Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-47/2023 27.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy Rayon Məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1983-cü ildə Kəlbəcər rayonunun İlyaslar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Goranboy rayonunun Veyisli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 31 iyul 2017-ci il tarixdən hesablanmaqla 13 fevral 2011-ci il təvəllüdlü X2, 07 may 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 85,00 manat olmaqla, cəmi 170,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(045)-1439/2017 saylı, 08 noyabr 2017-ci il tarixli və 300 manat dəyərində bir ədəd qızıl boyunbağı, 200 manat dəyərində bir ədəd qızıl qolbağı, 150 manat dəyərində bir ədəd sırğa dəsti (1 ədəd üzük daxil olmaqla), 150 manat dəyərində iki ədəd qızıl üzük, cəmi 800 manat məbləğində qızıl-zinət əşyaları və ya onların dəyəri cavabdeh Təqsirləndirilən şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi dair həmin məhkəmənin qanuni qüvvəyə minmiş 2(045)-290/2019 saylı, 04 aprel 2019-ci il tarixli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Goranboy Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 3(045)-494/2018 saylı, 12 noyabr 2020-ci il tarixli, 3(045)-636/2020 saylı qərarları ilə müvafiq olaraq 10 gün və 12 gün müddətlərinə inzibati qaydada həbs edilmiş və icra sənədlərindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(045)-1439/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən 7695,00 manat manat məbləğində aliment borcunu və həmin məhkəmənin qanuni qüvvəyə minmiş 2(045)-290/2019 saylı, 04 aprel 2019-ci il tarixli qətnaməsi üzrə cəmi 800 manat dəyərində qızıl-zinət əşyaları və ya onların dəyərini Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2010-cu ildə nikah rəsmiləşdirilərək ailə həyatı qurmuşdur. Onlar evli olduğu müddətdə 13 fevral 2011-ci il təvəllüdlü X5, 07 may 2005-ci il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. Nikahda olduğu müddətdə Zərərçəkmiş şəxs ilə yola getmədiklərindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da uşaqları anası Zərərçəkmiş şəxs himayəsində yaşamışdır. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış və Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən ondan 31 iyul 2017-ci il tarixdən hesablanmaqla 13 fevral 2011-ci il təvəllüdlü X2, 07 may 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 85,00 manat olmaqla, cəmi 170,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Daha sonra Zərərçəkmiş şəxs qızılzinət əşyaları tələbinə dair ona qarşı məhkəmədə iddia qaldırmış və Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(045)-290/2019 saylı, 04 aprel 2019-ci il tarixli qətnaməsinə əsasən 300 manat dəyərində bir ədəd qızıl boyunbağı, 200 manat dəyərində bir ədəd qızıl qolbağı, 150 manat dəyərində bir ədəd sırğa dəsti (1 ədəd üzük daxil olmaqla), 150 manat dəyərində iki ədəd qızıl üzük, cəmi 800 manat məbləğində qızıl-zinət əşyaları və onların dəyəri ondan alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdi. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Goranboy rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Goranboy Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli və 12 noyabr 2020-ci il tarixli qərarları ilə müvafiq olaraq 10 gün və 12 gün müddətlərinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də maddi imkanım kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə təqdimat verilən günə, yəni xx.xx.2022-ci tarixədək 7695,00 manat aliment borcu yığılıb qalmışdır. O, Zərərçəkmiş şəxs qızıl-zinət əşyalarının bir hissəsini uşağın müalicəsi üçün satıb xərclədiyini, qalan hissəsini isə anasında qaldığını və 2019-cu ildə anası rəhmətə getdiyi üçün anasının qızılları nə etdiyini bilmədiyini, övladına baxmalı olduğunu dərk etdiyini, sadəcə qətnamədə qeyd edilən aliment məbləğinin çox olduğuna görə qətnamə ilə razı olmadığını, təqdimat verilən vaxta qədər yaranmış aliment borcundan heç bir ödəniş etmədiyini, fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu, yəni usta işlədiyini və aylıq gəlirinin 250,00-300,00 manat təşkil etdiyini və məşğulluq mərkəzindən təklif olunan işlərin əməkhaqqı az olduğuna görə müraciət etmədiyini ifadəsində bildirmişdir. Həmin ifadəsini hazırda da təsdiq edir. O alimenti bundan sonra da tam ödəməyəcək, hissə-hissə ödəyəcəkdir. Məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olub, ailə həyatı qurmuş və 13 fevral 2011-ci il təvəllüdlü X5, 07 may 2005-ci il təvəllüdlü X7 adında uşaqları anadan olmuşdur. Onlar evli olduğu müddətdə Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur və qazancı 400-500 manat təşkil edirdi. Həmin müddətdə onlar Təqsirləndirilən şəxs Goranboy rayonu, Veysili kəndində olan evində birlikdə yaşamışlar. O, nikahda olduğu müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görədə ayrılmaq qərarına gəlmiş və uşaqlar onun himayəsində qalmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O, isə uşaqları tək başına saxlaya bilmədiyindən 2017-ci ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış və Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 31 iyul 2017-ci il tarixdən hesablanmaqla 13 fevral 2011-ci il təvəllüdlü X2, 07 may 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 85,00 manat olmaqla, cəmi 170,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bundan əlavə ona məxsuz olan 300 manat dəyərində bir ədəd qızıl boyunbağı, 200 manat dəyərində bir ədəd qızıl qolbağı, 150 manat dəyərində bir ədəd sırğa dəsti (1 ədəd üzük daxil olmaqla), 150 manat dəyərində iki ədəd qızıl üzük, cəmi 800 manat məbləğində qızıl-zinət əşyalarınıda Təqsirləndirilən şəxs evdən çıxıb getdikdən sonra qaytarmamış və qızıl-zinət əşyalarının tələbinə dair Goranboy Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin qanuni qüvvəyə minmiş 04 aprel 2019-ci il tarixli qətnaməsinə əsasən 300 manat dəyərində bir ədəd qızıl boyunbağı, 200 manat dəyərində bir ədəd qızıl qolbağı, 150 manat dəyərində bir ədəd sırğa dəsti (1 ədəd üzük daxil olmaqla), 150 manat dəyərində iki ədəd qızıl üzük, cəmi 800 manat məbləğində qızıl-zinət əşyaları və onların dəyəri cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Goranboy rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsədə, aylıq ödəməli alimenti ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Goranboy Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 12 noyabr 2020-ci il tarixli qərarları ilə müvafiq olaraq 10 gün, 12 gün inzibati qaydada həbs edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də ödəməli olduğu aylıq alimenti ödəməmiş, yəni Goranboy rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən 7695,00 manat ödənməmiş aliment borcu yaranmışdır. Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 04 aprel 2019-ci il tarixli qətnaməsinə əsasən 300 manat dəyərində bir ədəd qızıl boyunbağı, 200 manat dəyərində bir ədəd qızıl qolbağı, 150 manat dəyərində bir ədəd sırğa dəsti (1 ədəd üzük daxil olmaqla), 150 manat dəyərində iki ədəd qızıl üzük, cəmi 800 manat məbləğində qızılzinət əşyaları və onların dəyəri cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona verilməsinə dair icra sənədi üzrə isə heç bir ödəniş etməmişdir. Bu müddət ərzində övladı ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. O, oğlu Əmrah Həşimovun əqli xəstə olduğunu və mualicəyə ehtiyacı olduğunu, Təqsirləndirilən şəxs uşağın xəstəliyi ilə əlaqədar ona heç bir köməklik göstərmədiyini ifadəsində bildirmişdir. Təqsirləndirilən şəxs icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş 2(045)-1439/2017 nömrəli icra sənədinə əsasən, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay Təqsirləndirilən şəxs 1 uşaq üçün 85 manat olmaqla, 2 uşaq üçün ümumilikdə 170 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Goranboy Rayon icra və probasiya Şöbəsində xx.xx.2018-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs barəsində xx.xx.2018-ci il tarixdə inzibati protokol tərtib edilərək Goranboy Rayon Məhkəməsinə təqdim edilmişdir, nəticədə borclu nəticədə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Aparılmış icra tədbirləri nəticəsində müəyyən edilmişdir ki, borclu Təqsirləndirilən şəxs əlilliyə görə sosial müavinət alır. Tələbin könüllü qayadada icrasını təmin etmək məqsədilə borclunun sosial müavinətinin 70%-nin tələbkarın xeyrinə tutulması məqsədilə DSMF-nun Kəlbəcər rayon Şöbəsinə yönəlmə edilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş 2(045)-290/2019 nömrəli icra sənədinə əsasən, 300 manat dəyərində bir ədəd qızıl boyunbağı, 200 manat dəyərində bir ədəd qızıl qolbağı, 150 manat dəyərində bir ədəd qızıl sırğa dəsti (1 ədəd üzük daxil olmaqla), 150 manat dəyərində iki ədəd qızıl üzük, 800 manat məbləğində qızılzinət əşyaları və ya onların dəyəri cavabdeh Təqsirləndirilən şəxs alınara iddiaçı X6 verilməlidir. Goranboy Rayon icra və probasiya Şöbəsində xx.xx.2019-cu il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə inzibati protokol tərtib edilərək Goranboy Rayon Məhkəməsinə təqdim edilmişdir, nəticədə borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 12 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Borclunun əlilllik müddəti xx.xx.2021-ci il tarixdə bitdiyindən sosial müavinətdən tutulma dayandırılmışdır. Hər iki tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyət elan olunmaqla yeni müddət verilmişdir. Lakin, borclu öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcları təmin etməmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş 2(045)-1439/2017 nömrəli icra sənədi üzrə aliment borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tələbkara ödəməli olduğu 10880,00 manat aliment pulundan cəmi hissə-hissə 3185,00 manat ödəmiş, 7695,00 manat isə borcu qalmışdır. Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş 2(045)- 290/2019 nömrəli icra sənədi üzrə isə borclu heç bir ödəniş etməmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, 2 dəfə inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs Şöbəyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. İş üzrə digər Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən aydın olur ki, o, iş üzrə digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(045)-1439/2017 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay Təqsirləndirilən şəxs 1 uşaq üçün 85 manat olmaqla, 2 uşaq üçün ümumilikdə 170 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş icra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Goranboy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(045)-1439/2017 saylı icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Goranboy Rayon Məhkəməsinin 8(045)-232/2018 saylı, 27 iyun 2018-ci il tarixli qərardadından görünür ki, Goranboy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(045)-1439/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1983-cü il tarixdə Kəlbəcər rayonunun İlyaslar kəndində anadan olmuş, orada qeydiyyatda olan və Goranboy rayonunun Yeni Veyisli qəsəbəsində məskunlaşan borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 3(045)-494/2018 nömrəli, 31 iyul 2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(045)-290/2019 nömrəli qətnaməsindən görünür ki, 300 manat dəyərində bir ədəd qızıl boyunbağı, 200 manat dəyərində bir ədəd qızıl qolbağı, 150 manat dəyərində bir ədəd qızıl sırğa dəsti (1 ədəd üzük daxil olmaqla), 150 manat dəyərində iki ədəd qızıl üzük, 800 manat məbləğində qızılzinət əşyaları və ya onların dəyəri cavabdeh Təqsirləndirilən şəxs alınara iddiaçı X6 verilməlidir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2019-cu il tarixli “İcraata başlamaq haqqında” Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(045)-290/2019 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 3(045)-636/2020 nömrəli, 12 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 12 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 27 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Qətimkan tədbiri seçilməsi haqqında” 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 1(045)-47/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və məhkəmə baxışının gedişatında tədqiq edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, Həşimov X4 Rayon Məhkəməsinn xx.xx.2017-ci il tarixli, 2(045)-1439/2017 nömrəli və xx.xx.2019-cu il tarixli, 2(045)-1439/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Goranboy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə və və xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 12 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, və xx.xx.2022-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(045)-1439/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən 7695,00 manat manat məbləğində aliment borcunu və həmin məhkəmənin qanuni qüvvəyə minmiş 2(045)-290/2019 saylı, 04 aprel 2019-ci il tarixli qətnaməsi üzrə cəmi 800 manat dəyərində qızıl-zinət əşyaları və ya onların dəyəri tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012ci il tarixli Qərarında həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 10 iyul 2023-cü il tarixdən hesablansın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(045)-47/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-47/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver