Məhkəmə qərarları › İş №1(045)-40/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-40/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-40/2023 01.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X14 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy rayon məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi iştirakları ilə, 31 avqust 1990-cı il tarixdə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy Mənzil Kommunal Təsərrüfat Birliyində fəhlə işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs daimi narkotik vasitələrin aludəçisi olduğu üçün 30 yanvar 2023-cü il tarixdə saat 17:00 radələrində Goranboy rayonu Dəliməmmədli şəhərində zibil qutusunun yanından yerdən taparaq şəxsi istifadəsi ilə əlaqədar qanunsuz olaraq əldə etdiyi bir ədəd tünd göy rəngli polietilen torbanın içərisində olan bir ədəd şəffaf polietilen torbada şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 455 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əynində olan qara rəngli gödəkçənin sol yan tərəf altında qanunsuz olaraq saxlayaraq daşıyıb, gələcəkdə özü istifadə etmək məqsədilə yaşadığı ünvan 3 ünvanına apararkən, həmin gün saat 17:10 dəqiqədə Goranboy RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib saxlayaraq əynində olan qara rəngli gödəkçənin sol yan tərəf altında daşıdığı bir ədəd tünd göy rəngli polietilen torbanın içərisində olan bir ədəd şəffaf torbada şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 455 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Goranboy rayon Dəliməmmədli şəhər Mənzil Komunal Təsərrufat Birliyində fəhlə işləyir. Təxminən 2 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Goranboy rayonu Dəliməmmədli şəhərində yaşadığı evə gedərkən, Dəliməmmədli şəhərində zibil qutusunun yanından keçərkən tünd göy rəngli üzərində şəkilləri olan və yazılar əks olunmuş polietilen torba olduğunu görmüş, həmin tünd göy rəngli üzərində şəkilləri olan və yazılar əks olunmuş polietilen torbanı götürüb baxanda içərisində bir ədəd şəffaf rəngli üzərində yazı və işarələr olan polietilen torba olduğunu, həmin torbanı açıb baxanda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. O, narkotik vasitə olan marixuanadan istifadə etdiyinə görə həmin torbanı özü gələcəkdə istifadə etmək üçün əynində olan qara rəngli gödəkçənin sol yan iç hissəsinə büküb gizlətmişdir. Sonra isə yaşadığı evə getməyə başlamışdır. Həmin gün saat 17:10 radələrində Goranboy rayonu Dəliməmmədli şəhərində yaşadığı evə gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra, üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu deyib onu rayon polis şöbəsinə dəvət etmişlər. O da, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində onun narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu və üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. O da, heç bir etiraz etməmişdir. Bundan sonra hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edildikdən sonra onu şübhəli şəxs qismində tutmuşlar, sonra isə müdafiəçi və digər iştirakçıların iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış aparılmazdan əvvəl hüquq və vəzifələrini polis əməkdaşları ona izah etmişlər və üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoymağını təklif etmişlər. O da, üzərində olan tapdığı şəxsi istifadəsi üçün əynində olan qara rəngli gödəkçənin sol yan iç hissəsində gizlədib daşıdığı tünd göy rəngli üzərində şəkillər və yazılar əks olunmuş polietilen torbanın içərisindəki şəffaf rəngli üzərində yazı və işarələr əks olunmuş polietilenin içərisində olan narkotik vasitə olan qurudulmuş marixuananı və əynində olan göy rəngli cins şalvarın arxa sağ və sol ciblərində olan 2 ədəd salfetkanı masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilən bir ədəd şəffaf rəngli üzərində və işarələr əks olunmuş polietilenin torbda olan narkotik maddə hesab edirlən qurudulmuş marixuana elektron tərəzidə çəkilərək 460 qram olduğu müəyyən edilmişdir. Sonra bir ədəd torbada olan qurudulmuş marixuana iştirakçıların iştirakı ilə götürülərək 1 ədəd ağ rəngli üzərində yazısı olmayan zərfə qoyulmuş və DİN-nin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqi aparılması üçün qablaşdırılmışdır. Sonra bu barədə protokol tərtib olunmuş, həmin protokol iştirakçılar və onun tərəfindən imzalanmışdır. Üzərində şəxsi axtarış aparılan zaman başqa yerdə narkotik vasitə saxlayıb saxlamağı soruşulmuşdur. O isə əlavə heç bir yerdə narkotik vasitə olmadığını bildirmişdir. İki ədəd salfetka sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Onun üzərində şəxsi axtarış aparılan zaman video və foto çəkilişdən də istifadə olunmuşdur. O, heç kimə narkotik verməmiş və satmamışdır. Narkotik vasitələrdən istifadə etməyini və üzərində saxlayıb daşıdığını ailə üzvüləri və ya kənar şəxslər bilmir. Üzərində saxlayıb daşıdığı narkotik maddə olan qurudulmuş marixuananı özü şəxsi istifadə etmək məqsədilə yaşadığı evə aparırmış. Polis əməkdaşları onu saxlayan zaman yanında heç kəs olmamışdır. Üzərində şəxsi axtarış aparılan zamanı polis əməkdaşları ona hüquq və vəzifələrini izah edərək vəkil təqdim etmişlər. Polis əməkdaşları tərəfindən ona heç bir təzyiq və zor olmamışdır. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, əməlindən peşmandır. Hər hansı xəstəliyi yoxdur, əvvəllər mütəmadi narkotik istifadəçisi olsa da, son zamanlar narkotik vasitədən istifadə etməyib, sonuncu dəfə təxminən aylar öncə narkotik vasitədən istifadə etmişdir. Qeyd etdiklərini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 30 yanvar 2023-cü il tarixdə xx.xx.1990cı ildə anadan olmuş, evli, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.2 və 177.2.4-cü maddələri ilə məhkum olunmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Dəliməmmədli şəhəri A.Məmişov küçəsi ev 2-də yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq Goranboy rayonu ərazisində qanunsuz olaraq narkotik vasitədən istifadə etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı almış və aldığı məlumat barədə dərhal şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Şöbə rəhbərliyi də Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılmasına icazə verdikdən sonra Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X6 və onun daxil olduğu əməliyyat qurupu yaradılmış, bundan sonra əməliyyat-axtarış qurupunun üzvləri ilə birlikdə Goranboy rayonu Dəliməmmədli şəhərinə ərazisinə gedib xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağında şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Goranboy RPŞ-nə dəvət etmişlər, Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi üçün Goranboy rayon Vəkil Bürosunun vəkili X1 rayon polis şöbəsinə dəvət olunaraq ona təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirilərək, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X10 tərəfindən şübhəli şəxs qismində tutdulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində video və foto çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı polis baş leytenantı Həbib Hacıyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoymağını təklif etmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli gödəkçənin sol yan iç hissəsindən tünd göy rəngli üzərində şəkillər və yazılar əks olunmuş sellofan torbada bir ədəd şəffaf rəngli üzərində yazı və işarələr olan sellofanın içərisində narkotik vasitə olan qurudulmuş marixuananı və əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən 1 (bir) ədəd salfetkanı və arxa sağ cibindən 1 (bir) ədəd salfetkanı çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli üzəri yazı və işarələr olan sellofanın içərisində olan maddənin qurudulmuş marixuana olduğunu və Goranboy rayon Dəliməmmədli şəhəri ərazisində zibil qutusunun yanından tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd şəffaf rəngli üzərində yazı və işarələr olan sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək ümümi çəkisi 460 qram olduğu müəyyən edilmiş və ekspert tədqiqatına göndərilməsi üçün bir ədəd zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN 121 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd salfetka maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 30 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış aparılması haqqında” 30 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nın təhqiqatçısı X6, Goranboy RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis baş leytinantı Şahid1, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytinantı Şahid2, Goranboy RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X4, müdafiəçi X2 və Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun üzərində şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində 1 (bir) ədəd qara rəngli gödəkçə, 1 (bir) ədəd qara rəngli isti köynək, 1 (bir) ədəd göy rəngli cins şalvar, ayağında 1 (bir) cüt qara rəngli ayaqqabı vardır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan iç hissəsindən tünd göy rəngli üzəri şəkillər və yazılar əks olunmuş sellofan torbada şəffaf rəngli, üzəri yazı və işarələr olan sellofanın içərisində narkotik vasitə olan qurudulmuş marixuananı və əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən 1 (bir) ədəd salfetkanı masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli üzəri yazı və işərələr olan sellofanın içərisində olan maddənin qurudulmuş marixuana olduğunu və Goranboy rayon Dəliməmmədli şəhəri ərazisində zibil qutusunun yanından tapmasını, şəxsi istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd şəffaf rəngli üzəri yazı və işarələr olan sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək ümümi çəkisi 460 qram olduğu müəyyən edilmiş və iştirakçıların iştirakı ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün götürülmüş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd salfetka maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza X9 Bölməsi tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli, 16/162 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanya bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen torbada təmiz çəkisi 455 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 32,40 manatdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkaloji Dispanserinin 15 aprel 2023-cü il tarixli, 639 nömrəli rəyindən görünür ki, Narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 455 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy RİH başçısının Dəliməmmədli şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə). Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (30 yanvar-01 fevral 2023-cü il) ona təyin edilmiş cəzadan çıxılmalı (CM - 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı tarixdən hesablanmalı (CPM -158.2.1, 158.6, CM - 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM - 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 454,80 qram olan qurudulmuş marixuana məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil X5 məhkəmədə iştirak etdiyi 7 (yeddi) iş saatı üçün cəmi 42 (qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün (30 yanvar-01 fevral 2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq ona 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 01 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 454,80 qram olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 7 (yeddi) iş saatı üçün cəmi 42 (qırx iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar