Məhkəmə qərarları › İş №1(045)-42/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(045)-42/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(045)-42/2024 11.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X15 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 və onun vəkili Goranboy rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 13 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in BMCMİ-nə şikayət edərək bildirmişdir ki, guya o, X1 100000 (yüz min) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. X1 şikayəti üzrə araşdırma Goranboy RPŞ-nin İstintaq bölməsində aparılmış və barəsində yazılmış şikayətlər öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin tərkib əlamətləri yaranmışdır. Belə ki, Gülnarə Babayeva bir sıra dövlət orqanlarına böhtan yazaraq, yəni yalan olduğunu bilə-bilə, onun şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salan məlumatları yaymışdır. Gülnarə Babayeva polisə yazdığı izahatında ona 100000 manata yaxın pulu onun adını klinikaya kimsəsiz olaraq yazdırıb orada işlə təmin etdikdən sonra Bakı şəhərində Nazirlik xətti ilə ev alıb verəcəyini, oğlu Ənvəri polis orqanlarına işə düzəldəcəyini və eyni zamanda Bakı şəhərində işlədə bilməsi üçün mağaza açıb verməklə bağlı verdiyini, həmin pulları ona məxsus olan “Milan” hospitalda 47000 manatını iki dəfə olmaqla verdiyini, yəni ilkin olaraq 27000, ikinci dəfə isə 20000 manat pulu ona verdiyini, 52000 manat pulu isə “bir bank” mobil tətbiqi proqramı vasitəsi ilə onun kart hesabına köçürdüyünü göstərmişdir. Bildirir ki, Gülnarə Babayevanın barəsində qeyd etdikləri tamamilə yalandır. Belə ki, o sahibkarlıq fəaliyyəti ilə məşğul olur, kifayət qədər maddi imkanı və cəmiyyət arasında nüfuza malik bir şəxsdir, eyni zamanda xeyriyyəçi bir insandır. O, mütəmadi olaraq köməyə ehtiyacı olan şəxslərə yaxından köməklik edir, kiminsə puluna ehtiyacı yoxdur. Dünya Azərbaycanlıları Diaspor Təşkilatının “Buta” mükafatçısı, 44 günlük Vətən müharibəsi dövründə şəhid ailələrinə, Qazilərə “Milan VİP” hospitalda təmənnnasız xidmətlərə görə Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı tərəfindən Fəxri Fərman və “Vətənim, Bayrağım, Şərəfim” mükafatlarına layiq görülmüşdür. O, X3 tanımır, onunla heç bir münasibəti olmamış, sonuncunun qeyd etdiyi vaxtda Mingəçevir şəhərində olmamış və onunla görüşməmişdir. O, ümumiyyətlə Gülnarə adlı qadını qəbul etməmişdir. Gülnarə Babayevaya Bakı şəhərində yaşamağı üçün evlə təmin edəcəyini, “Milan” hospitalda kimsəsiz olaraq adını qeydiyyat etdirib işlə təmin edəcəyini, oğlunu hüquq-mühafizə orqanlarına işə düzəltdirəcəyini, əlavə olaraq ona iş yeri açacağını vəd edib aldatmamışdır. Bundan başqa Gülnarə Babayeva ona 47000 manat pul verməmiş və ya həmin qadına pul göndərməsi üçün kart hesabı verməmiş və kart hesabı vasitəsi ilə Gülnarənin 52000 manat pulunu ələ keçirməmişdir. Gülnarə Babayeva ona böhtan atır, çünki qadının barəsində sonradan maraqlandıqda Gülnarə Babayevanı onun adından aldadan Goranboy rayonunda yaşayan qohumu olan Qənfılə adlı qadının qızı Nərgizin olduğunu, yəni həmin Nərgiz adlı qızın öz adına mobil telefon nömrəsi aldığını və onun adından “Votçap” ani mesajlaşma proqramı vasitəsilə Gülnarə Babayeva ilə danışdığını, lakin X8 necə aldatması, ondan nə qədər pul alması və ya ona onun adından konkret olaraq hansı vədləri verməsini bilmir. Onun dediklərini X4 vermiş olduğu öz izahatında təsdiq etmiş və onunla heç bir zaman münasibəti olmadığını göstərmişdir. Nərgiz Qurbanova bildirmişdir ki, Gülnarə Babayevanın işlətdiyi Goranboy şəhəri, V.Bayramov küçəsində yerləşən ərzaq məhsullları mağazası olan “Tac” marketdə satıcı işləmiş və aralarında münasibət yaranmışdır. Aralarında olan razılığa əsasən Gülnarə Babayeva ümumilikdə 11200 manat pulu Nərgiz Qurbanovanın adına olan “Kapital” bankın hesab kartına köçürmüş və sonuncu Gülnarənin icazəsi ilə ona məxsus olan puldan götürüb istifadə etmiş, lakin sonra həmin 11200 manat pulun qarşılığında Gülnarəyə 18708 manat pul ödədiyini bildirmişdir. Gülnarə isə ondan 11200 manat pul qarşılığında 52000 manat pul tələb etdiyi üçün həmin vaxt düşünmüş ki, Xuraman Muradovanın adı ilə Gülnarə ilə telefon əlaqəsi yaradıb həmin pulu yalandan Xuramanın götürməsini deyib zaman qazanmaq istəmişdir. Ona görə də ***-***-**-** mobil telefon nömrəsi alıb həmin nömrə ilə “Votçap” ani mesajlaşma proqramında qeydiyyatdan keçdikdən sonra həmin mobil nömrənin yalandan Xuramana aid olmasını deyib həmin mobil nömrəni Gülnarəyə vermiş, Gülnarə isə ona 52000 manat pulu Xuraman Muradovaya göndərməsini və həmin pulun Xuraman Muradovada qalmasını demiş, çünki Gülnarə həqiqətən də verdiyi 11200 manat pul müqabilində şişirib 52000 etdiyi pulun onda olduğunu bilmiş, əslində isə onda elə bir məbləğ olmamışdır. X5 adından Gülnarəni aldatdığını Gülnarəyə demiş, Gülnarə isə onun sözlərinə məhəl qoymamış və barəsində şikayət etmişdir. Əslində isə Gülnarənin onun barəsində qeyd etdiklərinin tam yalandır. Ona aid olan hər hansısa kart hesabına 52000 manat pul göndərməmişdir. Goranboy RPŞ-nin istintaq bölməsində aparılan araşdırma zamanı Gülnarə Babayevanın iddia etdiyi kimi onun kart hesabından 52000 manat pulun hansısa kart hesabına göndərilməsi müəyyən edilməmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X6 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, üzrlü səbəb olmadan təkrarən məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 və onun vəkili Goranboy rayon Vəkil Bürosunun vəkili X9 xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Həmçinin Goranboy rayon Vəkil Bürosunun vəkili X9 müdafiə etdiyi Gülnarə Babayevanın üzrxahlıq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə, CPM-in 302.1.8-ci maddəsinin tələblərini, yəni şikayət vermiş şəxsin məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyini nəzərə alaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 299.1. 299.3, 300.1.3, 300.5, 302.1.8 və 302.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar