Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-42/2025 16.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ X8 Samir oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Goranboy rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Goranboy rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, onların yüksək vəzifədə işləyən tanışlarının olmasını onun tanışı olan Zərərçəkmiş şəxs1 inandırmaqla, sonuncunun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 29 avqust 2023cü il tarixdə keçirilməsi nəzərdə tutulan sertifikasiya imtahanından yüksək bal toplamasında köməklik göstərməsini Zərərçəkmiş şəxs1 ondan xahiş etməsindən istifadə edib, sonuncuya məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmişlər və bu məqsədlə həmin işi 9000 manat pul müqabilində görəcəkləri barədə yalan vədlər verməklə inandırıb, həmin vədlərinə əməl etmək və Zərərçəkmiş şəxs1 xeyrinə hər hansı iş yerinə yetirmək niyyətləri olmadan vahid niyyətlə əhatə olunan qəsdlə ilkin olaraq 10 iyun 2023-cü il tarixdə 3000 manat pulu Goranboy rayonu Dəliməmmədli şəhərində, 18 iyun 2023-cü il tarixdə isə yaşadığı Goranboy rayonu Qaradağlı kəndindəki evində 6000 manat pul olmaqla, ümumilikdə 9000 manat pulu Zərərçəkmiş şəxs1 alaraq, həmin tarixdə Gəncə şəhəri, Nizami prospektində yerləşən «Ramada Plaza» otelinin qarşısında aldığı pulu Şahid1la aralarında bölüşməklə aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 9000 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, onların yüksək vəzifədə işləyən tanışlarının olmasını onun tanışı olan Zərərçəkmiş şəxs3 inandırmaqla, sonuncunun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 29 avqust 2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan sertifikasiya imtahanından yüksək bal toplamasında köməklik göstərməsini Zərərçəkmiş şəxs3 ondan xahiş etməsindən istifadə edib, sonuncuya məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmişlər və bu məqsədlə həmin işi 9000 manat pul müqabilində görəcəkləri barədə yalan vədlər verməklə inandırıb, həmin vədlərinə əməl etmək və Zərərçəkmiş şəxs3 xeyrinə hər hansı iş yerinə yetirmək niyyətləri olmadan vahid niyyətlə əhatə olunan qəsdlə ilkin olaraq 10 iyun 2023-cü il tarixdə 3000 manat pulu Goranboy rayonu Dəliməmmədli şəhərində, 18 iyun 2023-cü il tarixdə isə yaşadığı Goranboy rayonu Qaradağlı kəndindəki evində 6000 manat pul olmaqla, ümumilikdə 9000 manat pulu Zərərçəkmiş şəxs3 alaraq, həmin tarixdə Gəncə şəhəri, Nizami prospektində yerləşən «Ramada Plaza» otelinin qarşısında aldığı pulu Şahid1la aralarında bölüşməklə aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 9000 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, onların yüksək vəzifədə işləyən tanışlarının olmasını onun tanışı olan Zərərçəkmiş şəxs2 inandırmaqla, sonuncunun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 29 avqust 2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan sertifikasiya imtahanından yüksək bal toplamasında köməklik göstərməsini Zərərçəkmiş şəxs2 ondan xahiş etməsindən istifadə edib, sonuncuya məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmişlər və bu məqsədlə həmin işi 9000 manat pul müqabilində görəcəkləri barədə yalan vədlər verməklə inandırıb, həmin vədlərinə əməl etmək və Zərərçəkmiş şəxs2 xeyrinə hər hansı iş yerinə yetirmək niyyətləri olmadan vahid niyyətlə əhatə olunan qəsdlə ilkin olaraq 10 iyun 2023-cü il tarixdə 3000 manat pulu Goranboy rayonu Dəliməmmədli şəhərində, 18 iyun 2023-cü il tarixdə isə yaşadığı Goranboy rayonu Qaradağlı kəndindəki evində 6000 manat pul olmaqla, ümumilikdə 9000 manat pulu Zərərçəkmiş şəxs2 alaraq, həmin tarixdə Gəncə şəhəri, Nizami prospektində yerləşən «Ramada Plaza» otelinin qarşısında aldığı pulu Şahid1la aralarında bölüşməklə aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 9000 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yaşayır, himayəsində 3 övladı vardır. Şahid4 onun arvadıdır, Püstə Goranboy rayonu Qaradağlı kəndində M.Səfərov adına tam orta məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsində işləyir. 2023-cü ilin may ayında qızı Şahid6 təhsil aldığı Goranboy rayonu Qaradağlı kənd tam orta məktəbin 11-ci sinfini bitirib X6 imtahan vermişdir. Lakin, imtahandan sonra qızı aşağı bal topladığı üçün onun Tibb Kollecinə qəbul olmayacağı məlum olduğundan o, qızı X5 daxil olması üçün yol axtarmağa başlamışdır. 2023-cü ilin iyun ayının əvvəlində Goranboy rayonu Düzqışlaq kəndində icra nümayəndəsinin müavini işləyən Şahid7 ilə Dəliməmmədli şəhərində çay evində görüşərkən Rəşad onun məyus olduğunu görüb demişdir ki, “sənə nə olub?”, o da ona demişdir ki, qızı kollecə daxil ola bilməmiş, imtahandan kəsilmişdir. Həmin vaxt digər tanışı Goranboy rayonu Dəliməmmədli şəhərində yaşayan Goranboy rayonunda Su Kanal idarəsində işləyən Samir də çay evinə gəlmiş, onlar birlikdə oturmuşlar. Qızı X5 qəbul ola bilməməsi ilə bağlı yenidən söhbət edən zaman Rəşad ona demişdir ki, Gəncə şəhərində Zaur adında adam var, o da onu Samirə görə tanımışdır, onun geniş əlaqələri var, hər yerə əli girir, o, sənin qızının məsələsini həll edə bilər. Samir də ona demişdir ki, Gəncə şəhərində yaşayan Zauru tanıyır, həmin şəxs Universitetə, Kollecə və ya digər müəssisələrə istənilən şəxsi qəbul etdirə bilir. O da, qızının Tibb Kollecinə daxil olmasını istədiyi üçün Rəşada və Samirə demişdir ki, Gəncə şəhərində yaşayan Zaur adlı şəxslə görüşüb söhbət edək. Onlar demişlər ki, Zaur adlı şəxslə danışıb ona məlumat verəcəklər ki, görüşək. O da onlarla razılaşmışdır. Bundan sonra səhəri gün Rəşad ona özünə məxsus 070 541 88 40 nömrəli telefonu ilə zəng edib demişdir ki, Zaurla danışıb və Zaur Gəncə şəhərində yerləşən Tibb Kollecinə qızını qəbul etdirəcəyinə söz verib və bunun müqabilində isə Zaur 5000 manat pul istəyib, o da Rəşadla razılaşmışdır. Bundan sonra isə 5000 manat pulu hazır edib 2023-cü ilin iyun ayının əvvəlində Samir və Rəşadla birlikdə Gəncə şəhərinə gedib orada Nizami prospektində yerləşən «Ramada” Plaza otelinin qarşısında yerləşən çayxanada Zaur adlı şəxslə görüşmüşdür. Söhbət zamanı Zaur adlı şəxs soyadının İbrahimov, atasının adının isə İsfəndiyar olduğunu və Gəncə şəhərində yaşadığını demişdir. Həmçinin Şahid1 demişdir ki, oğlu Fərid Azərbaycan Respublikası Təhsil Nazirliyində şöbə müdiri vəzifəsində işləyir, bütün komputer sistemi onun əlinin altındadır. Şahid1 onun qızının Gəncə şəhərində yerləşən Tibb Kollecinə qəbul olması işini oğlu Fəridin vasitəsi ilə həll edəcəyini, yəni qızının qəbul imtahanında topladığı balı yüksəldəcəyini demişdir. O da Şahid1 dediklərinə inanmış və üzərində olan 5000 manat pulu çıxarıb Samir və Rəşad adlı tanışlarının yanında Şahid1 vermişdir. Şahid1 5000 manat pulu götürdükdən sonra demişdir ki, qızı X5 daxil olması barədə nəticələr 01 sentyabr 2023-cü il tarixdə açıqlanacaqdır. O da Şahid1la razılaşıb sonra oradan tanışları Samir və Rəşadla birlikdə çıxıb yaşadığı Goranboy rayonu Qaradağlı kəndinə gəlmişdir. Arvadı Şahid4 Goranboy rayonu Qaradağlı kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində işlədiyi üçün əvvəllər keçirilmiş serifikasiya imtahanından aşağı bal topladığı üçün kəsilmiş, lakin o, vəzifəsində qalıb işləsə də, Təhsil Nazirliyi tərəfindən növbəti dəfə keçiriləcək sertifikasiya imtahanına qatılmalı olmuşdur. Növbəti sertifikasiya imtahanı isə 29 avqust 2023-cü ilə təyin olunmuşdur. Bunun üçün isə arvadı Püstə Goranboy rayonu Dəliməmmədli şəhərində kurslara sertifikasiya imtahanından kəsilmiş digər müəllimlərlə birlikdə cəlb olunmuşdur. Həmin vaxtlarda isə arvadı Püstə Dəliməmmədli şəhərində təşkil olunan kursda onunla birlikdə iştirak edən Goranboy rayonu Qazanbulaq kənd tam orta məktəbin ibtidai sinif müəllimələri Gülnaz, Məsumə və Baharla tanış olmuşdur. Arvadı Püstə, Gülnaz, Məsumə və Bahar müəllimə sertifikasiya imtahanına gedib kəsilməkdən qorxduqları üçün müəyyən yollar axtarmışlar. Çünki, bu barədə Gülnaz, Məsumə və Bahar müəllimənin arvadı Püstə ilə söhbətləri olmuşdur. Püstə də ona demişdir ki, sən Zaurla danışa bilərsənmi ki, onların yəni, arvadının, Gülnazın, Məsumənin və Baharın sertifikasiya imtahanında yüksək bal yığmalarına köməklik olunsun. O isə Gəncə şəhərində yaşayan Şahid1 qızının Tibb Kollecinə daxil olmaq işini həll etməsi üçün ona pul verdiyindən düşünmüşdür ki, Şahid1 arvadının və adlarını qeyd etdiyi digər üç müəllimənin sertifikasiya imtahanından keçmək işini həll edə bilər. Buna görə də Şahid1la ona məxsus 051 590 37 59 mobil nömrəsi ilə əlaqə saxlamış və 2023cü ilin iyun ayının əvvəlində dəqiq xatırlamadığı gündə Gəncə şəhərinə gedib Zaurla görüşüb arvadı Püstə, Gülnaz, Məsumə və Bahar müəllimənin sertifikasiya imtahanından keçmələri üçün onunla söhbət etmişdir. Söhbət zamanı Şahid1 ona demişdir ki, arvadının və digər üç müəllimənin 29 avqust 2023-cü il tarixə təyin edilmiş sertifikasiya imtahanından keçmələrini Təhsil Nazirliyində işləyən oğlu Fəridin vasitəsi ilə həll edəcəkdir. Bunun müqabilində isə adam başına 9000 manat pulun verilməsinin lazım olduğunu, lakin pulun hissə-hissə verilməsini demişdir. İlkin olaraq 16000 manat verməyini demişdir. Həmçinin Şahid1 arvadının və digər üç müəllimənin şəxsi kabinetlərinin kodunu və şəxsiyyət vəsiqələrinin ksero surətini ona verməyini, belə ki, arvadı və digər üç müəllimənin sertifikasiya imtahanında heç bir suala cavab vermədən hər birisinin 50-dən yuxarı bal toplayacağını demişdir. Bunu isə Təhsil Nazirliyində işləyən oğlu Fəridin edəcəyini demişdir. O da Zaurun dediklərinə inanmış və bundan sonra yaşadığı Goranboy rayonu Qaradağlı kəndinə gəlib Zaurla olan söhbətini arvadı Püstəyə danışmışdır. Arvadı Püstə isə Zaurla bağlı olan söhbətlərini onunla eyni kursda iştirak edən Gülnaz, Məsumə və Bahar müəlliməyə danışmışdır. O, arvadına görə Şahid1 9000 manat pulu vermək barədə öz aralarında razılaşmışdır. Gülnaz, Məsumə və Bahar müəllimə də sertifikasiya imtahanından keçib 50-dən yuxarı bal toplamaqla bağlı razı olduqları üçün 2023-cü ilin iyun ayının ortalarında dəqiq günü yadında qalmayan vaxtı Məsumə arvadı Püstəyə zəng edib demişdir ki, Bahar öz qızını Gəncə şəhərinə diş həkiminə aparır, o və Gülnaz hərəsi 3000 manatı Bahara verəcək, o da Dəliməmmədli şəhərində yol kənarında körpünün altında sizinlə görüşüb öz pulu ilə birlikdə onların pullarını çatdıracaqdır. Həmin gün deyilən yerdə o, özünə məxsus qırmızı rəngli VAZ 2106 markalı, ** EJ *** nömrə nişanlı avtomaşını ilə Dəliməmmədli şəhərinin girişində Bakı- Gəncə şosse yolunun kənarında onları gözləmişdir. Həmin vaxt Bahar anası Sima, əri Səfərlə birlikdə gəlmişlər və Bahar ona ümumilikdə 9000 manat pulu vermişdir, o da sayıb pulu götürmüş, bir daha onu əmin etmişdir ki, işiniz həll olunacaqdır, arvadının da pulunu Zaur müəllimə verəcəkdir. Çünki, Zaur onu tam əmin etmişdir. Gülnaz, Bahar və Məsumə müəlliməin ona verdikləri, Bahardan götürdüyü ümumi məbləği 9000 manat təşkil edən pulu və arvadı Püstənin də sertifikasiya imtahanından keçməsi üçün 7000 manat pulu hazır edib, 2023-cü ilin iyun aynının ortalarında ümumilikdə 16000 manat pulu Gəncə şəhərinə gedib “Ramada Plaza» otelinin qarşısında idarə etdiyi avtomobilin içərisində Şahid1la görüşüb ona vermişdir. Həmçinin o, arvadı və digər müəllimələrin şəxsiyyət vəsiqələrinin ksero surətlərini və şəxsi kabinetlərinin kodlarını vermişdir. Bundan sonra isə oradan çıxıb Goranboy rayonu Qaradağlı kəndinə gəlmişdir. Bir neçə gündən sonra yenə Zaur ona zəng edib demişdir ki, qalan pulları da gətirsin, artıq işləri həll olunur. Püstə də həmin 3 nəfər müəllimələrlə danışmış və onlara demişdir ki, qalan pulu çatdırmaq lazımdır. 2023-cü ilin iyun ayının axırlarında dəqiq xatırlamadığı gündə Gülnaz, Bahar və Məsumə müəllimə yaşadığı evə gəlib hər biri 6000 manat olmaqla, ümumi məbləği 18000 manat təşkil edən pulu arvadı Püstənin yanında ona vermişlər. O da sayıb pulu götürmüşdür. Bir daha onlara demişdir ki, narahatçılıq yoxdur, işinizi Zaur müəllim həll edəcəkdir. Şahid1 onunla əlaqə saxlayıb arvadı və digər müəllimələrin pulunun hazır olubolmamasın soruşduqda o, pulların hazır olduğunu demişdir. Buna görə Şahid1 arvadı və digər üç müəlliməin işinin həlli üçün 4000 manat pul lazım olduğunu ondan istədiyinə görə 2023-cü ilin iyun ayında dəqiq xatırlamadığı gündə Gəncə şəhərinə gedib orada yerləşən “Ramada Plaza”nın qarşısında avtomobilinin içərisində 4000 manat pulu Şahid1 vermişdir. Ona demişdir ki, qalan pullar da məndədir, o isə demişdir ki, hələlik 4000 manatı ver, qalan pullar səndə qalsın müəllimələri hər dəfə narahat etməsin. Sonra isə oradan çıxıb yaşadığı evə gəlmişdir. Növbəti dəfə isə təxminən 4-5 gün sonra Şahid1 onunla əlaqə saxlayıb arvadı Püstə və digər üç müəllimənin sertifikasiya imtahanından keçmələri üçün qalan 16000 manat pulu istədiyi üçün 2023-cü ilin iyun ayının sonlarında dəqiq xatırlamadığı gündə Gəncə şəhərinə gedib orada yerləşən “Ramada Plaza»nın qarşısında avtomobilinin içərisində 16000 manat pulu Şahid1 vermişdir. Şahid1 beləliklə arvadı Püstə və digər üç müəllimənin sertifikasiya imtahanından keçmələri üçün ondan ümumilikdə 36000 manat pul almış olmuşdur. 29 avqust 2023-cü il tarixdə Gəncə şəhərində keçirilən sertifikasiya imtahanında arvadı Püstə və digər üç müəllimə iştirak etdikdən sonra nəticələr açıqlandıqda arvadı Püstə və digər üç müəllimənin topladığı ballar 50-dən yuxarı olmamışdır. Arvadı Püstə imtahandan özü 39 bal toplamışdır. Bunu isə arvadı imtahan zamanı suallara cavab verməsindən sonra toplamışdır. Digər üç müəllimədən Gülnaz və Məsumə də 30-dan yuxarı bal toplamışdır. Lakin, Bahar müəllimə 30-dan aşağı bal toplamışdır. Sertifikasiya imtahanından keçid balı 30 müəyyən olunduğu üçün arvadı Püstə, Gülnaz və Məsumə imtahandan keçmişlər. Lakin, Bahar müəllimə 30-dan aşağı bal topladığı üçün imtahandan keçə bilməmişdir. Həmin vaxt isə anlamışlar ki, Şahid1 onları aldatmışdır. Çünki, Şahid1 vəd vermişdir ki, arvadı və digər üç müəllimə 50-dən yuxarı bal toplayacaqlar. O, Şahid1la imtahan nəticələrindən sonra əlaqə saxlayıb danışmışdır. Şahid1 hər hansısa problemin olmadığını, arvadı və digər üç müəllimənin şəxsi kabinetinə topladıqları balın üzərinə sonradan bal əlavə ediləcəyini demişdir. Lakin, bunun da yalan olması ortaya çıxmışdır. Bu dəfə isə Şahid1 demişdir ki, vədinə əməl edərək arvadı Püstəni, Gülnaz və Məsumə müəlliməni imtahandan keçirmişdir. İmtahandan keçməyən bir nəfər Bahar müəllimənin isə pulunu qaytaracağını deyib ona 8000 manat pul vermişdir. Lakin o, onun dedikləri ilə razılaşmamışdır. Çünki, Şahid1 vədində arvadı da daxil olmaqla hər bir müəllimənin 50-dən yuxarı bal toplayacağını demişdir. Halbuki, arvadı Püstə, Gülnaz və Məsumə müəllimə isə 30-dan yuxarı bal toplamışlar və bunu isə suallara cavab verməklə toplamışlar. Yəni, onsuzda Şahid1 bunda heç bir rolu yox idi. Buna görə də o, ondan verdiyi pulun hamısını istəmişdir. Zaur isə həmin pulların hamısını hissə-hissə olmaqla ona qaytaracağını demişdir. Hətta demişdir ki, 07 sentyabr 2023-cü il tarixə kimi Bahar müəlliməni işə bərpa etdirəcəkdir. Lakin, Şahid1 yenə də verdiyi vədə əməl etməmişdir. Həmçinin qızı Aysunu da Tibb Kollecinə qəbul etdirməmişdir. Buna görə də Şahid1 barəsində 08 avqust 2023-cü il tarixdə DİN-in “102” xidmətinə zəng vurub məlumat vermiş, sonra həmin gün Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə ərizə ilə müraicət etmişdir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ifadələri ilə tanış olmuşdur, o və arvadı Püstə Gülnaz, Bahar və Məsuməni aldatmamışlar. O, onlara sertifikasiya imtahanından keçmə işlərini Şahid1 həll edəcəyini demişdir və bununla bağlı onların ona verdikləri 27000 manat pulu Şahid1 Gəncə şəhərində vermişdır. Həmçinin də həmin pulun üzərinə arvadı Püstənin işi ilə bağlı da 9000 manat pul əlavə edib vermişdir. Gülnaz, Bahar və Məsumə müəllimənin ümumilikdə 27000 manat pulunun ələ keçirilməsi ilə bağlı Şahid1la aralarında heç bir razılaşma olmamışdır. Şahid1 onu aldatmışdır. Bundan başqa isə Zaur ondan Gülnaz, Bahar və Məsumə müəllimənin işini həll etməklə bağlı aldığı 27000 manat puldan ona hər hansısa miqdarda pul verməmişdir. Şahid1 ifadəsi ilə tanış olmuşdur. Şahid1 göstərmişdir ki, ümumilikdə 5 nəfər müəllimənin sertifikasiya imtahanından keçməsi üçün ona cəmi 20000 manat pul vermişdir. O da sonra ona 8000 manat pul qaytarmışdır. Onun qızının Tibb Kollecinə qəbul olunması üçün Şahid1 ondan 5000 manat pul almadığını göstərmişdir. Həmçinimn o, onunla üzləşdirmə zamanı da ondan ümumilikdə 20000 manat pul aldığını göstərmişdir . Bu barədə göstərir ki, Şahid1 yalan ifadə vermişdir, o, Şahid1 4 nəfər müəllimənin, arvadı Püstənin, Məsumənin, Gülnazın və Baharın imtahandan keçmələri üçün ümumilikdə 36000 manat pul vermiş və qızına görə isə əvvəlcədən 5000 manat pul vermişdir. Bir nəfər müəllimə isə bacısı X3 olmuşdur, o, pul verməmiş, özü imtahandan keçmişdir. İş üzrə şahid qismində ifadəsi alınmış Şahid7 da ifadəsi ilə tanış olmuşdur. Göstərir ki, o, öz ifadəsinin üzərində dayanır, bir daha göstərir ki, o, qızı Aysunun işinə görə 5000 manat pulu Samir və Rəşadın yanında Şahid1 vermiş və onlar ona demişlər ki, Zaur müəllimin imkanları genişdir, instituta və kollecə tələbə qəbul etdirir, onun qızının Kollecə daxil olmadığını da Rəşad və Samir biləndə ona demişlər ki, Şahid1 vasitəsi ilə qızını qəbul etdirəcəklər. O, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur. Bundan başqa bildirmək istəyir ki, o, fərdi əməklə məşğuldur, göyərti əkib-becərib, onu satmaqla dolanır. Belə ki, o, əkib-becərdiyi göyərtiləri Gəncə şəhərində yerləşən bazarda satır, eyni zamanda Göygöl rayonunda yerləşən kətə bişirilən restoran və məntəqələrə də göyərti satır. Odur ki, bütün bunların nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə yaşayır, hazırda Tərlan Cəbrayılov adına Goranboy rayon Qazanbulaq qəsəbə tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində işləyir. 30 avqust 2022-ci il tarixdə Gəncə şəhərində yerləşən 28 nömrəli tam orta məktəbdə Respublika üzrə müəllimlərin sertifikasiya imtahanı keçirilmişdir. Həmin imtahanda o, iştirak etməli olduğu üçün 30 avqust 2022-ci il tarixdə Gəncə şəhərində yerləşən 28 nömrəli tam orta məktəbə gedib sertifikasiya imtahanında iştirak etmişdir. Lakin, keçirilmiş imtahanda verilən suallara cavab verə bilmədiyi üçün sertifikasiya imtahanından kəsilmişdir. Onunla birlikdə həmin vaxt imtahan vermiş onunla eyni məktəbdə, yəni Tərlan Cəbrayılov adına Goranboy rayon Qazanbulaq qəsəbə tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 da verilən suallara cavab verə bilmədikləri üçün sertifikasiya imtahanından kəsilmişlər. O və adlarını qeyd etdiyi digər ibtidai sinif müəllimələri sertifikasiya imtahanından kəsilməklərinə baxmayaraq onlara bir il vaxt verilmişdir ki, həmin müddət ərzində işlərini davam etdirib bir il sonra keçirilərəcək növbəti sertifikasiya imtahanında iştirak etsinlər. Odur ki, o və adlarını qeyd etdiyi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Goranboy rayon Qazanbulaq qəsəbə tam orta məktəbində ibtidai sinif müəlliməsi kimi işlərini davam etdirmişlər. 2023-cü ilin iyun ayının əvvəlində sertifikasiya imtahanından kəsilmiş o və müəllimə yoldaşları Məsumə və Bahar Təhsil Nazirliyi tərəfindən Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən tam orta məktəbdə təşkil olunmuş kurslara cəlb olunmuşlar. Həmçinin o, Məsumə və Bahardan başqa isə bir il əvvəl Goranboy rayonu üzrə sertifikasiya imtahanından kəsilmiş digər müəllim və müəllimələr də kursa cəlb edilmişdir. O, müəllimə yoldaşları Məsumə və Baharla birlikdə Dəliməmmədli şəhərində yerləşən tam orta məktəbdə təşkil edilmiş kurslarda iştirak edən zaman Goranboy rayonu Qaradağlı kəndində yerləşən tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləyən Püstə adlı qadınla tanış olmuşlar. Püstə müəllimə ilə aralarında münasibət yarandıqdan sonra ona digər iş yoldaşları Məsumə və Bahara demişdir ki, onun bir nəfər adamı var, həmin adam Təhsil Nazirliyində sertifikasiya imtahanlarına nəzarət edir. Odur ki, Püstə ona, Məsumə və Bahar müəlliməyə müəyyən pul qarşılığında 2023-cü ilin avqust ayının 29-da təşkil olunacaq sertifikasiya imtahanından keçməyə köməklik edəcəyini, onların yüksək balla imtahandan çıxacağını demişdir. O, Məsumə və Bahar isə Püstənin dediklərinə inanmışlar. Həmçinin Püstə ona, Məsuməyə və Bahara demişdir ki, sertifikasiya imtahanından keçmək üçün onlara köməklik edəcək şəxs Gəncə şəhərində yaşayan Zaur adlı şəxsin oğludur. İlkin olaraq Püstə ona, Məsuməyə və Bahara demişdir ki, sertifikasiya imtahanından keçib yüksək bal toplamaları müqabilində adam başına ilkin olaraq 2000 manat, imtahan nəticələrindən sonra isə 7000 manat pul verməlidirlər. O, Məsumə və Bahar isə Püstə müəllimənin dedikləri ilə razılaşmışlar. Püstə müəllimə də sertifikasiya imtahanından hər biri 52 baldan yuxarı bal toplayacağını demişdir. Bir gün sonra, yəni 2023-cü ilin iyun ayının əvvəlində dəqiq xatırlamadığı gündə Dəliməmmədli şəhərində yerləşən tam orta məktəbdə təşkil olunmuş kursda olan zaman Püstə müəllimə ona, Məsuməyə və Bahara demişdir ki, sertifikasiya imtahanından keçib yüksək bal toplamaları ilə bağlı ilkin olaraq 3000, imtahan nəticələrindən sonra isə 6000 manat pul verəcəklər. O, Məsumə və Bahar müəllimə Püstə müəllimənin dedikləri ilə razılaşmışlar. Sonra o və Məsumə də Bahara demişdir ki, elədirsə biz daha nəyə görə o qədər yolu gedək, biz öz payımıza düşən 3000 manatı sənə verək apar Zaura və arvadı Püstəyə çatdır. Həmin vaxt təxminən 10 iyun 2023-cü il tarixi olmuşdur. Baharın anası Sima adlı qadının evində olmuşlar, onlar yəni Bahar, əri Səfər və Baharın anası Sima evdən çıxmışlar və o, Məsumə ilə birlikdə hərəsi 3000 manat pulu sayıb Simaya vermişlər ki, siz aparın Zaura çatdırın. O da götürmüş və demişdir ki, narahat olmayın. Zaur isə bundan sonra Püstə ilə ona zəng etmişdir ki, narahat olmayın pulu götürdüm. Zaur onlara demişdir ki, təşkil olunacaq serifikasiya imtahanın nəticəsindən asılı olmayaraq aşağı bal toplasaz belə verdiyiniz pul müqabilində ona 51, Məsuməyə 52 və Bahara isə 53 bal yazılacaq. Zaur həmin balları onlara Təhsil Nazirliyində işləyən tanışının düzəldəcəyini demiş, adını onlara deməmiş, eləcə demişdir ki, Zaur adlı şəxsin oğludur. Həmçinin Püstə müəllimə də əri Zaurun dediklərini təsdiq etmişdir. Eyni zamanda Zaur və arvadı Püstə onlara sertifikasiya imtahanı barədə razılaşmağını və bunun müqabilində pul verməyini heç kimə deməməyi xahiş etmişdir. Bundan bir neçə gün sonra 2023-cü ilin iyun ayının ortalarında Püstə müəllimə onunla, Məsumə və Baharla əlaqə saxlayıb sertifikasiya imtahanından keçib yüksək nəticə əldə etməkləri ilə əlaqədar razılaşmalarına əsasən sonda verməli olduqları adam başına düşən 6000 manat pulu tez bir vaxtda verməyi demişdir. Bundan sonra da 18 iyun 2023-cü il tarixdə o, Məsumə və Bahar müəllimə adam başına 6000 manat pulu ümumilikdə 18000 manat pulu hazır edib Goranboy rayonu Qaradağlı kəndinə Püstə müəllimənin yanına getmişlər. Həmin vaxt Püstənin əri Zaur da evdə idi. O, Məsumə və Bahar hər biri 6000 manat olmaqla ümumi məbləği 18000 manat təşkil edən pulu masanın üzərinə qoymuşlar. Hərə öz pulunu sayıb stolun üzərinə qoymuşdur. Zaur da həmin ümumi məbləği, 18000 manat təşkil edən pulu götürüb ona, Məsuməyə bə Bahara narahat olmamağı, 29 avqust 2023-cü il tarixdə keçiriləcək sertifikasiya imtahanından onun 51, Məsumənin 52 və Baharın isə 53 bal toplayacağını demişdir. Həmçinin də Püstə müəllimə də əri Zaurun dediklərini bir daha təsdiq etmişdir. O, Məsumə və Bahar müəllimə isə Zaurla arvadı Püstənin dediklərinə inanmışlar. 29 avqust 2023-cü il tarixdə Gəncə şəhərində yerləşən 43 nömrəli tam orta məktəbdə təşkil olunan sertifikasiya imtahanına girmişdir. Məsumə və Bahar müəllimə isə Gəncə şəhərində yerləşən digər məktəblərdə təşkil olunmuş serifikasiya imtahanına girmişlər. İmtahanda bildiyi suallara cavab yazmış, bilmədiyi sualları isə yazmamışdır. İmtahan yekunlaşdıqdan sonra isə nəticələr elan olunduqda isə 33 bal toplamağı müəyyən olunmuşdur. Həmçinin Məsumə müəllimə 32, Bahar müəllimə isə 23 bal toplamışdır. Onlarn sertifikasiya balları Püstə və əri Zaurun dediyi qaydada yəni müvafiq olaraq 51, 52 və 53 olmamışdır. Həmin vaxt o, Məsumə və Bahar aldadıldıqlarını anladıqları üçün Zaur və arvadı Püstə ilə danışmışlar. O və Məsumə topladığı 33 və 32 balı öz yazdığı hesabına əldə etdiyi üçün Zaur və arvadı Püstədən pullarını istəmişlər. Lakin, Bahar müəllimə imtahandan keçmək üçün müəyyən edilmiş minimum baldan yəni 30-da aşağı topladığı üçün Zaur və arvadı Püstədən tələb etmişdir ki, onun işini həll etsinlər. Zaur və arvadı isə bir neçə gün ərzində ona və Məsuməyə pullarını qaytaracağını, Bahara isə onun işini həll edib topladığı balı yüksəldəcəyini demişdir. Lakin Zaur və arvadı vədlərinə əməl etmədikləri üçün onlar Zaur və arvadı Püstə barəsində şikayət etmək qərarına gəlmiş və buna görə də birlikdə Goranboy rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişlər. O, Məsumə və Bahar adam başına vermiş olduğu 6000, ümumi məbləğ isə 18000 manat təşkil edən pulu konkert olaraq Zaura vermişlər, o, sayıb götürmüş, Püstə də yanında olmuşdur. Onların yanında həmin vaxt Baharın əri Şahid3 də olmuşdur. O, Məsumə və Bahar müəllimənin Zaur və arvadı Püstəyə sertifikasiya imtahanından keçib yüksək bal toplamaqları ilə əlaqədar hərəsi 9000, ümumilikdə isə 27000 manat pul verməyindən onun, Məsumə və Baharın ərlərinin məlumatı olmuşdur. Sonda isə işlədikləri məktəb direktoru Fizuli müəllimin məlumatı olmuşdur. Belə ki, o, Məsumə və Bahar müəllimə Zaur və arvadı Püstənin dediklərinə inandıqları üçün 29 avqust 2023-cü il tarixdə keçirilmiş sertifikasiya imtahanının nəticələrindən sonra müvafiq olaraq o 51, Məsumə 52 və Bahar isə 53 bal topladıqlarını demişlər. Lakin direktor Fizuli müəllim faktiki olaraq topladıqları baldan məlumatlı olduğu üçün onlar məcbur olub ona başlarına gələnləri danışmışlar. Fizuli müəllim isə onların aldadıldığını demişdir. Buna görə də gedib pullarını geri almağı bildirmişdir. Çünkü Fizuli müəllim topladıqları ballara heç bir balın əlavə edilməsinin mümkün olmadığını demişdir. O, Şahid1 şəxsən tanımır, onunla qarşılaşmamışdır. O, Püstədən və Zaurdan pullarını tələb edəndə o, onlara demişdir ki, pulları Gəncə şəhərində Zaur adlı şəxsə vermişdir. Ona heç kim köməklik etməyib özü 33 bal toplamışdır. Hazırda o, Təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayətçi deyil, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hazırda Tərlan Cəbrayılov adına Goranboy rayon Qazanbulaq qəsəbə tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində işləyir. 30 avqust 2022-ci il tarixdə Gəncə şəhərində yerləşən 28 nömrəli tam orta məktəbdə Respublika üzrə müəllimlərin sertifikasiya imtahanı keçirilmişdir. Həmin imtahanda iştirak etməli olduğu üçün 30 avqust 2022-ci il tarixdə Gəncə şəhərində yerləşən 28 nömrəli tam orta məktəbə gedib sertifikasiya imtahanında iştirak etmişdir. Lakin keçirilmiş imtahanda verilən suallara cavab verə bilmədiyi üçün sertifikasiya imtahanından kəsilmişdir. Onunla birlikdə həmin vaxt imtahan vermiş Tərlan Cəbrayılov adına Goranboy rayon Qazanbulaq qəsəbə tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 da verilən suallara cavab verə bilmədikləri üçün sertifikasiya imtahanından kəsilmişlər. O və adlarını qeyd etdiyi digər ibtidai sinif müəllimələri sertifikasiya imtahanından kəsilməyinə baxmayaraq onlara bir il vaxt verilmişdir ki, həmin müddət ərzində işlərini davam etdirib bir il sonra keçirilərəcək növbəti sertifikasiya imtahanında iştirak etsinlər. Odur ki, o və adlarını qeyd etdiyi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Tərlan Cəbrayılov adına Goranboy rayon Qazanbulaq qəsəbə tam orta məktəbində ibtidai sinif müəlliməsi kimi işlərini davam etdirmişlər. 2023-cü ilin iyun ayının əvvəlində sertifikasiya imtahanından kəsilmiş o, müəllim yoldaşları Gülnaz və Bahar Təhsil Nazirliyi tərəfindən Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən tam orta məktəbdə təşkil olunmuş kurslara cəlb olunmuşlar. Həmçinin o, adlarını qeyd etdiyi Gülnaz və Bahardan başqa isə bir il əvvəl Goranboy rayonu üzrə sertifikasiya imtahanından kəsilmiş digər müəllimlər də kursa cəlb edilmişdir. O, müəllim yoldaşları Gülnaz və Baharla birlikdə Dəliməmmədli şəhərində yerləşən tam orta məktəbdə təşkil edilmiş kurslarda iştirak edən zaman Goranboy rayonu Qaradağlı kəndində yerləşən tam orta məktəbdə ibtidai sinif müəllimi işləyən Püstə ilə tanış olmuşlar. Püstə müəllimə ilə aralarında münasibət yarandıqdan sonra ona və digər iş yoldaşları Gülnaz və Bahara Püstə demişdir ki, onun bir nəfər adamı var, həmin adam Təhsil Nazirliyində sertifikasiya imtahanlarına nəzar edir. Odur ki, Püstə ona, Gülnaz və Bahar müəllimə müəyyən pul qarşılığında 2023-cü ilin avqust ayının 29-da təşkil olunacaq sertifikasiya imtahanından keçməyə köməklik edəcəyini, onların yüksək balla imtahandan çıxacağını demişdir. O, Gülnaz və Bahar isə Püstənin dediklərinə inanmışlar. Həmçinin Püstə ona Gülnaza və Bahara demişdir ki, sertifikasiya imtahanından keçmək üçün onlara köməklik edəcək şəxs Gəncə şəhərində yaşayan Zaur adlı şəxsin oğludur. İlkin olaraq Püstə ona Gülnaza və Bahara demişdir ki, sertifikasiya imtahanından keçib yüksək bal toplamaları müqabilində adam başına ilkin olaraq 2000 manat, imtahan nəticələrindən sonra isə 7000 manat pul verməlidirlər. O, Gülnaz və Bahar isə Püstə müəllimənin dedikləri ilə razılaşmışlar. Püstə müəllimə də sertifikasiya imtahanından hər birinin 52 baldan yuxarı bal toplayacaqlarını demişdir. Bir gün sonra yəni 2023-cü ilin iyun ayının əvvəlində dəqiq xatırlamadığı gündə Dəliməmmədli şəhərində yerləşən tam orta məktəbdə təşkil olunmuş kursda olan zaman Püstə müəllimə ona, Gülnaza və Bahara demişdir ki, sertifikasiya itahanından keçib yüksək bal toplamaları ilə bağlı ilkin olaraq 3000 manat, imtahan nəticələrindən sonra isə 6000 manat pul verməlidirlər, qiyməti qaldırıblar demişdir. O, Gülnaz və Bahar müəllim Püstə müəllimənin dedikləri ilə razılaşmışlar. Sonra Bahar demişdir ki, o özü onlarla görüşəcək, o və Gülnaz da ona demişlər ki, elədirsə onlar daha nəyə görə o qədər yolu gedirlər, onlar da öz paylarına düşən 3000 manatı ona versinlər, aparıb Zaura və arvadı Püstəyə çatdırsın. Həmin vaxt təxminən 10 iyun 2023-cü il tarixi olmuşdur. Baharın anası Sima adlı qadının evində olmuşlar, onlar yəni Bahar, əri Cəfər və Baharın anası Sima evdən çıxmışlar və o, Gülnaz ilə birlikdə hərəsi 3000 manat pulu sayıb Simaya vermişlər ki, siz aparın Zaura çatdırın. O da götürmüş və demişdir ki, narahat olmayın. Zaur isə bundan sonra Püstə ilə onlara zəng etmişdir ki, narahat olmayın pulu götürdüm. Zaur onlara demişdir ki, təşkil olunacaq serifikasiya imtahanın nəticəsindən asılı olmayaraq aşağı bal toplasalar belə verdikləri pul müqabilində ona 52, Gülnaza 51 və Bahara isə 53 bal yazılacaq. Zaur həmin balları onlara Təhsil Nazirliyində işləyən tanışının düzəldəcəyini demiş, adını onlara deməmiş, eləcə demişdir ki, Zaur adlı şəxsin oğludur. Həmçinin Püstə müəllimə də əri Zaurun dediklərini təsdiq etmişdir. Eyni zamanda Zaur və arvadı Püstə onlara sertifikasiya imtahanı barədə razılaşmağı və bunun müqabilində pul verməyi heç kimə deməməyi bir daha xahiş etmişdir. Bundan bir neçə gün sonra 2023-cü ilin iyun ayının ortalarında Püstə müəllimə onunla, Gülnaz və Baharla əlaqə saxlayıb sertifikasiya imtahanından keçib yüksək nəticə əldə etməyi ilə əlaqədar razılaşmalarına əsasən sonda verməli olduğu adam başına düşən 6000 manat pulu tez bir vaxtda verməyi demişdir. Bundan sonra da 18 iyun 2023-cü il tarixdə o, Gülnaz və Bahar müəllimə adam başına 6000 manat pulu ümumilikdə 18000 manat pulu hazır edib Goranboy rayonu Qaradağlı kəndinə Püstə müəllimənin yanına getmişlər. Həmin vaxt Püstənin əri Zaur da evdə olmuşdur. O, Gülnaz və Bahar hər biri 6000 manat olmaqla ümumi məbləği 18000 manat təşkil edən pulu masanın üzərinə qoymuşlar. Zaur da həmin ümumi məbləği 18000 manat təşkil edən pulu götürüb ona, Gülnaza və Bahara narahat olmamağı, 29 avqust 2023-cü il tarixdə keçiriləcək sertifikasiya imtahanından onun 52, Gülnazın 51 və Baharın isə 53 bal toplayacağını demişdir. Həmçinin də Püstə müəllimə də əri Zaurun dediklərini təsdiq etmişdir. O, Gülnaz və Bahar müəllimə isə Zaurla arvadı Püstənin dediklərinə inanmışlar. 29 avqust 2023-cü il tarixdə Gəncə şəhərində yerləşən 28 nömrəli tam orta məktəbdə təşkil olunan sertifikasiya imtahanına girmişdir. Gülnaz və Bahar müəllimə isə Gəncə şəhərində yerləşən digər məktəblərdə təşkil olunmuş serifikasiya imtahanına girmişlər. İmtahanda bildiyi suallara cavab yazıb, bilmədiyi sualları isə yazmamışdır. İmtahan yekunlaşdıqdan sonra isə nəticələr elan olunduqda 32 bal toplaması müəyyən olunmuşdur. Həmçinin Gülnaz müəllimə 32, Bahar müəllimə isə 23 bal toplamışdır. Onların sertifikasiya balları Püstə və əri Zaurun dediyi qaydada, yəni müvafiq olaraq 51, 52 və 53 olmamışdır. Həmin vaxt o, Gülnaz və Bahar aldadıldığını anlamış, Zaur və arvadı Püstə ilə danışmışlar. O və Gülnaz topladığı 33 və 32 balı öz yazdığı hesabına əldə etdiyi üçün Zaur və arvadı Püstədən pullarını istəmişlər. Lakin, Bahar müəllimə imtahandan keçmək üçün müəyyən edilmiş minimum baldan yəni 30-dan aşağı topladığı üçün Zaur və arvadı Püstədən tələb etmişdir ki, onun işini həll etsinlər. Zaur və arvadı isə bir neçə gün ərzində ona və Gülnaza pullarını qaytaracağını, Bahara isə onun işini həll edib topladığı balı yüksəldəcəyini demişdir. Lakin, Zaur və arvadı vədlərinə əməl etmədikləri üçün onlar barəsində şikayət etmək qərarına gəlmiş və şikayət etmişdir. Hazırda o, Təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayətçi deyil, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır, özü hazırda heç bir yerdə işləmir. O, 2007-ci ildən 2023-cü ilə kimi Tərlan Cəbrayılov adına Goranboy rayon Qazanbulaq qəsəbə tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində işləmişdir. 30 avqust 2022-ci il tarixdə Gəncə şəhərində yerləşən 28 nömrəli tam orta məktəbdə Respublika üzrə müəllimlərin sertifikasiya imtahanı keçirilmişdir. Həmin imtahanda iştirak etməli olduğu üçün 30 avqust 2022-ci il tarixdə Gəncə şəhərində yerləşən 28 nömrəli tam orta məktəbə gedib sertifikasiya imtahanında iştirak etmişdir. Lakin, keçirilmiş imtahanda verilən suallara cavab verə bilmədiyi üçün sertifikasiya imtahanından kəsilmişdir. Onunla birlikdə həmin vaxt imtahan vermiş Goranboy rayon Qazanbulaq qəsəbə tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da verilən suallara cavab verə bilmədikləri üçün sertifikasiya imtahanından kəsilmişlər. O və adlarını qeyd etdiyi digər ibtidai sinif müəllimləri sertifikasiya imtahanından kəsilmələrinə baxmayaraq onlara bir il vaxt verilmişdir ki, həmin müddət ərzində işlərini davam etdirib bir il sonra keçirilərəcək növbəti sertifikasiya imtahanında iştirak etsinlər. Odur ki, o və adlarını qeyd etdiyi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Goranboy rayon Qazanbulaq qəsəbə tam orta məktəbində ibtidai sinif müəlliməsi kimi işlərini davam etdirmişlər. 2023-cü ilin iyun ayının əvvəlində sertifikasiya imtahanından kəsilmiş o və müəllim yoldaşları Gülnaz və Məsumə Təhsil Nazirliyi tərəfindən Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən tam orta məktəbdə təşkil olunmuş kurslara cəlb olunmuşlar. Həmçinin o, Gülnaz və Məsumədən başqa isə bir il əvvəl Goranboy rayonu üzrə sertifikasiya imtahanından kəsilmiş digər müəllimlər də kursa cəlb edilmişdir. O, müəllim yoldaşları Gülnaz və Məsumə ilə birlikdə Dəliməmmədli şəhərində yerləşən tam orta məktəbdə təşkil edilmiş kurslarda iştirak edən zaman Goranboy rayonu Qaradağlı kəndində yerləşən tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləyən tanıdığı Püstə müəllimə də həmin kursda işitrak etmişdir, Püstə də imtahandan kəsilmişdir. Həmin vaxt Məsumə ona demişdir ki, Püstənin Təhsil Nazirliyində adamı var, həmin şəxs sertifikasiya imtahanlarına nəzarət edir. Məsumə ona demişdir ki, o Gülnazla danışmışdır, Gülnaz razıdır, istəyirsə birlikdə üçüdə pul versinlər imtahandan yaxşı qiymət alsınlar. Məsumə demişdir ki, Püstə söz verib ki, hərəsinə 51, 52, 53 bal yazılacaq, əmək haqqıda yüksək olacaqdır. O, razı olmamış və demişdir ki, onsuzda hazırlaşır, ona 30 bal kifayət edir ki, işinə xitam verilməsin. Lakin, yenə Məsumə ona demişdir ki, onda əmək haqqı az olacaq, razı olsun. O da evdə əri Cəfərlə məsləhətləşmiş, o da demişdir ki, o, qarışmır, özü bilər. O da inanmış və Məsumədən soruşmuşdur ki, Püstə nə qədər pula bu işi görəcəkdir, o da demişdir ki, 9000 manat pul verməlisən. O da razı olmuşdur. Müəllimələrin dediklərinə inanmışdır. O, bir daha Gülnazın evində Məsumə ilə görüşmüş və bir daha soruşmuşdur ki, Püstə aldatmaz ki, o da demişdir ki, yox bu qədər pul veririk aldatmaz. Sonra o istəmişdir ki, özü Püstə müəllimə ilə danışsın, lakin ona Məsumə demişdir ki, o deyib ki, bu işi heç kim bilməsin. Sonra Məsumə demişdir ki, ilkin olaraq Püstə deyir ki, hərəniz 3000 manat pul vercəksiniz, sonra işiniz həll olunanda qalan 6000 manat pulu verəcəksiniz. O, Gülnaz və Məsumə Püstə müəllimənin dedikləri ilə razılaşmışlar. Bundan sonra isə 2023-cü ilin təxminən iyun ayının əvvəllərində dəqiq xatırlamadığı gündə o, Goranboy rayonunda Kapital Bankın filialından əri Cəfərin adına 3000 manat kredit götürmüşdür. Pulu götürəndən təxminən 2-3 gün sonra, 2023-cü ilin iyun ayının əvvəllərində Məsumə ona zəng edib demişdir ki, Püstə zəng edib ki, tez təcili pulu çatdırın. O da həmin vaxt əri Cəfərlə, anası Sima və qızı Nurayla birlikdə Gəncə şəhərinə qızını diş həkiminə aparmaq üçün evdən çıxmışlar. O, Məsuməyə demişdir ki, həkimə gedim sonra qayıdanda pulu verərəm. O isə demişdir ki, sən Gəncə şəhərinə gedirsənsə o və Gülnazda öz pullarını gətirib ona versinlər, o da yolda Dəliməmmədli şəhərində yolun kənarında pulu Püstənin əri Zaura versin. O da razı olmuş və aradan bir neçə dəqiqə keçmiş Gülnazla Məsumə onların evinə gəlmişlər və onlar pulu bağlı vəziyyətdə ona vermişlər, Məsumə demişdir ki, qırmızı maşınla Dəliməmədli şəhərində korpünün altında Pustənin əri Zaur onu gözləyəcəkdir. Onlar evdən çıxmışlar və həqiqitəndə yolda həmin maşın onları gözləmişdir. O və anası maşından düşüb həmin şəxsə sonradan adı ona məlum olan Püstənin əri Zaura yaxınlaşmışlar və ona demişdir ki, bu iki paketdəki pul Gülnazla Məsumənin 3000 manatdan hərəsininki ayrı-ayrıdır, mənim pulum isə budur. O, açıq vəziyyətdə pulu Zaura vermişdir və məcbur etmişdir ki, saysın, o da sayıb 3000 manatı götürmüşdür. Zaur ona and vermişdir ki, bu işi adamımız var onun vasitəsi ilə həll edirik tam arxayın olun. Zaur onu tam inandırmışdır. Bundan bir neçə gün sonra o özü də Pustə müəllimə ilə danışmış, o hətta onlara demişdir ki, kursa getməyin, ehtiyac yoxdur, balınız yazılacaqdır. 2023-cü ilin iyun ayının ortalarında Məsumə ona zəng etmişdir ki, Püstə müəllimə onunla əlaqə saxlayıb sertifikasiya imtahanından keçib yüksək nəticə əldə etməyi ilə əlaqədar razılaşmalarına əsasən sonda verməli olduğu adam başına düşən 6000 manat pulu tez bir vaxtda verməyini deyib. Bundan sonra o məcbur olub Goranboy rayonunda yerləşən Kapital Bankda adına olan kreditin üzərinə yenidən öz adına kredit sənədləşdirib əlavə 6000 manat pul götürmüşdür. 18 iyun 2023-cü il tarixdə o, Gülnaz və Məsumə hərələrinə 6000 manat pulu ümumilikdə 18000 manat pulu hazır edib Goranboy rayonu Qaradağlı kəndinə Püstə müəllimənin yanına getmişlər. X2 avtomobili ilə getmişlər. Həmin vaxt Püstənin əri Zaur da evdə olmuşdur. O, Gülnaz və Məsumə hər biri 6000 manat olmaqla ümumi məbləği 18000 manat təşkil edən pulu masanın üzərinə qoymuşlar. Zaur da həmin ümumi məbləği 18000 manat təşkil edən pulu sayıb yanlarında götürüb ona, Gülnaza və Məsuməyə narahat olmamalarını, 29 avqust 2023-cü il tarixdə keçiriləcək sertifikasiya imtahanından onun 52, Gülnazın 51 və Məsumənin isə 53 bal toplayacağını demişdir. Həmçinin də Püstə müəllim də əri Zaurun dediklərini təsdiq etmişdir. O, Gülnaz və Məsumə isə Zaurla arvadı Püstənin dediklərinə inanmış və oradan çıxmışlar. 28 avqust 2023-cü il tarixdə ona Püstə zəng edib demişdir ki, səhər bilirsiniz də imtahanınızdır, imtahana girəndə heçnə yazmayın, amma özünüzü elə aparın ki, guya nəsə yazırsınız. O da oldu demişdir. 29 avqust 2023-cü il tarixdə Gəncə şəhərində yerləşən 12 nömrəli tam orta məktəbdə təşkil olunan sertifikasiya imtahanına girmişdir. Gülnaz və Məsumə müəllimə isə Gəncə şəhərində yerləşən digər məktəblərdə təşkil olunmuş serifikasiya imtahanına girmişlər. İmtahanda o, Püstə dediyi kimi etmişdir, heçnə əvvəl yazmamış, artıq yarım saat vaxt qalmışdır. Görmüşdür ki, nəzarətçilər onun başının üstündə dayanıb, ona görə suallara göz gəzdirmiş və baxmışdır ki, hamısı bildiyi suallardır, cəmi yarım saat ərzində 23 suala cavab yazmış və bu zaman vaxt bitmişdir və tez bir zamanda ekranda kəsilməyi göstərilmişdir. O, özüü itirmiş, çölə çıxanda artıq Püstəni görmüş və ona demişdir ki, siz mənim başıma nə oyun açdınız niyə qoymadın heç olmasa öz bildiyimi yazım. O isə ona demişdir ki, narahat olma düzələcəkdir, özləri yazacaqlar, səndən kim soruşsa de ki 52 bal toplamısan. O da onun dediklərini ailə üzvlərinə də bildirmişdir. Amma ondan əl çəkməmiş, demişdir ki, tez eləsin onu əri Zaurla görüşdürsün, onun məsələsini həll etsinlər, o isə arxayın ol düzələcək demişdir. O, Zaurla evlərində görüşmüş, o da kiməsə zəng vurmuş və ona telefonda kimsə kişi səsi ilə demişdir ki, narahat olma yarım saata düzəldəcəm. Lakin yarım saat günlər olmuş, onu aldatmışlar. Amma onu da bilmişdir ki, artıq Gülnazla Məsumə 30 baldan yuxarı toplayıb onlar keçmişlər. O, onlardan soruşanda ki, bəs niyə özünüz yazdınız məni qoymadınız yazmağa onlar da demişdir ki, evdən uşaqlarımız dedi ki, onlara qulaq asmayın bildiyinizi yazın. Zaur və arvadı Püstə bir neçə gün ərzində Məsumə və Gülnaza pullarını qaytaracaqlarını, ona isə işini həll edib topladığı balı yüksəldəcəklərini demişlər. Lakin Zaur və arvadı vədlərinə əməl etməmişlər onları aldatmışlar, onun da işinə xitam verilmişdir. O, məcbur olub onlar barəsində şikayət etmək qərarına gəlmiş və Goranboy RPŞ-nə ərizə ilə müraciət etmişdir. O, Məsumə və Gülnaz birilkdə şikayət etmişlər. O, Şahid1 şəxsən tanımır, onun barəsində Püstə və Zaur ona heçnə deməmişdir. Onlar yalnız Nazirlikdə işləyən qohumlarının vasitəsi ilə bu işi həll edəcəklərini deyirdilər. Hazırda o, Təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayətçi deyil, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Goranboy rayon sakinləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 tanımır. Goranboy rayon sakini Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs arvadı Şahid4 Vidadı qızını təxminən 2 ildən artıq, yəni 2021-ci ilin yay aylarından tanımışdır. Zaur və Püstəni o, Rəşad adlı onların həmkəndliləri vasitəsi ilə tanımışdır. Rəşadla o, Gəncə şəhəri, Füzuli parkında yerləşən çayçıda tanış olmuşdur. Rəşad mütəmadi olaraq Zaurun qırmızı rəngli VAZ 2106 markalı avtomaşını ilə çayçıya gəlmiş, orada tanış olmuşlar və Zaur dəfələrlə onu yaşadığı, Goranboy rayonunun Qaradağlı kəndinə qonaq aparmış, orada da ailəsi ilə tanış olmuşdur. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsi ilə tanış olmuşdur, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o onunla 2023-cü ilin iyun ayının əvvəllərində Samir və Rəşad adlı şəxslərin vasitəsi ilə tanış olmuş, Zaur Rəşada bildirmişdir ki, qızını X6 qəbul etdirmək istəyir. Rəşad da Təqsirləndirilən şəxs deyib ki, Gəncə şəhərində Zaur adında tanışı var və Zaurun vasitəsi ilə qızını Gəncə şəhər Tibb kollecinə qəbul etdirə bilər. Ona görə də, Təqsirləndirilən şəxs və Rəşad onunla Gəncə şəhərində yerləşən «Ramada Plaza» otelinin yanındakı çayxanada görüşüblər və o, Rəşad və Təqsirləndirilən şəxs deyib ki, oğlu Fərid Təhsil Nazirliyində şöbə müdiri vəzifəsində işləyir, bütün komputer sistemi Fəridin əlinin altındadır və Zaurun qızını Tibb Kollecinə qəbul olmasını oğlu Fərid həll edəcəkdir. O, əvvəlcədən Rəşada deyib ki, bu işin müqabilində Zaur ona 5000 manat pul verməlidir. Zaur da Samir və Rəşadın yanında ona 5000 manat pul vermiş və o da Zauru əmin etmişdir ki, xx.xx.2023-cü il tarixdə qızının nəticəsi açıqlanacaqdır. Bundan başqa Zaur ona bildirib ki, arvadı Püstə və Püstənin tanıdıqları Gülnaz, Məsumə və Bahar adlı şəxslər müəllimləri sertifikasiya imtahanından kəsiliblər. Növbəti müəllimlərin sertifikasiya imtahanı 29 avqust 2023-cü il tarixə təyin olunmuşdur. Zaur onunla 2023-cü ilin iyun ayının əvvəllərində yenə görüşmüş, həmin müəllimlərin sertifikasiya imtahanından keçmələrinə köməklik etməsini ondan xahiş etmiş və o da bunun müqabilində Təqsirləndirilən şəxs hər müəllimə görə 9000 manat pul istəmiş və demişdir ki, yenə oğlu Fəridin vasitəsi ilə onların işini həll edəcək. Bunun üçün onların şəxsi kabinetlərinin kodlarını və şəxsiyyət vəsiqələrinin surətlərini istəmiş və demişdir ki, ilkin olaraq 16000 manat pul verməlisiniz. Təqsirləndirilən şəxs isə həmin müəllimlərlə arvadı vasitəsi ilə söhbət etmiş, onlar razılaşmışlar. Gülnaz, Bahar və Məsumədən ümumilikdə 9000 manat pul almış, arvadı Püstənində sertifikasiya imtahanından keçməsi üçün 7000 manat pul hazır edib, 2023-cü ilin iyun ayının ortalarında onunla yenə Gəncə şəhərində Ramada Plaza otelinin yanında, idarə etdiyi avtomaşının içərisində görüşüb, 16000 manat pulu və sənədləri ona vermişdir. Bundan bir neçə gün sonra da o, Zaura zəng edib demişdir ki, qalan pulları da gətir və o da 2023-cü ilin iyun ayının axırlarında Gülnaz, Bahar və Məsumədən hər birindən 6000 manatdan olmaqla ümumi 18000 manat pulu yaşadığı evdən onlardan götürüb, Gəncə şəhərinə gəlmiş və onunla həmişəki yerdə görüşmüş, o Zaura demişdir ki, hələlik 4000 manat pul ver qalanı sizdə qalsın, müəllimləri narahat etmə. Növbəti dəfə isə təxminən 4-5 gün sonra qalan 16000 manat pulu ondan istəmişəm, Təqsirləndirilən şəxs də 2023-cü ilin iyun ayının sonlarında 2000 manat arvadı Püstənin pulu olmaqla 14000 manat da Gülnaz, Məsumə və Baharın onda olan pullarını götürüb, cəmi 16000 manat pulu «Ramada Plaza» otelinin qarşısında ona vermiş və o, ümumilikdə Təqsirləndirilən şəxs müəllimlərə görə 36000 manat pul almış, qızına görə isə 5000 manat olmaqla 41000 manat ondan pul almışdır. 29 avqust 2023-cü il tarixdə Gəncə şəhərində keçirilən sertifikasiya imtahanında həmin 4 müəllim iştirak etmiş, Püstə, Gülnaz və Məsumə 30-dan yuxarı bal toplamış, lakin Bahar 30-dan aşağı bal toplayaraq kəsilmiş, Zaur onunla əlaqə saxlayanda o, Zaura deyib ki, guya həmin 3 müəllimlərin 30-dan yuxarı bal toplamasına o köməklik etmişdir, Baharın da topladığı balın üzərinə əlavə bal yazdıracağına söz vermiş, lakin Zauru aldatmışdır. Zaur ona deyib ki, heç bir köməklik etməmisiniz, müəllimlər özləri bal toplamış, 50-dən yuxarı bala söz vermisiniz. Zaur ondan pulunu tələb edəndə Zaura 8000 manat pul qaytarmış, qalan puluda hissə-hissə ödəyəcəyinə söz vermiş, lakin ödəməmişdir. Bu barədə göstərir ki, Təqsirləndirilən şəxs ona qarşı yalan ifadə verir. O, Zaurun ifadəsini qismən təsdiq edir. O, Zaurun qızını Tibb Kollecinə qəbul etdirməyə söz verməmiş və ona görə Zaurdan 5000 manat pul almamışdır. Yalnız həmin müəllimlərin sertifikasiya imtahanlarından keçmələri üçün ümumilikdə Zaurdan 20000 manat pul almış, sözünə əməl etməmiş, məcbur olub Zaura həmin 20000 manat puldan 8000 manat pulu qaytarmış, hazırda onun Zaura 12000 manat pul verəcəyi vardır. O, söz vermişdir ki, sertifikasiyada həmin müəllimlərə köməklik edəcək, amma onun o işi görməyə nə adamı var idi, nədəki özü o imkanda deyildi ki, kiməsədə qiymət yazdırsın. O, sadəcə fikirləşmişdir ki, yəqin müəllimələr özləri imtahan verib keçərlər və o da pulu ələ keçirər. Zaur ondan xahiş edəndə maddi cəhətdən pula ehtiyacı olmuş, ona görədə pulu almış və öz ehtiyaclarına xərcləmişdir. Onun oğlanlarından birinin adı Ruaz, o birinin adı isə Realdır. Onlarda heç bir rəsmi orqanda işləmirlər. Fərid adlı şəxs adını o çəkməmiş, elə bir adam da tanımır. O, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsində ilkin izahatı alınarkən bildirmidir ki, 2023-cü ilin avqust ayında Təqsirləndirilən şəxslə Gəncə şəhərində çayxanada görüşmüşdür. Zaur ona bildirib ki, arvadı Püstə və bacısı Gülərin sertifikasiya imtahanı olacaq və onlara imtahanda köməklik etmək lazımdır. Ondan bir neçə gün sonra Zaur əlavə olaraq Püstənin 4 nəfər iş yoldaşının olduğunu və sertifikasiya imtahanında keçməyə köməklik etməyini ona demiş və o da hər biri üçün 4000 manat pul istəmiş, Zaur onunla razılaşmış, 20 avqust 2023-cü il tarixdə Gəncə şəhərində Ulduzlu Gecə şadlıq sarayının yanında Zaur ona həmin işin müqabilində 20000 manat pul verib və deyib ki, arvadı Püstənin işini pulsuz etsin. 29 avqust 2023-cü il tarixdə müəllimlərdən ikisi kəsilmiş, kəsilən müəllimlərin pulunu Zaur ondan istəmiş və o da 30 avqust 2023-cü il tarixdə Gəncə şəhəri 41 nömrəli məktəbin yanında Zaura 8000 manat pul qaytarmışdır. İlkin izahatı ilə bağlı göstərir ki, həqiqətəndə 6 müəllimi ondan Zaur xahiş etmişdir, onlardan biri arvadı Püstə idi, o Zaura demişdir ki, 5 müəlliməyə görə hər birinə 4000 manatdan olmaqla 20000 manat pul verəcəksiniz, arvadını isə pulsuz edəcəm. O, Zaurdan cəmi 20000 manat pul almış, 8000 manatını isə qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. O, hal-hazırda Goranboy rayonu Qaradağlı kəndində M.Səfərov adına tam orta məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsində işləyir. 2023-cü ilin may ayında qızı Şahid6 təhsil aldığı Goranboy rayonu Qaradağlı kənd tam orta məktəbin 11-ci sinfini bitirib X6 imtahan vermişdir. Lakin imtahandan sonra qızı aşağı bal topladığı üçün onun Tibb kollecinə qəbul olmayacağı məlum olduğundan əri Zaur qızı X5 daxil olması üçün yol axtarmağa başlamışdır. 2023-cü ilin iyun ayının əvvəlində Zaur ona demişdir ki, Goranboy rayonu Düzqışlaq kəndində icra nümayəndəsinin müavini işləyən Şahid7 və Goranboy rayonu Dəliməmmədli şəhərində yaşayan Goranboy rayonunda Su Kanal idarəsində işləyən Samir adlı şəxslər ona deyib ki, onların Gəncə şəhərində Zaur adında tanışları var, həmin şəxs Universitetə, Kollecə və ya digər müəssisələrə istənilən şəxsi qəbul etdirə bilir. Onlarda qızının Tibb Kollecinə daxil olmasını istədiyi üçün Zaur Rəşada və Samirə deyib ki, Gəncə şəhərində yaşayan Zaur adlı şəxslə görüşüb söhbət edək. Bundan sonra səhəri gün Rəşad Zaura zəng edib deyib ki, Zaurla danışıb və Zaur Gəncə şəhərində yerləşən Tibb kollecinə qızını qəbul etdirəcəyinə söz verib və bunun müqabilində isə Zaur 5000 manat pul istəyib. Zaurda Rəşadla razılaşmış sonra isə özləri alver edib yığdığı 5000 manat pulu hazır edib 2023-cü ilin iyun ayının əvvəlində Zaur Samir və Rəşadla birlikdə Gəncə şəhərinə gedib orada Şahid1 adlı şəxslə görüşüb 5000 manat pulu ona vermişdir. Şahid1 deyib ki, oğlu Fərid Azərbaycan Respublikası Təhsil Nazirliyində şöbə müdiri vəzifəsində işləyir, bütün komputer sistemi onun əlinin altındadır. Şahid1 qızının Gəncə şəhərində yerləşən Tibb Kollecinə qəbul olması işini oğlu Fəridin vasitəsi ilə həll edəcəyini, yəni qızının qəbul imtahanında topladığı balı yüksəldəcəyini demişdir. Zaur deyib ki, qızınız X5 daxil olması barədə nəticələr 01 sentyabr 2023-cü il tarixə açıqlanacaqdır. O, Goranboy rayonu Qaradağlı kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində işlədiyi üçün əvvəllər keçirilmiş serifikasiya imtahanından aşağı bal topladığı üçün kəsilmişdir, lakin o vəzifədə qalıb işləsə də, Təhsil Nazirliyi tərəfindən növbəti dəfə keçiriləcək sertifikasiya imtahanına qatılmalı idi. Növbəti sertifikasiya imtahanı isə 29 avqust 2023-cü ilə təyin olunmuşdu. Bunun üçün isə o, Goranboy rayonu Dəliməmmədli şəhərində kurslara sertifikasiya imtahanından kəsilmiş digər müəllimlərlə birlikdə cəlb olunmuşdur. Həmin vaxtlarda isə onunla kursda birlikdə iştirak edən Goranboy rayonu Qazanbulaq kənd tam orta məktəbin ibtidai sinif müəllimələri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3la tanış olmuşdur. Söhbət zamanı onlar, yəni o, Gülnaz, Məsumə və Bahar sertifikasiya imtahanına gedib kəsilməkdən qorxduğu üçün müəyyən yollar axtarırdılar. O, onlara demişdir ki, onun əri Zaurun tanışı var, Gəncə şəhərində yaşayır, onun da adı Zaurdur, oğlu Təhsil Nazirliyində işləyir, o əri Zaura desin onunla danışsın, istəsələr birilkdə ona pul versinlər ki, onlara yüksək bal yazdırsın. Onlar da razı olmuşlar. O da evdə Zaura demişdir ki, o Zaurla danışa bilərmi ki, onlar yəni, onun kurs yoldaşları Gülnazın, Məsumənin və Baharın sertifikasiya imtahanında yüksək bal yığmalarına köməklik olunsun. Zaur da demişdir ki, danışaram. Sonra əri Zaurla danışıb demişdir ki, o sizin sertifikasiya imtahanından keçmək işinizi həll edə bilər. Buna görə də Zaur adam başına 9000 manat pulun verilməsinin lazım olduğunu, lakin pulun hissə-hissə verilməsini demişdir. İlkin olaraq 16000 manat verilməli olduğunu deyib. Həmçinin Zaur deyib ki, onun və digər üç müəllimənin şəxsi kabinetlərinin kodunu və şəxsiyyət vəsiqələrinin ksero surəti ona verilməlidir, sertifikasiya imtahanında heç bir sualara cavab verməməli, komputerdə suallara cavab yazılmamalıdır, hər birinə 50-dən yuxarı bal yazdıracaqdır. Bunu isə Təhsil Nazirliyində işləyən oğlu Fəridin edəcəyini demişdir. Onlar onun dediklərinə inanıb o da Məsuməyə, Bahara və Gülnaza bu barədə bildimişdir. Onlar da razılaşmışlar. O, bir daha Zaurla bağlı olan söhbəti Gülnaz, Məsumə və Bahar müəlliməyə danışmışdır. Gülnaz, Məsumə və Bahar müəllimə də sertifikasiya imtahanından keçib 50-dən yuxarı bal toplamaqla bağlı razı olduqları üçün 2023-cü ilin iyun ayının ortalarında dəqiq günü yadında qalmayan vaxtı Məsumə ona zəng edib demişdir ki, Bahar öz qızını Gəncə şəhərinə diş həkiminə aparır, o və Gülnaz hərəsi 3000 manatı Bahara verəcək, o da Dəliməmmdəli şəhərində yol kənarında körpünün altında sizinlə görüşüb öz pulu ilə birlikdə bizim pulların sizə çatdıracaqdır. Həmin gün deyilən yerdə əri Zaur özünə məxsus qırmızı rəngli VAZ 2106 markalı, ** EJ *** nömrə nişanlı avtomaşını ilə Dəliməmmədli şəhərinin girişində Bakı-Gəncə şosse yolunun kənarında onları gözləmiş və onlarla yəni Bahar, anası Sima, əri Səfərlə birlikdə onlarla görüşmüş və ümumilikdə 9000 manat pulu onlardan almışdır. Zaur Bahardan götürdüyü ümumi məbləği 9000 manat təşkil edən pulu və onun da sertifikasiya imtahanından keçməyi üçün 7000 manat pulu hazır edib, 2023-cü ilin iyun ayının ortalarında ümumilikdə 16000 manat pulu Gəncə şəhərinə gedib Zaurla görüşüb ona vermişdir. Həmçinin onun və digər müəllimələrin şəxsiyyət vəsiqələrinin ksero surətlərini və şəxsi kabinetlərin kodlarını vermişdir. Bir neçə gündən sonra yenə Zaur əri Zaura zəng edib demişdir ki, qalan pulları da gətir, artıq işləri həll olunur. O da Məsumə, Gülnaz və Baharla danışmış və onlara demişdir ki, qalan pulu çatdırmaq lazımdır. 2023-cü ilin iyun ayının axırlarındaa dəqiq xatırlamadığı gündə Gülnaz, Bahar və Məsumə müəllimə yaşadığı evə gəlib hər biri 6000 manat olmaqla ümumi məbləği 18000 manat təşkil edən pulu əri Zaura onun yanında vermişlər. Zaurda pulu sayıb götürmüşdür. Bir daha onlara demişdir ki, narahatçılıq yoxdur, işinizi Zaur müəllim həll edəcəkdir. Zaur sonra əri Zaurla əlaqə saxlayıb pulun hazır olub-olmamasın soruşduqda, o pulların hazır olduğunu demişdir. Zaur əri Zaura deyib ki, hələlik 4000 manat pul lazımdır, qalan pullar səndə qalsın sonra götürərəm. Zaurda 2023-cü ilin iyun ayında dəqiq xatırlamadığı gündə Gəncə şəhərinə gedib orada 4000 manat pulu Şahid1 vermişdir. Növbəti dəfə isə təxminən 4-5 gün sonra Şahid1 yenə əri Zaurla əlaqə saxlayıb qalan 16000 manat pulu istədiyi üçün 2023-cü ilin iyun ayının sonlarında, dəqiq xatırlamadığı gündə Zaur Gəncə şəhərinə gedib orada 16000 manat pulu Şahid1 vermişdir. Şahid1 beləliklə onların sertifikasiya imtahanından keçmələri üçün əri Zaurdan ümumilikdə 36000 manat pul almış olmuşdur. 29 avqust 2023-cü il tarixdə Gəncə şəhərində keçirilən sertifikasiya imtahanında o və digər üç müəllimə iştirak etdikdən sonra nəticələr açıqlandıqda o və digər üç müəllimənin topladığı ballar 50-dən yuxarı olmamışdır. O, imtahanda onların deməsinə baxmayaraq özü bildiyi sualları yazmışdır və 39 bal toplamışdır. Digər üç müəllimədən Gülnaz və Məsumə də 30-dan yuxarı bal toplamışdır, onlar da özləri yazmışdır. Lakin Bahar müəllimə 30-dan aşağı bal toplamış, o gözləyib sonra axırda yazmışdır. Bahar müəllim 30-dan aşağı bal topladığı üçün imtahandan keçə bilməmişdir. Həmin vaxt isə anlamışlar ki, Şahid1 onları aldatmışdır. Çünkü Şahid1 vəd vermişdi ki, o və digər üç müəllimə 50-dən yuxarı bal toplayacagıq. Əri Zaur Şahid1la imtahan nəticələrindən sonra əlaqə saxlayıb danışmışdır. Şahid1 hər hansısa problemin olmadığını, onun və digər üç müəllimənin şəxsi kabinetinə topladıqları balın üzərinə sonradan bal əlavə ediləcəyini demişdir. Lakin bunun da yalan olması ortaya çıxmışdır. Bu dəfə isə Şahid1 demişdir ki, guya onun hesabına o, Gülnaz və Məsumə imtahandan keçmişlər, lakin tam yalan deyir, özləri yazmışdır. O, imtahandan keçməyən bir nəfər Bahar müəllimənin isə pulunu qaytaracağını deyib və Zaura 8000 manat pul vermişdir. O pulda onların öz ziyanının bir hissəsi idi. Zaur ondan verdiyi pulun hamısını istəmişdir. Zaur isə həmin pulların hamısını hissə-hissə olmaqla qaytaracağını demişdir. Hətta demişdir ki, 07 sentyabr 2023-cü il tarixə kimi Bahar müəlliməni işə bərpa etdirəcəkdir. Lakin Şahid1 yenə də verdiyi vədə əməl etməmişdir. Buna görə də Şahid1 barəsində 08 avqust 2023-cü il tarixdə əri Zaur DİN-in “102” xidmətinə zəng vurub məlumat vermişdir, sonra həmin gün Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə ərizə ilə müraicət etmişdir. Gülnaz, Məsumə və Bahar isə Goranboy rayon Polis Şöbəsinə ondan və əri Zaurdan şikayət etmişlər. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ərizə və ifadəsi ilə tanış olmuşdur. Onlar ifadələrində göstərmişlər ki, əri Zaurla birlikdə onları sertifikasiya imtahanından keçirəcəyinizə yalan vəd verib onların ümumilikdə 27000 manat pullarını ələ keçirmişlər. Həmçinin göstərmişlər ki, onlar onları tam əmin edib demişlər ki, işlərini həll edəcəklər Bu barədə onu göstərir ki, o və əri Zaur Gülnaz, Bahar və Məsuməni aldatmamışlar. O, onlara sertifikasiya imtahanından keçmə işlərini Şahid1 həll edəcəyini demişdir və bununla bağlı onların Zaura verdikləri 27000 manat pulu əri də Şahid1 onun pulu ilə birlikdə Gəncə şəhərində vermişdir. Həmçinin də həmin pulun üzərinə onun işi ilə bağlı da 9000 manat pul əlavə edib vermişdir. Əri Zaurun bu işdə heç bir xeyri olmamışdır, Şahid1 ərinə pul verməmişdir. Şahid1 bildirmişdir ki, əri Zaur ümumilikdə 5 nəfər müəllimin sertifikasiya imtahanından keçməsi üçün ona 20000 manat pul vermişdir. O da sonra ona 8000 manat pul qaytarmışdır. Onların qızının Tibb Kollecinə qəbul olunması üçün əri Zaurdan 5000 manat pul almadığını bildirmişdir. Bu barədə göstərir ki, Şahid1 yalan göstərmişdir, əri Zaur ona 4 nəfər müəllimənin onun, Məsumənin, Gülnazın və Baharın imtahandan keçmələri üçün ümumilikdə 36000 manat pul vermişdir və qızına görə isə əvvəlcədən 5000 manat pulu Şahid1 vermişdir. Bir nəfər müəllimə isə baldızı X3 olmuşdur, o pul verməmiş, özü imtahandan keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atası, Şahid4 isə onun anasıdır. O, Goranboy rayonu Qaradağlı kəndində yerləşən M.Səfərov adına tam orta məktəbin 11-ci sinfini 2022-ci ildə bitirmişdir. 2023cü ilin aprel ayında o, X6 daxil olmaq üçün dövlət imtahanında test imtahanı vermiş, lakin az bal topladığına görə kollecə qəbul ola bilməmişdir. Atası və anası onun kollecə qəbul ola bilmədiyinə görə narahat olmuşdular. Onlar onun Tibb Kollecinə daxil olması üçün yol axtarmağa başlamışlar. 2023-cü ilin iyun ayının əvvəlində atası ilə anasının arasında olan söhbətdən ona məlum olmuşdur ki, Goranboy rayonu Düzqışlaq kəndində icra nümayəndəsinin müavini işləyən Şahid7 və Goranboy rayonu Dəliməmmədli şəhərində yaşayan Goranboy rayonunda Su Kanal idarəsində işləyən Samir adlı şəxslər atası Zaura deyiblər ki, onların Gəncə şəhərində Zaur adında tanışları var, həmin şəxs Universitetə, Kollecə və ya digər müəssisələrə istənilən şəxsi qəbul etdirə bilir. Atası da həmin şəxslərlə görüşüb və onlardan xahiş edib ki, Gəncə şəhərində yaşayan sonradan adı ona dəqiq məlum olan Şahid1 ilə onu görüşdürsünlər. Onlarda Gəncə şəhərində yaşayan Zaurla danışıblar və Zaur Gəncə şəhərində yerləşən Tibb Kollecinə onu qəbul etdirəcəyinə söz verib və bunun müqabilində isə Şahid1 atasından 5000 manat pul istəyib. Atası da məcburiyyətdən razılaşıb və atası ilə anası alver edib yığdıqları 5000 manat pulu hazır edib 2023-cü ilin iyun ayının əvvəllərində onun dəqiq günü yadında qalmayan tarixdə atası Təqsirləndirilən şəxs Samir və Rəşadla birlikdə Gəncə şəhərinə gedib orada Şahid1la görüşüb 5000 manat pulu ona vermişdir. Atası onun atestatının, şəxsiyyət vəsiqəsinin, bir də şəxsi kabinetinin surətini də Şahid1 aparıb vermişdir. Zaur atasına deyib ki, guya onun oğlu Azərbaycan Respublikası Təhsil Nazirliyində şöbə müdiri vəzifəsində işləyir, bütün komputer sistemi onun əlinin altındadır, bir sözlə onu imtahansız kollecə qəbul etdirəcəkdir. O demişdir ki, Tibb Kollecinə daxil olması barədə nəticələr 01 sentyabr 2023-cü il tarixə açıqlanacaqdır. Bundan başqa anası Püstə müəllimlərin sertifikasiya imtahanından keçmədiyinə görə atası Şahid1la danışmışdır ki, anasının təkrar sertifikasiyadan keçməsinə köməklik etsin, o da razılaşmış və söz verib ki, onu da həll edər. Atası Şahid1 çox inanmışdır. Ona görədə o eşitmişdir ki, anası Püstə kursda olduğu digər 3 nəfər müəlimədən də onların sertifikasiyadan keçməsi üçün pul alaraq Zaura vermişlər. Təxminən 2023-cü ilin iyul ayında Zaur arvadı Rəna ilə birlikdə onların yaşadığı Goranboy rayonu Qaradağlı kəndinə evlərinə gəlmiş və onda Zaur onun başından öpüb demişdir ki, sən artıq Kollecə qəbul olmusan, nəticə tam olaraq sentyabr ayında bilinəcəkdir. Hətta atasına Şahid1 demişdir ki, əlavə olaraq 1500 manat pul da verərsən qızını Kollecdə sinif nümayəndəsi təyin etdirərəm. Bundan bir xeyli sonra yenə Zaur tək özü onların yaşadığı evə gəlmiş, bu dəfə anasına başa salmışdır ki, həm özünü həm də digər xanım müəllimlərin şəxsi kabinetlərinin kodlarını verərsən, həmçinin onları da başa sal, özündə sertifikasiyada iştirak edəndə əlinizi komputerə vurmayın, balları o özü yazdıracaq, 52 baldan yüksək balınız olacaqdır. 29 avqust 2023-cü ilə təyin olunmuş sertifikasiya imtahanında anası özü bal topladı, digər xanımlardan 2 nəfər də özü bal topladı, lakin bir nəfər Bahar adlı müəllimə isə imtahandan kəsildi və onlara məlum oldu ki, Şahid1 dələduzluq edərək pulları ələ keçirmişdir. O, nə danışıbsa hamısı yalan olmuşdur. Onun da Tibb Kollecinə daxil olmağı barədə verdiyi vədə də əməl etməmiş, onu Kollecə qəbul etdirməmişdir. Ona məlum olmuşdur ki, atası ümumilikdə onun Kollecə qəbul olunmağına görə 5000 manat, anası Püstənin və digər 3 müəlilmənin sertifikasiya imtahanından keçmələri üçün isə hər birinə görə 9000 manatdan olmaqla ona görə verdiyi ilə birlikdə ümumilikdə 41000 manat pulu Şahid1 vermişdir. Sonra atası ondan pulları geri tələb edəndə Zaur atasına cəmi 8000 manat pul qaytarmışdır. Sonra həmin 3 nəfər qadınlar atasından polisə şikayətlər etmişlər və atası Bahar xanıma özündən 5000 manat pul ödəmişdir. Hazırda həmin qadınlar tez-tez onların yaşadığı evə gəlirlər və atasından pullarını tələb edirlər ki, pulu sənə vermişik. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, rəsmi olaraq Goranboy rayonu Suvarma Sistemləri İdarəsində, Kürəkçəy sahəsində mühəndis işləyir. Gəncə şəhər sakini, Şahid1 2023-cü ilin may ayından tanımışdır, belə ki, o özü əkin sahəsində taxıl əkib və onun satışı ilə məşğul olur. Zaur özü də onunla tanış olub, taxıl almaq istəyirdi. Ona görə də, o Gəncə şəhərində tez-tez onunla görüşürdü. Lakin, sonradan taxılın qiymətində razılaşmaları olmadığından o, ona taxıl satmamışdır. Buna baxmayaraq Zaurla münasibəti davam etmişdir. O, Zaurun ancaq taxıl alveri ilə məşğul olduğunu bilmişdir. Goranboy rayonu Düzqışlaq Kənd İcra nümayəndəsinin müavini işləyən Şahid7 2008-ci il tarixdən tanıyır. Onunla birlikdə icra hakimiyyətində işləmişdir və o vaxtdan yaxın münasibətləri olmuşdur. Goranboy rayonu Qaradağlı kəndində yaşayan, Təqsirləndirilən şəxs isə o, Rəşada görə tanımışdır. 2023cü ilin təxminən iyun ayında o, Rəşad və Təqsirləndirilən şəxslə Gəncə şəhərində görüşəndə, o onlara demişdir ki, onun Gəncə şəhərində taxıl işinə baxan tanışı var və onunla görüşməyə gedir. Bu zaman Rəşad ona demişdir ki, onun da dayısı Kürdəmir rayonunda Aqroparkda işləyir, onun taxılını da vermək olar, gedək o da onunla tanış olsun. O, öz avtomaşını ilə, Zaur və Rəşad isə Zaurun avtomaşını ilə onun arxasınca gəlmişlər və onlar Gəncə şəhərində yerləşən Ramada Plaza otelinin yanındaki çayxanada Şahid1 ilə görüşmüşlər. Orada o, Şahid1la Rəşadı və Təqsirləndirilən şəxs tanış etmişdir. Rəşad və Təqsirləndirilən şəxs Şahid1la tanış olduqdan sonra bir-birinin telefon nömrələrini götürmüşlər. Bundan sonra o, bir daha Rəşad və Təqsirləndirilən şəxslə birlikdə Şahid1la görüşməmişdir. İş üzrə ifadəsi alınmış Təqsirləndirilən şəxs ifadəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun və Rəşadın vasitəsi ilə tanımış, hər ikisi biləndə ki, o qızını Tibb Kollecinə qəbul etdirmək istəyir, lakin ona kömək edəcək adam tapa bilmir, o və Rəşad ona demişdir ki, Gəncə şəhərində Zaur adlı adam tanıyırlar. Həmin şəxs universitetə, kollecə, istənilən şəxsi qəbul etdirir, onun imkanları genişdir. Sonra Rəşad ona deyib ki, sənin qızının işini danışmışıq, Şahid1 5000 manat müqabilində bu işi həll edir. Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayının əvvəlində onunla və Rəşadla birlikdə Gəncə şəhəri Ramada Plaza otelin yanında yerləşən çayxanada Şahid1la görüşmüş və onların yanında o, Şahid1 5000 manat pul verib. Şahid1 deyib ki, onun qızının işini Təhsil İdarəsində şöbə müdiri vəzifəsində işləyən oğlu Fərid vasitəsi ilə düzəldəcək. Bu barədə göstərir ki, Təqsirləndirilən şəxs yalan ifadə verir. Təqsirləndirilən şəxs Şahid1la qızının işinin həll edilməsi ilə bağlı aralarında olan danışıqlarda və 5000 manat pul verilməsində o iştirak etməmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, onu Şahid1la o tanış etmişdir, onun pulunu aldadaraq ələ keçirib, ondan pulunu alsın və qaytarsın, yoxsa polisə şikayət edib deyəcək ki, pul verəndə o da yanında olmuşdur. Hətta bir neçə dəfə o hiss etmişdir ki, onun səsini Təqsirləndirilən şəxs telefona yazır, o dirənirdi ki, yox sən bilirsən ki, o Şahid1 qızının işinin həll edilməsi üçün 5000 manat pul vermişdir. O da ona demişdir ki, o taxıl işi ilə bağlı birilkdə olanda onu və Rəşadı Şahid1la tanış etmişdir. O hər dəfə onunla danışanda eləcə deyir ki, yox, qızının işinə görə 5000 manat pulu onun və Rəşadın yanında vermişdir, o da deyib ki, elə olmayıb, onun yanında Zaura pul verməmişdir, pulunu get özün al, o da deyir ki, bilmirəm məni Zaurla sən tanış etmisən ona de mənim pullarımı qaytarsın. Amma bir daha bildirir ki, onun və Rəşadın yanında Təqsirləndirilən şəxs Şahid1 pul verməmişdir. Onun da Şahid1la Təqsirləndirilən şəxs tanış etməkdə hər hansı bir marağı olmamışdır, Şahid1 Təqsirləndirilən şəxs müəllimlərin işinə görə pul almasını o sonradan bilmişdir. Zaur onun yanına gəlib, onu Şahid1la ilk dəfə o tanış etdiyinə görə ondan tələb edib ki, o da Şahid1la danışsın ki, pulu qaytarsın. Ona Şahid1 pul verməmişdir, bir daha bildirir ki, o taxıl məsələsinə görə Rəşad və Təqsirləndirilən şəxs Şahid1la tanış etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, rəsmi olaraq Goranboy rayonu Düzqışlaq kənd inzibati ərazi dairəsində nümayəndənin müavini vəzifəsində işləyir. Göstərir ki, Şahid5 2008-ci ildən tanyır, aralarında yaxın münasibəti vardır. Goranboy rayonu Qaradağlı kənd sakini Təqsirləndirilən şəxs isə təxminən 2022-ci ilin əvvələrindən tanımışdır. Gəncə şəhər sakini, Şahid1 isə 2023-cü ilin iyun ayından Samirin vasitəsi ilə tanımışdır. Bələ ki, 2023-cü ilin təxminən iyun ayında o, Təqsirləndirilən şəxslə Gəncə şəhərində çayxanada olanda Samirdə onların yanına gəlmiş və görüşəndə, Samir onlara demişdir ki, onun Gəncə şəhərində taxıl işinə baxan tanışı var və gedir onunla görüşməyə. Bu zaman o da Samirə demişdir ki, onun da dayısı Kürdəmir rayonunda Aqroparkda işləyir, onun taxılını da vermək olar, gedək o da onunla tanış olsun. Samir öz avtomaşını ilə, o isə Zaurun VAZ 2106 markalı avtomaşını ilə Samirin arxasınca Gəncə şəhərində yerləşən Ramada Plaza otelinin yanındaki çayxanaya gəlmişlər. Orada o ilk dəfə idi ki, Şahid1 ilə görüşürdü. Orada Samir onu və Təqsirləndirilən şəxs Şahid1la tanış etmişdir. O, Şahid1 bildirmişdir ki, onun dayısının Kürdəmirdə taxılı var, onun satılmasına köməklik edə bilərmi, o da əlaqə saxlayaraq demişdir. Rəşad da o barədə Şahid1la söhbət etmişdir. Həmin vaxt onlar taxıl məsələsindən başqa başqa heçnədən danışmamışlar. Təqsirləndirilən şəxs Şahid1 demişdir ki, “olar sizin telefon nömrənizi götürüm, sizinlə mənim işim olacaq”, o da öz nömrəsini Təqsirləndirilən şəxs vermişdir. O, yalnız bir dəfə Rəşad Nağıyev, Samir və Şahid1la birlikdə həmin vaxt görüşmüş və bundan sonra onlar heç vaxt bir yerdə görüşməmişlər. Sonradan Şahid1 taxılı ucuz qiymətə istədiyindən razılaşmaları olmamış və bir daha onunla əlaqə saxlamamışdır. İş üzrə ifadəsi alınmış Təqsirləndirilən şəxs ifadəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun və Samirin vasitəsi ilə tanımış, hər ikisi biləndə ki, o qızını Tibb kollecinə qəbul etdirmək istəyir, lakin ona kömək edəcək adam tapa bilmir, o və Samir ona demişdir ki, Gəncə şəhərində Zaur adlı adam tanıyırlar. Həmin şəxs universitetə, kollecə, istənilən şəxsi qəbul etdirir, onun imkanları genişdir. Sonra o, Zaura demişdir ki, “sənin qızının işini danışmışıq, Şahid1 5000 manat müqabilində bu işi həll edir.” Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayının əvvəlində onunla və Samirlə birlikdə Gəncə şəhəri Ramada Plaza otelin yanında yerləşən çayxanada Şahid1la görüşmüş və onların yanında Təqsirləndirilən şəxs Şahid1 5000 manat pul verib. Şahid1 deyib ki, onun qızının işini Təhsil İdarəsində şöbə müdiri vəzifəsində işləyən oğlu Fərid vasitəsi ilə düzəldəcək. Bu onu göstərir ki, Təqsirləndirilən şəxs yalan ifadə verir. Təqsirləndirilən şəxs Şahid1la qızının işinin həll edilməsi ilə bağlı aralarında olan danışıqlarda və 5000 manat pul verilməsində o, iştirak etməmişdir. O, təxminən 2023-cü ilin sentyabr ayının əvvələrində Gəncə şəhərində olanda Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng etmişdir ki, “hardasan səninlə görüşmək istəyirəm”, o da ona demişdir ki, “Gəncə şəhərindəyəm”. O da demişdir ki, parkda çayçıda görüşək. O, Zaurla görüşmüş və o ona demişdir ki, “zibilə düşmüşəm”. O da nə baş verdiyini soruşanda o, demişdir ki, “sizinlə birlikdə tanış olduğum Şahid1 telefonunu götürmüşdüm, onunla yaxından tanış olduq, birlikdə evlərimizə getdik, ailəvi yaxınlıq oldu, sonra Şahid1 mənə dedi ki, müəllimlərin sertifikasiya imtahanından istənilən şəxsi imtahansız keçirirəm və məndə bir neçə müəllimin pullarını alıb ona verdim və o da məni aldatmışdır”. Zaur ondan xahiş etmişdir ki, o da Şahid1la görüşsün və ona desin ki, onun pullarını qaytarsın, o isə Zaura demişdir ki, “məni xahiş edirəm narahat etmə, mənim yanımda pul verməmisən və necə gedib kimdənsə pul istəyə bilərəm, get özün öz işini həll et” və bundan sonra bir daha o, Zaurla danışmamışdır. O, yuxarıda göstərdiyi kimi Şahid1la və Təqsirləndirilən şəxslə cəmi bir dəfə birlikdə görüşmüş və onda da aralarında taxıl söhbəti olmuşdur, heç vaxt Şahid1 ona deməyib ki, o kimisədə işə düzəldə, instituta və kollecə düzəldə bilir. Onu da Şahid1la Samir tanış etmişdir, Samirlə də cəmi bir dəfə o, onu tanış edəndə Təqsirləndirilən şəxs yanlarında olmuşdur. Təqsirləndirilən şəxs özü yanlarında Şahid1 telefon nömrəsini alıb və sonra özü nə danışıb nəyə görə pul verib özü bilir, o həmin söhbətdə iştirak etməmişdir. Yalnız sonradan yuxarıda göstərdiyi kimi Təqsirləndirilən şəxs onunla görüşəndə bilmişdir ki, Təqsirləndirilən şəxs Şahid1 pul verib ki, müəllimləri sertifikasiya imtahanından keçirsin. Zaurun qızının Tibb Kollecinə daxil olmasına görə pul verdiyini bilməmiş, heç vaxt eşitməmişdir. Əğər Zaur qızına görə pul versəydi onu da ona deyərdi. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid3 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Şahid3 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərkən məlum oldu ki, onlar Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir; “Şübhəli şəxsin tutulması haqqında” 31 may 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə saat 15:00-da Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Gəncə şəhər Məhkəməsinin 4(125)-176/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir; “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə Goranboy rayon Məhkəməsində tərtib və təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona olan borcunu tamamilə ödəmişdir, buna görə təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir; Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə Goranboy rayon Məhkəməsində tərtib və təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona olan borcunu tamamilə ödəmişdir, buna görə təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir; Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixdə Goranboy rayon Məhkəməsində tərtib və təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona olan borcunu tamamilə ödəmişdir, buna görə təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin, bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda, həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxslərə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qsimində nəzərə alına bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - zərərçəkmiş şəxslərlə barışması və onlara dəymiş ziyanı tam ödəməsi; -qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarına əlavə olunmuş Goranboy RİHB-nin Qaradağlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 iyun 2024-cü il tarixli xasiyyətnamə). Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhər Məhkəməsinin 4(125)-176/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 16:00-da Gəncə şəhər BPİnin İTİ-nin qərarı ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 01 iyu 2024-cü il tarixdə azad olunsa da, onun azadlığının faktiki məhdudlaşdırılması 24 saatdan artıq olmuşdur. Bununla da məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından 2 (iki) gün çıxılmalıdır (həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 69.3-cü maddəsinə əsasən, şübhəli şəxs qismində saxlamanın (xx.xx.2024-cü il saat 15:00-dan xx.xx.2024-cü il tarixdə saat 16:00-dək) bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, iş üzrə maddi sübutlar - cinayət işinə əlavə edilmiş Şahid1 məxsus mobil telefon nömrəsində olan məlumatlar əks olunmuş 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs təqdim etdiyi, onunla Şahid5 arasında aparılan danışıqlar əks olunmuş 01 ədəd DVD disk, Şahid1 arvadı X1 Şahid4 göndərmiş olduğu səs yazıları əks olunmuş 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 31 may 2024-cü il tarixdən 01 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulması nəzərə alınaraq, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs üzərinə Goranboy rayonu Qaradağlı kəndində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun, Göygöl rayonunun və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - cinayət işinə əlavə edilmiş Şahid1 məxsus mobil telefon nömrəsində olan məlumatlar əks olunmuş 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs təqdim etdiyi, onunla Şahid5 arasında aparılan danışıqlar əks olunmuş 01 ədəd DVD disk, Şahid1 arvadı X1 Şahid4 göndərmiş olduğu səs yazıları əks olunmuş 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №1(045)-42/2025
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-42/2025
16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver