Məhkəmə qərarları › İş №1(045)-5/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(045)-5/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(045)-5/2024 08.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Yusif oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1960-cı ildə Kəlbəcər rayonunun Qılışlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonunun Qılınclı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 179.2.3, 179.2.4, 308.1 və 313-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vuraraq israf etmə yolu ilə talamış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə 5 sentyabr 2018-ci il tarixli, K/M-22/1 nömrəli əmrlə Kəlbəcər Peşə Məktəbinin direktor vəzifəsi həvalə edilməklə 04 aprel 2023-cü il tarixədək həmin vəzifədə işləyərkən onunla bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli qərarı ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə, Kəlbəcər Peşə Məktəbi pedoqoji şurasının 17 iyun 2014-cü il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Kəlbəcər Peşə Məktəbinin Nizamnaməsi”nə və Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli, № 18-1 qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3”na əsasən, müəssisənin fəaliyyətinə rəhbərlik etmək, təhsil müəssisəsinin ayrı-ayrı bölmələrinin işini, tələbələrin təlim-tərbiyə prosesini səmərəli təşkil etmək, təlim-tərbiyə, tədris-istehsalat və təsərrüfat sahələrində çalışan işçilərin səmərəli əmək və istehsalat fəaliyyəti üçün şərait yaratmaq, pedaqoji işçilərin hüquqlarının qorunmasını və sosial müdafiəsini təmin etmək, müəllimlərin, istehsalat təlimi ustalarının və digər işçilərin işinə nəzarət etmək, istehsalat və təsərrüfat planlarının, tədris plan və proqramlarının yerinə yetirilməsi üçün kollektivi təşkil etmək, təhsil müəssisəsinin maddi-texniki bazasının inkişafı və genişləndirilməsi, işçilər və tələbələr üçün təhlükəsiz iş şəraitinin yaradılması sahəsində tədbirlərin həyata keçirilməsini, işəgötürənlərin və əmək bazarının tələblərinə uyğun keyfiyyətli kadr hazırlığının strateji istiqamətlərini müəyyənləşdirmək, kadrların seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll etmək, büdcədənkənar gəlirlərin əldə olunmasını təşkil etmək, maliyyə və ştat intizamına əməl olunması üçün məsuliyyət daşımaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq, öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə məxsus olmaqla ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə talamaq məqsədilə Kəlbəcər Peşə Məktəbinin 2019/2020, 2020/2021 və 2021/2022-ci tədris illəri üzrə nümunəvi tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmrləri ilə bağlı məlumatlar olmasına baxmayaraq, rəsmi sənədlərə əmrlər üçün qeydiyyat kitabı və tarifləşmə cədvəllərinə həmin müddətdə Məktəbin Goranboy rayonu İrəvanlı kəndində yerləşən inzibati binasındakı xidməti otağında vahid niyyətlə şəxsi, yəni Kəlbəcər Peşə Məktəbinin bəzi müəllimlərinin əlavə qazanc əldə etməsinə, habelə məktəbin müəllimlərini vəzifəli şəxs kimi özündən razı salmağa nail olmaqla öz nüfuzunu artırmaq niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməsinə dair cinayətdən xəbərsiz kompüter üzrə operator işləyən X4 verdiyi göstərişə əsasən, sonuncu vasitəsilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş əmrlər üçün qeydiyyat kitabını özü, həmin qeydiyyat kitabı əsasında tərtib olunmuş tarifləşmə cədvəllərinin cinayətdən xəbərsiz baş mühasib Şahid13 tərəfindən imzalanmasına nail olduqdan sonra özü imzalamaqla həmin rəsmi sənədləri özünə təhkim edilmiş Məktəbin dairəvi möhürü ilə şəxsən təsdiq etməklə, 2019/2020-ci tədris ili üzrə məktəbin müəllimləri Şahid1 Muxtar oğlunun tədris planı üzrə dərs yükü 295 dərs saatı olduğu halda 198 əlavə dərs saatına görə 1.457,28 manat, X5 tədris planı üzrə dərs yükü 349 dərs saatı olduğu halda 161 əlavə dərs saatına görə 1.184,96 manat, Şahid2 tədris planı üzrə dərs yükü 200 dərs saatı olduğu halda 220 əlavə dərs saatına görə 2.031,96 manat, X7 tədris planı üzrə dərs yükü 231 dərs saatı olduğu halda 114 əlavə dərs saatına görə 823,08 manat, Şahid9 Səməd oğlunun tədris planı üzrə dərs yükü 348 dərs saatı olduğu halda 47 əlavə dərs saatına görə 345,92 manat, Şahid10 tədris planı üzrə dərs yükü 383 dərs saatı olduğu halda 159 əlavə dərs saatına görə 1.170,24 manat, X1 tədris planı üzrə dərs yükü 271 dərs saatı olduğu halda 19 əlavə dərs saatına görə 121,22 manat, Şahid16 tədris planı üzrə dərs yükü 330 dərs saatı olduğu halda 188 əlavə dərs saatına görə 1.447,60 manat, X6 tədris planı üzrə dərs yükü 45 dərs saatı olduğu halda 75 əlavə dərs saatına görə 541,5 manat, 2020/2021-ci tədris ili üzrə məktəbin müəllimləri Şahid1 Muxtar oğlunun tədris planı üzrə dərs yükü 265 dərs saatı olduğu halda 224 əlavə dərs saatına görə 1.648,64 manat, X5 tədris planı üzrə dərs yükü 353 dərs saatı olduğu halda 157 əlavə dərs saatına görə 1.155,52 manat, Şahid2 tədris planı üzrə dərs yükü 242 dərs saatı olduğu halda 207 əlavə dərs saatına görə 1.709,82 manat, X7 tədris planı üzrə dərs yükü 208 dərs saatı olduğu halda 134 əlavə dərs saatına görə 967,48 manat, Şahid9 Səməd oğlunun tədris planı üzrə dərs yükü 211 dərs saatı olduğu halda 187 əlavə dərs saatına görə 1.376,32 manat, Şahid10 tədris planı üzrə dərs yükü 273 dərs saatı olduğu halda 115 əlavə dərs saatına görə 846,4 manat, X1 tədris planı üzrə dərs yükü 211 dərs saatı olduğu halda 74 əlavə dərs saatına görə 472,12 manat, Şahid16 tədris planı üzrə dərs yükü 332 dərs saatı olduğu halda 184 əlavə dərs saatına görə 1.416,8 manat, X2 tədris planı üzrə dərs yükü 133 dərs saatı olduğu halda 107 əlavə dərs saatına görə 787,52 manat, X6 tədris planı üzrə dərs yükü 45 dərs saatı olduğu halda 50 əlavə dərs saatına görə 289 manat, 2021/2022-ci tədris ili üzrə məktəbin müəllimləri Şahid1 Muxtar oğlunun tədris planı üzrə dərs yükü 238 dərs saatı olduğu halda 259 əlavə dərs saatına görə 1.906,24 manat, X5 tədris planı üzrə dərs yükü 270 dərs saatı olduğu halda 260 əlavə dərs saatına görə 1.909,92 manat, Şahid2 tədris planı üzrə dərs yükü 234 dərs saatı olduğu halda 242 əlavə dərs saatına görə 2.003,05 manat, X7 tədris planı üzrə dərs yükü 213 dərs saatı olduğu halda 123 əlavə dərs saatına görə 947,1 manat, Şahid9 Səməd oğlunun tədris planı üzrə dərs yükü 246 dərs saatı olduğu halda 141 əlavə dərs saatına görə 1.037,76 manat, Şahid10 tədris planı üzrə dərs yükü 225 dərs saatı olduğu halda 135 əlavə dərs saatına görə 993,6 manat, Şahid16 tədris planı üzrə dərs yükü 329 dərs saatı olduğu halda 189 əlavə dərs saatına görə 1.455,3 manat, X2 tədris planı üzrə dərs yükü 120 dərs saatı olduğu halda 105 əlavə dərs saatına görə 772,8 manat olmaqla qeyd edilən qaydada ümumilikdə 10 nəfər şəxsin adına "xxxx" ASC-nin Goranboy rayon filialında açılmış kart hesablarına ümumilikdə 30.819,15 manat məbləğində pul vəsaitinin köçürülməsinə və sonuncular tərəfindən həmin pul vəsaitinin "xxxx" ASC-yə məxsus ayrı-ayrı bankomatlardan çıxarılıb nağdlaşdırılaraq şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 30.819,15 manat (otuz min səkkiz yüz on doqquz manat on beş qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamış, vəzifəli şəxs kimi vahid şəxsi niyyətlə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin pul vəsaitinin aidiyyatı üzrə düzgün yönləndirilməsi, təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı vəsatət verərək bildirdi ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 179.2.3-cü maddəsi ilə yanaşı, CM-in 308.1ci maddəsi ilə də ittiham irəli sürülmüşdür. Lakin, təqsirləndirilən şəxsin əməllərinin CM-in 179.2.3-cü maddəsi ilə əhatə olunduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs CM-in 308.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina edərək iş üzrə icraata həmin hissədə xitam verilməsini xahiş etdi. Eyni zamanda yekun qərar qəbul edilərkən Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini və 179.2.3 və 179.2.4-cü maddələri üzrə CM-in 73-1.2-ci maddəsinin tələblərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilib 179.2.3 və 179.2.4-cü maddələri üzrə zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş hüquqi şəxsə dəyən ziyanı tam ödədiyini, eyni zamanda vurulmuş ziyanın 25 faizi miqdarını dövlət büdcəsinə ödəniş etdiyini, CM-in 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini və dövlət ittihamçısının CM-in 308.1-ci maddəsi üzrə cinayət təqibindən imtina etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi və buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Yusif oğlu Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onun tərəfindən vurulmuş ziyanın tam ödənildiyini, buna görə təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirərək, bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə verilmiş ittihamla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs CM-in 308.1-ci maddəsi ilə verilmiş ittihamla bağlı qeyd edir ki, CPM-in: 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir; 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır; 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etdikdə məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs CM-in 313-cü maddəsi ilə verilmiş ittihamla bağlı qeyd edir ki, CM-in. 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. CM-in 313-cü maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs CM-in 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini 2019-2021-ci illər tarixində törətmişdir. Göstərilən cinayət əməlinin törədilmə vaxtının 2019-2021-ci illər tarixi olmasını və həmin əməlin törədilməsi vaxtından iki ildən çox vaxt, yəni cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Məhkəməyə təqdim edilmiş: Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Yusif oğlunun xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyinə vurulmuş ziyan tam ödənilmiş və onunla barışmışlar; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024 və xx.xx.2024-cü il tarixli, 30907 və 25839 nömrəli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin iyirmi beş faizi miqdarında, yəni 7705 (yeddi min yeddi yüz beş) manat miqdarında dövlət büdcəsinə vəsait ödənilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddələri üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, dövlət ittihamçısının CM-in 308.1-ci maddəsi üzrə cinayət təqibindən imtina etməsi barədə vəsatətini, CM-in 313-cü maddəsi üzrə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini və prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun CM-in 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 132.2-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən bu Məcəllənin 132.1.4–132.1.7-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübutlar – Kəlbəcər Peşə Məktəbindən götürülmüş 2019/2020 tədris illəri üzrə 3 ədəd, 2020/2021 tədris illəri üzrə 3 ədəd və 2021/2022 tədris illəri üzrə 3 ədəd tədris jurnalları, 2019/2020, 2020/2021 və 2021/2022-ci tədris illəri üzrə tarifləşmə cədvəlləri, 2019/2020, 2020/2021 və 2021/2022-ci illər üzrə əmrlər kitablarından çıxarılmış surətlər iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 (iyirmi dörd) iş saatına görə 144 (yüz qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsi hissəsində iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata həmin hissədə xitam verilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 179.2.3 və 179.2.4-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar – Kəlbəcər Peşə Məktəbindən götürülmüş 2019/2020 tədris illəri üzrə 3 ədəd, 2020/2021 tədris illəri üzrə 3 ədəd və 2021/2022 tədris illəri üzrə 3 ədəd tədris jurnalları, 2019/2020, 2020/2021 və 2021/2022-ci tədris illəri üzrə tarifləşmə cədvəlləri, 2019/2020, 2020/2021 və 2021/2022-ci illər üzrə əmrlər kitablarından çıxarılmış surətlər iş materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 24 (iyirmi dörd) iş saatına görə 144 (yüz qırx dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar