Məhkəmə qərarları › İş №1(045)-40/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(045)-40/2024

15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(045)-40/2024 15.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1967-ci ildə Kəlbəcər rayonu Qamışlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kəlbəcər rayonu Qamışlı kəndində qeydiyyatda olmaqla, Goranboy şəhəri S.Civəzadə küçəsi ev 5 mənzil 8-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 27 may 2015-ci il tarixdən hesablanmaqla 22 noyabr 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay 108,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(004)-6109/2015 saylı, 30 iyun 2015-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Goranboy rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 3(045)-389/2023 saylı qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 08 avqust 2023-cü il tarixədək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(004)-6109/2015 saylı 30 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən 10584,00 manat ödənməmiş aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilib, Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 iyun 2015-ci il tarixli, 2(004)-6109/2015 saylı qətnaməsi üzrə 08 avqust 2023-cü il tarixədək olan borcunu, yəni 10584,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxsin hesabına tam ödədiyini bildirdi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə xx.xx.2024cü il tarixdə Goranboy rayon Məhkəməsinə daxil olmuş notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizəsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan, yəni 10584,00 manat məbləğində aliment borcu ona tam ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, odur ki, cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa Dövlət ittihamçısı məhkəmə baxışında çıxış edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə borclu olduğu məbləği ödəməsini bildirərək, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə edilmiş dəyişikliyin Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsini və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsinə dair cinayət işinin icraatına xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını bildirmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Əhmədov X2 rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci və 236.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 62 və 66.3-cü maddələrinə əsasən 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur; -Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Hazırda o, məhkumluğu olmayan şəxsdir; Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə Goranboy rayon Məhkəməsinə daxil olmuş notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan, yəni 10584,00 manat məbləğində aliment borcu ona tam ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır; Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayon Məhkəməsində tərtib və təqdim etdiyi ərizəsindən görünür ki, o, əməlini səmimi etiraf edir, hazırda zərərçəkmiş şəxsə olan 10584,00 (on min beş yüz səksən dörd) manat məbləğində aliment borcunu tamamilə ödəmişdir, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti, tələbi və iddiası yoxdur, ona görə də, barəsində olan 1(045)-40/2024 saylı cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Əhmədov X3 rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 iyun 2015-ci il tarixli, 2(004)-6109/2015 saylı qətnaməsi üzrə 08 avqust 2023-cü il tarixədək olan borcunu tam ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər elilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinə qeyd əlavə edilmişdir: Bu maddədə nəzərdə tutulmuş əməli törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə, cinayət məsuliyyətindən azad olunur. Qeyd edilən Qanunun 2.7-ci bəndinə əsasən, bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən Yasamal rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 iyun 2015-ci il tarixli, 2(004)-6109/2015 saylı qətnaməsi üzrə 08 avqust 2023-cü il tarixədək olan aliment borcunun tam ödənilməsini, yəni həmin tarixədək qətnamənin tam icra edilməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 306.1-ci maddəsinin “Qeyd” hissəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. CPM-in 156.4 və 175.5-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Həmin Məcəllənin 321-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən, CPM-in 40.3, 43, 305.2, 321, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 306.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olduğu andan 20 (iyirmi) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar