Məhkəmə qərarları › İş №1(045)-49/2025

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-49/2025

17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-49/2025 17.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Yevlax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, xx.xx.1987-ci ildə Yevlax şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri C.Kərimov 126-da daimi qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, xx.xx.1982-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində, xx.xx.1980-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Yevlax şəhəri, Nizami Prospekti mənzil 232-də daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qəsdən tamah niyyətilə saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini əli ilə itələyib açaraq evə qanunsuz daxil olub, evin yataq otağında olan dolabın içərisindən 9150 (doqquz min bir yüz əlli) manat nağd pulu, Zərərçəkmiş şəxs4 xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə bacanağı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs2 etibarnamə ilə aldığı “VAZ 21074” minik markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edib Bərdə rayonu, Cicimli kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin qarşısına gəlib razılaşmalarına əsasən o, küçədə durub gözətçilik etmiş, Təqsirləndirilən şəxs2 də evin həyətyanı sahəsinə hasardan aşaraq qanunsuz olaraq həyətə daxil olmuş, evin açarını tapıb giriş qapısını açıb qanunsuz daxil olaraq evin yataq otağında yerləşən sandığın içərisindən 2500 (iki min beş yüz) manat nağd pulu, 3000 (üç min) manat dəyərində 30 qram çəkidə 1 ədəd qadın qızıl saatını, 1270 (bir min iki yüz yetmiş) manat dəyərində 1 ədəd qızıl boyunbağını, 1000 (bir min) manat dəyərində sırğa-üzük dəstini, ümumilikdə Zərərçəkmiş şəxs3 7770 (yeddi min yeddi yüz yetmiş) manat dəyərində xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə bacanağı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Təqsirləndirilən şəxs2 etibarnamə ilə aldığı “VAZ 21074” minik markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edib Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin qarşısına gəlib razılaşmalarına əsasən o, küçədə durub gözətçilik etmiş, Təqsirləndirilən şəxs2 də evin həyətyanı sahəsinin darvazanı bağlamaq üçün qoyulan ağacı çıxarmaqla qanunsuz olaraq həyətə daxil olub, evin giriş qapısını açıb qanunsuz daxil olaraq evin yataq otağında yerləşən dolabdan 9500 (doqquz min beş yüz) manat nağd pulunu, Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə qohumu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 29 mart 2025-ci il tarixdə saat 17 radələrində Goranboy rayonu Yeniyol kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin yaxınlığına gətirmiş, Təqsirləndirilən şəxs3 oğurladığı əşyaları ona verəcəyini, o da həmin oğurlanmış əşyaları satıb aralarında böləcəkləri barədə razılaşmalarına əsəsən Təqsirləndirilən şəxs3 evin həyətyanı sahəsinin açıq olan qapısından qanunsuz olaraq həyətə daxil olmuş, oradan isə evə yaxınlaşaraq evin açıq qapısından qanunsuz olaraq evə daxil olaraq otaqda olan qadın əl çantasının içərisindən 50 (əlli) manat pulu, evin digər otağında olan şkafdan isə 1000 (bir min) manat dəyərində 1 ədəd 10 qramlıq qızıl boyunbağını, 500 (beş yüz) manat dəyərində 1 ədəd 5-lik rus qızılı, 5000 (beş min) manat dəyərində 1 ədəd 25 qramlıq qızıl klonu, 2200 (iki min iki yüz) manat dəyərində 1 ədəd 22 qramlıq qızıl tros boyunbağını, 800 (səkkiz yüz) manat dəyərində 1 ədəd ağ qaşlı 8 qramlıq qızıl üzüyü, 700 (yeddi yüz) manat dəyərində 1 ədəd 7 qramlıq qızıl üzüyü, 1000 (bir min) manat dəyərində 1 ədəd 10 qramlıq qızıl üzüyü, 1200 (bir min iki yüz) manat dəyərində 1 ədəd 12 qramlıq qızıl qolbağını, 1200 (bir min iki yüz) manat dəyərində 1ədəd uşaq üçün (içərisində “anama” sözü yazılmış) 12 qramlıq qızıl qolbağını, 300 (üç yüz) manat dəyərində 1 ədəd 3 qramlıq (göz müncuğu formalı) qızıl klonu, 1500 (bir min beş yüz) manat dəyərində 1 ədəd brilliant qaşlı 15 qramlıq qızıl üzüyü, 1200 (bir min iki yüz) manat dəyərində 1 ədəd 12 qramlıq brilliant qaşlı qızıl üzüyü və 1000 (bir min) manat dəyərində qızıl sırğanı, ümumilikdə Zərərçəkmiş şəxs2 17650 (on yeddi minaltı yüz əlli) manat dəyərində xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə bacanağı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək xx.xx.2024-cü il tarixdə saat 10 radələrində onun etibarnamə ilə aldığı “VAZ 21074” minik markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs1 sürücülük hüququ olmadan idarə edib Bərdə rayonu, Cicimli kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin qarşısına gəlib razılaşmalarına əsasən Təqsirləndirilən şəxs1 küçədə durub gözətçilik etmiş, o da evin həyətyanı sahəsinə hasardan aşaraq qanunsuz olaraq həyətə daxil olmuş, evin açarını tapıb giriş qapısını açıb qanunsuz daxil olaraq evin yataq otağında yerləşən sandığın içərisindən 2500 (iki min beş yüz) manat nağd pulu, 3000 (üç min) manat dəyərində 30 qram çəkidə 1 ədəd qadın qızıl saatını, 1270 (bir min iki yüz yetmiş) manat dəyərində 1 ədəd qızıl boyunbağını, 1000 (bir min) manat dəyərində sırğa-üzük dəstini, ümumilikdə Zərərçəkmiş şəxs3 7770 (yeddi min yeddi yüz yetmiş) manat dəyərində xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə bacanağı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində onun etibarnamə ilə aldığı “VAZ 21074” minik markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs1 sürücülük hüququ olmadan idarə edib Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin qarşısına gəlib razılaşmalarına əsasən Təqsirləndirilən şəxs1 küçədə durub gözətçilik etmiş, o da evin həyətyanı sahəsinin darvazanı bağlamaq üçün qoyulan ağacı çıxarmaqla qanunsuz olaraq həyətə daxil olub, evin giriş qapısını açıb qanunsuz daxil olaraq evin yataq otağında yerləşən dolabdan 9500 (doqquz min beş yüz) manat nağd pulunu, ümumilikdə Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs3 tamah niyyətilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 29 mart 2025-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 onu Goranboy rayonu Yeniyol kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin yaxınlığına gətirmiş, oğurladığı əşyaları Təqsirləndirilən şəxs1 verəcəyini sonuncu da həmin oğurlanmış əşyaları satıb aralarında böləcəkləri barədə razılaşmalarına əsəsən evin həyətyanı sahəsinin açıq olan qapısından qanunsuz olaraq həyətə daxil olmuş, oradan isə evə yaxınlaşaraq evin açıq qapısından qanunsuz olaraq evə daxil olaraq otaqda olan qadın əl çantasının içərisindən 50 (əlli) manat pulu, evin digər otağında olan şkafdan isə 1000 (bir min) manat dəyərində 1 ədəd 10 qramlıq qızıl boyunbağını, 500 (beş yüz) manat dəyərində 1 ədəd 5-lik rus qızılı, 5000 (beş min) manat dəyərində 1 ədəd 25 qramlıq qızıl klonu, 2200 (iki min iki yüz) manat dəyərində 1 ədəd 22 qramlıq qızıl tros boyunbağını, 800 (səkkiz yüz) manat dəyərində 1 ədəd ağ qaşlı 8 qramlıq qızıl üzüyü, 700 (yeddi yüz) manat dəyərində 1 ədəd 7 qramlıq qızıl üzüyü, 1000 (bir min) manat dəyərində 1 ədəd 10 qramlıq qızıl üzüyü, 1200 (bir min iki yüz) manat dəyərində 1 ədəd 12 qramlıq qızıl qolbağını, 1200 (bir min iki yüz) manat dəyərində 1ədəd uşaq üçün (içərisində “anama” sözü yazılmış) 12 qramlıq qızıl qolbağını, 300 (üç yüz) manat dəyərində 1 ədəd 3 qramlıq (göz müncuğu formalı) qızıl klonu, 1500 (bir min beş yüz) manat dəyərində 1 ədəd brilliant qaşlı 15 qramlıq qızıl üzüyü, 1200 (bir min iki yüz) manat dəyərində 1ədəd 12 qramlıq brilliant qaşlı qızıl üzüyü və 1000 (bir min) manat dəyərində qızıl sırğanı, ümumilikdə Zərərçəkmiş şəxs2 17650 (on yeddi min altı yüz əlli) manat dəyərində xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurlamışdır. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 isə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CMin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin avqust ayının əvvəlində X15 oğlundan kreditə avtomobil almış, lakin onun sürücülük hüququ olmamışdır. Ona görə də, həmin avtomobili Yevlax şəhərində yaşayan tanışı X3 adına etibarnamə ilə almışdır. O, taksi fəaliyyəti və dilənçiliklə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 13:00 radələrində dilənçiliklə məşğul olmaq üçün idarə etdiyi “VAZ 2107” minik markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş şəhərinə getmiş, Ağdaş şəhərində yerləşən “mal bazarı” adlanan yeri keçdikdən sonra Ağdaş rayonu, Aşağı Zeynəddin kəndinə getmişdir. Kəndin içərisində avtomobilini saxlayıb avtomobildən aşağı düşmüş, daha sonra isə evləri gəzərək dilənməyə başlamışdır. Saat təxminən 14:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus evin qarşısına gəlmiş və qapını döyərək ev sahibini çağırmağa başlamış, lakin heç bir səs gəlməmişdir. O, həmin vaxtı əmin olmuşdur ki, evdə heç kim yoxdur. Onun də maddi vəziyyətində problemlər olduğu üçün evə daxil olub oğurluq etmək qərarına gəlmişdir. O, evin sol tərəfində olan daş hasardan tullanıb həyətyanı sahəyə daxil olmuş, daha sonra isə evin qapısını açmaq istəmiş, lakin qapı bağlı olmuşdur. O, daha sonra evin ətrafını fırlanmış və sol tərəfdə olan plastik pəncərəni əli ilə vurub açmışdır. Bundan sonra evə daxil olmuş, daxil olduğu otağı axtarmağa başlamışdır. Həmin vaxtı paltar dolabında və qabların yığıldığı dolabda pulların olmasını görmüş, həmin pulları götürmüş və əynində olan cins şalvarının sağ yan cibinə qoymuşdur. Daxil olduğu evin qapısı bağlı olduğu üçün digər otaqlara daxil olmamış və evə daxil olduğu yerdən çölə çıxmışdır. Daha sonra avtomobilinə əyləşmiş və pulu saymağa başlamışdır. Pulun məbləği 9150 (doqquz min bir yüz əlli) manat təşkil etmişdir. Həmin pulların içərisində 100, 50, 20 və 10 manatlıq əskinazlar olmuşdur. Bundan sonra avtomobili ilə Ağdaş rayonu, Aşağı Zeynəddin kəndindən çıxmış və Yevlax şəhərinə gəlmişdir. O, oğurladığı pul ilə borclarını ödəmişdir. Həmin oğurluq cinayətini tək törətmiş heç kimin köməkliyindən istifadə etməmişdir. Bundan başqa pula ehtiyacı olduğu üçün Yevlax şəhər sakini, bacanağı Təqsirləndirilən şəxs2 ilə oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 2024-cü ilin noyabr ayında Alim Yevlax şəhər sakini tanışı Mahir Həsənlidən “VAZ 2107” markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobili kreditlə almışdır. xx.xx.2024-cü il tarixdə o, səhər saatlarında Alim ilə görüşmüş və həmin avtomobil ilə oğurluq etmək üçün Bərdə rayonu istiqamətinə yola düşmüşlər. Avtomobili o idarə etmişdir. Bərdə dövlət yol polisi postunu keçdikdən biraz sonra sağ tərəfə dönmüşlər, həmin istiqamətdə hərəkətdə olarkən “X18”nın ocağına çatmamış Cicimli adlı kəndə tərəf dönmüşlər. Orada yerləşən şəhid plakatının yanından sola dönüb düz hərəkət etmişlər. Orada çınqıllı yolla hərəkət edərkən Alim ona avtomobili göy rəngli darvazanın qarşısında saxlamağı təklif etmiş, o da avtomobili saxlamış və Alim avtomobildən düşmüşdür. O isə hərəkətə davam etmiş və geri qayıtmışdır. Alimlə razılaşmalarına əsasən o, küçədə durub gözətçilik etmişdir. Belə ki, kim gəlsə Alimə telefonla xəbər edəcəkdi. Bir neçə dəqiqə sonra Alim evdən çıxmış və həmin evdən 800 (səkkiz yüz) manat pul oğurladığını deyərək ona 300 (üç yüz) manat pul vermişdir. O, həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa yenə də bacanağı Təqsirləndirilən şəxs2lə oğurluq qərarına gəlmişlər. Ona görə də, xx.xx.2024-cü il tarixdə Alimlə birlikdə Bərdə rayonuna yola düşmüşlər. Onlar Bərdə postunu keçdikdən sonra Bərdə-Ağcabədi yolu istiqamətinə dönmüşlər. Biraz getdikdən sonra onlar “Mal bazarı” istiqamətinə dönmüşlər. “Mal bazarı” istiqamətində kəndin içərilərinə doğru hərəkət etdikdə orada mağar maşını və yas mərasimi olduğunu aşkar etmişlər. Alim ona avtomobili yaxınlıqda yerləşən köhnə tipli darvazası olan evin qarşısında saxlamağı təklif etmiş, o da avtomobili orada saxlamışdır. O, yenə də razılaşmalarına görə gözətçilik etmiş və kimsə gəlsə telefonla Alimə xəbər edəcəkdi. Həmin darvazanın qapısına çöp taxılmışdır. Alim içəri daxil olmuş, çıxdıqdan sonra ona həmin evdən 3800 (üç min səkkiz yüz) manat pul oğurladığını bildirib ona 800 (səkkiz yüz) manat pul vermişdir. Bundan başqa X7 onun atasının əmisi oğludur, onunla normal münasibəti var və aralarında heç bir düşmənçilik və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs3 onun qaynatasının qardaşı qızı, X2 isə anasının əmisi Hacının nəvəsidir. Onlarla normal münasibəti var və aralarında heç bir düşməçilik və ya ədavətləri yoxdur. 29 mart 2025-ci il tarixdə saat 08 radələrində Mədinə, Sayıma, Teymur və o, Teymurun idarə etdiyi VAZ-2107 markalı avtomobili ilə Yevlax rayonundan çıxıb Goranboy rayonuna “Orucluq bayramı”nda dilənmək üçün yola düşmüşlər. Teymurla qadınları Goranboy rayonu ərazisində düşürmüşlər. Mədinə və Sayıma dilənməyə getmişlər. Mədinə ilə onun arasında əvvəlcədən sonuncu evlərdən oğurluq etdikdən sonra oğurlanmış malları ona verməyi, o da həmin malları satdıqdan sonra qazancı yarı bölməkləri barədə razılıq olmuşdur. Lakin, bu barədə Teymurun və Sayımanın məlumatları olmamışdır. Bu barədə Mədinə ilə o, Teymurla Sayımaya deməmişlər. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Teymurla birlikdə Mədinə ilə Sayımanı avtomobilə götürmüşlər. Bu vaxt Mədinə əlində olan salfet kağızına bükülü 1 ədəd 25-liyi, 1 ədəd beşliyi və 1 ədəd qırıq sırğanı gizli ona vermişdir. Bundan sonra Teymur avtomobilini idarə etmiş və onlar Yevlax rayonuna yola düşmüşlər. Bir qədər yol getdikdən sonra Teymur ağrıdığını deyərək avtomobili idarə etməyi üçün ona vermişdir. O da, Teymurun avtomobilini idarə edib Yevlax rayonuna getmişlər. Yevlax şəhərində yaşadığı küçənin girişində avtomobili Teymura verib evinə getmişdir. Mədinənin ona verdiyi qızıl-zinət əşyalarını Gəncə şəhərinə gedib orada Dubay bazarı adlanan yerdə tanımadığı şəxslərə satmışdır. Sonra isə oğurluq yolu ilə əldə etdiyi qazancı Mədinə ilə yarı bölmüşdür. O, oğurluq nəticəsində əldə etdiyi qazancı öz ehtiyacı üçün xərcləmişdir. Mədinənin Zərərçəkmiş şəxs2 evindən nə qədər qızıl-zinət əşyaları oğurladığını bilmir. Mədinə ona Zərərçəkmiş şəxs2 evindən oğurladığı 1 ədəd 25liyi, 1 ədəd beşliyi və 1 ədəd qırıq sırğanı vermişdir. Qalan qızıl-zinət əşyalarından isə onun məlumatı yoxdur. Mədinə yəqin onu aldadıb və qalan qızıl-zinət əşyalarını özündə saxlamışdır. Teymur Nadirov və Sayıma Bəkirovanın ona pul borcu olmuşdur və onun borcunu verməmişlər. Belə ki, Teymurun ona 400 manat, Sayımanın isə 250 manat pul borcu olmuşdur. Ona görə də, onlara qarşı əsəbi olduğu üçün tutularkən ilkin ifadələrində xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Teymur Nadirovla birlikdə Təqsirləndirilən şəxs3 və X4 rayonu ərazisində avtomobilə götürərkən Sayıma Bəkirovanın əlində olan salfet kağızına bükülü 1 ədəd 25-liyi, 1 ədəd beşliyi və 1 ədəd qırıq sırğanı Teymur Nadirova verdiyini, həmin gün axşam saatlarında isə Teymur Nadirovun yaşadığı evin qarşısına gələrək ona 470 manat pul verərək qızılları satdıqdan sonra payına düşən pul olduğunu bildirdiyini göstərmişdir. Əslində isə belə olmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Teymurla birlikdə Mədinəni və Sayımanı avtomobilə götürmüş, həmin vaxt Mədinə gizli olaraq Teymurla Sayıma görmədən əlində olan salfet kağızındakı 1 ədəd 25-liyi, 1 ədəd beşliyi və 1 ədəd qırıq sırğanı ona vermişdir. O da, həmin qızıl-zinət əşyalarını satıb əldə etdiyi qazancı Mədinə ilə yarı bölmüşdür. Mahir Həsənli, Həmid Olamidze və qeyriləri həmin avtomobillə oğurluq etdiyini bilməmişlər. Sonunculara bu barədə bir söz deməmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərə dəyən maddi ziyanı tamamilə ödəmişdir, sonuncularla barışmışdır, ondan heç bir şikayət və tələbləri yoxdur, odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CMin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Qeyri-rəsmi evlilikdən himayəsində övladları və nəvələri var. Əvvəllər oğurluq cinayətlərinə görə məhkum olunmuş, lakin məhkumluğu ödənmişdir. O, Yevlax şəhər sakini Mahir Həsənlidən “VAZ 2107 markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobili kreditlə almışdır. Mahir həmin avtomobili onun adına etibarnamə vermişdir. Onun sürücülük hüququ var. Yevlax şəhər sakini Təqsirləndirilən şəxs1 onun bacanağıdır. Pula ehtiyacı olduğu üçün Romanla oğurluq etmək qərarına gəlmişdir. Ona görə də xx.xx.2024-cü il tarixdə səhər saatlarında Roman ilə görüşmüş və onun aldığı “VAZ 2107” markalı avtomobil ilə Bərdə rayonu istiqamətinə yola düşmüşlər. Avtomobili Roman idarə etmişdir. Bərdə dövlət yol polisi postunu keçdikdən biraz sonra sağ tərəfə dönmüşlər. Həmin istiqamətdə hərəkətdə olarkən “X16 ocağı”na çatmamış Cicimli adlı kəndə tərəf dönmüşlər. Orada yerləşən şəhid plakatının yanından sola dönmüşlər və düz hərəkət etmişlər. Orada çınqıllı yolla hərəkət edərkən o, Romana avtomobili göy rəngli darvazanın qarşısında saxlamağı təklif etmişdir. Roman avtomobili saxlamış və o, avtomobildən düşmüşdür. Roman isə hərəkətə davam etmiş və geri qayıtmışdır. Razılaşmalarına əsasən Roman küçədə durub gözətçilik etmişdir. Belə ki, kim gəlsə Roman ona telefonla xəbər edəcəkdir. O, həmin göy darvaza olan evə yaxınlaşmış, evin darvazası kilidli olmuşdur. O, evin hasarından keçmək qərarına gəldiyi üçün hasardan tullanaraq həyətə daxil olmuşdur. Həyətdən mənzilə doğru yaxınlaşmış, mənzilin qapısı bağlı olmuşdur. O, ətrafda açar olacağını güman edərək yoxlamış və açarı tapmışdır. O, qapını açaraq mənzilə daxil olmuş, mənzilə daxil olduqdan sonra yataq otağına doğru hərəkət etmişdir. Yataq otağını axtarmağa başlamış, çarpayının altından 800 (səkkiz yüz) manat pul tapmış və həmin pulu götürüb evdən çıxmışdır. Evdən çıxdıqdan sonra Roman onu küçədən götürmüş və onlar oradan uzaqlaşmışlar. O, həmin puldan Romana 300 (üç yüz) manat pul vermişdir. Qalan pulu isə öz ehtiyacı üçün xərcləmişdir. Bundan başqa yenə də pula ehtiyacları olduğu üçün Romanla oğurluq etmək qərarına gəlmiş, ona görə də, xx.xx.2024-cü il tatrixdə Romanla birlikdə yenidən Bərdə rayonuna yola düşmüşlər. Onlar Bərdə postunu keçdikdən sonra Bərdə-Ağcabədi yolu istiqamətinə dönmüşlər. Biraz getdikdən sonra onlar “Mal bazarı” istiqamətinə dönmüşlər. Mal bazarı istiqamətində kəndin içərilərinə doğru hərəkət etdikdə orada mağar maşını və yas mərasimi olduğunu aşkar etmişlər. O, Romana avtomobili yaxınlıqda yerləşən köhnə tipli darvazası olan evin qarşısında saxlamağı təklif etmişdir. Roman da avtomobili orada saxlamış, Roman razılaşmalarına görə gözətçilik etmiş və kimsə gəlsə telefonla ona xəbər edəcəkdi. Həmin darvazanın qapısına çöp taxılmışdır. O, çöpü çıxardıb həyətə daxil olmuş və mənzilə yaxınlaşmışdır. Mənzilin qapısı kilidli olmamış və mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqda bir-bir otaqlara girmiş və axtarmağa başlamışdır. İlkin olaraq baxdığı otaqlarda heç bir şey tapa bilməmiş, daha sonra o, daxil olduğu otaqda şifonerin içərisində olan pastellərin arasından 50 (əlli) manatlıqlardan ibarət olan 9500 (doqquz min beş yüz) manat pul dəstəsini tapmışdır. Həmin pulu oğurlayaraq evdən çıxmış və Roman onu oradan götürmüşdür. Romana evdən 3800 (üç min səkkiz yüz) manat pul oğurladığını deyib ona 800 (səkkiz yüz) manat pul vermişdir. O, Zərərçəkmiş şəxs3 evindən 800 (səkkiz yüz) manat pul götürmüş, həmin evdən qızıl və ya əlavə pul götürməmişdir. Mahir Həsənli və qeyriləri həmin avtomobillə oğurluq etdiyini bilməmişlər. Sonunculara bu barədə bir söz deməmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərə dəyən maddi ziyanı tamamilə ödəmişdir, sonuncularla barışmışdır, ondan heç bir şikayət və tələbləri yoxdur, odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Yevlax şəhəri, Nizami Prospekti mənzil 232-də qeydiyyatda olmaqla yaşayır. Əvvəllər onun soyadı Kərimova, adı isə Sima olmuşdur. Sonradan isə o, soyadını və adını dəyişmişdir. Belə ki, soyadı Abdullayeva, adı isə Mədinə olmuşdur. 29 mart 2025-ci il tarixdə səhər saatlarında Sayıma Bəkirova, Təqsirləndirilən şəxs1 və Teymur Nadirovla birlikdə “Orucluq bayramı” ilə əlaqədar olaraq dilənmək üçün Teymurun idarə etdiyi avtomobillə Yevlax şəhərindən Goranboy rayonuna gəlmişlər. X10 ilə onu sonradan adını bildiyi Goranboy rayonu Yeni Yol kəndində düşürüb getmişlər. Roman ilə onun arasında əvvəlcədən onun evlərdən oğurluq etdikdən sonra oğurlanmış malları Romana verməyi, Roman da, həmin malları satdıqdan sonra qazancı yarı bölməkləri barədə razılıq olmuşdur. Lakin, bu barədə Teymurun və Sayımanın məlumatları olmamışdır. Bu barədə Romanla o, Teymurla Sayımaya deməmişlər. Bundan sonra Sayıma ilə o, yola yaxın olan Yeni Yol kəndinə dilənmək üçün getmişlər. Bir neçə evdən dilənə-dilənə gəldikdən sonra Sayıma yorulduğu üçün bir yerdə oturub dinçəlmək və yemək yemək istədiyini bildirmişdir. O da, Sayımaya “sən yeməyini ye, mən də gəlirəm” demişdir. Sonra o, bir evə yaxınlaşıb dilənmək-sədəqə yığmaq üçün döymüşdür. Bir nəçə dəfə qapını döyməyinə baxmayaraq heç kim qapını açmamışdır. O, qapını açan olmadığı üçün evin küçə qapısını açmış və içəri daxil olmuşdur. İçəri daxil olub yaşayış evinə yaxınlaşmış və yenidən ev sahibini çağırmışdır. Cavab verən olmadığından evdən oğurluq etmək üçün pilləkənləri çıxmış, evin giriş qapısını bir neçə dəfə döymüş və evdə heç kimin olmadığına əmin olduqdan sonra evin açıq olan qapısını açıb içəri daxil olmuşdur. Otaqda olan qadın əl çantasına baxan zaman çantanın içərsində 50 (əlli) manat pul olduğunu görmüş, həmin pulu götürüb cibinə qoymuşdur. Sonra otaqda yerləşən paltar şkafına tərəf yönəlmiş, şkafın içərisinə yığılmış paltarların arasında qızıl-zinət əşyalarının olduğunu görmüşdür. O, həmin qızılları oğurlayıb evdən həyətə çıxmış, oğurladığı qızıl-zinət əşyaları 5 ədəd üzük, 1 ədəd sırğa, 2 ədəd boyunbağı, 2 ədəd qolbağı, 2 ədəd klon və 1 ədəd 5-lik olmuşdur. O, həmin qızılları oğurlayıb həyətə çıxmışdır. Həyətdə oğurladığı qızıl-zinət əşyalarını iki yerə bölmüşdür. Belə ki, Romana vermək üçün 1 ədəd 25-liyi, 1 ədəd beşliyi və 1 ədəd qırıq sırğanı həmin qızıl-zinət əşyalarından ayırıb salfetə bükmüşdür. Qalan qızıl-zinət əşyalarını isə öz üzərində gizlətmişdir. Sonra o, evdən küçəyə çıxmış, o, evdən çıxdıqdan sonra Sayıma ondan harda olduğunu və nə üçün evdən gec çıxdığını soruşmuşdur. O, isə Sayımaya tualetdə olduğunu bildirmiş və oğurluq barədə Sayımaya heç bir söz deməmişdir. Sonra Sayıma ilə o, yolun kənarına getmişlər. Həmin gün yəni xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Romanla Teymur birlikdə Sayımanı və onu avtomobilə götürmüşlər. Həmin vaxt o, ayırdığı və salfet kağızına bükdüyü 1 ədəd 25-liyi, 1 ədəd beşliyi və 1 ədəd qırıq sırğanı gizli Romana vermişdir. Bundan sonra Teymur avtomobilini idarə etmiş və onlar Yevlax rayonuna yola düşmüşlər. Bir qədər yol getdikdən sonra Teymur ağrıdığını deyərək avtomobili idarə etmək üçün Romana vermişdir. Roman da, Teymurun avtomobilini idarə edib Yevlax rayonuna getmişlər. Bundan sonra hərə öz evinə getmişdir. Səhəri gün Roman yanına gəlib ona verdiyi qızıl-zinət əşyalarını satdığını bildirib ona pul vermişdir. O, oğurluq nəticəsində əldə etdiyi qazancı öz ehtiyacı üçün xərcləmişdir. Tutulan zaman isə özündə olan qızıl-zinət əşyalarını təqdim etmişdir. O, Romanı əvvəlcə ələ vermək istəməmişdir. Romanın onun Zərərçəkmiş şəxs2 evindən oğurluq etməyindən xəbəri olmuşdur və oğurladığı qızıl-zinət əşyalarının bir hissəsini satmaq üçün Romana vermişdir. Roman da onun verdiyi qızıl-zinət əşyalarını satıb qazancı onunla yarı bölmüşdür. Teymurla Sayımanın isə onun oğurluq etməyindən xəbəri olmamışdır. Teymurla Sayıma ilə bu barədə aralarında razılaşma olmamışdır. Teymurla Sayımaya oğurluq etməyi barədə bir söz deməmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəyən maddi ziyanı tamamilə ödəmişdir, sonuncu ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə səhər saat 09:00 radələrində fərdi yaşayış evindən çıxaraq işə getmişdir. O, Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yerləşən “X17”-də mühafizəçi işləyir. O, fərdi yaşayış evini təmir etdirmək üçün “Kapital Bank”-dan 8000 (səkkiz min) manat kredit almışdır. Özündə isə 1150 (bir min bir yüz əlli) manat pul olmuşdur. O, 8000 manat pulu fərdi yaşayış evindəki yataq otağında olan paltar dolabında, 1150 manatını isə həmin otaqda olan qabları yığdığı dolabda saxlamışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında evdən çıxaraq iş yerinə getmiş, saat təxminən 16:00 radələrində arvadı Susanə Şərifova ona zəng edərək fərdi yaşayış evlərinin yataq otağından 9150 (doqquz min bir yüz əlli) manat pulun oğurlanmasını bildirmişdir. O, dərhal fərdi yaşayış evinə gəlmiş, həmin vaxtı oğlu Rəhman Şərifov da evdə olmuşdur. Yataq otağına daxil olan zaman otağın dağınıq olmasını və plastik pəncərənin açıq olmasını görmüşdür. O, həmən vaxt pulunun pəncərənin açılması yolu ilə oğurlanmasını bilmişdir. Bundan sonra oğlu Rəhman Şərifov Azərbaycan Respublikası DİN-in “102” xidməti zəng-mərkəzi sisteminə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları fərdi yaşayış evlərinə gəlmiş və baş vermiş oğurluq hadisəsi ilə bağlı oğlunun ərizəsini almışlar. Fərdi yaşayış evlərindən əvvəllər oğurluq hadisəsi baş verməmişdir. Oğurlanan 9150 (doqquz min bir yüz əlli) manat pul ona məxsusdur. Təqsirləndirilən şəxs1 ona dəyən maddi ziyanı tamamilə ödəmişdir, lakin o, sonuncu ilə barışmamışdır, o, hesab edir ki, təqsirləndirilən şəxs onun evindən oğurluq etməsinə görə ona mənəvi ziyan da vurmuşdur, ona görə də, təqsirləndirilən şəxsdən şikayətçidir, odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, təxminən bir neçə ildir ki, Bərdə rayonu, Alpoud kəndində yerləşən Mal bazarında heyvan alveri ilə məşğul olur. Ona məxsus olan Bərdə rayonu, Cicimli kəndində yerləşən fərdi yaşayış evində həyat yoldaşı Aynurə, azyaşlı oğlu Emil və anası Səadətxanım yaşayırlar. 2024-cü ilin noyabr ayının əvvəllərində anası Səadətxanım şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün Bərdə şəhərində yerləşən ASAN xidmət mərkəzinə müraciət etmişdir. Bu səbəbdən də, xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində o, ailə üzvləri və anası Səadətxanım ilə birlikdə Bərdə şəhərinə getmək qərarına gəlmişlər. Buna görə də onlar evdən çıxarkən evin giriş qapısını bağlamış və sonra arvadı Aynurə açarı stolun üzərində olan klyonkanın altına qoymuşdur. Onlar ona məxsus avtomobil ilə birlikdə ASAN xidmətə yola düşmüşlər. ASAN xidmətdən anasının şəxsiyyət vəsiqəsini götürdükdən sonra onlar Bərdə şəhərində olan mağazaları gəzmişlər. Təxminən saat 13 radələrində evə qayıtmışlar. Onlar darvazanı açdıqdan sonra içəri daxil olmuşlar, azyaşlı oğlu Emil evin giriş qapısına yaxınlaşdıqda qapının üzərində açar olduğunu söyləmiş, o, bu hala diqqət yetirməmiş və onlar evə daxil olmuşlar. Onlar mətbəxə keçmişlər və yemək yeməyə hazırlaşmışlar. Həmin vaxt anası Səadətxanım yataq otağına daxil olmuş və onların yanına gələrək sandığın içərisində olan mücrü qabından qızıl-zinət əşyalarının və 2500 (iki min beş yüz) manat pulun yerində olmadığını bildirmişdir. Onlar dərhal içəri daxil olmuş və həqiqətən də sandığın içərisində olan 3000 (üç min) manat dəyərində 30 qram çəkidə qadın qızıl saatının və 1 ədəd 1270 (bir min iki yüz yetmiş) manat dəyərində qızıl boyunbağının, 1 cüt 1000 (bir min) manat dəyərində qızıl sırğanın və üzük dəstinin yerində olmadığını müəyyən etmişlər. Bu səbəbdən də Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 7770 (yeddi min yeddi yüz yetmiş) manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəyən maddi ziyanı tamamilə ödəmişdir, o, sonuncular ilə barışmışdır, onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur, odur ki, məhkəmədən təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də nəqliyyat mexanikliyi vəzifəsində işləyir. Həmçinin fərdi qaydada heyvandarlıqla məşğul olur. 2024-cü ilin dekabr ayında heyvan almaq qərarına gəlmiş, bu səbəbdən də kredit götürmək üçün banka müraciət etmişdir. 18 dekabr 2024-cü il tarixdə Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Expressbank”-dan 9700 (doqquz min yeddi yüz) manat məbləğində kredit götürmüş, həmin puldan 200 (iki yüz) manatını öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, evə gəlmiş və qalan 9500 (doqquz min beş yüz) manat pulu yaşadığı mənzilin yataq otağında yerləşən şkafın gözünə qoymuşdur. Bir müddət sonra həmin pul ilə heyvan almaq istəmişdir. 24 dekabr 2024-cü il tarixində o, həmişə olduğu kimi işə getmişdir. Həmin gün onların evdən təxmini 300-400 metr kənarda yerləşən qonşunun həyətində yas mərasimi olmuşdur. Bu səbəbdən arvadı Pakilet və atası Alyoşa həmin yas yerinə getmişlər. Pakilet evdən çıxarkən daima mənzilin giriş qapısnı kilidlədikdən sonra, mənzilin açarını köhnə hamamın içərisindəki paltarın cibinə qoyur və evdən çıxır. Amma onlar evdən çıxarkən heç vaxt darvazanın qapısını bağlamırlar. Çünki onlar kənddə və yaxınlıqda oğurluq təhlükəsi olduğunu düşünməmişlər. Həmin gün arvadı və atası saat 12 radələrində yas yerinə getmiş, saat 16 radələrində oradan çıxmışlar. Pakilet evə gələndə evin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bu səbəbdən dərhal şkafa baxmış və həmin pulun yerində olmadığını aşkar etmişdir. Pakilet ona zəng edərək oğurluq barədə məlumat vermişdir. O, dərhal evə gəlmiş və polisə müraciət etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 9500 (doqquz min beş yüz) manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəyən maddi ziyanı tamamilə ödəmişdir, o, sonuncular ilə barışmışdır, onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur, odur ki, məhkəmədən təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Şəmsəddin oğlu ifadəsində göstərdi ki, o, 29 mart 2025-ci il tarixdə saat 14:30-da ailə üzvlərilə (arvadı Ramilə və anası Familə) birlikdə bacısı X1gilə qonaq getmişlər. Onlar bacısıgildə bir müddət qalmışlar və 17:20-də evə qayıtmışlar. O, evə qayıdan zaman mətbəxin qapısının açıq olduğunu görmüşdür. Onlar evdən çıxan zaman mətbəxin qapısının bağlı olduğunu bildiyi üçün evə kiminsə daxil olduğunu yəqin etmiş və evə baxan zaman güzgünün altında olan siyirmənin yerində düzgün dayanmadığını görmüşdür. Həmin vaxt arvadı X5 qeyd olunan otaqda olan əl çantasına baxan zaman çantasının içərisində olan 50 (əlli) manat pulun yerində olmadığını görmüş və bu barədə ona bildirmişdir. Bundan sonra arvadı Ramilə yorğan döşəyin altında olan anasının otağının açarını götürüb qızıllara baxmaq üçün həmin otağa daxil olmuşdur. Otağa daxil olduqdan sonra onu çağıraraq qızılların yerində olmadığını bildirmişdir. O da həmin otağa baxan zaman 1 ədəd 500 (beş yüz) manat dəyərində 5-lik rus qızılının, 1 ədəd 5000 (beş min) manat dəyərində 25 qramlıq klonun, 1 ədəd 2200 (iki min iki yüz) manat dəyərində 22 qramlıq tros boyunbağının, 1 ədəd 800 (səkkiz yüz) manat dəyərində ağ qaşlı 8 qramlıq qızıl üzüyünün, 1 ədəd 700 (yeddi yüz) manat dəyərində üzərində qaşı olmayan (qaşı düşmüşdür) 7 qramlıq üzüyünün, 1 ədəd 1000 (bir min) manat dəyərində dəstin üzərində göy və ağ daşları olan 10 qramlıq üzüyünün, 1 ədəd 1200 (bir min iki yüz) manat dəyərində 12 qramlıq qolbağının, 1ədəd 1200 (bir min iki yüz) manat dəyərində uşaq üçün (içərisində anama sözü yazılmış) 12 qramlıq qolbağının, 1 ədəd 300 (üç yüz) manat dəyərində 3 qramlıq (göz müncuğu formalı) klonunun, 1 ədəd 1500 (bir min beş yüz) manat dəyərində birliant qaşlı 15 qramlıq (qızıl hissəsində çat olan) üzüyünün, 1ədəd 1200 (bir min iki yüz) manat dəyərində 12 qramlıq brilliant qaşlı üzüyün və 1000 (bir min) manat dəyərində qızıl sırğanın oğurlandığını görmüşdür. Onun evindən ümumilikdə 17650 (on yeddi min altı yüz əlli) manat dəyərində qızıl zinət əşyaları oğurlanmışdır. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ona dəyən maddi ziyanı tamamilə ödəmişdir, o, sonuncular ilə barışmışdır, onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur, odur ki, məhkəmədən təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 Zərərçəkmiş şəxs2 Şəmsəddin oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 29 mart 2025-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Teymur Nadirovla birlikdə Orucluq bayramı ilə əlaqədar olaraq dilənmək üçün Teymurun idarə etdiyi avtomobillə Yevlax şəhərindən Goranboy rayonuna gəlmişlər. X12 ilə onu sonradan adını bildiyi Goranboy rayonu Yeni Yol kəndində düşürüb getmişlər. Bundan sonra Mədinə ilə o, Yeni Yol kəndinə dilənmək üçün getmişlər. Bir neçə evdən dilənədilənə gəldikdən sonra o, yorulduğu üçün Mədinəyə bir yerdə oturub dincəlmək və nahar etmək istədiyini bildirmişdir. Mədinə də ona “sən yeməyini ye, mən də gəlirəm” demişdir. O, yolun kənarında oturmuş, Mədinə isə bir həyətə yaxınlaşmış, həmin həyətin iki giriş qapısı olmuşdur. Mədinə həmin həyətə daxil olmuş, o isə həyətdən bir qədər kənarda oturub evlərdən sədəqə kimi aldığı pendir çörək yeməyə başlamışdır. O, çörəyini yeyib qurtarmış, lakin Mədinə gəlməmişdir. Sonra Mədinə həyətdən çıxıb yanına gəlmiş, o, Mədinədən nə üçün gec gəldiyini soruşmuş, Mədinə də ona tualetdə olduğunu, bu səbəbə görə də gec gəldiyini bildirmişdir. Bundan sonra onlar yolun kənarına çıxmışlar. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Romanla Teymur birlikdə Mədinə və onu avtomobillə götürmüşlər. Bundan sonra Teymur avtomobilini idarə etmiş və onlar Yevlax rayonuna yola düşmüşlər. Bir qədər yol getdikdən sonra Teymur ağrıdığını deyərək avtomobili idarə etmək üçün Romana vermişdir. Roman da Teymurun avtomobilini idarə edib Yevlax rayonuna getmişlər. Bundan sonra hərə öz evinə getmişdir. O, Təqsirləndirilən şəxs3 ilə Zərərçəkmiş şəxs2 evindən və başqa evlərdən oğurluq etməmişdir. O, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 evindən oğurluq etdiyini bilməmişdir. Bu barədə Mədinə ona bir söz deməmişdir. Təqsirləndirilən şəxs3 avtomobildə Təqsirləndirilən şəxs1 salfet bükümündə 1 ədəd qızıl 25 qramlıq, 1 ədəd 5 qramlıq klonu və 1 ədəd sırğanı verdiyini görməmişdir. Onun Təqsirləndirilən şəxs1 pul 250 manat məbləğində borcu olmuş, lakin imkanı olmadığı üçün həmin pulu qaytara bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 evindən oğurluq edilməsi faktına görə Azrəbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; “Şübhəli şəxsin tutulması haqqında” 02 aprel 2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsindən şübhələnməyə əsas verən kifayət qədər əsaslar olduğu üçün həmin tarixdə saat 23:40-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixdə saat 22:40dan məhdudlaşdırılmışdır; “Cinayət əməlinin tövsif edilməsi haqqında” 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4cü maddələrindən həmin məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir və ona həmin maddələrlə ittiham elan edilmişdir; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Goranboy rayon Məhkəməsinin 4(045)-15/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmışdır; “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublıikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli və Azərbaycan Respublıikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, istintaq ********* nömrə altında davam etdirilmişdir; Zərərçəkmiş şəxs4 Goranboy rayon Polis Şöbəsində yazdığı qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə ona məxsus fərdi yaşayış evindən edilmiş oğurluq nəticəsində ona dəymiş 9150 manat məbləğində maddi ziyan tamamilə ödənilmişdir; “Axtarışda olan şəxsin tutulması haqqında” 31 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə barəsində olan cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Yevlax rayonu ərazisində tutularaq Ağdaş RPŞ-nin MSY-nə təhvil verilmişdir; “Təqsirləndirilən şəxsin MSY-dən azad etmək və barəsində qətimkan tədbiri seçmək haqqında” 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublıikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmək haqqında” 14 aprel 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur; “Cinayət işinin icraata qəbul edilməsi barədə” 16 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir; “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 16 may 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublıikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli və Azərbaycan Respublıikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, istintaq ********* nömrə altında davam etdirilmişdir; “Şübhəli şəxsin tutulması haqqında” 07 may 2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsindən şübhələnməyə əsas verən kifayət qədər əsaslar olduğu üçün həmin tarixdə saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur; “Cinayət əməlinin tövsif edilməsi haqqında” 09 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 09 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir; Bərdə rayon Məhkəməsinin 4(021)-77/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində 02 iyul 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Rusiya Federasiyasının Kalmikiya Respublikası Selin rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən ilə RF-nın CM-nin 158-ci maddəsinin 3-cü hissəsinin A bəndinə, 34,327-ci maddəsinin,3-cü hissəsisnin, 39-cu maddəsinin 3-cü hissəsinə əsasən təqsirli bilinib 30000 rubl cərimə cəzasına məhkum olunmuş, RF-nin CM-nin 72-ci maddəsinin 5 hissəsinə əsasən xx.xx.2021-ci ildən həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cərimə cəzasından azad edilmiş, RF-nin Mineralovodski şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən RF-nin CM-nin 322-ci maddəsinin 2 hissəsi ilə təqsirli bilinib 20000 rubl cərimə cəzasına məhkum edilmiş, RF-nin CM-nin 72-ci maddəsinin 5-ci hissəsinə əsasən təyin edilmiş cərimə cəzasından azad edilmiş, RF-nin Kabardino-Balkar Respublikasının Proxladnensk rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən RF-nin CM-nin 318-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 20000 Rubl cərimə cəzasına məhkum edilmiş, RF-nin Kabardino-Balkar Respublikasının Proxladnensk rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən RF-nin CM-nin 30-cu maddəsinin 3-cü hissəsi, 158-ci maddəsinin 3-cü hissəsinin “A” bəndi ilə 05 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, RF-nin Dağıstan Respublikasının Dərbənd rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən RF-nin CM-nin 158-ci maddəsinin 4-cü H “A” bəndi, 158-ci maddəsinin 4 H “A” bəndi, 158-ci maddəsinin 4-cü hissəsinin “A” bəndi, 69cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib 02 il 01 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir ( RF-nin CM-nin 72-ci maddəsinin 3.1-ci hissəsinin “B” bəndinə əsasən həbsdə qaldığı müddət nəzərə alınaraq cəzası çəkmiş hesab olunaraq azad edilib) ; Azərbaycan Respublikası BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur; Goranboy rayonu mərkəzi bazarı tərəfindən verilmiş 14 iyul 2025-ci il tarixli 59 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs2 Şəmsəddin oğluna məxsus 1 ədəd 10 qramlıq qızıl boyunbağının qiyməti 1000 manat, 1 ədəd 22 qramlıq qızıl tros boyunbağının qiyməti 2200 manat, 1 ədəd ağ qaşılı 8 qramlıq qızıl üzüyün qiyməti 800 manat , 1 ədəd üzərində qaşı olmayan (qaşı düşmüşdür) 7 qramlıq qızıl üzüyün qiyməti 700 manat, 1 ədəd dəstin üzərində göy və ağ daşları olan 10 qramlıq qızıl üzüyün qiyməti 1000 manat, 1 ədəd 12 qramlıq qolbağının qiyməti 1200 manat, 1ədəd uşaq üçün (içərsində anama sözü yazılmış) 12 qramlıq qızıl qolbağının qiyməti 1200 manat, 1 ədəd 3 qramlıq (göz müncuğu formalı) qızıl klonun qiyməti 300 manat, 1 ədəd birliant qaşlı 15 qramlıq (qızıl hissəsində çat olan) qızıl üzüyün qiyməti 1500 manat və 1ədəd 12 qramlıq birliant qaşlıq qızıl üzüyün qiyməti 1200 manat qəbul edilmişdir; “Maddi sübut kimi tanınma haqqında” 15 iyul 2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş 5 ədəd üzük, bir ədəd sırğa, bir ədəd qolbağı, bir ədəd göz muncuğu və bir ədəd boyunbağının iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs2 Şəmsəddin oğluna təhvil verilmişdir; Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə Goranboy rayon Məhkəməsində tərtib və təqdim etdiyi qəbzdən görünür ki, ona məxsus fərdi yaşayış evindən edilmiş oğurluq nəticəsində ona dəymiş 9550 manat məbləğində maddi ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur, odur ki, təqsirləndirilən şəxslər barəsində humanist qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir; Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixdə Goranboy rayon Məhkəməsində tərtib və təqdim etdiyi ərizədən görünür ki, ona məxsus fərdi yaşayış evindən edilmiş oğurluq nəticəsində ona dəymiş 7700 manat məbləğində maddi ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur, odur ki, təqsirləndirilən şəxslər barəsində humanist qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir; Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə Goranboy rayon Məhkəməsində tərtib və təqdim etdiyi qəbzdən görünür ki, ona məxsus fərdi yaşayış evindən edilmiş oğurluq nəticəsində ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə barışmışdır, onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur, odur ki, təqsirləndirilən şəxslər barəsində humanist qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs3 isə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Adı çəkilən Qərarın 4-cü bəndinə əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Həmin Qərarda, həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda, həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özgəyə, yəni zərərçəkmiş şəxslərə məxsus fərdi yaşayış evlərinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslərin xeyli miqdarda əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 isə əməlləri CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -himayəsində 4 azyaşlı uşaqlarının olması; -zərərçəkmiş şəxslərə dəyən ziyanı tam ödəməsini, sonuncular (Zərərçəkmiş şəxs4 istisna olmaqla) ilə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını; -yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Yevlax şəhər 1 saylı İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -himayəsində 3 azyaşlı uşaqlarının olması; -zərərçəkmiş şəxslərə dəyən ziyanı tam ödəməsini, sonuncular ilə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını; -yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Yevlax şəhər 19 saylı Evlər Komitəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -himayəsində 3 azyaşlı uşaqlarının olması; -zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödəməsini, sonuncu ilə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını; -yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Yevlax şəhər 1 saylı İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətləri, o cümlədən cəzalarını yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid olunmadan islah edilmələrinin mümkünlüyü qənaətinə gələrək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrinin, Təqsirləndirilən şəxs3 isə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: -yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; -məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; -müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs3 isə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətlərinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, onlar dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar - istintaq zamanı götürülmüş 5 ədəd üzük, bir ədəd sırğa, bir ədəd qolbağı, bir ədəd göz muncuğu və bir ədəd boyunbağının Zərərçəkmiş şəxs2 Şəmsəddin oğluna qaytarılması nəzərə alınmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 faktiki olaraq xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müddətdə 02 (iki) gün müddətində şübhəli şəxs qismində saxlanılması və 02 aprel 2025-ci il tarixdən 17 noyabr 2025-ci il tarixədək müddətdə 07 ay 15 gün həbsdə olması, Təqsirləndirilən şəxs2 isə 07 may 2025-ci il tarixdən 17 noyabr 2025-ci il tarixədək müddətdə 06 ay 10 gün müddətində həbsdə olması nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 01 il 03 ay 04 gün, Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından isə 01 il 20 gün çıxılmalı, onların üzərlərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 isə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs2, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 isə Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi4 və vəkil Müdafiəçi3 tərəfindən ayri-ayrılıqda təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Goranboy rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi3 məhkəmədə iştirak etdikləri 12 (on iki) iş saatına görə hər iş saatına 11 (on bir) manat hesab edilməklə hər birinə ayrı-ayrılıqda 132 (bir yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspetiza xərci yoxdur. Göstərilənlərə əsasən CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 faktiki olaraq xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müddətdə 02 (iki) gün müddətində şübhəli şəxs qismində saxlanılması və 02 aprel 2025-ci il tarixdən 17 noyabr 2025-ci il tarixədək 07 (yeddi) ay 15 (on beş) gün müddətinə həbsdə saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 03 (üç) ay 04 (dörd) gün çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Yevlax şəhəri C.Kərimov 126-da yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 faktiki olaraq 07 may 2025-ci il tarixdən 17 noyabr 2025-ci il tarixədək 06 (altı) ay 10 (on) gün müddətinə həbsdə saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 20 (iyirmi) gün çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə ünvan 1-də yerləşən yaşayış yerini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 132 (bir yüz otuz iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Yevlax şəhəri, Nizami Prospekti mənzil 232-də yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 132 (bir yüz otuz iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - istintaq zamanı götürülmüş 5 ədəd üzük, bir ədəd sırğa, bir ədəd qolbağı, bir ədəd göz muncuğu və bir ədəd boyunbağının Zərərçəkmiş şəxs2 Şəmsəddin oğluna qaytarılması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar