Məhkəmə qərarları › İş №1(045)-4/2025

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-4/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-4/2025 06.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ saat 15:45 X33 Məhəmməd oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Goranboy rayonu Qızılhacılı qəsəbəsi H.Nəsibov küçəsi ev 16-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə təsadüfən tanış olduğu Şəmkir rayonu Xuluf kənd sakini Zərərçəkmiş şəxs1 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncu ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək onu Dövlət Gömrük Komitəsinin Gəncə regional şöbəsinə işə düzəldəcəyinə vəd verib aldatmaqla 07 iyul 2023cü il tarixdə Goranboy rayonu Mərkəzi xəstəxanasının inzibati binasında görüşərək 1000 manat pulunu, 08 iyul 2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs1 yaşadığı Şəmkir rayonu Xuluf kəndində yerləşən fərdi yaşayış evində olarkən “Leobank” mobil tətbiq proqramı vasitəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus öz adına olan “**********502842” nömrəli kart hesabından köçürmə etdiyi 500 manat pulu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus “**********435575” nömrəli kart hesabı ilə ələ keçirməklə verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə 1500 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə iş yoldaşı olmuş, Goranboy rayonu Hazırəhmədli kənd sakini Zərərçəkmiş şəxs2 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncu ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək Məşğulluq İdarəsindən onun ailəsinə 41 baş xırdabuynuzlu heyvan verilməsinə köməklik göstərəcəyinə vəd verib aldatmaqla 2023-cü ilin dekabr ayının istintaqa dəqiq məlum olmayan günündə Goranboy rayonu Hazırəhmədli kənd məktəbinin inzibati binasında 1000 manat pulu Zərərçəkmiş şəxs2 alıb verdiyi vədə əməl etməyib ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə tanışı Goranboy rayonu Hazırəhmədli kənd sakini Zərərçəkmiş şəxs3 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncu ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək onu Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbinə texniki işçi kimi işə düzəldəcəyini vəd verib aldatmaqla 2024-cü ilin yanvar ayının istintaqa dəqiq məlum olmayan günündə Goranboy rayonu Dəliməmmdəli şəhəri ərazisində Zərərçəkmiş şəxs3 500 manat pulunu, 22 iyun 2024cü il tarixdə isə Goranboy rayonu Dəliməmmdəli şəhəri ərazisində 1000 manat pulunu alıb verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 ümumilikdə 1500 manat pulunu ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə iş yoldaşı olmuş, Goranboy rayonu Hazırəhmədli kənd sakini Zərərçəkmiş şəxs4 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncu ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək gəlini X8 500 manat pul müqabilində Goranboy rayon Hazırəhmədli kənd Mədəniyyət evinə işə düzəldəcəyinə, həmçinin sonuncunun qızı X10 700 manat pul müqabilində Goranboy rayon Hazırəhmədli kənd tam orta məktəbinə kompyuter işinə düzəldəcəyinə, oğlu Abdullayev Novruz Eldəniz oğluna 500 manat pul müqabilində sosial yardım düzəldəcəyinə və nəvəsi X17 2500 manat pul müqabilində Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs4 500 manat pulunu 2024-cü ilin yanvar ayının istintaqa dəqiq məlum olmayan günündə Goranboy rayon Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasında, 700 manat pulunu 2024-cü ilin fevral ayının istintaqa dəqiq məlum olmayan günündə Goranboy rayon Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasında, 500 manat pulunu 2024-cü ilin fevral ayının istintaqa dəqiq məlum olmayan günündə Goranboy rayon Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasında və 2500 manat pulunu 2024-cü ilin mart ayının istintaqa dəqiq məlum olmayan günündə Goranboy rayon Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasında alıb verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 ümumilikdə 4200 manat pulunu ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə iş yoldaşı olmuş Goranboy rayonu Hazırəhmədli kənd sakini Zərərçəkmiş şəxs5 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncu ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək özünün Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbinə direktor təyin edilməsindən sonra onu 1400 manat pul müqabilində həmin məktəbə direktor müavini təyin etdirəcəyinə, 800 manat pul müqabilində sertifikasiya faizini yüksəldəcəyinə, oğlu Şahid 1000 manat pul müqabilində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə metodist müəllim vəzifəsinə təyin etdirəcəyinə, oğlu X13 1500 manat pul müqabilində Goranboy rayon Hazırəhmədli kənd tam orta məktəbinə kompyuter otağına fəhlə təyin etdirəcəyinə, oğlu X14 1000 manat pul müqabilində Goranboy rayon Kələk kənd tam orta məktəbinə kitabxana müdiri təyin etdirəcəyinə, oğlu Emil İsgəndərovun təqaüdünü 500 manat pul müqabilində müddətsiz etdirəcəyinə köməklik edəcəyinə yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs5 müvafiq olaraq 01 mart 2024-cü il tarixdə 100 manat pulunu, 400 manat pulunu, 05 aprel 2024-cü il tarixdə Goranboy rayonu ərazisində fəaliyyət göstərən ödəmə terminalı vasitəsi ilə göndərdiyi 600 manat pulunu, 2024-cü ilin aprel ayının istintaqa dəqiq məlum olmayan günündə 300 manat pulunu Goranboy rayon Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasında, 2024-cü ilin aprel ayının istintaqa dəqiq məlum olmayan günündə Goranboy rayon Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasında 1000 manat pulunu, 2024-cü ilin aprel ayının istintaqa dəqiq məlum olmayan günündə Goranboy rayon Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasında 1500 manat pulunu, 2024-cü ilin aprel ayının istintaqa dəqiq məlum olmayan günündə Goranboy rayon Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasında 1000 manat pulunu, 2024-cü ilin may ayının istintaqa dəqiq məlum olmayan günündə Goranboy rayon Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasında 500 manat pulunu və 2024-cü ilin may ayının istintaqa dəqiq məlum olmayan günündə Goranboy rayon Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasında 800 manat pulunu alıb verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 ümumilikdə xeyli miqdar təşkil edən 6200 manat pulunu ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə tanışı Goranboy rayonu Hazırəhmədli kənd sakini Zərərçəkmiş şəxs6 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncu ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək onu Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbinə sosial psixoloq vəzifəsinə işə düzəldəcəyini vəd verib aldatmaqla 2024-cü ilin aprel ayının istintaqa dəqiq məlum olmayan günündə Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs6 750 manat pulunu, 2024-cü ilin iyun ayının istintaqa dəqiq məlum olmayan günündə Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasının yaxınlığında 750 manat pulunu alıb verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 ümumilikdə 1500 manat pulunu ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə tanışı Goranboy rayonu Hazırəhmədli kənd sakini Zərərçəkmiş şəxs7 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncu ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək nəvəsi X6 1500 manat pul müqabilində təhsil aldığı Gəncə dövlət Univesitetinin 4-cü kurs tələbəsinə aid olan imtahanlardan keçirəcəyinə və bundan sonra Aytac İsgəndərovanı 2000 manat pul müqabilində Goranboy rayon Hazırəhmədli kənd kitabxanasına müdir təyin etdirəcəyinə vəd verib aldatmaqla 31 may 2024-cü il tarixdə Goranboy rayon Hazırəhmədli kəndində Zərərçəkmiş şəxs7 yaşadığı fərdi yaşayış evinin həyətində 3500 manat pulu ondan alıb verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs7 ümumilikdə 3500 manat pulunu ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə tanışı Goranboy rayonu Hazırəhmədli kənd sakini Zərərçəkmiş şəxs8 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncu ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək onu Goranboy rayon Hazırəhmədli kənd uşaq baxçasına bağban düzəldəcəyinə, arvadı X15 Hazırəhmədli kənd kitabxanasına müdir təyin etdirəcəyinə və anası X16 Naftalan şəhərinə müalicəyə göndərəcəyinə yalan vəd verib aldatmaqla 17 iyun 2024-cü il tarixdə Goranboy rayon Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasında müvafiq olaraq onu işə düzəldəcəyi ilə bağlı 500 manat, arvadı Xəyalə Mamedovanı işə düzəldəcəyi ilə bağlı 500 manat və anası Suqra Abbasovanı müalicəyə göndərəcəyi ilə bağlı 700 manat pulu ondan alıb verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs8 ümumilikdə 1700 manat pulunu ələ keçirərək təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 təxminən 1 il olar ki, yəni 2023-cü ilin iyun ayında Bakı şəhərinə gedərkən tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs1 ilə ona məxsus avtomobildə tanış olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs1 ona Bakı şəhərinə Təhsil Nazirliyindən özünə məxsus olan diplomunu götürməyə getməyini demişdir. Həmçinin Zərərçəkmiş şəxs1 ona işsiz olmasını bildirərək, ondan işə düzəltməkdə köməklik etməyini xahiş etmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 Dövlət Gömrük Komitəsinin Gəncə regional şöbəsində tanışının olmasını bildirərək, ona köməklik edə biləcəyini demişdir. Daha sonra Bakı şəhərinə çatan zaman orada Zərərçəkmiş şəxs1 ilə biri-birinə əlaqə nömrəsi verərək sağollaşmışlar. 2023-cü ilin iyul ayının əvvəlində o, Zərərçəkmiş şəxs1 mobil telefon vasitəsi ilə zəng edərək, Dövlət Gömrük Komitəsinin Gəncə regional şöbəsinə işə düzəldə biləcəyini bildirmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 onu Dövlət Gömrük Komitəsinin Gəncə regional şöbəsində işə düzəldə biləcəyini vəd edərək, bunun qarşılığında ondan 1000 manat pul istəmişdir. 07 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ilə Goranboy rayonu Mərkəzi xəstəxanasında görüşən zaman orada Zərərçəkmiş şəxs1 ona 1000 manat pulu nəğd olaraq vermişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 10 gün müddətinə Dövlət Gömrük Komitəsinin Gəncə regional şöbəsinə onu işə düzəldəcəyimə vəd etmişdir. 08 iyul 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs1 mobil telefon vasitəsi ilə zəng edərək onu Dövlət Gömrük Komitəsinin Gəncə regional şöbəsinə işə düzəltmək üçün verdiyi 1000 manat puldan əlavə olaraq 500 manat da lazım olmasını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 onunla razılaşmışdır. O, Zərərçəkmiş şəxs1 "Whatsapp" mobil tətbiqi vasitəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus öz adına olan “**********435575” nömrəli kart hesabı göndərərək, 500 (beş yüz) manat pulu həmin kart hesabına göndərməyini bildirmişdir. Zərərçəkmiş şəxs1 "Whatsapp" mobil tətbiqi vasitəsi ilə ona göndərdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus öz adına olan “**********435575” nömrəli kart hesabına 08 iyul 2023-cü il tarixdə 500 manat pul göndərmişdir. Lakin, onun Zərərçəkmiş şəxs1 işə düzəltmək niyyəti olmamış və eləcədə onun X34 Komitəsinin Gəncə regional şöbəsinə işə düzəlmək üçün heç bir tanışı olmamışdır. O, maddi cəhətdən çətinlikləri olduğu üçün Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 1500 (min beş yüz) manat pulu dələduzluq yolu ilə ələ keçirmiş, lakin sonradan Zərərçəkmiş şəxs1 ondan şikayət etdiyi üçün 500 manat pulu Şahmara qaytarmışdır. O, Şahmardan aldığı puldan heç kimə verməmişdir. O, 01 dekabr 2023-cü il tarixdən Goranboy rayon Hazırəhmədli kənd tam orta məktəbində təsərrüfat müdiri işləmişdir. O, həmin məktəbdə işlədiyi dövrdə məktəbin kollektivi ilə münasibəti yaxşı olmuşdur. Zərərçəkmiş şəxs2 2023-cü ilin dekabr ayında ona yaxınlaşıb imkansız ailə olmasını, dolanışığının zəif olmasını demiş və məşğulluq idarəsindən xırdabuynuzlu heyvan verilməsinə köməklik göstərməsini xahiş etmişdir. O, da məşğulluq idarəsində tanışı olmasını deyərək danışıb ona bir söz deyəcəyini demişdir. O, 2023-cü ilin dekabr ayının dəqiq xatırlamadığı günündə Minəvvərə “7 günə sənə 21 baş xırdabuynuzlu heyvan verəcəm” demiş, lakin onun məşğulluq idarəsində elə bir tanışı olmamışdır. Onun məqsədi Minəvvəri aldadıb pulunu ələ keçirmək olmuşdur. O, Minəvvərdən ilk əvvəl 500 manat pul istəmiş, lakin sonra Minəvvərə 21 baş xırdabuynuzlu heyvanı da o özü üçün məşğulluqdan alacağını deyib həmin heyvanları da Minəvvərə verəcəyəni bildirmiş, əlavə olaraq 500 manat da buna görə pul istəmişdir. Minəvvərdə onunla razılaşıb 2023-cü ilin dekabr ayının xatırlamadığı günündə ona 1000 manat pulu Hazırəhmədli kənd tam orta məktəbində vermşdir. Həmin vaxt orada heç kim olmamışdır. O, Minəvvərdən aldığı puldan heç kimə verməmişdir. Minəvvəri aldadıb aldığı puldan onun kartına müxtəlif vaxtlarda ümumilikdə 545 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs3 Hazırəhmədli kənd tam orta məktəbinə uşağını gətirib aparanda tanımış və münasibətləri yaranmışdır. O, Şirinlə söhbət əsnasında Şirin ona “dövlətdən maaş almıram, işim olsa idi yaxşı olardı” demiş, o, fikirləşmiş ki, Şirini aldadıb pulunu ala bilər, buna görə də Şirinə “səni Hazırəhmədli kənd tam orta məktəbinə texniki işçi kimi işə düzəldə bilərəm” demiş, o, Şirindən buna görə 1500 manat pul alacağını demişdir. Şirin də onunla razılaşmışdır. O, Şirinə “mən bu məktəbə direktor təyin olunacam” demiş, bunu Şirini inandırmaq üçün demişdir. 2024-cü ilin yanvar ayının dəqiq xatırlamadığı günündə Şirindən Dəliməmmədli şəhəri ərazisində 500 manat pul almış, Şirin 2024-cü ilin mart ayının dəqiq xatırlamadığı günündə ona “iş gec olur mənim pulumu qaytar, işim düzələndə verəcəm” demiş, o, da həmin vaxt Şirinin kartına 300 manat pul göndərmişdir. 22 iyun 2024-cü il tarixdə Şirindən 1000 manat da işə düzəltmək adı ilə pul almışdır. 25 iyun 2024-cü il tarixdə Şirin ondan pulunu istəmişdir ki, iş uzanır, alınmır. O, da şirinə “gözlə kredit götürüb verəcəm” demişdir. Sonra Şirin ondan bu barədə şikayət etmiş, o, da Şirinin kartına 11 iyul 2024-cü il tarixdə 200 manat da pul göndərmiş, o, Şirini inandırmaq üçün onun sənədlərinin surətini götürmüş, ona əmək kitabçası və qovluq aldırmışdır. O, hazırda Şirini aldadıb ələ keçirdiyi puldan 1000 manat verəcəyi qalmışdır. O, Şirindən aldığı puldan heç kimə verməmişdir. Bundan başqa o, Hazırəhmədli kənd tam orta məktəbində xadimə işləyən Zərərçəkmiş şəxs4 gəlini X2 mədəniyyət evinə işə düzəltməyə köməklik edəcəyini yalan vəd verib Validədən 2024-cü ilin yanvar ayının xatırlamadığı günündə Hazırəhmədli kəndində 500 manat pul almışdır. Validədən 800 manatda borc pul almışdır. Validədən 2024-cü ilin fevral ayının dəqiq xatırlamadığı günündə onun qızı X3 məktəbdə kompyuter işinə düzəltdirəcəyini yalan vəd verib 700 manat pulunu məktəbdə ələ keçirmişdir. Lakin, həmin vaxt orada heç kim olmamışdır. Sonra Validədən 2024-cü ilin fevral ayının dəqiq xatırlamadığı günündə oğlu Abdullayev Novruz Eldəniz oğluna sosial yardım düzəldəcəyini yalan vəd verib 500 manat pulunu ələ keçirmiş, lakin həmin vaxtda orada heç kim olmamışdır. Daha sonra 2024-cü ilin mart ayının dəqiq xatırlamadığı günündə Validənin nəvəsi X17 Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyimə yalan vəd verib işlədiyi məktəbdə 2500 manat pulunu ələ keçirmiş, o, Validədən ümumilikdə 4200 manat pul almış, Validədən aldığı puldan heç kimə verməmiş, Validədən pulu alan zaman yanlarında heç kim olmamışdır. O, Validədən aldığı pullardan Validəyə 150 manat, 40 manat, 75 manat, 35 manat, 3 dəfə 73 manat, 326 manat, 145 manat və 630 manat olmaqla ümumilikdə 1620 manat qaytarmış, həmin pulun pulun bir hissəsini Validənin özünə vermiş, bir hissəsini isə Validənin özünün və gəlininin kartına göndərmişdir. Həmin məktəbdə azərbaycan dili və ədəbiyyatı müəlliməsi olan Zərərçəkmiş şəxs5 da məktəbdə işləyən vaxtdan tanımış və iş yoldaşı kimi münasibətləri yaxşı olmuşdur. O, 2024-cü ilin mart ayının dəqiq xatırlamadığı günündə Aybənizə “ehtiyacım var mənə 2000 manat pul lazımdır” demişdir. Aybəniz ona “özümdə pul yoxdur, sələm götürüb verə bilərəm” demiş, o, da razılaşmış, Aybəniz ona 10 faizlə Əsgər adlı şəxsdən pul götürüb verməsini demiş, o, da Aybənizlə razılaşmışdır. Lakin, o, Əsgər adlı şəxsi tanımamışdır. Aybəniz 2024cü ilin mart ayının dəqiq xatırlamadığı günündə 2000 manat pulu işlədikləri məktəbdə ona vermişdir. Lakin, həmin vaxt orada heç kim olmamışdır. O, Aybənizdən bundan başqa pul almamışdır. Aybənizin sələmlə götürüb verdiyi pula görə 3 dəfə aylıq 214 manat pul ödəmişdir. Zərərçəkmiş şəxs6 2023-cü ilin dekabr ayında tanımış, 2024-cü ilin aprel ayının dəqiq xatırlamadığı günündə o, Təranəyə onu Hazırəhmədli kənd tam orta məktəbində sosial psixoloq vəzifəsinə işə düzəlməyinə köməklik edəcəyi barədə yalan vəd vermişdir. O, Təranəyə işə düzəlməyi üçün 1500 manat pul lazım olmasını demişdir. Təranə ilk əvvəl pulunun olmadığını dediyi üçün o, Təranəyə bir neçə gün vaxt vermiş ki pul tapa bilsin, sonrada Təranəyə pulun yarısını indi yarısını da işi düzələndə verə biləcəyini demişdir. Bundan sonra Təranə onunla razılaşmış və borc tapıb verəcəyini demişdir. 2024-cü ilin aprel ayının dəqiq xatırlamadığı günündə Təranə Hazırəhmədli kənd tam orta məktəbinin yaxınlığında onunla görüşmüş və orada ona 750 manat pul vermişdir. O, Təranəyə sənədlərin hazırdır, maaş kartın da hazırlanır, 7 günə işin tam olaraq düzələcək demişdir. Sonradan Təranə ona “mənim işim niyə alınmır” demiş, o, da “yuxarıdan pulu tam istəyirlər, hər şey hazırdır, lakin pul tam çatmayıb deyə maaş kartın düzəlmir” demişdir. 2024-cü ilin iyun ayının dəqiq xatırlamadığı günündə Təranə ona 750 manat pulu Hazırəhmədli kənd məktəbinin yanında vermiş, o, Təranəni aldadıb ona “yeddi günə məktəbə gələrsən maaş kartını verəcəm” demişdir. O, Təranəni aldadıb onun 1500 manat pulunu ələ keçirmiş, lakin həmin puldan heç kimə verməmiş, öz şəxsi işlərində istifadə etmiş, Təranə ona pul verəndə orada heç kim olmamışdır. 31 may 2024-cü il tarixdə o, Zərərçəkmiş şəxs7 nəvəsi Aytacı Hazırəhmədli kənd kitabxanasına müdir təyin etdirəcəyini yalan vəd verib Hazırəhmədli kəndində Bilurənin yaşadığı evin həyətində Bilurədən 3500 manat pul almış, həmin vaxt orada heç kim olmamışdır. O, Bilurədən 2000 manatı Aytacı işə düzəltmək adı ilə, 1500 manatı isə Aytacı imtahandan keçirməyə görə yalan vəd verib almışdır. Lakin, Bilurədən aldığı puldan ona heç bir məbləğ qaytarmamışdır. O, Bilurədən aldığı puldan başqa heç kimə verməmişdir. Zərərçəkmiş şəxs8 Hazırəhməli kənd baxçasında bağban kimi işə düzəltdirəcəyini yalan vəd verib 500 manat pul istəmiş, Anarın arvadı Xəyaləni kənddə kitabxanaya müdir təyin etdirəcəyini yalan vəd verib 500 manat pul istəmiş, sonra Anarın anası X16 Naftalana müalicəyə göndərtdirəcəyinə yalan vəd verib 700 manat pul istəmiş, buna görə 17 iyun 2024-cü il tarixdə Goranboy rayon Hazırəhmədli kənd tam orta məktəbində Anar ona 1700 manat pul vermişdir. Həmin vaxt orada heç kim olmamışdır. Lakin, o, Anarı aldadıb ələ keçirdiyi puldan Anara heç bir məbləğdə pul qaytarmamışdır. Anardan aldığı puldan heç kimə verməmişdir. O, yuxarıda adlarını qeyd etdiyi, pullarını aldadıb ələ keçirdiyi bəzi şəxslərə verdiyi müəyyən pulların özündə olan qəbzlərinin surətini ifadəsinə əlavə etmişdir. Zərərçəkmiş şəxs5 yalan deyir, Aybəniz ona həyat yoldaşı Telmanın oğlu Orxanın həyatını məhv etdiyini, Orxanı evə qoymadığını, onun maaş kartında olan pulları bilməsini, o da həmin pulları oğlu Orxana göndərməli olduğunu, buna görə də ondan xahiş etmiş ki kartının şəklini ona göndərsin, o da pulları onun kartına göndərsin, onun kartına göndərilən pulların həmin pullar olmasını bildirmişdir. O, Aybənizi direktor təyin olunandan sonra özünüzə müavin təyin etdirəcəyini vəd edib onun kart hesabına 01 mart 2024-cü il tarixdə 100 manat və 400 manat, bundan başqa isə 05 aprel 2024-cü il tarixdə 600 manat olmaqla, ümumilikdə 1100 manat pul göndərməsinə nail olmadığını, bundan başqa isə 2024-cü ilin aprel ayının dəqiq xatırlamadığı günündə 300 manat pulu Aybənizin ona şəxsən məktəbdə vermədiyini, ümumilikdə 1400 manat pul vermədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs5 oğlu Emili Hazırəhmədli kənd tam orta məktəbində kompyuter otağında fəhlə kimi, digər oğlu Orxanı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə metodist müəllim vəzifəsinə və digər oğlu Emini isə Kələk kənd tam orta məktəbində kitabxana müdiri kimi işə düzəldəcəyini vəd etməmiş, Emilin 333 manat, Orxanın 723 manat və Eminə 438 manat maaş alacaqlarını deməmiş, bunun qarşılığında 2024-cü ilin aprel ayında Hazırəhmədli kənd tam orta məktəbində Aybəniz ona 1000 manat, 1500 manat və 1000 manat olmaqla 5-6 gün ərzində ümumilikdə 3500 manat pul verməmiş, o, əgər Aybənizin oğlanlarından birini işə düzəltmək adı ilə aldadıb pulunu alıb işə düzəldə bilməmişdisə Aybənizin nəyə görə digər iki oğlunun işə düzəltməsi ilə bağlı ona pulu verməsini demiş və buna görə də Aybənizin yalan deməsini bildirmişdir. O, Zərərçəkmiş şəxs5 xəstə oğlu Emilin təqaüdünün ömürlük edilməsinə köməklik edə biləcəyi barədə inandırıb 500 manat pulunu Hazırəhmədli kənd TOM-də ələ keçirməmişdir. O, Zərərçəkmiş şəxs5 sertifikasiyasını 35 faizə saldıracağı ilə bağlı vəd verib 1000 manat pul istəməmiş, Aybəniz ona kasıbçılıq olmasını dediyi üçün 800 manat istəməmiş və 800 manat pulu 2024-cü ilin may ayının dəqiq xatırlamadığı günündə məktəbdə Aybənizdən almamışdır. Aybəniz bu barədə yalan deyir, özü sertifikasiya imtahanından keçə bilmədiyi üçün ona belə şər böhtan atmasını bildirmişdir. Zərərçəkmiş şəxs5 ona borc kimi 2000 manatı öz deməsinə görə sələm götürüb vermiş, lakin o, Aybənizdən 800 manat borc almamışdır. O, Aybənizin maaş kartına 214 manat 3 dəfəyə pul göndərmiş, ümumilikdə 642 manat pul edir, bundan başqa 320 manat da onun kartına pul göndərmiş, bundan sonra 40 və 35 manat Aybənizin kreditini ödəmiş, 80 manat şəxsən Aybənizin özünə məktəbdə vermiş, 100 manat da oğlu Orxanın kartına göndərmişdir. O, ümumilikdə Aybənizə özünün deməsinə görə götürdüyü faizlə olan pula görə 1217 manat pul vermişdir. Hazırda o, zərərçəkmiş şəxslərə dəymiş maddi zaiyanı ödəməmişdir. Odur ki, barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 2006-cı ildən Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbində xadimə işləyir. xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-nə ərizə ilə o müraciət etmişdir, imza ona məxsusdur. Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayında Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbində təsərrüfat müdiri təyin olunan vaxtdan tanımışdır. Neman özünü ilk əvvəl onlara yaxşı insan kimi göstərib məktəb kollektivinin rəğbətini qazanmışdır. İş vaxtı Təqsirləndirilən şəxs onlara iş otağında “kimə sosial yardım, məşğulluqdan heyvan və ya nəsə köməklik lazımdırsa mənə desin köməklik edəcəm, hər yerdə tanışım var” demişdir. O da Təqsirləndirilən şəxs sonra tək olan zaman məşğulluqdan onun ailəsinə heyvan verilməyinə köməklik etməsini demiş, Neman ona “sən dövlət işində işləyirsən sənə düşmür, lakin ərin Raqibə düzəltmək olar” demişdir. Neman ona bu işin düzəlməsi üçün 1000 manat pul lazım olmasını demişdir. Neman onu inandırmışdır ki, 1000 manat pulu verəndən 7 gün sonra ona 41 baş xırdabuynuzlu heyvan veriləcək. O da Nemana inanıb 1000 manat pul düzəldib 2023-cü ilin dekabr ayının dəqiq xatırlamadığı günündə işlədiyi məktəbdə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onu aldadaraq hər dəfə müxtəlif vaxta vəd verib heyvanları verəcəyini demiş, lakin Neman ona nə heyvan verməmiş, nə də ki pulunu qaytarmamışdır. O, sonradan Təqsirləndirilən şəxs heyvanları gətizdirmədiyini görmüş, Nemana pulunu qaytarmasını demiş, lakin Neman müxtəlif bəhanələr gətirərək onun pulunu verməmişdir. O, Təqsirləndirilən şəxs həmin pulu verən zaman yanında heç kim olmamışdır. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir, Neman ona dəymiş maddi ziyanı ödəməmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir. xx.xx.2024-cü il tarixdə DİN-in 102 Xidməti zəng mərkəzinə müraciət etmiş və Goranboy RPŞ-nə ərizə yazmışdır, imza ona məxsusdur. Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayından tanıyır. Belə ki, Təqsirləndirilən şəxs Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbində təsərrüfat müdiri işləyir. O, azyaşlı uşağını məktəbə aparıb gətirəndə Təqsirləndirilən şəxs görmüş və beləcə münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxsla söhbət əsnasında Təqsirləndirilən şəxs onu Goranboy rayon Hazırəhmədli kənd tam orta məktəbinə texniki işçi kimi işə düzəldə biləcəyini demiş, buna görə ondan ümumilikdə 1500 manat pul alacağını demiş, o da Təqsirləndirilən şəxs inanıb razılaşmışdır. 2024-cü ilin yanvar ayının dəqiq xatırlamadığı günündə Təqsirləndirilən şəxsla aralarında olan razılığa əsasən Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində 500 manat pul vermiş, qalan 1000 manatı isə işə düzələndə verəcəyini demişdir. 2024-cü ilin aprel ayının dəqiq xatırlamadığı günündə o, Təqsirləndirilən şəxs “mənə pul lazımdır, pul tapa bilmirəm, pulumu qaytar, işə düzələndə pulunu tam şəkildə verərəm” demiş, Neman həmin vaxt ona 300 manat pul vermiş, o, Təqsirləndirilən şəxs pul verəndə və Neman ona 300 manatı qaytaranda yanlarında heç kim olmamışdır. 2024-cü ilin iyun ayının dəqiq xatırlamadığı günündə Təqsirləndirilən şəxs ona “sənin işə düzəlmək məsələn həll olunur, 1000 manat pul düzəlt” demiş, o, da Nemanla razılaşmışdır. 22 iyun 2024-cü il tarixdə 1000 manat pul hazır edib Təqsirləndirilən şəxs zəng edib bu barədə demiş, Neman Dəliməmmədli şəhərində görüşmələrini demiş, o da razılaşmışdır. 22 iyun 2024-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxsla Dəliməmmədli şəhəri ərazisində görüşmüş və Nemana 1000 manat pulu vermiş, Təqsirləndirilən şəxs ona “7 günə sənin işin düzələcək və gedib maaş kartını götürəcəksən” demişdir. O da Nemana sağol deyib evinə getmişdir. Bundan bir müddət keçdikdən sonra o, Təqsirləndirilən şəxs onu aldatmasını və verdiyi vədə əməl etməməsini görmüş, Nemandan bir neçə dəfə pulunu istəmiş, lakin Neman “pulum yoxdur, olanda verəcəm” demiş, o, Nemana “səndən şikayət edəcəm” demişdir. O, 09 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs bu barədə şikayət etmişdir. Bundan sonra 11 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək “kartını at sənə 200 manat pul göndərəcəm” demiş, o, kartının şəklini Nemana göndərmiş, Təqsirləndirilən şəxs ona 200 manat pul göndərmişdir. Bundan sonra Neman ondan xahiş etmişdir ki, şikayət etməsin pulunu az-az verəcək. O, Nemana “mənə pul lazımdı, pulumu ver” demişdir. Təqsirləndirilən şəxs onunla söhbət əsnasında ona məktəbə direktor keçəcəyini və onu işə düzəldə biləcəyini demişdir. Təqsirləndirilən şəxs onu işə düzəldəcəyini vəd verib aldadan zaman ondan özünə məxsus şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətlərini götürmüş, bundan başqa iş qovluğu və əmək kitabçası da aldırıb özünə götürmüşdür. O da buna görə Nemana inanıb etibar etmişdir. Hazırda Təqsirləndirilən şəxs onu aldadaraq ələ keçirdiyi puldan 1000 manatı qalmışdır. O, hər dəfə pulunu Nemandan istədikdə Neman müxtəlif bəhanələr gətirərək onun pulunu verməmişdir. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir, Neman ona dəymiş maddi ziyanı ödəməmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, 2004-ci ildən Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbində xadimə işləyir. xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-nə ərizə ilə müraciət etmişdir, imza ona məxsusdur. Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayında Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbində təsərrüfat müdiri təyin olunan vaxtdan tanımışdır. Neman özünü ilk əvvəl onlara yaxşı insan kimi göstərib məktəb kollektivinin rəğbətini qazanmışdır. İş vaxtı Təqsirləndirilən şəxs onlara iş otağında “kimə sosial yardım, məşğulluqdan heyvan, işə düzəlmə və ya nəsə köməklik lazımdırsa mənə desin köməklik edəcəm, hər yerdə tanışım var” demişdir. Təqsirləndirilən şəxs ona “uşaq hazırlayıram kompyuterim yoxdur, mənə 800 manat borc pul ver, bir aya qaytaracam” demişdir. O da Nemana 800 manat borc pul vermişdir. O, 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs yaxınlaşıb gəlini X1 mədəniyyət evinə işə düzəltməyə köməklik etməsini, qızı X4 məktəbinə kompyuter işinə düzəlməsinə köməklik etməsini, oğlu Abdullayev Novruz Eldəniz oğluna sosial yardım düzəltməsini və nəvəsi X17 Fövqəladə Hallar Nazirliyinə işə düzəltməsinə köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tanışlarının olmasını, ona köməklik edəcəyini vəd etmiş və bununla bağlı sənədlərin surətini çıxarıb ona verməyini demişdir. O da Təqsirləndirilən şəxs dediyi sənədlərin surətini çıxarıb vermişdir. Təqsirləndirilən şəxs ondan bu işləri görməsinin qarşılığında ümumilikdə 4200 manat pul istəmiş, o da həmin məbləğdə pulunun olmadığını, həmin pulu hissə-hissə verəcəyini bildirmiş, Neman da onunla razılaşmışdır. Neman gəlini Tahirəni işə düzəltməyə 500 manat, qızı Aynurəni işə düzəltməyə 700 manat, oğlu Eldənizə sosial düzəltməyə 500 manat və nəvəsi Xəzanini işə düzəltməyə 2500 manat pul lazım olmasını demiş və ümumilikdə ondan 4200 manat pul istəmişdir. O, 2024-cü ilin yanvar ayının dəqiq xatırlamadığı günündə işlədiyi məktəbdə Təqsirləndirilən şəxs gəlini Tahirəni işə düzəltməsi üçün 500 manat pul vermiş, Neman bir aya işə düzələcəyini demişdir. 2024-cü ilin fevral ayının dəqiq xatırlamadığı günündə Nemana qızı Aynurəni işə düzəltməsi üçün 700 manat pulu məktəbdə vermişdir. 2024-cü ilin fevral ayının dəqiq xatırlamadığı günündə Təqsirləndirilən şəxs işlədiyi məktəbdə oğlu Abdullayev Novruz Eldəniz oğluna sosial yardım düzəldəcəyini vəd etdiyi üçün 500 manat pul vermişdir. 2024-cü ilin mart ayının dəqiq xatırlamadığı günündə Təqsirləndirilən şəxs nəvəsi X17 Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyini vəd etdiyi üçün məktəbdə 2500 manat pul vermişdir. Neman ona hər dəfə işə düzəltmək deyəndə sənədlərin surətlərini də toplatdırmış və beləcə onu inandırmışdır. O, Təqsirləndirilən şəxs ümumilikdə 4200 manat pulu məktəbdə vermişdir ki, qızını, gəlinini və nəvəsini işə düzəltsin və oğluna sosial yardım düzəltsin. Lakin, həmin pulu verən zaman yanında heç kim olmamışdır. O, Təqsirləndirilən şəxs 800 manat borc pul vermişdir. Təqsirləndirilən şəxs onu aldadıb ələ keçirdiyi 4200 manat puldan ümumilikdə ona 1265 manat pul qaytarmışdır. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir, Neman ona dəymiş maddi ziyanı ödəməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ədalətli cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, hal-hazırda rəsmi olaraq heç yerdə işləmir. 09 iyul 2024-cü il tarixdə DİN-in 102 Xidməti zəng mərkəzinə oğlu Şahid məlumat vermiş və bu barədə Goranboy RPŞ-nə ərizəni o özü yazmış, imza ona məxsusdur. O, 1991-ci ildən Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyatı müəlliməsi işləmişdir. Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayından tanıyır, belə ki, Təqsirləndirilən şəxs Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbində təsərrüfat müdiri işləyirdi. O, məktəbdə olduğu müddətdə Təqsirləndirilən şəxs görmüş və iş yoldaşı kimi münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxsla söhbət əsnasında yaxın vaxtlarda məktəbə direktor təyin olunacağını, onu da öz yerinə direktor müavini təyin edəcəyini demiş, həmçinin həmin vaxt uşaqları barəsində maraqlanmış, onların nə işlə məşğul olmasını soruşmuş, o da bir övladının xəstə olmasını və təqaüd almasını, iki oğlunun isə ali təhsilli olmasını, lakin iş tapa bilməməsini demiş, təqaüd alan oğlunun təqaüdünün də müddətli olmasını, bundan başqa öz sertifikasiya faizinin də aşağı olmasını demişdir. Təqsirləndirilən şəxs ona direktor təyin olunandan sonra “sənin uşaqlarının hər üçünü işə düzəldəcəm, səni özümə müavin təyin edəcəm, oğlunun təqaüdünü müddətsiz etdirəcəm və sənin də sertifikasiya faizini qaldıracam” demişdir. Buna görə də, ondan ümumilikdə 6200 manat pul istəmiş, o da hazırda o qədər pulunun olmadığını bildirmiş, həmin pulu hissə-hissə olmaqla ona verəcəyini bildirmiş, Neman da onunla razılaşmışdır. Həmçinin Neman 6200 manat puldan 1400 manatını onu özünə direktor müavini təyin etdirəcəyi ilə bağlı, 1000 manatını oğlu X14 Kələk kənd orta məktəbində olan kitabxanaya müdir təyin etdirəcəyi ilə bağlı, 1500 manatını oğlu X13 Hazırəhmədli kənd tam orta məktəbində kompyuter otağında fəhlə kimi işə düzəldəcəyi ilə bağlı, 1000 manatını oğlu Şahid Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə metodist müəllim vəzifəsinə işə düzəldəcəyi ilə bağlı, 800 manatını onun sertifikasiya faizini qaldıracağı ilə bağlı və 500 manatını isə oğlu Emilin təqaüdünü müddətsiz etdirəcəyi ilə bağlı xərcləyəcəyini bildirmiş, o da Nemanın fikri ilə razılaşmışdır. Aralarında olan razılığa əsasən o, Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına 01 mart 2024-cü il tarixdə 100 manat və 400 manat, bundan başqa isə 05 aprel 2024-cü il tarixdə 600 manat olmaqla, ümumilikdə 1100 manat pulu onu özünə müavin təyin etdirəcəyini vəd etdiyi üçün göndərmiş, bundan başqa isə 2024-cü ilin aprel ayının dəqiq xatırlamadığı günündə 300 manat pulu Təqsirləndirilən şəxs şəxsən özünə məktəbdə vermişdir. Təqsirləndirilən şəxs onu direktor müavini təyin etdirəcəyinə vəd verdiyi üçün ona ümumilikdə 1400 manat pul vermişdir. Həmin pulu verəndə yanında heç kim olmamışdır. Bundan sonra 2024-cü ilin aprel ayının dəqiq xatırlamadığı günündə bununla bağlı Təqsirləndirilən şəxsla aralarında söhbət olmuş, Neman ona Emilin 333 manat, Orxanın 723 manat və Eminin 438 manat maaş alacaqlarını vəd etmiş və uşaqların sənədlərini toplamağı demişdir. O da Nemana uşaqlarının diplomlarını və hərbi biletlərini surətini, anket məlumatlarını və tərcümeyi hallarını yazıb vermişdir. Neman ondan övladları işə çıxandan sonra əlavə pul da alacağını demiş, lakin məbləğ deməmişdir. 2024-cü ilin aprel ayının dəqiq xatırlamadığı günündə Təqsirləndirilən şəxs işlədiyi məktəbdə 1000 manat, 1500 manat və 1000 manat olmaqla 5-6 gün ərzində ümumilikdə 3500 manat pul vermişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs oğlu Emilin təqaüdünün ömürlük edilməsinə köməklik etməsi ilə bağlı 500 manat pulu məktəbdə vermiş, Neman Emilin xəstəlik kağızlarının surətini istəmiş və rayonda gedib özü düzəltdirəcəyini demişdir. 2024-cü ilin may ayının dəqiq xatırlamadığı günündə Təqsirləndirilən şəxs onun sertifikasiyanı 35 faizə saldıracağı ilə bağlı 800 manat pulu da məktəbdə vermişdir. O, həmin pulları Təqsirləndirilən şəxs təklikdə vermiş yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs onu aldadaraq ona yalan vəd verib ümumilikdə 6200 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs bundan başqa ondan 2800 manat borc pul almışdır. Neman həmin pulun 2000 manatını ona direktor keçəcəyini, 4000 manat pul istənilməsini, 2000 manat pulunun çatmadığını, “sələm də olsa götür mən sənə verəcəm” deməsini, o, Nemana pulu olmadığını demiş, lakin 2000 manat borc pul tapıb 2024-cü ilin aprel ayının sonlarında dəqiq xatırlamadığı günündə məktəbdə Nemana borc kimi vermişdir. Bundan sonra 2024-cü ilin may ayının dəqiq xatırlamadığı günündə Təqsirləndirilən şəxs ona zəng edərək anasının damar əməliyyatı olacağını pulunun olmadığını demiş və ondan 800 manat borc pul istəmiş, o, borc tapıb Nemana 800 manat pulu həmin günün sabahısı Dəliməmmədli şəhərində vermişdir. O, ümumilikdə Təqsirləndirilən şəxs 2800 manat da borc pul vermişdir. Lakin, həmin pulları verən zaman yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs onu aldadaraq ələ keçirdiyi puldan 40 manat onun kreditini ödəmiş, 100 manat da oğlu Orxanın kartına göndərmiş, bundan başqa 216 manat və 326 manat pul göndərmiş, ümumilikdə ona 682 manat pul vermiş, qalan pulu verməmişdir. O, Təqsirləndirilən şəxs nə özü 2000 manat sələm verməmiş, nə də ki Əsgər adlı şəxsdən 2000 manat pulu sələmə götürüb verməmişdir. Təqsirləndirilən şəxs yalan deyir, məsuliyyətdən kənarda qalmaq üçün ona belə bir şərböhtan atır. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir, Neman ona dəymiş maddi ziyanı ödəməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, 2005-ci ildən Goranboy rayonu Yəhərçi Qazaxlar kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi işləmiş, 06 avqust 2023-cü il tarixdə sertifikasiya imtahanından kəsildiyi üçün müqaviləsinə xitam verilmişdir. Hazırda işləmir. X12 2018-ci ildə rəhmətə getmişdir, o, ailəsini dolandırmaqda çətinlik çəkir, buna görə də gündəlik işlərə gedir. Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayında Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbində təsərrüfat müdiri təyin olunan vaxtdan tanımışdır. Neman özünü ilk əvvəl onlara yaxşı insan kimi göstərib məktəb kollektivinin rəğbətini qazanmışdır. Kiçik övladı Hazırəhmədli kənd tam orta məktəbinə gedib-gələn vaxtda o da Təqsirləndirilən şəxsla bəzi vaxtlarda söhbət etmişdir. 2024-cü ilin aprel ayının dəqiq xatırlamadığı günündə Təqsirləndirilən şəxs ona “səni Hazırəhmədli kənd tam orta məktəbində sosial psixoloq vəzifəsinə işə düzəlməyinə köməklik edəcəyəm” demişdir. Onun da həmin vaxt iş yeri olmadığına görə Təqsirləndirilən şəxs inanmış və razılaşmışdır. Təqsirləndirilən şəxs sonra ona işə düzəlməyi üçün 1500 manat pul lazım olmasını demişdir. O da Nemana pulu olmadığını desə də, Neman ona bir neçə gün vaxt vermişdir ki, pul tapıb ona versin, həmçinin pulun yarısını, yəni 750 manatını əvvəl, qalanını isə işə düzəlib maaş kartını alanda verəcəyini demiş, o da razılaşmış və borc tapıb verəcəyini demişdir. O, 2024-cü ilin aprel ayının dəqiq xatırlamadığı günündə 750 manat borc pul almış, Təqsirləndirilən şəxsla yaşadığı kənddə Hazırəhmədli kənd tam orta məktəbinin yaxınlığında görüşmüş, 750 manat pulu Nemana vermiş, Neman ona “sənədlərin hazırdır, maaş kartın da hazırlanır, 7 günə işin tam olaraq düzələcək” demişdir. Lakin, Təqsirləndirilən şəxs dediyi vaxtda iş düzəlmədiyi üçün o, Nemana zəng etmiş, Neman ona “pulu yuxarıdan istəyirlər, tam şəkildə çatmalıdır, yoxsa maaş kartını verməyəcəklər” demişdir. O da buna görə özündə olmadığına görə qohumundan 750 manat borc pul alıb 2024-cü ilin iyun ayının dəqiq xatırlamadığı günündə məktəbin yanında Təqsirləndirilən şəxs vermiş, Neman ona “yeddi günə məktəbə gələrsən, maaş kartını verəcəm” demişdir. O da Nemanla razılaşıb oradan getmişdir. Lakin, Təqsirləndirilən şəxs dediyi vaxtda maaş kartı gəlmədiyi üçün Nemanla telefonla əlaqə saxlamış, lakin Neman hər dəfə ona müxtəlif bəhanələr gətitərək onu aladaraq işin alınacağını demişdir, lakin o, sonradan Təqsirləndirilən şəxs ondan başqa bir neçə kənd sakinini də aladadaraq pulunu ələ keçiməsini və buna görı də həbs olunmasını eşitmişdir. Buna görə də, o, da Nemandan şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs onu işə düzəldəcəyini yalan vəd verərək ümumilikdə 1500 manat pulunu ələ keçirmiş, lakin Neman dələduzluq yolu ilə ələ keçirdiyi puldan ona heç bir məbləğ qaytarmamışdır. O, Təqsirləndirilən şəxs pul verən zaman yanlarında heç kim olmamışdır. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir, Neman ona dəymiş maddi ziyanı ödəməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ədalətli cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, hal-hazırda rəsmi olaraq heç yerdə işləmir, təqaüdçüdür. xx.xx.2024cü il tarixdə DİN-in 102 Xidməti zəng mərkəzinə məlumat vermiş və bu barədə Goranboy RPŞ-nə ərizə ilə müraciət etmişdir, imza ona məxsusdur. O, 1978-ci ildən pedoqoji fəaliyyətə başlamış, 1979-cu ildən isə Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbində riyaziyyat müəllimi işləmişdir. Təqsirləndirilən şəxs 2012-ci ildə kursda görüb tanımışdır. 2023-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbində təsərrüfat müdiri təyin olunmuşdur. O, 2023-cü ildə təqaüdə çıxmışdır. 26 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onu tanıdığı üçün evinə qonaq gəlmiş, aralarında olan söhbət əsnasında Təqsirləndirilən şəxs “nəvəm X11 universiteti bu il bitirir, atası və anası rəhmətə gedib, istəmirəm ki gedib uzağa düşsün orada işləsin, onu yaxına düzəltmək olarmı?” demiş, Təqsirləndirilən şəxs ona “regionda tanışım var, Aytacı Hazırəhmədli kəndinə kitabxanaçılıq yeri vakansiyada olduğu üçün danışıb oraya düzəltdirəcəm” demiş, o da razılaşmışdır. Neman ona “gedim danışım, sizə məbləğini deyəcəm” demişdir. xx.xx.2024-cü il tarixdə Neman ona zəng edib “sabaha 3500 manat təcili pul lazımdır, 2000 manatını işə görə verəcəm, 1500 manatı isə Aytacı imtahandan keçirməyə lazımdır” demişdir. O da Nemanla razılaşmış, Nemana “1000 manatım var, heyvan satmışam, qalan 2500 manatı da bankdan kredit götürüb verəcəm” demişdir. 31 may 2024-cü il tarixdə o, Goranboy şəhərində yerləşən Kapital Bankdan 2500 manat kredit götürüb yaşadığı evə getmiş, Nemana zəng edib pul hazırdır, gəl götür demişdir. 31 may 2024-cü il tarixdə saat 14 radələrində Neman onlara tək gəlmiş, həyətdə ondan 3500 manat pulu götürmüş, sonra oradan getmişdir. Neman onun nəvəsi Aytacı işə düzəldəcəyini vəd edib onu inandırmaq məqsədi ilə Aytacın şəxsiyyət vəsiqəsinin surətini götürmüş, universitetdə oxuması barədə arayış aldırmış, tərcümeyi hal, ərizə forması, kadr anketi, əmək kitabçası, valideynlərinin ölüm haqqında şəhadətnaməsinin surətlərini götürmüş, bununlada onu inandırmışdır. O, Təqsirləndirilən şəxs 3500 manat pulu birdəfəyə öz evində vermişdir ki, nəvəsi Aytacı işə düzəltsin. Lakin, həmin pulu verən zaman yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxs onu aldadaraq ələ kçeirdiyi puldan ona heç bir məbləğ qaytarmamışdır. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir, Neman ona dəymiş maddi ziyanı ödəməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ədalətli cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir. Goranboy RPŞ-nə ərizə yazmışdır, imza ona məxsusdur. Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayından tanıyır. Belə ki, Təqsirləndirilən şəxs Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbində təsərrüfat müdiri işləmişdir. Onun arvadı X5 məktəbində xadimə işləyir. O, Təqsirləndirilən şəxs kənddə tez-tez görmüşdür, beləcə münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxsla söhbət əsnasında ona “səni baxçaya bağban düzəldə bilərəm” demiş, o da Nemanla razılaşmışdır. Neman ona buna görə 500 manat lazım olduğunu demiş, o da razılaşmışdır. Neman bundan başqa arvadı Xəyaləni kənddə kitabxanaya müdir təyin etdirəcəyini vəd etmiş, həmçinin onun anası X16 göndərişlə Naftalana müalicəyə göndərtdirəcəyinə yalan vəd vermiş, buna görə də 700 manat verməsini demiş, o da Nemanla razılaşmışdır. Təqsirləndirilən şəxs buna görə 17 iyun 2024-cü il tarixdə Goranboy rayon Hazırəhmədli kənd tam orta məktəbində ümumilikdə 1700 manat pul vermişdir. Həmin vaxt yanlarnda heç kim olmamışdır. Lakin, sonradan o, Təqsirləndirilən şəxs kənddən bir neçə nəfəri işə düzəldəcəyini vəd edib aldadıb pullarını ələ keçirməsini eşitmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs onu aldatmasını bilmişdir. O, Təqsirləndirilən şəxs axtarsa da tapa bilməmiş, Nemanın mobil telefonuna zəng etsə də zəng çatmamışdır. Təqsirləndirilən şəxs onu işə düzəldəcəyi adı ilə aldadaraq 500 manat, arvadı Xəyaləni kənddəki kitabxanaya müdir təyin etdirəcəyini vəd edib 500 manat və anası Suqranı müalicəyə göndərişlə göndərəcəyini vəd edib 700 manat, ümumilikdə 1700 manat pulunu 17 iyun 2024-cü il tarixdə dələduzluq yolu ilə ələ keçirmiş, lakin ona heç bir məbləğ qaytarmamışdır. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir, Neman ona dəymiş maddi ziyanı ödəməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ədalətli cəza verilməsini məhkəmədən xahiş etdi. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilən Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən məlum oldu ki, o, Şəmkir rayonu Xuluf kəndində ailə üzviləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Təqsirləndirilən şəxs təxminən 1 il müddətdir ki, tanıyır. Belə ki, o, 2023-cü ilin iyun ayında özünə məxsus olan “Chevrolet Cruze” markalı, **- EO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinə gedərkən yolda Təqsirləndirilən şəxs ilə tanış olmuş, həmin vaxt o, Təqsirləndirilən şəxs Bakı şəhərinə Təhsil Nazirliyindən özünə məxsus olan diplomunu götürməyə getməyini bildirmiş, işsiz olmağını demişdir. Təqsirləndirilən şəxs isə onu işə düzəltməkdə köməklik edə biləcəyini demiş, Dövlət Gömrük Komitəsinin Gəncə regional şöbəsində tanışının olmasını bildirmiş, onu Dövlət Gömrük Komitəsinin Gəncə regional şöbəsinə işə düzəldə biləcəyini demişdir. Daha sonra onlar Bakı şəhərinə çatan zaman orada Təqsirləndirilən şəxs ilə biri-birinə əlaqə nömrəsi verərək sağollaşmışlar. 2023-cü ilin iyul ayının əvvəlində Təqsirləndirilən şəxs ona zəng edərək, onu Dövlət Gömrük Komitəsinin Gəncə regional şöbəsinə işə düzəldə biləcəyini deyərək, bu işin qarşılığında ondan 1000 manat pul istəmiş, həmin vaxt o, Təqsirləndirilən şəxsla razılaşmışdır. 07 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Goranboy rayonu Mərkəzi xəstəxanasında görüşən zaman orada Təqsirləndirilən şəxs 1000 manat pulu nəğd olaraq vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona 10 gün müddətinə Dövlət Gömrük Komitəsinin Gəncə regional şöbəsinə onu işə düzəldəcəyinə vəd etmişdir. 08 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək, onu Dövlət Gömrük Komitəsinin Gəncə regional şöbəsinə işə düzəltmək üçün verdiyi 1000 manat puldan əlavə olaraq 500 yüz manat da lazım olmasını bildirmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs "Whatsapp" mobil tətbiqi vasitəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus öz adına olan “**********435575” nömrəli kart hesabını göndərərək, 500 manat pulu həmin kart hesabına göndərməyini demişdir. Həmin tarixdə yaşadığı Şəmkir rayonu Xuluf kəndində yerləşən fərdi yaşayış evində olarkən “Leobank” tətbiqi vasitəsilə onlayn köçürülmə yolu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus öz adına olan “**********502842” nömrəli kart hesabından Təqsirləndirilən şəxs ona "Whatsapp" mobil tətbiqi vasitəsi ilə göndərdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus “**********435575” nömrəli kart hesabına 500 manat pul göndərmişdir. Lakin, Təqsirləndirilən şəxs bu günədək ona verdiyi vədlərə əməl etməyərək, ümumilikdə ona məxsus 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən məlum oldu ki, o, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 12 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; “Şübhəli şəxsin tutulması haqqında” 13 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:20-də ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq saxlanıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 18:00-dan məhdudlaşdırılmışdır; “Cinayət əməlinin tövsif edilməsi haqqında” 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Goranboy Rayon Məhkəməsinin 4(045)-37/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir; Goranboy Rayon Məhkəməsinin 1(045)-26/2019 saylı xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-503/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Eminov X20 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 04 ay 11 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin, bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda, həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxslərə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əvvəllər dələduzluq cinayətinə görə dəfələrlə cinayət məsuliyyətinə cəlb edilməsinə baxmayaraq islah olunmamasını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilməsi zəruridir. Ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İş materiallarından göründüyü kimi Eminov X25 Rayon Məhkəməsinin 1(039)-103/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən, CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-30/2025 saylı xx.xx.2025ci il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 1(039)-103/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli hökmü Azərbaycan Respublikası Baş Prokurorunun müavini, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə qismən, Təqsirləndirilən şəxs yalnız X7 və X9 qarşı dələduzluq edilməsi ilə bağlı epizodlar uzrə təqsirli bilinməsi hissəsində ləğv edilmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X19, X22, X7 və X9 qarşı dələduzluq edilməsi ilə bağlı epizodlar üzrə təqsirli bilinmiş, Yevlax Rayon Məhkəməsinin 1(039)-103/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, hökm elan olunduğu vaxtdan qanuni qüvvəyə minmişdir. CM-in: 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 1(039)-103/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilən cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Yevlax rayon Məhkəməsinin 1(039)-103/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1 və 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 (otuz üç) iş saatına görə 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə mülki iddia, madi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 1(039)-103/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş 03 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın, üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2024-cü il tarixdən hesablansın. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 33 (otuz üç) iş saatına görə 198 (bir yüz doxsan səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X35

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar