Məhkəmə qərarları › İş №1(045)-48/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-48/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-48/2024 22.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Saat 16:00-da X4 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Goranboy rayonunun Veyisli kəndində qeydiyyatda olan və həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Goranboy Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdə saat 11 radələrində Goranboy rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin dəhlizində ictimai qaydanı pozaraq, cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək, özünü ətrafdakı şəxslərin şəxsiyyətindən üstün tutaraq, heç bir əsaslı səbəb olmadan, növbəsini gözləməsi üçün ona məlumat verən Zərərçəkmiş şəxs ünvanına söyüş söyərək, hər iki əli ilə Zərərçəkmiş şəxs yaxasından tutub itələyərək yerə yıxıb döyərək sonuncuya döş qəfəsinin arxa səthinin, sağ və sol bazunun, ənsə nahiyəsinin hematomaları, hər iki yuxarı ətrafda hərəkət məhdudluğu ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq hərəkəti etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, heç bir işlə məşğul olmur, təqaüdçüdür. Onun barəsində Goranboy rayon polis şöbəsinə şikayət etmiş Zərərçəkmiş şəxs tanımamış və görməmiş, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində həyat yoldaşı X3 ilə birlikdə yaşadığı Goranboy rayonu Veyisli qəsəbəsindən çıxıb Goranboy rayon mərkəzi xəstəxanasına getmişlər Xəstəxanaya getmələrinə səbəb həyat yoldaşı Mazanova Günayı MRT müayinəsindən keçirtmək olmuşdur. Onlar xəstəxanaya daxil olub nevrepataloq Ceyran həkimin qəbuluna düşmək üçün növbə götürmüşlər və növbədə yeddinci şəxs olmuşlar. Növbələri çatdıqda onlar Ceyran həkimin qəbuluna girmiş, həkimin qəbulunda olan zaman tanımadığı bir nəfər şəxs içəri daxil olub ona “səndən qabaq gəlmişəm, növbəni gözlə” demiş, o, həmin şəxsə cavab verərək hər kəsin öz növbəsi olduğunu bildirmiş, həmin şəxs çölə çıxıb yenidən içəri daxil olaraq ona müharibə veteranı olduğunu demiş, o, həmin vəsiqədən onda da olduğunu bildirmiş, daha sonra Zərərçəkmiş şəxs onun üzərinə gələrək əl qaldırmış, o, hər iki əlləri ilə Asifin yaxasından tutub itələyərək otaqdan çıxarıb arxası üstə bərk şəkildə yerə yıxmış, bundan sonra ətrafda olan şəxslər Asiflə onun arasında baş verən mübahisəni sakitləşdirmiş, o, Goranboy rayon mərkəzi xəstəxanasından çıxıb xəstəxananın həyətində həyat yoldaşını gözləmiş, həyat yoldaşı gəldikdən sonra maşına əyləşərək yaşadığı Goranboy rayonu Veyisli qəsəbəsinə qayıtmışdır. Məkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğu təqsirini etiraf etdiyini, əməlindən səmimi peşan olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ilk dəfə ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, evli olmasını himayəində 3 yetkinlik yaşına çatmayan övladı olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Yekun protokolun siyahısında zərərçəkmiş şəxs qismində göstərilən Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmədə elan olunan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, heç bir işlə məşğul deyil, təqaüdçüdür. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində oğlu Vasifi müayinə etdirmək üçün Goranboy rayonu mərkəzi xəstəxanasına getmişdir. Onlar xəstəxanaya daxil olub oğlu üçün növbə götürmüşlər. Həkimlərin oğluna yazdığı dərmanı almaq üçün oğlu Vasif aptekə gedib dərman almış, o isə xəstəxanada həkimin otağının qarşısında gözləmişdir. Bir qədər sonra o, həkimin otağına daxil olub anketi həkimə təhvil vermişdir. Həkimin qəbulunda olan zaman tanımadığı bir nəfər şəxs ucadan səs-küy salmış, o, həmin şəxsə sakit olmağı dedikdə həmin şəxs hərəkətlərinə davam edərək onu söyüb təhqir etmiş, hər iki əli ilə onun boğaz nahiyyəsindən və qollarından tutub sıxaraq otaqdan çıxarıb yerə yıxmış, yerdə onu vurmuş, ətrafda olan şəxslərin köməyi ilə mübahisə yekunlaşmış, oğlu Vasif xəstəxanaya daxil olub səs-küyü eşitmiş, ondan nə baş verdiyini soruşduqda o, oğluna tanımadığı şəxs tərəfindən döyüldüyünü demişdir. Daha sonra hadisə yerinə Goranboy rayon polis şöbəsinin əməkdaşları gəlmiş və o, ərizə, izahat vermək üçün Goranboy rayon polis şöbəsinə dəvət olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Goranboy RMX-da mühafizəçi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində xidmətdə olan zaman Goranboy rayon mərkəzi xəstəxananın poliklinika şöbəsində səsküy olduğunu eşidib həmin yerə gəlmiş, oraya çatdıqda bir nəfər cavan şəxsin qoca yaşlı şəxsə ucadan qışqıraraq söyüb təhqir etdiyini və bir çox şəxsin poliklinika şöbəsinin dəhlizinə toplaşdığını görmüşdür. Həmin vaxt cavan yaşda olan şəxs poliklinika şöbəsinin dəhlizində yaşlı adamın üzərinə gələrək onu yaxasından tutub yerə yıxaraq döyməyə başlamışdır. Bu zaman orada olan şəxslər həyəcan içində mübahisəni sakitləşdirməyə çalışmışlar. Həmin şəxs xəstəxanada onların iş rejimini pozduğu üçün və səs-küy salaraq ucadan nalayiq ifadələr işlətdiyi üçün o. Özünü onların yanına çatdırmış, həmin vaxt qoca yaşlı şəxsin yerdə uzanıqlı vəziyyətdə, cavan yaşlı şəxsin isə yaşlı şəxsin üzərində onu döydüyünü görmüşdür. Sonradan həmin şəxslərin Goranboy rayonu Dəliməmmədli şəhər sakini Zərərçəkmiş şəxs və Veyisli kənd sakini Təqsirləndirilən şəxs olduğu müəyyənləşmişdir. Bundan sonra xəstəxanaya Goranboy RPŞ-nın əməkdaşları gəlmişlər. Yekun protoklun siyahısında şahid qismində göstərilən Şahid1 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmədə elan olunan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə evdə olarkən mədəsində olan ağrılar səbəbi ilə Goranboy rayon mərkəzi xəstəxanasına getmək qərarına gəlmiş, buna görə həmin gün saat 10 radələrində xəstəxanaya doğru yola düşmüşdür. Saat 11 radələrində Goranboy rayon mərkəzi xəstəxanasına çatıb xəstəxanada müayinə olunmaq üçün həkim axtardıqda dəhlizdə səsküy olduğunu, bir çox səxslərin oraya yığışdığını və bir nəfər şəxsin ucadan qışqıraraq nalayiq ifadələr işlətdiyini görmüşdür. Həmin yerə yaxınlaşdıqda ucadan qışqıraraq nalayiq ifadə işlədən şəxsin yaşlı bir adamın üzərinə gedib yaxasından tutaraq yərə yıxdığını və döydüyünü görmüşdür. O isə ordaki insanlarla birgə həyəcan içində olanları izləmişdir. Orta yaşlı həmin şəxs yenə də ucadan qışqıraraq döydüyü adamı söyüb təhqir etməyə davam etmiş, daha sonra mübahisə yekunlaşmış və o, oradan uzaqlaşaraq getmişdir. Məhkəmədə elan olunan Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Goranboy RMX-da tibb bacısı vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Goranboy RMX-da olduğu vaxt poliklinika şöbəsində səs-küy olduğunu eşidib xidməti otaqdan dəhlizə çıxmış, xəstəxananın daxilində bir çox insanın yığışdığını görüb səs-küyü eşitməməsi üçün yenidən otağına girmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X2 Publik Hüquqi şəxsin 27 may 2024-cü il tarixli, 398 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərindəki xəsarətlər-döş qəfəsinin arxa səthinin, sağ və sol bazunun, ənsə nahiyəsinin hematomaları, hər iki yuxarı ətrafda hərəkət məhdudluğu KÜT əşyanın (ların) o, cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla, təpiklə vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və sonuncudan heç bir şikayəti tələbi yoxdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində 3 yetkinlik yaşına çatmayan övladının olmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, səmimi peşmançılığını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində 3 yetkinlik yaşına çatmayan övladının olmasını, nəzərə alaraq ona ittiham elan olunmuş maddə üzrə cərimə cəzası təyin edilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 44.2.2, 197-198, 344-349, 351-353 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2000 (iki min) manat cərimə cəzası təyin olunsun. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar