Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-5/2025 21.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X5 Samir oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.2000-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda AR ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Şahid2 Şahid1 sifarişi əsasında aralarında şəxsi münasibətlərin pozulması nəticəsində Zərərçəkmiş şəxs qisas almaq məqsədilə sonuncuya məxsus Goranboy rayonu, Nadirkənd kəndi ərazisində yerləşən içərisində 230 baş xırdabuynuzlu heyvanlar olan tövləni xırdabuynuzlu heyvanlarla birlikdə yandırmaqla əmlakını qəsdən məhv etmək barədə təklifini qəbul edib Şahid2lə birlikdə 13 mart 2024-cü il tarixdə özünə məxsus VAZ 2107 markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan fermanın yerləşdiyi ünvana gəlib orada Şahid2 tanışı Şahid1la görüşərək törədəcəkləri cinayət hadisəsinin detallarını dəqiqləşdirib bu işin müqabilində ona 50 manat çatacağı barədə razılaşdıqdan sonra 14 mart 2024-cü il tarixdə saat 01:30 radələrində Şahid2 və qrupun digər üzvü olan sonuncunun qaynı Şahid3 ilə Gəncə şəhərində yaşadığı evin yaxınlığında görüşüb birlikdə onun idarə etdiyi VAZ 2107 markalı avtomobillə Gəncə şəhəri ərazisində fəaliyyət göstərən “Gəncə Petrol” yanacaqdoldurma məntəqəsindən 2 litr tez alışan rəngsiz uçucu maye olan benzin alıb Goranboy rayonu, Nadirkənd kəndi ərazisində yerləşən tövlənin yanına gələrək həmin yanacağı tövlənin damına və ətrafına töküb yandırmaqla sonuncuya məxsus 5000 manat dəyərində olan tövləni və tövlənin içərisindəki hər biri 270 manat, cəmi 24300 manat dəyərində 90 baş quzuları və hər biri 270 manat, cəmi 37800 manat dəyərində 140 baş ana qoyunları yandırmaqla, ümumilikdə Zərərçəkmiş şəxs külli miqdarda, yəni 67100 (altmış yeddi min bir yüz) manat dəyərində əmlakını qəsdən məhv etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, baş vermiş yanğın hadisəsində özünü təqsirli bilmir, lakin, hadisədən məlumatı oub polisə məlumat vermədiyi üçün özünü təqsirli bilir. O, Zərərçəkmiş şəxs tanımır, ancaq Şahid2 tanıyır, belə ki onlar qonşudurlar. Cavid onu yaşadıqları binanın həyətində görmüş, taksi pulu nədirsə verəcəyini bildirərək onları Goranboy rayonunun Nadirkənd kəndində aparmasını xahiş etmişdir. Bundan sonra Şahid2, Şahid3 və Xəyal adlı şəxs ona məxsus avtomobilə əyləşmiş, Goranboy rayonu istiqamətində hərəkət etməyə başlamışlar. O, avtomobilində benzin az olduğu üçün Gəncə şəhərinin çıxacağında olan “Gəncə Petrol” adlı yanacaqdoldurma məntəqəsinə girmiş, orada avtomobilinə 10 manatlıq benzin doldurmuşdur. O, avtomobilinə benzin vuran zaman Cavid ona Bəhruz adlı dostunun avtomobilinin benzininin qurtarmasını, yolda qalmasını bildirərək ondan plastik qabda 2 litr əlavə benzin almasını xahiş etmişdir. O da 2 litrlik qabda benzin alaraq avtomobilinin yük hissəsinə qoymuşdur. Bundan sonra onlar Goranboy rayonu Nadirkənd kəndinə getmişlər. O, avtomobilini magistral yolda, fermadan 150-200 metr aralıda saxlamışdır. O, avtomobildən düşməmiş, heç yerə getməmişdir. Avtomobili saxladığı yerdə müşahidə kamerası da olmuşdur. Şahid2lə Şahid3 avtomobildən düşüb harasa getmiş, 20-25 dəqiqə sonra yenidən geri qayıtmışlar. Onlar qayıdıb gələndən sonra güzgüdən arxaya baxanda 150-160 metr arxada obyektin yanmasını görmüş, onda bilmişdir ki, Cavidgil nəsə eləyiblər, lakin bu barədə heç bir orqana məlumat verməmişdir. Hazırda etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməmişdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, X1 VAZ 2107 markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil almış, lakin pulu olmadığı üçün aldığı avtomobili öz adına rəsmiləşdirə bilməmişdir. Bu səbəbdən də avtomobili alanda avtomobilin sahibindən etibarnamə də almamışdır. Həmin avtomobil onun özünə məxsusdur və onun mülküyyətindədir. Onun sürücülük hüququ yoxdur. O, özünə məxsus VAZ 2107 markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobillə müxtəlif rayonlara gedib köhnə dəmir alıb satır. 13 mart 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı evə gəlmiş və avtomobilini binanın qarşısında saxlamışdır. Həmin vaxt qonşusu Şahid2 ona yaxınlaşıb idarə etdiyi avtomobillə onu Goranboy rayonu Nadirkənd kəndinə aparmasını xahiş etmişdir. O da, Şahid2lə razılaşmış və “əlimdəki ərzaqları evə verib gəlirəm” demişdir. O, aldığı ərzaqları evə qoyub aşağı düşmüş, Şahid2 onun avtomobilinə əyləşmişdir. O da, avtomobilini idarə edib Goranboy rayonu istqamətində hərəkət etdirmiş, idarə etdiyi avtomobillə Nadirkənd kəndi ərazisində olarkən Şahid2 ona avtomobilini körpünün altı ilə idarə etməsini və Gəncə şəhəri istiqamətində sürməsini bildirmişdir. O da, idarə etdiyi avtomobili körpünün altı ilə idarə edib Gəncə şəhəri istiqamətinə çıxmış, körpünün altından çıxan kimi Şahid2 ona avtomobilini saxlamasını bildirmişdir. O da, avtomobilini saxlamışdır. Həmin vaxt Cavid ona Goranboy rayonu Borsunlu kəndi ərazisində metal alqı-satqısı ilə məşğul olan Bəhruzla görüşəcəyini, həmçinin orada olan fermaya baxıb gələcəyini bildirmişdir. Cavid ona həmin fermanı yandırmağı planlaşdırdıqlarını da bildirmişdir. Şahid2 Bəhruzun yanında fəhlə işləmişdir. Bundan sonra Cavid avtomobildən düşüb Bəhruzun yanına getmiş və söhbət etmişdir. Sonuncular ondan aralı olsalar da o, Cavidlə Bəhruzu görmüşdür. Sonuncular söhbət edəndən sonra Bəhruz avtomobilini idarə edib getmiş, Cavid isə fermanın yanına gedib baxmışdır. Sonra isə qayıdıb onun yanına gəlib avtomobilinə əyləşmişdir. Həmin vaxt Cavid ona “gecə saat 1-də fermanı yandıracayıq, bunun müqabilində isə sənə sürücü kimi 50 manat pul verəcəyik” demişdir. O da, Cavidlə razılaşmışdır. Bundan sonra onlar birlikdə Gəncə şəhərinə qayıtmışlar. Cavid avtomobilindən düşəndə ona “gecə saat 1-də görüşüb gedərik” demişdir. O da, Cavidlə razılaşmışdır. Bundan sonra hərəsi öz evlərinə getmişlər. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində yaşadığı evdən çıxıb avtomobilinin yanına düşmüş, həmin vaxt Şahid2 və qonşusu Şahid3 avtomobilinin yanında onu gözlədiklərini görmüşdür. O, avtomobilinin qapısını açmış və avtomobilinə əyləşmişdir. Sonuncular da onun avtomobilinə əyləşmişlər. Həmin vaxt sonradan adını bildiyi Xəyal adlı şəxs onların yanına gəlib Cavidgilə “hara gedirsiniz?” demiş, Cavidlərin hər ikisi də Xəyala işləri ilə əlaqədar Goranboy rayonuna getdiklərini bildirmişlər. Xəyal da onlara “məndə gedirəm” deyib avtomobilinə əyləşmişdir. Həmin vaxt Xəyal çox sərxoş olmuş və avtomobilinə əyləşən kimi yatmışdır. Bundan sonra avtomobilini Goranboy rayonu istiqamətinə hərəkət etdirmiş, idarə etdiyi avtomobilə Gəncə şəhərinin çıxacağında yerləşən “Gəncə Petrol” yanacaq doldurma məntəqəsindən benzin almaq üçün yanacaq doldurma məntəsəqsinə sürmüş, yanacaq doldurma məntəqəsinə daxil olmamış Şahid2 ona köşkün yanında avtomobili saxlamasını, köşkdən siqaret və fermanı yandırmaq üçün sellofan torbalar alacağını demiş, o da, avtomobilini köşkün yanında saxlamış, həmin vaxt Şahid2 ona pul verib özü ilə götürdüyü plastmas 2 litrlik qaba 2 litr benzin doldurmasını, qalanını isə avtomobilinə benzin doldurmasını demişdir. Bundan sonra o, avtomobilini yanacaq doldurma məntəqəsinə sürüb saxlamışdır. O, avtomobildən düşmüş, sonra isə avtomobildə olan 2 litrlik plastmas qabı götürmüş, bundan sonra plastmas qabı operatora verib doldurmuşdur. Sonra isə operator avtomobilinə 7 litr yanacaq doldurmuşdur. Həmin vaxt Şahid2 köşkdən siqaret və sellofan torbalar alıb gəlmiş, onlar avtomobilə əyləşmişlər. Sonra onlar Goranboy rayonu Nadirkənd kəndi ərazisində yerləşən fermaya gəlmişlər. Həmin vaxt saat 01:30 radələri olmuşdur. O, idarə etdiyi avtomobili fermadan təxminən 150 metr aralı məsafədə saxlamış, Cavidlərin hər ikisi ona “bizi avtomobildə gözlə gəlirik” demişlər. Bundan sonra sonuncular ikisi də avtomobildən düşüb fermaya getmişlər. Lakin, Xəyal avtomobilində qalmış və yatmışdır. Xəyalın heç nədən xəbəri olmamışdır. Cavidlərin hər ikisi benzini töküb fermanı yandırmışlar. Həmin vaxt küləkli hava olduğu üçün yanğın sönmüş, Cavidgil fermanı 2-3 dəfə yandırmış, lakin külək söndürmüşdür. Sonra Şahid2 qaçaraq onun yanına gəlib “avtomobilində benzinin varmı?” demiş, o da, Cavidə avtomobilində 1 litir benzin olduğunu demişdir. Şahid2 avtomobilinin yük yerindən həmin 1 litr benzini götürüb yenidən fermanın yanına getmişdir. Şahid2 və Şahid3 həmin benzini töküb fermanı yandırmışlar. Ferma yanmağa başlayan kimi sonuncuların ikisidə gəlib avtomobilinə əyləşmişlər. Bundan sonra o, avtomobilini idarə edib sonuncularla birlikdə Gəncə şəhərinə qayıtmışdır. Gəncə şəhərində sonuncular avtomobilindən düşüb öz evlərinə o, isə öz yaşadığı evə getmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 11-12 radələrində Şahid2 Gəncə şəhərində onunla görüşmüş və ona 50 manat pul vermişdir. Şahid2 ona fermanın içərisində xırdabuynuzlu heyvanlar olduğunu demiş, lakin sayını bilməmişdir. Yandırdırdıqları fermanın əvvəlcə kimə məxsus olduğunu bilməmiş, sonradan isə fermanın Zərərçəkmiş şəxs məxsus olduğunu bilmişdir. Onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə və arvadının istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə dəfələrlə zəng edilib Goranboy rayon polis şöbəsinə dəvət olunmuş, lakin tutulmaqdan qorxduğu üçün çağırışa gəlməmişdir. Hazırda etdiyi əməldən peşmandır. Hazırda o, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməmişdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Goranboy rayonu Nadirkənd kəndi ərazisində yerləşən köhnə pambıq məntəqəsinin ərazisində yüngül tikinti materialları ilə inşa edilmiş fermada (tövlədə) 230 baş xırdabuynuzlu heyvan saxlamış, özü isə həmin fermaya bitişik yardımçı tikilidə qalmışdır. Həmin ferma taxtadan və qamışdan inşa edilmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında xırdabuynuzlu heyvanları otarıb gətirdikdən sonra fermaya salıb qapısını bağlamışdır. Fermanın ön hissəsində isə çox ayıq olan iti olmuşdur. Sonra yatmaq üçün özü qaldığı yardımçı tikiliyə gedib yatmışdır. 14 mart 2024-cü il tarixdə saat 01:30 radələrində səsə yuxudan oyanıb çölə çıxmış, həmin vaxt içərisində xırdabuynuzlu heyvanları olan fermanın yandığını görmüş, alov güclü olduğu üçün tövlənin qapısını açıb xırdabuynuzlu heyvanlarını çıxarda bilməmiş və 230 baş xırdabuynuzlu heyvanlarının hamısı yanmışdır. Sonra yanğın söndürənlər gəlmiş və alovun ikinci tövləyə keçməyinə imkan verməyib söndürmüşlər. Ona məxsus ferması və 230 baş xırdabuynuzlu heyvanı tamamilə yanaraq məhv olmuşdur. O, fermanı 5000 manata inşa etmişdir. Bundan başqa, 230 baş xırdabuynuzlu heyvanların 90 başı 6 aylıq quzular olmuş, quzuların hər birinin diri çəkiləri 30 kiloqram olmaqla, ümumi dəyəri 22950 manat, qalan 140 baş xırdabuynuzlu heyvanlar isə ana qoyunlar olmuş, qoyunların hər birinin diri çəkisi isə 40 kiloqram olmaqla, ümumi dəyəri 42000 manat olmuşdur. Ümumilikdə yanğın zamanı ona 69950 manat ziyan dəymişdir. İlkin izahat verərkən ona dəyən ziyanı dəqiq bilmədiyi üçün 50000 manatdan yuxarı ziyan dəydiyini göstərmiş, sonra isə ona dəyən ziyanı hesablamış və 69950 manat ziyan dəydiyini bilmişdir. Yanğın zaman heç kim xəsarət almamışdır. Bəhruzun ifadəsində göstərdikləri yalandır. Belə ki, 2024-cü ilin fevral ayının axırlarında axşam saatlarında fermada olmuş, həmin gün Fizuli idarə etdiyi avtomobillə yaşadığı evdən onun itinə yal gətirmişdir. Həmin vaxt Fizuliyə “fənəri bura sal, işıqların elektrik naqilində boşluq var, çınqı verir” demiş, Fizuli də, fənəri o deyən yerə salmış, o elektriki ayırmış və elektirik naqilini kəlbətinlə sıxmağa başlamışdır. Bu zaman elektrik naqilinin biri sınmış, sonra o, həmin naqili təmizləyib yerinə bağlayıb işıqları yandırmışdır. Bundan sonra, Fizuli avtomobilini idarə edib yaşadığı evə getmişdir. O, Bəhruzun obyektindən heç bir vaxt dəmir oğurlamamışdır. Bəhruzun obyektində heç bir vaxt 30 və ya 35 ton dəmir olmamışdır. O, 10 baş xırdabuynuzlu heyvanlarını öz fermasında satmışdır. Qazel markalı avtomobillə xırdabuynuzlu heyvanlarını Gəncə şəhərinə satmağa aparmamışdır. Onun 240 baş xırdabuynuzlu heyvanı olmamışdır, onlardan 10 başını satmış, yerdə 230 baş xırdabuynuzlu heyvanı qalmışdır. Hazırda o, Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, Təqsirləndirilən şəxs barəsində ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şahid2 onun uşaqlıq dostudur, eyni zamanda onunla birlikdə metal qəbulu məntəqəsində işləmişdir. O, Zərərçəkmiş şəxsla ədavəti olduğu üçün Şahid2 Mahirə məxsus fermanı yandırmasını sifariş vermişdir. Bunun müqabilində Şahid2 pul da vermişdir, lakin hazırda həmin məbləği xatırlamır. O, Eriki tanımır. Şahid2lə Şahid3 fermanı yandıranda o, həmin fermadan təxminən 300 metr aralıda olan icarə əsasında işlətdiyi metal qəbulu məntəqəsində olmuşdur. Onun fermanın yandırılmasından səhəri gün xəbəri olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Şahid1 elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Goranboy rayonu, Nadirkənd kənd sakini Zərərçəkmiş şəxs təxminən 4 ildir ki, tanıyır. Onunla əvvəllər münasibəti yaxşı olmuş, düşmənçiliyi və ədavəti olmamışdır. O, Goranboy rayonu, Nadirkənd kəndi ərazisində Mahirin yanında dəmir qəbulu məntəqəsi açıb işlətmişdir. Belə ki, o, işlətdiyi məntəqəni Mahirin qardaşı Ələsdandan icarəyə götürmüşdür. Mahir isə məntəqənin yan tərəfində xırdabuynuzlu heyvan saxlamışdır. Həmin ərazidə gecələr bir gün o, bir gün isə Mahir qalmışdır. Həmçinin, onun işlətdiyi obyektə və Mahirin obyektinə kamera quraşdırılmışdır. Sonradan onun Mahirlə münasibəti korlanmışdr. Belə ki, dəmir alqı-satqısı ilə məşğul olur, lakin ziyanlıq etmişdir. Mahirin həmin vaxtlar yığdığı metal tullantılarını oğurlamağa başladığını bilmişdir. O da, bunu Mahirə deyəndə boynuna almamışdır. Kamera görüntülərinə baxanda özü gecə obyektdə qalan müddətdə işıqların sönmədiyini, lakin Mahir obyektdə gecələr qalanda işıqların təxminən 25-30 dəqiqə söndüyünü, sonra isə işıqların yandığını görmüşdür. Mahir obyektdə qalan gecələr gecə saatlarında Fizuli adlı şəxsin sarı rəngli VAZ 2106 markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobili ilə obyektə gəlib ikisi də avtomobildən düşdüklərini, sonra isə Mahir işıqları söndürdüyünü, sonuncu işıqları yandıranda isə obyektində görünüən metalların olmadığını kamerada görmüşdür. O, işlətdyi məntəqədən Mahirin dəmir tullantılarını oğurlamasını biləndən sonra məntəqədən çıxıb həmin məntəqədən bir neçə obyekt aralıda yeni məntəqə götürüb işlətməyə başlamışdır. O, yeni məntəqə götürəndən sonra təxminən 10 il olar ki, münasibətdə olduğu Goranboy rayonu, Xanqərvənd kəndində anadan olmuş, hal-hazırda Gəncə şəhərində yaşayan Şahid2 da işə götürmüşdür. Yəni, Cavid dəmir tullantıları yığmaqda ona köməklik etməyə başlamışdır. O, Cavidlə söhbət edən zaman Mahirin ona qarşı etdiklərini danışmışdır. Həmçinin Mahirin ona qarşı etdiyi pisliyə görə Cavidə sonuncuya necə ziyan vura bilərik demiş, Cavid də ona “nə deyirsənsə sənə köməklik etməyə hazıram” demişdir. Mahirin Nadirkənd kəndi ərazisində yerləşən fermasında dəqiq sayını bilmədiyi miqdarda xırda buynuzlu heyvan saxladığını bilmiş, ona görə də, Cavidə “həmin fermanı heyvanlarla birlikdə yandıraraq Mahirə ziyan vura bilərikmi” demişdir. Yəni, cinayətin sifarişini o, Cavidə demişdir. Cavid də onunla razılaşmışdır. O, Cavidə həmin vaxt Mahirin fermasını yandırmağa görə pul verəcəyini də demişdir. 13 mart 2024-cü il tarixdə Cavidlə Nadirkənd kəndi ərazisində görüşmüş, Cavid həmin vaxt onun yanına tək gəlmiş, Cavid ona bu gecə Mahirin fermasını yandıracağını demişdir. O da Cavidə həmin vaxt ilkin olaraq 50 manat pul vermişdir. Cavid də çıxıb getmişdir. 14 mart 2024-cü il tarixdə 01:30 radələrində Cavid həmin vaxt tanımadığı şəxslərlə Mahirin fermasını heyvanlarla birlikdə yandırmışdır. Belə ki, o həmin vaxt iş yerində qalmış, iş yeri də Mahirin fermasına yaxın olmuşdur. O, səhər iş yerini açanda Mahirin fermasının yanmasını bilmişdir. 14 mart 2024-cü il tarixdə səhər tezdən Cavid iş yerinə gəlib Mahirin fermasını yandırdığını ona deyib 50 manat pul almışdır. Bir gündən sonra, yəni 15 mart 2024-cü il tarixdə Cavid onun iş yerinə gəlib fermanı yandırdığına görə ondan yenidən 100 manat pul almışdır. O, həmin vaxt Caviddən fermanı kimlərlə yandırdığını və həmin uşaqların ağzı bərk olub-olmamasını soruşmuş, Cavid də ona fermanı yandırmaqda ona köməklik edən uşaqları onun tanımadığını və ona həmin uşaqların ağzı bərk olduğunu heç bir narahatçılıq olmamadığını demişdir. O da, digər şəxslər kimi Mahirin fermasının yandırılmasına görə polisə şikayət etməsini bilmişdir. Goranboy rayon polis şöbəsinin əməkdaşları onu polis şöbəsinə dəvət edib onunla əməliyyat yönümlü söhbətlər aparan zaman etdiyi cinayəti özü səmimi olaraq etiraf etmişdir. Belə ki, Cavidə Mahirin fermasını heyvanlarla birlikdə yandırmasını və Mahirə ziyan vurulmasını Cavidə demişdir. Yəni, həmin cinayəti o, sifariş etmişdir. Polis şöbəsində Şahid2 onun sifariş etdiyi cinayəti sonradan Şahid3 və Təqsirləndirilən şəxslə törətməsini bilmişdir. X2 fermasını benzinlə yandırmasını da o, polis şöbəsində bilmişdir. Mahirin ferması yandırılan zaman fermada xırdabuynuzlu heyvanlar da yanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, iltizama imza etməkdən və şahid andı içməkdən imtina edir. Eriki tanıyır, belə ki, Erik onun qonşusudur. Erik taksi fəaliyyəti ilə məşğuldur. O, Erikə demişdir ki, onun avtomobilinə benzin vuracaq, əlavə də taksi pulu kimi 30 manat verəcək, onları Goranboy rayonunun Nadirkənd kəndində aparsın, təxminən 2 saatlıq işi var. O, Nadirkənd kəndində Şahid1la birlikdə metal qəbulu sexində işləmişdir. Zərərçəkmiş şəxs hissə-hissə olmaqla onlardan 30 min manat dəyərində metal oğurlamışdır. Buna görə də Bəhruzla Mahirə məxsus fermanı yandırmağı planlaşdırmışlar. O da Şahid3 ilə birlikdə Mahirə məxsus fermanı içərisindəki heyvanlarla birlikdə yandırmışdır. Onların fermanı yandıracaqlarından Erikin xəbəri olmamışdır. Onlardan başqa avtomobildə Xəyyam adlı tanışları da olmuşdur, lakin Xəyyam çox sərxoş olduğu üçün avtomobildə yatmiş, onların fermanı yandırmaqlarından xəbəri olmamışdır. Əvvəl apardıqları benzin az olmuş, fermanı yandıra bilməmiş, gəlib avtomobilin yük yerindən yenə də benzin götürüb qayıdıb gedib fermanı yandırmışlar. Məhkəmə iclasında Şahid2 elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 tanıyır. Belə ki, Goranboy rayonu Borsunlu kəndində Bəhruzun dəmir tullantılarının satıldığı sexi var. O da, ehtiyac olduqda gedib həmin sexdə işləməklə pul qazanmışdır. Yəni o, mütəmadi olaraq Bəhruza məxsus sexdə işləməmişdir. Bu münasibətlə də, Bəhruzu tanımışdır. Bəhruzla münasibəti həmişə normal olmuşdur. Bəhruzla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. O, 2024-cü ilin fevral ayında Goranboy rayonu Nadirkənd kəndində yerləşən Bəhruza məxsus dəmir tullantıları sexinə gəlmişdir. Belə ki, həmin vaxt oraya işləməyə gəlmişdir. O, həmin sexdə işlədikdən sonra Bəhruzla söhbət edərkən Bəhruz ona ədavəti olduğu Goranboy rayonu Nadirkənd kənd sakini Mahirdən qisas almaq istədiyini demişdir. Bəhruz bunu necə edə biləcəyini onunla söhbət edərkən ona Mahirin Goranboy rayonu Nadirkənd kəndində yerləşən içərisində xırdabuynuzlu heyvanlar saxladığı tövləsini yandırmağı təklif etmişdir. Həmçinin həmin vaxt Bəhruz ona bu işin müqabilində pul verəcəyini də demişdir. O da, Bəhruzun təklifi ilə razılaşsa da, konkret olaraq bu işi həyata keçirmək üçün vaxt təyin etməmişlər. 13 mart 2024-cü il tarixdə saat 20 radələrində Goranboy rayonu Nadirkənd kəndinin girişinə gəlmişdir. Həmin yerə Gəncə şəhərində yaşayan dəmir tullantılarının daşıması işini həyata keçirən Erikin idarə etdiyi Vaz 2107 minik markalı avtomobili ilə gəlmişdir. Həmin yerə Bəhruzdan Mahirə məxsus tövləni yandırmaq məqsədi ilə pul almaq üçün gəlmişdir. Çünki, əvvəlcədən bu barədə aralarında razılaşma olmuşdur. Ona görə də, Bəhruzun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** nömrəli mobil telefonundan zəng edib Goranboy rayonu Nadirkənd kəndinin girişində olduğunu və həmin yerə gəlməyini demişdir. Bir az sonra Bəhruz həmin yerə gəlmiş, Bəhruzla görüşüb Mahirə məxsus tövləni yandıracağını deyib əvvəlcədən verdiyi sözünə əməl etməsini tələb etmiş və Bəhruzdan pul istəmişdir. Bəhruz da, həmin vaxt çıxarıb ona 50 manat pul verib getmişdir. O, fermanın yanına gedib fermaya baxmış, sonra isə qayıdıb Erikin yanına gəlib avtomobilinə əyləşmişdir. Həmin vaxt Erikə “gecə saat 1-də fermanı yandıracayıq, bunun müqabilində isə sənə sürücü kimi 50 manat pul verəcəyəm” demişdir. Erik də, onunla razılaşmışdır. Bundan sonra Eriklə birlikdə Gəncə şəhərinə qayıtmış və avtomobilindən düşəndə Erikə gecə saat 1-də görüşüb gedərik demişdir. Erik də onunla razılaşmışdır. Sonra o, qaynı Şahid3 zəng etmiş, həmin vaxt qaynı Cavid onu evlərinə dəvət etmişdir. O da, mağazaya daxil olub içməkləri üçün pivə alıb qaynı Cavidgilə getmişdir. Bundan sonra qaynı Şahid3 ilə stol arxasında əyləşib şam edib spirtli içki olan araq, çaxır və pivə içmişlər. Bir qədər yeyib-içdikdən sonra “qaynı Şahid3 Goranboy rayonu Nadirkənd kəndində yerləşən Mahir adlı şəxsə məxsus tövləni yandırmaq lazımdır” demişdir. Belə ki, o, Mahirin pis bir insan olmasını və buna görə də ona məxsus tövlənin yandırılmasının vacib olduğunu demişdir. Həmçinin, Şahid3 tövlənin içərisində xırdabuynuzlu heyvanlar olmasını da demişdir. Sonra isə qaynı Şahid3 bu işi birlikdə görməyi təklif etmiş, qaynı Şahid3 də, onun təklifi ilə razılaşmışdır. Həmçinin, qaynı Şahid3 onları Goranboy rayonu Nadirkənd kəndi ərazisinə tanışı Erik Vaz 2107 minik markalı avtomobili ilə aparacağını demişdir. Qaynı Cavidlə bir xeyli yeyib-içdikdən sonra 13 mart 2024-cü il tarixdən 14 mart 2024-cü il tarixə keçən gecə saat 01 radələrində evdən çıxıb binanın qarşısına düşdükdə tanışı Erik Vaz 2107 minik markalı avtomobili ilə onları qarşılamış, lakin o, tövlənin yandırmağa getməkləri ilə bağlı Bəhruza məlumat verməmişdir. Belə ki, tövləni yandırdıqdan sonra Bəhruza bu barədə məlumat verib əlavə pul almağını düşünmüşdür. Çünki, razılaşmalarına əsasən Vaz 2107 minik markalı avtomobilin sürücüsü Erikə 50 manat pul verəcəkmiş. 14 mart 2024-cü il tarixdə saat 01 radələrində yaşadıqları binanın qarşısında qaynı Cavidlə birlikdə Erikin Vaz 2107 minik markalı avtomobilinə əyləşmişlər. Həmin vaxt qaynı Cavidin tanışı Xəyal da onların yanına gəlib avtomobilə əyləşmiş və onlardan hara getdiklərini soruşmuşdur. Onlar da, Xəyala işləri olduğu üçün Goranboy rayonuna getdiklərini demişlər. Xəyal da, onlarla birlikdə Goranboy rayonuna getmək istədiyini bildirmiş, onlar da, Xəyal çox sərxoş olduğu üçün bir söz deməmişlər. Həmçinin Xəyala hansı məqsədlə Goranboy rayonuna getməklərini də deməmişlər. Belə ki, Xəyal onların Mahirə məxsus Goranboy rayonu Nadirkənd kəndi ərazisində fermasını yandırmağa getdiklərini bilməmişdir. Xəyal sərxoş olduğu üçün avtomobilə əyləşən kimi yatmışdır. Onlar Gəncə şəhərindən çıxarkən yolun sağında olan yanacaq doldurma məntəqəsinə daxil olmuş və Erik Vaz 2107 minik markalı avtomobilinə 7 litr benzin vurduqdan sonra əlavə olaraq da 2 litr qabda tövləni yandırmaqları üçün benzin almışdır. O isə həmin vaxt avtomobildən düşüb yanacaq doldurma məntəqəsinin yaxınlığındakı köşkə gedib oradan tövləni yandırmaqda istifadə etməkləri üçün sellofan torba almışdır. Bundan sonra isə gəlib Erikin idarə etdiyi Vaz 2107 minik markalı avtomobildə əyləşmiş, Erik də, avtomobili işə salıb Goranboy rayonu Nadirkənd kəndində yerləşən Mahirə məxsus tövlə istiqamətində idarə etməyə başlamışdır. 14 mart 2024-cü il tarixdə təxminən saat 01:30 radələrində Goranboy rayonu Nadirkənd kəndində yerləşən Mahirə məxsus tövlənin yaxınlığına gəlmişlər. Həmin yerdə Erik avtomobili saxladıqdan sonra razılaşmalarına əsasən Erik Vaz 2107 minik markalı avtomobilin içərisində qalıb onları gözləmiş, o isə qaynı Cavidlə birlikdə avtomobildən yerə düşüb Mahirə məxsus tövləyə yaxınlaşmışlar. Xəyal isə avtomobilin içərisində yatmış və oyanmamışdır. O, avtomobildən düşərkən tövləni yandırmaq üçün əvvəlcədən aldıqları 2 litr həcmli benzini və sellofan torbaları götürmüşdür. Bundan sonra isə o, əlində olan benzindən bir hissəsini sellofan torbaların üzərinə tökdükdən sonra bir hissəsini isə tövlənin ətrafına töküb qalan hissəsini isə tövlənin damına atmışdır. Bundan sonra isə üzərində olan alışqanı çıxarıb sellofan torbaları yandırıb tövlənin ətrafına tökdüyü benzinin üzərinə atmış və tövlə yanmağa başlamış, lakin tövlə tam alışmadığı üçün Erikin Vaz 2107 minik markalı avtomobilinin yanına gəlib həmin avtomobilin yük yerində olan 1 litr həcmli ehtiyat üçün saxlanılan benzini götürüb tövlənin yanına gəlib həmin benzini tövlənin ətrafına töküb yenidən alışqanla yanırmış və nəhayət tez bir zamanda tövlə alov tutub yanmağa başlamışdır. Həmçinin, qaynı Cavid də alışqanla tövlənin aşağı tərəfində olan samanları yandırmışdır. Onlar tövlənin içərisində olan xırdabuynuzlu heyvanlarla birlikdə yanmasına tam əmin olduqdan sonra oradan çıxıb Erikə məxsus Vaz 2107 minik markalı avtomobilinə əyləşib Gəncə şəhərinə qayıtmışlar. Gəncə şəhərinə çatdıqdan sonra isə hər biri yaşadıqları evə getmişlər. 14 mart 2024-cü il tarixdə günorta saatlarında Goranboy rayonu Borsunlu kəndinə Bəhruzun yanına gəlib gecə Mahirə məxsus tövləni içərisindəki xırdabuynuzlu heyvanlarla birlikdə yandırdığını demişdir. Həmçinin həmin işdə ondan başqa iki nəfər tanışlarının da iştirak etməsini demişdir. Həmin vaxt Bəhruzdan tanışlarından birinə 50 manat pul verməli olduğu üçün 50 manat pul istəmiş, Bəhruz da ona 50 manat pul vermişdir. O da, 50 manat pulu götürüb Gəncə şəhərinə getmiş və həmin 50 manat pulu Erikə vermişdir. Bir gün sonra isə Bəhruzla Gəncə şəhərində görüşmüş və həmin vaxt Bəhruz Mahirə məxsus tövləni içərisindəki xırdabuynuzlu heyvanlarla birlikdə yandırmaqları ilə bağlı ona əlavə 100 manat da pul vermişdir. Beləliklə, Bəhruz bu işlə bağlı ona ümumilikdə 200 manat pul vermişdir. O da, Bəhruzun sonuncu dəfə verdiyi 100 manat pulu qaynı Cavidlə birlikdə xərcləmişdir. 20 mart 2024-cü il tarixdə isə Gəncə şəhəri ərazisində Goranboy RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Goranboy RPŞ-nə gətirilmiş, Goranboy RPŞ-nə gətirilən zaman isə polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmişdir. Goranboy RPŞ-də olan zaman törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Bəhruzun yanında işlədiyi vaxtlardan Mahirə məxsus tövlənin içərisində xırdabuynuzlu heyvanlar olduğunu bilmişdir. Ona görə də. tövləni yandıran zaman içərisində xırdabuynuzlu heyvanların yanıb tələf olacağını bilmiş, lakin konkret olaraq tövlənin içərisində nə qədər xırdabuynuzlu heyvanlar olmasını bilməsə də, niyyətləri tövləylə birlikdə içərisində olan xırdabuynuzlu heyvanların hamısını yanırmaqdan ibarət olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, hadisə baş verən gün çox sərxoş olmuşdur. Şahid2lə Erikə məxsus avtomobillə Goranboy rayonunun Nadirkənd kəndində gedib Zərərçəkmiş şəxs məxsus fermanı yandırıb qayıtmışlar. Xəyal adlı tanışları da onlarla birlikdə gedib gəlmişdir. Lakin, Xəyal çox sərxoş olduğu üçün avtomobildə yatmış, fermanı yandırdıqlarından xəbəri olmamışdır. Onlar Erikə 50 manat pul vermiş, onları Goranboy rayonu Nadirkənd kəndinə aparmasını demiş, lakin ora nəyə görə getdikləri barədə Erikə heç bir məlumat verməmişlər. O, sərxoş olduğu üçün Şahid2 yanacaqdoldurma məntəqəsindən fermanı yandırmaq üçün benzin almasını bilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında Şahid3 elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 13 mart 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evdə olarkən yeznəsi Şahid2lə əlaqə saxlayıb onu yaşadığı evə dəvət etmiş, bir az sonra Şahid2 yaşadığı evə gəlmişdir. Bundan sonra Şahid2lə stol araxasında əyləşib şam edib spirtli içki olan araq, çaxır və pivə içmişlər. Bir qədər yeyib-içdikdən sonra Şahid2 ona “Goranboy rayonu Nadirkənd kəndində yerləşən Mahirə məxsus tövləni yandırmaq lazımdır” demişdir. Belə ki, Şahid2 Mahirin pis bir insan olmasını və buna görə də ona məxsus tövlənin yandırılmasının vacib olduğunu demişdir. Həmçinin Şahid2 tövlənin içərisində xırdabuynuzlu heyvanlar olmasını demişdir. Şahid2 bu işi birlikdə görməyi ona təklif etmişdir. O da, Şahid2 təklifi ilə razılaşmışdır. Həmçinin Şahid2 onları Goranboy rayonu Nadirkənd kəndi ərazisinə tanışı Erik Vaz 2107 minik markalı avtomobili ilə aparacağını demişdir. O da, yeznəsi Cavidlə razılaşmışdır. Yeznəsi Cavidlə bir xeyli yeyib-içdikdən sonra 13 mart 2024-cü il tarixdən 14 mart 2024-cü il tarixə keçən gecə saat 01 radələrində yaşadığı evdən çıxıb binanın qarşısına gəldikdə onları yeznəsi Cavidin tanışı Erik Vaz 2107 minik markalı avtomobili ilə qarşılamışdır. 14 mart 2024-cü il tarixdə saat 01 radələrində yaşadığı binanın qarşısında yeznəsi Cavidlə birlikdə Erikin Vaz 2107 minik markalı avtomobilinə əyləşmişlər. Həmin vaxt kirvə qohumu X3 onların yanına gəlib avtomobilə əyləşmiş və onlardan hara getdiklərini soruşmuşdur. Onlar da, Xəyala işləri olduğu üçün Goranboy rayonuna getdiklərini demişlər. Xəyal da, onlarla birlikdə Goranboy rayonuna getmək istədiyini bildirmişdir. Onlar da, Xəyal çox sərxoş olduğu üçün bir söz deməmişlər. Həmçinin Xəyala hansı məqsədlə Goranboy rayonuna getməklərini də deməmişlər. Belə ki, Xəyal onların Mahirə məxsus Goranboy rayonu Nadirkənd kəndi ərazisində fermasını yandırmağa getdiklərini bilməmişdir. Xəyal sərxoş olduğu üçün avtomobilə əyləşən kimi yatmışdır. Onlar Gəncə şəhərindən çıxarkən yolun sağında olan yanacaq doldurma məntəqəsinə daxil olmuşlar. Həmin yerdə Erik Vaz 2107 minik markalı avtomobilinə 7 litr benzin vurduqdan sonra əlavə olaraq da 2 litr qabda tövləni yandırmaq üçün benzin almışlar. Yeznəsi Cavid isə həmin vaxt avtomobildən düşüb yanacaq doldurma məntəqəsinin yaxınlığındakı köşkə gedib oradan tövləni yandırmaqda istifadə etməkləri üçün sellofan torba almışdır. Bundan sonra isə gəlib Erikin idarə etdiyi Vaz 2107 minik markalı avtomobildə əyləşmiş, Erik də, avtomobili işə salıb Goranboy rayonu Nadirkənd kəndində yerləşən Mahirə məxsus tövlə istiqamətində idarə etməyə başlamışdır. 14 mart 2024-cü il tarixdə təxminən saat 01:30 radələrində Goranboy rayonu Nadirkənd kəndində yerləşən Mahirə məxsus tövlənin yaxınlığına gəlmişlər. Həmin yerdə Erik avtomobili saxladıqdan sonra razılaşmalarına əsasən Erik Vaz 2107 minik markalı avtomobilin içərisində qalıb onları gözləmişdir. O, isə yeznəsi Cavidlə birlikdə avtomobildən yerə düşüb Mahirə məxsus tövləyə yaxınlaşmışlar. Xəyal isə avtomobilin içərisində yatmış və oyanmamışdır. Həmin vaxt avtomobildən düşərkən yeznəsi Cavid tövləni yandırmaq üçün əvvəlcədən aldıqları 2 litr həcmli benzini və sellofan torbaları avtomobildən götürmüşdür. Bundan sonra isə Cavid əlində olan benzindən bir hissəsini sellofan torbaların üzərinə tökdükdən sonra bir hissəsini tövlənin ətrafına töküb qalan benzini isə tövlənin damına atmışdır. O da, həmçinin üzərinə benzin tökülmüş sellofan torbaları tövlənin üzərinə doğru atıb alışqanla aşağıda olan samanları yandırmışdır. Yeznəsi Cavid isə üzərində olan alışqanı çıxarıb sellofan torbaları yandırıb tövlənin ətrafına tökdüyü benzinin üzərinə atmış və tövlə yanmağa başlamış, lakin tövlə tam alışmadığı üçün yeznəsi X7 2107 minik markalı avtomobilinin yanına gedib həmin avtomobilin yük yerində olan 1 litr həcmli ehtiyat üçün saxlanılan benzini götürüb tövlənin yanına gəlib həmin benzini tövlənin ətrafına töküb yenidən alışqanla yandırmış və nəhayət tez bir zamanda tövlə alov tutub yanmağa başlamışdır. Onlar tövlənin içərisində olan xırdabuynuzlu heyvanlarla birlikdə yanmasına tam əmin olduqdan sonra oradan çıxıb Erikə məxsus Vaz 2107 minik markalı avtomobilə əyləşib Gəncə şəhərinə getmişlər. Gəncə şəhərinə çatdıqdan sonra isə hər biri yaşadıqları evə getmişlər. Hadisədən təxminən 2-3 gün sonra isə yeznəsi Şahid2 tanışı Şahid1 sifarişi əsasında onlara tövləni yandırmağı dedikdən sonra onlar gedib həmin tövləni yandırdıqlarını bilmişdir. 21 mart 2024-cü il tarixdə isə Gəncə şəhəri ərazisində Goranboy RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Goranboy RPŞ-nə gətirilmiş, Goranboy RPŞ-nə gətirilən zaman isə polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, Goranboy RPŞ-də olan zaman törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Mahirə məxsus tövləni yandırmağın Şahid1 tərəfindən Şahid2 sifariş edilməsini və bunun müqabilində Şahid1 Şahid2 13 mart 2024-cü il tarixdə 50 manat, 14 mart 2024-cü il tarixdə 50 manat və 15 mart 2024-cü il tarixdə isə 100 manat pul verməsini bilməmişdir. O, hadisəni törətdikdən iki-üç gün sonra Şahid2 hadisənin sifarişini Bəhruzdan aldığını və Şahid2 bunun müqabilində Bəhruzdan ümumilikdə 200 manat pul almasını bilmişdir. Yeznəsi Cavid ona pul verməmiş, lakin yemək və içmək almışdır. Yeznəsi Cavid onunla danışan zaman Mahirə məxsus tövlənin içərisində xırdabuynuzlu heyvanlar olmasını demişdir. Ona görə də tövləni yandıran zaman içərisində xırdabuynuzlu heyvanların yanıb tələf olacağını bilmiş, lakin konkret olaraq tövlənin içərisində nə qədər xırdabuynuzlu heyvanlar olmasını bilməsə də, niyyətləri tövlə ilə birlikdə içərisində olan xırdabuynuzlu heyvanların hamısını yanırmaqdan ibarət olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” 22 iyul 2024cü il tarixli qərardan görünür ki, Şahid1 və qeyrilərinin barəsində ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə ********* saylı cinayət işi ayrılmış və ibtidai istintaq aparılması üçün Goranboy RPŞ-nin İB-nin icraatına qəbul edilmişdir; “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 21 mart 2024-cü il tarixli qərardan görünür ki, Şahid1 və qeyrilərinin barəsində Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün Goranboy RPŞ-nin İB-nin icraatına qəbul edilmişdir; “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 21 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; “Qətimkan tədbiri seçilməsi barədə” Goranboy RPŞ-nin İB-nin 23 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 02 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmu, Gəncə şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 10 ay 01 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə 18 gün müddətində vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə isə cəzasının müddəti başa çatmışdır; Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 may 2024-cü il tarixli 9/3263 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus 90 baş hər biri 6 aylıq, diri çəkiləri 30 kiloqram olan quzuların hər bir başının qiyməti 270 manat, ümumi dəyəri 24300 manat və 140 baş diri çəkisi 40 kiloqram olan ana qoyunların hər bir başının qiyməti 270 manat, ümumi dəyəri 37800 manat, cəmi 62100 manatdır; “Götürmə aparılması barədə” Goranboy RPŞ-nin İB-nin 20 iyun 2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs ona məxsus Goranboy rayonu Nadirkənd kəndi ərazisində yerləşən fermasında olan tövlənin və içərisində olan xırdabuynuzlu heyvanların yandırıldıqdan sonra çəkdiyi video görüntünün diski könüllü olaraq təqdim etmiş, həmin görüntünün diskə baxış keçirilərək, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür; “Maddi sübut kimi tanıma haqqında” 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs götürülmüş ona məxsus Goranboy rayonu Nadirkənd kəndi ərazisində yerləşən fermasında olan tövlənin və içərisində olan xırdabuynuzlu heyvanların yandırıldıqdan sonra çəkdiyi video görüntünün diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Kompleks Məhkəmə Yanğın-Texniki və Kimyəvi Ekspertizasının 04 iyul 2024-cü il tarixli, 3-16-16/2- 6/3099 nömrəli rəyindən görünür ki, tədqiqata yanğından sonrakı qalıq nümunə qismində təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 121” dairəvi möhür əksləri olan polietilen bağlamalarda qablaşdırılmış, üzərində “2. Fermanın damının orta hissəsindən götürülmüş nümunə” yazıları olan bağlamanın içərisindəki yanmış taxta parçalarının üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər aşkar edildi; üzərində “1. Fermanın damının ön hissəsindən götürülmüş nümunə” və “3. Fermanın damının arxa tərəfindən götürülmüş nümunə” yazıları olan bağlamanın içərisindəki yanmış taxta parçalarının üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər aşkar edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Kompleks Məhkəmə Yanğın-Texniki və Kimyəvi Ekspertizasının 22 iyul 2024-cü il tarixli 3-16-16/2- 10/4223 nömrəli rəyindən görünür ki, Goranboy rayonu, Nadirkənd kəndi ərazisində Zərərçəkmiş şəxs məxsus tövlədə yanğın izləri tövlənin bütün sahəsi boyunca bərabərləşdiyi üçün yanğının mənbəyini, həmçinin yayılma istiqamətini müəyyən etmək mümkün olmamışdır. Yanğın, istintaq tərəfindən müəyyən edilən şəraitdə, yəni neft məhsulundan odlama vasitəsi kimi istifadə edilməklə kənardan gətirilmiş alışdırma mənbəyinin təsirindən baş vermişdir. Aparılmış tədqiqatın dəyəri 120 (bir yüz iyirmi) manat təşkil etmişdir; “Maddi sübut kimi tanıma haqqında” 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, yanğından sonra qalmış qalıqlardan götürülmüş nümunələr iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nin anbarına təhvil verilmişdir; “Təqsirləndirilən şəxsin qətimkan tədbirinin şərtlərini pozduğu üçün tutulması haqqında” 05 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:30 dəqiqədə tutulmuş, onun azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdə saat 10:00-da məcburi gətirildiyi andan məhdudlaşdırılmışdır; “Qətimkan tədbiri seçilməsi barədə” Goranboy Rayon Məhkəməsinin 4(045)-45/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixədək müddəə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 10:00-dan hesablanmışdır; Gəncə şəhər Probasiya Şöbəsinin 231714/2023 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin 7(057)- 523/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə 01 il 08 ay 03 gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, onun şərti olaraq vaxtından əvvəl azad edildiyi 18 gün müddət xx.xx.2023-cü il tarixdə başa çatmışdır; Salyan rayon məhkəməsinin 7(057)-523/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon məhkəməsinin 1(066)-27/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 02 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzanın çəkilməmiş qalan 01 il 08 ay 03 gün hissəsi 10 ay 01 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilmiş, cəzası xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus tövləni xırdabuynuzlu heyvanlarla birgə yandırmaması, ümumiyyətlə bu brədə əvvəlcədən xəbərdar olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması, döyülməsi, onların onu hədələdiklərinə görə cinayəti öz üzərinə götürməsi barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaq zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan əməllərin törədilməsi qismən etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-nin 186.2.1 və 186.2.2-ci maddələrinə əsasən əmlakı qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə və ya yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını məhv etməklə və ya zədələməklə mülkiyyət münasibətlərinə qəsd edir, ona ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Digər tərəfdən, bu əməllərin ümumi təhlükəli üsullarla törədilməsi insanların sağlamlığını, həyatını və qanunla qorunan digər dəyərləri də təhlükə altına alır. Zərərçəkmiş şəxs qisas almaq üçün ona məxsus içərisində 230 baş xırdabuynuzlu heyvanlar olan tövləni həmin heyvanlarla birlikdə yandırılması barədə təqsirləndirilən şəxs Şahid1 sifarişi əsasında digər təqsirləndirilən şəxslər Şahid2 və Şahid3 pul müqabilində Zərərçəkmiş şəxs məxsus sözügedən tövləni həmin heyvanlarla birlikdə yandıraraq sonuncuya külli miqdarda ziyan vurmaqla əmlakını qəsdən məhv etmişlər. Məhv etmə dedikdə, əmlakın xassələrinin elə dəyişməsi başa düşülür ki, bu zaman əmlak təsərrüfat dəyərini itirir, məqsədli təyinatı üzrə istifadə edilə bilmir, başqa sözlə, tam yararsız vəziyyətə salınır. Əmlakı məhv etmə onun dağıdılmasında, parçalanmasında, ümumiyyətlə maddi dəyərin tamamilə təsərrüfat dövriyyəsindən çıxmasında ifadə olunur. Bu zaman həmin əmlakı təmirlə və ya başqa üsulla bərpa etmək mümkünsüz olur. Yandırma dedikdə isə müxtəlif yandırıcı maddələrdən və ya əmlakın özünün yana bilmək xüsusiyyətindən istifadə edərək əmlakı məhv etmə və ya zədələmə başa düşülür. CPM-in: 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakını qəsdən məhv etməsi, yəni zərərçəkmiş şəxsə məxsus əmlakı yandırmaq yolu ilə məhv etməssi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə CPM-in 44.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində CMnin 186.2.1 və 186.2.2-ci maddələri ilə ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qsimində nəzərə alına bilər; 61.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1—61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını. İş üzrə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsini məqsədəmüvafiq və zəruri hesab etməklə hər birinə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1 və 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan və Goranboy RPŞ-nin maddi sübutlar anbarına məsul saxlanca təhvil verilmiş hadisə yerindən götürülmüş nümunələr məhv edilməli, iş üzrə ekspertiza xərci 62,50 (altmış iki manat əlli qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs müştərək qaydada tutularaq dövlət büdcəsinin hesabına keçirilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri Hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Goranboy RPŞ-nin maddi sübutlar anbarına məsul saxlanca təhvil verilmiş hadisə yerindən götürülmüş nümunələr məhv edilsin. İş üzrə maddi sübut olan və istintaq zamanı Zərərçəkmiş şəxs götürülmüş, ona məxsus Goranboy rayonu Nadirkənd kəndi ərazisində yerləşən fermasında olan tövlənin və içərisində olan xırdabuynuzlu heyvanların yandırıldıqdan sonra çəkdiyi video görüntünün diski maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 62,50 (altmış iki manat əlli qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin hesabına keçirilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Əliyev
Məhkəmə qərarları › İş №1(045)-5/2025
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-5/2025
21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver