Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-5/2023 12.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy Rayon Məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Goranboy rayonunun Todan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Erkəc kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsib götürməklə təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, 2021-ci ilin oktyabr ayının əvvəllərində “Yaşıllıqların mühafizəsi haqqında” 2 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun tələbinə əsasən yaşıllıqların mühafizəsi ilə bağlı həmin Qanunun və digər normativ hüquqi aktların tələblərinə əməl etmək, yaşıllıqların zibillənməsinə, istehsalat və məişət tullantıları ilə çirklənməsinə yol verməmək kimi vəzifəsinin olmasına baxmayaraq, Goranboy rayonunun Erkəc kəndinin inzibati ərazisindən meşə fonduna daxil olmayan, lakin təbii bərpa yolu ilə meşələşmiş X- 0624280, Y-4478330 və X-0624534, Y-4479323 koordinatlarında yerləşən ərazidən özünə məxsus motorlu mişarla “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli qərarına əsasən diametri 8 santimetr olan 100 manat dəyərində 1 ədəd gavalı, diametri 12 santimetr olan hər birisi 120 manat dəyərində olmaqla, cəmi 360 manat dəyərində 3 ədəd gavalı, diametri 20 santimetr olan 180 manat dəyərində 1 ədəd gavalı, diametri 4 santimetr olan 80 manat dəyərində 1 ədəd ağcaqayın, diametri 16 santimetr olan hər birisi 150 manat dəyərində olmaqla, cəmi 450 manat dəyərində 3 ədəd ağcaqayın, diametri 18 santimetr olan 180 manat dəyərində 1 ədəd ağcaqayın, diametri 20 santimetr olan 180 manat dəyərində 1 ədəd ağcaqayın, diametri 40 santimetr olan 400 manat dəyərində 1 ədəd armud, diametri 20 santimetr olan 180 manat dəyərində 1 ədəd göyrüc, diametri 24 santimetr olan 200 manat dəyərində 1 ədəd göyrüc və diametri 40 santimetr olan 400 manat dəyərində 1 ədəd göyrüc cinsindən olmaqla, ümumilikdə 2710 (iki min yeddi yüz on) manat məbləğində köküstə yaş ağacları qanunsuz, yəni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan kəsib götürməklə təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə 1993-cü ildən Goranboy rayonunun Erkəc kəndində məskunlaşmış və heç bir yerdə işləmir. Həmin kənddə yerləşən əsasən meyvə ağaclarından və qismən meşə ağaclarından ibarət olan təxminən 25-30 hektar torpaq sahəsini 1993-cü ildən etibarən o və onunla eyni kənddən olan sakinlər qoruyub saxlamış, həmin ağacların meyvəsindən istifadə etmiş, lakin sonradan həmin ağaclara qulluq etməmiş və ərazini qorumamışlar. 2021-ci ilin oktaybr ayında özünə məxsus UAZ markalı, 25BB574 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə həmin meşəlik əraziyə gedərək özünə məxsus olan motorlu mişarla köküstə yaş diametri 8 sm olan 1 ədəd, 12 sm olan 3 ədəd, 20 sm olan 1 ədəd gavalı, 4 sm olan 1 ədəd, 16 sm olan 3 ədəd, 18 sm olan 1 ədəd, 20 sm olan 1 ədəd ağcaqayın, 40 sm olan 1 ədəd armud, 20 sm olan 1 ədəd, 24 sm olan 1 ədəd və 40 sm olan 1 ədəd göyrüc ağacı olmaqla, ümumilikdə 15 (on beş) ədəd ağacı icazəsiz və özbaşına kəsmişdir. Daha sonra motorlu mişarla həmin kəsdiyi ağacları hissələrə bölmüşdür. O, həmin oduncaqları avtomobilinin arxa tərəfində olan sərnişin oturacaqlarını çıxararaq yük yeri ilə birlikdə salona yığmış və 3(üç) dəfə həmin meşəlik əraziyə gedib hazırladığı odunu evinin həyətinə gətirmişdir. Daha sonra o, gətirdiyi oduncaqları həyətindən kəsdiyi ağaclarla bir yerə toplamış və tanışı Malik Məmmədovun QAZ-53 markalı yük avtomobili ilə Goranboy rayonunun Todan kənd tam orta məktəbinin direktoru İttifaq İsmayılova 330 (üç yüz otuz) manat pul qarşılığında satmışdır. Həmin oduncaqdan Malik Məmmədovun yük avtomobilinə yığaraq əvvəlcədən 300 (üç yüz) manata razılaşdığı İrşad Hüseynova, geri qalan 1 yük avtomobili dolu vəziyyətdə odunu isə Mirzə adlı şəxsə 300 (üç yüz) manat pul qarşılığında satmışdır. Sonda ilk dəfə belə əməl törətdiyini və əməlindən peşman olduğunu qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 21 fevral 2020-ci il tarixdən həmin İdarədə qeyd etdiyi vəzifədə çalışır. Müfəttiş kimi 10 saylı Regional ETSİ-nin nəzarət etdiyi ərazilərdə ekoloji qanunvericiliyinin tələblərinə riayət olunması ilə bağlı nəzarət funksiyasını həyata keçirmək, ekoloji qanunvericiliyin tələblərinin pozulması ilə bağlı məlumat daxil olduqda araşdırma aparıb müvafiq sənədləşdirmə aparmaq, xidməti ərazidə reydlər həyata keçirmək, istər yerin təkinin, yaşıllıqların mühafizə olunması, istərsə də qanunsuz ov etmə ilə bağlı hüquq pozuntularının baş verməməsi üçün profilaktik tədbirlər aparılması əsas funksiyalarına aiddir. Goranboy rayonunun Erkəc kəndində qanunsuz ağac kəsintilərinin aparılması ilə bağlı Regional İdarəyə şifahi məlumat daxil olduqdan sonra araşdırma aparılması onların sektoruna həvalə edilmişdir. O, idarənin sektor müdiri Samir Abdullayevin göstərişi ilə 16 noyabr 2021-ci ildə sektorun baş məsləhətçi müfəttişi Xaqani Əsgərovla birlikdə, X22 Təsərüffatı Mərkəzinin əməkdaşlarının, habelə Mənəşli kənd icra nümayəndəsinin müavini Siruz Nəcəfovun iştirakları ilə qeyd edilən əraziyə baxış keçirmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, meşələşmiş ərazi 2 saylı meşə dolayı ilə həmsərhəddir. Meşə ərazisi çəpərlənmiş, çəpərin sağ hissəsi qeyd edilən ərazidir və meşə fonduna aidiyyəti olmamışdır. Ərazinin kordinatlarının müəyyən edilməsi üçün Göygöl RMTM tərəfindən xüsusi vasitələrlə ölçmə aparılmış və kordinatlar X-0624280, Y-4478330 və X-0624534, Y-4479323 müəyyən edilmişdir. Həmin ərazi Göygöl RMTM-nin xidməti ərazisi hesab edilmir. xx.xx.2021-ci il tarixdə baxış keçirilərkən müəyyən edilmişdir ki, bir-birindən müxtəlif məsafələrdə olan yaş kök üstə ümumilikdə 40 ədəd, o cümlədən 4 sm. diametrdə 1 ədəd, 12 sm. diametrdə 1 ədəd, 16 sm. diametrdə 4 ədəd, 18 sm. diametrdə 1 ədəd, 20 sm. diametrdə 3 ədəd, 24 sm. diametrdə 1 ədəd, 28 sm. diametrdə 2 ədəd, 32 sm. diametrdə 2 ədəd olmaqla, ümumilikdə 15 ədəd ağcaqayın ağacı, 12 sm. diametrdə 3 ədəd, 8 sm. diametrdə 1 və 2 sm. diametrlərdə 4 ədəd olmaqla, cəmi 8 ədəd gilas ağacı, 16 sm. diametrdə 1 ədəd, 24 sm. diametrdə 2 ədəd, 36 sm. diametrdə 1 ədəd olmaqla cəmi 4 ədəd palıd ağacı, 20 sm. diametrdə 1 ədəd, 36, 40 və 44 sm. diametrlərdə ümumilikdə 3 ədəd olmaqla, cəmi 4 ədəd gilas ağacı, 40, 48 və 52 sm. diametrlərdə ümumilikdə 3 ədəd armud ağacı, 20 sm. diametrdə 1ədəd, 40 sm. diametrdə 1 ədəd və 24 sm. diametrdə 3 ədəd olmaqla cəmi 5 ədəd göyrüc ağacı və 10 sm. diametrdə 1 ədəd zoğal ağacının kəsildiyi müəyyən edilmişdir. Meşə fonduna aid ərazi olmadığına görə qırıntılara damğa vurulmamışdır. Baxışda Göygöl RMTM-nin mühəndisi Sahib Həsənov və 2 saylı meşə dolayının meşə gözətçisi Yavər Nəbiyev də iştirak etmişlər. Ağacların qanunsuz kəsilməsi ilə bağlı onun çalışdığı sektor tərəfindən hesabat tərtib edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli qərarı əsasında təbiətə dəymiş ziyan hesablanmaqla tərtib edilmişdir. Qərara əsasən diametrindən asılı olaraq hər bir kəsilmiş ağacın qiyməti müəyyən edilmiş və vurulmuş ziyan həmin qaydada hesablanmışdır. Ümumilikdə 9930 manat məbləğində təbiətə ziyan vurulması müəyyən edilmişdir. Onlar birlikdə hadisə yerinə baxış keçirən zaman kənd sakini Fövzu adlı şəxsdə orda olmuşdur. Fövzu onlara bildirmişdir ki, o mövsümi olaraq meşələşmiş ərazidə ağaclara baxmış və bar verdikdə meyvələrini satmışdır. Daha sonra hadisə yerindən Fövzu adlı şəxs qəfildən yoxa çıxmışdır. 2022-ci ilin oktyabr ayında o, Xocalı RPŞnin əməkdaşları və Təqsirləndirilən şəxs iştirakı ilə yenidən həmin əraziyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs özünə məxsus olan motorlu mişarla 2021-ci ilin oktyabr-noyabr aylarında köküstə yaş diametri 8 sm olan 1 ədəd, 12 sm olan 3 ədəd, 20 sm olan 1 ədəd gavalı, 4 sm olan 1 ədəd, 16 sm olan 3 ədəd, 18 sm olan 1 ədəd, 20 sm olan 1 ədəd ağcaqayın, 40 sm olan 1 ədəd armud, 20 sm olan 1 ədəd, 24 sm olan 1 ədəd və 40 sm olan 1 ədəd göyrüc ağacını göstərərək kəsdiyini bildirdirmişdir. O, ağacların kəsildiyi meşəlik ərazinin 15 noyabr 2021-ci il tarixdə onun baxış keçirdiyi meşəlik ərazi olduğunu qeyd etmişdir. Həmin ərazi Erkəc kəndinin üst tərəfində 2 km məsafədə yerləşir. Həmin ərazinin alt tərəfindən çay axır, üst tərəfindən isə torpaq avtomobil yolu keçir və meşə fonduna aid meşəlik ərazi yerləşir. Meşəlik ərazidə müxtəlif cins ağaclar var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Goranboy rayonunun Erkəc kəndində yaşayır və heç bir yerdə işləmir. Həmin kəndin üst tərəfində yerləşən əsasən meyvə ağaclarından və qismən meşə ağaclarından ibarət olan təxminən 25-30 hektar torpaq sahəsini atası Təqsirləndirilən şəxs qoruyub saxladığını və həmin ağacların meyvəsindən istifadə etdiyini bildirmişdir. Onun atası Fövzü Nazarov 2021-ci ilin oktaybr ayında qış mövsümündə yandırmaq üçün həmin meşəlik ərazidən bir neçə yaş köküstə ağacı motorlu mişarla kəsərək odun kimi özünə məxsus UAZ markalı, 25BB574 dövlət qeydiyyat nişanlı minik avtomobil ilə həyətlərinə gətirmişdir. Lakin sonradan onun müalicəsinə pul lazım olduğuna görə Təqsirləndirilən şəxs həmin odunları satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 2021-ci ilin oktyabr ayında 330 manata razılaşaraq Təqsirləndirilən şəxs Qaz-53 markalı yük avtomobili ilə dolu vəziyyətdə bir dəfə odun aldığını, həmin odunu Təqsirləndirilən şəxs necə və haradan əldə etməsi barədə məlumatlarının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, 2018-ci il tarixdən etibarən 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji maarifləndirilməsi sektorunun su hövzələrində bioloji resurslarının qorunması qrupunun baş mütəxəssisi-mühafizə yegeri vəzifəsində çalışır. Əsas funksiyaları qanunsuz balıq ovu ilə məşğul olan şəxsləri müəyyən etmək, su hövzələrinə bioresurslarının qorunmasını təmin etmək və buna nəzarət etməkdən ibarətdir. Goranboy rayonunun Erkəç kəndində qanunsuz ağac kəsintilərinin aparılması ilə bağlı 10 saylı Regional ETS İdarəsinə məlumat daxil olduqdan sonra həmin əraziyə baxış keçirilməsində onun da iştirak etməsi barədə göstəriş verilmişdir. Ona görə də, o da idarənin əməkdaşları ilə birlikdə qeyd edilən əraziyə baxış keçirilməsi zamanı iştirak etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, meşələşmiş ərazi 2 saylı meşə dolayı ilə həmsərhəddir. Meşə ərazisi çəpərlənmiş, çəpərin sağ hissəsi qeyd edilən ərazidir və meşə fonduna aidiyyəti olmamışdır. Ərazinin kordinatlarının müəyyən edilməsi üçün Göygöl RMTM tərəfindən xüsusi vasitələrlə ölçmə aparılmış və kordinatlar X-0624280, Y-4478330 və X-0624534, Y-4479323 müəyyən edilmişdir. Həmin ərazi Göygöl RMTM-nin xidməti ərazisi hesab edilmir. xx.xx.2021-ci il tarixdə baxış keçirilərkən müəyyən edilmişdir ki, birbirindən müxtəlif məsafələrdə olan yaş kök üstə ümumilikdə 40 ədəd, o cümlədən 4 sm. diametrdə 1 ədəd, 12 sm. diametrdə 1 ədəd, 16 sm. diametrdə 4 ədəd, 18 sm. diametrdə 1 ədəd, 20 sm. diametrdə 3 ədəd, 24 sm. diametrdə 1 ədəd, 28 sm. diametrdə 2 ədəd, 32 sm. diametrdə 2 ədəd olmaqla, ümumilikdə 15 ədəd ağcaqayın ağacı, 12 sm diametrdə 3 ədəd, 8 sm. diametrdə 1 və 2 sm diametrlərdə 4 ədəd olmaqla, cəmi 8 ədəd gilas ağacı, 16 sm. diametrdə 1 ədəd, 24 sm diametrdə 2 ədəd, 36 sm diametrdə 1 ədəd olmaqla cəmi 4 ədəd palıd ağacı, 20 sm. diametrdə 1 ədəd, 36, 40 və 44 sm. diametrlərdə ümumilikdə 3 ədəd olmaqla, cəmi 4 ədəd gilas ağacı, 40, 48 və 52 sm. diametrlərdə ümumilikdə 3 ədəd armud ağacı, 20 sm. diametrdə 1ədəd, 40 sm. diametrdə 1 ədəd və 24 sm. diametrdə 3 ədəd olmaqla, cəmi 5 ədəd göyrüc ağacı və 10 sm. diametrdə 1 ədəd zoğal ağacının kəsildiyi müəyyən edilmişdir. Meşə fonduna aid ərazi olmadığına görə qırıntılara damğa vurulmamışdır. Ağacların qanunsuz kəsilməsi ilə bağlı onun çalışdığı sektor tərəfindən hesabat tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, 21 fevral 2020ci il tarixdən həmin idarədə qeyd etdiyi vəzifədə çalışır. Müfəttiş kimi 10 saylı Regional ETSİ-nin nəzarət etdiyi ərazilərdə ekoloji qanunvericiliyinin tələblərinə riayət olunması ilə bağlı nəzarət funksiyasını həyata keçirmək, ekoloji qanunvericiliyin tələblərinin pozulması ilə bağlı məlumat daxil olduqda araşdırma aparıb müvafiq sənədləşdirmə aparmaq, xidməti ərazidə reydlər həyata keçirmək, istər yerin təkinin, yaşıllıqların mühafizə olunması, istərsə də qanunsuz ov etmə ilə bağlı hüquq pozuntularının baş verməməsi üçün profilaktik tədbirlər aparılması əsas funksiyalarına aiddir. Goranboy rayonunun Erkəc kəndində qanunsuz ağac kəsintilərinin aparılması ilə bağlı Regional İdarəyə şifahi məlumat daxil olduqdan sonra araşdırma aparılması onların sektoruna həvalə edilmişdir. O, idarənin sektor müdiri Samir Abdullayevin göstərişi ilə 16 noyabr 2021-ci ildə sektorun baş məsləhətçi müfəttişi Xaqani Əsgərovla birlikdə, X22 Təsərüffatı Mərkəzinin əməkdaşlarının, habelə Mənəşli kənd icra nümayəndəsinin müavini Siruz Nəcəfovun iştirakları ilə qeyd edilən əraziyə baxış keçirmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, meşələşmiş ərazi 2 saylı meşə dolayı ilə həmsərhəddir. Meşə ərazisi çəpərlənmiş, çəpərin sağ hissəsi qeyd edilən ərazidir və meşə fonduna aidiyyəti olmamışdır. Ərazinin kordinatlarının müəyyən edilməsi üçün Göygöl RMTM tərəfindən xüsusi vasitələrlə ölçmə aparılmış və kordinatlar X-0624280, Y-4478330 və X-0624534, Y-4479323 müəyyən edilmişdir. Həmin ərazi Göygöl RMTM-nin xidməti ərazisi hesab edilmir. xx.xx.2021-ci il tarixdə baxış keçirilərkən müəyyən edilmişdir ki, bir-birindən müxtəlif məsafələrdə olan yaş kök üstə ümumilikdə 40 ədəd, o cümlədən 4 sm. diametrdə 1 ədəd, 12 sm. diametrdə 1 ədəd, 16 sm. diametrdə 4 ədəd, 18 sm. diametrdə 1 ədəd, 20 sm. diametrdə 3 ədəd, 24 sm. diametrdə 1 ədəd, 28 sm. diametrdə 2 ədəd, 32 sm. diametrdə 2 ədəd olmaqla, ümumilikdə 15 ədəd ağcaqayın ağacı, 12 sm. diametrdə 3 ədəd, 8 sm. diametrdə 1 və 2 sm. diametrlərdə 4 ədəd olmaqla, cəmi 8 ədəd gilas ağacı, 16 sm. diametrdə 1 ədəd, 24 sm. diametrdə 2 ədəd, 36 sm. diametrdə 1 ədəd olmaqla cəmi 4 ədəd palıd ağacı, 20 sm. diametrdə 1 ədəd, 36, 40 və 44 sm. diametrlərdə ümumilikdə 3 ədəd olmaqla, cəmi 4 ədəd gilas ağacı, 40, 48 və 52 sm. diametrlərdə ümumilikdə 3 ədəd armud ağacı, 20 sm. diametrdə 1ədəd, 40 sm. diametrdə 1 ədəd və 24 sm. diametrdə 3 ədəd olmaqla cəmi 5 ədəd göyrüc ağacı və 10 sm. diametrdə 1 ədəd zoğal ağacının kəsildiyi müəyyən edilmişdir. Meşə fonduna aid ərazi olmadığına görə qırıntılara damğa vurulmamışdır. Baxışda Göygöl RMTM-nin mühəndisi Sahib Həsənov və 2 saylı meşə dolayının meşə gözətçisi Yavər Nəbiyev də iştirak etmişlər. Ağacların qanunsuz kəsilməsi ilə bağlı onun çalışdığı sektor tərəfindən hesabat tərtib edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli qərarı əsasında təbiətə dəymiş ziyan hesablanmaqla tərtib edilmişdir. Qərara əsasən diametrindən asılı olaraq hər bir kəsilmiş ağacın qiyməti müəyyən edilmiş və vurulmuş ziyan həmin qaydada hesablanmışdır. Ümumilikdə 9930 manat məbləğində təbiətə ziyan vurulması müəyyən edilmişdir. Onlar birlikdə hadisə yerinə baxış keçirən zaman kənd sakini Fövzu adlı şəxsdə orda olmuşdur. Fövzu onlara bildirmişdir ki, o mövsümi olaraq meşələşmiş ərazidə ağaclara baxmış və bar verdikdə meyvələrini satmışdır. Daha sonra hadisə yerindən Fövzu adlı şəxs qəfildən yoxa çıxmışdır. 2022-ci ilin oktyabr ayında o, Xocalı RPŞnin əməkdaşları və Təqsirləndirilən şəxs iştirakı ilə yenidən həmin əraziyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs özünə məxsus olan motorlu mişarla 2021-ci ilin oktyabr-noyabr aylarında köküstə yaş diametri 8 sm olan 1 ədəd, 12 sm olan 3 ədəd, 20 sm olan 1 ədəd gavalı, 4 sm olan 1 ədəd, 16 sm olan 3 ədəd, 18 sm olan 1 ədəd, 20 sm olan 1 ədəd ağcaqayın, 40 sm olan 1 ədəd armud, 20 sm olan 1 ədəd, 24 sm olan 1 ədəd və 40 sm olan 1 ədəd göyrüc ağacını göstərərək kəsdiyini bildirdirmişdir. O, ağacların kəsildiyi meşəlik ərazinin 15 noyabr 2021-ci il tarixdə onun baxış keçirdiyi meşəlik ərazi olduğunu qeyd etmişdir. Həmin ərazi Erkəc kəndinin üst tərəfində 2 km məsafədə yerləşir. Həmin ərazinin alt tərəfindən çay axır, üst tərəfindən isə torpaq avtomobil yolu keçir və meşə fonduna aid meşəlik ərazi yerləşir. Meşəlik ərazidə müxtəlif cins ağaclar var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, xx.xx.2009cu ildən meşə gözətçisi vəzifəsində işləyir. 2014-cü ildən isə 2 saylı meşə dolayında gözətçi işləyir. Əsas vəzifəsi təhkim olunduğu ərazidə meşə fonduna aid olan torpaqlarda qanunsuz ağac kəsintisinə yol verilməməsi, mütamadi həmin ərazilərdə müşahidə aparmaq, qanunsuz ağac kəsintisi və ya heyvan ovlanması aşkar edildikdə bu barədə rəhbərliyə müraciət etməkdən ibarətdir. Onun təhkim olunduğu 2 saylı meşə dolayı Goranboy rayonunun Todan, Erkəc və Mənəşli kəndlərini əhatə edir. O, həmin ərazidə tək fəaliyyət göstərir. Erkəc kəndindəki meşə sahəsi ilə həmsərhəd ərazidə kolluq örüş sahəsi yerləşir. Orada ağaclar olsa da, standartlara görə meşə sayılmır və həmin ərazi meşə gözətçisinə təhkim olunan ərazi hesab edilmir. O, həmin örüş sahəsinə nəzarət etməsə də, qonşu sahə olduğuna görə onların üzərinə təhkim olunmuş sahə rəisi Süleyman adlı şəxsdən həmin ərazinin də meşə fonduna aid olub-olmamasını öyrənməsini xahiş etmişdir. Bundan sonra 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Samir adlı işçisi və idarənin digər əməkdaşları, o cümlədən X22 Təsərrüfat Mərkəzin idarəsinin əməkdaşı Sahib Həsənov həmin əraziyə gələrək təsdiq etmişlər ki, sözü gedən ərazi meşə fondunun ərazisi hesab edilmir. Həmçinin baxış zamanı orada qanunsuz ağac qırıntıları aşkar etmişlər. Baxışda Erkəc kənd icra nümayəndəliyinin əməkdaşı X15 da iştirak etmiş, baxış zamanı 40 ədəd ağacın kəsilərək məhv edildiyi və köküstə yaş vəziyyətdə olması aşkar edilmiş, hər bir qırıntının, yəni yaş köküstə olan qırıntıların diametrləri ölçülərək fotoşəkilləri çəkilərək akt tərtib edilmiş və həmin akta baxışda iştirak edənlər imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, hazırki vəzifədə xx.xx.2016-cı ildən işləyir. Onun əsas funksiyaları kənd icra nümayəndəsinin tapşırıqlarını yerinə yetirmək, ərazi üzrə vətəndaşların qəbul edilməsi və onlara hüquqi yardımların göstərilməsindən ibarətdir. Mənəşli kənd icra inzibati ərazi dairəsinə Mənəşli və Erkəc kəndləri daxildir. Erkəc kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı ilk dəfə Erkəc kəndi də daxil olmaqla ətraf ərazidə olan meşələrin gözətçisi Yavər Nəbiyev kənd icra nümayəndəsi X6 bildirmişdir. O da kənd icra nümayəndəsinin şifahi tapşırığına əsasən 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə qeyd edilən əraziyə baxış keçirilməsində iştirak etmişdir. O, həmin ərazidə 40 ağacın kötükdən kəsildiyini müşahidə etmişdir. Ekologiya İdarəsinin əməkdaşları ilə yanaşı meşə İdarəsinin əməkdaşları Sahib və Yavər də həmin baxışda iştirak etmişlər. Sahib və Yavərdən, eləcə də Ekologiya idarəsinin işçilərindən onun eşitdiyinə görə qeyd edilən ərazi meşə fondu ərazisi deyil, meşə fonduna aid ərazi ilə sərhəddə yerləşir və tədricən meşələşmiş sahə adlanmışdır. Kötüyündən kəsilmiş ağaclar əsasən armud, qoz və gilas digər növdən olan ağacları olmuşdur. Kötükdən kəsilmiş ağacların diametrləri baxış zamanı Ekologiya İdarəsinin və meşə İdarəsinin əməkdaşları tərəfindən ölçülmüş, hər bir müşahidə edilən ağac kəsintisi qeydə alınmış və sonda akt tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış, o da həmin akta imza etmişdir. X15 həmçinin, ifadəsində bilirmişdir ki, ekologiya işçiləri ilə birlikdə həmin əraziyə baxış keçirən zaman Erkəc kənd sakini Təqsirləndirilən şəxs da orada olmuşdur. 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onun nə səbəbdən burada olmasını soruşmuş, kənd sakini o isə mövsümi olaraq oradakı ağacları suladığını və onu həmin əraziyə keçmiş icra nümayəndəsi Şəmmət müəllimin onu təhkim etdiyini bildirmiş və daha sonra isə qəfildən yoxa çıxmışdır. Sözügedən kolluq örüş sahəsinə onlar tərəfindən heç bir xidmət aparılmamış və idarələri tərəfindən həmin əraziyə məsul şəxs təyin olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, orta təhsillidir, 1992-ci ildən etibarən X22 X3 meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləyir. Meşəbəyi kimi nəzarət etdiyi ərazilərdə meşə gözətçilərinin davamiyyətini yoxlamaq və yaz-payız fəsillərində meşə dolaylarını yoxlamaqdan ibarətdir. Sözügedən ərazi onların nəzarəti altında deyil. Bununla bağlı onlara təqdim olunmuş yerquruluşu haqqında sənədlərdən deyə bilər ki, qeyd olunan ərazi meşə fondunun tərkibinə daxil deyil və onların nəzarətinə təhkim edilməyib. 2021-ci ilin payız aylarında 2 saylı meşə dolayının meşə gözətçisi Yavər Nəbiyev ona bildirmişdir ki, sözügedən ərazidə çoxlu sayda ağaclar kəsilmişdir. O isə bununla bağlı olaraq Gəncə şəhərində yerləşən 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat bildirmişdir. Daha sonra həmin idarədən əməkdaşlar gəlmiş və hadisə yerinə baxış keçirmişlər. Lakin həmin hadisə yerinə baxış zamanı o, iştirak etməmişdir. Qeyd edir ki, Yavər Nəbiyev ona bildirmişdir ki, ağacların kəsilməsinə Fövzu adlı şəxs səbəb olmuşdur. Belə ki, Fövzu və oğlu özlərinə məxsus köhnə “Təcili tibbi yardım” avtomobili ilə həmin əraziyə gedərək xeyli sayda ağaclar kəsmişdirlər. Həmçinin, kənd sakinləri ilə apardığı söhbətlər zamanı meşə gözətçisi Yavər Nəbiyevin sözləri ilə öz təsdiqini tapmışdır. Aparılmış meşə quruluşu sənədlərinə əsasən deyə bilər ki, qeyd edilən ərazi meşə fondunun ərazisi deyil, həmçinin işlədiyi müddət ərzində rəhbərlik tərəfindən həmin ərazi ilə bağlı ona heç bir göstəriş verilməmişdir. Həmin kolluq örüş sahəsi meşə ərazisinə daxil olmadığı üçün tərəflərindən heç bir xidmət aparılmır və idarələri tərəfindən həmin əraziyə məsul şəxs təyin olunmamışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş X8 və X14 məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar olmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən məlum olur ki, o, 2021-ci ilin oktyabr ayında 300 manata razılaşaraq Təqsirləndirilən şəxs Qaz-53 markalı yük avtomobili ilə dolu vəziyyətdə bir dəfə odun aldığını, həmin odunu sonuncunun necə və haradan əldə etməsi barədə məlumatlarının olmadığını bildirmişdir. X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən məlum olur ki, o, ailəsi ilə birlikdə Goranboy rayon Todan kəndində məskunlaşmış və özü heç bir yerdə işləmir. Onun özünə məxsus QAZ-53 markalı yük avtomobili var. 2021-ci ilinin oktyabr-noyabr aylarında qonşusu İrşad Hüseynov ona Təqsirləndirilən şəxs odun aldığını və gedib həmin odunu həyətinə gətirməyini xahiş etmişdir. Odunu gətirməyinin qarşılığında İrşad Hüseynov ona 40 (qırx) manat pul vermişdir. O da həmin gün Goranboy rayon Erkəc kəndinə gedərək Təqsirləndirilən şəxs həyətində olan odunu sonuncu ilə birlikdə yük avtomobilinə yığmış və daha sonra İrşad Hüseynovun həyətinə aparıb boşaltmışdır. Həmin vaxtdan bir neçə gün sonra Goranboy rayon Todan kənd tam orta məktəbinin direktoru İttifaq İsmayılov ona Təqsirləndirilən şəxs 1(bir) yük maşını odun aldığını və ondan həmin odunu gedib məktəbə gətirməyini istəmişdir. O, yenə tək Təqsirləndirilən şəxs yaşadığı ünvana gedib sonuncu ilə birlikdə odunu yük avtomobilinə yığmış və odunu gətirib məktəbin həyətinə tökmüşdür. İttifaq İsmayılov odunu gətirməyinə görə ona 30(otuz) manat pul vermişdir. Həmin vaxtdan 15-20 gün keçdikdən sonra onun mərhum qohumu Mirzə ona Təqsirləndirilən şəxs aldılğı odunu həyətinə gətirməyini xahiş etmiş və xidmət haqqı olaraq onun avtomobilinə 20 manatlıq yanacaq tökmüşdür. O, Təqsirləndirilən şəxs həyətindən odunu avtomobilə yığıb Mirzəgilə aparmışdır. O, Təqsirləndirilən şəxs həyətindən yığıb apardığı odunu sonuncunun hardan kəsməsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 15-16 noyabr 2021-ci il tarixli, 72233 nömrəli aktdan görünür ki, 16 noyabr 2021-ci il tarixdə Goranboy rayonunun Erkəç kəndinin ərazisinə baxış keçirilmişdir. Əraziyə keçirilən baxış müddətində Goranboy rayonunun Erkəç kəndinin inzibati sərhədləri daxilində meşə fondu olmayan, lakin təbii bərpa yolu ilə meşələşmiş ərazidə köküstə yaş halda olmuş diametri 10 sm olan bir ədəd zoğal cinsli, diametrləri 8 sm olan bir ədəd, 12 sm üç ədəd, 20 sm dörd ədəd, cəmi 8 ədəd gavalı cinsli, diametrləri 4 sm bir ədəd, 12 sm bir ədəd, 16 sm 4 ədəd, 18 sm 1 ədəd, 20 sm 3 ədəd, 24 sm 1 ədəd, 28 sm iki ədəd, 32 sm 2 ədəd, cəmi 15 ədəd ağcaqayın cinsli, diametrləri 16 sm 1 ədəd, 24 sm 2 ədəd, 36 sm 1 ədəd, cəmi 4 ədəd palıd cinsli, diametrləri 20 sm 1ədəd, 36 sm 1 ədəd, 40 sm 1ədəd, 44 sm 1 ədəd, cəmi 4 ədəd gilas cinsli, diametrləri 40 sm 1ədəd, 48 sm 1 ədəd, 52 sm 1 ədəd cəmi 3 ədəd armud cinsli, dimametrləri 20 sm 1ədəd, 24 sm 3 ədəd, 40 sm 1 ədəd, cəmi 5 ədəd göyrüc cinsli ümumlikdə 40 ədəd ağacları və 1 ədəd də kökü üstə quru halda olmuş ağcaqayın cinsli ağacın kök boğazından kəsilərək götürüldüyü həmçinin müxtəlif cinsli 6 ədəd ağacın (alma, armud, murdarça, zoğal, cənub söyüdü, qoz) üst çəthir hissəsi kəsilməklə zədəndiyi aşkar edilmişdir. Həmin akta əlavə edilmiş hesabatdan görünür ki, ağacların kəsməsi nəticəsində təbiətə 9930 manat ziyan vurulmuşdur; Goranboy rayon Todan kənd bələdiyyəsinin 16 noyabr 2021-ci il tarixli, 67 nömrəli arayışından görünür ki, Goranboy rayonunun Erkəç kəndi ərazisində islahat aparılmamışdır. Ona görə də, 15 noyabr 2021-ci il tarixdə Goranboy rayonunun Erkəç kəndinin inzibati sərhədləri daxilində aparılmış araşdırma zamanı aşkar edilmiş kəsilmiş ağacların Bələdiyyə mülkiyyətinə aid olub-olmaması barədə heç bir əsaslı sənəd yoxdur; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X22 Təsrrüfatı Mərkəzinin 16 noyabr 2021-ci il tarixli, 456 nömrəli məktubundan görünür ki, 10 saylı Regional Ekologiya İdarəsinin xidməti ərazisinə aid Goranboy rayonunun Erkəç kəndi inzibati sərhəddi daxilində Göygöl RMTM-nin əməkdaşları ilə birgə aparılmış araşdırma zamanı ağac kəsimi aşkar edilmiş X-624280.00, Y-4479323.00-cü koordinatlar və həmsərhəd yerləşən ərazilər Göygöl RMTM-nin xidməti ərazisi olan meşə fondu torpaqlarına aid deyildir; “Baxış aparılması haqqında” 16 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Baxışda iştirak edən 10 saylı RETS idarəsinin əməkdaşı İlkin Həsənov bildirmişdir ki, idarənin əməkdaşları tərəfindən 16 noyabr 2021-ci il tarixdə - monitorinq keçirilən zaman qanunsuz kəsilmiş 15 ədəd ağcaqayın, 8 ədəd gavalı, 4 ədəd palıd, 4 ədəd gilas, 3 ədəd armud, 5 ədəd göyrüc və 1 ədəd pcğal ağacı olmaqla, ümumilikdə 40 ədəd ağacın kəsildiyini aşkar etmişlər. Baxış iştirakçıları əraziyə daxil olduqdan təxminən 100 metr irəlilədikdən sonra hər birindən müxtəlif məsafələrdə olan yaş kök üstə 4 sm diametrdə 01 ədəd, 12 sm diametrdə 01 ədəd, 16 sm diametrdə 04 ədəd, 18 sm diametrdə 01 ədəd, 20 sm diametrdə 03 ədəd, 24 sm diametrdə 1,28 sm diametrdə 2,32 sm diametrdə 2 ədəd olmaqla, ümumilikdə 15 ədəd ağcaqayın, 12 sm diametrdə 03 ədəd, 8 sm diametrdə 1 və 2 sm diametrdə 4 ədəd olmaqla, cəmi 8 ədəd gilas,16 sm diametrdə 1 ədəd, 24 sm diametrdə 2 ədəd, 36 sm diametrdə 1 ədəd olmaqla cəmi 4 ədəd palıd ağacı, 20 sm diametrdə 1, 36, 40, 44 sm diametrdə ümumilikdə 3, cəmi 4 ədəd gilas ağacı, 40, 48 və 52 sm diametrlərdə ümumilikdə 3 ədəd armud, 20 sm diametrdə 1, 40 sm diametrdə 1 ədəd 24 sm diametrdə 3 ədəd olmaqla cəmi 5 ədəd göyrüc və 10 sm diametrdə 1 ədəd zoğal ağacının kəsildiyi müəyyən edilmişdir. Heç bir ağac qırıntısına damğa vurulmamışdı; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, təqdim olunmuş koordinatlar əsasında Goranboy rayonu, Erkəç kəndində kəsilmiş 40 ədəd ağacın yerləşdiyi torpaq sahəsinin mülkiyyət mənsubluğu və kateqoriyası ilə bağlı məlumatın verilməsi barədə “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsə daxil olmuş məktuba "xxxx" MMC-də aidiyyəti üzrə baxılmışdır. Təqdim edilmiş hər iki koordinatlar əsasında elektron kadastr məlumat bazasında aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahələri Goranboy rayonu Mənəşli inzibati ərazi dairəsinin Erkəç ərazi vahidliyi daxilində yerləşməklə dövlət meşə fondu torpaqlarına aiddir” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2022-ci il tarixli, 9/1028 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 16 noyabr 2021-ci il tarixli, 72233 №-li, aktına əlavə olunmuş hesabat məlumatlarına əsasən 40 ədəd ağacların kəsilməsindən dəymiş ziyanın məbləği 9930,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir; “Baxış keçirilməsi haqqında” 21 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış yeri Goranboy rayonunun Erkəç kəndinin üst tərəfindəki meşəlik ərazidir. Həmin ərazinin sağ alt tərəfindən çay axır, üst tərəfi isə meşə fonduna aid meşəlik ərazidir. Təqsirləndirilən şəxs həmin ərazidə kök hissəsi yerdə olan diametri 8 sm olan 1 ədəd, 12 sm olan 3 ədəd, 20 sm olan 1 ədəd gavalı, 4 sm 1 ədəd, 16 sm olan 3 ədəd, 18 sm olan 1 ədəd, 20 sm olan 1 ədəd ağcaqayın, 40 sm olan 1 ədəd armud, 20 sm olan 1 ədəd, 24 sm olan 1 ədəd və 40 sm olan 1 ədəd göyrüc ağacının kötüyünü göstərərək 2021-ci il tarixdə matorlu mişarla kəsdiyini qeyd etmişdir. Qeyd olunan ağacların hamısı yaş halda matorlu mişar vasitəsilə kəsilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 oktyabr 2022-ci il tarixli, 1690 nömrəli məktubundan və ona əlavə edilmiş hesabatdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq kəsilmiş ağaclarla bağlı idarə əməkdaşları tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 saylı qərarına əsasən təbiətə dəymiş ziyan hesablanmış və ziyanın məbləği 2710 (iki min yeddi yüz on) manat təşkil etdiyi müəyyən edilmişdir; Goranboy rayon İHB-nin Mənəşli kənd İƏDÜ nümayəndəliyinin 11 noyabr 2022-ci il tarixli, 84 nömrəli məktubundan görünür ki, Erkəç kəndi ərazisində X-0624280, Y-4478830 və X-0624534, Y-4479323 koordinatlarında yerləşən ərazilər icra nümayəndəliyinə və xüsusi mülkiyyətə aid deyildir; Goranboy rayon İHB-nin Todan kənd İƏDÜ nümayəndəliyinin 13 noyabr 2022-ci il tarixli, məktubundan görünür ki, Erkəç kəndi ərazisində göstərilən koordinatlarda yerləşən ərazi bələdiyyə və xüsusi mülkiyyətə aid deyildir; “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Sübutların qiymətləndirilməsi haqqında” 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayonu, Erkəc kəndi ərazisindən kəsdiyi 15 ədəd köküstə yaş ağacdan başqa qalan 25 ədəd köküstə yaş ağacı kəsərək aparması sübuta yetirilmədiyindən barəsində CM-nin 259.2.4-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir; “Yaşıllıqlara dəymiş ziyanın ödənilməsi ilə bağlı” Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş mülki iddiadan görünür ki, yaşıllıqlara dəymiş ziyanla bağlı 2710 (iki min yeddi yüz on) manat məbləğin Təqsirləndirilən şəxs tərəfindən 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə, təqsirləndirilən şəxsin (mülki cavabdehin), zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsinin və şahidlərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir; 13.1-ci maddəsinə əsasən dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə yol verilir; 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır; 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının (bu halda bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır; 13.5-ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır; 13.6-cı maddəsinə əsasən yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir; 13.7-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir; 13.8-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan respublikasının Nazirlər Kabineti) müəyyən edir; 19-cu maddəsinə əsasən yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək, yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək hüququna malikdir; 24-cü maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Sözügedən qaydalarda yaşıllıqların götürülməsinə rəyin verilməsi, yaşıllığın götürülməsi vərəqinin forması və tətbiqi qaydaları müəyyən edilmişdir. Həmin Qaydaların: 1.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir; 2.2-ci bəndində yaşıllıqların götürülməsinə yol verilən hallar göstərilmişdir ki, həmin hallar “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş hallarla eyniyyət təşkil edir; 2.4-cü bəndinə əsasən fiziki və hüquqi şəxslər bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər; 2.9-cu bəndinə əsasən istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Goranboy rayonunun Erkəc kəndinin inzibati ərazisindən meşə fonduna daxil olmayan, lakin təbii bərpa yolu ilə meşələşmiş ərazidə yaş kök üstə bioloji inkişafda olan, cəmi 15 ədəd ağacı qanunsuz kəsməsi və bunun nəticəsində təbiətə 2710 manat dəyərində ziyan vurması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon İcra Hakimiyyəti Başçısının Mənəşli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir (CPM-198.1). Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə nəzərdə tutulan vəzifələr qoyulmalıdır. 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşıllıqlara dəymiş ziyanla bağlı 2710 (iki min yeddi yüz on) manat məbləğində təbiətə ziyan vurmuşdur. Belə olan halda isə məhkəmə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş mülki iddianın təmin edilərək 2710.00 (iki min yeddi yüz on) manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsini qanuni və əsaslı hesab edir. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanlara əsasən, CPM-in 344, 347, 349, 351-353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəm HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifanını kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X5: kod 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. İş üzrə mülki iddia təmin edilsin və 2710,00 (iki min yeddi yüz on) manat pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına (X5: kod 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi: VÖEN: **********, hesab: AZ90 CTRE ********************, büdcə gəlirlər təsnifat kodu: 142582, büdcə səviyyə kodu 3) ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-5/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-5/2023
12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver