Məhkəmə qərarları › İş №1(045)-49/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-49/2024

15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-49/2024 15.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Goranboy rayonu Qaraçinar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Goranboy rayonu Qaraçinar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxx 2005-ci il tarixdə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, Goranboy rayonu Qaraçinar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən tamah niyyətilə saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qohumu və həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayətin törədilməsində əvvəlcədən razılaşdıqları qaydada aralarındakı vəzifə bölgüsünə uyğun olaraq 18 mart 2024-cü il tarixdə saat 01 radələrində Goranboy rayonu, Qaraçinar kəndində yerləşən Goranboy rayonu, Zeyvə kənd sakini Şahid1 məxsus ərzaq məhsulları mağazasına qapını sındırma yolu ilə qanunsuz daxil olaraq mağazada yerləşən "xxxx" MMC-yə məxsus “Milli-ön” ödəmə terminalının kassasını sındıraraq terminaldan 8983 manat pulu gizli yolla talayıb zərərçəkmiş "xxxx" MMC-yə xeyli miqdarda, yəni 8983 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qohumu və həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayətin törədilməsində əvvəlcədən razılaşdıqları qaydada aralarındakı vəzifə bölgüsünə uyğun olaraq 18 mart 2024-cü il tarixdə saat 01 radələrində Goranboy rayonu, Qaraçinar kəndində yerləşən Goranboy rayonu, Zeyvə kənd sakini Şahid1 məxsus ərzaq məhsulları mağazasına qapını sındırma yolu ilə qanunsuz daxil olaraq mağazada yerləşən "xxxx" MMC-yə məxsus “Milli-ön” ödəmə terminalının kassasını sındıraraq terminaldan 8983 manat pulu gizli yolla talayıb zərərçəkmiş "xxxx" MMC-yə xeyli miqdarda, yəni 8983 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CMin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun dayısı oğludur. Ziyadla münasibəti həmişə yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. O, asan qazanc əldə etmək istəmiş, bunun üçün isə oğurluq edə biləcəyini düşünmüş və düşüncəsini xx.xx.2024-cü il tarixdə axşam saatlarında Goranboy rayonu Qaraçinar kəndinin ərazisində yerləşən çayxanaların birində dayısı oğlu Təqsirləndirilən şəxs2la görüşən zaman bildirmiş, həmin vaxta qədər isə artıq oğurluq etmək istədiyi mağazanı dəqiqləşdirmişdir. Belə ki, oğurluq etmək istədiyi mağaza Goranboy rayonu Qaraçinar kəndində yerləşən Şahid1 məxsus mağaza olmuşdur. Həmin mağaza “İbrahimoğlu” adlanır. O, həmin mağazanın içərisində quraşdırılmış “Milli-Ön” ödəmə terminalından pul oğurlamaq istəmişdir. Bunun üçün də hər bir halda mağazaya daxil olmalı idi, odur ki, dayısı oğlu Ziyadla söhbət edən zaman Ziyada düşüncəsini izah etməklə yanaşı faktiki olaraq İbrahimin mağazasında yerləşən “Milli-Ön” ödəmə terminalından pul oğurlamaq istədiyini bildirib, Ziyada onunla birlikdə oğurluq etməyi təklif etmişdir. Ziyad da onun təklifi ilə razılaşmış, onlar birlikdə İbrahimin mağazasında yerləşən “Milli-Ön” ödəmə terminalından pul oğurlamaq barədə razılaşmışlar. Odur ki, oğurluq hadisəsini törətmək üçün üsul və vasitələrlə bağlı düşünüb qərara gəlmişlər ki, həmin mağazada müşahidə kamerası olduğu üçün onlar həmin mağazaya maska və əlcəklə daxil olmalı, həmçinin də X3 aid hərbi geyim forması o, isə qara rəngli paltar geyinməli idi. Bundan başqa isə mağazanın içərisində olan “Milli Ön” ödəmə terminalından pul oğurlamaq məqsədi ilə dəmir lingdən istifadə etmək qərarına gəlmişlər. Odur ki, 18 mart 2024-cü il tarixdə saat 01 radələrində Ziyadla əvvəlcədən planlarına uyğun olaraq geyimlərini geyinib, maska və əlcəklərini taxıb Goranboy rayonu Qaraçinar kəndində yerləşən İbrahimin mağazasının yaxınlığına getmişlər. Həmin yerdə Ziyadla qərara almışlar ki, mağazanın əsas yox digər plastik materialdan olan qapısından mağazaya daxil olsunlar, buna görə də həmin qapıya yaxınlaşıb əvvəlcədən üzərində olan dəmir linglə qapının kilidini sındırmaqla Ziyadla birlikdə mağazanın içərisinə daxil olmuşlar. Mağazanın içərisinə daxil olan zaman ilkin olaraq müşahidə kamerasını elektrik cərəyanından ayırmışdır. Bunun ardınca isə mağazanın içərisində olan “Milli Ön” ödəmə terminalına yaxınlaşıb Ziyadla birlikdə ödəmə terminalını rahat işləməkləri üçün 5-6 metr qabağa doğru çəkib arxası üstə uzatmışdır. Sonra əlində olan dəmir linglə bir neçə dəfə terminalın ön hissəsinə ardıcıl zərbələr vurmuş, nəticədə terminalın dəmirdən olan ön üzlüyü sınsada pulların saxlanıldığı həmin hissə olduğu kimi qalmışdır. Ona görə də dəmir linglə terminalda pulun saxlanıldığı hissəyə ardıcıl zərbələr vurmuş, Ziyadda ona köməklik edib həmin hissəyə bir neçə dəfə dəmir linglə zərbə vurmuş, nəhayət təxminən bir saat sonra terminalda pulun saxlanıldığı hissəsini sındırmış və həmin hissədə olan pulları götürmüşdür. Bunun ardınca isə cibində olan sellofan torbanı çıxarıb oğurladığı pulları həmin sellofan torbanın içərisinə qoyub Ziyadla birlikdə onun yaşadığı evə getmişlər. Evdə olan zaman Ziyadla birlikdə oğurladıqları pulu sayaraq pulun ümumi məbləğinin 8983 manat olmasını bilmişlər. Odur ki, Ziyadla belə qərara gəlmişlər ki, pulu gizlətsinlər. Buna görə də pulu yaşadığı evdə yataq otağında döşəyin altında gizlətmişdir. Ziyad da onlarda qalmışdır. Səhər saat 8 radələrində Ziyadla birlikdə yuxudan oyanmış, yaşadığı evdən çıxmış, o, çayxanaya getmiş, Ziyad da evlərinə getmişdir. O, çayxananın yanında gözləmiş və müşahidə etməyə başlamış, ətrafda polis əməkdaşları olmasını və kameralara baxmalarını görmüş, 15-20 dəqiqə baxıb sonra yaşadığı evə getmiş, Ziyada zəng edib “mən Goranboy şəhərinə gedirəm, səndə gəl” demişdir. O, evdə pulları qoyduğu yerdən götürüb cibinə qoymuş və Goranboy şəhərinə getmiş, Ziyad isə artıq Goranboy şəhərinə gəlib onu orada gözləmişdir. Ziyadla birlikdə tanımadığı taksi ilə Gəncə şəhərinə getmiş, orada “Köhnə Yevlax” avtovağzalı deyilən yerdə tanımadığı və adını bilmədiyi səyyari şəkildə valyuta dəyişən şəxsə yaxınlaşıb üzərində olan 8983 manat puldan 8550 manatını həmin şəxsə verib əvəzində 5000 ABŞ dolları əldə etmiş, sonra pulu cibinə qoymuş və Ziyadla birlikdə Gəncə şəhərində gəzərək pulun 1480 manatını şəxsi işlərində xərcləmişlər. Bundan sonra həmin gün saat 22 radələrində Gəncə şəhərinin girişində olan adını xatırlamadığı kafedə yemək yeyən zaman Ziyadla pulu aralarında bölmüşlər. O, Türkiyə Respublikasına işləmək üçün gedəcəyinə görə pulu çox götürmüş, Ziyad da buna heç bir etiraz etməmişdir. O, cibində qalmış puldan 3200 ABŞ dolları və 460 manat pulu özü üçün götürmüş, Ziyada isə 800 ABŞ dolları və 240 manat pul vermiş, saat 23 radələrində oradan çıxıb ayrılmışlar. O, Bakı şəhərinə getmək üçün Gəncə şəhərində taksilər olan yerə getmiş və oradan da tanımadığı taksi ilə Bakı şəhərinə yola düşmüş, Ziyadın isə hara getməsini bilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 04 radələrində o, Bakı şəhərinə çatmağa az qalmış fikrini dəyişmiş və törətdiyi cinayət əməlindən peşman olmuş, buna görə də geri qayıdıb təslim olmaq qərarına gəlmişdir ki, cəzası az olsun və getdiyi maşından düşüb başqa tanımadığı taksi ilə geri qayıtmış və könüllü olaraq təslim olmaq məqsədi ilə Goranboy rayonuna gəlmiş, həmin gün yəni 19 mart 2024-cü il tarixdə saat 12:00-da Goranboy rayon polis şöbəsinin inzibati binasına daxil olub könüllü təslim olmuş və həmin vaxt Ziyadla birlikdə oğurlayıb aralarında böldüyü puldan payına düşən hissəsi üzərində olmuşdur. O, Şahid1 məxsus ərzaq məhsulları mağazasına qanunsuz daxil olub mağazanın içərisindən hər hansısa məhsul və ya əşya oğurlamamışdır, Ziyadla məqsədi həmin mağazanın içərisində olan ödəniş terminalından pul oğurlamaq olmuşdur. Goranboy rayonu Qaraçinar kəndində yerləşən Şahid1 məxsus “İbrahimoğlu” mağazasının içərisində olan “Milli Ön” ödəmə terminalından oğurluq etmək barədə başqa şəxs və ya şəxslər Ziyada və ona köməklik etməmiş, eyni zamanda bununla bağlı başqa şəxs və ya şəxslərlə aralarında əvvəlcədən və ya sonradan razılaşma olmamışdır. O, Ziyadla birlikdə oğurladığı pullar barədə heç kimə məlumat verməmiş, pulları oğurlayandan sonra onun yaşadığı evə getmişlər, çünki bir ay olar ki, yaşadığı evdə heç kim qalmamışdır. Buna görə də, pulu onun evində yataq otağında çarpayının üzərindəki döşəyin altında gizlətmişlər. O, Ziyadla birlikdə Gəncə şəhərinə getdikdən sonra Gəncə şəhəri ərazisində yerləşən “ Köhnə Yevlax” avtovağzalı adlanan yerdə tanımadıqları şəxsə yaxınlaşıb oğurladıqları pulları ABŞ dollarına çevirən zaman həmin şəxsə pulların yalandan özlərinə məxsus olmasını demişlər. Həmin şəxs onların pulları cinayət yolu ilə əldə etməklərini bilməmiş, həmçinin də onlar bu barədə həmin şəxsə məlumat verməmişlər. Bununla yanaşı, tanımadıqları həmin şəxsin əlamətləri konkret olaraq yadında qalmamışdır. Oğurluq hadisəsini törədən zaman Ziyad əyninə sərhəd xidməti hərbi geyimini geyinmiş, həmin geyimi isə Ziyada o vermişdir. Özü isə qara rəngli paltarlarını geyinmiş, bununla yanaşı hər ikisi maska olaraq başlarına uşaq koftasını keçirmişlər. Əlcək olaraq isə qaynaq əlcəklərindən istifadə etmişlər. Dəmir alət ling isə uzun illərdir ki, yaşadığı evdə olmuşdur. O, Goranboy rayonu və ya Respublikanın başqa rayonlarında başqa oğurluq hadisəsi törətməmişdir. O, fərdi yaşayış evində bir ay olar ki yaşayış olmadığı üçün evin dağınıq və səliqəsiz olmasını, oğurluq zamanı istifadə etdikləri paltarları təqdim edən zaman orada bir ədəd gümüşü rəngli dəmir metaldan hazırlanmış əşya (aparat) da qalmış, həmin əşya ona məxsusdur, o, həmin əşyanı oğurlamamışdır. Sadəcə olaraq həmin vaxt həmin əşyanın (aparat) oğurluq olmadığını demək yadından çıxmışdır. O, oğurluq nəticəsində vurmuş olduqları ziyanlığı və oğurladıqları puldan xərclədikləri məbləği tam şəkildə "xxxx" MMC-yə ödəmişdir. Etdiyi əməldən peşmandır. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəyən ziyanı tamamilə ödədiyini, sonuncu ilə barışdığını, zərərçəkmiş şəxsin onunla barışaraq ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CMin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun bibisi oğludur. Elxanla münasibəti həmişə yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 17 mart 2024-cü il tarixdə axşam saatlarında Goranboy rayonu Qaraçinar kəndi ərazisində yerləşən çayxanaların birində bibisi oğlu Təqsirləndirilən şəxs1lə görüşən zaman ona asan qazanc əldə etmək məqsədi ilə oğurluq etmək istədiyini, bununla bağlı isə Goranboy rayonu Qaraçinar kəndində yerləşən Şahid1 məxsus ərzaq məshulları mağazasına daxil olaraq mağazanın içərisində quraşdırılmış “Milli Ön” ödəmə terminalından pul oğurlamaq istədiyini və ona da onunla birlikdə oğurluq etməyi təklif etmişdir. O da Elxanın təklifi ilə razılaşmışdır. Odur ki, oğurluq hadisəsini törətmək üçün üsul və vasitələrlə bağlı düşünüb qərara gəlmişlər ki, həmin mağazada müşahidə kamerası olduğu üçün onlar həmin mağazaya maska və əlcəklə daxil olsunlar, həmçinin də o, Sərhəd Qoşunlarına aid hərbi geyim forması, Elxan isə qara rəngli paltar geyinməli idi. Bundan başqa isə, mağazanın içərisində olan “Milli Ön” ödəmə terminalından pul oğurlamaq məqsədi ilə dəmir lingdən istifadə etmək qərarına gəlmişlər. Odur ki, 18 mart 2024-cü il tarixdə saat 01 radələrində Elxanla əvvəlcədən planlarına uyğun olaraq geyimlərini geyinib, maska və əlcəklərini taxıb Goranboy rayonu Qaraçinar kəndində yerləşən İbrahimin mağazasının yaxınlığına getmişlər. Həmin yerdə Elxanla qərara almışlar ki, mağazanın əsas yox digər plastik materialdan olan qapısından içəriyə daxil olsunlar, buna görə də Elxan həmin qapıya yaxınlaşıb əvvəlcədən üzərində olan dəmir linglə qapının kilidini sındırmaqla onunla birlikdə mağazanın içərisinə daxil olmuşlar. Mağazanın içərisinə daxil olan zaman ilkin olaraq Elxan müşahidə kamerasını elektrik cərəyanından ayırmışdır. Bunun ardınca isə mağazanın içərisində olan “Milli Ön” ödəmə terminalına yaxınlaşıb Elxanla birlikdə ödəmə terminalını rahat işləməkləri üçün 5-6 metr qabağa doğru çəkib arxası üstə uzatmışlar. Sonra Elxan əlində olan dəmir linglə bir neçə dəfə terminalın ön hissəsinə ardıcıl zərbələr vurmuş, nəticədə terminalın dəmirdən olan ön üzlüyü sınsa da pulların saxlanıldığı həmin hissə olduğu kimi qalmışdır. Ona görə də Elxan dəmir linglə terminalda pulun saxlanıldığı hissəyə ardıcıl zərbələr vurmuş, o, da Elxana köməklik edib dəmir linglə həmin hissəyə bir neçə zərbə vurmuş, nəhayət təxminən bir saat sonra terminalda pulun saxlanıldığı hissəsini sındırmış və həmin hissədə olan pulları götürmüşdür. Bunun ardınca isə Elxan cibində olan sellofan torbanı çıxarıb oğurladığı pulları həmin sellofan torbanın içərisinə qoymuş, sonra oradan çıxıb birlikdə Elxanın yaşadığı evə getmişlər. Evdə olan zaman Elxanla birlikdə pulu saymışlar və müəyyən etmişlər ki, oğurladıqları pulun ümumi məbləği 8983 manatdır. Odur ki, Elxanla pulu gizlətmək qərarına gəlmişlər. Buna görə də pulu Elxanın yaşadığı evdə yataq otağında çarpayının üzərində olan döşəyin altında gizlətmişlər. O, gecəni Elxanın evində qalmışdır. Səhər saat 8 radələrində Elxanla birlikdə yuxudan oyanmışlar, Elxanın yaşadığı evdən çıxmışlar, Elxan çayxanaya, o, isə yaşadığı evə getmişdir. Təxminən 15-20 dəqiqə sonra yaşadığı evdə olarkən Elxan zəng edib “Goranboy şəhərinə gedirəm” demiş, buna görə Elxan ona da Goranboy şəhərinə getməyini demişdir. O da Elxanla razılaşmış və bundan sonra Goranboy şəhərinə getmişlər. Goranboy şəhərinə çatdıqdan sonra isə bir qədər orada gözləmiş, sonra Elxan gəlmiş və onlar birlikdə tanımadığı taksi ilə Gəncə şəhərinə getmişlər, orada “Köhnə Yevlax” avtovağzalı deyilən yerdə tanımadığı və adını bilmədiyi səyyari şəkildə valyuta dəyişən şəxsə yaxınlaşmışlar, həmin vaxt Elxan üzərində olan 8983 manat puldan 8550 manatını həmin şəxsə verib əvəzində 5000 ABŞ dolları əldə etmiş, sonra pulu cibinə qoymuş və birlikdə Gəncə şəhərində gəzərək pulun 1480 manatını şəxsi işlərində xərcləmişlər. Bundan sonra həmin gün saat 22 radələrində Gəncə şəhərininin girişində olan adını xatırlamadığı kafedə yemək yeyən zaman Elxanla pulu aralarında bölmüşlər. Elxan Türkiyə Respublikasına işləmək üçün gedəcəyinə görə pulu çox götürmüş, o da buna heç bir etiraz etməmiş, Elxan cibində qalmış puldan 3200 ABŞ dolları və 460 manat pulu özü üçün götürmüş, ona isə 800 ABŞ dolları və 240 manat pul vermiş, saat 23 radələrində oradan çıxıb ayrılmışlar, o, gecəni Gəncə şəhərində xalası evində qalmışdır. Səhəri gün isə yəni 19 mart 2024-cü il tarixdə xalası evindən çıxıb Gəncə şəhəri ərazisində gəzinən zaman saat 14:00-da mülki geyimli şəxslər ona yaxınlaşıb Goranboy RPŞ-nin əməkdaşları olduqlarını deyib onun Goranboy rayonu Qaraçinar kəndində yerləşən Şahid1 məxsus ərzaq məshulları mağazasında quraşdırılmış “Milli Ön” ödəmə terminalından pul oğurlamaqda şübhəli olduğunu deyib bununla əlaqədar saxlanıldığını bildirməklə yanaşı hüquq və vəzifələrini izah etmişlər və onu Goranboy RPŞ-nə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməmiş və şifahi sorğu zamanı bibisi oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə Goranboy rayonu Qaraçinar kəndində yerləşən Şahid1 məxsus ərzaq məshulları mağazasında quraşdırılmış “Milli Ön” ödəmə terminalından pul oğurladıqlarını demişdir. Həmçinin həmin vaxt oğurladığı puldan payına düşən hissəsi üzərində olmuşdur. O, Şahid1 məxsus ərzaq məhsulları mağazasına qanunsuz daxil olub mağazanın içərisindən hər hansısa məhsul və ya əşya oğurlamamışdır, Elxanla məqsədi həmin mağazanın içərisində olan ödəniş terminalından pul oğurlamaq olmuşdur. Goranboy rayonu Qaraçinar kəndində yerləşən Şahid1 məxsus “İbrahimoğlu” mağazasının içərisində olan “Milli Ön” ödəmə terminalından oğurluq etmək barədə başqa şəxs və ya şəxslər Elxana və ona köməklik etməmiş, eyni zamanda bununla bağlı başqa şəxs və ya şəxslərlə aralarında əvvəlcədən və ya sonradan razılaşma olmamışdır. O, Elxanla birlikdə oğurladığı pullar barədə heç kimə məlumat verməmiş, pulları oğurlayandan sonra Elxanın yaşadığı evə getmişlər, çünki bir ay olar ki, Elxanın yaşadığı evdə heç kim qalmamışdır. Buna görə də pulu Elxanın evində yataq otağında çarpayının üzərindəki döşəyin altında gizlətmişlər. O, Elxanla birlikdə Gəncə şəhərinə getdikdən sonra Gəncə şəhəri ərazisində yerləşən “ Köhnə Yevlax” avtovağzalı adlanan yerdə tanımadıqları şəxsə yaxınlaşıb oğurladıqları pulları ABŞ dollarına çevirən zaman həmin şəxsə pulların yalandan özlərinə məxsus olmasını demişlər. Həmin şəxs onların pulları cinayət yolu ilə əldə etməklərini bilməmiş, həmçinin də onlar bu barədə həmin şəxsə məlumat verməmişlər. Bununla yanaşı tanımadıqları həmin şəxsin əlamətləri konkret olaraq yadında qalmamışdır. O, Goranboy rayonu və ya Respublikanın başqa rayonlarında başqa oğurluq hadisəsi törətməmişdir. O, oğurluq nəticəsində vurmuş olduqları ziyanlığı və oğurladıqları puldan xərclədikləri məbləği tam şəkildə "xxxx" MMC-yə ödəmişdir. Etdiyi əməldən peşmandır. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəyən ziyanı tamamilə ödədiyini, sonuncu ilə barışdığını, zərərçəkmiş şəxsin onunla barışaraq ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, rəsmi olaraq 2015-ci ildən "xxxx" MMC-nin təhlükəsizlik departamentinin qrup rəhbəri, hüquqşünas vəzifəsində işləyir. Şirkət elektron ödəmə sistemləri və onlara texniki xidmət göstərilməsi üzrə aparıcı şirkətdir. Şirkət rayon, şəhər rəhbərliyi və sahibkarlarla razılaşma əsasında ödəmə aparatları quraşdırır. “MilliÖn” ödəmə aparatı Goranboy rayonu Qaraçinar kəndində yerləşən “İbrahimoğlu” marketin daxilində quraşdırılmışdır. xx.xx.2024-cü il tarixdə şirkətin zəng mərkəzinə məlumat daxil olmuşdur ki, naməlum şəxs və ya şəxslər gecə vaxtı Qaraçinar kəndində yerləşən “İbrahimoğlu” marketə qanunsuz daxil olaraq orada quraşdırılmış "xxxx" MMC-nin şəxsi mülkiyyəti olan 51179 nömrəli ödəmə terminalının aparatını zədələyərək daxilində olan pulu oğurlamışlar. Oğurluq edən şəxslər aparatın 39 manat dəyərində təhlükəsizlik kəmərini, 142 manat dəyərində inkassasiya qapısını, 283 manat dəyərində texniki hissə qapısını, 537 manat dəyərində böyük pul kasetini, 885 manat dəyərində kasetin korpusunu, 250 manat dəyərində Mei Plata cihazını, 1000 manat dəyərində əskinas qəbuledicini zədələyərək sındırmışlar. Oğurluq edən şəxslər inkassasiya qapısını və pul kasetini sındırdıqdan sonra aparatın daxilində olan 9161 manat pulu oğurlamışlar. Ödəmə aparatının təmiri üçün 283 manat vəsait tələb edilir. Oğurluq etmiş şəxslər aparatın daxilində olan pulu gizli taladıqları zaman aparatın hissələrini sındıraraq ümumilikdə 3419 manat texniki ziyan vurmuşlar və 9161 manat pulu oğurlamışlar. Nəticədə "xxxx" şirkətinə ümumilikdə 12580 manat məbləğində maddi ziyan vurulmuşdur. Odur ki, "xxxx" şirkətinə vurulmuş maddi ziyanın ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 18 mart 2024-cü il tarixdə saat 08 radələrində Goranboy rayonu Zeyvə kənd sakini Sarıyev X1 RPŞ-nə ərizə ilə müraciət edərək Goranboy rayonu Qaraçinar kəndində yerləşən ona məxsus ərzaq məhsulları mağazasının əlavə qapısının kilidinin sındırılması yolu ilə mağazaya daxil olan naməlum şəxs və ya şəxslərin mağazanın içərisində quraşdırılmış "xxxx" MMC-yə məxsus “Milli-ön” ödəmə terminalını sındırmaqla terminalda olan miqdarını bilmədiyi pulun oğurlandığını bildirmişdir. O, daxil olmuş məlumatla əlaqədar RPŞ-nin əməliyyat istintaq qrupunun üzvləri ilə həmin mağazanın yerləşdiyi Qaraçinar kəndinə getmişdir. Həmin mağazanın əlavə qapısının kilidi naməlum şəxs və ya şəxslər tərəfindən sındırılmaqla mağazaya daxil olunmuş, mağazanın içərisində quraşdırılmış "xxxx" MMC-yə məxsus “Milli-ön” ödəmə terminalının içərisində pul kaseti də sındırılaraq orada olan məbləği dəqiq bilinməyən pullar oğurlanmışdır. Mağazanın içərisi dağıdılmamış və mağazadan heç bir oğurluq olmamışdır. Mağazada olan təhlükəsizlik kamerası elektrik cərəyanından ayrıldığına görə mağazanın təhlükəsizlik kamerası qeydiyyat aparmamışdır. Buna görə də yaxınlıqda olan digər mağazaların təhlükəsizlik kameralarına baxış keçirməyə başlamışlar, yaxınlıqdakı mağazanın birində təhlükəsizlik kameralarına baxan zaman Şahid1 mağazasına iki nəfər maskalı və əllərində əlcək olan şəxsin dəmir linglə mağazanın əlavə qapısının kilidini sındıraraq mağazaya daxil olub "xxxx" MMC-yə məxsus “Milli-ön” ödəmə terminalını sındırmaqla terminalda olan pulları oğurlamalarını görmüşdür. Bundan sonra həmin video görüntü diskə köçürülərək tərtib edilmiş protokola əlavə edilmişdir. "xxxx" MMC-yə məxsus “Milli-ön” ödəmə terminalının pul saxlanılan kasetinin içərisində 178 manat pul qalmış, həmin pul təhqiqatçı tərəfindən götürülərək tərtib edilmiş protokola əlavə edilmiş, əvvəlcədən dəvət edilmiş iki nəfər hal şahidinin və iştirakçıların iştirakı ilə tərtib edilmiş protokola imza etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şahid1 Qaraçinar kəndində yerləşən mağazasına daxil olaraq "xxxx" MMC-yə məxsus “Milli-ön” ödəmə terminalını sındırmaqla terminalda olan pulları oğurlayan şəxslərin Qaraçinar kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olmaları müəyyən edilmiş və Təqsirləndirilən şəxs2 19 mart 2024-cü il tarixdə saat 14:00 radələrində Gəncə şəhəri ərazisində saxlanılaraq RPŞ-nə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, Goranboy rayonu Qaraçinar kəndində yerləşən “İbrahimoğlu” market ona məxsusdur. O, həmin marketə təxminən 10-15 gün ərzində bir dəfə gedir. O, özünə məxsus “İbrahimoğlu” marketə nəzarəti qohumu X2 tapşırmışdır. Özü isə müəyyən vaxtlarda gedib nəzarət edir. O, sonuncu dəfə təxminən 5 gün əvvəl marketə getmişdir. xx.xx.2024-cü il tarixdə o, şəxsi işi ilə əlaqədar olaraq yaşadığı Goranboy rayonunun Zeyvə kəndindən çıxaraq Bakı şəhərinə getmiş, işlərini bitirdikdən sonra xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrində Bakı şəhərindən çıxaraq həmin gün 15:30 radələrində Goranboy rayonuna çatmış, oradan isə yaşadığı Zeyvə kəndinə getmişdir. O, evə çatdıqdan sonra yemək yemiş, saat 21 radələrinə qədər evində yatmış, bundan sonra saat 21 radələrində o, yuxudan durub Zeyvə kəndində yerləşən yanacaq doldurma məntəqəsinə gedib orada 10 dəqiqə dayanıb yenidən yaşadığı evə qayıdaraq yatmışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 07 radələrində qohumu Ramil Sarıyev ona zəng edərək mağazadan oğurluq olmasını demişdir. Bu zaman o, dərhal yaşadığı Goranboy rayonu Zeyvə kəndində olan fərdi yaşayış evindən çıxaraq Qaraçinar kəndinə getmişdir. Ona məxsus “İbrahimoğlu” marketin qarşısında xeyli sayda polis əməkdaşlarının olduğunu görmüşdür. O, baş vermiş oğurluq hadisəsi ilə maraqlandıqda ona naməlum şəxs və ya şəxslərin mağazanın ehtiyat giriş qapısının kilidini sındırıb içəri daxil olaraq içəridə olan “Milli-Ön” aparatının üzərində olan dəmir qoruyucunu qırıb içərisində olan pulları oğurlamalarını demişlər. Bundan sonra o, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq Goranboy RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. O, Qaraçinar kəndində yerləşən “İbrahimoğlu” adlı marketə daxil olan naməlum şəxs və ya şəxslərin marketdə yerləşdirilmiş “MilliÖn” ödəmə terminalından pul oğurlamalarını, ona məxsus heç bir şey oğurlanmadığını, ona maddi ziyanlıq vurulmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azrəbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Goranboy rayonu, Qaraçinar kəndində yerləşən Şahid1 “İbrahimoğlu” adlı mağazasıdır. Mağazaya baxış keçirilən zaman mağazaya yerləşdirilmiş bir ədəd “MilliÖn” ödəmə terminalının sınıq vəziyyətdə olması müəyyən edilmişdir. Bundan başqa baxış zamanı “MilliÖn” ödəmə terminalının içərisində olan 178 manat pul təhqiqatçı tərəfindən götürülmüşdür. “Şübhəli şəxsin tutulması haqqında” 19 mart 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsindən şübhələnməyə əsas verən kifayət qədər əsaslar olduğu üçün həmin tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdə saat 12:00dan məhdudlaşdırılmışdır; “Şübhəli şəxsin tutulması haqqında” 19 mart 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsindən şübhələnməyə əsas verən kifayət qədər əsaslar olduğu üçün həmin tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdə saat 14:00dan məhdudlaşdırılmışdır; “Baxış və götürmə aparılması haqqında” 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 32 ədəd ABŞ dolları, bir ədəd 100 manatlıq, 3 ədəd 50 manatlıq, 8 ədəd 20 manatlıq, 10 ədəd 5 manatlıq pul əskinasları olmaqla ümumilikdə 3200 ABŞ dolları və 460 manat pul əskinası cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür; “Baxış və götürmə aparılması haqqında” 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 8 ədəd ABŞ dolları, 3 ədəd 50 manatlıq, 3 ədəd 20 manatlıq, 6 ədəd 5 manatlıq pul əskinasları olmaqla ümumilikdə 800 ABŞ dolları və 240 manat pul əskinası cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür; “Baxış və götürmə aparılması haqqında” 20 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd dəmir ling, 1 dəst göy-yaşıl rəngli hərbi geyim, 1 ədəd qara rəngli papaq, 1 ədəd boz rəngli papaq, 2 cüt sarı rəngli əlcək, 1 ədəd qırmızı rəngli əlcək, maska kimi istifadə edilən iki ədəd uşaq papaqları və 1 ədəd qara rəngli qış gödəkcəsi Goranboy RPŞ-nin saxlancına verilmişdir; “Təqsirləndirilən şəxsin MSY-dən azad etmək və barəsində qətimkan tədbiri seçmək haqqında” 21 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Təqsirləndirilən şəxsin MSY-dən azad etmək və barəsində qətimkan tədbiri seçmək haqqında” 21 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir; Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayon Məhkəməsinə daxil olmuş həmin tarixli teleqramından görünür ki, Goranboy rayon Məhkəməsinin icraatında olan 1(045)-49/2024 saylı cinayət işi üzrə "xxxx" şirkətinə vurulmuş maddi ziyanın əvəzi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənilmişdir. Şikayət və tələbləri yoxdur, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Adı çəkilən Qərarın 4-cü bəndinə əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Həmin Qərarda, həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda, həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özgəyə, yəni Şahid1 məxsus mağazaya qanunsuz daxil olmaqla "xxxx" MMC-yə məxsus “MilliÖN” ödəmə terminalının kassasından xeyli miqdarda əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödəməsini, sonuncu ilə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını; -yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon icra hakimiyyəti başçısının Qaraçinar kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödəməsini, sonuncu ilə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını; -yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon icra hakimiyyəti başçısının Qaraçinar kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətləri, o cümlədən cəzalarını yüngülləşdirən olması, ağırlaşdıran halların isə müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilmələrinin mümkünlüyü qənaətinə gələrək, onlara CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: -yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; -məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; -müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətlərinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları tarixdən hesablanmalı, barələrində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan - 1 ədəd dəmir ling, 2 cüt sarı rəngli əlcək, 1 ədəd qırmızı rəngli əlcək və maska kimi istifadə edilən iki ədəd uşaq papaqları məhv edilməli, iş üzrə maddi sübut olan - 1 dəst göy-yaşıl rəngli hərbi geyim, 1 ədəd qara rəngli papaq, 1 ədəd boz rəngli papaq və 1 ədəd qara rəngli qış gödəkçəsi təqsirləndirilən şəxsə qaytarılmalı, iş üzrə maddi sübut olan - 4000 ABŞ dollarının, 700 manat pulun, həmçinin hadisə yerindən götürülmüş maddi sübut olan 178 manat pulun zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 faktiki olaraq 19 mart 2024-cü il tarixdən 21 mart 2024-cü il tarixədək müddətdə 02 (iki) gün şübhəli şəxs qismində tutulmaları nəzərə alınaraq, onlara təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmalı, onların üzərlərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi1 və vəkil Müdafiəçi2 tərəfindən ayri-ayrılıqda təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Goranboy rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdikləri 12 (on iki) iş saatına görə hər iş saatına 6 (altı) manat hesab edilməklə hər birinə ayrı-ayrılıqda 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 faktiki olaraq 19 mart 2024-cü il tarixdən 21 mart 2024-cü il tarixədək müddətdə 02 (iki) gün şübhəli şəxs qismində tutulması nəzərə alınaraq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün.

2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 faktiki olaraq 19 mart 2024-cü il tarixdən 21 mart 2024-cü il tarixədək müddətdə 02 (iki) gün şübhəli şəxs qismində tutulması nəzərə alınaraq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut olan - 1 ədəd dəmir ling, 2 cüt sarı rəngli əlcək, 1 ədəd qırmızı rəngli əlcək və maska kimi istifadə edilən iki ədəd uşaq papaqları məhv edilsin. İş üzrə maddi sübut olan - 1 dəst göy-yaşıl rəngli hərbi geyim, 1 ədəd qara rəngli papaq, 1 ədəd boz rəngli papaq və 1 ədəd qara rəngli qış gödəkcəsi təqsirləndirilən şəxslərə qaytarılsın. İş üzrə maddi sübut olan - 4000 ABŞ dollarının, 700 manat pulun, həmçinin hadisə yerindən götürülmüş maddi sübut olan 178 manat pulun zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar