torpağın mülkiyyətiçisi Qızılhacılı bələdiyyəsinə və ya ona icarəçi olaraq heç bir məlumat verməmişdir. Yəni, Təqsirləndirilən şəxs onun icarəsinə verilmiş Qızılhacılı bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş uqodiyalı 28,32 ha torpaq sahəsinin təxminən 1,86 ha hissəsini qanunsuz olaraq əkinçilik məqsədi ilə şumlayıb zəbt etmişdir. Hazırda o, Təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Oktay oğlu ifadəsində göstərdi ki, o, 2022-ci ilin avqust ayından Goranboy rayon İcra Hakimiyyəti Başçısının Qızılhacılı qəsəbə İƏDÜ nümayəndəsi vəzifəsində işləyir. İşinin icrası ilə bağlı hər gün səhər saat 09:00-da Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən icra nümayəndəliyinin inzibati binasına gedir və axşam saat 18:00-a qədər iş yerində olur. Bəzən işlə bağlı gün ərzində rayon və Qızılhacılı qəsəbəsi ərazisində olub mövcud olan problemlərlə və ya ictimai işlərlə məşğul olur. Zərərçəkmiş şəxs1 tanıyır. Zərərçəkmiş şəxs1 Goranboy rayon Qızılhacılı bələdiyyəsinin sədri işləyir. Həmçinin də, Səbinə Qızılhacılı qəsəbəsində yaşayır. Səbinə ilə münasibətləri həmişə normal olmuş, Səbinə ilə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Səbinənin iş yeri və xidməti otağı Goranboy rayonu Qızılhacılı qəsəbəsində onun işlədiyi nümayəndəliyin inzibati binasının arxa tərəfində yerləşir. 13 mart 2024-cü il tarixdə saat 09:00-a təyin edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının qəbul günü ilə əlaqədar keçiriləcək tədbirdə iştirak etmək məqsədi ilə Goranboy şəhərinə İcra Hakimiyyətinin inzibati binasına gəlmiş, saat 13:00-dək Goranboy rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə iştirak etmiş, həmin vaxt iclasda Qızılhacılı qəsəbəsi sakini Təqsirləndirilən şəxs də iştirak etmiş, hətta onun iştirakı etdiyi şikayətlə bağlı olduğu üçün Goranboy rayon Qızılhacılı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 da iclasa dəvət edilmişdir. Təqsirləndirilən şəxs Goranboy rayon İcra Hakimiyyəti Başçısının keçirdiyi qəbulda şikayəti ilə bağlı belə qərar alınmışdır ki, saat 15:00-da Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən bələdiyyənin inzibati binasının qarşısında Təqsirləndirilən şəxslə görüşüb onun şikayəti ilə bağlı problemi aradan qaldırsınlar. Odur ki, həmin gün yəni 13 mart 2024-cü il tarixdə saat 15 radələrində Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən Qızılhacılı bələdiyyəsinin yerləşdiyi inzibati binanın qarşısına gəlmiş, həmin yerdə dayanan zaman bələdiyyə sədri Zərərçəkmiş şəxs1 otağında kiminsə ucadan ünvanlı-ünvansız nalayiq ifadələr işlətməsini eşitmiş, bundan narahat olmuş və dərhal Qızılhacılı bələdiyyəsinin yerləşdiyi binaya daxil olduqda görmüşdür ki, Qızılhacılı bələdiyyəsinin işçiləri Şahid2 və Şahid3 otaqdan çıxıb bələdiyyə sədri Zərərçəkmiş şəxs1 otağına tərəf gəlirlər. Həmin işçilərlə birlikdə Zərərçəkmiş şəxs1 xidməti otağının qapısını açıb içəriyə daxil olduqda görmüşdür ki, Qızılhacılı qəsəbə sakini Təqsirləndirilən şəxs ucadan nalayiq ifadələrlə Zərərçəkmiş şəxs1 təhqir edərək onunla mübahisə edir. Hətta həmin vaxt Zərərçəkmiş şəxs1 otağında olan əşyalar, yəni kitablar, qələmlər və digər ləvazimatlar dağınıq vəziyyətdə yerdə olmuş, Təqsirləndirilən şəxs bunun ardınca ünvanlı və ya ünvansız nalayiq ifadələrinə davam edib anidən Zərərçəkmiş şəxs1 xidməti iş otağında olan stulu əlinə götürərək Səbinənin sol qoluna bir dəfə möhkəm zərbə ilə vurub stulu da yerə ataraq onların ünvanına ucadan nalayiq ifadələr deyərək otaqdan çıxıb getmiş, həmin vaxt isə Səbinə özünü saxlaya bilməyib otaqda olan sənədlərin yığıldığı dolaba dəyib dayanmış, o da bələdiyyənin işçiləri ilə birlikdə dərhal Səbinəyə köməklik edib onu kənara çəkmişlər. Səbinə isə həmin vaxt mobil telefonu ilə DİN-in “102” zəng xidməti mərkəzinə müraciət edib polisi çağırmış, bir az sonra isə hadisənin baş verdiyi yerə Goranboy rayon polis şöbəsinin əməkdaşları gəlmişlər. Verilmiş suala cavab olaraq bildirdi ki, hadisə təxminən 10 dəqiqə ərzində davam etmiş, Zərərçəkmiş şəxs1 xidməti iş otağına daxil olan zaman kitabların, qələmlərin və digər ləvazimatların otağa dağılmasını görmüş, lakin həmin vaxt konkret olaraq kitabların, qələmlərin və digər ləvazimatların Məhəmməd tərəfindən dağıdılmasını görməmişdir. Sonradan Səbinə otağında olan kitabları, qələmləri və digər ləvazimatları Məhəmmədin dağıtdığını demiş, bundan başqa isə Səbinənin xidməti iş otağında olan zaman Məhəmmədin ucadan ünvanlı-ünvansız nalayiq ifadələr işlədib sözlü olaraq Səbinə ilə mübahisə etdiyindən mübahisəyə müdaxilə edə bilməmiş, həmçinin Məhəmmədin Səbinəni vuracağını güman etməmiş, buna görə də baş vermiş hadisəyə müdaxilə edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2023cü ilin yanvar ayından Goranboy rayon Qızılhacılı bələdiyyəsində mühasib vəzifəsində işləyir. İşinin icrası ilə bağlı hər gün səhər saat 09:00-da Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən Qızılhacılı bələdiyyəsinin inzibati binasına gedir və axşam saat 18:00-a qədər iş yerində olur. Zərərçəkmiş şəxs1 tanıyır. Zərərçəkmiş şəxs1 Goranboy rayon Qızılhacılı bələdiyyəsi sədri işləyir. Həmçinin də Səbinə Qızılhacılı qəsəbəsində yaşayır. Səbinə ilə münasibətləri həmişə normal olmuş, Səbinə ilə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Səbinənin xidməti iş otağı Goranboy rayonu Qızılhacılı qəsəbəsində onun xidməti iş otağının yaxınlığında yerləşir. 13 mart 2024-cü il tarixdə saat 09:00-a təyin edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının qəbul günü ilə əlaqədar keçiriləcək tədbirdə iştirak etmək məqsədi ilə bələdiyyə sədri Səbinə Goranboy şəhərinə getmiş, həmin gün təxminən saat 14:30 radələrində Zərərçəkmiş şəxs1 Qızılhacılı bələdiyyəsinə xidməti iş otağına gəlmiş, həmin vaxt isə xidməti iş otağında iş yoldaşı Arazla birlikdə əyləşmişdir. Bir qədər sonra təxminən saat 15 radələrində bələdiyyə sədri Zərərçəkmiş şəxs1 otağında kiminsə ucadan ünvanlı-ünvansız nalayiq ifadələr işlətməsini eşitmiş, iş yoldaşı Arazla birlikdə bundan narahat olmuş və dərhal Zərərçəkmiş şəxs1 xidməti iş otağının qapısına gəlmişlər. Həmin vaxt Qızılhacılı icra nümayəndəsi Şahid1 da gəlib Zərərçəkmiş şəxs1 xidməti iş otağının qarşısında dayanmış, hamılıqla Zərərçəkmiş şəxs1 xidməti otağının qapısını açıb içəriyə daxil olduqda görmüşlər ki, Qızılhacılı qəsəbə sakini Təqsirləndirilən şəxs ucadan nalayiq ifadələrlə Zərərçəkmiş şəxs1 təhqir edərək onunla mübahisə edir. Hətta həmin vaxt Zərərçəkmiş şəxs1 otağında olan əşyalar, yəni kitablar, qələmlər və digər ləvazimatlar dağınıq vəziyyətdə yerdə olmuşdur. Təqsirləndirilən şəxs bunun ardınca ünvanlı-ünvansız nalayiq ifadələrinə davam edib anidən Zərərçəkmiş şəxs1 xidməti iş otağında olan stulu əlinə götürərək Səbinənin sol qoluna bir dəfə möhkəm zərbə ilə vurub stulu da yerə ataraq onların da ünvanına ucadan nalayiq ifadələr deyərək otaqdan çıxıb getmiş, həmin vaxt isə Səbinə özünü saxlaya bilməyib otaqda olan sənədlərin yığıldığı dolaba dəyib dayanmış, o, Araz və Elnur isə dərhal Səbinəyə köməklik edib onu kənara çəkmişlər. Səbinə isə həmin vaxt mobil telefonu ilə DİN-in “102” zəng xidməti mərkəzinə müraciət edib polis çağırmış, bir az sonra isə hadisənin baş verdiyi yerə Goranboy rayon polis şöbəsinin əməkdaşları gəlmişlər. Verilmiş suala cavab olaraq bildirdi ki, həmin vaxt orada onunla yanaşı Araz və Elnur olmuş, onlardan başqa orada heç kim olmamış, hadisə təxminən 10 dəqiqə ərzində davam etmişdir. Zərərçəkmiş şəxs1 xidməti iş otağına daxil olan zaman kitabların, qələmlərin və digər ləvazimatların otağa dağılmasını aşkar etmiş, lakin həmin vaxt konkret olaraq kitabların, qələmlərin və digər ləvazimatların Məhəmməd tərəfindən dağıdılmasını görməmişdir. Səbinənin xidməti iş otağında olan zaman Məhəmmədin ucadan ünvanlıünvansız nalayiq ifadələr işlədib sözlü olaraq Səbinə ilə mübahisə etdiyindən mübahisəyə müdaxilə edə bilməmiş, həmçinin Məhəmmədin Səbinəni vuracağını güman etməmiş, buna görə də baş vermiş hadisəyə müdaxilə edə bilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, hazırda Goranboy rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs Goranboy rayonu Qızılhacılı qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxslə münasibəti olmasa da, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs mütəmadi olaraq torpaq sahəsinin istifadəsinə verilməsi ilə bağlı çoxsaylı müraciətlər etmiş və Goranboy rayon İcra Hakimiyyətində təşkil olunan vətəndaşların qəbulunda iştirak etmişdir. 12 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Goranboy rayon İcra Hakimiyyəti Başçısının Qızılhacılı qəsəbəsində vətəndaşların qəbulunu keçirən zaman oraya gəlib həmişə olduğu kimi torpaq sahəsinin verilməsi ilə bağlı müraciət edib Qızılhacılı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 barəsində şikayət edib onu nalayiq ifadələrlə təhqir edib getmiş, 13 mart 2024-cü il tarixdə isə Goranboy rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu ilə bağlı keçirilən tədbirə də Təqsirləndirilən şəxs gələrək orada yenidən torpaq sahəsinin icarəsinə verilməsi ilə bağlı müraciət edib orada Qızılhacılı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 təhqir etmişdir. Bundan sonra qərara alınmışdır ki, Təqsirləndirilən şəxs Goranboy rayon Qızılhacılı bələdiyyəsinin inzibati binasında qəbul edərək onun şikayəti ilə bağlı məsələsini həll etsinlər. Bununla bağlı isə o da Goranboy rayon Qızılhacılı bələdiyyəsinin inzibati binasına gedib orada qəbulda iştirak etməli olmuşdur. Odur ki, həmin gün saat 15 radələrində xidməti avtomobili ilə Goranboy rayon İcra Hakimiyyətindən çıxıb Goranboy rayon Qızılhacılı bələdiyyəsinin inzibati binasının yerləşdiyi yerə gəlmiş, həmin vaxt avtomobildən düşüb həyət ilə Qızılhacılı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 xidməti otağı istiqamətində addımlayan zaman Təqsirləndirilən şəxs əsəbi halda nalayiq ifadələr işlədərək Qızılhacılı bələdiyyəsinin inzibati binasından çıxıb ona tərəf gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs dayanmadan hərəkətini davam etdirib çıxıb getmiş, o da Zərərçəkmiş şəxs1 xidməti otağına gəlib çatdıqda görmüşdür ki, Zərərçəkmiş şəxs1 xidməti otağı dağıdılmış və Zərərçəkmiş şəxs1 sol qolunu tutmuşdur. Zərərçəkmiş şəxs1 nə baş verdiyini soruşduqda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onun xidməti otağına daxil olaraq onu heç bir əsas olmadığı halda söyüb təhqir etməsini, otağı dağıtmasını və stulla onun sol qoluna xəsarət yetirməsini demiş, həmçinin həmin vaxt orada olan bələdiyyənin işçiləri və Qızılhacılı qəsəbə icra nümayəndəsi Elnur Zərərçəkmiş şəxs1 dediklərini təsdiq etmiş, həmçinin Zərərçəkmiş şəxs1 baş verənlər barədə polisə məlumat verdiyini demiş, o da bundan sonra Təqsirləndirilən şəxslə görüşməyin mümkünsüz olacağını bildiyi üçün oradan çıxıb iş yerinə getmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs doğru demir, belə ki, 13 mart 2024-cü il tarixdə saat 15 radələrində Goranboy rayon Qızılhacılı bələdiyyəsinin inzibati binasının həyəti ilə piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xidməti otağından çıxıb yanından keçərək getmiş, Təqsirləndirilən şəxslə hər hansısa məzmunda söhbət etməmiş və ya Təqsirləndirilən şəxs onunla görüşüb sonra oradan çıxıb getməmiş, həmin yerdə olan zaman Təqsirləndirilən şəxs faktiki olaraq Zərərçəkmiş şəxs1 xidməti otağından çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, onun K- 700 markalı traktoru vardır və həmin traktor vasitəsi ilə torpaqların şumlanması işini həyata keçirir. İşləri çox olduğu üçün torpaq sahəsinin şumladılmasını istəyən şəxslər əvvəlcədən müraciət edirlər. O da növbəli şəkildə torpaq sahələrinin şumlanması işini K- 700 markalı traktoru vasitəsi ilə edir. 2024-cü ilin fevral ayında Goranboy rayonu Qızılhacılı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs torpaq sahəsini şumlamağı ilə bağlı ona müraciət etdikdən sonra 2024-cü ilin mart ayının əvvəlində dəqiq xatırlamadığı gündə vaxtı olduğu üçün Təqsirləndirilən şəxslə əlaqə saxlayıb ona bu barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs göstərdiyi Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən şumladılmasını istədiyini torpaq sahəsini göstərdikdən sonra K-700 markalı traktoru ilə həmin torpaq sahəsini şumlamağa başlamış, bir qədər həmin sahədə K-700 markalı traktoru ilə şumlama işləri apardıqdan sonra Qızılhacılı qəsəbəsinin bir neçə sakini ona yaxınlaşıb işi dayandırmağını demişlər. Belə ki, həmin sakinlər Təqsirləndirilən şəxs qanunsuz olaraq örüş sahəsini ona şumlatdırdığını demişlər. O da bundan narahat olub Qızılhacılı icra nümayəndəsi Şahid1la əlaqə saxlayıb onunla danışmış, həmin vaxt vəziyyəti Şahid1 bildirmiş, Şahid1 camaatın narazılıq etdiyi halda və Məhəmmədin də qanunsuz olaraq torpaq sahəsini şumlatdırdığı üçün sahədən çıxıb getməsini demiş, o da buna görə işi yarıda saxlayıb sahədən çıxıb getmişdir. Torpaq sahəsində K-700 markalı traktoru vasitəsi ilə şumlama işləri aparan zaman həmin sahəyə gəlmiş şəxsləri tanımamış, lakin onların Qızılhacılı qəsəbəsi sakinləri olmasını bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 13 mart 2024-cü il tarixli baxış protokolundan görünür ki, Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən rayonun Qızılhacılı bələdiyyəsinin yerləşdiyi inzibati binada bələdiyyə sədri Zərərçəkmiş şəxs1 ayrılmış xidməti otaq dağınıq vəziyyətdədir, otağın içərisində kitablar, qələmlər, gül dibçəyi, təmizlik ləvazimatı və bir ədəd stul yerdə dağınıq vəziyyətdədir; “Şübhəli şəxsin tutulması haqqında” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində azadlığı faktiki olaraq 13 mart 2024-cü il tarixdə saat 17:30-dan məhdudlaşdırılmaqla həmin tarixdə saat 22:00-da tutulmuşdur; MTE və PA birliyi PHŞ-nin Goranboy rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 231 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sol saidin və sol bazunun hematomaları, aktiv hərəkət məhdudluğu, bərk KÜT predmetlə (stul, şkaf və.s) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir; Goranboy rayon Məhkəməsinin 4(045)-17/2024 saylı, 15 mart 2024-cü il tarixli qərarından görünür ki, CM-in 188.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 mart 2024-cü il tarixdən hesablanmışdır; 29 mart 2024-cü il tarixli baxış protokolundan görünür ki, Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən rayonun Qızılhacılı bələdiyyəsinin mülkiyyətinə aid icarə müqaviləsi əsasında Zərərçəkmiş şəxs2 icarəsinə verilmiş kənd təsərrüfatı təyinatlı örüş uqodiyalı 28,32 ha torpaq sahəsinin 1.86 ha hissəsini Təqsirləndirilən şəxs istifadə etmək məqsədi ilə öz başına şumlatmışdır; Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Goranboy rayon Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmış, xx.xx.2008-ci il tarixli Ali Məhkəmənin qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmış, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2009-cu il tarixli qərarının 1.3-cü bəndinə əsasən, o, cəzasından tam olaraq azad olunmuşdur; Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 210 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik keçirmir və hazırda da onda psixi xəstəlik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və onları dərk etmək iqtidarında olmuş, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən onun əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur; Azərbaycan Respublikası DİN-in X3 Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 2/2-1048/24 nömrəli məktuba əlavə edilmiş diskdə təqdim edilən məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, 13 mart 2024-cü il tarixdə DİN-in “102” zəng xidməti mərkəzinə Zərərçəkmiş şəxs1 müraciət etmişdir; Məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/2863 nömrəli rəyindən görünür ki, TEKUİS məlumat bazasına əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********73 reyestr nömrəli çıxarışla Goranboy rayonu Qızılhacılı bələdiyyəsinin mülkiyyətinə verilmiş 28 ha örüş otlaq torpaq sahəsinin 1.86 ha hissəsindən Təqsirləndirilən şəxs istifadə edir; Goranboy RİHB-nin Qızılhacılı qəsəbə İƏDÜN-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayonu Qızılhacılı qəsəbəsi ərzisində yaşadığı müddətdə onun barəsində Goranboy RİHB-nin Qızılhacılı qəsəbə İƏDÜN-yə bələdiyyə torpağını qanunsuz əkdiyinə və bələdiyyə sədri ilə mübahisə etdiyinə, onu təhqir etdiyinə görə dəfələrlə şifahi şikayət xarakterli məlumat daxil olmuşdur; Zərərçəkmiş şəxs2 Goranboy rayon Məhkəməsinə təqdim etdiyi 15 may 2024-cü il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, onun 28,32 ha torpaq sahəsinin 1,86 ha hissəsində əkin əkmiş Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur; Zərərçəkmiş şəxs2 Goranboy rayon Məhkəməsində tərtib və təqdim etdiyi 18 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, onun 28,32 ha torpaq sahəsinin 1,86 ha hissəsində əkin əkmiş Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur; Zərərçəkmiş şəxs1 Goranboy rayon Məhkəməsinə təqdim etdiyi 30 iyul 2024-cü il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə aralarında olan mübahisə ilə bağlı şikayətçi olmuşdur, hal-hazırda Təqsirləndirilən şəxs ailəsi və qızına görə onu bağışlayır, ondan heç bir şikayəti və tələbi yoxdur; Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 188.3 və 221.3-cü maddələrində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, 2024-cü ilin mart ayının əvvəlindən həmin ayın 13-dək olan müddət ərzində Goranboy rayonu Qızılhacılı qəsəbəsi ərazisində rayonun Qızılhacılı bələdiyyəsinin mülkiyyətində olmaqla xx.xx.2020ci il tarixli **********73 nömrəli çıxarış əsasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə uyğun olaraq qəsəbə sakini Zərərçəkmiş şəxs2 icarəsinə verilmiş kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş sahəsi kimi nəzərdə tutulmuş 28,32 ha torpaq sahəsinin 1,86 ha hissəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan şumlamasını və 13 mart 2024-cü il tarixdə saat 15 radələrində Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən, Qızılhacılı bələdiyyəsinin fəaliyyət göstərdiyi inzibati binaya gələrək bələdiyyə sədri Zərərçəkmiş şəxs1 xidməti iş otağına daxil olub heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 ilə mübahisə edib ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək bələdiyyənin iş fəaliyyətini 10 dəqiqə ərzində pozaraq xidməti otaqda stolun üzərindəki kitabları, qələmləri və digər əşyaları yerə dağıdıb qərəzli hərəkətlər etmiş, həmçinin həmin hərəkətlərini davam etdirib şəxs üzərində zor tətbiq etməklə xidməti otaqdakı stulu silah qismində istifadə edib Zərərçəkmiş şəxs1 sol qoluna qəsdən vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslər və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və işdə olan digər sübutlar ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: - Zərərçəkmiş şəxs1 ifadəsində 13 mart 2024-cü il tarixdə saat 15 radələrində Goranboy rayon Qızılhacılı bələdiyyəsinin yerləşdiyi inzibati binada xidməti otağında olan zaman Təqsirləndirilən şəxs bələdiyyənin normal iş fəlaiyyətini pozmaqla yanaşı ucadan nalayiq ifadələr işlətməklə onu, rayon rəhbərliyini, Elnuru, Pərvanəni və Arazı nalayiq ifadələrlə təhqir etdiyini, hətta xidməti iş otağında olan stulu götürüb sol qoluna bir dəfə möhkəm zərbə vurmaqla ona xəsarət yetirdiyini göstərmişdir; - Zərərçəkmiş şəxs2 ifadəsində Təqsirləndirilən şəxs onun icarəsinə verilmiş Qızılhacılı bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş uqodiyalı 28,32 ha torpaq sahəsinin təxminən 1,86 ha hissəsini qanunsuz olaraq əkinçilik məqsədi ilə şumlayıb zəbt etməsini göstərmişdir; - Şahid1 Oktay oğlu ifadəsində 13 mart 2024-cü il tarixdə saat 15 radələrində Goranboy rayon Qızılhacılı bələdiyyəsinin yerləşdiyi inzibati binada bələdiyyə sədri Zərərçəkmiş şəxs1 xidməti otağında Təqsirləndirilən şəxs bələdiyyənin normal iş fəaliyyətini pozmaqla yanaşı ucadan nalayiq ifadələr işlətməklə Səbinəni, onları təhqir etdiyini, hətta xidməti iş otağında olan stulu götürüb Səbinənin sol qoluna bir dəfə möhkəm zərbə vurduğunu göstərmişdir; - digər şahidlər Şahid2 və Şahid3 da ifadələrində Şahid1 Oktay oğlunun ifadəsində göstərdiyi xüsusatları göstərmişlərdir; - Şahid4 ifadəsində 13 mart 2024-cü il tarixdə saat 15 radələrində Goranboy rayon Qızılhacılı bələdiyyəsinin inzibati binasının həyəti ilə piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xidməti otağından çıxıb onun yanından keçərək getdiyini, Təqsirləndirilən şəxslə hər hansısa məzmunda söhbət etmədiyini və ya Təqsirləndirilən şəxs onunla görüşüb sonra oradan çıxıb getmədiyini, həmin yerdə olan zaman Təqsirləndirilən şəxs faktiki olaraq Zərərçəkmiş şəxs1 xidməti otağından çıxıb getdiyini göstərmişdir; - MTE və PA birliyi PHŞ-nin Goranboy rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 231 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sol saidin və sol bazunun hematomaları, aktiv hərəkət məhdudluğu, bərk KÜT predmetlə (stul, şkaf və.s) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; - xx.xx.2024-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir; - xx.xx.2024-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir; - xx.xx.2024-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. CM-in 188.3-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, CM-in 188-ci maddəsində həmçinin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan topaq sahəsini ələ keçirmə başa düşülməlidir. Bu zaman təqsirkar qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (məsələn, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfat ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfat təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları) meşə zolaqların, təsərrüfatdaxili yolları komnikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsi). Hazırki iş üzrə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaqda şumlama fəaliyyəti həyata keçirməklə həmin torpaq sahəsinə faktiki sahiblik etməsi və ondan faktiki istifadə etməsi müəyyən olunmuşdur. CM-in 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci tarixli qərarında qeyd edilir ki, CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərardadında müəyyən edilmişdir ki, xuliqanlıq cinayətinin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir. Xuliqanlıq cinayətinin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 188.3 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - zərərçəkmiş şəxslərlə barışmasını; - yaşını. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması cəzası növündə, 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin maddəni rəhbər tutaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 188.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-in 188.3 və 221.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli, ona CM-in 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması cəzası və 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməli (CM- 66.2), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin əvvəli 13 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan bir ədəd stul Zərərçəkmiş şəxs1 qaytarılmalı, iş üzrə ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344, 346-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan - Goranboy RPŞ-nin saxlancına verilmiş hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd stul Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (X1, KOD 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-36/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-36/2024
17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver