Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-51/2023 20.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy rayon məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Goranboy rayonunun Qazanbulaq qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Qazanbulaq qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində, 14 avqust 1996-cı il tarixdə Goranboy rayonunun Qazanbulaq qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Qazanbulaq qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam'’ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 13 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Goranboy rayonu Qazanbulaq qəsəbəsində yerləşən qohumu Zərərçəkmiş şəxs2 məxsus evin həyətyanı sahəsinin mişar daşı ilə inşa edilmiş hasarının yanına gəlib, hasarın üstündən keçməklə əvvəlcə həyətə, oradan isə evin yanına gəlib özü ilə gətirdiyi dəmir linglə pəncərəni açıb evə qanunsuz daxil olaraq, yataq otağından 583 əyarlı qızıldan hazırlanmış 150 qram çəkidə 12750 manat dəyərində dəsti, 583 əyarlı qızıldan hazırlanmış 50 qram çəkidə 4250 manat dəyərində brilyant qaşlı dəsti, 583 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə 1700 manat dəyərində setka formalı dəsti, 583 əyarlı qızıldan hazırlanmış 80 qram çəkidə 6800 manat dəyərində bir ədəd zəncir toxunuşlu boyunbağını, 583 əyarlı qızıldan hazırlanmış 50 qram çəkidə 4250 manat dəyərində bir ədəd boyunbağını, 583 əyarlı qızıldan hazırlanmış cəmi 10 qram çəkidə 850 manat dəyərində bir ədəd üzərində “Allah” yazısı olan bir ədəd klon və bir ədəd boyunbağını, 583 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə 1700 manat dəyərində bir ədəd üzərində “M” hərfi yazılan boyunbağını, 583 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə 1700 manat dəyərində üzərində “Məscid” şəkili olan bir ədəd klonu, 583 əyarlı qızıldan hazırlanmış 25 qram çəkidə 2125 manat dəyərində bir ədəd qadın qol saatını, 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə 680 manat dəyərində bir ədəd kişi üzüyünu, 583 əyarlı qızıldan hazırlanmış 30 qram çəkidə 2550 manat dəyərində bir ədəd “reket” qolbağını, 583 əyarlı qızıldan hazırlanmış 12 qram çəkidə 1020 manat dəyərində bir ədəd nazik qolbağını, 583 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə 850 manat dəyərində bir ədəd üzərində ay-ulduz olan üzüyü, 100 manat dəyərində bir ədəd gümüş üzüyü və 298 manat nağd pulu, ümumilikdə Zərərçəkmiş şəxs2 41623 manat dəyərində xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 26 mart 2023-cü il tarixdə saat 22 radələrində Goranboy rayonu Qazanbulaq qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin həyətyanı sahəsinin mişar daşı ilə inşa edilmiş hasarının yanına gəlib, hasarın üstündən keçməklə əvvəlcə həyətə, oradan isə evin yanına gəlib özü ilə gətirdiyi dəmir linglə pəncərəni açıb evə qanunsuz daxil olaraq, yataq otağından 7000 manat nağd pulu, 496 manat dəyərində bir ədəd 583/585 əyarlı, 5,84 qram çəkidə, üzərində qırmızı daş olan qızıl üzüyü, 252 manat dəyərində bir ədəd 583/585 əyarlı, 2,96 qram çəkidə, üzərində rəngsiz şəffaf qaş olan qızıl üzüyü, 50 qəpik dəyərində bir ədəd 1,68 qram çəkidə, üzərində rəngsiz şəffar qaş olan qiymətsiz metaldan hazırlanmış bir tay sırğanı və 10 manat dəyərində bir ədəd 30,29 qram çəkidə, üzərində rəngsiz şəffaf qaşlar olan qiymətsiz metaldan hazırlanmış bir ədəd qol saatını, ümumilikdə Zərərçəkmiş şəxs1 7758 manat 50 qəpik dəyərində xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 26 mart 2023-ci il tarixdə saat 22 radələrində Goranboy rayonu Qazanbulaq qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin həyətyanı sahəsinin mişar daşı ilə inşa edilmiş hasarının yanına gəlib, hasarın üstündən keçməklə əvvəlcə həyətə, oradan isə evin yanına gəlib Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi dəmir linglə pəncərəni açdıqdan sonra evə qanunsuz daxil olaraq, yataq otağından 7000 manat nağd pulu, 496 manat dəyərində bir ədəd 583/585 əyarlı, 5,84 qram çəkidə, üzərində qırmızı daş olan qızıl üzüyü, 252 manat dəyərində bir ədəd 583/585 əyarlı, 2,96 qram çəkidə, üzərində rəngsiz şəffaf qaş olan qızıl üzüyü, 50 qəpik dəyərində bir ədəd 1,68 qram çəkidə, üzərində rəngsiz şəffar qaş olan qiymətsiz metaldan hazırlanmış bir tay sırğanı və 10 manat dəyərində bir ədəd 30,29 qram çəkidə, üzərində rəngsiz şəffaf qaşlar olan qiymətsiz metaldan hazırlanmış bir ədəd qol saatını, ümumilikdə Zərərçəkmiş şəxs1 7758 manat 50 qəpik dəyərində xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurlamışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, daimi olaraq heç bir yerdə işləmir. Ona görə də ailəsini dolandırmaq üçün fəhləlik edir. Zərərçəkmiş şəxs2 onun uzaq qohumudur. Seymurla eyni qəsəbədə qonşuluqda yaşayır. Seymurla münasibəti normal olmuş, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evin qarşısında dayanmış, həmin vaxt Seymurun idarə etdiyi avtomobillə harasa getdiyini görmüş, Seymurun uşaqları da yanında olmuşdur. Həmin vaxt məktəbin başlama ərəfəsi olmuş, uşqalarına paltar almağa pulu olmamış, bu səbəbdən də Seymurun evindən oğurluq etmək qərarına gəlmişdir. Ona görə də həmin gün saat 21 radələrində yaşadığı evdən dəmir ling və fəhlə əlcəyi götürüb Seymurun yaşadığı fərdi yaşayış evinin arxasına getmiş, sonra mişar daşı ilə inşa edilmiş hasarı aşıb Seymurun həyətinə daxil olmuşdur. Oradan isə Seymurun yaşadığı evin arxasına gəlmiş, həmin vaxt Seymurun yaşadığı evdə heç kim olmamışdır. Pəncərə hündürdə yerləşdiyi üçün əli pəncərəni açmağa çatmamış, ona görə də evin arxasında olan taxta materialdan hazırlanmış köhnə stolu çəkib pəncərənin altına gətirmiş, sonra isə stolun üstünə çıxmış, bundan sonra isə dəmir lingi plastik materialdan hazırlanmış pəncərənin arasına salıb açmışdır. Pəncərəni açdıqdan sonra evə daxil olmuş, Seymurun pullarını və qızıl-zinət əşyalarını yataq otağında saxladığını fikirləşib evin yataq otağına keçmiş, sonra yataq otağının işığını yandırıb paltar dolabını axtarmağa başlamışdır. Paltar dolabında qırmızı rəngli pul qabı olmuş, pul qabını açıb baxanda içərisində bir ədəd 100 manatlıq pul əskinas olduğunu görmüşdür. O, həmin 100 manat pulu götürmüşdür. Sonra yataq otağında olan çarpayıların üzərində olan döşəyin altını axtarmağa başlamış, həmin vaxt döşəyin altında 198 manat pul olduğunu görmüş və həmin pulu götürüb cibinə qoymuşdur. Sonra yataq otağında böyük çanta olduğunu görmüş, həmin çantanın içərisində paltarlar olmuş, paltarları çantadan yerə boşaltmış və paltarların altında sarı rəngli plasmas qabın olduğunu görmüşdür. Plasmas qabı açıb baxanda içərisində setka torbanın içərisində bir büküm qızıl-zinət əşyaları olduğunu görmüş, həmin qızıl-zinət əşyalarını qabla birlikdə götürüb Seymurun evinə daxil olduğu yerdən həyətə, sonra isə həyətə daxil olduğu yerdən küçəyə çıxmışdır. O, Seymurun yaşadığı evdən oğurladığı qızıl-zinət əşyalarını yaşadığı binanın arxasında torpağın altında gizlədib yaşadığı evə getmişdir. Səhəri gün isə oğurladığı 298 manat pulla uşaqlarına məktəb paltarı almağa getmiş, uşaqlara məktəb paltarı aldıqdan sonra yaşadığı evə gəlmişdir. Təxminən bir ay keçdikdən sonra onunla eyni qəsəbədə yaşamış, hazırda Bakı şəhərində işləyən və orada kirayədə yaşayan uşaqlıq dostu Təqsirləndirilən şəxs2 zəng edib Bakıya qızıl satmağa gəldiyini demiş, sonuncudan köməklik istəmişdir. Ramiz də onunla razılaşmışdır. Sonra o, Bakı şəhərinə Ramizin yaşadığı evə getmiş, həmin vaxt oğurladığı qızıl-zinət əşyalarının yarısını götürmüşdür. Ramizlə görüşəndə uşağının xəstə olduğunu və uşağını müalicə etdirmək üçün özünə məxsus qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmişdir. Sonra Ramiz onlarla eyni qəsəbədə yaşamış, hal-hazırda Bakı şəhərində yaşayan Səbuhiyə zəng edib onun gəldiyini demişdir. Sonra özü Səbuhi ilə danışmışdır. Səbuhiyə qızıl-zinət əşyalarının olduğunu və satmaq istədiyini deyib harada olduğunu soruşmuşdur. Səbuhi də ona Bakı şəhərində 28 may deyilən yerdə olduğunu bildirmişdir. Sonra Ramizlə o, həmin yerə gedib Səbuhiyə zəng edərək dediyi yerdə olduqlarını demişdir. Səbuhi də onların yanına gəlmişdir. O, Səbuhiyə uşağının xəstə olduğunu, müalicəsi üçün özünə məxsus qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmişdir. Sonra Səbuhidən həmin qızıl-qiznət əşyalarını satmaqda ona kömək etməyini xahiş etmişdir. Bundan sonra saat 11 radələrində Səbuhi, Ramizi və onu tanışı qızıl alqı-satqısı ilə məşğul olan, sonradan tanıdığı Şahinin mağazasına aparmışdır. O, Şahinə özünə məxsus qızılları satmaq istədiyini bildirmişdir. Şahin də həmin qızılların oğurluq olub-olmadığını ondan soruşmuş, o da Şahinə qızıl-zinət əşyalarının özünə məxsus olduğunu, uşağının xəstə olmasını və müalicəsi üçün satmaq istədiyini bildirmişdir. Şahin də onunla razılaşmışdır. Sonra o, bir ədəd qalın boyunbağını, bir ədəd qalın reket bilərziyi, gümüş üzüyü və bir ədəd qadın saatını, yumru bir cüt setkalı sırğanı, bir ədəd kişi üzüyünü, ağ rəngli nazik boyunbağını Şahinə göstərmişdir. Şahin də verdiyi əşyaları yoxlayıb içərisindən gümüş üzüyü ona qaytarmışdır. Həmçinin, Şahin qadın saatının da qızıl olmadığını bildirib ona qaytarmışdır. Sonra Şahin hesablamış və həmin qızıl-zinət əşyalarının dəyərinin 4000 manat etdiyini bildirmişdir. O da Şahinlə razılaşmış və Şahindən 4000 manat pulu almışdır. Sonra onlar Şahinin yanından çıxmışlar. Gümüş üzüyü və qadın saatını mağazanın yanında olan zibil qabına atmışdır. Sonra Səbuhi, Ramiz və o, orada yaxınlıqda yerləşən kafeyə gedib nahar etmişlər. Nahar etdikdən sonra Səbuhi ilə Ramiz getmiş, o isə avtovağzala gedib tanımadığı taksi ilə yaşadığı qəsəbəyə gəlmişdir. 20 gün keçdikdən sonra Seymurun evindən oğurladığı və onda qalan qızıl-zinət əşyalarını götürüb satmaq üçün yenə də Bakı şəhərinə getmiş və Ramizlə görüşmüşdür. Ramizə yenə də uşağının müalicəsi üçün özünə məxsus qızıl-zinət əşyalarını satmaq üçün gətirdiyini bildirmişdir. Sonra Ramiz işə getmiş, o isə axşam saatlarında Səbuhi ilə görüşüb Şahinin mağazasına getmişdir. Şahinə yenə də uşağının müalicəsi üçün satmaq üçün qızıl-zinət əşyaları gətirdiyini bildirmişdir. Həmin vaxt mağazada çox adam olduğu üçün Şahinə yaxınlıqda yerləşən kafedə söhbət edək demiş, Şahin də razılaşmışdır. Səbuhi, Şahin və o, yaxınlıqda olan kafeyə getmiş və kupedə əyləşmişlər. Həmin vaxt Ramiz də yanlarına gəlmişdir. O, kafedə Şahinə bir dəst (üzərində böyük klonu boyunbağı, bilərzik, üzük, bir cüt sırğa), üzüyü, sırğaları, üzərində “M” hərfi olan boyunbağını və bir ədəd qızıl qolbağını vermiş, Şahin verdiyi qızılları çəkib hesablamış, sonra Şahindən üzərində “M” hərfi yazılan boyunbağını götürüb satmaq istəmədiyini və pay verəcəyini demişdir. Şahin hesablamış və 6000 manat pul etdiyini bildirmişdir. O da Şahinlə razılaşmış, Şahin kafedən çıxıb mağazaya getmiş, sonra Səbuhi ilə o, Şahinin mağzasına getmiş və Şahin ona 6000 manat pul vermişdir. Sonra Səbuhi ilə o, həmin kafeyə qayıtmış və orada Ramiz, Səbuhi və o, nahar etmişlər. Nahar etdikdən sonra onlar kafedən çıxmışlar. X17 çıxıb getmiş, o da tanımadığım taksi ilə yaşadığı evə qayıtmışdır. Oğurluq yolu ilə əldə etdiyi qazancı öz ehtiyacı üçün xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə Salmanın nəvəsinin kiçik toy mərasimi keçiriləcəyini, ona görə də Salmanın evində heç kimin olmayacağını bilmişdir. Onun pula ehtiyacı olduğu üçün Salmanın evindən oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt Ramiz “Novruz” bayramı münasibəti ilə yaşadığı Goranboy rayonu Qazanbulaq qəsəbəsinə gəlmişdir. O, oğurluğu Ramizlə birlikdə etməyi fikirləşmiş, bu səbəbdən də xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığı evdə olarkən mobil telefonu ilə Ramizin telefonuna zəng edib xx.xx.2023-cü il tarixdə Salman və onun ailə üzvlərinin nəvəsinin kiçik toyunda olacaqlarını, ona görə də onun evindən oğurluq etməklərini demişdir. Ramiz də onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında evdən fəhlə əlcəyi və balaca dəmir ling götürüb qəsəbədə yerləşən çayxanaya getmiş, çayxanada pivə içmişdir. Bu zaman Ramiz də çayxanaya gəlmişdir. Bundan sonra Ramiz gəlib o əyləşdiyi masada əyləşmiş və Ramizə bir bakal pivə almışdır. Pivəni içdikdən sonra saat 22 radələrində Ramizlə birlikdə Salmanın evinin qarşısına getmişlər. Ramiz də özü ilə fəhlə əlcəyi gətirmiş, Salmanın həyətyanı sahəsinin mişar daşı ilə inşa edilmiş hasarının yanına çatanda onlar əlcəkləri əllərinə geyinmişlər. Sonra o, hasarı aşıb Salmanın həyətinə daxil olmuşdur. Ondan sonra isə Ramiz hasarı aışıb həyətə daxil olmuşdur. O, qabaqda getmiş, Ramiz isə arxa ilə gəlmiş və onlar Salmanın fərdi yaşayış evinin arxasına keçmişlər. Pəncərəyə əlləri çatmadığı üçün evdən təxminən 3 metr aralıda çəpərin yanında olan köhnə sandığı götürüb pəncərənin altına qoymuşlar. Sonra Ramiz sandığın üstünə çıxıb pəncərəni açmaq istəmiş, lakin Ramizin boyu balaca olduğu üçün əli pəncərəyə çatmamışdır. Bundan sonra o ,sandığın üstünə minib özü ilə gətirdiyi dəmir lingi plastik pəncərənin arasına salıb açmışdır. Pəncərəni açdıqdan sonra birinci o evə daxil olmuş, onun axrası ilə Ramiz evə daxil olmuşdur. Ramiz öz telefonu ilə yataq otağına işıq salmış, o isə otaqda olan çarpayının üstündə olan döşəklərin altını axtarmağa başlamış, döşəkləri və yorğanların hamsını axtarıb yerə tökmüşdür. Həmin vaxt döşəklərin altında pul olduğunu görmüş və həmin pulu götürüb Ramizə vermişdir. Sonra isə yataq otağında olan paltarları axtarmağa başlamış, bundan sonra yataq otağından xola keçmişlər. Onlar xolun sol tərəfinə getmiş və orada hamam olduğunu görmüşlər. Sonra isə sağ tərəfdə olan qapını açmışlar. Həmin otağa işıq salanda otağın boş olduğunu görmüşlər. Bundan sonra evin zalına keçmişlər. Evin zalında televizorun altında olan şkafı axtarmış, lakin şkafdan heç nə tapmamışlar. Sonra yumşaq divanın arxasında olan düzəldilmiş şkafın yanına gəlmiş, həmin şkafın üstündə olan kül qabının içərisindən bir ədəd qırmızı qaşlı qalın üzük, bir ədəd ağ qaşlı nazik qızıl üzük, bir ədəd tək qızıl sırğa və bir ədəd sadə qadın saatı olduğunu görüb onları götürmüşlər. Həmin qızıl-zinət əşyalarını götürüb Ramizlə birlikdə evə daxil olduqları pəncərədən həyətə, sonra isə hasarın yanına gedib həyətə daxil olduqları yerdən küçəyə çıxmışlar. Həmin vaxt onları heç kim görməmişdir. Sonra Ramiz öz yaşadığı evə, o isə öz yaşadığı evə getmişdir. Evə gedərkən əlcəyi və dəmir lingi boş sahəliyə atmışdır. Oğurladıqları qızıl-zinət əşyaları isə onda qalmış, sakitlik olandan sonra həmin qızılları Bakı şəhərinə aparıb satmaq fikirləri olmuşdur. Həmin qızılları yaşadığı evin hamamında olan lambirinin altında gizlətmişdir. Həmin qızıl-zinət əşyalarını istintaq orqanına təqdim etmişdir. Ailə üzvlərinin onun oğurluq etməyindən və qızılları hamamda gizlətməsindən xəbəri olmamışdır. Belə ki, həmin vaxt ailəsi qayınatası evinə getmiş və orada qalmışlar. Salmanın evindən oğurladıqları 7000 manat pul isə Ramizdə qalmışdır. Zərərçəkmiş şəxs2 evindən oğurladığı qızıl-zinət əşyalarını satarkən Ramizə, Səbuhiyə və Şahinə qızıl-zinət əşyalarının oğurluq olduğunu deməmişdir. Ramizə, Səbuhiyə və Şahinə qızıl-zinət əşyalarının özünə məxsus olduğunu demiş, sonuncular da ona inamışlar. Zərərçəkmiş şəxs2 evindən oğurladığı, üzərində “M” hərfi olan boyunbağını itirmişdir. Ola bilsin ki, Bakı şəhərindən yaşadığı evə gələndə həmin boyunbağı cibindən düşmüşdür. Belə ki, Bakı şəhərindən evə gələndə həmin boyunbağı cibində olmamış, nə qədər axtarsa da onu tapa bilməmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 evindən oğurluq etdikdən sonra evə gedərkən götürdüyü əlcəkləri və dəmir lingləri boş sahəyə atmışdır. Son olaraq Təqsirləndirilən şəxs1 əməllərindən peşman olduğunu, Zərərçəkmiş şəxs1 dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, digər Zərərçəkmiş şəxs2 vurulmuş ziyanı ödəyə bilmir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərini tanıyır. Onlarla eyni qəsəbədə yaşayır. Zərərçəkmiş şəxs1 və onun ailə üzvləri ilə münasibəti normal olmuş, onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs1 onunla eyni qəsəbədə yaşayır və onun uşaqlıq dostudur. O, bir müddət Bakı şəhərində "xxxx" MMC-də işləmiş və orada kirayə ev tutub yaşamışdır. Novruz bayramı ilə əlaqədar yaşadığı Goranboy rayonu Qazanbulaq qəsəbəsinə gəlmiş, xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığı evdə olarkən Rahib ona zəng edib xx.xx.2023-cü il tarixdə Salman və onun ailə üzvlərinin nəvəsinin toyunda olacaqlarını, ona görə də onun evindən oğurluq etməklərini bildirmişdir. Onun da pula ehtiyacı olduğu üçün Rahiblə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında evdən fəhlə əlcəyi götürüb qəsəbədə yerləşən çayxanaya gəlmiş, həmin vaxt Rahib də çayxanada pivə içmişdir. Rahib onu yanına çaığırıb pivə içməyi təklif etmiş, o da Rahib əyləşən masada əyləşib pivə içmişdir. Pivə içdikdən sonra Rahiblə birlikdə xx.xx.2023cü il tarixdə saat 22 radələrində Salmanın evinin qarşısına getmişdir. Rahib də özü ilə fəhlə əlcəyi və dəmir ling götürmüşdür. Salmanın həyətyanı sahəsinin mişar daşı ilə inşa edilmiş hasarının yanına çatanda onlar əlcəkləri əllərinə geyinmişlər. Sonra Rahib hasarı aşıb Salmanın həyətinə daxil olmuşdur. Rahibdən sonra isə o, hasarı aşıb həyətə daxil olmuşdur. Rahib qabaqda, o isə arxa ilə getmiş və onlar Salmanın fərdi yaşayış evinin arxasına keçmişlər. Pəncərəyə əlləri çatmadığı üçün evdən təxminən 3 metr aralıda çəpərin yanında olan köhnə sandığı götürüb pəncərənin altına qoymuşlar. Sonra o, sandığın üstünə çıxıb pəncərəni açmaq istəmiş, lakin onun boyu balaca olduğu üçün əli çatmamışdır. Bundan sonra Rahib sandığın üstünə minib özü ilə gətirdiyi dəmir lingi plastik pəncərənin arasına salıb açmışdır. Pəncərəni açdıqdan sonra birinci Rahib evə daxil olmuş, Rahibin axrası ilə o, evə daxil olmuşdur. O, öz telefonu ilə yataq otağına işıq salmış, Rahib isə otaqda olan çarpayının üstündə olan döşəklərin altını axtarmağa başlamış, döşəkləri və yorğanların hamsını axtarıb yerə tökmüşdür. Həmin vaxt Rahib döşəklərin altında pul olduğunu görmüş və həmin pulu götürüb ona vermişdir. O da pulu cibinə qoymuşdur. Sonra isə yataq otağında olan paltarları axtarmağa başlamışlar. Bundan sonra yataq otağından xola keçmiş, Rahib xolun sol tərəfinə getmiş, o isə işıq salmış və orada hamam olduğunu görmüşlər. Sonra isə sağ tərəfdə olan qapını açmışlar. Həmin otağa işıq salanda otağın boş olduğunu görmüşlər. Bundan sonra evin zalına keçmişlər. Evin zalında televizorun altında olan şkafı axtarmış, lakin şkafdan heç nə tapmamışlar. Sonra yumşaq divanın arxasında olan düzəldilmiş şkafın yanına gəlmişlər. Həmin şkafın üstündə olan kül qabının içərisində bir ədəd qırmızı qaşlı qalın qızıl üzük, bir ədəd ağ qaşlı nazik qızıl üzük, bir ədəd tək sırğa və bir ədəd sadə qadın saatı olduğunu görüb götürmüşlər. Həmin qızıl-zinət əşyalarını götürüb Rahiblə birlikdə evə daxil olduqları pəncərədən həyətə, sonra isə hasarın yanına gəlib həyətə daxil olduqları yerdən küçəyə çıxmışlar. Həmin vaxt onları heç kim görməmişdir. Sonra Rahib öz yaşadığı evə, o isə öz yaşadığı evə getmişdir. Evə gedərkən əlcəyi boş sahəliyə tullamışdır. Oğurladıqları qızıl-zinət əşyaları Rahibdə, pul isə onda qalmışdır. O, evə getdikdən sonra pulu saymış və 7000 manat olduğunu bilmişdir. Sonra hazırlaşıb Bakı şəhərinə getmişdir. Sakitlik olandan sonra Rahib həmin qızılları Bakı şəhərinə gətirib orada satmalı, həmçinin oğurladıqları 7000 manat pulu da bölməli idilər. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 evindən oğurluq etməyini bilməmişdir. Həmçinin, Rahibin Bakı şəhərində onun yanında satdığı qızıl-zinət əşyalarının oğurluq olduğunu da bilməmişdir. Belə ki, 2022-ci ilin oktyabr ayında Rahib ona zəng edib qızıl-zinət əşyalarının olduğunu, ona görə də Bakı şəhərinə gəldiyini, həmin qızıl-zinət əşyalarını satmaqda ona köməklik etməyini xahiş etmişdir. O da Rahiblə razılaşmışdır. Sonra Rahib Bakı şəhərinə, onun yaşadığı evə gəlmiş, Rahiblə görüşəndə sonuncu ona uşağının xəstə olduğunu və uşağını müalicə etdirmək üçün özünə məxsus qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmişdir. O da onlarla eyni qəsəbədə yaşamış, hal-hazırda Bakı şəhərində yaşayan Səbuhiyə zəng edib Rahibin gəldiyini demişdir. X22 ilə danışmış, Rahib Səbuhiyə də qızıl-zinət əşyaları olduğunu və satmaq istədiyini deyib harada olduğunu soruşmuş, Səbuhi də Rahibə Bakı şəhərində 28 may deyilən yerdə olduğunu bildirmişdir. Sonra Rahiblə o, həmin yerə getmiş və Rahib Səbuhiyə zəng edib dediyi yerdə olduqlarını demişdir. Səbuhi də onların yanına gəlmişdir. Rahib Səbuhiyə uşağının xəstə olduğunu, müalicəsi üçün özünə məxsus qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmişdir. X15 həmin qızıl-qiznət əşyalarını satmaqda ona kömək etməyi xahiş etmişdir. Bundan sonra saat 11 radələrində Səbuhi, Rahib və onu qızıl alqı-satqısı ilə məşğul olan tanışı, sonradan tanıdığı Şahinin mağazasına aparmışdır. O, küçədə gözləmiş, Səbuhi ilə Rahib mağazaya daxil olmuşlar. Bir neçə dəqiqədən sonra Səbuhi ilə Rahib mağazadan çıxmış və Rahib qızıl-zinət əşyalarını Şahinə satdığını demişdir. Sonra Səbuhi, Rahib və o, orada yaxınlıqda olan kafeyə getmiş və həmin kafedə nahar etmişlər. Nahar etdikdən sonra Rahib çıxıb getmiş, Səbuhi ilə o da öz evlərinə getmişdir. Təxminən 20 gün keçdikdən sonra Rahib yenə də Bakı şəhərinə gəlmiş və onunla görüşmüşdür. Rahib yenə də uşağının müalicəsi üçün özünə məxsus qızıl-zinət əşyalarını satmaq üçün gətirdiyini bildirmişdir. Sonra o, işə getmiş, axşam saatlarında Rahib ona zəng edib Səbuhinin yanına getdiyini bildirmişdir. O da işdən çıxıb Rahibgilin yanına getmişdir. Belə ki, Rahibə zəng etmiş və sonuncu ona əvvəl nahar etdikləri kafedə olduqlarını bildirmişdir. Kafedə kupeyə daxil olanda Səbuhinin, Rahibin və Şahinin söhbət etdiklərini görmüşdür. Rahib kafedə Şahinə bir dəst (üzərində böyük klonu boyunbağı, bilərzik, üzük, bir cüt sırğa) üzüyü, sırğaları, üzərində “M” hərfi olan boyunbağını və bir ədəd qızıl qolbağını vermiş, Şahin də, Rahibin verdiyi qızılları çəkib hesablamışdır. X18 üzərində “M” hərfi yazılan boyunbağını götürüb satmaq istəmədiyini və pay verəcəyini bildirib götürmüşdür. Şahin hesablamış və qızıl-zinət əşyalarının dəyərinin 6000 manat etdiyini bildirmişdir. Rahib də Şahinlə razılaşmışdır. Şahin kafedən çıxıb mağazaya getmiş, sonra Səbuhi ilə Rahib də Şahinin mağzasına getmişlər. Bundan sonra Səbuhi ilə Rahib kafeyə qayıtmış və orada nahar etmişlər. Nahar etdikdən sonra onlar kafedən çıxmışlar. Sonra Rahib çıxıb getmişdir. O, həmin qızıl-zinət əşyalarının oğurluq olduğunu bilməmişdir. Bu barədə Rahib ona, Səbuhiyə və Şahinə heç nə deməmişdir. Rahib qızıl-zinət əşyalarının özünə məxsus olduğunu onlara demişdir. Həmçinin, qızıl-zinət əşyalarını satdıqdan sonra Rahib ona pul verməmişdir. Son olaraq Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs1 dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Goranboy şəhərində yaşayan qızı X5 Goranboy şəhərində yerləşən “Gülüstan” şadlıq sarayında kiçik toy mərasimi keçirmişdir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə saat 09 radələrində yaşadığı evin qapı və pəncərələrini bağlayıb ailəsi ilə birlikdə qızı Gülsümün yaşadığı evə getmişdir. Həmin gün saat 13 radələrində isə arvadı Lalə və oğlu Fariz paltarlarını dəyişmək üçün yaşadıqları evə qayıtmışlar. Onlar paltarlarını dəyişdikdən sonra yenə də qızı Gülsümün evinə qayıtmışlar. Onlar toy mərasimində iştirak etmiş və xx.xx.2023cü il tarixdə saat 01 radələrində yaşadıqları evə gəlmişlər. Evin qapısını açıb evə daxil olmuşlar. Yataq otağına keçəndə orada olan əşyaların hamısının dağıdılmış vəziyyətə olduğunu görmüşlər. Belə ki, çarpayının üzərində olan yorğan döşəklərin, paltarların yerə atıldığını və axtarıldığını görmüşlər. Həmçinin, yataq otağının pəncərəsinin də açıq olduğunu görmüşlər. Sonra evin arxasına keçmiş, həmin vaxt çəpərin kənarına qoyduğu köhnə sandığın yataq otağında olan pəncərənin altına qoyulduğunu görmüşlər. Bundan sonra oğlu Fariz Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib evlərindən qızıl-zinət əşyalarınının oğurlanması barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Goranboy RPŞ-nin əməkldaşları yaşadığı fərdi yaşayış evinə gəlmişlər. Bundan sonra evinə baxış keçirilərkən yataq otağında çarpayının üzərində olan döşəyin altında saxladığı 7000 manat pulunun, evin zalında küncdə düzlətdirdiyi şkafın üzərində olan kül qabının içərisinə qoyduqları bir ədəd 400 manat dəyərində, 583 əyarlı, 6 qram çəkidə olan qırmızı qaşlı qızıl üzüyün, bir ədəd 250 manat dəyərində, 583 əyarlı, 3 qram çəkidə olan, üzərində balaca ağ qaşları olan üzüyün, ümumilkdə 200 manat dəyərində olan bir ədəd sadə qadın saatının və bir ədəd sadə tək sırğanın oğurlandığını bilmişlər. Oğurluq nəticəsində ona 7758,5 manat dəyərində ziyan dəymişdir. X23 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərkən evə dəqiq baxmamışdır. Ona görə də oğlu həmin vaxt oğurluq barəsində məlumatda qızılzinət əşyalarının oğurlandığını bildirmişdir. Sonradan evindən 7000 manat pulun da oğurlandığını bilmişlər. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər tərəfindən ona dəyən ziyanın tam ödənildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Arazın oğlu birinci sinifə getdiyi üçün qonaqlıq keçirmiş, ona görə də xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, arvadı Mehribanı və oğlu Təhmini kömək etmək üçün Arazgilə aparmışdır. Digər övladları isə evdə qalmışdır. O isə işinin dalınca getmişdir. Lakin, onun işi alınmamış, ona görə də Mehribana zəng edib işinin alınmadığını və evə qayıdıb uşaqları bərbərin yanına aparıb saçlarını kəsdirəcəyini bildirmişdir. Mehriban da uşaqları Dənizə şalvar almasını demişdir. O, Mehribandan pulu hara qoyduğunu soruşmuş, Mehriban da ona pulu yatdıqları çarpayının baş tərəfinə qoyduğunu demişdir. Bundan sonra o, evə gəlmiş və 300 manat puldan 160 manatını götürüb övladlarını saçlarını düzəltmək üçün Goranboy şəhərinə gətirmişdir. O, Goranboy şəhərində övladlarının saçlarını düzəltdirib evə qayıtmış, sonra evdə övladlarını cimizdirmiş, özü də cimib paltrlarlarını dəyişib saat 18:14 radələrində övladları ilə birlikdə Arazgilə getmişdir. O, qonaqlıqda bir qədər oturmuş, sonra saat 22:00 radələrində Təhməz, Sədi və dayısı oğlu Elmurazla birlikdə evə gəlmişdir. Mehriban isə Təhminlə Arazgildə qalıb kömək etmişlər. O, evə daxil olanda evdən oğurluq olduğunu görüb Araza zəng edib evdən oğurluq olması barədə məlumat vermişdir. Araz da Mehribana demədən yaşadığı evə gəlmiş və evə baxmışlar. Həmin vaxt yataq otağında olan paltar dolabının içərisində olan əşyaların yerə töküldüyünü, həmçinin paltar sumkalarının içərisində olan əşyaların yerdə dağılmış vəziyyətdə olduğunu görmüşdür. Sonra o, zəng edib Mehribana evdən oğurluq olduğunu demiş, Mehriban da tez yaşadıqları evə gəlmişdir. Evindən 583 əyarlı 150 qarm çəkidə olan bir dəst (qızıl kale, bir ədəd qızıl boyunbağı, bir ədəd brilyant qaşlı qızıl qolbaq), 583 əyarlı 50 qram çəkidə olan brilyant qaşlı qızıl bir dəst (komplekt), 583 əyarlı 20 qram çəkidə olan bir dəst qızıl setka dəsti, 583 əyarlı 80 qram çəkidə olan bir ədəd qızıl tros boyunbağı, 583 əyarlı 50 qram çəkidə olan bir ədəd qızıl qadın boyunbağı, 583 əyarlı 10 qram çəkidə olan bir ədəd üzərində “Allah” yazılan qızıl boyunbağı, 583 əyarlı 20 qram çəkidə olan bir ədəd üzərində “M” hərfi yazılan qızıl boyunbağı, 583 əyarlı 20 qram çəkidə olan üzərində “Məscid” şəkili olan qızıl klon, 583 əyarlı 25 qram çəkidə olan bir ədəd qızıl saat, 583 əyarlı 8 qram çəkidə olan bir ədəd qızıl kişi üzüyü, bir ədəd 100 manat dəyərində gümüş üzük, 583 əyarlı 30 qram çəkidə olan bir ədəd qızıl rekert qolbağı, 583 əyarlı 12 qram çəkidə bir ədəd qızıl nazik qolbağı və 583 əyarlı 10 qram çəkidə olan bir ədəd üzərində ay ulduz olan qızıl üzük oğurlanmışdır. Bundan başqa evindən 298 manat nağd pul da oğurlanmışdır. Yekunda Zərərçəkmiş şəxs2 bildirdi ki, o, Təqsirləndirilən şəxs1 şikayətçidir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyandan ödəniş olunmamışdır. Bu səbəbdən təsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, Təqsirləndirilən şəxs1la eyni qəsəbədə yaşamışdır. Rahiblə münasibəti normal olmuş, onunla heç bir ədavəti və düşmənciliyi olmamışdır. O, 2006-cı ildən Bakı şəhərində yaşayır. O, uzun müddət Bakı şəhərində özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Taksi fəaliyyəti ilə məşğul olan zaman Şahid2 tanımış və onların yaxın münasibətləri yaranmışdır. Belə ki, Şahinin övladını idarə etdiyi avtomobillə məktəbə aparıb gətirirmişdir. Həmçinin, ailəsini harasa aparmaq lazım olanda Şahin ona demiş, o da Şahinin ailəsini avtomobili ilə dediyi yerə aparmışdır. Şahinlə dost olmuşdur. Şahin onun Goranboy rayonu Qazanbulaq qəsəbəsində keçirilən toy mərasimində də iştirak etmişdir. Şahin mağazada qızıl alqı-satqısı ilə məşğul olur. 2022-ci ilin oktyabr ayının ortalarında Ramiz ona zəng edib Rahibin gəldiyini bildirmişdir. Sonra Rahib telefonda onunla danışaraq görüşmək istədiyini bildirmişdir. O da Rahibə Nəsimi rayonunda “28 may” adlanan ərazidə görüşməyi təklif etmişdir. Bir neçə dəqiqədən sonra Rahiblə Ramiz onun yanına gəlmişdir. Söhbət zamanı Rahib ona uşağının xəstə olduğunu və uşağını çıxartmaq üçün 800 manat klinikaya pul verməli olduğunu demişdir. Həmçinin, Rahib ona kanal çəkmə şirkətində işlədiyini və hər ay 1200, 1400 manat maaş aldığını bildirmişdir. Bundan sonra Rahib ona özünə məxsus qızıl-zinət əşyalarının olduğunu, uşağını klinikadan çıxartmaq üçün həmin qızıl-zinət əşyalarını satmaq istədiyini demiş və həmin qızıl-zinət əşyalarını satmaqda ona kömək etməyi ondan xahiş etmişdir. O da Rahibə inandığı üçün onunla razılaşıb Rahibə kömək edəcəyini demişdir. Ona görə də dostu Şahinə zəng etib harada olduğunu soruşmuş, Şahin də ona mağazaya gəldiyini bildirmişdir. Ona görə də Rahib, Ramiz və o, birlikdə Şahinin işlədiyi mağazanın qarşısına getmişlər. Bir neçə dəqiqədən sonra Şahin işlədiyi mağazaya gəlmiş, o, Şahini Rahiblə tanış etmiş və sonra onlar mağazaya daxil olmuşlar. Ramiz isə küçədə qalmışdır. Rahib bir ədəd qalın boyunbağını, bir ədəd qalın reket bilərziyi, gümüş üzüyü və bir ədəd qadın saatını, yumru bir cüt setkalı sırğanı, bir ədəd kişi üzüyünü, ağ rəngli nazik boyunbağını Şahinə vermişdir. Şahin Rahibdən qızıl-zinət əşyalarının oğurluq olub olamdığını soruşmuşdur. Rahib də Şahinə qızıl-zinət əşyalarının özünə məıxsus olduğunu, uşağı xəstə olduğu üçün satmaq istədiyini bildirmişdir. Şahin həmin əşyalara baxıb qadın saatını qızıl olmadığı üçün qaytarmış, həmçinin gümüş üzüyü də Rahibə qaytarmışdır. Şahin boyunbağını və qalın reket bilərziyi çəkmiş və onların çəkiləri təxminən 40 qramdan bir az artıq olmuşdur. Şahin hesablamış, həmin qızıl-zinət əşyalarının qiymətinin 4000 manat etdiyini demişdir. Şahin 4000 manat pulu Rahibə vermişdir. Sonra Rahiblə o, mağazadan çıxmışdır. Bundan sonra Rahib Ramizlə ona uşağını çıxardacağını deyib getmişdir. Rahib gedəndə evdə yenə də qızıl-zinət əşyalarının olduğunu, lazım olsa həmin qızıl-zinət əşyalarını da satacağını demişdir. Təxminən 20 gün keçdikdən sonra Rahib ona zəng edib harada olduğunu soruşmuş, o da Rahibə iş yerində olduğunu demişdir. Sonra o, Rahiblə Bakı şəhərində 28 may deyilən yerdə görüşmüş, Rahib ona yenə də uşağını müalicə etdirəcəyini, ona görə də qızıl-zinət əşyalarını satmaq üçün gətirdiyini bildirmişdir. Bu səbəbdən də Rahiblə o, yenə də Şahinin işlətdiyi mağazaya getmişlər. Həmin vaxt mağazada çox adam olduğunu görüb Şahinə yaxınlıqda yerləşən kafedə görüşməyi təklif etmiş və sonuncu razılaşmışdır. Həmin vaxt Ramiz də onların yanına gəlmişdir. Şahin Ramizin kim olduğunu ondan soruşmuş, o da Şahinə narahat olmamasını demişdir. Bundan sonra Rahib bir dəsti (üzərində böyük klonu boyunbağı, bilərzik, üzük, bir cüt sırğa), üzükləri, sırğaları, üzərində “M” hərfi olan boyunbağını və bir ədəd qızıl qolbağını Şahinə vermişdir. Şahin Rahibin verdiyi qızıl-zinət əşyalarını çəkib hesablamış, sonra Rahib üzərində “M” hərfi yazılan boyunbağını götürüb kiməsə hədiyyə verəcəyini demişdir. Şahin də həmin boyunbağının pulunu çıxmış, qalan qızıl-zinət əşyalarına görə 60000 manat verə biləcəyini demişdir. Rahib də Şahinlə razılaşmışdır. Sonra Şahin mağazaya qayıtmış, bir neçə dəqiqədən sonra Rahiblə o, mağazaya Şahinin yanına getmişdir. Şahin 6000 manat pulu Rahibə vermiş, bundan sonra Şahinlə o, mağazadan çıxıb kafeyə getmişlər. Kafedə Ramiz, Rahib və o, nahar etmişlər. Bundan sonra Rahib çıxıb getmiş, o və Ramiz də öz evlərinə getmişlər. Rahib ona gətirdiyi qızıl-zinət əşyalarının oğurluq olduğunu deməmişdir. Əgər Rahibin gətirdiyi qızıl-zinət əşyalarının oğurluq olduğunu bilsəydi, qızılların satılmasında ona köməklik etməz və bu barədə hüquq mühafizə orqanlarına məlumat verərdi. Rahib ona qızılların oğurluq olmadığını, özünə məxsus olduğunu və uşağını müalicə etdirdiyi üçün satdığını demişdir. O da Rahibə inanıb onu qızılları satmaq üçün Şahinin yanına aparmışdır. Şahin özü də Rahibin ona satdığı qızılların oğurluq olduğunu bilməmişdir. O, Şahinə narahat olmamasını, bir problem olacağı təqdirdə hər şeyin onluq olacağını demişdir. Şahin də ona inanıb qızılları Rahibdən almışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, daimi olaraq heç bir yerdə işləmir. Lakin, sahibkarlıq fəliyyəti ilə məşğul olur. Belə ki, 2018-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24-də yerləşən mağazanı icarəyə götürmüş, həmin mağazada qızıl məmulatlarının və qırıntılarının alqı-satqısı ilə məşğul olur. 2022-ci ilin oktyabr ayının ortalarında əvvəllər tanıdığı, Goranboy rayonundan olan Səbuhi mobil telefonuna zəng edib harada olduğunu soruşmuş, o da Səbuhiyə mağazaya getdiyini demişdir. Səbuhi ona bir az qızıl-zinət əşyası olduğunu demişdir. O, obyektə çatanda Səbuhi mağazanın qarşısında onu gözləmişdir. Səbuhi sonradan adını bildiyi Rahib adlı şəxslə gəlmişdir. Səbuhi, Rahib və o, mağazaya daxil olmuşlar. Səbuhi ilə gələn Rahib ona gətirdiyi bir ədəd qalın boyunbağını, bir ədəd qalın reket bilərziyi, gümüş üzüyü və bir ədəd qadın saatını, yumru bir cüt setkalı sırğanı, bir ədəd kişi üzüyünü, ağ rəngli nazik boyunbağını göstərmişdir. O, Rahibdən qızıl-zinət əşyalarının oğurluq olub-olmadığını soruşmuş, Rahib də ona qızıl-zinət əşyalarının özünə məxsus olduğunu, uşağının xəstə olduğunu, ona görə də qızıl-zinət əşyalarını satmaq istədiyini demişdir. Səbuhi də ona narahat olmamasını, Rahibi tanıdığını, bir şey olacağı təqdirdə özü cavabdeh olacağını demişdir. O da Rahibə inanmışdır. Rahibin ona verdiyi qadın saatı qızıl olmadığı üçün saatı, həmçinin gümüş üzüyü onun özünə qaytarmışdır. Qalan bir ədəd qalın boyunbağını, bir ədəd qalın reket bilərziyi çəkdirmiş və çəkiləri 40 qramdan bir az artıq olmuşdur. Digərlərinin çəkisi hazırda yadından çıxmışdır. O, hesablamış, həmin qızıl-zinət əşyalarına görə 4000 manat verəcəyini demişdir. Rahib onunla razılaşmış, o, 4000 manat pulu Rahibə vermişdir. Həmçinin, Səbuhi ilə Rahibin yanında sonradan adını bildiyi Ramiz adlı şəxsdə olmuşdur, lakin Ramiz onların danışıqlarında olmamışdır. O, pulu Rahibə verdikdən sonra onlar çıxıb getmişdir.Təxminən 20 gün keçdikdən sonra Səbuhi ilə Rahib axşam saatlarında yenidən onun mağazasına gəlmişdir. Səbuhi ona Rahibin yenə gəldiyini və qızıl satmaq istədiyini demişdir. Həmin vaxt Rahib ona bir ədəd boyunbağı göstərmişdir. Rahib qızılların çox olduğunu, yaxınlıqda bir kafedə bu barədə danışmağı ona təklif etmiş və o, razılaşmışdır. Onlar kafedə olarkən Ramiz də onların yanına gəlmişdir. O, Səbuhidən Ramiz barədə soruşmuşdur. Səbuhi də ona narahat olmamasını demişdir. Bundan sonra Rahib qızıl-zinət əşyalarını çıxarıb ona göstərmişdir. Həmin vaxt Rahib ona bir dəst (üzərində böyük klonu boyunbağı, bilərzik, üzük, bir cüt sırğa), üzükləri, sırğaları, üzərində “M” hərfi olan boyunbağını və bir ədəd qızıl qolbağını vermişdir. O, Rahibin verdiyi qızılzinət əşyalarını çəkib hesablamış, sonra Rahib üzərində “M” hərfi yazılan boyunbağını götürüb kiməsə hədiyyə verəcəyini demişdir. O da həmin boyunbağının pulunu çıxmış, qalan qızıl-zinət əşyalarına 6000 manat verə biləcəyini demişdir. Rahib də onunla razılaşmışdır. Sonra o, mağazaya qayıtmış, bir neçə dəqiqədən sonra Səbuhi ilə Rahib mağazaya onun yanına gəlmişdir. O, 6000 manat pulu Rahibə vermiş, bundan sonra onların ikisi də getmişdir. Rahib ona aldığı qızıl-zinət əşyalarının oğurluq olduğunu deməmişdir. Rahib ona həmin qızıl-zinət əşyalarının özünə məxsus olduğunu demişdir. Səbuhi də həmin qızıl-zinət əşyalarının oğurluq olduğunu bilməmişdir. Belə ki, o, Səbuhidən qızılların oğurluq olub-olmadığını soruşmuş, Səbuhi də ona narahat olmamasını demişdir. O da sonunculara inanıb qızılları almışdır. Həmçinin, o, Rahibdən nəyə görə qızılları satdığını soruşmuş, Rahib də ona uşağının xəstə olduğunu və uşağını müalicə etdirmək üçün satdığını bildirmişdir. Səbuhi və Rahib qızıl-zinət əşyalarının Rahibə məxsus olduğunu demişdir. Əgər Rahibdən aldığı qızıl-zinət əşyalarının oğurluq olduğunu bilsəydi onları almaz və bu barədə hüquq mühafizə orqanlarına xəbər verərdi. O, qızıl-zinət əşyalarını Rahibdən alarkən onun şəxsiyyət vəsiqəsinin surətini almamışdır. Həmçinin, özünün qeyd dəftərində də heç bir qeydlər aparmamış və sənədləşdirməmişdir. Rahibdən qızıl-zinət əşyalarının oğurluq olub-olmadığını soruşduqda Rahib ona qızıl-zinət əşyalarının özünə məxsus olduğunu, qızıl-zinət əşyalarının oğurluq olmadığını demişdir. O, Səbuhini çoxdan tanıdığı və Səbuhinin Rahibi yaxşı tanıdığını dediyi üçün inanıb qızılzinət əşyalarını almışdır. Rahibdən aldığı qızıl-zinət əşyalarını işlətdiyi mağazada tanımadığı şəxslərə satmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi barədə” 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin baş müstəntiqi X1 RPŞ-nin CAB-ın rəisi X6, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X3, hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirtmişdir. Hadisə Goranboy rayonu Qazanbulaq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evində baş vermişdir. Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinin həyətyanı sahəsinin ön tərəfində dəmir materialdan hazırlanmış darvaza vardır. Darvazanın sağ və sol tərəflərinə mişar daşı ilə hasar çəkilmişdir. Darvazadan həyətə daxil olduqda sağ və sol tərəflərində yardımçı tikililər, düzünə isə kürsülü ev yerləşir. Evə daxil olmaq üçün pilləkanlar vardır. Evə daxil olduqda zal yerləşir. Zalın sağ tərəfində yumşaq divan, künc tərəfində isə əşyalar qoyulmaq üçün yer düzəldilmişdir. Həmin yerin üstündə içərisində süni güllər olan gül qabı, şəkillər, kül qabı və başqa əşyalar vardır. Zalın sol tərəfində küncdə divara bərkidilmiş plazma televizor, alt tərəfində stol üzərində isə süni güllər olan gül qabı və telefon vardır. Zalın orta tərəfində stol, kənarlarında isə stullar vardır. Stolun üstündə qara və ağ rəngli polietilen torbalarda şokolad və konfetlər, vaz vardır. Zaldan yerləşən digər qapıdan daxil olduqda xol yerləşir. Xolun sol tərəfində təmir edilmiş boş otaq vardır. Xolun sağ tərəfində qazla işləyən istilik sobası, sonra isə təmir olunmamış hamam yerləşir. Xoldan düzünə olan qapıdan daxil olduqda yataq otağı yerləşir. Yataq otağında iki nəfərlik çarpayı vardır. Həmin çarpayının üzərində olan yorğan döşəklər dağıdılmış və yerə atılmışdır. Çarpayının sol və sağ tərəflərində şkaflar vardır. Çarpayının aşağı tərəfində isə bir ədəd stul, stulun baş tərəfində isə qara rəngli paltar vardır. Yataq otağının plastik materialdan hazırlanmış pəncərəsi açıq vəziyyətdədir və üzərində zədələr vardır. Ümumiyyətlə yataq otağında olan bütün əşyalar yerə tökülmüşdür və dağınıq vəziyyətdədir. Hadisə yerindən əl barmaq izləri götürülmüşdür; “Şübhəli şəxsin tutulması haqqında” 31 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə” 02 aprel 2023cü il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 həbsdən azad edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Şübhəli şəxsin tutulması haqqında” 08 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Baxış keçirilməsi və götürmə barədə” 08 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin baş müstəntiqi X2 Rahib Ramiz oğlunun, müdafiəçi X8, Zərərçəkmiş şəxs1, hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirtmişdir. Təqsirləndirilən şəxs1 könüllü təqdim etdiyi, Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurladığı iki ədəd qızıl üzüklərə, bir ədəd tək sırğaya və bir ədəd saata baxış keçirilərək götürüldü. Baxış zamanı bir ədəd üzüyün üzərində sadə qırmızı qaşı olduğu, bir ədəd üzüyün üzərində sadə ağ qaşlar olduğu, bir ədəd sırğanın tək olduğu və bir ədəd saatın qadın saatı olduğu müəyyən edildi. Götürmə zamanı Zərərçəkmiş şəxs1 üzərində sadə qırmızı qaşı olan üzüyün, üzərində sadə ağ qaşları olan üzüyün, tək sırğanın və qadın saatının ona məxsus olduğunu və həmin əşyaların xx.xx.2023-cü il tarixdə saat 13 radələrindən xx.xx.2023-cü il tarixdə saat 02 radələrinədək olan müddət ərzində ona məxsus Goranboy rayonu Qazanbulaq qəsəbəsində yerləşən fərdi yaşayış evindən oğulanan qızıl-zinət əşyaları olduğunu bildirdi; “Baxış keçirilməsi barədə” 13 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin baş müstəntiqi X1 RPŞ-nin İB-nin rəisi X7, Goranboy RPŞ-nin CAB-ın rəisi X6, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X3, hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirtmişdir. Hadisə Goranboy rayonu Qazanbulaq qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evində baş vermişdir. Zərərçəkmiş şəxs2 məxsus hərdi yaşayış evi kürsülü bir mərtəbəlidir. Evin giriş qapısının önündə iki tərəfli taxta materialdan hazırlanmış pilləkan vardır. Evin giriş qapısı bir taylı olmaqla dəmir materialdan hazırlanmışdır. Giriş qapısının sol evin ön tərəfində 3 ədəd plastik pəncərə, sağ tərəfində isə iki ədəd plastik pəncərə vardır. Giriş qapısından evə daxil olduqda böyük zal, zalın sağ tərəfində mətbəx, evin giriş qapısı ilə üzbəüz iki yataq otağı vardır. Yataq otaqlarının qapıları bir taylı olmaqla taxta materialdan hazırlanmışdır. Birinci yataq otağına daxil olduqda üzbəüz paltar dolabı yerləşir və həmin paltar dolabında olan əşyalar yerə tökülərək səliqəsiz vəziyyətdədir. Yataq otağında iki ədəd bir nəfərlik çarpayı yerləşdirilmişdir və həmin çarpayıların üstü səliqəsiz vəziyyətdədir. Çarpayılar arasında böyük çanta var və həmin çantanın içərisində olan əşyalar yerə dağıdılmışdır. Pul və qızıl-zinət əşyaları həmin otaqdan oğurlanmışdır. Evin ikinci yataq otağında giriş qapısının sol tərəfində stol, sağ tərəfində 1 ədəd bir nəfərlik çarpayı, ortaya isə döşəmənin üstünə iki ədəd döşək qoyulmuşdur. Yataq otağının pəncərəsi açıq vəziyyətdədir və pəncərənin üzərinə yerləşdirilmiş tor çıxardılaraq evin arxasına yerə atılmışdır; Goranboy Rayon Məhkəməsinin 4(045)-25/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qərarından görünür ki, CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablanmaqla istintaq müddətinin sonunadək, yəni 30 iyun 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin baş müstəntiqi X1 RPŞ-nin CABın rəisi X6, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X3, Təqsirləndirilən şəxs1 və müdafəçi X8 iştirakları ilə Təqsirləndirilən şəxs1 ifadəsini yerində yoxlamışdır. Bayramov X14 RPŞ-nin nəzdində olan Qazel Biznes markalı ** JE *** dövlət qeydiyyat nişanlı avtomobilə mindirildi və istintaq hərəkətinin iştirakçıları Təqsirləndirilən şəxs1 göstərdiyi yollarla hadisə yerinə yollandılar. Bayramov X14 rayonu Qazanbulaq qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin qarşısında avtomobili saxlatdırıb, istintaq hərəkətinin iştirakçılarına xx.xx.2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evdən dəmir ling və fəhlə əlcəyi götürüb Seymurun yaşadığı fərdi yaşayış evinin arxasına gəldiyini, sonra mişar daşı ilə inşa edilmiş hasarı aışıb Seymurun həyətinə daxil olduğunu, oradan isə Seymurun yaşadığı evin arxasına gəldiyini, həmin vaxt Seymurun yaşadığı evdə heç kim olmadığını, pəncərə hündürdə yerləşdiyi üçün əlinin pəncərəni açmağa çatmadığını, evin arxasında olan taxta materialdan hazırlanmış köhnə stolu çəkib pəncərənin altına gətirdiyini, sonra isə stolun üstünə çıxdığını, bundan sonra dəmir lingi plastik materialdan hazırlanmış pəncərənin arasına salıb açdığını, pəncərəni açdıqdan sonra evə daxil olduğunu, Seymurun pullarını və qızıl-zinət əşyalarını yataq otağında saxladığını fikirləşib evin yataq otağına keçdiyini, sonra yataq otağının işığını yandırıb paltar dolabını axtarmağa başladığını, paltar dolabında qırmızı rəngli pul qabının içərisində bir ədəd 100 manatlıq pul əskinas olduğunu gördüyünü, həmin 100 manat pulu götürdüyünü, sonra yataq otağında olan çarpayıların üzərində olan döşəyin altını axtarmağa başladığını, həmin vaxt döşəyin altından 198 manat pul olduğunu gördüyünü və həmin pulu götürüb cibinə qoyduğunu, sonra yataq otağında böyük çanta olduğunu gördüyünü, həmin çantanın içərisində paltarlar olduğunu, paltarları çantadan yerə boşaltdığını və paltarların altında sarı rəngli plasmas qabın olduğunu gördüyünü, plasmas qabı açıb baxanda içərisində setka torbanın içərisində bir büküm qızıl-zinət əşyaları olduğunu gördüyünü, həmin qızıl-zinət əşyalarını qabla birlikdə götürüb Seymurun evinə daxil olduğu yerdən həyətə sonra isə həyətə daxil olduğum yerdən küçəyə çıxdığını bildirdi. Bundan sonra Bayramov X14 RPŞ-nin nəzdində olan Qazel Biznes markalı ** JE *** dövlət qeydiyyat nişanlı avtomobilə mindirildi və istintaq hərəkətinin iştirakçıları Təqsirləndirilən şəxs1 göstərdiyi yollarla hadisə yerinə yollandılar. Bayramov X14 rayonu Qazanbulaq qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin qarşısında avtomobili saxlatdırıb, istintaq hərəkətinin iştirakçılarına xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Ramizlə birlikdə Salmanın evinin qarşısına gəldiklərini, Salmanın həyətyanı sahəsinin mişar daşı ilə inşa edilmiş hasarının yanına çatanda onlar əlcəkləri əllərinə geyindiklərini, sonra hasarı aşıb Salmanın həyətinə daxil olduğunu, ondan sonra isə Ramizin hasarı aışıb həyətə daxil olduğunu, o, qabaqda, Ramiz isə arxa ilə gəldiyini və onlar Salmanın fərdi yaşayış evinin arxasına keçdiklərini, pəncərəyə əlləri çatmadığı üçün evdən təxminən 3 metr aralıda çəpərin yanında olan köhnə sadndığı götürüb pəncərənin altına qoyduqlarını, sonra Ramiz sandığın üstünə çıxıb pəncərəni açmaq istədiyini, lakin Ramizin boyu balaca olduğu üçün əli çatmadığını, bundan sonra sandığın üstünə minib özü ilə gətirdiyi dəmir lingi plastik pəncərənin arasına salıb açdığını, pəncərəni açdıqdan sonra birinci o evə daxil olduğunu, onun axrası ilə Ramizin evə daxil olduğunu, Ramiz öz telefonu ilə yataq otağına işıq saldığını, o isə otaqda olan çarpayının üstündə olna döşəklərin altını axtarmağa başladığını, döşəkləri və yorğanların hamsını axtarıb yerə tökdüyünü, həmin vaxt döşəklərin altında pul olduğunu gördüyünü və həmin pulu götürüb Ramizə verdiyini, sonra isə yataq otağında olan paltarları axtarmağa başladığını, yataq otağından xola keçdiklərini, onlar xolun sol tərəfinə getdiklərini və orada hamam olduğunu gördüklərini, sonra isə sağ tərəfdə olan qapını açdıqlarını, həmin otağa işıq salanda boş olduğunu gördüklərini, bundan sonra evin zalına keçdiklərini, evin zalında televizorun altında olan şkafı axtardıqlarını, lakin şkafdan heç nə tapmadıqlarını, sonra yumuşaq divarının arxasında olan düzəldilmiş şkafın yanına gəldiklərini, həmin şkafın üstündə olan kül qabının içərisində bir ədəd qırmızı qaşlı qalın üzük, bir ədəd ağ qaşlı nazik qızıl üzük, bir ədəd tək qızıl sırğa və bir ədəd sadə qadın saatı olduğunu görüb götürdüklərini, həmin qızıl-zinət əşyalarını götürüb Ramizlə birlikdə evə daxil olduqları pəncərədən həyətə, sonra isə hasarın yanına gedib həyətə daxil olduqları yerdən küçəyə çıxdıqlarını bildirdi; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır; Goranboy rayon mərkəzi bazarının müdiri X13 xx.xx.2023-cü il tarixli, 8 nömrəli məktubundan görünür ki, 2022-ci ilin sentyabr ayında 583 əyarlı 150 qram çəkidə olan bir dəstin (qızıl kale, bir ədəd qızıl boyunbağı, bir ədəd brilyant qaşlı qızıl qolbağı) qiyməti 12750 manat, 583 əyarlı 50 qram çəkidə olan brilyant qaşlı qızıl bir dəstin (komplekt) qiyməti 4250 manat, 583 əyarlı 20 qram çəkidə olan bir dəst qızıl setka dəstin qiyməti 1700 manat, 583 əyarlı 80 qram çəkidə olan bir ədəd qızıl tros boyunbağının qiyməti 6800 manat, 583 əyarlı 50 qram çəkidə olan bir ədəd qızıl qadın boyunbağının qiyməti 4250 manat, 583 əyarlı 10 qram çəkidə olan bir ədəd üzərində “Allah” yazılan qızıl boyunbağının qiyməti 850 manat, 583 əyarlı 20 qram çəkidə olan bir ədəd üzərində “M” hərfi yazılan qızıl boyunbağının qiyməti 1700 manat, 583 əyarlı 20 qram çəkidə olan üzərində “Məscid” şəkli olan qızıl klonun qiyməti 1700 manat, 583 əyarlı 25 qram çəkidə olan bir ədəd qızıl saatın qiyməti 2125 manat, 583 əyarlı 8 qram çəkidə olan bir ədəd qızıl kişi üzüyünun qiyməti 680 manat, 583 əyarlı 30 qram çəkidə olan bir ədəd qızıl rekert qolbağının qiyməti 2550 manat, 583 əyarlı 12 qram çəkidə olan bir ədəd qızıl nazik qolbağının qiyməti 1020 manat və 583 əyarlı 10 qram çəkidə olan bir ədəd üzərində ay ulduz olan qızıl üzüyün qiməti 850 manat civarında olmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2023-cü il tarixli, 6/2423-9/3002 nömrəli rəyindən görünür ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, tədqiqata təqdim edilmiş məmulatların 2023-cü ilin mart ayına olan tarixdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 758,5 manat müəyyən edilir (üzərində qırmızı rəngli 1 ədəd daş olan sarı rəngli 1 ədəd üzüyün halqasının üzərində “2KЮ” və “K*583” damğası vardır. Qızıl 583/585, kütləsi 8,84 qram, qaşları qiymətsiz, ümumi dəyəri 496 manat; üzərində rəngsiz şəffaf qaş olan sarı rəngli 1 ədəd üzüyün halqasının üzərində “1БЮ” və “Б-583” damğası vardır. Qızıl 583/585, kütləsi 2,96 qram, qaşları qiymətsiz, ümumi dəyəri 252 manat; üzərində 1 ədəd rəngsiz şəffaf qaş olan 1 tay sırğanın kilidində “XP” yazısı vardır. Qiymətsiz metal ərintisidir (Cu, Zn), kütləsi 1,68 qram, qaşları qiymətsiz, dəyəri 0,5 manat; üzərində rəngsiz şəffaf qaşlar olan sarı rəngli 1 ədəd qol saatının sferblatının iç tərəfində “Chopard” yazısı, sferblatının arxa tərəfində “STAİNLESS STEEL” yazısı vardır. Qol saatının qolbaq hissəsi ağ rəngli dəriyə bənzər elementdən ibarətdir. Qiymətsiz metal ərintisidir (Mis, Sink, Titan, Dəmir), kütləsi 30,29 qram, qaşları qiymətsiz, dəyəri 10 manatdır. Aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır; “Maddi sübut kimi tanıma haqqında” 29 may 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş iki ədəd üzük, bir ədəd tək sırğa və bir ədəd saat iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 30 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tərəfindən CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4, Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 11-ci bəndinə əsasən CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur; 18-ci bəndinə əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-in 16.2ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olub-olmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar; 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü, Təqsirləndirilən şəxs2 əməlləri isə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - Zərərçəkmiş şəxs1 dəyən ziyanı ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını; - himayəsində biri azyaşlı olmaqla 2 yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 095119 nömrəli doğum haqqında şəhadətnamənin surəti və Goranboy RİHB-nin Qazanbulaq qəsəbəsi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 43 nömrəli arayış); - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy RİHB-nin Qazanbulaq qəsəbəsi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs1 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - Zərərçəkmiş şəxs1 dəyən ziyanı ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy RİHB-nin Qazanbulaq qəsəbəsi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə); - İİ Qarabağ müharibəsi iştirakçısı olmasını və təltif edilməsini (əsas: iş materiallarında olan vəsiqələrin və hərbi biletin surətləri). İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (xx.xx.2023-xx.xx.2023-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut - istintaq zamanı götürülmüş iki ədəd üzük, bir ədəd tək sırğa və bir ədəd saatın Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 (yüz iyirmi səkkiz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - istintaq zamanı götürülmüş iki ədəd üzük, bir ədəd tək sırğa və bir ədəd saatın Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 (yüz iyirmi səkkiz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(045)-51/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-51/2023
20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver