Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-51/2024 22.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Saat 15:40-da X6 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Goranboy rayonunun Safıkürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, Goranboy rayonunun Tatarlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan - barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, 11 avqust 1986-cı il tarixdə Goranboy rayonunun Safıkürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, Goranboy rayonunun Səfikürd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan - barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 aprel 2024-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 2103” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Tatarlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yaxınlığına gəlib orada Təqsirləndirilən şəxs2 avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs2la birlikdə avtomobildən düşüb Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin kənarında olan torlu qapıya yaxınlaşmış, Təqsirləndirilən şəxs2 həmin vaxt torlu qapının bağlı olduğu ipi kəsdikdən sonra birlikdə həyətyanı sahəyə qanunsuz daxil olub tövlənin qarşısında torla hasara alınaraq quraşdırılmış saxlanc yeri hesab edilən bir hissəli xalxalın torlu giriş qapısını Təqsirləndirilən şəxs2la birlikdə əlləri ilə itələyib açaraq xalxalın içərisinə qanunsuz daxil olub hər birinin dəyəri 260 manat, diri çəkisi 30 kiloqram olan iki baş dişi cinsli quzunu və dəyəri 340 manat, diri çəkisi 40 kiloqram olan bir baş dişi cinsli quzunu, ümumilikdə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 860 manat dəyərində üç baş xırdabuynuzlu heyvanını gizli yolla talayıb oğurlamışdır. Təqsirləndirilən şəxs2 qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 aprel 2024-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib idarə etdiyi “VAZ 2103” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Tatarlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yaxınlığına gəlib orada avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs1lə birlikdə avtomobildən düşüb Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin kənarında olan torlu qapıya yaxınlaşmış, o, həmin vaxt torlu qapının bağlı olduğu ipi kəsdikdən sonra Təqsirləndirilən şəxs1lə birlikdə həyətyanı sahəyə qanunsuz daxil olub tövlənin qarşısında torla hasara alınaraq quraşdırılmış saxlanc yeri hesab edilən bir hissəli xalxalın torlu giriş qapısını Təqsirləndirilən şəxs1lə birlikdə əlləri ilə itələyib açaraq xalxalın içərisinə qanunsuz daxil olub hər birinin dəyəri 260 manat, diri çəkisi 30 kiloqram olan iki baş dişi cinsli quzunu və dəyəri 340 manat, diri çəkisi 40 kiloqram olan bir baş dişi cinsli quzunu, ümumilikdə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 860 manat dəyərində üç baş xırdabuynuzlu heyvanını gizli yolla talayıb oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun dostudur. Elnurla münasibəti həmişə yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 02 aprel 2024-cü il tarixdə axşam saatlarında Goranboy rayonu Səfikürd kəndinin ərazisində yerləşən çayxanaların birində Təqsirləndirilən şəxs2la görüşüb çay içib damino oynamışlar. Təxminən 2-3 saatdan sonra çayxanadan çıxıb Elnurun VAZ 2103 markalı dövlət nömrə nişanını bilmədiyi maşınına əyləşmişlər, yanlarında başqa heç kim olmamışdır. Maşında əyləşəndən sonra Elnur ona asan qazanc əldə etmək məqsədi ilə oğurluq etmək istədiyini, bununla bağlı isə Goranboy rayonu Tatarlı kənd sakini Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olaraq oradan xırdabuyuzlu heyvanları oğurlamaq istədiyini və ona da onunla birlikdə oğurluq etməyi təklif etmişdir. O da Elnurun təklifi ilə razılaşmışdır. Odur ki, oğurluq hadisəsini törətmək üçün üsul və vasitələrlə bağlı düşünüb qərara gəlmişlər ki, həmin yerə gecə havanın qaranlıq vaxtı getsinlər ki, hamı yatmış olsun onları heç kim görməsin. Buna görə də 03 aprel 2024-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin yaxınlığına getmişlər, maşını küçədə saxlayıb maşından düşmüşlər, həyətyanı sahəyə keçmək üçün əlavə qapıdan istifadə etmişlər, həmin setkadan hazırlanmış qapı iplə bağlı olmuş, Elnur ipi kəsərək qapını açmış və onlar həyətə daxil olmuşlar, oradan isə heyvanlar saxlanılması üçün olan xalxala yaxınlaşmışlar, xalxalın setkadan hzırlanmış qapısının arxasını bağlamaq üçün qoyulmuş bir ədəd mişar daşını kənara itələmişlər, sonra qapını açmışlar Elnur xalxala daxil olmuş, sonra xalxalın qapısını bağlamışlar ki heyvanlar çıxıb qaçmasın, orada 4 baş xırdabuynuzlu heyvan olmuş, Elnurla o, hərəsi bir baş xırdabuynuzlu heyvan götürüb aparıb maşının arxa oturacağına qoyub maşının qapısını örtmüş, sonra yenidən xalxala qayıtmışlar, orada qalan iki baş xırdabuynuzlu heyvandan bir başı yaşlı olduğu üçün fikirləşmişlər ki həmin xırdabuynuzlu heyvanı sata bilməyəcəklər ona görə digər bir baş xırdabuynuzlu heyvanı Elnurla birlikdə götürüb aparıb maşının arxa oturacağının üzərinə qoyub maşına əyləşmişlər, o, kəndarası yolda yaşadığı evə yaxın yerdə düşüb evinə getmiş, Elnurda öz evlərinə tərəf getmişdir. Elnur ona “sabah heyvanları satıb pulunu bölərik” demişdir. Təqsirləndirilən şəxs1 son olaraq əməllərindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun dostudur. Gərayla münasibəti həmişə yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 02 aprel 2024-cü il tarixdə axşam saatlarında Goranboy rayonu Səfikürd kəndinin ərazisində yerləşən çayxanaların birində Təqsirləndirilən şəxs1lə görüşüb çay içib damino oynamışlar. Təxminən 2-3 saat orada olmuşlar, sonra çayxanadan çıxıb onun “VAZ 2103” markalı, **-BM-*** dövlət nömrə nişanlı maşınına əyləşmişlər, yanlarında başqa heç kim olmamışdır. Maşında əyləşəndən sonra o, Gəraya asan qazanc əldə etmək məqsədi ilə oğurluq etmək istədiyini, bununla bağlı isə Goranboy rayonu Tatarlı kənd sakini Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olaraq oradan xırdabuyuzlu heyvanları oğurlamaq istədiyini və Gərayında ona köməklik etməyini təklif etmişdir. Gərayda onun təklifi ilə razılaşmışdır. Odur ki, oğurluq hadisəsini törətmək üçün üsul və vasitələrlə bağlı düşünüb qərara gəlmişlər ki, həmin yerə gecə havanın qaranlıq vaxtı getsinlər ki, hamı yatmış olsun onları heç kim görməsin. Buna görə də 03 aprel 2024cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin yaxınlığına getmişlərk, o, maşını küçədə saxlamış və maşından düşmüşlər, həyətyanı sahəyə keçmək üçün əlavə qapıdan istifadə etmişlər, həmin setkadan hazırlanmış qapı iplə bağlı olmuş, o, ipi kəsmiş, sonra qapını açmış və Gərayla birlikdə həyətə daxil olmuşlar, oradan isə heyvanlar saxlanılması üçün olan xalxala yaxınlaşmışlar, xalxalın da qapısı setkadan hazırlanmış, həmin qapının da arxasını bağlamaq üçün qoyulmuş bir ədəd mişar daşını kənara itələmişlər, sonra qapını açmışlar o, xalxala daxil olmuş, sonra Gəray gəlmiş və xalxalın qapısını bağlamışlar ki, heyvanlar çıxıb qaçmasın, orada 4 baş xırdabuynuzlu heyvan olmuş, Gərayla o, bir baş xırdabuynuzlu heyvan götürüb aparıb maşının arxa oturacağına qoyub maşının qapısını örtmüşlər, sonra yenidən xalxala qayıtmışlar, orada qalan iki baş xırdabuynuzlu heyvandan bir başı yaşlı olduğu üçün həmin xırdabuynuzlu heyvanı sata bilməyəcəklərini fikirləşmişlər, buna görə də digər bir baş xırdabuynuzlu heyvanı Gərayla birlikdə götürüb aparıb maşının arxa oturacağının üzərinə qoyub maşına əyləşmişlər və maşını sürüb oradan getmişlər, Gəray kəndarası yolda yaşadığı evə yaxın yerdə maşından düşüb evinə getmiş, o, isə öz evinə getmiş, maşını həyətdə saxlamış, lakin ailə üzvləri yatdığı üçün bunu görməmişlər, o, evə keçib yatmış, xx.xx.2024-cü il tarixdə saat 07 radələrində də ailə üzvlərindən əvvəl durub maşını həyətdən çıxarmış və getmiş, lakin heyvanları satmamış, fikirləşmiş ki heyvanları satası olsa bilinəcək, çünki o, xırdabuynuzlu heyvan saxlamır. Gərayla heyvanları oğurlayandan sonra fikirləri heyvanları satıb pulunu bölmək olmuşdur. Təqsirləndirilən şəxs2 son olaraq əməllərindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, buna görə də kənd təsərrüfatı ilə məşğul olur, həyətyanı sahəsində xırdabuynuzlu heyvan saxlayır. Onun təsərrüfatında 16 baş xırdabuynuzlu heyvanı vardır. Həmin xırdabuynuzlu heyvanları həyətyanı sahəsində olan tövlədə saxlayır. Tövlənin qarşısında heyvanları saxlamaq üçün dəmir setkadan xalxal hazırlamış və bəzi vaxtlarda xırdabuynuzlu heyvanların bir neçəsini xalxalda saxlayır. 02 aprel 2024-cü il tarixdə saat 19 radələrində xırdabuynuzlu heyvanları otardıqdan sonra 12 baş xırdabuynuzlu heyvanı tövləyə salmış, digər dörd baş xırdabuynuzlu heyvanı isə xalxala salmış, xalxala saldığı xırdabuynuzlu heyvanlardan bir ədədi bir yaş, iki ədədi isə 7 aylıq olmuş, həmin xırdabuynuzlu heyvanların cinsi dişi olmuş, bundan başqa orada bir baş 5 yaşlı qoyun da olmuşdur. 03 aprel 2024-cü il tarixdə saat 02 radələrində o, həyətyanı sahəsində səs eşitsədə lakin çıxıb baxmamış, həmin gün saat 05:05 radələrində yuxudan oyanıb həyətə çıxanda görmüş ki, xalxalın qapısı nisbətən açıqdır, yaxınlaşıb baxanda xalxalda olan 3 baş xırdabuynuzlu heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını görmüşdür. Bir baş qoyun isə xalxalda olmuşdur. O, bu barədə polisə məlumat vermişdir. Naməlum şəxs və ya şəxslər onun həyətinə qanunsuz daxil olmaq üçün heyvanların keçməsi üçün nəzərdə tutulan əlavə qapıdan istifadə etmişlər, o, həmin qapını iplə bağlamış, ip kəsilərək həyətyanı sahəsinə daxil olunub oradan isə xalxalın setkadan hazırlanmış qapısının arxasına qoyduğu bir ədəd mişar daşı kənara qoyularaq və qapını bağladığı məftildən olan qarmaq açılaraq xalxala daxil olunmuş və heyvanları oğurlanmışdır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən heyvanlarını oğurlayan şəxslər müəyyən olunaraq ona məxsus olan 3 baş xırdabuynuzlu heyvan özünə qaytarılmış, ona vurulmuş maddi ziyanlıq tam şəkildə ödənilmişdir. Yekunda bildirdi ki, təqsirləndirilən şəxslər ona vurduqları ziyanı tam şəkildə ödəmişdir. Onlara qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmədə elan olunan Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 03 aprel 2024-cü il tarixdə Goranboy rayonu Tatarlı kənd sakini Zərərçəkmiş şəxs Goranboy RPŞ-nə ərizə ilə müraciət edərək yaşadığı Goranboy rayonu Tatarlı kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövlənin qarşısında dəmir tordan hazırlanmış heyvanların salınması üçün nəzərdə tutulmuş xalxaldan ümumi dəyəri 900 manat olan 3 baş xırdabuynuzlu heyvanı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. Daxil olmuş məlumatla əlaqədar RPŞ-nin əməliyyat istintaq qrupunun üzvləri ilə Goranboy rayonu Tatarlı kəndinə getmişlər. Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin heyvanların giriş çıxışı üçün nəzərdə tutulmuş əlavə qapısından daxil olmuş naməlum şəxs və ya şəxslərin tövlənin qarşısında olan xalxaldan 3 baş xırdabuynuzlu heyvanı oğurlaması məlum olmuş, lakin həmin xalxalda bir baş qoyun qalmışdır. Zərərçəkmiş şəxs həyətyanı sahəsindən və ya evindən əlavə heç bir əşya oğurlanmamışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs Goranboy rayonu Tatarlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan xalxaldan üç baş xırdabuynuzlu heyvanını oğurlayan şəxslərin Goranboy rayonu Səfikürd kənd sakini Təqsirləndirilən şəxs2 və Goranboy rayonu Tatarlı kənd sakini Təqsirləndirilən şəxs1 olmaları müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Goranboy şəhəri ərazisində saxlanılaraq RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Goranboy rayonu, Tatarlı kəndində Zərərçəkmiş şəxs həyətyanı sahəsində yerləşən xalxaldır. Fərdi yaşayış evinin çöl giriş darvazası dəmirdədndir, paslı, darvazadan içərid daxil olduqda 20 metr qarşıda fərdi yaşayış evi vardır, fərdi yaşayış evinin arxa tərəfində heyvanlar saxlanılması üçün nəzərdə tutulmuş mişar daşları ilə tikilmiş tövlə, həmin tövlənin qarşısında isə dəmir tordan (setka) hazırlanmış xalxal olması müəyyən edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış və götürmə aparılması haqqında” 03 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Goranboy rayonu Tatarlı kəndində Zərərçəkmiş şəxs həyətyanı sahəsində yerləşən xalxalda olan üç baş xırdabuynuzlu heyvandır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış həmin 3 baş xırdabuynuzlu heyvanı ona qaytarılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 03 aprel 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 saat 14:40-da şübhəli şəxs qismində tutulmuşdur. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 azadlığı 03 aprel 2024-cü il tarixdə, saat 12:00-da məhdudlaşdırılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 03 aprel 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 saat 16:45-də şübhəli şəxs qismində tutulmuşdur. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 azadlığı 03 aprel 2024-cü il tarixdə, saat 12:00-da məhdudlaşdırılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Təqsirləndirilən şəxsin MSY-dən azad etmək və barəsində qətimkan tədbiri seçmək haqqında” 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 tutmadan azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Təqsirləndirilən şəxsin MSY-dən azad etmək və barəsində qətimkan tədbiri seçmək haqqında” 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 tutmadan azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy şəhər Mərkəzi Bazarının xx.xx.2024-cü il tarixli, 32 nömrəli məktubundan görünür ki, Goranboy rayon Mərkəzi Bazarında xx.xx.2024-cü il tarixdə bir baş dişi cinsli, bir yaşında, diri çəkisi 40 kiloqram olan, xırdabuynuzlu heyvanın satış qiyməti 340 manat, iki baş, dişi cinsli, hər birinin ayrılıqda diri çəkisi 30 kiloqram olan, 7 aylıq, xırdabuynuzlu heyvanın bir ədədinin satış qiyməti 255 manat olmaqla iki baş xırdabuynuzlu heyvanın satış qiyməti 510 manat təşkil etmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 13 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 13 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Tatarlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli, 112 nömrəli arayışdan və şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində qızı xx.xx.2015-ci il təvəllüdlü Qönçə Rzayeva, oğlu xx.xx.2016-cı il təvəllüdlü Xəyal Rzayev, qızı xx.xx.2021-ci il təvəllüdlü Xəyalə Rzayeva, oğlu xx.xx.2022-ci il təvəllüdlü Adil Rzayev adlı övladları vardır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Səfikürd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli, 112 nömrəli arayışdan və şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində oğlu xx.xx.2011-ci il təvəllüdlü İsgəndər Muxtarlı və xx.xx.2013-cü il təvəllüdlü Ramal Muxtarlı adlı övladları vardır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Səfikürd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3126 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqda qərarda göstərilən xırdabuynuzlu heyvanların 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 860 manat müəyyən edilir, o cümlədən 01 baş dişi cinsli, bir yaşında, diri çəkisi 40 kiloqram olan, kürən rəngli xırdabuynuzlu heyvan 340 manat, 02 baş dişi cinsli, hər birinin ayrılıqda diri çəkisi 30 kiloqram olan, 7 aylıq, ağ rəngli xırdabuynuzlu heyvan 520 manat (2 ədəd x 260 manat) təşkil edir (Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir); İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs məxsus 3 baş xırdabuynuzlu heyvan iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş aərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərlə barışmışdır. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti və ya tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Qərarın 19-cu bəndində qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmçinin, həmin Qərarın 20-ci bəndinin 3-cü abzasında qeyd edilir ki, anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını; himayəsində ikisi azyaşlı olmaqla dörd övladının olmasını. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını; yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını; himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut - 3 baş xırdabuynuzlu heyvanın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin -198.1-ci maddəsi). Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Təqsirləndirilən şəxs1, X4 Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmələrinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkillər X5 və Müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Goranboy Rayon Vəkil Bürosunun vəkilləri X5 və Müdafiəçi1 məhkəmədə iştirak etdikləri 6 (altı) iş saatına görə hər birinə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344, 347, 349, 351-353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdırıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Goranboy rayonu Tatarlı kəndində yaşadığı yeri axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlığının faktiki məhdudlaşdırıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Goranboy rayonu Səfikürd kəndində yaşadığı yeri axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - 3 baş xırdabuynuzlu heyvanın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. X5 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(045)-51/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-51/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver