Məhkəmə qərarları › İş №1(045)-50/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-50/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-50/2023 06.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy Rayon Məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxx 2003-cü il tarixdə Goranboy rayonunun Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Goranboy rayonunun Zeyvə kəndində qeydiyyatda olan, Goranboy şəhəri, 58-ci kvartalda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 mart 2023-cü il tarixdən 22 mart 2023-cü il tarixə keçən gecə saat 01 radələrində yaşadığı fərdi yaşayış evindən çıxıb, piyada hərəkət edərək saat 01:30 radələrində Goranboy-Ağcakənd avtomobil yolunun Goranboy şəhərindən keçən hissəsində Ağcakənd qəsəbəsi istiqamətində yolun sağ tərəfində yerləşən "xxxx" marketin qarşısına gəlib, marketin sol yan divarının çöl hissəsinə bərkidilmiş elektrik sayğac qutusunun qapağını açaraq marketə gedən elektrik xəttini ayırıcı vasitəsilə ayırmaqla marketin işıqlandırma sisteminin, eləcə də mühafizə siqnalizasiyasının və müşahidə kamerasının fəaliyyətinin dayandırılmasına nail olduqdan sonra giriş qapısının şüşəsini qolu ilə, sonra isə yerdən götürdüyü daşla vurub sındıraraq əvvəlcə marketə, bundan sonra isə marketin içərisində olan dəmir seyfin açarını orada olan masanın üzərindən taparaq, seyfi açıb saxlanc yeri hesab olunan seyfə qanunsuz daxil olaraq, seyfin içərisində saxlanılan 200 manat kağız, 10 manat dəmir pul əskinaslarını, sonra marketdə olan cəmi 132 manat 60 qəpik dəyərində 34 qutu “Kent 4 Nano” markalı, cəmi 109 manat 20 qəpik dəyərində 28 qutu “Kent 1 Nano” markalı, cəmi 103 manat 60 qəpik dəyərində 28 qutu “Winston xstyle compact silver” markalı, cəmi 142 manat dəyərində 34 qutu “Sobranie blue” markalı, cəmi 59 manat 20 qəpik dəyərində 16 qutu “Winston XS silver” markalı, cəmi 49 manat 60 qəpik dəyərində 16 qutu “LD compact” markalı, cəmi 117 manat 60 qəpik dəyərində 28 qutu “Sobranie White” markalı, cəmi 105 manat dəyərində 25 qutu “Sobranie White KSS” markalı, cəmi 117 manat 60 qəpik dəyərində 28 qutu “Sobranie KSSS blue” markalı, cəmi 58 manat 80 qəpik dəyərində 21 qutu “Pall Mall” markalı, cəmi 101 manat 40 qəpik dəyərində 26 qutu “Kent 4” markalı, cəmi 45 manat dəyərində 18 qutu “İmperial Classic QS Silver” markalı, cəmi 25 manat 30 qəpik dəyərində 11 qutu “X21” markalı, cəmi 70 manat 20 qəpik dəyərində 18 qutu “Kent Fell” markalı, cəmi 36 manat 40 qəpik dəyərində 14 qutu “Senate Nano RİCH Silver” markalı, cəmi 52 manat 80 qəpik dəyərində 16 qutu “LD Club KSSS Platinum” markalı, cəmi 18 manat 20 qəpik dəyərində 7 qutu “Senate Nano RİCH Gold” markalı, cəmi 32 manat 20 qəpik dəyərində 14 qutu “X18” markalı, cəmi 30 manat dəyərində 12 qutu “Want Nano” markalı, cəmi 36 manat 40 qəpik dəyərində 13 qutu “Winchester KSS Silver nazik” markalı, cəmi 12 manat 60 qəpik dəyərində 6 qutu “Kingston Silver” markalı, cəmi 103 manat 60 qəpik dəyərində 28 qutu “Winston XS Caster” markalı, cəmi 10 manat 50 qəpik dəyərində 5 qutu “ Argo KS Blue” markalı, cəmi 18 manat 40 qəpik dəyərində 8 qutu “X17” markalı, cəmi 20 manat 70 qəpik dəyərində 9 qutu “Viceroy n-Series Silver” markalı, cəmi 20 manat 70 qəpik dəyərində 9 qutu “X19” markalı, cəmi 30 manat 80 qəpik dəyərində 11 qutu “X8” markalı, cəmi 7 manat 80 qəpik dəyərində 3 qutu “West Silver” markalı, cəmi 27 manat 90 qəpik dəyərində 9 qutu “X12 Silver KS SSL” markalı, cəmi 36 manat 40 qəpik dəyərində 13 qutu “Rothmans Blue” markalı, cəmi 14 manat dəyərində 5 qutu “Winchester KS SS Blue” markalı, cəmi 25 manat 20 qəpik dəyərində 9 qutu “X6” markalı, cəmi 16 manat 80 qəpik dəyərində 6 qutu “Rothmans Silver” markalı, cəmi 24 manat 80 qəpik dəyərində 8 qutu “X12”markalı, cəmi 13 manat 80 qəpik dəyərində 6 qutu “Viceroy N-Series Blue” markalı, cəmi 18 manat 40 qəpik dəyərində 8 qutu “X20” markalı tütün məmulatlarını, cəmi 14 manat 19 qəpik dəyərində 11 qutu “Kitkat NCPCERT 41.5 qr” markalı, cəmi 32 manat dəyərində 16 ədəd “Snickers super” markalı şokoladları, cəmi 9 manat 80 qəpik dəyərində 14 qutu “Dirol qarpız, yemiş” markalı saqqızları, cəmi 38 manat 44 qəpik dəyərində 2 kiloqram 850 qram “X10” markalı, cəmi 26 manat 34 qəpik dəyərində 1 kiloqram 960 qram “X13” markalı, cəmi 15 manat 36 qəpik dəyərində 1 kiloqram 250 qram “Safran Servalat” markalı kolbasaları, cəmi 19 manat 50 qəpik dəyərində 13 ədəd 45 qramlıq yerfındıqlı M&MS-ləri, cəmi 7 manat 92 qəpik dəyərində 8 ədəd işıqlı alışqanları, cəmi 6 manat 80 qəpik dəyərində 4 ədəd “Jaguar Spirtli” enerji içkilərini, ümumilikdə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus 2225 manat 85 qəpik dəyərində əmlakı gizli talamaqla oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ildə oğurluq etdiyinə görə Goranboy Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. X5 Məhkəməsinin qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 il 01 ay 17 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir və hazırda həmin cəzanı çəkir. xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində yaşadığı fərdi yaşayış evində spirtli içki qəbul etmiş və sərxoş vəziyyətdə olmuş, Goranboy şəhəri ərazisindəki mağazalardan birindən oğurluq etmək qərarına gəlmişdir. Ona görə də xx.xx.2023-cü il tarixdə təxminən saat 01:00 radələrində Goranboy şəhərindən Aşağı Ağcakənd qəsəbəsi istiqamətinə gedən avtomobil yolunun sağ kənarında yerləşən "xxxx" mağazasına yaxınlaşmış, mağazanın çöl tərəfində divara bərkidilmiş elektrik sayğacından mağazaya gedən elektriki avtomat vasitəsi ilə aralamışdır. Sonra giriş qapısının şüşə olan hissəsinə sağ qolu ilə zərbə vurmuş, həmin zaman şüşənin bir hissəsi sınmış, həmçinin şüşə qırıqları sağ dirsək nahiyəsini kəsmiş, lakin tam olaraq şüşə sınıb yerə tökülməmişdir. Buna görə yerdən daş götürüb mağazanın giriş qapısının şüşəsinə vurmuş, şüşə parçalanaraq yerə tökülmüşdür. Ardınca giriş qapısının şüşəsinin sınan hissəsindən mağazaya daxil olmuş, mağazaya daxil olan kimi sol tərəfdə olan kassanı dartıb yerindən çıxartmış, giriş qapısından sol tərəfə mağazanın baş hissəsinə getmişdir. Orada kassanı açmış, lakin kassanın içərisində pul olmamışdır. Sonra orada olan dəmir seyfi görmüş, seyfi açmaq üçün seyfin açarını axtarmağa başlamışdır. Seyfin açarını seyfin qabaq tərəfində olan masanın üzərindən tapmış, tapdığı açarla seyfi açmış və seyfin içində olan 200 manat kağız pul əskinaslarını, 10 manat miqdarında qəpikləri götürərək cibinə qoymuşdur. Həmin pulları götürüb əlavə olaraq seyfi axtarmadan açarla seyfi bağlamışdır. Bundan sonra mağazadan götürdüyü üç ədəd sellofan torbalara mağazanın giriş hissəsindən sol tərəfdə kassanın alt hissəsində plastik səbətin içərisində olan müxtəlif markalı siqaretləri, sonra mağazanın vitrinlərində olan kolbasaları, snickers, kitkat adlı şokaladları, soyuducuda olan GO spirtli içkiləri, alışqanları yığmışdır. Sonra mağazadan oğurladığı əşyaları götürüb, mağazaya daxil olduğu yerdən çıxıb yaxınlıqda olan evlərinə getmişdir. Apardığı enerji içkilərindən GO-nun birini yol gedə-gedə içmiş, qalan əşyaları aparıb evlərindəki yatdığı çarpayının altına yığmışdır. Evlərinə gedən zaman anası Şahid2, azyaşlı bacısı və qardaşı yatılı vəziyyətdə olmuş, onun oğurluq etdiyini bilməmişlər. Evə çatanda təxminən saat 02:00 radələri olmuşdur. Sonra oğurladığı siqaretləri və digər məhsulların bir hissəsini iki ədəd sellofan torbaya yığaraq fərdi yaşayış evlərindən çıxmış, oğurladığı məhsulların qalan hissəsi çarpayının altında qalmışdır. Bundan sonra piyada Goranboy rayon mərkəzi xəstəxanasının qarşısına doğru hərəkət etmiş, yolun kənarında dayanmış və yoldan keçən, tanımadığı şəxsin idarə etdiyi, “VAZ-2107” markalı, qara rəngli, dövlət qeydiyyat nişanını bilmədiyi taksi avtomobili ilə Gəncə şəhərinə getmiş və o, “Dubay” bazarının yaxınlığında taksidən düşmüşdür. Həmin zaman saat təxminən 04:00 radələri olmuşdur. Taksi sürücüsünə pul verərək onu yola salmışdır. Sonra oğurladığı siqaretləri və digər məhsulları satmaq üçün “Dubay” bazarının giriş hissəsində dayanmış, apardığı siqaretlərin hamısını və digər məhsulların bir hissəsini tanımadığı şəxslərə ucuz qimətlərə satmağa başlamışdır. Bir siqaret qutusunu markasından asılı olaraq 1 və ya 2 manata satmış və təxminən satdığı siqaretlərdən 150 manat pul əldə etmişdir. Satmaq üçün apardığı digər məhsullardan sata bilmədiklərini orada olan tanımadığı şəxslərə paylamışdır. Satmaq üçün apardığı tütün məhsullarını və digər məmulatları satdıqdan sonra Gəncə şəhərindən avtobusa əyləşib Tərtər şəhərinə getmişdir. Təxminən orada yeyib-içdiyinə görə 60 manat hesab vermişdir. Sonra Bərdə rayonuna getmiş, orada adını bilmədiyi kafelərin birinə gedərək pivə içmişdir. Bundan sonra təxminən saat 16:00 radələrində Tərtər rayonuna qayıtmış və orada özünə məxsus “Samsung J2” markalı mobil telefonu 20 manata satmışdır. Ardınca yenidən Bərdə rayonuna getmək qərarına gəlmiş, bu səbəbdən Bərdə rayonuna gedən avtomobil yolunun kənarında avtomobil gözləməyə başlamışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşmış, onu saxlayaraq Goranboy RPŞ-yə gətirmişlər. "xxxx" mağazasından oğurluğu tək törətmişdir. Yekunda təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs bildirdi ki, mülki iddianı qəbul edir. Lakin, maddi vəziyyəti ilə bağlı ödəniş edə bilmir. Törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nin hüquq şöbəsində hüquqşünas vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01:30 radələrində Goranboy-Ağcakənd avtomobil yolunun Ağcakənd qəsəbəsi istiqamətində, yolun sağ tərəfindən yerləşən "xxxx" MMC-yə məxsus mağazada baş vermiş oğurluq faktına görə zərərçəkmiş hüquqi şəxsin hüquqlarını təmsil etmək ona etibar olunmuşdur. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01:30 radələrində şəxsiyyəti sonradan onlara məlum olan Təqsirləndirilən şəxs ilkin olaraq mağazanın sol yan divarına çöl tərəfdən bərkidilmiş elektrik sayğacından avtomatı aralamış, bununla da mağazaya gələn elektrik enerjisinin dayandırılmasına, həmçinin müşahidə kameralarının, mağazada olan siqnalizasiya sisteminin fəaliyyətinin dayandırılmasına nail olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs "xxxx" marketin giriş qapısını sındıraraq marketə qanunsuz olaraq daxil olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus mağazadan müxtəlif adlı siqaret, şirniyyat, saqqız, kolbasa, enerji içkiləri, alışqan, həmçinin marketdəki seyfin içərisindən 200 manat kağız, 10 manat dəyərində dəmir pul əskinaslarını oğurlamışdır. Oğurluq nəticəsində Təqsirləndirilən şəxs "xxxx" Market MMC-yə 2225,85 (iki min iki yüz iyirmi beş manat səksən beş qəpik) manat maddi ziyan vurmuşdur. Həmin əşyalardan bir hissəsi, yəni 122,34 (yüz iyirmi iki manat otuz dörd qəpik) manat dəyərində əşya "xxxx" Market MMC-yə qaytarılmışdır. Lakin, həmin malların yararsız olmasını sonradan bilmişlər. Yekunda zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs bildirdi ki, təqsirləndirilən şəxsdən şikayətçidirlər. Belə ki, "xxxx" MMCyə vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə veriləcək cəzanı isə məhkəmənin mülahizəsinə buraxır. Lakin, mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 1 il olar Goranboy-Ağcakənd avtomobil yolunun Goranboy şəhərinə keçən hissəsində, yolun sağ tərəfində yerləşən "xxxx" marketin müdiri vəzifəsində işləyir. Müdiri olduğu mağaza hər gün səhər saat 07:00 radələrində açılır, axşam saat 22:00 radələrində bağlanır. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində mağazanın qarşısına gələn zaman mağazanın giriş qapısının sındırıldığını görmüş, mağazadan oğurluq baş verdiyini bilmişdir. Sonra bir müddət gözləmiş, "xxxx" MMC-nin rəhbərliyinə məlumat vermiş, məsləhətləşdikdən sonra DİN-in 102 xidmətinə müraciət etmişdir. DİN-in 102 xidmətinə müraciət etdikdən təxminən 7-8 dəqiqə sonra polis əməkdaşları oraya gələrək hadisə yerinə baxış keçirtmişlər. Müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01:30 radələrində sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs ilkin olaraq mağazanın sol yan divarına çöl tərəfdən bərkidilmiş elektrik sayğacından avtomatı aralamış, bununla da mağazaya gələn elektrik enerjisinin dayandırılmasına, həmçinin müşahidə kameralarının, mağazada olan siqnalizasiya sisteminin fəaliyyətinin dayandırılmasına nail olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs mağazanın şüşə materialdan olan giriş qapısını sındıraraq mağazaya daxil olmuş, mağazanın sol yuxarı hissəsində marketdə işləyən işçilərin giriş-çıxışına icazə verilən yerdə qoyulmuş dəmir seyfi həmin seyfin qarşısında olan masanın üzərindən tapdığı açarla açaraq seyfin içərisindəki iki yüz manat kağız, on manat dəmir pul əskinasları oğurlamışdır. Sonra Təqsirləndirilən şəxs mağazanın giriş hissəsindən sol tərəfdə yerləşən kassanın alt hissəsində plastik materialdan hazırlanmış səbətin içərisində olan müxtəlif markalı siqaretləri, vitrinlərdə olan şokoladları, kolbasaları, alışqanları, soyuducuda olan spirtli enerji içkilərinin bir neçəsi oğurlamışdır. Ümumilikdə Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus 210 manat pulu, 2000 manat dəyərində tütün və digər məlumatları oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs mağazaya daxil olarkən mağazanın 200 manat dəyərində şüşə qapısını sındırmış, həmçinin mağazanın içərisindəki virtinə düzülmüş bir ədəd, iki manat əlli qəpik dəyərində olan “Kuler” adlı pivə içkisini sındırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Təqsirləndirilən şəxs əvvəl etdiyi oğurluq cinayət əməlinə görə məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 15:00 radələrində polis əməkdaşları fərdi yaşayış evinə gəlmiş, Təqsirləndirilən şəxs Goranboy şəhərində yerləşən "xxxx" marketdən oğurluq etdiyini, oğurladığı əşyaların bir hissəsinin fərdi yaşayış evlərində olduğunu, bu səbəbdən fərdi yaşayış evinə baxış keçirəcəklərini bildirmişlər. O, heç bir etirazının olmadığını bildirmiş, etirazının olmamağı barədə Goranboy RPŞ-yə ərizə ilə müraciət etmişdir. Bundan sonra Goranboy RPŞ-nin əməkdaşları fərdi yaşayış evinə baxış keçirmiş, baxış zamanı fərdi yaşayış evinin içərisində olan çarpayının alt hissəsindən iki qutu “Kent 4” markalı, iki qutu “Magna” markalı, bir qutu “Senate” markalı, bir qutu “Want” markalı siqaretləri, beş ədəd işıqlı alışqanı, 5 qutu “Kitkat” markalı, 16 ədəd “Snickers super” markalı şokoladları, yeddi ədəd M&MS, üç ədəd “Servalat”, bir ədəd “Krakov” adlı kolbasaları, üç ədəd “Jaguar” spritli enerji içkilərini aşkar etmişlər. Aşkar olunmuş məhsullar polis əməkdaşları tərəfindən götürülmüşdür. Oğlu Təqsirləndirilən şəxs etdiyi oğurluqdan polis əməkdaşlarının deməsindən sonra məlumatı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi barədə” 22 mart 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin müstəntiqi X7, Goranboy RPŞ-nin KTQ-nin kriminalisti X2, "xxxx" mağazasının müdiri Şahid1 və hal şahidlərinin iştirakları ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Goranboy-Ağcakənd avtomobil yolunun Goranboy şəhərindən keçən hissəsində yolun sağ tərəfində yerləşən "xxxx" marketdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar həmin marketdə baxış və götürmə istintaq hərəkəti keçirtmişdir. Baxış zamanı Goranboy-Ağcakənd avtomobil yolunun Goranboy şəhərindən keçən hissəsində, yolun sağ tərəfində yerləşən "xxxx" marketin qarşısına gəlmişlər. "xxxx" marketin müdiri Şahid1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə "xxxx" marketdən oğurluq olduğunu bildirdi. Baxış zamanı "xxxx" marketin şüşə materialdan olan giriş qapısının sındırıldığı müəyyən edildi. Həmçinin, mağazanın elektrikinin dayandığı, bu səbəbdən müşahidə kameralarının və siqnalizasiya sisteminin qeyri-işlək vəziyyətdə olduğu müəyyən edildi. Bundan sonra mağazanın çöl yan divarına bərkidilmiş elektrik sayğacına baxış keçirilmiş və elektrik sayğacından avtomat vasitəsilə mağazaya elektrik verilməsinin dayandırılması müəyyən edilmişdir. Bundan sonra mağazanın giriş qapısından sol tərəfdə quraşdırılmış kassa aparatının yerindən çıxarıldığı, kassa aparatının alt hissəsində plastik səbətin içərisində olan siqaretlərin bir hissəsinin səbətin kənarında yerdə olduğu müəyyən edildi. Şahid1 mağazanın sol yuxarı hissəsində marketdə işləyən işçilərin giriş-çıxışına icazə verilən yerdə quraşdırılmış seyfin içərisindən 200 manat kağız, 10 manat qəpik pul əskinaslarının oğurlandığını, həmçinin mağazanın vitrinlərində olan müxtəlif növ şokoladların, kolbasaların, soyuducuda olan enerji içkilərinin bir hissəsinin, alışqanların, kassanın alt hissəsində səbətin içərisində olan olan müxtəlif markalı siqaretlərin oğurlandığını bildirmişdir. Bundan başqa marketə baxış zamanı vitrində olan bir ədəd “Kuler” markalı pivənin yerə düşərək sınması müəyyən edildi. Baxış zamanı mağazanın giriş qapısında olan qan izləri, həmçinin əl-barmaq izləri maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür; “Baxış keçirilməsi və götürmə aparılması barədə” 22 mart 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin müstəntiqi X7, Goranboy RPŞ-nin CABın əməliyyat müvəkkili X3, Şahid2 və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində baxış və götürmə istintaq hərəkəti keçirtmişdir. Təqsirləndirilən şəxs yaşadığı Goranboy şəhəri, 58-ci kvartalda yerləşən fərdi yaşayış evinə gəlmişlər. Fərdi yaşayış evi yan-yana, bitişik olmaqla iki otaqdan ibarətdir. Baxış zamanı Təqsirləndirilən şəxs anası Şahid2 fərdi yaşayış evinə baxış keçirilməsinə etirazının olmadığını bildirdi. Fərdi yaşayış evinə baxış zamanı sol tərəfdə yerləşən otağın içərisində olan çarpayının altında iki qutu “Kent” markalı, iki qutu “Magna” markalı, bir qutu “Senate” markalı, bir qutu “Want” markalı siqaretlər, beş ədəd işıqlı alışqan, beş qutu “Kitkat” markalı şokolad, on altı ədəd “Snickers super” markalı şokoladlar, yeddi ədəd “M&MS”, üç ədəd “Servelat”, bir ədəd “Krakov” adlı kolbasalar, üç ədəd “Jaguar” adlı spirtli enerji içkiləri aşkar olunmuşdur. Aşkar olunmuş əşyalar maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün müvafiq qaydada götürülmüşdür; “Şübhəli şəxsin tutulması haqqında” 22 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; Goranboy Rayon Məhkəməsinin 4(045)-16/2023 nömrəli, 24 mart 2023-cü il tarixli qərarından görünür ki, CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 22 mart 2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; “Maddi sübut qismində tanıma haqqında” 27 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş 2 qutu “Kent 4” markalı, 2 qutu “Magna” markalı, 1 qutu “Senate” markalı, 1 qutu “Want” markalı siqaret, 5 ədəd işıqlı alışqan, 5 qutu “Kitkat” markalı, 16 ədəd “Snickers super” markalı şokolad, 7 ədəd “M&MS”, 3 ədəd “Servelat”, 1 ədəd “Krakov” adlı kolbasa, 3 ədəd “Jaguar” spirtli enerji içkisi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nin saxlancına təhvil verilmişdir; xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə maddi sübut 5 qutu “Kitkat” markalı, 16 ədəd “Snickers super” markalı şokolad, 7 ədəd “M&MS”, 3 ədəd “Servelat”, 1 ədəd “Krakov” adlı kolbasa, 3 ədəd “Jaguar” spirtli enerji içkisi zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilmiş, sonuncu həmin əşyaları qəbul edərək heç bir narazılığının olmadığını bildirmişdir; Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(104)-28/2023 nömrəli Qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(045)-43/2022 nömrəli hökmü ilə təyin edilmiş 2 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 il 3 ay 5 gün hissəsi 1 il 1 ay 17 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-11/2-4431/2023 nömrəli məktubundan görünür ki, Goranboy RPŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-75/2-5671/2023 nömrəli məktubu vasitəsilə xx.xx.2023-cü il tarixdə Goranboy şəhəri, S.Civəzadə küçəsində yerləşən "xxxx" marketdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN KTİ-nin ADİS məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli təhqiqat nəticəsində izlərdən 01 ədədi (d/x DİN KTİ-dən, Goranboy RPŞ-dən şübhəli qismində daxil olan) xx.xx.2003-cü ildə Goranboy rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin adsız (redbul qutusundan götürülmüş) barmağı ilə və 02 ədədi isə xx.xx.2003-cü ildə Goranboy rayonunda anadan olmuş X4 (mağaza satıcısı) sol əlinin ovucu və çeçələ barmağı ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-11/2-4912/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2023cü il tarixdə Goranboy şəhəri, S.Civəzadə küçəsində yerləşən "xxxx" marketdə baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş 05 (beş) ədəd tampon, 01 (bir) ədəd sellofan və 01 (bir) ədəd rezin kəsiyi Goranboy RPŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-75/2- 5672/2023 nömrəli məktubu ilə xx.xx.2023-cü il tarixdə KTİ-yə təqdim edilmişdir. Aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində müəyyən olundu ki, təqdim edilmiş 01 (bir) ədəd sellofan, 01 (bir) ədəd rezin kəsiyi və və 05 (beş) ədəd tampon üzərində olan qan nümunələri Təqsirləndirilən şəxs (xx/xx/2003 Goranboy r.) (Goranboy RPŞ-nin xx.xx.2022-ci il tarixli, 197-11952-1222 nömrəli məktubu ilə) məxsusdur; Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(045)-43/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 29,177.2.3, 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və qəti olaraq ona 02 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(045)-43/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 29,177.2.3, 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və qəti olaraq ona 02 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 23 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; "xxxx" MMC tərəfindən verilmiş mülki iddiadan görünür ki, 2225,85 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 33 manat dövlət rüsumunun, ümumilikdə 2258,85 manat məbləğin Təqsirləndirilən şəxs tutularaq Cəmiyyətə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur; xx.xx.2023-cü il tarixli, ********** nömrəli və xx.xx.2023-cü il tarixli, **********68 nömrəli qəbzlərdən görünür ki, "xxxx" MMC tərəfindən mülki iddia ərizəsi üzrə cəmi 43 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrnin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını; - oğurlanmış əmlakın bir hissəsinin (122,34 manat) zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə qaytarılmasını; - qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy RİHB-nin Zeyvə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə nəzərə alır ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndinə əsasən islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan CM-ə müvafiq olaraq həmin cəzaları məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə qeyd edir ki, CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə nəzərə alır ki, Goranboy Rayon Məhkəməsinin 1(045)-43/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(104)-28/2023 nömrəli qərarı ilə həmin cəzanın çəkilməmiş hissəsi 1 (bir) il 1 (bir) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(104)-28/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs əvəz edilmiş 1 (bir) il 1 (bir) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 (on) ay 11 (on bir) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki iş üzrə həbsdə saxlanıldığı 9 (doqquz) gün (22-31 mart 2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (CM-69.3), Goranboy Rayon Məhkəməsinin 1(045)-43/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(104)-28/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs əvəz edilmiş 1 (bir) il 1 (bir) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona qəti cəza təyin edilməli (CM- 67.1), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 06 iyul 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut - 5 qutu “Kitkat” markalı, 16 ədəd “Snickers super” markalı şokoladın, 7 ədəd “M&MS”, 3 ədəd “Servelat”, 1 ədəd “Krakov” adlı kolbasanın, 3 ədəd “Jaguar” spirtli enerji içkisinin zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş hüquqi şəxs - "xxxx" MMC tərəfindən verilmiş mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 149-cu maddəsinə əsasən iddiaçının tələbləri, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməlidir. Məhkəmə, mülki iddia tələbinə dair qeyd edir ki, təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamdan da göründüyü kimi o, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 2225,85 manat dəyərində maddi ziyan vurmuşdur. İş materialları ilə müəyyən olunduğu kimi (əsas: xx.xx.2023-cü il tarixli protokol) cinayət işi üzrə maddi sübut kimi tanınmış 5 qutu “Kitkat” markalı, 16 ədəd “Snickers super” markalı şokolad, 7 ədəd “M&MS”, 3 ədəd “Servelat”, 1 ədəd “Krakov” adlı kolbasa, 3 ədəd “Jaguar” spirtli enerji içkisi zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilmiş və sonuncu həmin əşyaları qəbul edərək heç bir narazılığının olmadığını bildirmişdir. Yəni, oğurlanmış əmlakın bir hissəsi, yəni 122,34 manat dəyərində əşya "xxxx" MMC-yə qaytarılmışdır. Mülki iddiaçı "xxxx" MMC mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanı tam tələb etsə də öz tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını məhkəməyə təqdim etməmişdir. Belə ki, mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs 122,34 manat dəyərində əşyaları qəbul etdiklərini, lakin sözügedən əşyaların yararsız olduğunu bildirmişdir. Halbuki, həmin əşyalar nümayəndə tərəfindən qəbul edilən vaxt sonuncu heç bir narazılığının olmadığını bildirmişdir. Bundan başqa mülki iddiaçı tərəfindən həmin əşyaların yararsız olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi). Bu halda məhkəmə nəzərə alır ki, 122,34 manat dəyərində əmlaklar mülki iddiaçı "xxxx" MMC-yə qaytarılmışdır və təqsirləndirilən şəxsdən əlavə olaraq həmin əmlakların dəyərinin tutulması əsassız varlanmaya səbəb ola bilər. Bu baxımdan, mülki iddiaçı "xxxx" MMC-nin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 2103,51 (iki min yüz üç manat əlli bir qəpik) manat vəsait və 41,04 manat ödənilmiş dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) mülki iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə həbsdə saxlanıldığı 9 (doqquz) gün (22-31 mart 2023cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq ona 1 (bir) il 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Goranboy Rayon Məhkəməsinin 1(045)-43/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(104)-28/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs əvəz edilmiş 1 (bir) il 1 (bir) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 (on) ay 11 (on bir) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və qəti olaraq ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 06 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 5 qutu “Kitkat” markalı, 16 ədəd “Snickers super” markalı şokoladın, 7 ədəd “M&MS”, 3 ədəd “Servelat”, 1 ədəd “Krakov” adlı kolbasanın, 3 ədəd “Jaguar” spirtli enerji içkisinin zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 2103,51 (iki min yüz üç manat əlli bir qəpik) manat vəsait və 41,04 manat ödənilmiş dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) mülki iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar