Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-38/2024 04.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ saat 17:00 X12 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz olaraq əldə etdiyi bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,735 qaram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə- heroini əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə yerləşdirib üzərində satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz saxlayaraq daşımış, 13 mart 2024-cü il tarixdə saat 17:10 dəqiqədə Goranboy RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən Poçtun yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı təmiz çəkisi 0,735 qaram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroin əynində olan qara rəngli cins şalvarın sağ yan cibində aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında anası X6, arvadı X4, azyaşlı övladları X9 və X5 ilə birlikdə yaşayır. X3 xx.xx.1992-ci ildə İ Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Bir il olar ki, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Goranboy rayonu Dəliməmmədli şəhərində dəmiryolunun kənarında gəzərkən yerdə bir dədə şəffaf rəngli sellofan torbacıq diqqətini cəlb etmiş, həmin sellofan torbacığı götürüb baxanda içərisində narkotik vasitə hesab edilən heroin olduğunu görmüşdür. Narkotik vasitə olan heroindən istifadə etdiyi üçün həmin narkotik vasitə olan heroini özü istifadə etmək üçün götürüb əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün yəni xx.xx.2024-cü il tarixdə saat 17:10 radələrində Goranboy rayon Dəliməmmədli şəhərində yerləşən poçtun yaxınlığında piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış aparılması üçün rayon polis şöbəsinə dəvət etmişlər. O da, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Sonra isə müdafiəçinin və RPŞ-nin əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl hüquq və vəzifələri izah olunmuş və üzərində olan əşyaları, eləcə də narkotik vasitə vardırsa çıxarıb masanın üzərinə qoymağını təklif etmişlər. O da, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd “Winchester” markalı siqareti, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli təsbehi və 1 (bir) ədəd şəffaf rəngli sellofan torbacıqda içərisində olan narkotik vasitə hesab edilən heroini və əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 (bir) ədəd ağ rəngli salfetkanı çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Üzərindən aşkar edilmiş 1 (bir) ədəd şəffaf rəngli sellofan torbacıqda içərisində olan narkotik vasitə hesab edilən heroin elektron tərəzidə çəkilmişdir. Sonra həmin narkotik vasitə olan heroin ekspert tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş və imza edildikdən sonra götürülmüşdür. Üzərində olan 1 (bir) ədəd “Winchester” markalı siqaret, 1 (bir) ədəd ağ rəngli təsbeh, 1 (bir) ədəd ədəd ağ rəngli salfetka maddi sübüt əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Üzərində aşkar edilmiş narkotik maddə olan heroindən heç kimə verməmiş, satmamış və istifadə etməmişdir. Polis əməkdaşları onu saxlayan zaman yanında heç kim olmamışdır. Polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Əməlindən peşmandır, himayəsində iki azyaşlı övladı vardır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı almış, ona görə də, xx.xx.2024-cü il tarixdə bu barədə şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Şöbə rəhbərliyi də, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatının yoxlanılması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılmasına icazə verdikdən sonra Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və onun daxil olduğu əməliyyat qurupu yaradılmışdır. Bundan sonra əməliyyat-axtarış qurupunun üzvləri birlikdə Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisinə getmişlər və xx.xx.2024-cü il tarixdə saat 17:10 radələrində Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən Poçtun yaxınlığında Təqsirləndirilən şəxs piyada gedən zaman ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirib, Goranboy RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da, heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi üçün vəkil Goranboy rayon polis şöbəsinə dəvət olunaraq təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirilərək, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X7 tərəfindən şübhəli şəxs qismində tutdulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində video və foto çəkilişlə şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı polis baş leytenanatı Həbib Hacıyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoymağını təklif etmişdir. Təqsirləndirilən şəxs da, əynində olan gödəkcənin və şalvarın cibilərindən siqaret, təsbeh, 1 (bir) ədəd şəffaf rəngli sellofan torbacıqda içərisində olan narkotik vasitə hesab edilən heroinə bənzər maddəni və ağ rəngli salfetkanı çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs 1 (bir) ədəd şəffaf rəngli sellofan torbacıqda içərisində olan narkotik vasitə hesab edilən heroinə bənzər maddəni təqdim edərək xx.xx.2024-cü il tarixdə günorta saatlarında Goranboy rayon Dəliməmmədli şəhərində dəmiryolunun kənarında gəzərkən yerdən tapdığını, şəxsi istifadəsi üçün götürərək özündə saxladığını, heç kimə satmadığını və vermədiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və iştirakçıların iştirakı ilə qablaşdırılmış, daha sonra isə möhürlənərək, üzəri iştirakçılar tərəfindən imzalanmış və ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi, maddi sübut əhəmiyyəti kəsb etməyən əşyalar özünə geri qaytarılmışdır. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunarkən məlum oldu ki, o, iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şəxsi axtarış aparılması haqqında” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə - heroinə bənzər maddəni masanın üzərinə qoymuş, həmin narkotik vasitə hesab edilən maddə çəkildikdən sonra 0,83 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin heroinə bənzər maddəni Goranboy rayonu, Dəliməmmədli şəhərində dəmiryolunun kənarından tapdığını qeyd etmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2024cü il tarixli, 16/345 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə hesab edilən heroinə bənzər maddə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,735 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi - 0,735 qram, tədqiqata sərf edildi - 0,5 qr, qalıq 0,685 qram. Aparılmış tədqiqatın dəyəri 30,40 (otuz manat qırx qəpik) manatdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Goranboy RPŞ-nin MSY-dən azad edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübut kimi tanıma haqqında” 16 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı 0,735 qram heroin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 0,685 qram şəxsi istehlak miqdarından artıq çəkidə olan kustar üsulla hazırlanmış heroin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanması üçün Goranboy RPŞ-nin anbarına təhvil verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Dəliməmmədli şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 nömrəli, 15 mart 2024-cü il tarixli arayışdan və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi, anası xx.xx.1969-cu il təvəllüdlü Ərkinaz Kərimovadan, arvadı xx.xx.1965-ci il təvəllüdlü Nərmin Kərimovadan, oğlu xx.xx.2014-cü il təvəllüdlü Tağı Kərimovdan, qızı xx.xx.2017-ci il təvəllüdlü Yağmur Kərimovadan ibarətdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X3 03 iyul 1992-ci il tarixdə Ağdərə rayonunda, döyüş meydanında şəhid olmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri X1 məcburi-narkoloji tibbi yoxlama haqqında 04 may 2024-cü il tarixli, 766 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə lalları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 may 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Sübutların qiymətləndiriləməsi barədə 24 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X11 bölməsinin 14 mart 2024-cü il tarixli, 16/345 nömrəli rəyində üzərində üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə hesab edilən heroinə bənzər maddə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,735 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin olduğu üçün istintaq zamanı həmin çəkinin əsas götürülməsi nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,735 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; şəhid ailəsinin üzvü olmasını; himayəsində iki azyaşlı övladının olmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (Azərbaycan Respublikası Cinayət Məcəlləsi-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-də saxlanılan narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi -198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyata götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri X1 məcburi-narkoloji tibbi yoxlama haqqında 04 may 2024-cü il tarixli, 766 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmaması nəzərə alınaraq ona narkomaniyadan məcburi müalicə təyin edilməməli, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 09 (doqquz) iş saatı üçün cəmi 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-də saxlanılan və qalıq çəkisi 0,685 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza xərci 30, 40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 09 (doqquz) iş saatı üçün cəmi 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(045)-38/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-38/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver