Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-4/2024 01.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy Rayon Məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Xanqərvənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1 və 326.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə 15 iyul 2023-cü il tarixdə saat 22:30 radələrində taksi fəaliyyəti ilə məşğul olan X1 idarə etdiyi “Mercedes Benz” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində Bakı şəhərindən gəlib Goranboy rayonu Goran qəsəbəsində avtomobildən düşən zaman onunla eyni avtomobildə ön sərnişin oturacağında oturan digər sərnişin Zərərçəkmiş şəxs məxsus içərisində 950 (doqquz yüz əlli) manat nağd pul, sonuncuya aid Göygöl RPŞ QvŞV qrupu tərəfindən verilmiş AA1827808 seriyalı, 1DZQW9D fərdi identifikasiya nömrəli, xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək etibarlıq müddəti olan şəxsiyyət vəsiqəsi, mühüm şəxsi sənəd hesab edilən TƏBİB tərəfindən verilmiş iki dəfə “Covid 19” korona virusu ilə əlaqədar “sinovac” peyvənd vaksinasiyasını təsdiq edən sertifkat, balansında pul olmayan 4169 7388 9792 1247 nömrəli “Kapital Bank”a aid hesab kartı və balansında gediş haqqı olmayan 2 (iki) manat dəyərində Bakı Nəqliyyat Agentliyinə aid “Bakı Kart” olan 20 (iyirmi) manat dəyərində pul kisəsini avtomobilin ön sərnişin oturacaqlarının arasından gizli yolla talayıb ümumilikdə Zərərçəkmiş şəxs 972 (doqquz yüzyetmiş iki) manat dəyərində əmlakını, həmçinin şəxsiyyət vəsiqəsi və mühüm şəxsi sənədini gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı vəsatət verərək bildirdi ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə yanaşı, CM-in 326.2-ci maddəsi ilə də ittiham verilmişdir. Lakin, təqsirləndirilən şəxs tərəfindən törədilən əməllərin CM-in 177.1-ci maddəsi ilə əhatə olunduğunu nəzərə alaraq ona verilmiş ittihamdan həmin hissədə imtina edərək cinayət təqibinin CM-in 177.1-ci maddəsi davam etdirilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olmuş və saat 18 radələrində Bakı şəhər avtovağzalına gəlib Gəncə şəhərinə gedən tanımadığı taksiyə minmişdir. Arxada ortada sərnişin yerində əyləşmiş, ondan başqa avtomobildə 3 nəfər sərnişin də olmuşdur. Bakı şəhərində spirtli içki qəbul etmiş və həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Ön sənişin oturacağında Niyazi adlı şəxs əyləşmiş, onun tanışı isə arxada sağda əyləşmişdir. Yol boyu Niyazi ilə söhbət etmiş, aralarında sözlə mübahisə yaranmışdır. Ləki qəsəbəsində solunda oturan sərnişin düşmüş, onun yerinə keçmişdir. Niyazinin pulqabı isə ön iki oturacağın ortasında olmuşdur. Goran qəsəbəsinə çatdıqda arxada Niyazinin tanışı yuxuya getmiş, o, Goran qəsəbəsində avtomobildən düşdükdə Niyaziyə acıq getsin deyə əlini uzadıb ön iki oturacağın arasında olan, arxa oturacağa tərəf sürüşmüş pulqabını götürüb cibinə qoymuşdur. Avtomobildən düşən zaman isə Niyazinin mobil nömrəsini ondan soruşmuş, öz mobil nömrəsini isə ona vermişdir. Goran qəsəbəsində düşüb evinə getmişdir. Evdə pulqabına baxdıqda içərisində 68 manat pul, şəxsiyyət vəsiqəsi, peyvənd sertifkatı, bir ədəd “Kapital Bank”a aid hesab kartı və BNA-ya aid gediş kartı olmasını görmüşdür. Həmin pulu götürmüş, pulqabının içərisində şəxsiyyət vəsiqəsi və bank kartları olduğunu görmüş və həmin sənədlərə baxmadan pulqabını evin yaxınlığında örüş sahəsində olan dəmir borunun içərisinə atmışdır. Göygöl RPŞ-nin əməkdaşları törətdiyi əməllə bağlı onu Göygöl RPŞ-yə çağırdıqda ifşa olunduğunu başa düşmüş və həmin dəmir borunun içərisində olan pulqabını da özü ilə gətirmişdir. Həmin pulqabını içərisində olan sənədlərlə birlikdə təqdim edə biləcəyini, pulu isə xərclədiyini bildirmişdir. Niyazinin pulqabında 3 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq əskinas olmaqla, ümumilikdə 68 manat pul olmuşdur. O, pulu xərcləsə də, pulqabında olan bank kartlarına müdaxilə etməmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, onun zərərçəkmiş şəxsə məxsus şəxsiyyət vəsiqəsini və digər sənədləri götürmək niyyəti olmamışdır. Oğurluq əməlinə görə özünü təqsirli bilir. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanı tam ödəmiş və sonuncu ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq "xxxx" MMC Ümid-1 platformasında boyaçı işləyir. O, 1 ayın 20 günü işdə, 10 günü isə evdə olur. xx.xx.2023-cü il tarixdə həmkəndlisi Şahid ilə birlikdə Bakı şəhərindən yaşadıqları rayona gəlmək məqsədi ilə Bakı şəhəri Lökbatan dairəsi adlanan yerdə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan X1 idarə etdiyi “Mercedes Benz” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. Bu zaman avtomaşının arxa oturacağında tanımadığı iki nəfər sərnişinin də olmasını görmüşdür. Bundan sonra Gəncə şəhəri istiqamətində hərəkətə başlamışlar. Onlar yolda olan zaman avtomaşında arxada əyləşən, adı sonradan ona məlum olan, Goranboy rayonunun Xanqərvənd kəndində yaşayan Təqsirləndirilən şəxs ilə öz aralarında söhbət etmişdir. Söhbət zamanı Baxışa onun yaşadığı kəndin yaxınlığında qohumları olmasını demiş, onları tanıyıb-tanımaması barədə maraqlandıqda, Baxış onun qohumlarını tanımasını bildirərək onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman avtomaşında onların arasında sözlə mübahisə baş vermiş, sonradan mübahisə sakitləşmişdir. Hacıqabul rayonu ərazisində hərəkətdə olan zaman su almaq məqsədi ilə rayon ərazisində yerləşən mağazanın qarşısında dayanmışlar və o, maşından düşərək mağazaya yaxınlaşıb özünə və avtomobildə olan sərnişinlərə enerji içkisi almışdır. Bu zaman Təqsirləndirilən şəxs də onun arxasınca düşərək mağazaya yaxınlaşmış, lakin, onun mağazadan nə almasını görməmişdir. Bundan sonra yenidən Gəncə şəhər istiqamətində hərəkətə başlamışlar. Yolda olan zaman yenidən Təqsirləndirilən şəxslə aralarında ara-sıra sözlə mübahisə baş vermişdir. O, mağazadan qayıdıb avtomaşına əyləşən zaman özünə məxsus, içərisində 950 (doqquz yüz əlli) manat pul, “Kapital Bank”a aid, içərisində pul olmayan hesab kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi olan pulqabını əyləşdiyi oturacağın arasına qoymuşdur. Avtomaşında olan, adını bilmədiyi digər sərnişin Ləkidə düşmüşdür. Bundan sonra onlar “Goran dairəsi” adlanan yerdə olan zaman Təqsirləndirilən şəxs avtomobili saxladıb həmin yerdə düşmüş və avtomaşından düşən zaman öz mobil nömrəsini ona təqdim edərək onun nömrəsini istəmiş, o da öz mobil nömrəsini Baxışa demişdir. Bundan sonra Göygöl şəhərinə getmiş və orada olan zaman sürücü X3 şəhərində yerləşən “STEP” mağazasının qarşısında maşını saxlamasını xahiş etmişdir. O, “STEP” mağazasından alış-veriş etmək məqsədi ilə özünə məxsus pulqabını əyləşdiyi oturacağın arasından götürmək istədikdə, pulqabının orada olmamasını görmüşdür. O, avtomobilin salonuna baxsa da özünə məxsus pulqabını tapa bilməmişdir. Bundan sonra ona məlum olmuşdur ki, içərisində 950 manat pul, “Kapital Bank”a məxsus hesab kartı və şəxsiyyət vəsiqəsi olan pulqabını Təqsirləndirilən şəxs oğurlamışdır. Daha sonra o, Baxışın ona təqdim etdiyi mobil nömrəyə zəng etdikdə, həmin mobil nömrənin işləmədiyini görmüş və hadisə barədə DİN-in 102-xidmətinə zəng edərək məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə ona məxsus pulqabında 950 manat pul, AA1827808 seriya nömrəli şəxsiyyət vəsiqəsi, öz adına olan 4169 7388 9792 1247 nömrəli, balansı boş olan “Kapital Bank”a aid hesab kartı, TƏBİB tərəfindən verilmiş ikinci doza peyvənd sertifkatı və bir ədəd Bakı Nəqliyyat Agentliyinə aid “Bakıkart” gediş kartı olmuşdur. Həmçinin, ona məxsus pul kisəsinin dəyəri 20 manat, BNA-ya aid gediş kartının dəyəri isə 2 manat olmuşdur. Yekunda Zərərçəkmiş şəxs bildirdi ki, ona dəymiş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, o, rəsmi olaraq "xxxx" MMC Ümid-1 platformasında qumlamaçı işləyir. O, 1 ayın 20 günü işdə, 10 günü isə evdə olur. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərindən yaşadıqları rayona gəlmək məqsədi ilə Bakı şəhəri Lökbatan dairəsi adlanan yerdə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan X1 idarə etdiyi “Mercedes Benz” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. Bu zaman avtomaşının arxa oturacağında tanımadığı iki nəfər sərnişinin də olmasını görmüşdür. Bundan sonra Gəncə şəhəri istiqamətində hərəkətə başlamışlar. Yolda olan zaman avtomaşında arxada əyləşən, adı sonradan məlum olan, Goranboy rayonunun Xanqərvənd kəndində yaşayan Təqsirləndirilən şəxs ilə ön sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs öz aralarında söhbət etmişlər. Söhbət ərəfəsində Niyazi Baxışa onun yaşadığı kəndin yaxınlığında qohumlarının olmasını demiş, onları tanıyıb-tanımaması barədə maraqlandıqda, Baxış Niyazinin qohumlarını tanımasını bildirərək, onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman avtomaşında onların arasında sözlə mübahisə baş vermiş, sonradan mübahisə sakitləşmişdir. Hacıqabul rayonu ərazisində hərəkətdə olan zaman Niyazi ilə birlikdə su almaq məqsədi ilə mağazanın qarşısında dayanmış və maşından düşərək mağazaya yaxınlaşıb özlərinə və avtomobildə olan sərnişinlərə enerji içkisi almışlar. Bundan sonra yenidən Gəncə şəhəri istiqamətində hərəkətə başlamışlar. Yolda olan zaman Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında ara-sıra sözlə mübahisə olmuşdur. Onlar mağazadan qayıdıb avtomaşına əyləşən zaman Niyazinin özünə məxsus pulqabını əyləşdiyi oturacağın arasına qoymasını görmüşdür. O, Baxışla arxa oturacaqda yan-yana əyləşmişdir. Avtomaşında olan, adını bilmədiyi digər sərnişin Ləki qəsəbəsində düşmüşdür. Bundan sonra Goranboy rayonu ərazisində“Goran dairəsi” adlanan yerdə Təqsirləndirilən şəxs avtomobili saxladıb həmin yerdə düşmüş və avtomaşından düşən zaman öz mobil nömrəsini Niyaziyə demişdir. Həmçinin, Baxış Niyazinin də nömrəsini istəmiş, Niyazi də öz mobil nömrəsini Baxışa demişdir. Bundan sonra onlar Göygöl şəhərinə getmiş və Göygöl şəhəri ərazisində olan zaman sürücü X3 şəhərində yerləşən “STEP” mağazasının qarşısında maşını saxlamasını xahiş etmişlər. Zərərçəkmiş şəxs “STEP” mağazasından alış-veriş etmək məqsədi ilə özünə məxsus pulqabını əyləşdiyi oturacağın arasından götürmək istədikdə, sonuncu pulqabının orada olmamasını görmüşdür. Onlar avtomobilin salonuna baxsalar da Niyaziyə məxsus pulqabını tapa bilməmişlər. Bundan sonra Niyaziyə məxsus, içərisində 950 manat pul, “Kapital Bank”a məxsus hesab kartı və şəxsiyyət vəsiqəsi olan pulqabınının Baxış tərəfindən götürüldüyünü başa düşmüşlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus pulqabını götürüb özü ilə aparmasını görməmişdir. O, Niyazi ilə eyni yerdə işləyir. Onlar hər dəfə Niyazi ilə birlikdə rayona getmişlər. Dəqiq bilir ki, onlar hər dəfə əmək haqlarını alaraq rayona qayıdır. O, Bakı şəhərindən rayona gələn zaman, Hacıqabul rayonu ərazisində Niyazi ilə birlikdə marketə düşəndə Niyazinin pulqabında 1000 manat yaxın pul olmasını görmüşdür. Bundan başqa o, Zərərçəkmiş şəxs məxsus pulqabında 100 manatlıq əskinas görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında” 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Göygöl RPŞ-nin İB-nin müstəntiqi X2 tərəfindən müdafiəçinin, hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə sonun tərəfindən təqdim edilmiş pulqabına baxış keçirilmişdir. Baxış zamanı ilk öncə Təqsirləndirilən şəxs əlində olan qara rəngli pulqabını (portmanatı) stolun üzərinə qoyub açmışdır. Təqsirləndirilən şəxs pulqabının içərisində olan sənəd saxlama ciblərindən bir ədəd Zərərçəkmiş şəxs aid AA1827808 seriya nömrəli, 1DZQW9D Fərdi idenfikasiya nömrəli, xx.xx.2030-cu il tarixədək etibarlılıq müddəti olan yeni nəsil şəxsiyyət vəsiqəsini, Zərərçəkmiş şəxs aid üzərində **********921247 kod və “MR NİYAZİ BBAYRAMOV” yazısı olan “Kapital Bank”a aid hesab kartını və TƏBİB tərəfindən Zərərçəkmiş şəxs verilmiş birinci və ikinci doza peyvənd sertifkatını çıxardaraq baxış üçün təqdim etmişdir. Pulqabında pul yoxdur. Təqsirləndirilən şəxs baxış zamanı pulqabında olan 68 manat pulu xərclədiyini bildirmişdir. Həmim əşyalar Göygöl RPŞ-nin İB-nin müstəntiqi X2 tərəfindən götürülmüşdür; “Əşyanın maddi sübut kimi tanınması haqqında” 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs götürülmüş, içərisində bir ədəd Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd 4169 7388 9792 1247 nömrəli “Kapital Bank”a aid hesab kartı, TƏBİB tərəfindən verilmiş ikinci doza peyvənd sertifkatı və bir ədəd Bakı Nəqliyyat Agentliyinə aid “Bakıkart” gediş kartı olan pulqabı cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxsə qaytarılmışdır; “Üzləşdirmə haqqında” 18 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs 15 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona məxsus pulqabından 950 manat pul oğurladığını bildirmişdir; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 18 iyul 2023-cü il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi özü qismən etiraf etsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusata, yəni Zərərçəkmiş şəxs məxsus pulqabında 950 manat deyil, cəmi 68 manat olması məsələsinə tənqidi yanaşır və həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər sübutlarla tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: - Zərərçəkmiş şəxs ifadəsində özünə məxsus pulqabında 950 manat pulun olmasını göstərmişdir; - Şahid ifadəsində Bakı şəhərindən rayona gələn zaman, Hacıqabul rayonu ərazisində Niyazi ilə birlikdə marketə düşəndə Niyazinin pulqabında 1000 manata yaxın pul olduğunu, Zərərçəkmiş şəxs məxsus pulqabında 100 manatlıq əskinas gördüyünü bildirmişdir; - Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs 15 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona məxsus pulqabından 950 manat pul oğurladığını sonuncunun üzünə qarşı demişdir (əsas: iş materiallarında olan “Üzləşdirmə haqqında” 18 iyul 2023-cü il tarixli protokol). CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 326.2ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Yəni, Təqsirləndirilən şəxs tərəfindən CM-in 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş və sonuncunun hərəkətlərində CM-in 326.2-ci maddəsinin tərkib əlamətlərinin olması sübuta yetirilməmişdir. Belə ki, CM-in 326.2-ci maddəsinə əsasən dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, CM-in 326.2-ci maddəsinin dispozisiyasının mənasına görə həmin maddə ilə nəzərdə tutulmuş cinayət yalnız birbaşa qəsdlə törədilə bilər. Yəni, həmin maddə ilə şəxs o vaxt cinayət məsuliyyətinə cəlb edilə bilər ki, o, cinayətin predmeti olan dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportu və ya digər mühüm şəxsi sənədi qanuni sahibindən sonuncunun iradəsinə zidd olaraq qanunsuz götürülməsini dərk etsin, qeyd olunan predmetdən istifadənin və həmin predmetlə davranışın müəyyən edilmiş qaydalarının onun hərəkətləri ilə pozulacağını qabaqcadan görsün və bunları arzu etsin. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Göygöl RPŞ QvŞV qrupu tərəfindən verilmiş AA1827808 seriyalı, 1DZQW9D fərdi identifikasiya nömrəli, xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək etibarlıq müddəti olan şəxsiyyət vəsiqəsini, mühüm şəxsi sənəd hesab edilən TƏBİB tərəfindən verilmiş iki dəfə “Covid 19” korona virusu ilə əlaqədar “sinovac” peyvənd vaksinasiyasını təsdiq edən sertifkatı, balansında pul olmayan 4169 7388 9792 1247 nömrəli “Kapital Bank”a aid hesab kartını faktiki olaraq gizli yolla götürsə də, həmin sənədlərin digər əşyalarla birlikdə təqsirləndirilən şəxsin götürdüyü pulqabının içərisində olması, daha sonra isə onların dəyəri olmayan əşya kimi cinayətin törədildiyi yerdən bir qədər kənarda atılması səbəbindən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədlərini oğurlamaq niyyətində olması, həmin sənədlərin götürülməsinin ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi, yəni onun əməlində CM-in 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib əlamətinin olması barədə hər hansı bir fikir yalnız ehtimal xarakteri daşıyır. Bu baxımdan dövlət ittihamçısının vəsatəti təmin olunmaqla Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-in 326.2-ci maddəsi və “sonuncuya aid Göygöl RPŞ QvŞV qrupu tərəfindən verilmiş AA1827808 seriyalı, 1DZQW9D fərdi identifikasiya nömrəli, xx.xx.2020ci il tarixdən xx.xx.2030-cu il tarixədək etibarlıq müddəti olan şəxsiyyət vəsiqəsi, mühüm şəxsi sənəd hesab edilən TƏBİB tərəfindən verilmiş iki dəfə “Covid 19” korona virusu ilə əlaqədar “sinovac” peyvənd vaksinasiyasını təsdiq edən sertifkat, balansında pul olmayan 4169 7388 9792 1247 nömrəli “Kapital Bank”a aid hesab kartı”, “həmçinin şəxsiyyət vəsiqəsi və mühüm şəxsi sənədini” sözləri xaric edilməlidir. CPM-in: 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 177.1-ci maddəsi ilə ittiham hökmü çıxarılmalıdır. CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini; - törətdiyi əməli qismən etiraf edib peşman olmasını; - zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: Goranboy rayon Xanqərvənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 avqust 2023-cü il tarixli xasiyyətnamə). Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-in 326.2-ci maddəsi və “sonuncuya aid Göygöl RPŞ QvŞV qrupu tərəfindən verilmiş AA1827808 seriyalı, 1DZQW9D fərdi identifikasiya nömrəli, xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək etibarlıq müddəti olan şəxsiyyət vəsiqəsi, mühüm şəxsi sənəd hesab edilən TƏBİB tərəfindən verilmiş iki dəfə “Covid 19” korona virusu ilə əlaqədar “sinovac” peyvənd vaksinasiyasını təsdiq edən sertifkat, balansında pul olmayan 4169 7388 9792 1247 nömrəli “Kapital Bank”a aid hesab kartı”, “həmçinin şəxsiyyət vəsiqəsi və mühüm şəxsi sənədini” sözləri xaric edilməli, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 1 (bir) gün müddət (17-18 iyul 2023-cü il) CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü islah işlərinin dörd gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş islah işləri cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs götürülmüş, içərisində bir ədəd Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd 4169 7388 9792 1247 nömrəli “Kapital Bank”a aid hesab kartı, TƏBİB tərəfindən verilmiş ikinci doza peyvənd sertifkatı və bir ədəd Bakı Nəqliyyat Agentliyinə aid “Bakıkart” gediş kartı olan pulqabının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi2 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi və “sonuncuya aid Göygöl RPŞ QvŞV qrupu tərəfindən verilmiş AA1827808 seriyalı, 1DZQW9D fərdi identifikasiya nömrəli, xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək etibarlıq müddəti olan şəxsiyyət vəsiqəsi, mühüm şəxsi sənəd hesab edilən TƏBİB tərəfindən verilmiş iki dəfə “Covid 19” korona virusu ilə əlaqədar “sinovac” peyvənd vaksinasiyasını təsdiq edən sertifkat, balansında pul olmayan 4169 7388 9792 1247 nömrəli “Kapital Bank”a aid hesab kartı”, “həmçinin şəxsiyyət vəsiqəsi və mühüm şəxsi sənədini” sözləri xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü islah işlərinin dörd gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş islah işləri cəzasından çıxılsın və qəti olaraq ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs götürülmüş, içərisində bir ədəd Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd 4169 7388 9792 1247 nömrəli “Kapital Bank”a aid hesab kartı, TƏBİB tərəfindən verilmiş ikinci doza peyvənd sertifkatı və bir ədəd Bakı Nəqliyyat Agentliyinə aid “Bakıkart” gediş kartı olan pulqabının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(045)-4/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-4/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver