Məhkəmə qərarları › İş №1(045)-40/2025

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-40/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-40/2025 07.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, şikayət vermis şəxs Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Kəlbəcər rayonu İlyaslar kəndində qeydiyyatda olmaqla, Goranboy rayonu Veyisli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşaiyət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 26 may 2025-ci il tarixdə saat 23:05 radələrində Goranboy rayonu Veyisli qəsəbəsində pul borclu olduğu Zərərçəkmiş şəxs Mobil oğlunun bir neçə saat əvvəl ondan borcunu ödəməsini istəməsinə görə o, ictimai qaydanı pozaraq, cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək, özünü ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, heç bir səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına söyüş söyüb əvvəlcə yumruqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vurmuş, ətrafdakı şəxslər onu aralaşdırmaq istədikdə o, xuliqanlıq hərəkətlərini davam etdirib qəsdən dişləri ilə Zərərçəkmiş şəxs sağ əlindən dişləyərək sonuncuya sağ əlin ovuc səthinin və boyunun sağ yan səthinin hematomalarından, sağ yuxarı ətrafda hərəkət məhdudluğundan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətəri etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç yerdə işləmir. Goranboy rayonunun Veyisli qəsəbə sakini olan Zərərçəkmiş şəxs tanıyır, əvvəllər onunla münasibətləri normal olmuş, aralarında hər hansı narazılıq və ədavət olmamışdır. O, Zərərçəkmiş şəxsla birlikdə gündəlik olaraq işləməyə getmiş, bu müddətdə Zərərçəkmiş şəxs 35 manat pul borcu yaranmış, daha sonra isə o, həmin pulun 30 manatını Zərərçəkmiş şəxs kart hesabına göndərmiş, bundan sonra isə onun Zərərçəkmiş şəxs 5 manat pul borcu qalmişdır. xx.xx.2025-ci il tarixdə qonşuluqda yaşayan Zərərçəkmiş şəxsla zəngləşərək danışmış, onun kart hesabına 30 manat pul göndərməsini bildirmiş, buna görə də xx.xx.2025-ci il tarixdə, saat 21:00 radələrində aralarında sözlü mübahisə yaranmışdır. Daha sonra Zərərçəkmiş şəxs həmin tarixdə saat təxminən 21:00 radələrində içkili halda onun yaşadığı ünvana gəlmiş, onun ev ünvanına gələn zaman onu sözlə öldürəcəyi ilə hədələmiş, bu zaman orada olan tanışları Zərərçəkmiş şəxs onun həyətindən uzaqlaşdırmışlar. Daha sonra isə o, saat təxminən 23:05 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək, onun ev ünvanına nə üçün içkili halda gəldiyini və onu öldürəcəyi ilə hədələdiyini soruşmaq istəmiş, bu zaman Zərərçəkmiş şəxs qapısının ağzında yenidən aralarında mübahisə yaranmışdır. Yaranan mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla onun baş nahiyəsindən vuraraq ona xəsarətlər yetirmiş, bundan sonra isə əlbəyaxa mübahisə etmişlər. Baş vermiş mübahisə zamanı o da Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vurmuş və aralarında olan mübahisə zamanı əsəbi olduğu üçün Zərərçəkmiş şəxs özündən uzaqlaşdırmaq üçün onun əlindən dişləyərək əlinə xəsarət yetirmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs itələyərək yerə yıxmış, bundan sonra isə Zərərçəkmiş şəxs evinin qarşısında DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək baş verən hadisə barədə məlumat vermiş, daha sonra isə rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxsla aralarında olan mübahisə təxminən 15-20 dəqiqə müddətində davam etmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə və yumruqla vuraraq onun baş nahiyəsindən xəsarət yetirmiş, həmçinin onu sözlə öldürəcəyi ilə hədələmiş, buna görə də o, Zərərçəkmiş şəxs barəsində müraciət etmişdir. Aralarında olan mübahisə zamanı orada Zərərçəkmiş şəxs anası Şahid2, bacısı Gülşən, qonşuları olmuşdur. Yaranan səs-küyə görə qonşulardan Seyfəddin Hüseynov və digərləri toplaşmışdır. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətləri xx.xx.2025-ci il tarixdə, saat 23:05 radələrində onu döyərək yetirmişdir. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxsla aralarında baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla və əli ilə vuraraq onun baş nahiyəsinə xəsarətlər yetirmiş, lakin bədəni üzərində gözlə görünən heç bir xəsarət olmamışdır. O, 102 xidmətinə müraciətində həyəcanlı olduğu üçün Zərərçəkmiş şəxs onun başına daşla xəsarət yetirməsini bildirmiş, lakin Zərərçəkmiş şəxs onun başına daşla deyil, əli ilə vuraraq xəsarət yetirmişdir. Yekunda o, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, ona təqsirləndirildiyi CM-in 221.1-ci maddəsi üzrə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şikayət vermiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç yerdə işləmir. Goranboy rayonunun Veyisli qəsəbə sakini olan Təqsirləndirilən şəxs tanıyır, əvvəllər Təqsirləndirilən şəxsla münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. O, Təqsirləndirilən şəxsla birlikdə kənd ərazisində ot bağlaması daşımış və bu qaydada pul qazanmışdır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında ot bağlamalarını apardıqdan sonra Təqsirləndirilən şəxs ona 39 manat pul borcu yaranmışdır. O, axşam saatlarında Təqsirləndirilən şəxs pulunu istəmək üçün küçəyə çıxmış, bu zaman Təqsirləndirilən şəxsla küçədə qarşılaşmış, Təqsirləndirilən şəxs borcunu geri istədikdə aralarında sözlü mübahisə yaranmış, lakin aralarında olan mübahisə zamanı o, Təqsirləndirilən şəxs döyməmiş və heç bir xəsarət yetirməmişdir, eyni zamanda Təqsirləndirilən şəxs da bu zaman onu döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Bundan sonra isə oradan uzaqlaşaraq evə qayıtmiş, evə qayıtdıqdan bir qədər sonra isə xx.xx.2025-ci il tarixdə, saat 23:05 radələrində Təqsirləndirilən şəxs ünvanına gələrək onu səslədiyini eşitmiş, bundan sonra isə Təqsirləndirilən şəxs yaxınlaşmış, bu zaman yenidən aralarında sözlü mübahisə yaranmışdır. Yaranan mübahisə zamanı Təqsirləndirilən şəxs onun sinəsinə və belinə yumruq zərbələri ilə bir neçə dəfə vurmuş, həmçinin sağ əlindən dişi ilə dişləyərək əlinə xəsarət yetirmiş, aralarında baş verən mübahisə zamanı o da özünü müdafiə etmək məqsədi ilə Təqsirləndirilən şəxs baş nahiyəsindən yumruqla zərbələr endirmişdir O, Təqsirləndirilən şəxs yalnız əli ilə və yumruqla vurmuşdur. Aralarında baş verən mübahisə zamanı əlində heç bir əşya olmamışdır, o, Təqsirləndirilən şəxs yalnız əli ilə vurmuşdur. O, Təqsirləndirilən şəxs yaşadığı ünvana borcunu qaytarmasını söyləməyə gedərkən də əlində bıçaq olmamışdır, aralarında olan mübahisə təxminən 15-20 dəqiqə müddətində davam etmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs onun əlini dişləyərək və bədəninə yumruqla vuraraq ona xəsarətlər yetirmiş, o, sağ əlindən və boyun nahiyəsindən xəsarətlər almışdır. Mübahisə zamanı orada anası Şahid2, bacısı Şahid1 olmuş, aralarında olan mübahisəyə səbəb isə Təqsirləndirilən şəxs ona borclu olduğu pulu geri ödəməməsi olmuşdur. Daha sonra anası Şahid2 102 xidmətinə müraciət edərək, baş verən mübahisə barədə məlumat vermiş, o, yaşadığı ünvana gələn polis əməkdaşlarına Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirməsi ilə əlaqədar olaraq yazılı ərizə ilə müraciət etmişdir. Bədəni üzərində olan xəsarətləri ona xx.xx.2025-ci il tarixdə, saat 23:05 radələrində, Goranboy rayonu Veyisli qəsəbəsində yaşadığı ünvanda tanışı Təqsirləndirilən şəxs yumruqla və təpiklə döyərək, həmçinin sağ əlini isə dişləyərək yetirmişdir. Təqsirləndirilən şəxs ev ünvanına gedən zaman əlində bıçaq olmamış və Təqsirləndirilən şəxs öldürəcəyi ilə hədələməmiş, xx.xx.2025-ci il tarixdə, saat 23:05 radələrində, Goranboy rayonu Veyisli qəsəbəsində Təqsirləndirilən şəxs ilə aralarında baş verən mübahisə zamanı o, Təqsirləndirilən şəxs yalnız əliylə vurmuş, Təqsirləndirilən şəxs daşla hər hansı xəsarət yetirməmişdir. Hazırda Təqsirləndirilən şəxsla aralarında barışıq əldə olunmuşdur. Həmçinin ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə 102 xidmətinə anası Şahid2, Goranboy rayon polis şöbəsinə isə qardaşı Zərərçəkmiş şəxs müraciət etmişdir. Onların barəsində şikayət etdikləri Goranboy rayonunun Veyisli qəsəbə sakini olan Təqsirləndirilən şəxs tanıyır, əvvəllər Təqsirləndirilən şəxsla münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla birlikdə kənd ərazisində ot bağlaması daşıyır və bu qaydada pul qazanır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında ot bağlamalarını apardıqdan sonra Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs 39 manat pul borcu yaranmış, qardaşı Zərərçəkmiş şəxs axşam saatlarında Təqsirləndirilən şəxs pulunu istəmək üçün küçəyə çıxmış və bundan bir neçə dəqiqə sonra gələrək otağına keçmişdir. Zərərçəkmiş şəxs küçədən gəldikdə çox əsəbi olmuşdur, o, Zərərçəkmiş şəxs səbəbini soruşduqda Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxsla mübahisə etdiyini söyləmişdir. Qardaşı Zərərçəkmiş şəxs evə qayıtdıqdan bir qədər sonra isə xx.xx.2025-ci il tarixdə, saat 23:05 radələrində Təqsirləndirilən şəxs yaşadıqları ünvana gələrək qardaşı Zərərçəkmiş şəxs səsləməyə başlamış, bu zaman qardaşı Azər və o, evdən həyətə çıxmış, onlar həyətə çıxdıqdan sonra isə qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşmış, bu zaman onların arasında sözlü mübahisə yaranmışdır. Yaranan mübahisə zamanı Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs sinəsinə və belinə yumruq zərbələri ilə bir neçə dəfə vurmuş, həmçinin sağ əlindən dişi ilə dişləyərək xəsarət yetirmişdir. Bunu gördükdən sonra o, Azər və Mobili ayırmaq üçün yaxınlaşmış, aralarında baş verən mübahisə zamanı qardaşı Zərərçəkmiş şəxs özünü müdafiə etmək məqsədi ilə Təqsirləndirilən şəxs itələmiş, bundan sonra isə o, Azər ilə Mobilin arasına girərək onları ayırmışdır. Bundan sonra isə baş verən mübahisəyə görə anası Şahid2 çıxmış və dərhal 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxsla qardaşı Zərərçəkmiş şəxs arasında baş verən mübahisə zamanı qardaşı Azərin əlində bıçaq olmamışdır, qardaşı da özünü müdafiə etmək məqsədi ilə Təqsirləndirilən şəxs zərbələr vurmuşdur. Baş verən mübahisə zamanı qardaşı Zərərçəkmiş şəxs sağ əlindən xəsarət almışdır, qardaşı Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında olan mübahisə təxminən 15-20 dəqiqə müddətində davam etmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs qardaşı Azərin əlini dişləyərək və bədəninə yumruqla vuraraq Zərərçəkmiş şəxs xəsarətlər yetirmişdir, qardaşı Zərərçəkmiş şəxs sağ əlindən və boyun nahiyəsindən xəsarətlər almışdır, mübahisə zamanı orada Azər və Təqsirləndirilən şəxs əlavə, anası Şahid2 və özü olmuşdur. Qardaşı Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında olan mübahisəyə səbəb Təqsirləndirilən şəxs qardaşına borclu olduğu pulu geri ödəməməsi olmuşdur. Daha sonra anası Şahid2 102 xidmətinə müraciət edərək baş verən mübahisə barədə məlumat vermiş və qardaşı yaşadıqları ünvana gələn polis əməkdaşlarına Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirməsi ilə əlaqədar olaraq yazılı ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları eynilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç yerdə işləmir. Goranboy rayonunun Veyisli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. xx.xx.2025-ci il saat 21 radələrində Goranboy rayonu Veyisli qəsəbəsində yerləşən fərdi yaşayış evində olan zaman tanışı Mobil ilə Azərin mübahisə etmələri barədə xəbər tutmuş, bundan sonra isə bu məsələ ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs ev ünvanına getmişdir. O, Mobilin evinə getdikdə Azərlə Mobil arasında baş verən mübahisənin artıq yekunlaşmış olduğunu görmüşdür. Mobilin ev ünvanında olan zaman ondan aralarında baş verən mübahisənin səbəbini soruşmuş, bu zaman Mobil ona səhər saatlarında ot bağlaması daşıdıqdan sonra Azərə 35 manat borcu qaldığını, həmin pulun 30 manatını Azərin kart hesabına göndərdiyini və qalan 5 manat pulu istəməyə gəldiyi üçün Azərlə mübahisə etdiyini söyləmişdir. Təqsirləndirilən şəxs ev ünvanında olan zaman Mobilin içkili halda olduğunu görmüş, buna görə də onu sakitləşdirməyə çalışmış, lakin buna baxmayaraq bir qədər sonra Təqsirləndirilən şəxs evdən çıxaraq Zərərçəkmiş şəxs ev ünvanına doğru yola çıxmışdır. Təqsirləndirilən şəxs yol ilə gedən zaman Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin ünvanına, həmçinin ünvansız nalayiq ifadələr işlətmiş, buna görə də yaranan səs-küyə görə qəsəbədə yaşayan bir çox şəxs küçəyə çıxmışdır. O, dəfələrlə Mobili geri çağırmasına və getməməsini söyləməsinə baxmayaraq, Təqsirləndirilən şəxs saxlaya bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ev ünvanına çatdıqda isə küçədə yüksək səslə və nalayiq ifadələrlə onu səsləməyə başlamış, bu zaman Zərərçəkmiş şəxs evdən çıxan kimi Təqsirləndirilən şəxs Azərin üzərinə hücum etmiş və Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətində döyməyə başlamışdır. Bu zaman xeyli sayda, lakin adlarını bilmədiyi qonşular küçəyə çıxmışlar. Yaranan mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinəsinə və belinə yumruq zərbələri ilə bir neçə dəfə vurmuş, həmçinin sağ əlindən dişi ilə dişləyərək xəsarət yetirmişdir. Bunu gördükdən sonra o və orada olan digər tanımadığı qonşular Azər və Mobili ayırmaq üçün yaxınlaşmışlar. Aralarında baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs da özünü müdafiə etmək məqsədi ilə Təqsirləndirilən şəxs itələmiş, bundan sonra isə Azər və Mobilin arasına girərək hər ikisini ayırmışlar. O, Zərərçəkmiş şəxs həyətinə Təqsirləndirilən şəxs arxasınca Mobili sakitləşdirmək üçün getmiş, lakin onun bütün cəhdlərinə baxmayaraq, bu mümkün olmamışdır. Daha sonra mübahisə baş vermiş və səs-küyə görə toplaşan qonşuların köməkliyi ilə Azərlə Mobili ayırmışlar, orada olduğu müddətdə Zərərçəkmiş şəxs əlində bıçaq və yaxud hər hansı kəsici və deşici alət görməmişdir. Azərlə Mobili ayırdıqdan sonra isə Mobili küçəyə çıxarmış, bu zaman Təqsirləndirilən şəxs 102 xidmətinə məlumat vermiş, baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs sağ əlindən xəsarət almışdır. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında olan mübahisə təxminən 15-20 dəqiqə müddətində davam etmişdir, mübahisə zamanı Təqsirləndirilən şəxs Azərin əlini dişləyərək və bədəninə yumruqla vuraraq Zərərçəkmiş şəxs xəsarətlər yetirmişdir. Mübahisə zamanı orada Azər və Təqsirləndirilən şəxs, Azərin anası Şahid2, bacısı Şahid1, o və digər çoxsaylı qonşular olmuşdur. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında olan mübahisəyə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs borclu olduğu 5 manat pulu geri ödəməməsi və həmin pulun Zərərçəkmiş şəxs tərəfindən istənilməsi səbəb olmuşdur, mübahisədən sonra isə Təqsirləndirilən şəxs qonşuların da köməkliyi ilə qeyd edilən ünvandan çıxararaq öz ev ünvanına aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli 109 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tibbi müayinəsinə əsasən onun orta dərəcəli sərxoş olması faktı aşkar olunmuşdur; Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək, Goranboy rayon Məhkəməsinin hökmü ilə barəsində ş.m.v. 150 misli miqdarında cərimə cəzasına; xx.xx.2008-ci il tarixdə CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək, Goranboy rayon Məhkəməsinin hökmü ilə 06 ay 10%lə islah işləri cəzasına məhkum edilmiş; xx.xx.2014-cü il tarixdə Goranboy rayon Məhkəməsinin qərarı ilə CM-in 128-ci maddəsi ilə təqsirli bilinmiş, lakin Azərbaycan Respublikası CPM-in 40.2.2-ci maddəsinə əsasən barəsində cinayət işinin icraatına xitam verilmişdir; MTE və PA X2 Şəxsin Goranboy rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 261 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əlin ovuc səthinin və boyunun sağ yan səthinin hematomaları, sağ yuxarı ətrafda hərəkət məhdudluğu KÜT əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən dişlə dişləmə zamanı və əllə, yumruqla yetirilmə zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir; Goranboy RMX X3 18-1-39/2-703/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs və xx.xx.1982-ci il təvəllüdlü Həsənov X1 RMX-nin poliklinikasının ruhi-əsəb və nevroloji kabinetlərində dispanser qeydiyyatında dayanmırlar. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən CM-in 221.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət vermiş şəxsin və şahidlərin ifadələri, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə keçirilmiş təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-nin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərardadında müəyyən edilmişdir ki, xuliqanlıq cinayətinin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir. Xuliqanlıq cinayətinin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Məhkəmə məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - şikayət vermiş şəxs Zərərçəkmiş şəxsla barışmasını; - himayəsində azyaşlı uşağının olmasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: Goranboy RİHB-nin Yeni Qəsəbə üzrə İN-nin xx.xx.2025-ci il tarixli xasiyyətnaməsi). Məhkəmə CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: -yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; -məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; -müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə sərf edilmiş hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344, 346-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Goranboy rayonu Yeni Veyisli qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 06 (altı) iş saatı üçün cəmi 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar