Məhkəmə qərarları › İş №1(045)-37/2025

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-37/2025

11.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-37/2025 11.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Hüeyn oğlunun iştirakı ilə, xx.xx.1996-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 mənzil 222-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin dekabr ayının ortalarında mobil telefonunda oynadığı oyunda tanış olduğu xx.xx.2010-cu il təvəllüdlü, Goranboy şəhər sakini Zərərçəkmiş şəxs ilə aralarında sevgi münasibəti yarandıqdan sonra 2024-cü ilin dekabr ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə saat 14 radələrində Goranboy şəhəri 2 saylı tam orta məktəbin arxasında Goranboy rayonu Qarasüleymanlı kəndinin ərazisində yerləşən küçədəki kolluqda 16 yaşına çatmayan və aralarındakı yaş fərqi iki ildən artıq olan Zərərçəkmiş şəxs ilə təbii yolla, həmçinin 2025-ci ilin yanvar ayının ortalarında istintaqa dəqiq məlum olmayan gündə saat 14 radələrində həmin yerdə Zərərçəkmiş şəxs ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmaqla, Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqsirli bilindiyi əməlin mahiyyəti ona tamamilə aydındır. O, rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus “XİAOMİ NOT 10” markalı mobil telefonuna “Weplay” oyunu yükləmiş və həmin oyunu oynamışdır. 2024-cü ilin dekabr ayının ortalarında özünə məxsus telefonunda “Weplay” oyunu oynayarkən Goranboy rayonunda yaşayan Zərərçəkmiş şəxs ilə tanış olmuş, bundan sonra Zəhra ilə mütəmadi olaraq telefonla danışmışdır. Sonradan Zəhra ilə telefonda görüntülü danışmağa başlamış və Zəhra onun xoşuna gəlmişdir. Zəhra ilə tanış olduqdan 1 həftə sonra o, sonuncuya zəng edib “sənin boş vaxtın varsa sabah Goranboy rayonuna gəlib səni görmək istəyirəm” demişdir. Zəhra da ona “gələrsən” demişdir. Səhəri gün Bakı şəhərindən tanımadığı taksi ilə Goranboy rayonuna gəlmişdir. O, Goranboy şəhərinə saat 14 radələrində çatmış, Zəhraya zəng edib gəldiyini və harada görüşə biləcəyini demişdir. Zəhra da ona 2 saylı tam orta məktəbin arxasına gəlməyini demişdir. O, Zəhranın məktəbə hazırlığa gəlməyini zənn etmişdir. O, tanımadığı şəxslərdən soruşub 2 saylı tam orta məktəbin arxasına getmiş, sonra Zəhra da onun yanına gəlmişdir. O, Zəhraya “məktəbin tualetinin yanına gedib orada söhbət edək” demiş, Zəhra da, ona “burda kim var ki, heç kim görməz” demişdir. Həmin vaxt məktəbin arxasında Zəhra ilə 1 saata kimi söhbət etmişlər. Sonra o, Bakı şəhərinə, Zəhra isə öz yaşadığı evə getmişdir. Bundan sonra o, Zəhra ilə yenə də telefonla əlaqə saxlamışdır. 2024-cü ilin dekabr ayının axırlarında Zəhraya zəng edib gəlmək istədiyini və onunla söhbət etmək istədiyini bildirmişdir. Zəhra da onunla razılaşmışdır. Səhəri gün yenə də, Bakı şəhərindən taksi avtomobili ilə Goranboy şəhərinə gəlmişdir. Həmin gün saat 14 radələrində Goranboy şəhərinə çatıb Zəhraya zəng etmiş, Zəhra yenə də ona 2 saylı tam orta məktəbin arxasında görüşməklərini bildirmişdir. O da Zəhra deyən yerə getmiş, Zəhra da onun yanına gəlmişdir. Sonra o, 2 saylı tam orta məktəbin arxasında Qarasüleymanlı kəndi istiqamətində qabaqda gedib Zəhraya arxası ilə gəlməyini demişdir. O qabaqda, Zəhra isə onun arxası ilə təxminən 15 dəqiqə yolla getmişlər. Yolun kənarında kolluq görmüş, Zəhra ilə həmin kolluğun arasına girib oturub söhbət etmişlər. Sonra Zəhra ilə qucaqlaşıb öpüşməyə başlamışlar. Sonra Zəhranın şalvarının qabağını açıb şalvarını və tursikini dizinə kimi aşağı çəkmiş, Zəhra özü də şalvarını və tursikini aşağı çəkməkdə ona kömək etmişdir. Sonra o, əynində olan şalvarını və tursikini aşağı çəkmişdir. Zəhra arxası üstə yerə uzanmış, sonra o da Zəhranın üzərinə üzanmış və Zəhranın ayaqlarını əli ilə qaldırıb aralamış, bundan sonra bərkimiş cinsiyyət orqanını Zəhranın cinsiyyət orqanına salmışdır. O, cinsiyyət orqanını dala-qabağa etməyə başlamış və boşalan zaman cinsiyyət orqanını Zəhranın cinsiyyət orqanından çıxarıb spermasını yerə tökmüşdür. Bundan sonra o, öz şalvarını və tursikini yuxarı çəkib geyinmiş, Zəhra da öz şalvarını və tursikini yuxarı çəkib geyinmişdir. Sonra onlar birlikdə Goranboy şəhərində yerləşən “OBA” marketə getmişlər və Zəhraya şokalad, çipsi və çöplü sok alıb vermişdir. Həmin vaxt Zəhra da onunla mağazaya daxil olmuşdur. Sonra o, Bakı şəhərinə, Zəhra isə yaşadığı evə getmişdir. Zəhra ilə yenə də telefonla əlaqə saxlamış, onlar bir-birini sevmişlər. 2025-ci ilin yanvar ayında Zəhra ilə danışarkən yenə də onu görmək üçün gəlmək istədiyini demiş, Zəhra da onunla razılaşmışdır. 2025-ci ilin yanvar ayının 11 və ya 12 tarixində saat 14 radələrində yenə də Bakı şəhərindən Goranboy şəhərinə 2 saylı tam orta məktəbin arxasına gəlib, Zəhraya zəng edib gəldiyini bildirmişdir. Zəhra da onun yanına gəlmiş, onlar yenə də həmin yerə kolluğa getmişlər. Onlar ikisi də yerdə oturub söhbət edib, qucaqlaşıb öpüşməyə başlamışlar. Sonra Zəhranın şalvarını və tursikini aşağı çəkmiş, Zəhra özü də şalvarını və tursikini aşağı çəkməkdə ona köməklik etmişdir. Sonra o, şalvarını və tursikini aşağı çəkmişdir. Bundan sonra Zəhra arxası üstə yerə uzanmış, həmin vaxt o da Zəhranın üzərinə uzanmış və ayaqlarını qaldırıb bərkimiş cinsiyyət orqanını birinci dəfə Zəhranın anal deşiyinə salmışdır. Həmin vaxt Zəhranı ağrıtdığı üçün cinsiyyət orqanını Zəhranın anal deşiyindən çıxarmışdır. Sonra isə bərkimiş cinsiyyət orqanını Zəhranın cinsiyyət orqanına salıb təbii yolla cinsi əlaqədə olmuşdur. O, boşalarkən cinsiyyət orqanını Zəhranın cinsiyyət orqanından çıxarıb yerə boşalmışdır. Bundan sonra ikisi də paltarlarını geyinib Goranboy şəhərinə gəlmişlər. O, Bakı şəhərinə, Zəhra isə öz evlərinə getmişdir. Onlar yenə də Zəhra ilə telefonla əlaqə saxlayıb danışmışlar. Zəhranı sevdiyi üçün onunla evlənmək istəmiş, ona görə də, Zəhranı qaçırmaq qərarına gəlmişdir. Bunu valideyinlərinə də demiş, lakin valideyinləri razı olmamışlar. Valideyinləri “əgər qız qaçırsan bizə yaxın gəlmə” demişlər. 11 mart 2025-ci il tarixdə Zəhraya zəng edib onunla evlənmək istədiyini və qaçırmaq istədiyini bildirmişdir. Zəhra da onunla razılaşmışdır. 12 mart 2025-ci il tarixdə o, Goranboy şəhərinə gəlmiş, sonra Zəhraya zəng edib demişdir. Bundan sonra Goranboy rayonu Goran qəsəbəsində sifarişlə işləyən ağ rəngli “Vito” markalı avtomobil tapmış, həmin avtomobilin dövlət qeydiyyat nişanını bilməmiş və sürücüsünü tanımamışdır. Saat 11 radələrində həmin avtomobillə Zəhra dediyi yerə getmiş və Zəhra avtomobilə minib əyləşmiş, sonra onlar Bakı şəhərinə getmişlər. Zəhranı Abşeron rayonu Xırdalan şəhərində yerləşən Kristal Abşeron şəhərciyində yaşayan nənəsi İncinin yaşadığı binaya aparmışdır. Onları heç kim evə buraxmadığı üçün ikisi də blokun yuxarı mərtəbəsində pilləkəndə kafelin üstündə yatmışlar. O, nənəsigildən ədyal götürüb aparmışdır. O, Zəhranı Bakının müxtəlif yerlərinə aparıb gəzdirmişdir. İkinci gecəni isə Zəhra yenə də həmin yerdə gecələmiş, o isə nənəsinin evində yatmışdır. Zəhra ilə öz razılığı ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Zəhra ilə birinci dəfə təbii yolla cinsi əlaqədə olarkən sonuncunun cinsiyyət orqanından qan gəldiyini görməmişdir. Zəhra ilə evlənmək məqsədi ilə qaçdıqdan sonra o, sonuncu ilə Bakı şəhərində cinsi əlaqədə olmamışdır. Zəhranın yetkinlik yaşına çatmadığını bilmişdir. Belə ki, Zəhra ona 9-cu sinifdə oxuduğunu demişdir. Zəhra ilə bir-birini sevdikləri üüçün evlənmək istəmişlər. Ona görə də, 12 mart 2025-ci il tarixdə saat 11 radələrində Zəhranın öz razılığı ilə könüllü olaraq evlənmək məqsdilə onunla qoşulub qaçmışdır. O, Zəhranı zorla qaçırmamışdır. Həmçinin, Zəhra ilə zorla cinsi əlaqədə olmamışdır. Zəhranın öz razılığı ilə cinsi əlaqədə olmuşdur. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Goranboy şəhəri 2 saylı tam orta məktəbin 9-cu sinfində oxuyur. Özünə məxsus telefonuna “Weplay” oyunu yükləmiş və həmin oyunu oynamışdır. 2024-cü ilin dekabr ayının ortalarında özünə məxsus telefonunda “Weplay” oyunu oynayarkən Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Bundan sonra Orxanla mütəmadi olaraq telefonla danışmışdır. Həmin vaxt Orxan onu sevdiyini demişdir. Orxanla tanış olduqdan 1 həftə sonra Orxan ona “sənin boş vaxtın varsa sabah Goranboy rayonuna gəlib səni görmək istəyirəm” demiş, o da, Orxana “gələrsən” demişdir. Səhəri gün saat 14 radələrində Orxan Goranboy şəhərində yerləşən oxuduğu məktəbin arxasına gəlib ona zəng edib gəldiyini demişdir. Həmin vaxt o, hazırlığa getmiş, lakin o, hazırlığa getməyib Orxanın yanına gedib onunla görüşmüşdür. Orxan onu məktəbin tualetinə tərəf aparıb söhbət etmək istəmiş, o da Orxana “burda kim var ki heç kim görməz” demişdir. Həmin vaxt məktəbin arxasında Orxanla 1 saata kimi söhbət etmişdir. Sonra Orxan Bakı şəhərinə o, isə öz yaşadığı evə getmişdir. Bundan sonra Orxan onunla yenə də telefonla əlaqə saxlamışdır. 2024-cü ilin dekabr ayının axırlarında Orxan ona zəng edib gəlmək istədiyini və onunla söhbət etmək istədiyini bildirmişdir. O da Orxanla razılaşmışdır. Səhəri günü Orxan yenə də saat 14 radələrində oxuduğu məktəbin arxasına gəlib ona zəng edərək gəldiyini bildirmişdir. Həmin vaxt o, yenə hazırlığa getmişdir. Lakin o, hazırlığa girməyib Orxanın yanına getmişdir. Sonra Orxan qabaqda gedib ona arxası ilə gəlməyini bildirmişdir. Orxan 2 saylı məktəbin arxasında yerləşən Qarasüleymanlı kəndi istiqamətində qabaqda, o isə onun arxası ilə təxminən 15 dəqiqə yol getmişlər. Orxan onu orada olan bir kolluğa salmış, sonra Orxan onunla söhbət etməyə başlamış, həmin vaxt Orxanla ikisidə yerdə oturmuşlar. Orxan söhbət edərkən onun əlindən tutub sığallayaraq qucaqlamış, sonra Orxan onun üzündən, dodaqlarından öpməyə başlamış, lakin o, Orxanı öpməmiş və sakitləşməyini deyib itələmişdir. Sonra Orxan onu arxası üstə uzandırıb əynində olan şalvarını və tursikini dizinə kimi aşağı çəkmiş, bundan sonra Orxan öz şalvarını və tusikini aşağı çəkmişdir. Orxan onu bərk tutmuş, nə qədər cəhd etsə də Orxana gücü çatmamış və əlindən çıxa bilməmişdir. Həmin vaxt qışqıraraq Orxana etməməsini bildirmişdir. Orxan onun ağzından tutub qışqırmamasını bildirmişdir. Sonra Orxan onun ayaqlarının ikisini də yuxarı qaldırıb zorla cinsiyyət orqanını onun cinsiyyət orqanına salmışdır. Həmin vaxt bərk ağrı hiss etmiş və cinsiyyət orqanından qan axmağa başlamışdır. Sonra Orxan cinsiyyət orqanını onun cinsiyyət orqanından çıxartmış və spermasını yerə tökmüşdür. Bundan sonra o, öz şalvarını və tursikini yuxarı çəkib geyinmiş, Orxan da öz şalvarını və tursikini yuxarı çəkib geyinmişdir. O, Orxana “niyə belə etdin?” demişdir. Sonra Orxan ona “arxamca gəl sənə mağazadan bir şey alıb verim” demişdir. O da, Orxanın arxası ilə getmiş və Orxan ona Goranboy şəhərində yerləşən “OBA” marketdən şokalad, çipsi və çöplü sok alıb vermişdir. Həmin vaxt o da mağazaya daxil olmuşdur. Sonra Orxan Bakı şəhərinə, o isə yaşadığı evə getmişdir. Orxan yenə də telefonla onunla əlaqə saxlamışdır. 2025-ci ilin yanvar ayının 11 və ya 12 tarixində saat 14 radələrində Orxan yenə də Bakı şəhərindən Goranboy şəhərinə oxuduğu məktəbin arxasına gəlib ona zəng etmiş, o, yenə də hazırlığa getmiş, lakin, hazırlığa getməyib Orxanın yanına getmişdir. Orxan onu yenə də, həmin yerə kolluğa aparmış, ikisi də yerdə oturub söhbət etməyə başlamışlar. Sonra Orxan onu yenə də qucaqlayıb öpməyə başlamış, Orxanı özündən aralamaq istəmiş, lakin gücü çatmamışdır. Orxan yenə də qollarından bir əli ilə tutub şalvarının qabağını açıb aşağı çəkmiş, sonra tursikini aşağı çəkmişdir. Bundan sonra Orxan öz şalvarını və tursikini aşağı çəkmişdir. O, nə qədər qışqırsa da Orxan ona fikir verməyib öz hərəkətlərinə davam etmişdir. Onun ağzından tutub qışqırmamasını bildirmişdir. Orxana gücü çatmamış, Orxan yenə də, ayaqlarını əli ilə yuxarı qaldırıb cinsiyyət orqanını onun anal deşiyinə salmışdır. Belə ki, Orxan cinsiyyət orqanının ucunu anal deşiyinə salmış, o, qışqırıb imkan verməmiş və onu çox ağrıtmışdır. Sonra Orxan cinsiyyət orqanını anal deşiyindən çıxarıb zorla onun cinsiyyət orqanına salmışdır. Bundan sonra Orxan cinsiyyət orqanını dala-qabağa etməyə başlamış, Orxan boşalarkən cinsiyyət orqanını onun cinsiyyət orqanından çıxarıb spermasını yerə tökmüşdür. Sonra hər ikisi paltarlarını geyinmişlər. Orxan Bakı şəhərinə, o isə öz yaşadığı evə getmişdir. Orxan onunla mütəmadi olaraq telefonla əlaqə saxlayıb danışmışdır. 11 mart 2025-ci il tarixdə Orxan ona zəng edib onunla evlənmək istədiyini və qaçırmaq istədiyini bildirmişdir. O da, Orxanla razılaşmışdır. 12 mart 2025-ci il tarixdə saat 11 radələrində Orxan ona zəng edib gəldiyini bildirmiş, həmin vaxt o, məktəbdə olmuş və 3-cü dərsdən çıxmışdır. Orxan ona “küçə ilə get arxanca gələcəm” demiş, o da Orxan dediyi yerə getmiş və Orxan “Mercedes” markalı dövlət qeydiyyat nişanını bilmədiyi balaca sərnişin avtomobili ilə gəlib yanında dayanmışdır. Avtomobili tanımadığı şəxs idarə etmişdir. Orxan avtomobilin arxa qapısını açıb “gəl otur” demişdir. O da, avtomobilə minib əyləşmiş, Orxan isə sürücünün yanında əyləşmişdir. Sonra onlar Bakı şəhərinə getmişlər. Orxan onu tanımadığı bina evinə aparmış, həmin gecəni evin pilləkənində gecələmişlər. Orada ay başı olduğu üçün Orxan onunla cinsi əlaqədə olmamışdır. Gündüzlər Orxanla Bakı şəhərində gəzmişlər, gecə isə həmin yerə gedib kafelin üstündə yatmışlar. İkinci gecəni isə o, həmin yerdə tək yatmışdır. Orxan isə nənəsinin yanına getmişdir. Sonra polis əməkdaşları onları saxlayıb Goranboy rayonuna gətirmişlər. Orxan onunla cinsi əlaqədə olarkən ona zor tətbiq edərək cinsi əlaqədə olmuşdur. Belə ki, Orxan onun ayaqlarından tutub yuxarı qaldırmış və o, tərpənə bilməmişdir. Lakin qışqırmışdır, həmin vaxt Orxan əli ilə onun ağzından tutmuşdur. Həmin yerdə heç kim olmamış və eşitməmişdir. 2025ci ilin 11 və ya 12-si Orxan onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəmiş, ona görə də, birinci dəfə cinsiyyət orqanının uc hissəsini anal deşiyinə salmış, onu ağrıtdığı üçün qışqırıb imkan verməmişdir. Ondan sonra Orxan zorla onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Orxan onun yetkinlik yaşına çatmadığını bilmişdir. Belə ki, Orxana 9-cu sinifdə oxuduğunu demişdir. Orxan onu sevdiyini və evlənmək istədiyini bildirmiş, o da, Orxanla razılaşmışdır. 12 mart 2025-ci il tarixdə saat 11 radələrində Orxan onu zorla qaçırmamışdır. O, özü öz razılığı ilə könüllü olaraq Orxanla evlənmək məqsədilə qaçmışdır. Həmin vaxt Orxan ona heç bir zor və təzyiq göstərməmişdir. O, könüllü olaraq Orxanla qaçmışdır. Bədəni üzərində heç bir xəsarəti yoxdur. O, Orxandan başqa şəxslə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır, bu barədə heç kimdən şikayəti yoxdur. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Heç vaxt Təqsirləndirilən şəxs bağışlamayacaq. O, Odur ki, Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma qızıdır. X1 şəhəri 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. 12 mart 2025-ci il tarixdə səhər saatlarında Tovuz rayonuna yas yerinə getmiş, həmin gün saat 13 radələrində arvadı Turanə mobil telefonuna zəng edib Zəhranın məktəbdən evə gəlmədiyini bildirmişdir. O da, Turanəyə “indi zəng edərəm” demişdir. Sonra o, Zəhranın ***-***-**-** mobil nömrəli telefonuna zəng etmiş, lakin Zəhranın telefonuna zəng çatmamışdır. Dəfələrlə Zəhraya zəng etsədə zəng çatmamışdır. O, yas yerindən tez çıxıb yaşadığı evə gəlmişdir. O, məktəbə getmiş, müəllimlər ona Zəhranın 3-cü dərsdən sonra məktəbdə olmadığını demişlər. O, nə qədər axtarsa da Zəhranın yerini müəyyən edə bilməmişdir. Bundan sonra Goranboy RPŞ-nə gəlib ərizə ilə müraciət etmişdir. Goranboy RPŞnin əməkdaşları 15 mart 2025-ci il tarixdə qızı Zəhranı və Orxanı Bakı şəhərində saxlayıb gətirmişlər. Bundan sonra evdə Zəhradan hadisənin necə olduğunu soruşmuş, Zəhra da ona 2024-cü ilin dekabr ayının ortalarında özünə məxsus telefonunda Weplay oyunu oynayarkən Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs ilə tanış olduğunu, bundan sonra Orxanla mütəmadi olaraq telefonla danışdığını, həmin vaxt Orxanın onu sevdiyini dediyini, Orxanla tanış olduqdan 1 həftə sonra Orxan ona “sənin boş vaxtın varsa sabah Goranboy rayonuna gəlib səni görmək istəyirəm” dediyini, o da, Orxana “gələrsən” dediyini, səhəri gün saat 14 radələrində Orxan Goranboy şəhərində yerləşən oxuduğu məktəbin arxasına gəlib ona zəng edib gəldiyini dediyini, həmin vaxt hazırlığa getdiyini, hazırlığa getməyib Orxanın yanına gedib onunla görüşdüyünü, Orxan onu məktəbin tualetinə tərəf aparıb söhbət etmək istədiyini, o da, Orxana “burda kim var ki heç kim görməz” dediyini, həmin vaxt məktəbin arxasında Orxanla 1 saata kimi söhbət etdiyini, sonra Orxan Bakı şəhərinə o, isə öz yaşadığı evə gəldiyini, bundan sonra Orxan onunla yenə də telefonla əlaqə saxladığını, 2024-cü ilin dekabr ayının axırlarında Orxan ona zəng edib gəlmək istədiyini və onunla söhbət etmək istədiyini bildirdiyini, o da, Orxanla razılaşdığını, səhəri gün Orxan yenə də saat 14 radələrində oxuduğu məktəbin arxasına gəlib ona zəng edərək gəldiyini bildirdiyini, həmin vaxt o, yenə hazırlığa getdiyini, lakin o, hazırlığa girməyib Orxanın yanına getdiyini, sonra Orxan qabaqda gedib ona arxası ilə gəlməyini bildirdiyini, Orxan 2 saylı məktəbin arxasında yerləşən Qarasüleymanlı kəndi istiqamətində qabaqda o, isə onun arxası ilə təxminən 15 dəqiqə yol getdiklərini, Orxan onu orada olan bir kolluğa saldığını, sonra Orxan onunla söhbət etməyə başladığını, həmin vaxt Orxanla ikisidə yerdə oturduqlarını, Orxan söhbət edərkən onun əlindən tutub sığallayaraq qucaqladığını, sonra Orxan onun üzündən dodaqlarından öpməyə başladığını, lakin o, Orxanı öpmədiyini və ona sakitləşməyini deyib itələdiyini, sonra Orxan onu arxası üstə uzandırıb əynində olan şalvarını və tursikini dizinə kimi aşağı çəkdiyini, bundan sonra Orxan öz şalvarını və tusikini aşağı çəkdiyini, Orxan onu bərk tutduğunu, nə qədər cəhd etsə də Orxana gücü çatmadığını və əlindən çıxa bilmədiyini, həmin vaxt qışqıraraq Orxana etməməsini bildirdiyini, Orxan onun ağzından tutub qışqırmamasını bildirdiyini, sonra Orxan onun ayaqlarının ikisini də yuxarı qaldırıb zorla cinsiyyət orqanını onun cinsiyyət orqanına saldığını, həmin vaxt bərk ağrı hiss etdiyini və cinsiyyət orqanından qan axmağa başladığını, sonra Orxan cinsiyyət orqanını onun cinsiyyət orqanından çıxartdığını və spermasını yerə tökdüyünü, bundan sonra o, öz şalvarını və tursikini yuxarı çəkib geyindiyini, Orxan da öz şalvarını və tursikini yuxarı çəkib geyindiyini, Orxana niyə belə etdin dediyini, sonra Orxan ona “arxamca gəl sənə mağazadan bir şey alıb verim” dediyini, o da Orxanın arxası ilə getdiyini və Orxan ona Goranboy şəhərində yerləşən OBA marketdən şokalad, çipsi və çöplü sok alıb verdiyini, həmin vaxt o da mağazaya daxil olduğunu, sonra Orxan Bakı şəhərinə o, isə yaşadığı evə getdiyini, Orxan yenə də telefonla onunla əlaqə saxladığını, 2025-ci ilin yanvar ayının 11 və ya 12-si tarixində saat 14 radələrində Orxan yenə də Bakı şəhərindən Goranboy şəhərinə oxuduğu məktəbin arxasına gəlib ona zəng etdiyini, o yenə də hazırlığa getdiyini, hazırlığa getməyib Orxanın yanına getdiyini, Orxan onu yenə də həmin yerə kolluğa apardığını, ikisi də yerdə oturub söhbət etməyə başladıqlarını, sonra Orxan onu yenə də qucaqlayıb öpməyə başladığını, Orxanı özündən aralamaq istədiyini, lakin gücü çatmadığını, Orxan yenə də qollarından bir əli ilə tutub şalvarının qabağını açıb aşağı çəkdiyini, sonra tursikini aşağı çəkdiyini, bundan sonra Orxan öz şalvarını və tursikini aşağı çəkdiyini, nə qədər qışqırsa da Orxan ona fikir verməyib öz hərəkətlərinə davam etdiyini, onun ağzından tutub qışqırmamasını bildirdiyini, Orxana gücü çatmadığını, Orxan yenə də ayaqlarını əli ilə yuxarı qaldırıb cinsiyyət orqanını onun anal deşiyinə saldığını, belə ki, Orxan cinsiyyət orqanının ucunu anal deşiyinə saldığını, o, qışqırıb imkan vermədiyini və onu çox ağrıtdığını, sonra Orxan cinsiyyət orqanını anal deşiyindən çıxarıb zorla onun cinsiyyət orqanına saldığını, bundan sonra Orxan cinsiyyət orqanını dala-qabağa etməyə başladığını, Orxan boşalarkən cinsiyyət orqanını onun cinsiyyət orqanından çıxarıb spermasını yerə tökdüyünü, sonra hər ikisidə paltarlarını geyindiklərini, Orxan Bakı şəhərinə o, isə öz yaşadığı evə getdiyini, Orxan onunla mütəmadi olaraq telefonla əlaqə saxlayıb danışdığını, 11 mart 2025-ci il tarixdə Orxan ona zəng edib onunla evlənmək istədiyini və qaçırmaq istədiyini bildirdiyini, o da Orxanla razılaşdığını, 12 mart 2025-ci il tarixdə saat 11 radələrində Orxan ona zəng edib gəldiyini bildirdiyini, həmin vaxt məktəbdə olduğunu və 3-cü dərsdən çıxdığını, Orxan ona “küçə ilə get arxanca gələcəm” dediyini, o da, Orxan dediyi yerə getdiyini və Orxan Mercedes markalı dövlət qeydiyyat nişanını bilmədiyi balaca sərnişin avtomobili ilə gəlib yanında dayandığını, avtomobili tanımadığı şəxs idarə etdiyini, Orxan avtomobilin arxa qapısını açıb “gəl otur” dediyini, o da, avtomobilə minib əyləşdiyini, Orxan isə sürücünün yanında əyləşdiyini, sonra onlar Bakı şəhərinə getdiklərini, Orxan onu tanımadığı bina evinə apardığını, həmin gecəni evin pilləkənində gecələdiklərini, ay başı olduğu üçün Orxan onunla orada cinsi əlaqədə olmadığını, gündüzlər Orxanla Bakı şəhərində gəzirdiklərini, gecə isə həmin yerə gedib kafelin üstündə yatdıqlarını, ikinci gecəni isə həmin yerdə tək yatdığını, Orxanın isə nənəsinin yanına getdiyini, sonra polis əməkdaşlarının onları saxlayıb Goranboy rayonuna gətirdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Vaqif qızı Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tanınması haqqında” 14 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 144.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində tanınmışdır; “Şübhəli şəxs barəsində axtarış elan edilməsi və ittiham elan edilməsi üçün şəxsin tutulması haqqında” 14 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqda Goranboy RPŞ-nin MSYnə təhvil verilməsi, təqsiri sübuta yetərilərsə ona ittiham elan edilməsi qərara alınmışdır; Goranboy RPŞ-nin 3-13-75/2-4623/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı BPİ-nin və DİN-in BİKİ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində müəyyən edilərək tutulmuş və Goranboy RPŞ-nin MSY-nə təhvil verilmişdir; “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı BPİ-nin və DİN-in BİKİ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12:30-da Bakı şəhəri Nəsimi rayonu ərazisində müəyyən edilərək tutulmuş və Goranboy RPŞ-nin MSY-yə təhvil verilmişdir; “Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində onun atası Şahid1 təyin edilmişdir; “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; Məhkəmə-tibb ekspertinin 17 mart 2025-ci il tarixli 131 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət və ya zorlamaya xarakterik əlamətlər aşkar olunmamış, onun qızlıq pərdəsinin tamlığı pozulmuş, pozulma müddəti iki həftədən çoxdur. Zərərçəkmiş şəxs arxa keçəcəyində (anus dəliyində) aşkar edilmiş şüavari büküşlər hamarlaşmış, anus sfinktorunun tonusu boşalmış, düz bağırsağın ampulyar hissəsi genişlənməsi kişi cinsiyyət orqanının anus dəliyinə mütəmadi yeridilməsi zamanı əmələ gəlməyə xarakterikdir; “Əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 144.3-cü maddəsindən həmin məcəllənin 152.1-ci maddəsinə tövsif edilmişdir; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Goranboy Rayon Məhkəməsinin 4(045)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 02 ay 29 gün müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 05 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞnin 18 aprel 2025-ci il tarixli 238 nömrəli rəyindən görünür ki, -16 yaşına çatmayan Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi); -Yaş xüsusiyyətləri, intellektual və psixi inkişaf nəzərə alınmaqla 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin xarakterini, mənasını, mahiyyətini anlaya bilib; -16 yaşına çatmayan Zərərçəkmiş şəxs özünün yaş və fərdi psixi xüsusiyyətlərindən, intellektual inkişafından və emosional halından asılı olaraq həmin anda müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur; -16 yaşına çatmayan Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri ilə əlaqədar təlqinə qapıla, başqalarının təsiri altında hərəkət edə bilər. Zərərçəkmiş şəxs fərdi psixoloji xüsusiyyətlərində yalan danışmağa meyillilik əlamətləri müşahidə edilir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi özünün etiraf edici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 152 və ya 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; -törətdiyi əməli etiraf edib peşman olmasını; -müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Bakı şəhəri Yasmal rayonu İH-nin 56 saylı MKTB-si tərəfindən verilmiş 06 may 2025-ci il tarixli xasiyyətnamə). Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, eyni zamanda təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbs olunduğu tarixdən hesablanmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə sərf edilmiş hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) iş saatına görə 88 (səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, o, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 mart 2025-ci il tarixdən hesablansın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) iş saatı üçün cəmi 88 (səksən səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar