Məhkəmə qərarları › İş №1(045)-49/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-49/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-49/2023 13.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X14 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy rayon məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Goranboy rayonu Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Goranboy rayonu Dəliməmmədli şəhəri Anar Məmişov küçəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs daimi narkotik vasitələrin aludəçisi olduğu üçün istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz olaraq əldə etdiyi bir ədəd qırmızı rəngli sellofan paketdə şəxsi istehlak miqdarından artıq miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı bölüb özü istifadə etmək məqsədilə bir hissəsini bir ədəd şəffaf sellofana büküb əynində olan qırmızı rəngli qabağı zəncirbəndlə bağlanan jaketin aşağı sağ yan cibinə yerləşdirməklə, qalan hissəsini isə qırmızı rəngli sellofan paketdə etibarnamə əsasında idarə etdiyi VAZ 21074 markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobilin yük yerində saxlamaqla qanunsuz olaraq daşımış, 05 mart 2023-cü il tarixdə saat 01:05 dəqiqədə Goranboy RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Nizami kəndi ərazisində etibarnamə əsasında idarə etdiyi VAZ 21074 markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobillə saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,64 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana əynində olan qırmızı rəngli qabağı zəncirbəndlə bağlanan jaketin aşağı sağ yan cibində, avtomobilə baxış keçirilərkən isə bir ədəd qırmızı rəngli sellofan paketdə təmiz çəkisi 395 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana avtomobilin yük yerində aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, arvadı X4, övladları X8, X5 və X6 ilə birlikdə yaşayırlar. Rəsmi olaraq heç yerdə işləmir, ona görə də, günəmuzd işlərlə məşğul olur. 5-6 ay olar ki, narkotik vasitə olan marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadığı Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində yerləşən meşədə olan zaman bir ədəd sellofan torba diqqətini çəkmiş və həmin sellofanı götürüb baxanda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Bu səbəbdən də, həmin sellofanı özü istifadə etmək üçün götürüb idarə etdiyi VAZ 21074 markalı, **- CX-*** dövlət nömrə nişanlı avtomobilinin arxa yük yerinə qoymuşdur. Həmin qurudulmuş marixuanadan 2-3 dəfə istifadə etmişdir. Həmin sellofan torbada olan qurudulmuş marixuanadan özü istifadə etmək üçün bir qədər götürüb bir ədəd sellofana büküb idman koftasının cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 01:05 radələrində idarə etdiyi VAZ 21074 markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobillə Goranboy rayonu Nizami kəndi ərazisində olanda polis əməkdaşları ona yaxınlşıb, özlərini təqdim etdikdən sonra üzərində və avtomobilində narkotik vasitə saxlamağında şübhəli olduğunu deyib onu rayon polis şöbəsinə dəvət etmişlər. O da heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə idarə etdiyi avtomobillə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində ona üzərində şəxsi axtarış aparılacağını və avtomobilinə baxış keçiriləcəyini bildirmişlər. O da heç bir etiraz etməmişdir. Bundan sonra hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət etdikdən sonra onu şübhəli şəxs qismində tutmuşlar, sonra müdafiəçi və digər iştirakçıların iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış aparılmazdan əvvəl hüquq və vəzifələrini polis əməkdaşları ona izah edib üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoymağını təklif etmişlər. O da əynində olan qırmızı rəngli qabağı zəncirbəndlə bağlanan idman paltarının sağ yan aşağı cibindən bir ədəd sellofan bükümdə saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Həmin narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı Goranboy rayonu Dəliməmmədli şəhərində olan meşdən tapmağını və şəxsi istifadəsi üçün üzərində gəzdirməyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona başqa yerdə qanunla dövriyyəsi qadağan olunmuş maddə və ya vasitə saxladığı sualı verilmiş, o da polis əməkdaşlarına idarə etdiyi avtomobilin arxa yük yerində həmin narkotik vasitə olan qurudulmuş marixuanadan olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş qurudulmuş marixuanadan başqa üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa bir maddə və ya əşya aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 7,6 (yeddi tam onda altı) qram olduğu müəyyən edilmiş və iştirakçıların iştirakı ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Sonra bu barədə protokol tərtib olunmuş, həmin protokol iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bundan sonra RPŞ-nin inzibati binasının həyətində polis əməkdaşları və vəkilin iştirakı ilə idarə etdiyi “VAZ 21074” markalı **-CX-*** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı könüllü olaraq avtomobilin arxa yük yerini açıb orada qırmızı rəngli üzərində bir tərəfində “Şuşa” digər tərəfində isə “Qarabağ Azərbaycan”-dır yazısı olan sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni göstərərək narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Avtomobilindən aşkar edilmiş sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 400 (dörd yüz) qram olduğu müəyyən edilmiş və iştirakçıların iştirakı ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Həmin vaxt o, avtomobilində dövriyyəsi qanunla qadağan edilmiş başqa əşya və ya maddə olmadığını demişdir. Bundan sonra avtomobilə baxış keçirilmişdir. Avtomobildən dövriyyəsi qanunla qadağan edilmiş başqa əşya və ya maddə aşkar edilməmiş və götürülməmişdir. Sonra bu barədə protokol tərtib olunmuş, həmin protokol iştirakçılar və onun tərəfindən imzalanmışdır. Üzərində şəxsi axtarış aparılan zaman və avtomobilinə baxış keçirilən zaman foto və video çəkilişdən istifadə edilmişdir. O, üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanadan heç kimə satmamış, özü istifadə etdiyi üçün saxlayıb gəzdirmişdir. Əlavə olaraq onda narkotik vasitə və ya psixotrop maddə yoxdur. Heç kimə narkotik vasitə verməmiş və satmamışdır. Narkotik vasitələrdən istifadə etməyini, üzərində və avtomobilində saxlayıb daşıdığını ailə üzvüləri və ya kənar şəxslər bilməmişdir. Üzərində və avtomobilində saxlayıb daşıdığı narkotik maddə olan qurudulmuş marixuananı özü şəxsi istifadə etmək məqsədilə gəzdirmişdir. Polis əməkdaşları onu saxlayan zaman yanında heç kəs olmamışdır. Üzərində şəxsi axtarış aparılan zamanı və avtomobilinə baxış keçirilərkən polis əməkdaşları ona hüquq və vəzifələrini izah edərək vəkil təqdim etmişlər. Polis əməkdaşları tərəfindən ona heç bir təzyiq və zor ətbiq edilməmişdir. Yekunda əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın cinayət axtarış üzrə əməliyyat müvəkilli Şahid1 ifadəsində göstərdi ki, o, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 04 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitə istifadə etməsi, üzərində və idarə etdiyi VAZ 21074 markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilində saxlaması barədə əməliyyat məlumatı almışdır. Aldığı məlumat barədə dərhal şöbə rəhbərliyinə raportla məruzə etmiş, şöbə rəhbərliyi də Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsinə və saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılmasına icazə verdikdən sonra Goranboy RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X3 və onun daxil olduğu əməliyyat qurupu yaradılmışdır. Bundan sonra əməliyyataxtarış qurupunun üzvləri ilə birlikdə Goranboy rayonu Dəliməmmədli şəhərinə və ətraf kəndlərinə gedib xx.xx.2023-cü il tarixdə saat 01:05 radələrində Goranboy rayonu Nizami kəndində Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs üzərində və avtomobilində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Goranboy RPŞ-yə dəvət etmişlər, Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən onlarla birlikdə idarə etdiyi avtomobillə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi üçün Goranboy Rayon Vəkil Bürosunun vəkili Həsənov X7 Rayon Polis Şöbəsinə dəvət olunaraq təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirilərək, Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru X9 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində video və foto çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl baş təhqiqatçı polis mayoru Fərid Mehdiyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoymağını təklif etmişdir. Təqsirləndirilən şəxs da əynində olan qırmızı rəngli qabağı zəncirbəndlə bağlanan jaketin aşağı sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülü narkotik vasitə olan marixuanaya bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni yaşadığı Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində yerləşən meşədən xx.xx.2023-cü il tarixdə tapdığını və özü istifadə etdiyi üçün üzərində saxlayaraq gəzdirdiyini, üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuanaya bənzər kütlənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa bir maddə və ya əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı idarə etdiyi avtomobilin arxa yük yerində də, narkotik vasitə olan həmin qurudulmuş marixuanadan olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofana bükülü narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 7,6 (yeddi tam onda altı) qram olduğu müəyyən edilmiş və ekspert tədqiqatına göndərilməsi üçün zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN 121 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21074 markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilinə video və foto çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerini açaraq orada qırmızı rəngli üzərində bir tərəfində “Şuşa” digər tərəfində isə “Qarabağ Azərbaycan”-dır yazısı olan sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni göstərərək onun narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni xx.xx.2023-cü il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində olan meşədən tapdığını və özü istifadə etdiyi üçün avtomobilində saxlayaraq gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 400 (dörd yüz) qram olduğu müəyyən edilmiş və ekspert tədqiqatına göndərilməsi üçün zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN 121 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı avtomobilində dövriyyəsi qanunla qadağan edilmiş başqa əşya və ya maddə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilinin arxa yük yerində olan bir ədəd içərisi boş olan kisəni, iki ədəd qara rəngli avtomobilinin arxa işıqlarının plastik qapağını, bir ədəd üzərində “TAXİ” yazısı olan taksi nişanını, bir ədəd ağ rəngli içərisində avtomobil yumaq üçün maye parçalar olan vedrəni, dörd ədəd metal parçasını, bir ədəd baltanı, avtomobilin ehtiyat təkərini və bir ədəd bir litrlik plastik qutuda olan benzini, avtomobilin surətlər qutusunun yanından bir ədəd qara rəngli qutuda olan “Want” markalı siqareti, bir ədəd maqnitafonun pultunu, ön oturacaqların ortasında olan qoltuqaltının ön hissəsində olan yerdən bir ədəd ətiri, avtomobilin qabaq sağ tərəfində olan saxlanc yerində bir ədəd üzərində yazılar olan kağızı, surətlər qutusunun qarşı tərəfində yuxarıda olan kiçik saxlanc yerində olan kiçik qutuda olan quran kitabını, ön oturacaqların arasında olan qoltuqaltıdan müxtəlif kağızları, bir ədəd bir manatlıq pul əskinasını, bir ədəd vint açanı, bir ədəd kibrit qutusunu, bir ədəd dırnaqtutanı təqdim edərək göstərmişdir. Avtomobilin günlüklərində isə heç bir əşya olmamışdır. Avtomobilin arxa oturacaqlarından, ayaqaltılarından, mühərrik olan hissədən və yanacaq çəninin qapaq hissəsindən maddi sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21074” markalı **-CX-*** dövlət nömrə nişanlı avtomobilinə baxış zamanı aşkar edilmiş əşyalar maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın cinayət axtarış üzrə əməliyyat müvəkilli Şahid2 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 05 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:15-də şübhəli şəxs qismində tutulmuş və azadlığının faktiki məhdudlaşdırılması saxlanıldığı vaxtdan, yəni 05 mart 2023-cü il tarixdən saat 01:05-dən hesablanmışdır; “Şəxsi axtarış aparılması haqqında” 05 mart 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X3, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1, Goranboy RPŞnin CAB-ın əməliyyat müvəkkili polis leytinantı Şahid2, Goranboy RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis baş leytenantı X2 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun üzərində şəxsi axtarış aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə masanın üzərinə qoyaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində 1 (bir) ədəd qırmızı rəngli qabağı zəncirbəndlə bağlanan idman paltarı, onun altında 1 (bir) ədəd qara rəngli uzunqol kofta, gödəkçə, 1 ədəd qara rəngli köynək, 1 (bir) ədəd göy rəngli cins şalvar, ayağında 1 (bir) cüt, qara rəngli idman ayaqqabı olmuşdur. Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli qabağı zəncirbəndlə bağlanan jaketin aşağı yan cibindən bir ədəd şəffaf sellofana bükülü narkotik vasitə olan marixuanaya bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni yaşadığı Dəliməmmədli şəhəri ərazisində yerləşən meşədən xx.xx.2023-cü il tarixdə tapdığını, özü istifadə etdiyini üçün üzərində və idarə etdiyi avtomobilində gəzdirməsini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa maddə və ya əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs sorğu zamanı bildirdi ki, idarə etdiyi avtomobilin arxa yük yerində narkotik vastidə olan həmin qurudulmuş marixuana var. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir ) ədəd şəffaf sellofana bükülü narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin 7,6 (yeddi tam onda altı) qram olması müəyyən edilmiş və iştirakçıların iştirakı ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür; “Baxış keçirilməsi haqqında” 05 mart 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X3, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1, Goranboy RPŞnin CAB-ın əməliyyat müvəkkili polis leytinantı Şahid2, Goranboy RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis baş leytenantı X2 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun idarə etdiyi “VAZ 21074” markalı **-CX-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21074” markalı, **- CX-*** dövlət nömrə nişanlı avtomobildə olan əşyaları könüllü surətdə göstərməsi təklif edilmişdir. Sonuncunun idarə etdiyi “VAZ 21074” markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobil ağ rənglidir. Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerini açaraq orada qırmızı rəngli üzərində bir tərəfində “Şuşa”, digər tərəfində isə “Qarabağ Azərbaycan”-dır yazısı olan sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni göstərərək onun narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni xx.xx.2023-cü il tarixdə Dəliməmmədli şəhəri ərazisində olan meşədən tapdığını və özü istifadə etdiyi üçün avtomobilində gəzdirməsini bildirmişdir. Avtomobildən aşkar edilmiş sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 400 (dörd yüz) qram olduğu müəyyən edilmiş və iştirakçıların iştirakı ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Baxı zamanı avtomobildə başqa maddi sübut əhəmiyyəti kəsb edən hər hansı bir əşya aşkar edilməmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2023-cü il tarixli, 16/294 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,64 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qırmızı rəngli şəffaf sellofan paketdə təmiz çəkisi 395 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 30,40 manatdır; “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə” 06 mart 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanınma haqqında” 11 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı 401,64 qram marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 401,56 qram şəxsi istehlak miqdarından artıq çəkidə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nin anbarına təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserin 15 aprel 2023-cü il tarixli 642 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür; xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə söyləmişdir; xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə söyləmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,549 qram, metamfetaminin təmiz çəkisi isə 1,165 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını; - himayəsində biri azyaşlı olmaqla yetkinlik yaşına çatmayan üç uşağının olması (əsas: iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətləri). - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy RİH başçısının Dəliməmmədli şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 05 mart 2023-cü il tarixdə saat 01:05 radələrində saxlanılmış və onun barəsində 06 mart 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, həbsdən azad edilmişdir. İş materiallarında olan 06 mart 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:00-də dindirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdə azad olunsa da, onun azadlığının faktiki məhdudlaşdırılması 24 saatdan artıq olmuşdur. Bununla da məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılmalıdır (həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (05-06 mart 2023-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 401,56 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 401,56 qram olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22) keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar