Məhkəmə qərarları › İş №1(045)-44/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-44/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-44/2024 04.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, dövlət ittihamçısı – rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Goranboy rayonu Nadirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Goranboy rayonu Nadirkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan - barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 mart 2024-cü il tarixdə saat 15:45 radələrində nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə əsasında idarə etdiyi Vaz 21061 minik markalı 99- RZ- 621 dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Nadirkənd kəndi ərazisində, kəndarası yolda hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobili torpaq örtüklü yaş yol şəraitində idarə edərkən avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda bunlara riayət etməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozması səbəbindən avtomobilin idarəetməsini itirərək hərəkəti istiqamətində əvvəlcə sağ hissədə yerləşən taxta materialdan olan elektrik dirəyinə, sonra eyni istiqamətdə hərəkət edib 27 metr məsafə qət edərək, yolun sol kənarındakı kənd sakini Şahid məxsus həyətyanı sahənin əhatə olunduğu çay daşından hörülmüş hasara çırpılmasına, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə sərnişin olan X3 döş qəfəsinin sağ yarısının qançırı və divar aralığında küt travması, sağ ll-lll-İV-V qabırğanın sınığı, sağ ağ ciyərin orta payının cırılması, döş qəfəsi boşluğunda qanitirmənin olması, daxili üzvlərin azqanlığı, sol yanaq nahiyəsinin yarası ilə nəticələnən həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına, sonuncunun sağ ağciyərin cırılması nəticəsində baş vermiş kəskin daxili qan itirməsi nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 8-9 ay olar ki, “VAZ 21061” markalı, **-RZ-*** dövlət nömrə nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. Onun avtomobil idarə etmək üçün “B1,B,C1,C” kateqoriyalı, BD114971 nömrəli sürücülük vəsiqəsi vardır, uzun müddətdir ki, avtomobil idarə etməyi bacarır. 19 mart 2024-cü il tarixdə yaşadığı Goranboy rayonu Nadirkənd kəndində olan çayxanaya getmiş, o, orada çay içən zaman X7 ona “mənə bir bakal pivə ala bilərsənmi” demiş, o, çayxananı işlədən Xanlardan soruşmuş, o, pivənin qurtarmasını demişdir. Natiq ona “o zaman məni maşınla kəndə yerləşən digər çayxanaya apar” demiş, o, da Natiqin sərxoş olduğu üçün onun sözünü yerə salmamış ki, xətrinə dəyməsin. O, öz maşını ilə Natiqi kənddəki digər çayxanaya aparmış, Natiq orada iki bakal pivə içmiş, lakin o, orada heç nə içməmişdir. 19 mart 2024-cü il tarixdə təxminən saat 15:45 radələrində o, Natiqi öz maşını ilə aparmış ki sərxoşdur, yıxılmasın. Həmin vaxtda yağış yağırmış, yol palçıq olmuş, kəndin içərisində olan asfalt yoldan çıxıb torpaq yolla gedən zaman Natiq ona “ver maşını mən sürüm” demiş və sükana tərəf əl atmış, lakin o, buna imkan verməmiş və Natiqə “sakit dur” demiş və Natiqi itələmiş ki, yerində otursun, Natiqə imkan verməmiş ki sükandan tutsun, həmin vaxt maşında surət 10-15 km/saat olmuş, bu vaxt maşının arxa sağ tərəfi yolun sağ kənarında olan taxta işıq dirəyinə çırpılmış, maşın sürüşmüş, o, maşında idarə etməni itirmiş, maşın təxminən 25 metr qabaqda yolun sol kənarında olan Şahid çay daşından tikilmiş hasarına çırpılıb dayanmış, onun sinəsi süküna dəymiş və nəfəs almağı çətinləşmiş, nəfəs ala bilməmiş, Natiq də ona “maşını nə günə qoydun” demiş, sonra o, maşından düşmüş, oraya kənd sakinləri gəlməyə başlamış və kömək edib onu kənd sakinlərindən birinin avtomobili ilə rayon mərkəzi xəstəxanasına aparmışlar, Natiqi isə təcili tibbi yardım maşını ilə rayon mərkəzi xəstəxanasına aparmışlar. Onun idarə etdiyi avtomobildə Natiqdən başqa heç kim olmamışdır. O, idarə etdiyi avtomobillə öz hərəkət hissəsində yolun sağı ilə hərəkətdə olmuş, yol kəndarası torpaq yol olmuşdur. O, hadisədən əvvəl spirtli içki qəbul etməmiş və hadisə vaxtı sərxoş olmamışdır. O, yol nəqliyyat hadisəsinin qəfil olduğu üçün avtomobildə əyləci sıxa bilməmiş, sükanda idarə etmə itdiyi üçün o, sükanı düzəltmək istəsədə alınmamışdır. O, əlindən gələni etsə də hadisənin qarşısını ala bilməmişdir. O, idarə etdiyi avtomobilin hasara dəyib dayanmasını, avtomobilin yol nəqliyyat hadisəsi yerindən məsafə qət etmədiyini bildirmişdir. O, yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi “VAZ 21061” markalı, **-RZ-*** dövlət nömrə nişanlı avtomobilinin texniki cəhətdən saz vəziyyətdə olmasını və avtomobilində yük olmadığını bildirmişdir. Avtomobilində sərnişin qismində əyləşmiş mərhum Natiq avtomobildə qabaq sağ ön oturacaqda əyləşmişdir. O, hadisə baş verməmişdən öncə hərəkəti üçün təhlükə yaradan hər hansısa maneə ilə rastlaşmamış, sadəcə olaraq avtomobil yolun sağ ehtiyyat hissəsində olan taxta dirəyə dəyən zaman idarə etməni itirmiş və avtomobil hərəkət hissəsinin solunda olan hasara dəyib dayanmışdır. Həmçinin də hadisə anında kəndarası torpaq yol yağış yağdığı üçün yaş olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istəmiş və barışmışlar. Zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbi yoxdur. Bundan başqa himayəsində üç yetkinlik yaşına çatmayan övladı vardır. Bütün göstərilənləri nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, mərhum X7 onun əridir. O, 2011-ci ildə Natiqlə ailə həyatı qurmuş, birgə nigahlarından üç övladı xx.xx.2011 -ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Natiq vəfat edənədək onunla və övladları ilə birlikdə bir evdə yaşamışdır. Natiq vəfat edənədək rəsmi işi olmamış, günəmuzd işlərdə işləmişdir. xx.xx.2024-cü il tarixdə Natiq bayram olduğuna görə işə getməmiş evdə olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Natiq evdən çıxmış və kənddə olan çayxanaya gedəcəyini demişdir. Həmin gün yəni 19 mart 2024-cü il tarixdə saat 15 radələrində o, Natiqin kənddə həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21061” markalı **-RZ-*** dövlət nömrə nişanlı avtomobillə kənddaxili yolda sərnişin qismində hərəkətdə olan zaman avtomobilin yoldan çıxıb hasara dəyməsini və təcili yardım çağırılmasını eşitmişdir. Avtoqəza olan yer yaşadığı yerə yaxın olduğuna görə 3-4 dəqiqəyə avtoqəza olan yerə çatmış və Natiqin təcili tibbi yardım maşınına qoyulmasını görmüş, o, tez təcili yardım maşınına əyləşmiş və rayon mərkəzi xəstəxanasına gəlmişdir. Natiq yolda gələn zaman özündə olmamış, lakin o, Natiqin vəfat etməsini bilməmiş, xəstəxanaya çatanda orada Natiqin avtoqəza nəticəsində aldığı bədən xəsarətlərinin təsirindən ölməsini bilmişdir. Son olaraq təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona qarşı şikayətçi olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2011-ci ildən Goranboy Sukanal İdarəsində çilingər işləyir. Təqsirləndirilən şəxs və X7 onun həmkəndliləridir, onlarla münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır, qohumluq əlaqələridə yoxdur. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində o, yaşadığı evə gələndə küçədə təcili yardım maşını dayanmasını görmüş, tez həmin yerə getmiş və Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21061 markalı, **-RZ-*** dövlət nömrə nişanlı avtomaşını ilə onun yaşadığı evin darvazasından sonra olan çay daşından tikilmiş hasarı ilə toqquşmasını və maşının hadisə yerində dayanmasını görmüş, o, çatanda Natiq Abdıyev və Təqsirləndirilən şəxs təcili yardım maşını ilə oradan aparmışlar, təxminən 10 dəqiqə sonra ona məlumat gəlmiş ki, Natiq Abdıyev yolda gedərkən rəhmətə getmişdir. O, həmin vaxt yaşadığı evdə olmadığım üçün hadisənin şahidi olmamış, hadisə baş verəndən təxminən 30-40 dəqiqə sonra gəlib görmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi maşınla onun çay daşından tikilmiş hasarla toqquşması nəticəsində hasarından iki-üç ədəd daş düşmüş, buna görə ona heç bir maddi ziyanlıq vurulmamış, o, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığını və olmayacağını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 19 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Goranboy rayonunun Nadirkənd kəndi ərazisindədir. Hadisə yeri yaşayış məntəqəsi olmaqla, örtüksüz (torpaqlı), avtomobilin hərəkətdə olduğu yaş palçıqlıdır. Yolun hərəkət hissəsi bir zolaqlı olmaqla eni 7.30 metrdir. Yolun hərəkət hissəsi sağdan dəmir hasarla, soldan isə daş hasarlı əhatələnib. Eyni zamanda yolun sağ və sol hissəsində kənd tipli evlər mövcuddur. Sözügedən yol işıqlandırılmamışdır. Nəqliyyat vasitəsi hadisə zamanı yolun kənarında olan dirəyə və Şahid məxsus hasara çırpılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş“Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 63 nömrəli, 19 mart 2024-cü il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmişBD 114971 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi vardır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmişBD 158509 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1986-cı il buraxılışlı “VAZ 21061” minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətindədir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X6 mülkiyyətində olan “VAZ 21061” minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etmişdir. Etibarnamə xx.xx.2024-cü il tarixədək etibarlıdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Hürü adında, xx.xx.2013-cü il təvəllüdlü Mədinə adında və xx.xx.2020-ci il təvəllüdlü Ömər adında övladları vardır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon İHB-nın Nadirkənd kənd İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 29 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Hüquqi Şəxsin (meyitin ekspertizası) 19 mart 2024-cü il tarixli, 10 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, X3 meyidinin müayinəsi zamanı meyidində aşkar olunan xəsarətlər - döş qəfəsinin sağ yarısının qançırı və divar aralığında küt travması, sağ ll-lll-İV-V qabırğanın sınığı, sağ ağ ciyərin orta payının cırılması, döş qəfəsi boşluğunda qanitirmənin olması, daxili üzvlərin azqanlığı, sol yanaq nahiyəsinin yarası bərk KÜT alətin (lərin) təsiri nəticəsində eləcə də avtoqəza zamanı əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa AĞİR zərər vurmaya aid edilir. X1 ölümünə səbəb sağ ağciyərin cırılması nəticəsində baş vermiş kəskin daxili qan itirmə olmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Hüquqi Şəxsin Məhkəmə-kimya şöbəsinin 03 may 2024-cü il tarixli, 1433/k nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 22 may 2024-cü il tarixli, 8/1213 nömrəli rəyindən görünür ki, “VAZ 21061” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (Aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir); İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Sübutların qiymətləndirilməsi barədə 29 may 2024-cü il tarixli qərardan görünür ki, “VAZ 21061” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, tərəflər cinayət işi materialları və maddi sübutla tanış olduqdan sonra Təqsirləndirilən şəxs qaytarılacağı nəzərə alınmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübutun təhvil verilməsi barədə” 05 iyun 2024-cü il tarixli protokoldan görünür ki, maddi sübut kimi tanınmış “VAZ 21061” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin izahatı və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, hadisənin necə baş verdiyini əks etdirən videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: təqsirini etiraf etməsini və əməlindən peşman olmasını; zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbinin olmaması; müsbət xarakterizə olunmasını; himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan övladlarının olmasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (Azərbaycan Respublikası Cinayət Məcəlləsi-58.3), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, iş üzrə maddi sübut kimi tanınmış “VAZ 21061” minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm icraya yönəldilənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21061” minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (hesab: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, KOD 10005, VÖEN **********, Müxbir hesabı Az 41 NABZ013601**********3944, SWİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar