Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-36/2025 17.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X16 oglunun katibliyi, Xüsusi ittihamçı X5 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili “KREDO” Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlunun, Təqsirləndirilən şəxs X10nun və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 26 avqust 1975-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmuş, Goranboy rayonu Qarasüleymanlı kəndində yaşamış, hazırda Goranboy rayon Məhkəməsinin 1(045)-07/2025 saylı 16 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1 və 315-ci maddələri ilə təqsirli bilinib, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hazırda AR ƏN PX-nin 16 saylı CÇMdə çəza çəkən X10nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə Goranboy Rayon Məhkəməsinə müraciət edərək onu xüsusi ittihamçı qismində tanımaqla, şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, onu ağır və xüsusilə ağır cinayətlər törətməkdə ittiham edən, barəsində böhtan xarakterli yalan məlumatlar yayan X10nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan ən yuxarı həddə cəzanın təyin edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X10 “@murguz 2222” adlı Tik-Tok səhifəsində 3 video paylaşmışdır. Həmin videolarda hal-hazırda 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Vüqar Məmmədov onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, həqiqətə uyğun olmayan məlumatlar vermiş, eyni zamanda onu ağır və xüsusilə ağır cinayətlərdə ittiham etməklə, böhtan atmışdır. Həmin X11un onun tərəfindən hədə-qorxulara və təzyiqə məruz qalmasına, onun və qohumlarının qanunsuz fəaliyyət ilə məşğul olduqlarına dair məlumatları verməsi və onu ağır və xüsusilə ağır cinayətləri törətməkdə ittiham etməsi həqiqətə uyğun olmayan yalan məlumatlar olmaqla yanaşı, həm də düşünülmüş şəkildə onun şərəf və ləyaqətini ləkələməyə və onu nüfuzdan salmağa yönəlmişdir. Belə ki, sözügedən videoların birində X12 İlham Əliyev və Birinci xanım Mehriban Əliyevadan kömək istəyərək, sosial yardım işçilərinin icazəsiz evinin hasarına qalxıb şəkil çəkdiklərinə görə onlara irad bildirdikdən sonra aralarında münaqişənin yarandığını, nəticədə əsassız olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221-ci (Xuliqanlıq) maddələri ilə nəzərdə tutlmuş cinayətlərin törədilməsində təqsirləndirildiyini və bu işlə bağlı onun tərəfindən təzyiqə məruz qaldığını bildirmişdir. Həmçinin, həmin videoda onun Goranboy rayonunda məhkəmə, prokurorluq və polis sistemini “pul ilə aldığını”, qohumlarının korrupsiya yolu ilə vəzifələrə təyin olduğunu və hətta onun yanında qəsdən adam öldürülməsi kimi xüsusi ağır cinayəti törətdiyini vurğulamışdır. Səhifəsində paylaşdığı digər videoda Vüqar Məmmədov onun və qohumlarının insanlara hədə- qorxu gəldiklərini bildirmişdir. Bundan başqa, X13 və Birinci xanım Mehriban Əliyevadan kömək istəyərək həmin videoda bir daha onun adam öldürdüyünə və evində silah saxladığına dair yalan məlumatları səsləndirmişdir. Digər videoda Vüqar Məmmədov övladlarını çəkərək, onların ona görə təhlükədə olduğunu bildirmişdir. X11 tərəfindən o, tamamilə əsassız olaraq, heç bir sübut və dəlil göstərilmədən qəsdən adam öldürmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz olaraq silahların saxlanılması və digər ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunmuşdur. Həmçinin, qeyd etmək lazımdır ki, sözügedən videolar dövlətimizə qarşı düşmən olan bir şəxs - Qabil Türkoğlu tərəfindən də paylaşılmışdır. Bu da onun haqqında həqiqətə uyğun olmayan məlumatların daha geniş auditoriyaya yayılmasına gətirib çıxarmışdır. Video yazılardan görünür ki, həqiqətə uyğun olmayan yalan məlumatları yaymaqda Vüqar Məmmədovun əsas məqsədi həmin məlumatların onunla bağlı olduğunu göstərmək və dediyi qanunsuz proseslərə onun rəhbərlik etdiyini geniş ictimaiyyətə çatdırmaqdan və bununla da ictimai fikirdə onun və ailəsi barəsində mənfi rəyin yaranmasına şərait yaratmaqdan ibarət olmuşdur. Belə ki, bu videolar yayıldıqdan sonra o, məcbur qalaraq müxtəlif kütləvi informasiya vasitələrinə məlumatların böhtan xarakterli olması ilə bağlı öz nüfuzunu qorumaq üçün açıqlamalar verməyinə, əlavə vəkil ilə müqailə bağlamağa və xidmətlərindən istifadə etməyə, eləcə də baş verənlər onun səhhətinə ciddi təsir edərək səhhətində narahatlıqlar yaranmağa başlamış, öz işlərinə diqqətini cəlb etməkdə çətinliklər yaranmış, bununla da onun ictimai nüfuzuna ciddi zərər vurulmuşdur. Nəticədə o, həm mənəvi və həm maddi zərərə uğramışdır. Bundan başqa, bildirmək istəyir ki, sözügedən videoların yayılması onun şərəf və ləyaqətinin ləkələnməsindən başqa, cəmiyyətin hüquqmühafizə orqanlarına, o cümlədən məhkəmə, prokurorluq və polis sistemlərinə olan güvənini sarsıdır və bu qurumları nüfuzdan salır. Göründüyü kimi X10nun əməllərində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinin tərkibi vardır. Onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan yalan məlumatları Tik-Tok səhifəsində yaydığı üçün, eləcə də əsassız olaraq onu ağır və xüsusilə ağır cinayət əməlində ittham etdiyi üçün X10 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və qanunvericiliklə müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Odur ki, xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Goranboy rayonu Şahməmmədli kəndində qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan - X10nun Azərbaycan Respublikası CM-nin 147.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair «Xüsusi ittiham qaydasında» təqdim etdiyi şikayətin icraata qəbul olunması, onun həmin maddə ilə təqsirli bilinərək məhkum edilməsinə dair hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək, bildirdi ki, xüsusi ittihamla bağlı şikayətdə bütün xüsusatlar ətraflı qeyd olunmuşdur. Odur ki, X10nun əməlində CM-in 147.2-ci maddəsinin tərkibi mövcud olduğuna görə onun barəsində ən ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X2 nümayəndəsi və vəkili Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək, X10nun əməlində CM-in 147.2-ci maddəsinin tərkibi mövcud olduğuna görə, onun barəsində qanunla nəzərdə tutulmuş qaydada ən ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X10 xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, “@murguz 2222” adlı Tik-Tok səhifəsində “Goran Faxı” kimi tanınan X2 Goranboy rayonu Şahməmmədli kənd sakinini X15 oölunu qəsdən öldürüb bu cinayəti ört-basdır etməsi və evində qanunsuz silah-sursat saxlaması ilə bağlı məlumatları özündə əks etdirən videogörüntülər onun tərəfindən 2024-cü ilin dekabr ayında yayımlanaraq, ictimaiyyətə çatdırılmışdır. Hazırda əməlindən peşman deyildir, çünki o, həqiqəti söyləmişdir, həmin cinayət məhz “Goran Faxı” tərəfindən onun yanında törədilmiş, ona hədə-qorxu gəldiyi üçün bugünə kimi həmin cinayət haqqında aidiyyəti orqanlara məlumat verməmişdir. Hazırda həmin cinayətlə bağlı prokurorluq tərəfindən araşdırma aparılır, az bir vaxta hər şey üzə çıxaraq, məlumatların yalan olmadığı hər kəsə məlum olacaqdır. Bundan başqa “youtube” portalında çıxışlar edən “Qabil” adlı şəxsə onun tərəfindən hər hansı görüntü və məlumat göndərilməmişdir. Qeyd edir ki, onun telefonu “Goran Faxının” polis oğlunun da iştirak etdiyi polis dəstəsi tərəfindən zorla onun əlindən alınaraq, həmin məlumatlar onun telefonundan “Qabil” adlı şəxsə göndərmişdir. Odur ki, məhkəmədən söylədiklərinin böhtan olmadığının və əlavə qeyd etdiklərinin nəzərə alınaraq, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, X10 tərəfindən ona aid “@murguz 2222” adlı Tik-Tok səhifəsində əsassız və həqiqəti əks etdirməyən 4 video paylaşılmış, bununla da o, CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Təqsirləndirilən şəxs X10nun “@murguz 2222” adlı Tik-Tok səhifəsində yaydığı videomüraciətləri özündə əks etdirən “DVD” diskdən görünür ki, o, həmin kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında zərərçəkmiş şəxs X3 qəsdən adam öldürmə və qanunsuz silah-sursat saxlama cinayətlərində ittiham etmişdir; “Qabil” adlı sosial şəbəkə istifadəçisinin videogörüntüsünü özündə əks etdirən “DVD” diskdən görünür ki, həmin şəxs təqsirləndirilən şəxs X10nun “@murguz 2222” adlı Tik-Tok səhifəsində yaydığı videomüraciəti özünə məxsus sosial şəbəkə hesabında paylaşmışdır; Goranboy rayon Məhkəməsinin 1(045)-07/2025 saylı 16 yanvar 2025-ci il tarixli hökmündən görünür ki, X10 Azərbaycan Respublikası CM-nin 221.1 və 315-ci maddələri ilə təqsirli bilinib, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı verilmiş xüsusi ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsinə, işdə olan araşdırılan və tədqiq edilən sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin X10 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli CM-in 147.2-ci maddəsi ilə tövsif edilir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (De Haes və Gijsels, § 42 vəLingens, § 46). Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Bu mənada məhkəmə, xüsusi ittihamçı X2 mövqeyilə, yəni təqsirləndirilən şəxs X10nun “@murguz 2222” adlı Tik-Tok səhifəsində paylaşdığı videolarda şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, həqiqətə uyğun olmayan məlumatlar vermiş, eyni zamanda onu ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə, böhtan atmasının baş verməsi ilə razılaşır və qeyd edir ki, təqsirləndirilən şəxs X10 bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsində göstərilən cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayımlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər (5-ci bənd). Bundan başqa, təqsirləndirilən şəxs X10nun iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “@murguz 2222” adlı Tik-Tok videopaylaşma şəbəkəsində 2024-cü ilin dekabr ayında yaydığı videomüraciətlərindən görünür ki, Vüqar Məmmədov çıxışında “X17 rayonu Şahməmmədli kənd sakini X6 qəsdən öldürüb”, “Oliqarx Faxı evində qanunsuz odlu silah-sursat saxlayır” kimi ifadələr işlətmişdir. Kütləvi informasiya vasitələri haqqında” Qanununun 10-cu maddəsinə əsasən vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun (5-ci bənd). Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Belə olan halda aydın olur ki, təqsirləndirilən şəxs X10nun kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yalan olduğunu bilə-bilə “X17 rayonu Şahməmmədli kənd sakini X6 qəsdən öldürüb” kimi ifadəsi işlətməsi X4 qarşı ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmadır və bu çıxış kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayıldığından CM-in 147.2-ci maddəsinin təsiri altına düşür. Çünki, təqsirləndirilən şəxs X10 yalan olduğunu bilə-bilə xüsusi ittihamçı X2 Goranboy rayonu Şahməmmədli kənd sakini X6 qəsdən öldürməsini bildirməklə Faxrəddin Mustafayevə böhtan atmış olur. Bir daha məhkəmə qeyd edir ki, Faxrəddin Mustafayevin barəsində həqiqətə uyğun olmayan məlumatların yalan olduğunu bilə-bilə kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında yayılması onun şərəf və ləyaqətini ləkələməklə nüfuzdan saldığından böhtan hesab olunur. CM-in 15.4-cü maddəsinə əsasən həmin Məcəllənin 120.1-ci maddəsində nəzərdə tutulmuş əməl xüsusilə ağır cinayət hesab olunur. Təqsirləndirilən şəxs X10nun yalan olduğunu bilə-bilə xüsusi itithamçını həmin cinayəti törətməkdə ittiham etməsi xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmadır və bu çıxış kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayıldığından CM-in 147.2-ci maddəsinin təsiri altına düşür. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X10 xüsusi ittihamçı X4 qarşı CM-in 147.2-ci maddəsində göstərilən cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs X7 istinad edilən (Azərbaycan Respublikası CM-nin 147.2 maddəsi) cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, xüsusi ittihamın əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu xüsusi ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində X10nun təqsirliliyi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs X10nun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci və 53.4 maddələri, Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə, belə hesab edir ki, təqsirləndirilən şəxs X14 oglunun himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması və əməlini səmimi etiraf etməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən X14 oglunun əməlində onun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, Vüqar Məmmədovun cinayətdə aktiv rolunu, “@murguz 2222” adlı Tik-Tok səhifəsində əsassız və həqiqəti əks etdirməyən paylaşılmış 4 videoda söylənilmiş ifadələr və hərəkətlərin onun şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır və qeyd edir ki, onun bu cinayəti bir daha törətməsi sübut olunmaqla yanaşı, gələcəkdə də bu kimi əməlləri törətməsinin qarşısının alınması ilə əlaqədar ona təyin olunmuş cəza ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun olmalıdır. Məhkəmə, cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, X14 oglunun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil, cəzanın məqsədi ona təqsirləndirildiyi CM-in 147.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. X7 azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Vüqar Məmmədovun törətdiyi cinayət əməlinə tənqidi yanaşmaması da onun azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin ediləcəyi təqdirdə islah oluna biləcəyini istisna edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, bu kateqoriya işlərlə bağlı cinayətə görə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi müstəsna hallarda uyğunluq təşkil edə bilər (9-cu bənd). İş materiallarından göründüyü kimi X1 Rayon Məhkəməsinin 1(045)-07/2025 saylı, 16 yanvar 2025-ci il tarixli hökmü ilə CM-in 221.1 və 315-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 66.5-ci maddəsinə əsasən X7 Goranboy rayon Məhkəməsinin 1(045)-07/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilən cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmədə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxs X10nun sosial şəbəkədə yayılmış videogörüntülərin köçürüldüyü iki ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində xüsusi ititham qaydasında şikayətin materiallarında saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X10 CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Goranboy rayon Məhkəməsinin 1(045)-07/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı Goranboy rayon Məhkəməsinin 1(045)-07/2025 saylı, 16 yanvar 2025-ci il tarixli hökmü ilə tutulduğu vaxtdan, yəni 16 yanvar 2025-ci il tarixdən hesablanmalı (CPM-in 158.2.1 və 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut olan iki ədəd “DVD” disk iş materiallarında saxlanılmalıdır. Belə ki, CPM-in 154.1-ci maddəsinə görə qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə və bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir. Həmin Məcəllənin 155.1-ci maddəsinə görə qətimkan tədbirləri müvafiq təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən aşağıdakı hərəkətlərin edilməsi ehtimalına kifayət qədər əsas versin:..155.1.5. məhkəmə hökmünün icra edilməsinə maneə törətmək. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X10nun CM-in 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçi2 iş üzrə təqsirləndirilən şəxs X7 cəmi 10 (on) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, xüsusi ittiham qaydasında şikayətin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxs X10nun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə vəkil Müdafiəçi2 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X7 göstərilmiş hüquqi xidmətə görə sərf edilmiş hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən X7 Goranboy Rayon Məhkəməsinin 1(045)-07/2025 saylı, 16 yanvar 2025-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın, üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. X10 barəsində “həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X10 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X10nun cəzasının əvvəli Goranboy Rayon Məhkəməsinin 1(045)-07/2025 saylı, 16 yanvar 2025-ci il tarixli hökmü ilə tutulduğu vaxtdan, yəni 16 yanvar 2025-ci il tarixdən hesablansın. Maddi sübut - təqsirləndirilən şəxs X10nun “Tik-Tok” videopaylaşma şəbəkəsində yayımlanmış videomüraciətlərinin köçürüldüyü iki ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində xüsusi ititham qaydasında şikayətin materiallarında saxlanılsın. Vəkil Müdafiəçi2 tərəfindən X10nun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-36/2025
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-36/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver