Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-39/2023 20.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X15 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Laçın rayonunun Təzəkənd kəndində anadan olmuş, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il nəqliyyat vasitələrini idarəetmə huququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, Laçın rayonunun Təzəkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Goranboy rayonu Goran qəsəbəsində olarkən yerdən taparaq satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz əldə etdiyi şəxsi istehlak miqdarından artıq bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,838 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əynində olan qara rəngli, qısaqol, qabağı zəncirbəndlə bağlanan isti gödəkçənin aşağı sağ yan cibinə yerləşdirib qanunsuz saxlayaraq daşımış, 08 yanvar 2023-cü il tarixdə saat 19:40 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Goran qəsəbəsi ərazisində saxlanılaraq RPŞ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,838 qram psixotrop maddə olan metamfetamin əynində olan qara rəngli, qısaqol, qabağı zəncirbəndlə bağlanan isti gödəkçənin aşağı sağ yan cibində aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ay olar ki, şüşə kimi tanıdığı psixotrop maddə olan metamfetamin istifadə edir. O, uzun müddətdir ki, Təqsirləndirilən şəxs, X5 və X7 tanıyır, həmin şəxslər düşmənçiliyi, ədavəti yoxdur, əksinə münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Goranboy rayonu Goran qəsəbəsində olan zaman yerdə qızılı rəngli büküm diqqətini çəkmiş, əyilib həmin bükümü götürmüş, açıb baxan zaman həmin bükümün içərisində şüşə kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu görmüş, metamfetamin istifadəçisi olduğu üçün nə vaxtsa istifadə etmək niyyəti ilə götürüb əynində olan qara rəngli qolsuz isti gödəkçənin aşağı sağ yan cibinə qoymuş, lakin istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Elnurun maşını ilə, Fəqan və Elmirlə birlikdə Goran qəsəbəsinə çay evinə getmişlər, Goran qəsəbəsində olan körpünün yaxınlığındakı çay evinə getmək məqsədi ilə Elnur avtomobili körpünün yaxınlığında saxlamış, hamısı avtomobildən düşmüşdür. Bu zaman bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşmış və xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib Goranboy RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və onları Goranboy RPŞ-yə dəvət edərək üzərilərində şəxsi axtarış aparılacağını bildirmişlər. O, heç bir etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılmazdan əvvəl onu vəkillə təmin etmişlər, hüquq və vəzifələrini izah etmişlər. Sonra üzərində şəxsi axtarış aparılan zaman ona könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoymağı təklif olunmuş, buna görə də o, əynində olan qara rəngli isti gödəkçəsinin aşağı sol yan cibindən bir ədəd alışqanı, həmin gödəkçənin aşağı sağ yan cibindən isə bir ədəd kiçik lamışka və bir ədəd qızılı rəngli içərisində şüşə kimi tanıdığı psixotrop maddə olan metamfetamin olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Əlavə olaraq üzərində heç bir əşya qalmamışdır. Daha sonra ona üzərində başqa əşya olub-olmaması sualı verilmiş, o, da üzərində başqa əşya olmadığını demiş, bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmışlar, lakin üzərindən başqa əşya aşkar edilməmişdir. Sonra üzərindən aşkar olunmuş şüşə kimi tanıdığı metamfetamin elektron tərəzidə çəkilmiş və və çəkisinin 1.1 qram olması müəyyən olunduqdan sonra ekspertiza tədqiqatına təqdim olunması üçün bir ədəd ağ rəngli zərfə qoyularaq möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı könüllü olaraq masanın üzərinə qoyaraq təqdim etdiyi digər əşyalar maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Sonra ondan haradasa narkotik vasitə və ya psixotrop maddə saxlayıb saxlamadığı soruşulmuş, o, başqa yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını bildirmişdir. Üzərində şəxsi axtarış aparılan zaman video və foto çəkilişdən də istifadə olunmuşdur. Avtomobildə onunla birlikdə olan digər şəxslərin Fəqan, Elmir və Elnur onun üzərində psixotrop maddə olan metamfetamin olması barədə məlumatları olmamışdır. Üzərində psixotrop maddə daşıması barədə heç kimə heç nə deməmişdir. Həmçinin Fəqan, Elmir və Elnurun üzərində qanunla dövriyyəsi qadağan olunmuş əyşa olubolmamasından məlumatı olmamışdır. Eyni zamanda ifadəsində üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamini tapdıqdan sonra istifadə etmək məqsədi ilə üzərində saxlayaraq daşımışdır. Həmin psixotrop maddə olan metamfetamini kiməsə satmaq və ya vermək niyyətim olmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamini yerdən tapıb üzərində saxlayaraq daşıması barədə heç kimə məlumat verməmiş və bu barədə heç kimin məlumatı olmamışdır. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, ağır xəstəlikdən əziyyət çəkməklə İİİ qrup ömürlük əlildir, məcburi köçkün olmaqla ağır həyat şəraitində yaşamasının, xəstə, əlil və yaşlı valideynlərinin onun himayəsində olmasını, əməlindən səmimi peşiman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Goranboy RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 08 yanvar 2023-cü il tarixdə saat 19:40 radələrində Goranboy rayonu Goran qəsəbəsi ərazisində Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Goranboy RPŞ-nin PPXB-nin polis nəfərləri, polis serjantı, Şahid3 və polis serjantı Şahid4 ilə birlikdə xidmətdə olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Naftalan şəhər sakini Təqsirləndirilən şəxs və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Goranboy şəhər sakini X8 məxsus VAZ 21070 markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşərək Goranboy rayonu Goran qəsəbəsi ərazisində dayanmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatdan dərhal sonra həmin avtomobilə yaxınlaşmışlar, xidməti vəsiqələrini təqdim edərək Goranboy RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt avtomobilin sürücüsü Elnur Mamedovun, avtomobildə olan sərnişinlər Fəqan Heydarov, Təqsirləndirilən şəxs və sonradan adı onlara məlum olan X4 özlərini şübhəli aparmaları diqqətlərini cəlb etmişdir. Buna görə Elnur Mamedova, Təqsirləndirilən şəxs, Fəqan Heydarova, Elmir Əliyevə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib hüquq və vəzifələrini izah edib onlarla birlikdə üzərilərində şəxsi axtarış aparılacağı məqsədi ilə Goranboy rayon polis şöbəsinə gəlməli olduqlarını demişlər. Elnur Mamedov, Təqsirləndirilən şəxs, Fəqan Heydarov, Elmir Əliyev heç bir etiraz etmədən hüquq və vəzifələrinin onlara aydın olduğunu bildirərək Goranboy rayon polis şöbəsinə getməyə razılıq vermişlər. X18, Təqsirləndirilən şəxs, Fəqan Heydarov, Elmir Əliyev xidməti avtomobillə onlarla birlikdə Goranboy rayon polis şöbəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Fərid Mehdiyevin xidməti otağına gətirilmiş, baş təhqiqatçı Fərid Mehdiyev tərəfindən yenidən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üzərində şəxsi axtarış aparılacağı, bunun üçün isə şübhəli şəxs qismində tutulacağı bildirilmişdir. Təqsirləndirilən şəxs bununla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs baş təhqiqatçı Fərid Mehdiyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, ardınca isə baş təhqiqatçı Fərid Mehdiyev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Goranboy rayon ərazisində və digər yerlərdə fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının Goranboy rayon vəkil bürosunun vəkili X6 tərəfindən müdafiə edilməsini istədiyi üçün vəkil Sərvər Mustafayev müdafiəçi qismində dəvət edilmişdir. Bundan sonra onun, Şahid2, Şahid3, Şahid4 və vəkil Sərvər Mustafayevin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Video çəkilişi isə Goranboy RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis baş leytenantı X9 həyata keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş, buna görə də Təqsirləndirilən şəxs əynində olan qara rəngli, qısaqol isti gödəkçənin aşağı sol yan cibindən bir ədəd alışqanı, həmin gödəkçənin aşağı sağ yan cibindən isə bir ədəd kiçik lamışka və bir ədəd qızılı rəngli falqaya bükülü olan psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin şüşə kimi tanıdığı metamfetamini xx.xx.2023-ci il tarixdə Goranboy rayonu Goran qəsəbəsindən tapdığını, istifadəçisi olduğu üçün üzərində saxlayaq daşımasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qızılı rəngli falqadakı bir büküm psixotrop maddə olan metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 1,1 (bir tam onda bir) qram olduğu müəyyən edilmiş və iştirakçıların iştirakı ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd alışqan və bir ədəd kiçik lamışka maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. Baş təhqiqatçı Fərid Mehdiyev tərəfindən tərtib edilmiş sənədləri digər iştirakçılar ilə birlikdə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncuların dediklərini təsdiq etdilər. İş üzrə Şahid4 məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmişdir. Dövlət ittihamçısının vəsatəti, müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası DİN-in Goranboy RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 08 yanvar 2023-cü il tarixdə saat 19:40 radələrində Goranboy rayonu Goran qəsəbəsi ərazisində Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Goranboy RPŞ-nin PPXB-nin polis nəfərləri, polis serjantı, Şahid3 və Goranboy RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə xidmətdə olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Naftalan şəhər sakini Təqsirləndirilən şəxs və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Goranboy şəhər sakini X8 məxsus VAZ 21070 markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşərək Goranboy rayonu Goran qəsəbəsi ərazisində dayanmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatdan dərhal sonra həmin avtomobilə yaxınlaşmışlar, xidməti vəsiqələrini təqdim edərək Goranboy RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt avtomobilin sürücüsü Elnur Mamedovun, avtomobildə olan sərnişinlər Fəqan Heydarov, Təqsirləndirilən şəxs və sonradan adı onlara məlum olan X4 özlərini şübhəli aparmaları diqqətlərini cəlb etmişdir. Buna görə Elnur Mamedova, Təqsirləndirilən şəxs, Fəqan Heydarova, Elmir Əliyevə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib hüquq və vəzifələrini izah edib onlarla birlikdə üzərilərində şəxsi axtarış aparılacağı məqsədi ilə Goranboy rayon polis şöbəsinə gəlməli olduqlarını demişlər. Elnur Mamedov, Təqsirləndirilən şəxs, Fəqan Heydarov, Elmir Əliyev heç bir etiraz etmədən hüquq və vəzifələrinin onlara aydın olduğunu bildirərək Goranboy rayon polis şöbəsinə getməyə razılıq vermişlər. X18, Təqsirləndirilən şəxs, Fəqan Heydarov, Elmir Əliyev xidməti avtomobillə onlarla birlikdə Goranboy rayon polis şöbəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Fərid Mehdiyevin xidməti otağına gətirilmiş, baş təhqiqatçı Fərid Mehdiyev tərəfindən yenidən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üzərində şəxsi axtarış aparılacağı, bunun üçün isə şübhəli şəxs qismində tutulacağı bildirilmişdir. Təqsirləndirilən şəxs bununla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs baş təhqiqatçı Fərid Mehdiyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, ardınca isə baş təhqiqatçı Fərid Mehdiyev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Goranboy rayon ərazisində və digər yerlərdə fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının Goranboy rayon vəkil bürosunun vəkili X6 tərəfindən müdafiə edilməsini istədiyi üçün vəkil Sərvər Mustafayev müdafiəçi qismində dəvət edilmişdir. Bundan sonra onun, Şahid2, Şahid3, Şahid4 və vəkil Sərvər Mustafayevin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Video çəkilişi isə Goranboy RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis baş leytenantı X9 həyata keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş, buna görə də Təqsirləndirilən şəxs əynində olan qara rəngli, qısaqol isti gödəkçənin aşağı sol yan cibindən bir ədəd alışqanı, həmin gödəkçənin aşağı sağ yan cibindən isə bir ədəd kiçik lamışka və bir ədəd qızılı rəngli falqaya bükülü olan psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin şüşə kimi tanıdığı metamfetamini xx.xx.2023-ci il tarixdə Goranboy rayonu Goran qəsəbəsindən tapdığını, istifadəçisi olduğu üçün üzərində saxlayaq daşımasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qızılı rəngli falqadakı bir büküm psixotrop maddə olan metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 1,1 (bir tam onda bir) qram olduğu müəyyən edilmiş və iştirakçıların iştirakı ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 nömrəli möhürü ilə möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd alışqan və bir ədəd kiçik lamışka maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. Baş təhqiqatçı Fərid Mehdiyev tərəfindən tərtib edilmiş sənədləri digər iştirakçılar ilə birlikdə imza etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şəxsi axtarış aparılması haqqında” 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4, RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3, RPŞ-nin KTQ-nın baş inspektoru krimnalisti, polis baş leytenantı X3 və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı. Təqsirləndirilən şəxs əynində 1 (bir) ədəd qara rəngli qolsuz qabağı zəncirbəndlə bağlanan isti gödəkçə, 1 (bir) ədəd qara rəngli uzunqol kofta, 1 (bir) ədəd qara rəngli cins şalvar, ayağında 1 (bir) cüt qara rəngli dəri materialdan olan idman ayaqqabısı vardır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol isti gödəkçənin aşağı sol yan cibindən bir ədəd alışqanı, həmin gödəkçənin aşağı sağ yan cibindən isə bir ədəd kiçik lamışka və bir ədəd qızılı rəngli falqaya bükülü olan psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin şüşə kimi tanıdığı metamfetamini xx.xx.2023-ci il tarixdə Goranboy rayonu Goran qəsəbəsindən tapmasını, özü istifadə etdiyi üçün üzərində gəzdirməsini bildirdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa bir maddə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd kiçik lamışkanı psixotrop maddə olan metamfetamini çəkmək üçün lamışkanın metal hissəsini qırıb istifadə etdiyini bildirmişdir. Soru zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qızılı rəngli falqa bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər maddənin metamfetamin (patı) olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qızılı rəngli falqadakı bir büküm psixotrop maddə olan metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 1.1 (bir tam onda bir) qram olduğu müəyyən edildi və iştirakçıların iştirakı ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün tərəfimdən götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus olan şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir ədəd alışqan və bir ədəd kiçik lamışka maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. Şəxsi axtarış süni işıqlandırılmış şəraitdə həyata keçirilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2023-cü il tarixli, 16/40 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə bənzər maddə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,838 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi təmiz çəkisi 0.838 qr, tədqiqata sərf edildi 0,02 qr, qalıq 0,818 qr. Aparılmış tədqiqatın dəyəri 30,40 manatdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 4(045)-01/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübut qismində barədə” 14 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülərək 1 ədəd paketdə qablaşdırılmış bir ədəd qızılı rəngli kağız bükümdə ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0,818 qram psixotrop maddə olan metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 4(045)-05/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qərarında görünür ki, Təqsirləndirilən şəxs barəsində Goranboy Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 4(045)-01/2023 saylı qərarına əsasən seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 16 fevral 2023-cü il tarixli, 275 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui- istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmü ilə 02 il nəqliiyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrum edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2023cü il tarixli, 16/228 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “X1 üzərindən aşkar edilmiş metamfetaminə bənzər maddə” yazılar olan kağız paketdəki 1(bir) ədəd bükümdəki metamfetaminlə, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş metamfetminə bənzər maddə” yazılar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə olan metamfetamin kimyəvi tərkiblərinə görə eyni deyildir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 1(045)-32/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 10 saylı X13 Müəssisəsinin 3-16-17/20/2-264-2023 nömrəli, 11 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını X13 müəssisəsində çəkməklə 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, cəza çəkməsinin əvvəli 02 iyun 2022-ci il, sonu 02 iyun 2024-cü ildir. Məhkum Təqsirləndirilən şəxs müəssisədə çəkilməmiş qalan cəzası 01 (bir) il 04 (dörd) ay 22 (iyirmi iki) gün hesablanır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarışəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi isə 0,838 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli qərarının 2-ci bəndinə görə Əgər şəxs həm qəsdən, həm də ehtiyatsızlıqdan bir neçə cinayət əməli törətmişdirsə və həmin şəxs cinayətlərin məcmusu qaydasında 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, məhkəmə cəzanın çəkilməsini o zaman X13 müəssisəsində müəyyən edə bilər ki, təqsirli şəxsə qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş olsun. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını; özünün İİİ qrup, hər iki valedyninin isə İİ qrup əlil olmasını, məcburi köçkün olmaqla ağır həyat şəraitində yaşamasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla əlil valideyinlərinin onun himayəsində olması, qeydiyyat və yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon üzrə QMKİDK MİD tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə); İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməli, cəzaçəkmə müddətinin əvvəli X13 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,818 qram qram psixotrop maddə olan metamfetamin məhv edilməli, iş üzrə ekspertiza xərci 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə həbsdə və ev dutaqlığında saxlanıldığı 6 ay 12 gün (08 yanvar 2023-cü ildən hal-hazıradək) 1 günə 2 gün hesabı ilə hesablanmaqla (1 il 24 gün) ona təyin edilmiş 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 1 il 5 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 5 (beş) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasının 2 günü 1 günə bərabər tutulmaqla 8 ay 21 gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 2 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 4 ay 22 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 2 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını X13 müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı” qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı X13 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,818 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə ekspertiza xərci 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(045)-39/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-39/2023
20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver