Məhkəmə qərarları › İş №1(045)-48/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-48/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-48/2023 22.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X15 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, dövlət ittihamçısı – rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 dekabr 2022-ci il tarixdə saat 12:45 radələrində baş etibarnamə əsasında faktiki sahiblik hüququ olan Gelly MK minik markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili Naftalan-Səfikürd yolunun Goranboy rayonu Səfikürd kəndi ərazisindən keçən 4-cü kilometrliyi ilə Naftalan şəhəri istiqamətində 70-80 km/saat sürətlə hərəkət etdirərkən, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən ayırmamalı, hərəkət zamanı təhlükəsizliyi təmin etməyən hərəkətlər etməməli, avtomobili öz zolağı ilə hərəkət etdirməli və əks istiqamətli nəqliyyat axınlarını ayrıan 1.1 üfüqi nişanlama xəttini kəsərək qarşı hərəkət zolağına çıxarmamalı olduğu halda bunlara riayət etməyərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, idarə etdiyi avtomobillə əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlama xəttini kəsməklə qarşı hərəkət zolağına çıxıb hərəkətini davam etdirərkən idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə onunla əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ-21099 minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi arasında hərəkəti istiqamətində yolun solundan sağına doğru 1,2 metr məsafədə hərəkət hissəsinin üzərində toqquşmanın baş verməsinə, nəticədə ehtiyatsızlıqdan VAZ-21099 minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan X8 döş qəfəsinin və divar aralığında küt travması, İİ-V qabırğanın sınığı, sağ ağ ciyərin orta payının cırılması, döş qəfəsi boşluğuna qanitirmənin olması, daxili üzvlərin azqanlığı, döş qəfəsində geniş qançırı sağ bud sümüyünün sınığı, sağ əlin çoxsaylı sıyrığı, ilə nəticələnən həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməsinə, sonuncunun ağ ciyərin cırılması nəticəsində baş vermiş kəskin daxili qan itirmə nəticəsində hadisə yerində ölməsinə, VAZ-21099 minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sol qalça sümüyünün cismi və qanadının qəlpəli sınığı, sol qasıq və oturaq sümüklərinin cisimlərinin qəlpəli sınıqları, sol bud sümüyünün ön doğru yarımçıxığı müştərək travma, döş qəfəsinin küt travması, sağ tərəfli İ-Vİİ qabırğaların yerdəyişmiş sınıqları, hər iki ağciyərdə pnevmatoraks ilə nəticələnən həyat üçün təhlkəli olan sağlamlığına ağır zərər, həmin avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs4 sol baldır sümüyünün sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər, özünün idarə etdiyi avtomobildə olan sərnişinlərdən Zərərçəkmiş şəxs2 açıq kəllə beyin travması, alın sümüklərinin sınığı, alın nahiyəsinin əzilməsi burun sümüklərinin sınığı, pnemosepalgiya travmatik hemoragik şok, İİ-İİİ dərəcəli serebral koma, TH 4 fəqərəsinin, L5 fəqərəsinin sol yan çıxıntılarının, sağ çanaq, oturaq sümüklərinin qapalı sınığı, alın nahiyəsinin çapılmış yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər və Zərərçəkmiş şəxs3 çanaq bud sümüklərinin küt travması, çanaq sümüyünün sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gelly MK minik markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili baş etibarnamə əsasında idarə edir. 11 dekabr 2022-ci il tarixdə qaynı İlhamın qızının Goranboy rayonu Tapqaraqoyunlu kəndində toy məclisi təşkil olunmalı olmuş, həmin məclisə qız evi olaraq ailə üzvləri ilə birlikdə dəvətli olduğu üçün 10 dekabr 2022-ci il tarixdə Gəncə şəhərindən arvadı və qızı ilə birlikdə özünə məxsus Gelly MK minik markalı avtomobillə çıxıb Goranboy rayonu Şahməmmədli kəndinə qaynı İlhamın evinə gəlmiş, bundan sonra isə həmin gün qaynı İlhamın evində qalmışlar. Növbəti gün yəni 11 dekabr 2022-ci il tarixdə isə qaynı İlhamın qızının toy məclisi olduğu üçün həmin gün saat təxminən 11:30 radələrində Tapqaraqoyunlu kəndindən olan oğlan evi qaynı İlhamın Şahməmmədli kəndində yaşadığı evə gəlmişlər. Bundan sonra el adətinə uyğun olaraq qaynı qızı yaşadığı Şahməmmədli kəndindən ər evinə avtomobillə Tapqaraqoyunlu kəndinə yola salınmış, bunun ardınca isə digər avtomobillər bəy və gəlin avtomobilini müşaiət etməyə başlamışlar. O da özünə məxsus Gelly MK minik markalı avtomobili işə salmış, həmin vaxt arvadı Günel avtomobil arxa sol oturcaqda, qızı Aysu avtomobildə sağ arxa oturacaqda, qaynı İlhamın oğlu Nizami isə avtomobildə sağ ön oturacaqda əyləşmiş, o da avtomobili hərəkətə gətirib toy karvanında olan avtomobillərin ardınca Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində idarə etməyə başlamış, toy karvanında Gelly MK minik markalı avtomobilini orta hissədə idarə etmiş, yəni onun idarə etdiyi avtomobilin önündə və arxa tərəfində digər avtomobillər Tapqaraqoyunlu kəndi istiqamətində hərəkət etmiş, Naftalan-Səfikürd yolunun Goranboy rayonu Səfikürd kəndi ərazisindən keçən hissəsi ilə Gelly MK minik markalı avtomobilini 70-80 km/saat sürətlə hərəkət etdirən zaman Naftalan şəhərinə çatmamış yolun döngəli hissəsində qəflətən qarşıdan gələn Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 21099 minik markalı avtomobillə toqquşmuş, zərbənin təsirindən onun idarə etdiyi avtomobil fırlanmış və getdiyim yolun sol tərəfinə, yoldan kənara düşüb dayanmış, onun arxasınca gələn avtomobillər dayanmışlar və onu avtomobildən çıxarmışlar. Sonra hadisə yerinə çağrılan təcili yardım avtomobili onları Goranboy rayon mərkəzi xəstəxanasına aparmış, hadisə nəticəsində özü və avtomobilində olanlar xəsarət almış, lakin səhvən oğlu Ayxanın da avtomobildə xəsarət alması xəstəxanada olan zaman deyilmiş, oğlu Ayxan isə faktiki olaraq hadisə zamanı onun idarə etdiyi avtomobildə olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində hadisədən əvvəl Səfikürd kəndi ərazisində idarə etdiyi avtomobillə digər avtomobillərin karvanı ilə öz hərəkət zolağı ilə hərəkət edən zaman yolun döngəli hissəsində qəflətən idarə etdiyi avtomobilin qarşıdan gələn digər avtomobillə yəni Vaz 21099 minik markalı avtomobillə toqquşduğunu və zərbədən fırlanıb, yolun sol kənarına düşdüyünü, idarə etdiyi avtomobili əks hərəkət zolağına çıxarmağını və bu səbəbdən də toqquşmanın baş verməsini xatırlamadığını, bununla yanaşı hadisə yerində idarə etdiyi Gelly MK minik markalı avtomobilin sağ və sol təkərlərinə aid tormoz izi aşkar edilməsi ilə bağlı konkret bir nüans xatırlamadığı üçün fikir deyə bilmədiyini, hadisənin ani bir vaxtda baş verdiyini, yəni avtomobil karvanı ilə hərəkət edərkən yolun döngəli hissəsində qəflətən qarşıdan gələn Vaz 21099 minik markalı avtomobil ilə onun avtomobilinin toqquşduğunu, həmin vaxt avtomobili ilə toqquşan Vaz 21099 minik markalı avtomobilin hansı məsafədən gəlməsini görmədiyini, idarə etdiyi Gelly MK minik markalı avtomobilin önündə və arxasında hərəkət edən avtomobillərin arasında nə qədər məsafə olmasını xatırlamadığını, hadisədən əvvəl idarə etdiyi Gelly MK minik markalı avtomobildə yük olmadığını, eyni zamanda hadisə zamanı idarə etdiyi avtomobildə üç nəfər sərnişin olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, hadisənin baş verməsində onun günahı vardır. Zərərçəkmiş şəxsin hüquqi varisindən və digər zərərçəkmiş şəxslərdən nə ehtiyat edib üzr istəmiş nə də hər hansı maddi köməklik göstərmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs5 izahatında göstərmişdir ki, X11 qardaşıdır, qardaşı Pərvizlə eyni ünvanda və eyni evdə yaşamışlar. Pərviz evli olduğu üçün üç qız övladı vardır. 11 dekabr 2022-ci il tarixdə səhər saatlarında Pərviz həyat yoldaşı İlhamə və böyük qızı Bibixanımla Naftalan şəhərinə həkimə getmişlər. Pərviz və ailə üzvləri həmkəndliləri Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ-21099 minik markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə getmişlər. 11 dekabr 2022-ci il tarixdə təxminən saat 12:45 radələrində qardaşı Pərviz və onun ailə üzvləri Dünyamalının VAZ-21099 minik markalı avtomobili ilə Naftalan şəhərindən Samux rayonu Sərkar kəndinə qayıdarkən Goranboy rayonu Səfikürd kəndi ərazisində qarşıdan gələn başqa bir avtomobillə Dünyamalının idarə etdiyi Vaz-21099 minik markalı avtomobil toqquşmuş, nəticədə qardaşı Pərviz vəfat etmiş, sürücü Dünyamalı və həmin avtomobildə olan qardaşının həyat yoldaşı İlhamə və qızı Bibixanım xəsarətlər almışlar. Həmin vaxt işi ilə əlaqədar Bakı şəhərində olmuş, xəbəri təxminən saat 14 radələrində eşitmiş və evinə qayıtmış, evinə qayıdarkən qardaşı Pərvizi evə gətirmişlər. Hadisənin necə baş verməsini görməmiş, ancaq qardaşı Pərviz və ailə üzvlərinin olduğu həmkəndliləri Dünyamalının idarə etdiyi VAZ-21099 minik markalı avtomobil Naftalan şəhərindən qayıdarkən qarşıdan gələn Gelly MK minik markalı avtomobil VAZ-21099 minik markalı avtomobilin yoluna çıxıb, vurmasını nəticədə hadisə baş verdiyini eşitmişdir. Son olaraq təqsirləndirilən şəxslə barışıq əldə etmədiyini, təqsirləndirilən şəxsin barışığa, vurulmuş ziyanın ödənilməsinə cəhd etmədiyini, ona qarşı şikayətçi olduğunu, qanunla müəyyən edilmiş qaydada ən ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Vaz 21099 minik markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 11 dekabr 2022-ci il tarixdə Samux rayonu Sərkar kəndində yaşayan qohumları Pərviz, Pərvizin arvadı İlahə və qızları Bibixanımı Naftalan şəhərinə aparmalı olmuş,belə ki, Pərviz və arvadı İlhamə qızları Bibixanımı Naftalan şəhərinə həkim müayinəsinə aparmaq istəmişlər. Odur ki, 11 dekabr 2022-ci il tarixdə səhər saatlarındaq Pərviz, arvadı İlhamə və qızları Bibixanımı özünə məxsus Vaz 21099 minik markalı avtomobillə Samux rayonu Sərkar kəndindən götürüb Nafatalan şəhərinə aparmış, bir müddət sonra Naftalan şəhərinə çatmışlar.Orada Pərviz və arvadı İlhamə qızları Bibixanımı həkim müayinəsinə aparmışlar. O da onları gözlməmiş, bir qədər sonra Pərviz, arvadı İlhamə və qızları Bibixanım gəlib ona məxsus Vaz 21099 minik markalı avtomobildə əyləşmişlər. Həmin vaxt Pərviz avtomobildə sağ ön oturacaqda, İlhamə sağ arxa oturacaqda, Bibixanım isə arxa sol oturacaqda əyləmiş, o da avtomobili işə salıb idarə etməyə başlamış, Pərviz qızı Bibixanım üçün dərman preparatı almalı olduğuna görə avtomobili Naftalan şəhərində fəaliyyət göstərən aptek istiqamətində idarə etmiş, bundan sonra isə Pərviz qızı Bibixanım üçün avtomobidən düşüb aptekə daxil olaraq dərman preparatı almış, sonra isə Pərviz gəlib ona məxsus Vaz 21099 minik markalı avtomobildə sağ ön oturacaqda əyləşmiş, o da avtomobili işə salıb Naftalan şəhəri ərazisi ilə Goranboy rayonu istiqamətində idarə etməyə başlamış, Goranboy rayonu Səfikürd kəndi ərazisində Vaz 21099 minik markalı avtomobili Goranboy rayonu istiqamətində təxminən 50-55 km/saat sürətlə hərəkət etdirən zaman yolun döngəli hissəsində təxminən 40-50 metr məsafədən Gelly MK minik markalı avtomobilin onun hərəkət zolağına çıxaraq sürətlə hərəkət etdiyini görmüş, toqquşma olmasın deyə idarə etdiyi Vaz 21099 minik markalı avtomobili bir qədər sağa doğru meyilləndirsə də Gelly MK minik markalı avtomobilin ön hissəsi ilə onun idarə etdiyi avtomobilin ön hissəsi toqquşmuş, toqquşmadan sonra huşunu itirdiyi üçün baş verənləri xatırlamır, özünə gəldikdə Gəncə şəhərində xəstəxanada olmuş, sonradan isə hadisə zamanı xəsarət aldığı üçün müayinə və müalicə olunmuşdur. Eyni zamanda Zərərçəkmiş şəxs1 ifadəsində Səfikürd kəndi ərazisində yolun döngəli hissəsi ilə hərəkətini 50-55 km/saat sürətlə hərəkət etdirən zaman təxminən 40-50 metr məsafədən Gelly MK minik markalı avtomobilin onun hərəkət zolağına çıxdığını gördüyünü, həmin vaxt hərəkəti üçün təhlükə yarandığını, toqquşma olmasın deyə avtomobili bir qədər sağa doğru çəkdiyini, lakin yolun sağ hissəsi dərə olduğu üçün avtomobilitam sağa çəkə bilmədiyini, buna görə də Gelly MK minik markalı avtomobilin ön hissəsi ilə onun idarə etdiyi avtomobilin ön hissəsinin toqquşduğunu, hadisə baş verməmişdən öncə öz hərəkət zolağı ilə təxminən 50-55 km/saat sürətlə hərəkətini davam etdirdiyini, təxmini olaraq 40-50 metr məsafədən Gelly MK minik markalı avtomobilin onun hərəkət zolağına çıxdığını gördüyünü, hərəkəti üçün təhlükənin həmin anda yarandığını, konkret olaraq Gelly MK minik markalı avtomobilin hansı məsafədən onun hərəkət zolağına çıxmasını deyə bilmədiyini, sadəcə olaraq hadisə baş verməmişdən öncəki anda təxminən 40-50 metr avtomobillərin arasında məsafə olmasını xatırladığını, həmin məsafənin isə daha dəqiq olmasını isə konkret olaraq hadisə yerində belə olsa göstərə bilməyəcəyini, çünkü hadisədən sonra huşunu itirdiyini və hadisə anında baş verənləri tam xatırlaya bilmədiyini, hadisədən əvvəl Gelly MK minik markalı avtomobili gördüyü yeri də xatırlamadığını üçün həmin məsafəni göstərə bilməyəcəyini, hadisənin ani bir vaxtda baş verməsinə görə faktiki olaraq avtomobillər arasında məsafəni dəqiq qeyd edə bilməyəcəyini göstərmişdir. Son olaraq Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsin barışığa, vurulmuş ziyanın ödənilməsinə cəhd etmədiyini, Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirərək, sonuncuya ən ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Əri İlqarın özünə məxsus Gelly MK minik markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 11 dekabr 2022-ci il tarixdə qardaşı İlhamın qızının Goranboy rayonu Tapqaraqoyunlu kəndində toy məclisi təşkil olunacağı üçün həmin məclisə qız evi olaraq ailə üzvləri ilə dəvətli olduğu üçün 10 dekabr 2022-ci il tarixdə Gəncə şəhərindən qızı və əri ilə birlikdə ərinə məxsus Gelly MK minik markalı avtomobillə çıxıb Goranboy rayonu Şahməmmədli kəndinə qardaşı İlhamın evinə gəlmişlər. Bundan sonra isə həmin gün qardaşı İlhamın evində qalmışlar.Növbəti gün yəni 11 dekabr 2022-ci il tarixdə isə qardaşı İlhamın qızının toy məclisi olduğu üçün həmin gün saat təxminən 11:30 radələrində Tapqaraqoyunlu kəndindən olan oğlan evi qardaşı İlhamın Şahməmmədli kəndində yaşadığı evə gəlmişlər. Bundan sonra el adətinə uyğun olaraq qardaşı qızı yaşadığı Şahməmmədli kəndindən ər evinə avtomobillə Tapqaraqoyunlu kəndinə yola salınmış, bunun ardınca isə digər avtomobillər bəy və gəlin avtomobilini müşaiət etməyə başlamışlar.O da ərinə məxsus Gelly MK minik markalı avtomobildə sol arxa oturacaqda, qızı Aysu avtomobildə sağ arxa oturacaqda, qardaşı oğlu Nizami isə avtomobildə sağ ön oturacaqda əyləşmiş, bundan sonra isə əri avtomobili işə salıb toy karvanında olan avtomobillərin ardınca Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqmətində idarə etməyə başlamış, toy karvanında olan avtomobillərlə Goranboy rayonu Səfikürd kəndi ərazisində hərəkətlərini Tapqaraqoyunlu kəndi istiqamətində davam etdirən zaman avtomobildə arxa oturacaqda yanında əyləşmiş qızı Aysuyla söhbət etmiş, həmin vaxt isə əlində ləmpə olmuş, anidən möhkəm səs gəldiyini eşitmiş və bundan sonra isə baş verənlər huşunu itirdiyi üçün yadında qalmamış, özünə gəldikdə isə Goranboy rayon məkəzi xəstəxanasında olduğunu görmüş, lakin həmin vaxt ona nə baş verdiyini deməmişlər. Bir xeyli vaxt keçdikdən sonra ona Goranboy rayonu Səfikürd kəndi ərazisində əri İlqarın idarə etdiyi Gelly MK minik markalı avtomobillə Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 21099 minik markalı avtomobilin toqquşması nəticəsində xəsarət aldığını demişlər.Onunla yanaşı əri, qardaşı oğlu Nizami və qızı Aysu da xəsarət almış, həmçinin Vaz 21099 minik markalı avtomobildə olan sərnişinlərdən birinin öldüyünü və digərlərinin isə xəsarət almasını bilmiş, hadisə anında qızı ilə söhbət etdiyi üçün toqquşmanın necə baş verdiyini bilməmiş, bundan başqa isə hadisə baş verən zaman oğlu Ayxanın onların avtomobilində olmamış, oğlu Ayxan babası Nizaminin avtomobilində toy karvanında hərəkətdə olmuş, sadəcə olaraq səhvən xəstəxanada olan zaman oğlu Ayxanın onların avtomobilində olması bildirilmişdir. Son olaraq Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək, sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası İlqarın özünə məxsus Gelly MK minik markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 11 dekabr 2022-ci il tarixdə dayısı İlhamın qızının Goranboy rayonu Tapqaraqoyunlu kəndində toy məclisi təşkil olunacağı üçün həmin məclisə qız evi olaraq ailə üzvləri ilə dəvətli olduğu üçün 10 dekabr 2022-ci il tarixdə Gəncə şəhərindən anası və atası ilə birlikdə atasına məxsus Gelly MK minik markalı avtomobillə çıxıb Goranboy rayonu Şahməmmədli kəndinə dayısı İlhamın evinə gəlmişlər. Bundan sonra isə həmin gün dayısı İlhamın evində qalmışlar. Növbəti gün yəni 11 dekabr 2022-ci il tarixdə isə dayısı İlhamın qızının toy məclisi olduğu üçün həmin gün saat təxminən 11:30 radələrində Tapqaraqoyunlu kəndindən olan oğlan evi dayısı İlhamın Şahməmmədli kəndində yaşadığı evə gəlmişlər. Bundan sonra el adətinə uyğun olaraq dayısı qızı yaşadığı Şahməmmədli kəndindən ər evinə avtomobillə Tapqaraqoyunlu kəndinə yola salınmış, bunun ardınca isə digər avtomobillər bəy və gəlin avtomobilini müşaiət etməyə başlamışlar. O da atasına məxsus Gelly MK minik markalı avtomobildə sağ arxa oturacaqda, anası Günel avtomobildə sol arxa oturacaqda, dayısı oğlu Nizami isə avtomobildə sağ ön oturacaqda əyləşmiş, bundan sonra isə atası avtomobili işə salıb toy karvanında olan avtomobillərin ardınca Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqmətində idarə etməyə başlamış, toy karvanında olan avtomobillərlə Goranboy rayonu Səfikürd kəndi ərazisində hərəkətlərini Tapqaraqoyunlu kəndi istiqamətində davam etdirən zaman avtomobildə arxa oturacaqda yanında əyləşmiş anası Günellə söhbət etmiş, həmin vaxt isə anasının əlində ləmpə olmuş, anidən möhkəm səs gəldiyini eşitmiş və bundan sonra isə baş verənlər huşunu itirdiyi üçün yadında qalmamış, özünə gəldikdə isə Goranboy rayon məkəzi xəstəxanasında olduğunu görmüş, lakin həmin vaxt ona nə baş verdiyini deməmişlər. Bir xeyli vaxt keçdikdən sonra ona Goranboy rayonu Səfikürd kəndi ərazisində atası İlqarın idarə etdiyi Gelly MK minik markalı avtomobillə Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 21099 minik markalı avtomobilin toqquşması nəticəsində xəsarət aldığını demişlər. Onunla yanaşı atası, dayısı oğlu Nizami və anası Günel də xəsarət almış, həmçinin Vaz 21099 minik markalı avtomobildə olan sərnişinlərdən birinin öldüyünü və digərlərinin isə xəsarət almasını bilmiş, hadisə anında anası ilə söhbət etdiyi üçün toqquşmanın necə baş verdiyini bilməmişdir. Son olaraq Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək, sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 11 dekabr 2022-ci il tarixdə o, əri Pərvizlə qızları Bibixanımı Naftalan şəhərinə aparmalı olmuş, belə ki, o, əri Pərvizlə qızları Bibixanımı Naftalan şəhərinə həkim müayinəsinə aparmaq istəmişlər. Odur ki, 11 dekabr 2022-ci il tarixdə səhər saatlarındaq o, Pərviz və qızları Bibixanımı həmkəndliləri Zərərçəkmiş şəxs1 məxsus Vaz 21099 minik markalı avtomobillə Samux rayonunun Sərkar kəndindən onları götürüb Nafatalan şəhərinə aparmış, bir müddət sonra Naftalan şəhərinə çatmışlar. Orada o və əri Pərviz qızları Bibixanımı həkim müayinəsinə aparmışlar. X3 da onları gözlməmiş, bir qədər sonra o, Pərviz və qızları Bibixanım gəlib Dünyamalıya məxsus Vaz 21099 minik markalı avtomobildə əyləşmişlər. Həmin vaxt Pərviz avtomobildə sağ ön oturacaqda, o sağ arxa oturacaqda, Bibixanım isə arxa sol oturacaqda əyləmiş, Dünyamalı da avtomobili işə salıb idarə etməyə başlamış, Pərviz qızı Bibixanım üçün dərman preparatı almalı olduğuna görə Dünyamalı avtomobili Naftalan şəhərində fəaliyyət göstərən aptek istiqamətində idarə etmiş, bundan sonra isə Pərviz qızı Bibixanım üçün avtomobidən düşüb aptekə daxil olaraq dərman preparatı almış, sonra isə Pərviz gəlib Dünyamalıya məxsus Vaz 21099 minik markalı avtomobildə sağ ön oturacaqda əyləşmiş, Dünyamalı da avtomobili işə salıb Naftalan şəhəri ərazisi ilə Goranboy rayonu istiqamətində idarə etməyə başlamış, Goranboy rayonu Səfikürd kəndi ərazisində Vaz 21099 minik markalı avtomobili Goranboy rayonu istiqamətində təxminən 50-55 km/saat sürətlə hərəkət etdirən zaman yolun döngəli hissəsində təxminən 40-50 metr məsafədən Gelly MK minik markalı avtomobilin onun hərəkət zolağına çıxaraq sürətlə hərəkət etdiyini görmüş, Dünyamalı toqquşma olmasın deyə idarə etdiyi Vaz 21099 minik markalı avtomobili bir qədər sağa doğru meyilləndirsə də Gelly MK minik markalı avtomobilin ön hissəsi ilə Dünyamalının idarə etdiyi avtomobilin ön hissəsi toqquşmuş, toqquşma nəticəsində əri Pərviz vəfat etmiş, o və qızı Bibixanım isə xəsarət almışlar. Təqsirləndirilən şəxs nə onlara mənəvi cəhətdən, nə də maddi cəhətdən kömək olmuşdur. Son olaraq Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxsin barışığa, vurulmuş ziyanın ödənilməsinə cəhd etmədiyini, Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirərək, sonuncuya ən ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs4 iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 11 dekabr 2022-ci il tarixdə səhər vaxtı həmkəndlisi Dünyamalının Vaz 21099 minik markalı avtomobili ilə atası Pərviz və anası İlhamə ilə birlikdə Naftalan şəhərinə həkim müayinəsinə getmişlər. Müayinədən sonra həmin tarixdə saat təxminən 10-11 radələrində Naftalan şəhərindən Dünyamalının idarə etdiyi Vaz 21099 minik markalı avtomobillə geri qayıdarkən arxa sol oturcaqda əyləşmiş, sonra isə yatmış, anidən toqquşma olduğunu hiss etmiş, həmin vaxt isə huşunu itirmiş, özünə gəldikdə isə xəstəxanada olduğunu görmüş, xəsarətləri olmuş, Goranboy rayon mərkəzi xəstəxanasından çıxarıldıqdan sonra isə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanaya gətirilmiş, hadisənin necə baş verdiyini görməmiş, sonradan bilmiş ki, onun və ailə üzvlərinin olduğu avtomobil qarşıdan gələn başqa bir avtomobillə toqquşmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır, bir evdə yaşayırlar. Atasının özünə məxsus olan və etibarnamə əsasında idarə etdiyi Gelly MK minik markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 11 dekabr 2022-ci il tarixdə Goranboy rayonu Tapqaraqoyunlu kəndində yaşayan dayısı qızının toyu olmuş, ona görə də həmin tarixdə saat 12 radələrində toy karvanı ilə Goranboy rayonu Tapqaraqoyunlu kəndinə getmiş, babası Nizami Qəribovun VAZ-2106 markalı avtomobili ilə karvanın ən sonunda getmiş, yəni gəlin avtomobili və digər avtomobillər dayısının həyətindən çıxıb yola düşdükdən sonra babası darvazanı bağlamış və babasının Vaz-2106 markalı avtomobili ilə karvanın arxası ilə hərəkət etmiş, babası avtomaşını yavaş sürətlə idarə etmiş, atası isə öz Gelly MK minik markalı avtomobili ilə karvanın təxminən ortasında hərəkət etmiş, karvanda təxminən 15-16 avtomobil olmuş, atasının avtomobilində dayısı oğlu Nizami Qəribov öndə, atasının sağ tərəfində anası və bacısı isə arxada əyləşmişlər. Toy karvanı Goranboy rayonu Səfikürd kəndiendən keçməklə, Səfikürd-Naftalan avtomobil yolu ilə hərəkət etmiş, avtomobillə Səfikürd kəndini keçdikdən sonra, Naftalan şəhərinə çatmağa təxminən 1-2 km qalmış toy karvanında qəza baş verdiyini görmüş, yaxınlaşanda yolda asfalt üzərində onun getdiyi yolun əks hərəkət zolağında qırmızı rəngli Vaz-21099 minik markalı avtomobilin qarşı tərəfinin əzilmiş vəziyyətdə dayandığını, atasının avtomobilinin isə həmin avtomobildən sol tərəfdə, yəni Səfikürddən gedən istiqamətdə sol tərəfdə yoldan çıxaraq aşıb dayandığını görmüş, babası avtomobili saxlamış və atasının avtomobilinə tərəf qaçmış və sağ qabaq qapısını açıb Nizamini çıxarmış, sonra keçib, sol tərəf qapıdan atasının çıxarılmasına kömək etmiş, avtomobilin sınmış qabaq pəncərəsindən içəri girib bacısını, sonra isə anasını çıxarmış, anasının alnına əlindəki ləmpənin şüşəsi sınıb batmış, anası yengə kimi toya getdiyi üçün əlinə ləmpə olmuş, anasının alnından şüşəni çıxarmış, anasının alnından axan qanı dayandırmaq istəmiş, bundan sonra yenidən avtomaşına yaxınlaşmış, həmin anda da huşunu itirmiş, ayılanda Goranboy rayon xəstəxanasında olduğunu görmüş, xəstəxanada elə zənn etmişlər ki, o da toqquşan avtomaşınlarda olmuş, onun bədəninə baxmışlar, onun heç bir xəsarəti olmadığı məlum olmuş, qəza törədən avtomaşında olmadığını demiş, yol nəqliyyat hadisəsinin necə baş verməsini bilməmiş, görməmişəm, hadisənin baş verdiyi yerə çatanda aprtıq hadisə baş verdiyini, hadisdən sonra atasının avtomobili ilə toqquşan avtomobilə yaxın getmədiyinə görə həmin avtomobildə kimlə olmasını bilməmiş, hadisə nəticəsində xəsarət almamış, atası, anası, bacısı və dayısı oğlu Nizami xəsarət almışlar. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə şahid qismində dindirilmiş X13 izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisinin həyat yoldaşıdır.İlqar özünə məxsus olan və etibarnamə əsasında idarə etdiyi Gelly MK minik markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 11 dekabr 2022-ci il tarixdə bacısının toyu olduğu üçün toy məclisi oğlan evində Goranboy rayonu Tapqaraqoyunlu kəndində keçirilməli olmuş, həmin gün təxminən saat 11-12 radələrində oğlan evindən gəlib onun bacısını Goranboy rayonu Şahməmədli kəndindəki evdən götürmüşər, onlar da toy karvanı ilə Goranboy rayonu Tapqaraqoyunlu kəndinə yola düşmüşlər.İlqarın avtomobilində sağ qabaq oturacaqda əyləşmiş, arxada isə bibisi və qızı oturmuşlar.Onun olduğu Gelly MK minik markalı avtomobil karvanın təxminən ortasında hərəkət etmiş, karvanda təxminən 15-16 avtomobil olmuş, avtomobilin qarşısı ilə mikroavtobus hərəkət etmiş, yəni toya gedən adamları aparmış, toy karvanı Goranboy rayonu Səfikürd kəndindən keçməklə, Səfikürd-Naftalan avtomobil yolu ilə hərəkət etmiş, avtomobillə Səfikürd kəndini keçdikdən sonra, Naftalan şəhərinə çatmağa təxminən 1-2 km qalmış yolun döngəli hissəsini dönən zaman qarşıdan gələn xatırlamadığı bir avtomobillə onun olduğu avtomobil toqquşmuş, həmin anda isə huşunu itirmiş, ayılanda Gəncə şəhər Abbas Səhhət xəstəxanasında olduğunu görmüş, sonra ona məlum olmuş ki, getdiyi avtomobil qarşı tərəfdən gələn VAZ- 21099 minik markalı avtomobillə toqquşmuş, VAZ-21099 markalı avtomobildə olan bir nəfər vəfat etmişdir.Hadisənin hansı şəraitdə baş verməsini xatırlamır. Eyni zamanda Nizami Qəribov ifadəsində avtomobildə sağ ön oturacaqda otursa da əlindəki telefonla məşğul olduğunu, anidən toqquşma baş verdiyini hiss etdiyini və başını qaldırdığını, həmin anda isə huşunu itirdiyini, hadisənin necə baş verməsini görmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 11 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə baş verən yol asfalt örtüklü, ikitərəfli, quru və hamar olmaqla avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur, yolun hadisə baş verən hissəsi döngəlidir. Yolun hadisənin baş verən hissəsi yaşayış məntəqəsi deyildir. Yolun hadisə baş verən hissəsində hərəkət zolağının eni 6 metr, Səfikürddən-Naftalan istiqamətində sol ehtiyat hissə 2,5 m, sağ ehtiyat hissə 2,96 m-dir. Hadisə yerində Səfikürddən-Naftalan istiqamətində asfalt yolun sol hərəkət hissəsindən 6,8 m məsafədə yoldan kənarda qarşı tərəfi Səfikürd istiqamətində Gelly MK minik markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil əzilmiş vəziyyətdə dayanmışdır. Hadisə yerində Səfikürddən-Naftalan istiqamətində yolun sol hərəkət hissəsində ön hissəsi yolun sol tərəfinə istiqamətlənmiş, ön hissəsi əzilmiş vəziyyətdə VAZ-21099 markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır.Hər iki avtomobil arasında olan məsafə 6,8 metrdir. Toqquşma yeri VAZ-21099 markalı, 20CK493 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hissəsində olmaqla Səfikürddən-Naftalan istiqamətində asfalt yolun sol kənarından 1,2 metr, orta xəttdən 1,5 məsafədə yerləşir. Toqquşma yerindən VAZ-21099 markalı 20 CK493 dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa təkərinə qədər 2,4 m, sol qabaq təkərinə qədər 3 m məsafə vardır. Toqquşma yerindən Geely markalı 90 RH259 dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq tərəfinə qədər 7,4 metr məsafə vardır.Yolun hadisə baş verən hissəsində Səfikürddən-Naftalan istiqamətində yolun sol hərəkət hissəsində toqquşma yerinə qədər iki təkər tormoz izi aşkar edilmiş, sol təkər tormoz izinin uzunluğu 21,9 m, sağ təkər tormoz izinin uzunluğu 23,1 metrdir. Hadisədən əvvəl VAZ-21099 markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil Naftalandan-Səfikürd istiqamətində hərəkətdə olmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 20 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 Hüquqi Şəxsin (meyitin ekspertizası) 11 dekabr 2022-ci il tarixli, 44 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər döş qəfəsinin və divar aralağındakı küt travması, İİ-V qabırğanın sınığı, sağ ağ ciyərin orta payının cırılması, döş qəfəsi boşluğuna qanitirmənin olması, daxili üzvlərin azqanlığı, döş qəfəsində geniş qançırı sağ bud sümüyünün sınığı, sağ əlin çoxsaylı sıyrığı bərk Küt alətin (lərin) təsiri nəticəsində eləcə də avtoqəza zamanı əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. X1 ölümünə səbəb ağ ciyərin cırılması nəticəsində baş vermiş kəskin daxili qan itirmə olmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş AC 662020 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 BCD kateqoriyalı sürücülük vəsiqəsi vardır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş AD 305768 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 1994-cü il buraxılışlı VAZ 21099 minik markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 mülkiyyətindədir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş AC 647266 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyalı sürücülük vəsiqəsi vardır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş AB 787259 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2011-ci il buraxılışlı Gelly MK-minik markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil X7 mülkiyyətindədir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, mülkiyyətçi X7 mülkiyyətində olan Gelly MK-minik markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etmişdir. Etibarnamə xx.xx.2023-cil tarixədək etibarlıdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin 3-13-16-3/2-259/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 AC 662020 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2020-ci il tarixdən, xx.xx.2030-cu il tarixədək verilmişdir. X4 AC 647266 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2018ci il tarixdən, xx.xx.2028-ci il tarixədək verilmişdir. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 Hüquqi Şəxsin Məhkəmə-kimya şöbəsinin (maddi sübutların ekspertizası) 4688/K nömrəli, 20 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar olunmamışdır. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik, psixotrop və digər güclü təsir edən maddələrin təyinatını aparmaq mümkün olmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 13 fevral 2023-cü il tarixli, 8/185 nömrəli rəyindən görünür ki, Gelly MK minik markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə hərəkət üçün təhlükə yaranan anda avtomobillər arasında 40-50 metr məsafənin olması real hadisə mexanizminə uyğun olmadığından reallıqda həmin məsafə 40-50 metr olmuşdur.Hərəkət üçün təhlükə yaranan anda avtomobillər arasında olan məsafə real hadisə mexanizminə uyğun olmadığından və həmçinin istintaq tərəfindən Gelly MK minik markalı avtomobilin qarşı hərəkət zolağına çıxdığı andan tormoz izi qoyana kimi qət etdiyi məsafə təqdim edilmədiyindən Vaz 21099 minik markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmamışdır. (Aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir) İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X5 X20 (canlı şəxsin ekspertizası) 127 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər açıq kəllə beyin travması, alın sümüklərinin sınığı, alın nahiyəsinin əzilməsi burun sümüklərinin sınığı, pnemosepalgiya travmatik hemarağık şok İİ-İİİ dərəcəli serebral koma TH 4 fəqərəsinin L5 fəqərəsinin sol yan çıxıntılarının, sağ çanaq, oturaq sümüklərinin qapalı sınığı, alın nahiyəsinin çapılmış yarası bərk Küt əşyanın ( ların ) o, cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə xx.xx.2022-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X5 X20 (canlı şəxsin ekspertizası) 163 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol qalça sümüyünün cismi və qanadının qəlpəli sınığı, sol qasıq və oturaq sümüklərinin cisimlərinin qəlpəli sınıqları, sol bud sümüyünün ön doğru yarımçıxığı müştərək travma, döş qəfəsinin küt travması, sağ tərəfli İ-Vİİ qabırğaların yerdəyişmiş sınıqları, hər iki ağciyərdə pnevmatoraks bərk Küt əşyanın ( ların ) o, cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə 11.12.202-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X5 X20 (canlı şəxsin ekspertizası) 128 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər çanaq bud sümüklərinin küt travması, çanaq sümüyün sınığı bərk Küt əşyanın ( ların ) o, cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə xx.xx.2022-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aid edilir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X5 X20 (canlı şəxsin ekspertizası) 165 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol baldır sümüyünün sınığı bərk Küt əşyanın ( ların ) o, cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə 11.12.202-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aid edilir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Sübutların qiymətləndirilməsi barədə” 04 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs faktiki sahiblik hüququ olan Gelly MK minik markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə əhəmiyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, tərəflər cinayət işi materialları və maddi sübutla tanış olduqdan sonra Təqsirləndirilən şəxs qaytarılacağı nəzərə alınmış, Zərərçəkmiş şəxs1 məxsus Vaz 21099 minik markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə əhəmiyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, tərəflər cinayət işi materialları və maddi sübutla tanış olduqdan sonra Zərərçəkmiş şəxs1 qaytarılacağı nəzərə alınmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 05 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübutun təhvil verilməsi barədə” 16 may 2023-cü il tarixli protokoldan görünür ki, Geely MK minik markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübutun təhvil verilməsi barədə” 16 may 2023-cü il tarixli protokoldan görünür ki, VAZ 21099 minik markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin izahatı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, hadisənin necə baş verdiyini əks etdirən videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: təqsirini etiraf etməsini və əməlindən peşman olmasını; zərərçəkmiş şəxs X9 ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını (əsas: iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışı); müsbət xasiyyətləndirilməsini (əsas: iş materiallarında olan Gəncə şəhər İH başçısının Məhsəti QİƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışı). Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 ilə barışığa, onlara vurulmuş ziyanın ödənilməsinə cəhd etməməsini, bununla da törətdiyi əməlin ictimai təhlükəli nəticələrinə laqeyid yanaşmasını onun şəxsiyyətini xarakterizə edən hallar kimi nəzərə alır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin - 58.3-cü maddəsi), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlməməli, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 22 iyun 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs faktiki sahiblik hüququ olan Gelly MK minik markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus Vaz 21099 minik markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlməsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 22 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs faktiki sahiblik hüququ olan Gelly MK minik markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus Vaz 21099 minik markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (hesab: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, KOD 10005, VÖEN **********, Müxbir hesabı Az 41 NABZ013601**********3944, SWİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar