Məhkəmə qərarları › İş №1(045)-52/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-52/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-52/2023 20.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Saat 12:45 Goranboy rayon məhkəməsinin hakimi X9 oğlunun sədrliyi, Məhkəmə iclas katibi Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçiləri “Müdafiəçi5 və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi5, “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi5 və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi6 iştirakları ilə, xx.xx.1961-ci ildə Quba rayonu, Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, Bakı şəhəri, A.Gəraybəyli küçəsi ev 31 mənzil 15- də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.1964-cü ildə Zəngilan rayonu, Bartaz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin baş mühəndisi vəzifəsində işləyən, Zəngilan rayonu Bartaz kəndində qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx.xx.1958-ci ildə Zəngilan rayonu, Bartaz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin direktor müavini vəzifəsində işləyən, Zəngilan rayonu Bartaz kəndində qeydiyyatda olan və ünvan 3 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.2.1 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında partlayıcı maddə hazırlamışdır. Belə ki, o, xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyat idarəsində ********** VÖEN nömrəsi ilə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 4rtlayış texniki xidmətlərinin görülməsini həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin xx.xx.2011-ci il tarixli 001 iclas protokolu ilə MMC-nin direktoru vəzifəsinə təyin edilməklə, həmin vəzifdə işləyərkən xx.xx.2013-cü il tarixli özü tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən Cəmiyyətin bütün struktur bölmələrinin işini planlaşdırmaq və təşkilati işlərini təmin etmək, cəmiyyətin fəaliyyəti ilə bağlı keyfiyyət, peşə təhlükəsizliyi və ətraf mühitin mühafizəsi ilə əlaqədar lazımı tədbirlər görmək, cəmiyyətin fəaliyyət imkanlarının və miqyasının genişləndirilməsi, yeniliklərin tətbiqi ilə bağlı qərarlar qəbul etmək, cəmiyyətin fəaliyyəti sahəsində normativ-metodiki bazanın inkişaf etdirilməsi və təcrübə mübadiləsi məqsədilə, aparıcı elmi mərkəzlə və müəssisələrlə əlaqələrin yaradılmasına rəhbərlik etmək,təhlükə potensiallı obyektlərin layihələşdirilməsinə, istismarına dair və istismara qəbul edilməsinə, texniki təhlükəsizlik tədbirlərinə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada aparılmasını təmin etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində həmin MMC-nin təsisçisi və direktoru müavini vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 və MMC-nin təsisçisi və baş mühəndis vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ nömrəli qanununa və həmin qanuna 3 nömrəli əlavə ilə sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına, Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə ola bilən və dövriyyədə ola bilməsinə xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565-İİQ nömrəli qanununa, Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə ola bilən və dövriyyədə ola bilməsinə xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikası qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 26 nömrəli fərmanına, Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkminləşdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000ci il tarixli 310 nömrəli fərmanına, Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli fərmanına, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 292 nömrəli fərmanı ilə təsdiq edilmiş mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi qaydalarına, “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə şərtlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2006-cı il tarixli qərarına əsasən partlayıcı maddələrin istehsal və satışı dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri tərəfindən həyata keçirilməli olduğu, eləcə də, MMCnin Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X8 Agentliyi tərəfindən verilmiş 18 oktyabr 2011-ci il tarixli mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə (partlayış materialları) dair xüsusi icazə əsasında dağ-mədən sahələrində istifadə olunan bütün partlayıcı maddələrin və partlayıcı vasitələrin istehsal və satışı istisna olmaqla, partlayıcı materialların dövriyyəsinə dair hüququ nəzərdə tutulduğu halda, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən anbar məqsədilə icarəyə götürdükləri Goranboy rayonu, Qazanbulaq qəsəbəsində yerləşən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansında olan qeyri-yaşayış sahəsində 2022-ci ilin yanvar ayından xx.xx.2022-ci il tarixədək olan müddətdə vahid niyyətlə istintaqa məlum olmayan şəxsdən (şəxslərdən) aldıqları ammonium-nitrat və dizel yanacağından istifadə etməklə göstərişləri əsasında cinayətdən xəbərsiz Cəmiyyətin işçiləri tərəfindən qarışdırılaraq 10.000 kiloqram partlayıcı maddə hesab edilən "xxxx" maddəsinin hazırlanmasını təmin etmiş, həmin hərəkətləri ilə sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə öz səlahiyyətləri daxilində X4nə, partlayış və pirotexnik materialların, partlayış tərkibli məmulatların saxlanmasına, işlədilməsi və uçotuna dair qaydaların və normaların, texniki təhlükəsizlik haqqında qanunvericiliyin pozulması üzrə dövlətin və cəmiyyətin qanunla qorunan hüquqlarına və mənafelərinə qabaqcaqdan əlbir olan bir qrup şəxs halında mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında partlayıcı maddəni hazırlamışdır. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.2.1 və 308.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında partlayıcı maddə hazırlamışdır. Belə ki, o, xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyat idarəsində ********** VÖEN nömrəsi ilə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 4rtlayış texniki xidmətlərinin görülməsini həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun xx.xx.2012-ci il tarixli əmri ilə MMC-nin baş mühəndisi vəzifəsinə təyin edilməklə, həmin vəzifədə işləyərkən xx.xx.2013-cü il tarixli MMC-nin direktoru tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən Aparılmalı işləri layihələşdirmək, texniki tapşırıqları tərtib etmək, lazım olan avadanlıqların işə cəlb edilməsini və istifadə olunmalı materialları təyin etməli, sifariş daxil olanda qeydiyyat aparmaq, obyektlərdə istifadə olunan texniki qurğuların və avadanlıqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə beynəlxalq standartlarla müəyyənləşdirilmiş qaydada aparılmasını icra etmək, texniki təhlükəsizlik və ekologiya sahəsində fəaliyyətin aparılması üçün xüsusin razılığın aparılmasına nəzarət etmək, obyektlərdə təhlükəsiz işlərin aparılması, habelə qəza və hadisə şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən texniki normativ sənədlərin tələblərinə uyğun işini qurmaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində həmin MMC-nin təsisçisi və direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və MMC-nin təsisçisi və direktor müavini vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ nömrəli qanununa və həmin qanuna 3 nömrəli əlavə ilə sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına, Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə ola bilən və dövriyyədə ola bilməsinə xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565-İİQ nömrəli qanununa, Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə ola bilən və dövriyyədə ola bilməsinə xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikası qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 26 nömrəli fərmanına, Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkminləşdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000ci il tarixli 310 nömrəli fərmanına, Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli fərmanına, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 292 nömrəli fərmanı ilə təsdiq edilmiş mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi qaydalarına, “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə şərtlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2006-cı il tarixli qərarına əsasən partlayıcı maddələrin istehsal və satışı dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri tərəfindən həyata keçirilməli olduğu, eləcə də, MMCnin Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X8 Agentliyi tərəfindən verilmiş 18 oktyabr 2011-ci il tarixli mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə (partlayış materialları) dair xüsusi icazə əsasında dağ-mədən sahələrində istifadə olunan bütün partlayıcı maddələrin və partlayıcı vasitələrin istehsal və satışı istisna olmaqla, partlayıcı materialların dövriyyəsinə dair hüququ nəzərdə tutulduğu halda, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən anbar məqsədilə icarəyə götürdükləri Goranboy rayonu, Qazanbulaq qəsəbəsində yerləşən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansında olan qeyri-yaşayış sahəsində 2022-ci ilin yanvar ayından xx.xx.2022-ci il tarixədək olan müddətdə vahid niyyətlə istintaqa məlum olmayan şəxsdən (şəxslərdən) aldıqları ammonium-nitrat və dizel yanacağından istifadə etməklə göstərişləri əsasında cinayətdən xəbərsiz Cəmiyyətin işçiləri tərəfindən qarışdırılaraq 10.000 kiloqram partlayıcı maddə hesab edilən "xxxx" maddəsinin hazırlanmasını təmin etmiş, həmin hərəkətləri ilə sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə öz səlahiyyətləri daxilində X4nə, partlayış və pirotexnik materialların, partlayış tərkibli məmulatların saxlanmasına, işlədilməsi və uçotuna dair qaydaların və normaların, texniki təhlükəsizlik haqqında qanunvericiliyin pozulması üzrə dövlətin və cəmiyyətin qanunla qorunan hüquqlarına və mənafelərinə qabaqcaqdan əlbir olan bir qrup şəxs halında mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında partlayıcı maddəni hazırlamışdır. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.2.1 və 308.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında partlayıcı maddə hazırlamışdır. Belə ki, o, xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyat idarəsində ********** VÖEN nömrəsi ilə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 4rtlayış texniki xidmətlərinin görülməsini həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun xx.xx.2012-ci il tarixli əmri ilə MMC-nin direktor müavini vəzifəsinə təyin edilməklə, həmin vəzifədə işləyərkən xx.xx.2013-cü il tarixli MMC-nin direktoru tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən Cəmiyyətin maddi-texniki təchizat məsələləri ilə bağlı siyasətini tərtib etmək, maddi resurslara olan tələbatları müəyyənləşdirərək ehtiyatların planlamasını həyata keçirmək, keyfiyyət, çatdırılma müddəti və şərtləri, qiymət və digər kriteriyalara əsasən tədarükçü axtarışlarına rəhbərlik etmək, onlarla əlaqə yaratmaq, onları dəyərləndirmək, sifarişlərin yerləşdirilməsi, çatdırılma şərtləri və müddəti haqqında danışıqlar aparmaq, daxil olan malların qəbuluna nəzarət etmək, şöbələrdən mal alışı üçün daxil olan istək formalarının tərtib olunması işinə nəzarət etmək və bu istəklərin vaxtında və tam həcmdə yerinə yetirilməsini təmin etmək, tabeçiliyində olan işçilərə göstərişlər vermək və onların yerinə yetirilməsinə nəzarət etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində həmin MMC-nin təsisçisi və direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və MMC-nin təsisçisi və baş mühəndis vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ nömrəli qanununa və həmin qanuna 3 nömrəli əlavə ilə sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına, Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə ola bilən və dövriyyədə ola bilməsinə xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565-İİQ nömrəli qanununa, Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə ola bilən və dövriyyədə ola bilməsinə xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikası qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 26 nömrəli fərmanına, Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkminləşdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 310 nömrəli fərmanına, Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli fərmanına, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 292 nömrəli fərmanı ilə təsdiq edilmiş mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi qaydalarına, “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə şərtlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2006-cı il tarixli qərarına əsasən partlayıcı maddələrin istehsal və satışı dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri tərəfindən həyata keçirilməli olduğu, eləcə də, MMC-nin Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X8 Agentliyi tərəfindən verilmiş 18 oktyabr 2011-ci il tarixli mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə (partlayış materialları) dair xüsusi icazə əsasında dağ-mədən sahələrində istifadə olunan bütün partlayıcı maddələrin və partlayıcı vasitələrin istehsal və satışı istisna olmaqla, partlayıcı materialların dövriyyəsinə dair hüququ nəzərdə tutulduğu halda, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən anbar məqsədilə icarəyə götürdükləri Goranboy rayonu, Qazanbulaq qəsəbəsində yerləşən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansında olan qeyri-yaşayış sahəsində 2022-ci ilin yanvar ayından xx.xx.2022-ci il tarixədək olan müddətdə vahid niyyətlə istintaqa məlum olmayan şəxsdən (şəxslərdən) aldıqları ammonium-nitrat və dizel yanacağından istifadə etməklə göstərişləri əsasında cinayətdən xəbərsiz Cəmiyyətin işçiləri tərəfindən qarışdırılaraq 10.000 kiloqram partlayıcı maddə hesab edilən "xxxx" maddəsinin hazırlanmasını təmin etmiş, həmin hərəkətləri ilə sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə öz səlahiyyətləri daxilində X4nə, partlayış və pirotexnik materialların, partlayış tərkibli məmulatların saxlanmasına, işlədilməsi və uçotuna dair qaydaların və normaların, texniki təhlükəsizlik haqqında qanunvericiliyin pozulması üzrə dövlətin və cəmiyyətin qanunla qorunan hüquqlarına və mənafelərinə qabaqcaqdan əlbir olan bir qrup şəxs halında mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında partlayıcı maddəni hazırlamışdır. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.2.1 və 308.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.2.1 və 308.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o ilk gündən ittihamla razı deyildir, bunun onun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. O heç bir qanun pozuntusuna yol verməmişdir. Onların xüsusi icazəsi və lisenziyaları var, ondan kənar heçnə etməmişdirlər. Onun vəzifə təlimatında da göstərilmişdir ki, o hansı işləri görə bilər. Hazırlanma məsələsinə gəldikdə, onlar bunu qanunsuz etməmişlər, xüsusi icazələrində bu qeyd olunmuşdur. 30 illik fəliyətində dağ-mədən partlama, qazma işlərində heç bir qanundan kənarlaşma olmamışdır, bundan sonra da olmayacaqdır. İlk gündən demişdir ki, o özünü təqsirli bilmir. Ona qarşı ittiham əsassız irəli sürülmüşdür, ona bəraət verilməsini xahiş edir. Məhkəmə baxışında ifadəsi tədqiq edildikdən sonra elan edilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.2.1 və 308.1-ci maddələri elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı şahid və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bildirmişdir ki, o, 2011-ci ildən hazıradək "xxxx" MMC-nin təsisçilərindən biri olmaqla, həmçinin MMC-nin direktoru vəzifəsində işləmişdir. Cəmiyyətin ondan başqa iki təsisçisi olmuş, təsisçilərdən Təqsirləndirilən şəxs2 Cəmiyyətin baş mühəndisi, digər təsisçi Təqsirləndirilən şəxs3 cəmiyyətin direktor müavini vəzifəsində işləmişdir. MMC-nin fəaliyyəti dağ-mədən və sair tələb olunan yerlərdə digər müəssisələrə sifariş əsasında qazma və partlayış texniki xidmətinin göstərilməsindən ibarət olmuşdur. MMC dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 28 noyabr 2016-cı il tarixli İN/L-2194/2016 nömrəli, təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınmasını isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 28 noyabr 2016-cı il tarixli İN/L-2194/2016 nömrəli lisenziyalar əsasında həyata keçirmişdir. Bundan başqa MMC Azərbaycan Respublikası FHN-in Sənayedə X4 və X8 Agentliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 13/1220 nömrəli xüsusi icazə əsasında partlayış materiallarının xarici ölkələrdən Azərbaycan Respublikasına gətirilməsi, istifadəsi, toplanması və daşınmasını həyata keçirmişdir. "xxxx" MMC tərəfindən ölkə daxilində dövlət əhəmiyyətli layihələrin icrasını həyata keçirən “Kolin” və “DKT” şirkətləri ilə müqavilə bağlanmış, mütəmadi olaraq müqavilə əsasında bir çox şirkətlərlə yanaşı həmin şirkətlərin tələb etdiyi yerlərdə partlayış işləri görmüşlər. Həmin partlayış işlərinin görülməsi üçün lazım olan partlayıcı maddələr Rusiya Federasiyasından və Türkiyə Respublikasından idxal olunmuş, idxal olunan partlayıcı maddələr şirkətin Goranboy rayonu Qazanbulaq qəsəbəsində icarəyə götürdüyü anbarda saxlanılmışdır. Qeyd olunan şirkətlər tərəfindən son zamanlar partlayış işlərinin görülməsi tələbi əvvəlki dövrlərə nisbətən dəfələrlə çox olduğundan "xxxx" MMC həmin partlayışların aparılması üçün zəruri olan partlayıcı vasitələri xarici ölkədən idxal edərkən gecikmələr yaranmış, həm də partlayış vasitələri və partlayış maddələrinin qiymətlərində əvvəlki dövrlərdən fərqli olaraq surətlə artım müşahidə edildiyinə görə faktiki şirkətdə olan partlayıcı maddələr tələb olunan sifarişlərin yerinə yetirilməsi üçün kifayət olmadığından, dövlət layihələrinin gecikməməsi üçün məcbur olub şirkətin təsisçiləri olaraq o, Təqsirləndirilən şəxs1 və Ramil Məmmədovla birlikdə 2022-ci ilin əvvəllərində kustar üsulla "xxxx" adlanan sadə zəif köməkçi maddəni hazırlayıb həmin partlayıcı maddədən istifadə etmək barədə qərara gəlmişdir. Buna görə də şirkətin Goranboy rayonu Qazanbulaq qəsəbəsində icarəyə götürdüyü anbarında gübrə və 5-7 faiz dizel yanacağından istifadə olunmaqla "xxxx"in hazırlanması həyata keçirilmiş, şirkət tərəfindən təsisçilərlə birgə tələb olunan işlərin vaxtında və tələb olunan keyfiyyətdə icra edilməsi üçün partlayıcı maddələrə əlavə olaraq azot gübrəsi və dizel yanacağı qatqısından istifadə edilməsi barədə razılıqları əsasında kustar üsulla "xxxx" adlanan sadə zəif partlayıcı köməkçi maddə hazırlanmasını həyata keçirmişlər. Onun bildiyinə görə "xxxx" adlanan sadə zəif partlayıcı köməkçi maddənin hazırlanması qadağan olunmuş fəaliyyət növü olmamışdır. "xxxx" özü özlüyündə partlayıcı maddə olmamışdır. O, uzun illər qeyd olunan sahədə mütəxəssis işlədiyi üçün həmin məlumatları öz sahəsi üzrə olan kitablardan oxuyaraq öyrənmiş, həm də uzun müddət bu sahədə təcrübəsi olduğuna görə sovet dövründə bu təcrübəni bilmişdir. Odur ki, ona bəraət verilməsini xahiş edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.2.1 və 308.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 həmin zaman ezamiyyətdə olmuşdur, Ramil də xəstə olmuşdur. Yüklər gəlmiş, gömrükdə qalmışdır. Rübabə xanımla, qızı ilə də əlaqə saxlaya bilməmişdir. Əvəllər də o bu maddələrlə çalışmışdır, həmişə istifadə etmişdir, buna xüsusi icazələri də vardır. O bu maddələrlə işləmişdir. Ona qarşı ittiham əsassız irəli sürülmüşdür, ona bəraət verilməsini xahiş edir. Məhkəmə baxışında ifadəsi tədqiq edildikdən sonra elan edilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.2.1 və 308.1-ci maddələri elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı şahid və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bildirmişdir ki, o, 2011-ci ildən hazıradək "xxxx" MMC-nin təsisçilərindən biri olmaqla, həmçinin müəssisənin baş mühəndisi vəzifəsində işləmişdir. Cəmiyyətin ondan başqa iki təsisçisi olmuş, təsisçilərdən Təqsirləndirilən şəxs1 Cəmiyyətin direktoru, digər təsisçi Təqsirləndirilən şəxs3 cəmiyyətin direktor müavini vəzifəsində işləmişdir. MMC-nin fəaliyyəti dağ-mədən və sair tələb olunan yerlərdə digər müəssisələrə sifariş əsasında qazma və partlayış texniki xidmətinin göstərilməsindən ibarət olmuşdur. MMC dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 28 noyabr 2016-cı il tarixli İN/L-2194/2016 nömrəli, təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınmasını isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 28 noyabr 2016-cı il tarixli İN/L-2194/2016 nömrəli lisenziyalar əsasında həyata keçirmişdir. Bundan başqa MMC Azərbaycan Respublikası FHN-in Sənayedə X4 və X8 Agentliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 13/1220 nömrəli xüsusi icazə əsasında partlayış materiallarının xarici ölkələrdən Azərbaycan Respublikasına gətirilməsi, istifadəsi, toplanması və daşınmasını həyata keçirmişdir. "xxxx" MMC tərəfindən ölkə daxilində dövlət əhəmiyyətli layihələrin icrasını həyata keçirən “Kolin” və “DKT” şirkətləri ilə müqavilə bağlanmış, mütəmadi olaraq müqavilə əsasında bir çox şirkətlərlə yanaşı həmin şirkətlərin tələb etdiyi yerlərdə partlayış işləri görmüşlər. Həmin partlayış işlərinin görülməsi üçün lazım olan partlayıcı maddələr Rusiya Federasiyasından və Türkiyə Respublikasından idxal olunmuş, idxal olunan partlayıcı maddələr şirkətin Goranboy rayonu Qazanbulaq qəsəbəsində icarəyə götürdüyü anbarda saxlanılmışdır. Qeyd olunan şirkətlər tərəfindən son zamanlar partlayış işlərinin görülməsi tələbi əvvəlki dövrlərə nisbətən dəfələrlə çox olduğundan "xxxx" MMC həmin partlayışların aparılması üçün zəruri olan partlayıcı vasitələri xarici ölkədən idxal edərkən gecikmələr yaranmış, həm də partlayış vasitələri və partlayış maddələrinin qiymətlərində əvvəlki dövrlərdən fərqli olaraq surətlə artım müşahidə edildiyinə görə faktiki şirkətdə olan partlayıcı maddələr tələb olunan sifarişlərin yerinə yetirilməsi üçün kifayət olmadığından, dövlət layihələrinin gecikməməsi üçün məcbur olub şirkətin təsisçiləri olaraq o, Təqsirləndirilən şəxs1 və Ramil Məmmədovla birlikdə 2022-ci ilin əvvəllərində kustar üsulla "xxxx" adlanan sadə zəif partlayıcı köməkçi maddə hazırlayıb sifarişlərin icrası üçün həmin partlayıcı maddədən istifadə etmək barədə qərara gəlmişlər. Buna görə də şirkətin Goranboy rayonu Qazanbulaq qəsəbəsində icarəyə götürdüyü anbarında "xxxx" hazırlanmasını həyata keçirmişlər. "xxxx" hazırlanması üçün gübrə və 5-7 faiz dizel yanacağından istifadə olunmuşdur. Şirkət tərəfindən təsisçilərlə birgə tələb olunan işlərin vaxtında və tələb olunan keyfiyyətdə icra edilməsi üçün partlayıcı maddələrə əlavə olaraq azot gübrəsi və dizel yanacağı qatqısından istifadə edilməsi barədə razılıqları əsasında kustar üsulla "xxxx" adlanan sadə zəif partlayıcı köməkçi maddə hazırlanmasını həyata keçirmişlər. Onun bildiyinə görə "xxxx" adlanan sadə zəif partlayıcı köməkçi maddənin hazırlanması qadağan olunmuş fəaliyyət növü olmamışdır. "xxxx" özü özlüyündə partlayıcı maddə olmamışdır. O, uzun illər qeyd olunan sahədə mütəxəssis işlədiyi üçün həmin məlumatları öz sahəsi üzrə olan kitablardan oxuyaraq öyrənmiş, həm də uzun müddət bu sahədə təcrübəsi olduğuna görə sovet dövründə bu təcrübəni bilmişdir. Baxış zamanı aşkarlanan partlayıcı maddənin hazırlanması və partlayış halına qədər olan proses ondan ibarət olmuşdur ki, təxminən 100 kq azot gübrəsinə 3-4 l dizel yanacağı qatılıb qarışdırılaraq quru məhlul əmələ gəlmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.2.1 və 308.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, iqdanitin istifadəsinə onlarda xüsusi icazə vardır. İqdanit bir sutka ərzində istifadə edilməlidir, edilmədikdə keyfiyyətini itirir. Hazır vəziyyətdə gətirilir, müəyyən qatqılar olunur, sonra istifadə olunur. Onlar xaricdən çox maddələr idxal edirlər. Özləri də partlayışlar üçün istifadə edirlər. Partlayışı sırf özləri icra edirlər. Ona qarşı ittiham əsassız irəli sürülmüşdür, ona bəraət verilməsini xahiş edir. Məhkəmə baxışında ifadəsi tədqiq edildikdən sonra elan edilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.2.1 və 308.1-ci maddələri elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı şahid və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bildirmişdir ki, o, 2011-ci ildən hazırkı vaxtadək təsisçisi olduğu "xxxx" MMC-nin direktor müavini vəzifəsində işləmişdir. Cəmiyyətin ondan başqa iki təsisçisi olmuş, təsisçilərdən Təqsirləndirilən şəxs1 Cəmiyyətin direktoru, digər təsisçi Təqsirləndirilən şəxs2 cəmiyyətin baş mühəndisi vəzifəsində işləmişdir. MMC-nin fəaliyyəti dağ-mədən və sair tələb olunan yerlərdə digər müəssisələrə sifariş əsasında qazma və partlayış texniki xidmətinin göstərilməsindən ibarət olmuşdur. MMC dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 28 noyabr 2016-cı il tarixli İN/L-2194/2016 nömrəli, təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınmasını isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 28 noyabr 2016-cı il tarixli İN/L-2194/2016 nömrəli lisenziyalar əsasında həyata keçirmişdir. Bundan başqa MMC Azərbaycan Respublikası FHN-in Sənayedə X4 və X8 Agentliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 13/1220 nömrəli xüsusi icazə əsasında partlayış materiallarının xarici ölkələrdən Azərbaycan Respublikasına gətirilməsi, istifadəsi, toplanması və daşınmasını həyata keçirmişdir. Müəssisə tərəfindən görülən işlərin təşkil olunma qaydası, partlayış işi üçün müraciət edən müəssisələr ilə danışıqlar aparılması, tələb olunan partlayış üçün qiymət razılığının əldə olunması, habelə, müəssisənin maliyyə, mühasibatlıq və kadr məsələləri şirkətin təsisçilərindən biri olmaqla həm də şirkətin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 tərəfindən həyata keçirilmiş, Təqsirləndirilən şəxs2 isə baş mühəndis vəzifəsində işləməklə vəzifəsi bütün təlimatlara və normativ qaydalara uyğun olaraq qazma partlayış işlərin aparılmasına rəhbərlik etmək olmuşdur. "xxxx" MMC tərəfindən ölkə daxilində dövlət əhəmiyyətli layihələrin icrasını həyata keçirən “Kolin” və “DKT” şirkətləri ilə müqavilə bağlanmış, mütəmadi olaraq müqavilə əsasında bir çox şirkətlərlə yanaşı həmin şirkətlərin tələb etdiyi yerlərdə partlayış işləri görmüşlər. Həmin partlayış işlərinin görülməsi üçün lazım olan partlayıcı maddələr Rusiya Federasiyasından və Türkiyə Respublikasından idxal olunmuş, idxal olunan partlayıcı maddələr şirkətin Goranboy rayonu Qazanbulaq qəsəbəsində icarəyə götürdüyü anbarda saxlanılmışdır. Qeyd olunan şirkətlər tərəfindən son zamanlar partlayış işlərinin görülməsi tələbi əvvəlki dövrlərə nisbətən dəfələrlə çox olduğundan "xxxx" MMC həmin partlayışların aparılması üçün zəruri olan partlayıcı vasitələri xarici ölkədən idxal edərkən gecikmələr yaranmış, həmdə partlayış vasitələri və partlayış maddələrinin qiymətlərində əvvəlki dövrlərdən fərqli olaraq surətlə artım müşahidə edildiyinə görə faktiki şirkətdə olan partlayıcı maddələr tələb olunan sifarişlərin yerinə yetirilməsi üçün kifayət olmadığından, dövlət layihələrinin gecikməməsi üçün məcbur olub şirkətin təsisçiləri olaraq o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə birlikdə 2022-ci ilin əvvəllərində kustar üsulla "xxxx" adlanan sadə zəif partlayıcı köməkçi maddə hazırlayıb sifarişlərin icrası üçün həmin partlayıcı maddədən istifadə etmək barədə qərara gəlmişlər. Buna görə də şirkətin Goranboy rayonu Qazanbulaq qəsəbəsində icarəyə götürdüyü anbarında "xxxx" hazırlanmasını həyata keçirmişlər. "xxxx" hazırlanması üçün gübrə və 5-7 faiz dizel yanacağından istifadə olumuşdur. Şirkətin təsisçilərlə birgə tələb olunan işlərin vaxtında və tələb olunan keyfiyyətdə icra edilməsi üçün partlayıcı maddələrə əlavə olaraq azot gübrəsi və dizel yanacağı qatqısından istifadə edilməsi barədə razılıqları əsasında kustar üsulla "xxxx" adlanan sadə zəif partlayıcı köməkçi maddə hazırlanmasını həyata keçirmişlər. Onun bildiyinə görə "xxxx" adlanan sadə zəif partlayıcı köməkçi maddənin hazırlanması qadağan olunmuş fəaliyyət növü olmamışdır. "xxxx" özü özlüyündə partlayıcı maddə olmamışdır. O, uzun illər qeyd olunan sahədə mütəxəssis işlədiyi üçün həmin məlumatları öz sahəsi üzrə olan kitablardan oxuyaraq öyrənmiş, həm də uzun müddət bu sahədə təcrübəsi olduğuna görə sovet dövründə bu təcrübəni bilmişdir. Baxış zamanı aşkarlanan partlayıcı maddənin hazırlanması və partlayış halına qədər olan proses ondan ibarət olmuşdur ki, təxminən 100 kq azot gübrəsinə 3-4 l dizel yanacağı qatılıb qarışdırılaraq quru məhlul əmələ gəlmişdir. O, ifadəsində təsisçisi olduğu və direktor müavini vəzifəsində işlədiyi "xxxx" MMC-nin partlayıcı maddə hazırlamaq üçün müvafiq lisenziyasının olmadığını, müəssisələrlə bağlanmış müqavilələrdə tələb olunan iş üzrə neçə kiloqram partlayıcı maddənin istifadə edilməsi qeyd olunmadığına görə həmin müəssisələrin partlayıcı maddələrin tərkibi barədə məlumatı olmadığını, iqdanit adlı partlayıcı maddənin hazırlanmasını praktiki olaraq həyata keçirən MMC-nin işçilərinin həmin maddənin hazırlanması üçün şirkətin müvafiq lisenziyasının olub-olmaması barədə məlumatlarının olmadığını da bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X8 Agentliyinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə izahatında bildrimişdir ki, Azərbaycan Respublikasının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X8 Agentliyinin rəsmi məktubunda suallara cavab verilmişdir və ifadəsi ilə həmin faktları təsdiq edir. Yəni tərkibi 96% ammonyak şorasından və 4% dizel yanacağından ibarət olan "xxxx" partlayıcı qarışığının hazırlanması və istifadəsi üçün xüsusi icazə tələb edilir; mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (partlayış materiallarının) dövriyyəsinə xüsusi icazə almış hüquqi şəxslər "xxxx" partlayıcı qarışığını hazırlaya və istifadə edə bilər; partlayış materiallarının istehsalı daha mürəkkəb texnoloji mərhələləri özündə ehtiva edən və xüsusi qurğuların, avadanlıqların vasitəsilə həyata keçirilən prosesdir: partlayış materiallarının hazırlanması isə daha sadə üsulla həyata keçirilir: "xxxx" bir qayda olaraq dağ-mədən işlərində istifadə olunmaq üçün hazırlanan qarışıqdır və onun bu sahədə istifadəsinə qanunvericilikdə qadağa nəzərdə tutulmayıb; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X8 Agentliyi tərəfindən verilən “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (partlayış materialları) dövriyyəsinə Xüsusi icazə” partlayış materiallarının dövriyyəsinin müxtəlif elementlərini (istehsalı, hazırlanması, emalı, idxalı, ixracı, satışı, saxlanması, daşınması, istifadəsi, ləğvi, utilizasiyası və s.) özündə ehtiva edir. Lakin qanunvericilikdə bu elementlərdən bır çoxunun həyata keçirilməsi üçün əlavə tələblər müəyyənləşdirilmişdir. Belə ki, partlayıcı maddələrin istehsalı və satışı “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 mart 2000-cı il tarixli, 310 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan Əlavə Şərtlər”in tələblərinə əsasən dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr tərəfindən həyata keçirilir. Eyni zamanda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təhlükəli yüklərin daşınması lisenziya tələb olunan fəaliyyət növüdür. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”nın Qeyd hissəsində göstərildiyi kimi partlayış maddələrinin idxal-ixrac əməliyyatları “Azərbaycan Respublikasında xarici ticarətin daha liberallaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarı 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi haqqında Qaydalar”ın 7-ci bəndinə əsasən müstəsna olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları əsasında həyata keçirilir. Həmçinin müdafiə tərəfinin verdiyi suala cavab olaraq bildirmişdir ki, belə çıxır ki, "xxxx" MMC partlayıcı maddə hazırlaya bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdən hal-hazırkı vaxtadək "xxxx" MMC-nin Goranboy rayonu, Qazanbulaq kəndi ərazisində yerləşən anbarında anbardar vəzifəsində işləmişdir. Ondan başqa anbarda fəhlələr işləmişdir. Onun vəzifəsi MMC-nin Rusiya Federasiyası və Türkiyə Respublikasından idxal etdiyi partlayıcı maddələrin anbara qəbul edilməsi, yerləşdirilməsi, qəbul edilmiş malların sayılması, inventarizasiyası, sonradan regionlarda qazma partlayış işlərində istifadə edilməsi üçün partlayıcı maddələrin göndərilməsindən ibarət olmuşdur. O, anbara daxil olan və çıxan partlayıcı maddələrin hər birinin Forma 1 kitabında qeydiyyatını aparmışdır. Qrammanit 79/21 markalı partlayıcı maddə Rusiya Federasiyasından idxal olunmuş, işlədiyi müddətdə həmin partlayıcı maddənin anbara gəlməsi gecikdiyi hallarda, eləcə də az sifariş olunduğuna görə şirkətin qazma partlayış işlərinin görülməsi üçün aldığı sifarişlərin icrasının gecikməməsi üçün rəhbərlikdən Təqsirləndirilən şəxs2 ona verdiyi tapşırıq əsasında kənd təsərrüfatında istifadə edilən gübrə ilə dizel yanacağı qarışdırılmaqla İqdanit adlı partlayıcı maddə hazırlanılmışdır. Ona həmin partlayıcı maddənin hazırlanma qaydasını Təqsirləndirilən şəxs2 öyrətmişdir. O, aldığı tapşırıq əsasında anbarın fəhlələrinə verdiyi tapşırıq əsasında İqdanit adlı partlayıcı maddə hazırlanmışdır. Anbarın ərazisində olan kənd təsərrüfatında istifadə olunan gübrə dəmir qaba töküldükdən sonra üzərinə dizel yanacağı əlavə edilib kürəklə bir neçə dəqiqə qarışdırdıqdan sonra hazırlanmış iqdanit maddəsi yüngül olması və sahədə daşınmasının asan olmasından ötrü hər birində 25 kq olmaqla kisələrə yığılmışdır. DTX-nin əməkdaşları tərəfindən anbarda keçirilən əməliyyat axtarış tədbiri nəticəsində kustar üsulla hazırlanmış iqdanit aşkar edilmişdir. Həmin vaxtı İqdanit maddəsinin çəkisinin kisələrin sayına görə ümumilikdə 10.000 kiloqram olması qeyd edilmişdir. Hazırda orada olan iqdanitin tam çəkisi 8.900 kiloqramdır. Həmin İqdanit maddələr xx.xx.2022-ci il tarixdə anbarda hazırlanmışdır. İqdanitlər Qrammanit 79/21 markalı partlayıcı maddənin əvəzedicisi kimi işlədilmişdir. Anbara daxil olan və çıxan malların qeydiyyatını apardığı son kitab xx.xx.2022-ci il tarixdən başlanılmış, həmin tarixə Qrammanit 79/21 markalı partlayıcı maddə anbarda olmamışdır. X5 rayonundakı sement zavodun və Goranboy rayonu Ağcakənddə fəaliyyət göstərən avanqard şirkətinin və digər şirkətlərin sifarişləri üçün istifadə edilmişdir. Anbarda aşkar edilən digər partlayıcı maddələrin anbara daxil olan və çıxan malların qeydiyyatının aparıldığı kitabda qeydiyyatı aparılmış, baxış zamanı bütün aşkar olunanlar qeyd olunan kitabda olmuşdur. O, ifadəsində "xxxx" MMC-nin partlayıcı maddələrin hazırlanması barədə müvafiq dövlət müəssisəsi tərəfindən hər-hansı lisenziyasının olub-olmaması barədə məlumatı olmadığını, İqdanit adlı partlayıcı maddənin satışının həyata keçirilmədiyini, MMC-nin qazma partlayış işlərindən istifadə edilməsi üçün hazırlanıldığını, İqdanitdən başqa hər-hansı partlayıcı maddə hazırlanmadığını, İqdanit adlanan partlayıcı maddənin təxminən 2022-ci ilin iyun-iyul ayında anbarda Qrammanit 79/21 partlayıcı maddənin əvəzedicisi kimi hazırlandığını da bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 sentyabr 2022-ci il tarixdən hal-hazırkı vaxtadək "xxxx" MMC-nin Goranboy rayonu, Qazanbulaq kəndi ərazisində yerləşən anbarda fəhlə işləyir. Onun vəzifəsi anbara daxil olan maşınlardan yüklərin boşaldılması, sonradan digər rayonlarda qazma-partlayış işlərinin görülməsi üçün tələb olunan partlayıcı maddələrin hazırlanması, daşınmasından ibarət olmuşdur. Partlayıcı maddələrdən yalnız bir növ partlayıcı maddə kustar üsulla hazırlanmışdır. Anbarda onların rəhbəri Şahid1 olmuşdur. Bütün işlərin görülməsini onlara Pərviz Cümşüdoğlu tapşırmışdır. Pərviz Cümşüdoğlunun tapşırığı əsasında quyuların partladılmasından istifadə edilməsi üçün anbarın ərazisində onlar tərəfindən 50 kq çəkisi olan 01 kisədə gübrəni anbarın ərazisində olan kustar üsulla hazırlanmış dəmir qaba töküb, onun üzərinə 1-1,5 litr dizel yanacağı əlavə edib kürəklə bir neçə dəqiqə qarışdırdıqdan sonra 02 ədəd kisəyə, hər birinə 25 kiloqram olmaqla yığılır. Bu minvalda gün ərzində sayını xatırlamasa da çoxlu sayda qeyd etdiyi üsulla partlayıcı maddələr hazırlanmışdır. Qeyd edilən partlayıcı maddələrin hazırlanmasını anbarda ondan başqa digər fəhlələr də həyata keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Mən 2021-ci ilin avqust ayından hal-hazırkı vaxtadək "xxxx" MMC- nin Goranboy rayonunun Qazanbulaq kəndi ərazisində yerləşən anbarında fəhlə işləyir. Onun vəzifəsi anbara daxil olan maşınlardan yüklərin boşaldılması, sonradan digər rayonlarda qazmapartlayış işlərinin görülməsi üçün tələb olunan partlayıcı maddələrin hazırlanması, daşınmasından ibarət olmuşdur. Partlayıcı maddələrdən yalnız bir növ partlayıcı maddə kustar üsulla hazırlanmışdır. Anbarda onların rəhbəri Şahid1 olmuşdur. Bütün işlərin görülməsini onlara Pərviz Cümşüdoğlu tapşırmışdır. Pərviz Cümşüdoğlunun tapşırığı əsasında quyuların partladılmasından istifadə edilməsi üçün anbarın ərazisində onlar tərəfindən 50 kilqoram çəkisi olan 01 kisədə gübrəni anbarın ərazisində olan kustar üsulla hazırlanmış dəmir qaba töküb, onun üzərinə 1-1,5 litr dizel yanacağı əlavə edib kürəklə bir neçə dəqiqə qarışdırdıqdan sonra 02 ədəd kisəyə, hər birinə 25 kilorqam olmaqla yığılır. Bu minvalda gün ərzində sayını xatırlamasa da çoxlu sayda qeyd etdiyi üsulla partlayıcı maddələr hazırlanmışdır. Qeyd edilən partlayıcı maddələrin hazırlanmasını anbarda ondan başqa digər fəhlələr də həyata keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayından hal-hazırkı vaxtadək "xxxx" MMC-nin Goranboy rayonunun Qazanbulaq kəndi ərazisində yerləşən anbarında fəhlə işləyir. Onun vəzifəsi anbara daxil olan maşınlardan yüklərin boşaldılması, sonradan digər rayonlarda qazma-partlayış işlərinin görülməsi üçün tələb olunan partlayıcı maddələrin hazırlanması, daşınmasından ibarət olmuşdur. Partlayıcı maddələrdən yalnız bir növ partlayıcı maddə kustar üsulla hazırlanmışdır. Anbarda onların rəhbəri Şahid1 olmuşdur. Bütün işlərin görülməsini onlara Pərviz Cümşüdoğlu tapşırmışdır. Pərviz Cümşüdoğlunun tapşırığı əsasında quyuların partladılmasında istifadə edilməsi üçün anbarın ərazisində onlar tərəfindən 50 kilqoram çəkisi olan 01 kisədə gübrəni anbarın ərazisində olan kustar üsulla hazırlanmış dəmir qaba töküb, onun üzərinə 1-1,5 litr dizel yanacağı əlavə edib kürəklə bir neçə dəqiqə qarışdırdıqdan sonra 02 ədəd kisəyə, hər birinə 25 kiloqram olmaqla yığılır. Bu minvalda gün ərzində sayını xatırlamasa da çoxlu sayda qeyd etdiyi üsulla partlayıcı maddələr hazırlanmışdır. Qeyd edilən partlayıcı maddələrin hazırlanmasını anbarda ondan başqa digər fəhlələr də həyata keçirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş məhkəmə-kimyəvi və ballistik ekspertizasının 16 mart 2023-cü il tarixli 6/1127; 3/359 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş sarımtıl rəngli dənəvari maddə kimyəvi tərkibinə görə ammonium-nitratdır. Tədqiqata təqdim olunmuş sarımtıl rəngli dənəvari maddə tezalışan neft məhsuluna – dizel yanacağına məxsus izlər vardır. Tədqiqata təqdim edilmiş bir ədəd polietilen qablaşmada olan maddə ammonium nitrat və dizel yanacağının qarışımından ibarət olan "xxxx" maddəsidir, partlayıcı maddə hesab edilir, dağ-mədən sənayesində, kömür sənayesində və s. partlayıcı maddə kimi istifadə edilir. Təqdim edilmiş vəziyyətdə partlamır, yalnız güclü partlayıcı maddələr olan detonatorlarla (trotil, tetril şaşkası, ammonit, detonit və s) təsir etdikdə partlayır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş məhkəmə-kimyəvi və ballistik ekspertizasının 16 mart 2023-cü il tarixli 6/1127; 3/359 nömrəli rəyi üzrə ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 160 manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş 15 noyabr 2022-ci il tarixli baxış protokolundan görünür ki, "xxxx" MMC-nin Goranboy rayonu, Qazanbulaq qəsəbəsində yerləşən anbarın çardağ hissəsində 50 kq kisələrdə olmaqla 10.000 kiloqram çəkidə dizel yanacağı ilə qarışdılması ehtimal olunan ammonium-nitrat (azot) maddəsinə bənzər maddə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş 15 noyabr 2022-ci il tarixli baxış protokolları ilə götürülmüş sənədlərə, noutbuka, 06 ədəd prosessora, qeyd kitabçalarına, möhürlərə, müqavilələrə baxış keçirilməsi haqqında 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X8 Agentliyi tərəfindən verilmiş 18 oktyabr 2011-ci il tarixli xüsusi icazə ilə "xxxx" MMCyə mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə (partlayış materialları) dair müddətsiz xüsusi icazə verilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli İN/L-367/2016 nömrəli lisenziya ilə "xxxx" MMCyə təhlükəli yüklərin nəqliyyat vasitələri ilə daşınmasını həyata keçirmək hüququ verilmiş, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli İN/L-2194/2016 nömrəli lisenziya ilə "xxxx" MMC-yə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasını həyata keçirmək hüququ verilmişdir. Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X8 Agentliyinin təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə xx.xx.2022-ci il tarixli A-13874 nömrəli çıxarışından görünür ki, hüquqi şəxs tərəfindən istismar edilən təhlükə potensiallı obyektlər, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, təhlükə potensiallı obyektlərin dövlət reyestrində alınmışdır. Həmin obyektlərin içərisində Goranboy rayonu, Qazanbulaq qəsəbəsində yerləşən partlayış materialı anbarı da vardır. Bununla yanaşı həmin siyahıda partlayıcı materialları daşıyan avtomobillər, qazma qurğuları və sair vardır. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışından görünür ki, "xxxx" MMC xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyat idarəsində ********** VÖEN nömrəsi ilə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 5-partlayış texniki xidmətlərinin görülməsini həyata keçirir, nizamnamə kapitalı 150 manatdır, təsisçiləri hər birinə 1 pay olmaqla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2dur. Partlayış maddələrinin mədaxil və partlayış materialların sərfinə dair qeydlərin aparıldığı kitabda İqdanit partlayıcı maddənin mədaxil və sərf olunmasına dair qeyd aparılmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X8 Agentliyi tərəfindən verilmiş 18 oktyabr 2011-ci il tarixli xüsusi icazədən görünür ki, "xxxx" MMC-yə mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə (partlayış materialları) dair xüsusi icazə verilmiş, həmin icazə müddətsiz olaraq verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli İN/L-367/2016 nömrəli lisenziyadan görünür ki, "xxxx" MMC-ə təhlükəli yüklərin nəqliyyat vasitələri ilə daşınmasını həyata keçirmək hüququ vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli İN/L-2194/2016 nömrəli lisenziyadan görünür ki, "xxxx" MMC dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasını həyata keçirə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş “Respublika Psixatrik Xəstəxanası” X11 daxil olmuş xx.xx.2023-cü il tarixli 1654 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan xəstəxanada müalicə olmamışdırlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Daxili İşlər Nazirliyindən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdırlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X8 Agentliyi Azərbaycan X10 və Təhlükəsizlik texnikası Elmi-Tədqiqat İnsitutunun xx.xx.2022-ci il tarixli xx/xx-13104 nömrəli məktubundan görünür ki, Qranit QP MMC-nin partlayıcı maddələrin kustar üsul ilə hazırlanması, Goranboy rayonu Qazanbulaq qəsəbəsində icarəyə götürülən anbardan 500-600 metr məsafədə stasionar məntəqədə qurulmuş çardağ altında üstündə ammonium-nitrat (selitra ammiaçnaə) sözləri yazılmış kisələrdə azot gübrəsinə bənzər maddə aşkar olunmuşdur. Kisələrə yığılmış ammonium-nitrata bənzər sarımtıl rəngli, dənəvar kimyəvi maddənin dizel yanacağı ilə qarışdılmış olduğu ehtimal olunur. ammonium-nitrat 4%-7% dizel yanacağı ilə qarışdırıldıqda "xxxx" adlı zəif partlayıcı maddə əldə edilir. İqdanit özü-özlüyündə təhlükəli sayılmır, lakin hər-hansı detonatorla yumşaq süxurlarda quyularda partlayıcı maddə kimi istifadə olunur. İqdanitin partlayıcı kimi istifadəsi yalnız detonatorla yumşaq süxurlarda, quyularda partlayıcı maddə kimi istifadə olunur. İqdanitin partlayıcı kimi istifadəsi yalnız detonatorla yerinə yetirilir. İqdanit partlayıcı maddə kimi anbar ərazisində, stasionar məntəqələrdə və ya bir başa iş yerində hazırlana bilər. İqdanit hazırlandıqdan sonra 8 saat ərzində effektiv partlayış gücünü özündə saxlayır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X8 Agentliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-18-3/2-1784/23 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 192 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında verilməsi qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan şərtlər”ə uyğun olaraq, "xxxx" MMC mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (partlayış materialları) dövriyyəsinə 18 oktyabr 2011-ci il tarixli 13/1220 qeydiyyat nömrəsi ilə xüsusi icazə alınmışdır. Bu icazə dağ-mədən sahələrində istifadə olunan bütün partlayıcı maddələrin və partlayıcı vasitələrin yalnız istehsalı və satışı istisna olmaqla, dövriyyəsinə o cümlədən istifadəsinə hüquq verir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş "xxxx" MMC-nin 11 oktyabr 2011-ci il tarixli 001 nömrəli iclas protokolundan və 12 oktyabr 2011-ci il tarixli 01 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs1 MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş "xxxx" MMC-nin 05 yanvar 2012-ci il tarixli 1 nömrəli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 MMC-nin direktor müavini, Təqsirləndirilən şəxs2 isə MMC-nin baş mühəndis vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş xx.xx.2013-cü il tarixli MMC-nin direktoru tərəfindən təsdiq edilmiş vəzifə təlimatının surətindən görünür ki, MMC-nin direktor müavinin vəzifələrinə cəmiyyətin maddi-texniki təchizat məsələləri ilə bağlı siyasətini tərtib etmək, maddi resurslara olan tələbatları müəyyənləşdirərək ehtiyatların planlamasını həyata keçirmək, keyfiyyət, çatdırılma müddəti və şərtləri, qiymət və digər kriteriyalara əsasən tədarükçü axtarışlarına rəhbərlik etmək, onlarla əlaqə yaratmaq, onları dəyərləndirmək, sifarişlərin yerləşdirilməsi, çatdırılma şərtləri və müddəti haqqında danışıqlar aparmaq, daxil olan malların qəbuluna nəzarət etmək, şöbələrdən mal alışı üçün daxil olan istək formalarının tərtib olunması işinə nəzarət etmək və bu istəklərin vaxtında və tam həcmdə yerinə yetirilməsini təmin etmək, tabeçiliyində olan işçilərə göstərişlər vermək və onların yerinə yetirilməsinə nəzarət etmək aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş xx.xx.2013-cü il tarixli MMC-nin direktoru tərəfindən təsdiq edilmiş vəzifə təlimatının surətindən görünür ki, MMC-nin direktorunun vəzifələrinə Cəmiyyətin bütün struktur bölmələrinin işini planlaşdırmaq və təşkilati işlərini təmin etmək, cəmiyyətin fəaliyyəti ilə bağlı keyfiyyət, peşə təhlükəsizliyi və ətraf mühitin mühafizəsi ilə əlaqədar lazımı tədbirlər görmək, cəmiyyətin fəaliyyət imkanlarının və miqyasının genişləndirilməsi, yeniliklərin tətbiqi ilə bağlı qərarlar qəbul etmək, cəmiyyətin fəaliyyəti sahəsində normativ-metodiki bazanın inkişaf etdirilməsi və təcrübə mübadiləsi məqsədilə, aparıcı elmi mərkəzlə və müəssisələrlə əlaqələrin yaradılmasına rəhbərlik etmək, təhlükə potensiallı obyektlərin layihələşdirilməsinə, istismarına dair və istismara qəbul edilməsinə, texniki təhlükəsizlik tədbirlərinə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada aparılmasını təmin etmək aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş xx.xx.2013-cü il tarixli MMC-nin direktoru tərəfindən təsdiq edilmiş vəzifə təlimatının surətindən görünür ki, MMC-nin baş mühəndisinin vəzifələrinə aparılmalı işləri layihələşdirmək, texniki tapşırıqları tərtib etmək, lazım olan avadanlıqların işə cəlb edilməsini və istifadə olunmalı materialları təyin etməli, sifariş daxil olanda qeydiyyat aparmaq, obyektlərdə istifadə olunan texniki qurğuların və avadanlıqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə beynəlxalq standartlarla müəyyənləşdirilmiş qaydada aparılmasını icra etmək, texniki təhlükəsizlik və ekologiya sahəsində fəaliyyətin aparılması üçün xüsusin razılığın aparılmasına nəzarət etmək, obyektlərdə təhlükəsiz işlərin aparılması, habelə qəza və hadisə şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən texniki normativ sənədlərin tələblərinə uyğun işini qurmaq aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikasının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X8 Agentliyi tərəfimdən xx.xx.2023-cü il tarixli qərarla zərərçəkmiş şəxs, xx.xx.2023-cü il tarixli qərarla Nümayəndə qeyd olunan zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikasının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X8 Agentliyinin vəkil Müdafiəçi2 ünvanlanmış xx.xx.2023-cü il tarixli 3- 26/2-02/1852/23 saylı məktubundan görünür ki, İqdanit adlı partlayıcı maddə silah hesab edilmir. İqdanit adlı partlayıcı maddədən silah kimi istifadə olunmur. Azərbaycan Respublikası Prezidentinin 310 nömrəli 28 mart 2000-ci il tarixli Fərmanına əsasən döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr tərəfindən həyata keçirilir. İqdanit ikili təyinatlı məsul olmaqla dağ-mədən və sənayedə istifadə olunur. İkili təyinatlı məmulatlarla bağlı tənzimlənmə “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarı və digər əlaqəli qanunvericilik aktlarına uyğun həyata keçirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikasının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X8 Agentliyinin vəkil Müdafiəçi3 ünvanlanmış xx.xx.2023-cü il tarixli 3- 26/2-02/1853/23 saylı məktubundan görünür ki, İqdanit adlı partlayıcı maddə silah hesab edilmir. İqdanit adlı partlayıcı maddədən silah kimi istifadə olunmur. Azərbaycan Respublikası Prezidentinin 310 nömrəli 28 mart 2000-ci il tarixli Fərmanına əsasən döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr tərəfindən həyata keçirilir. İqdanit ikili təyinatlı məsul olmaqla dağ-mədən və sənayedə istifadə olunur. İkili təyinatlı məmulatlarla bağlı tənzimlənmə “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarı və digər əlaqəli qanunvericilik aktlarına uyğun həyata keçirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikasının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X8 Agentliyinin xx.xx.2023-cü il tarixli 3-18-3/2-10213/23 saylı Goranboy rayon məhkəməsinə ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X8 Agentliyi tərəfindən verilən “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (partlayış materialları) dövriyyəsinə Xüsusi icazə” partlayış materiallarının dövriyyəsinin müxtəlif elementlərini (istehsalı, hazırlanması, emalı, idxalı, ixracı, satışı, saxlanması, daşınması, istifadəsi, ləğvi, utilizasiyası və s.) özündə ehtiva edir. Lakin qanunvericilikdə bu elementlərdən bir çoxunun həyata keçirilməsi üçün əlavə tələblər müəyyənləşdirilmişdir. Belə ki, partlayıcı maddələrin istehsalı və satışı “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 mart 2000-ci il tarixli, 310 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan Əlavə Şərtlər’in tələblərinə əsasən dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr tərəfindən həyata keçirilir. Eyni zamanda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təhlükəli yüklərin daşınması lisenziya tələb olunan fəaliyyət növüdür. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”nın Qeyd hissəsində göstərildiyi kimi partlayıcı maddələrin idxal-ixrac əməliyyatları “Azərbaycan Respublikasında xarici ticarətin daha da iiberallaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi haqqında Qaydalar”ın 7-ci bəndinə əsasən müstəsna olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamlarına əsasən həyata keçirilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yuxarıda qeyd olunan səbəblərə görə partlayış materiallarının istehsalı ilə məşğul ola bilməz. Partlayış materiallarının istehsalı daha mürəkkəb texnoloji mərhələləri özündə ehtiva edən və xüsusi qurğuların, avadanlıqların vasitəsilə həyata keçirilən prosesdir. Partlayacı materialların hazırlanması isə daha sadə üsulla həyata keçirilir. Mülki dövriyyəsi məhdudlaşdırılmayan məhsulları sadəcə qarışdıraraq partlayıcı hala gətirmək partlayış materialının hazırlanması hesab olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikasının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X8 Agentliyinin xx.xx.2023-cü il tarixli 3-18-3/2-10212/23 saylı 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ünvanlanmış məktubundan görünür ki, tərkibi 96% ammonyak şorasından və 4% dizel yanacağından ibarət olan "xxxx" partlayıcı qarışığının hazırlanması və istifadəsi üçün xüsusi icazə tələb edilir; mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (partlayış materiallarının) dövriyyəsinə xüsusi icazə almış hüquqi şəxslər "xxxx" partlayıcı qarışığını hazırlaya və istifadə edə bilər; partlayış materiallarının istehsalı daha mürəkkəb texnoloji mərhələləri özündə ehtiva edən və xüsusi qurğuların, avadanlıqların vasitəsilə həyata keçirilən prosesdir: partlayış materiallarının hazırlanması isə daha sadə üsulla həyata keçirilir: "xxxx" bir qayda olaraq dağ-mədən işlərində istifadə olunmaq üçün hazırlanan qarışıqdır və onun bu sahədə istifadəsinə qanunvericilikdə qadağa nəzərdə tutulmayıb; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X8 Agentliyi tərəfindən verilən “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (partlayış materialları) dövriyyəsinə Xüsusi icazə” partlayış materiallarının dövriyyəsinin müxtəlif elementlərini (istehsalı, hazırlanması, emalı, idxalı, ixracı, satışı, saxlanması, daşınması, istifadəsi, ləğvi, utilizasiyası və s.) özündə ehtiva edir. Lakin qanunvericilikdə bu elementlərdən bır çoxunun həyata keçirilməsi üçün əlavə tələblər müəyyənləşdirilmişdir. Belə ki, partlayıcı maddələrin istehsalı və satışı “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 mart 2000-cı il tarixli, 310 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan Əlavə Şərtlər”in tələblərinə əsasən dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr tərəfindən həyata keçirilir. Eyni zamanda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təhlükəli yüklərin daşınması lisenziya tələb olunan fəaliyyət növüdür. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyala dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”nın Qeyd hissəsində göstərildiyi kimi partlay maddələrin idxal-ixrac əməliyyatları “Azərbaycan Respublikasında xarici ticarətin daha liberallaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarı 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi haqqında Qaydalar”ın 7-ci bəndinə əsasən müstəsna olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları əsasında həyata keçirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Nicat Plyus MTK-nın sədri tərəfindən verilmiş 25 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanında yaşayır. Müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 əsas xəstəliyin (vertigo) ağırlaşması ilə əlaqədar xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ambulator şəraitdə müalicə almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Zəngilan rayon İHB-nin Bartaz İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Həsənov X7 rayon Bartaz kənd sakini, məcburi köçkün, ünvan 8 ünvanında müvəqqəti məskunlaşmışdır. Müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş X16 tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 xəstəlik diaqnozu aşağıdakı kimidir: şəkərli diabet tip 2. Diabetik nefropotiya. Xroniki böyrək xəstəliyi. Dərəcə İİİ Anemiya. Ürəyin işemik xətəliyi. Arterial hipertenziya. Dislipidemiya. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş 55 saylı MKİS-nin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Nərimanov rayonu, X19 ünvanında məskunlaşmışdır. Müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş sübutların qiymətlərndirilmıəsi haqqında xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin Goranboy rayonu, Qazanbulaq qəsəbəsində yerləşən anbarında saxlanılması üçün təhvil verilmiş 10.000 kiloqram çəkidə "xxxx" partlayıcı maddə sübut kimi tanıınmış və qeyd olunan anbarda saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycanda Qadın Sahibkarlığının X2 Birliyinin Goranboy rayon məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 065/23 nömrəli məktubunda göstərilmişdir ki, yarandığı ilk gündən etibarən Qranit QP MMC-nin rəhbəri Təqsirləndirilən şəxs1 rəsmi olaraq Azərbaycanda Qadın Sahibkarlığının X2 Birliyi üzvlüyünə qəbul edilmiş və Azərbaycanda Qadın Sahibkarlığının X2 Birliyinin ictimai, sosial, iqtisadi tədbirlərində, layihələrində sahibkar olaraq fəal iştirak etmiş və dəstəyini əsirgəməmişdir. Təqsirləndirilən şəxs1 2011ci ildə yaradılmış qazma-partlayış xidmətləri göstərən Qranit QP MMC-nin təsisçilərindən biri və eyni zamanda direktorudur. O. Azərbaycanın yeraltı və yerüstü dag-mədən sahəsində qazma-partlayış işlərinə rəhbərlik etmə hüququna və bu sahədə 30 ildən artıq təcrübəyə malik yeganə qadın sahibkardır. Özünün xüsusi istedadı və bacarığı ilə Təqsirləndirilən şəxs1 bir çox qazma partlayış layihələrinin uğurla həyata keçirilməsinə nail olmuşdur. Onun şirkəti Azərbaycanın işğaldan azad olunan ərazilərində ilk gündən etibarən bir sıra Azərbaycan və Türkiyə şirkətləri ilə əməkdaşlıq edərək Zəfər yolu, X13 İimanı, Horadiz-Ağbənd dəmiryolu, X17 Limanı və s. layihələrində iştirak edir, yol infrastrukturu üçün sülhməramlı qazma-partlayiş xidmətləri göstərib, yolların, tunellerin çəkilməsində yekə dağ massivlərinin kiçik parçalara ayrmaqla yol çəkilişinə yararlı vəziyyətə gətirib çıxarır. Regionlarda hədəf qrupları üçün həyata keçirilən layihələr çərçivəsində mentor qismində çıxışçı olaraq Təqsirləndirilən şəxs1 çıxış etmişdir. Bundan əlavə olaraq 17-19 oktyabr 2019-cu il tarixində Rusiyanın Sankt- Peterburq şəhərində "Dünyanı dəyişən qadınlar" şüarı altında XXV Beynəlxalq qadınların konfransı, "Qarabağ incilərinin Avropa sədası" layihəsi çərçivəsində 4 noyabr 2022-ci il Fransanın paytaxtı Paris şəhərində “Qarabağ incilərinin Avropa sədası" adlı dəb sərgisində Azərbaycanda Qadın Sahibkarlığının X2 Birliyi heyətində təmsil olunub. Təqsirləndirilən şəxs1 “Regionda qadın sahibkarlar üçün yeni fiirsətsər və şəbəkələşmənin genişləndirilməsi” mövzusunda keçirilən konfransda Qusar, Quba, Xaçmaz və Siyəzən rayonlarda yaşayan qadın sahibkarlar iştirak edib. Respublikada dag-mədən sənayesininin işlənilməsində qazmapartlayış işləri aparan yeganə qadın sahibkar, həm də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvü olan R. Mürşüdovaya bu sahədə göstərdiyi xidmətlərə görə 2019-cu ildə Assosiasiyanın "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq İİ Forumunun "X18", Qarabağ ərazisində aparılan dövlət əhəmiyyətli layihələrdə göstərdiyi xidmətlərə görə isə 2022-ci ildə Assosiasiyanın “Sahibkarlar Günü" tədbiri çərçivəsində Qarabağda fəal sahibkarlıq fəaliyyətinə görə təltifləri olmuşdur. R. Mürşüdova rəhbərlik etdiyi təşkilatın fəaliyyətini sahibkarlığa dövlət dəstəyini həyata keçirən Kiçik və X14 Agentliyi (KOBİA) ilə daim əlaqələndirir ki, bunun da cəmiyyətin uğurlarında xüsusi yeri vardır. Əlaqəli fəaliyyətin nəticəsidir ki. R. X12 ilində AQSİA və KOBİA tərəfindən uğurlu fəaliyyətinə görə təltif olunmuşdur. AQSİA-nın 2500-ə yaxın üzvü olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs1 bu üzvlər arasında düzgün sahibkarlıq fəaliyyəti və könüllü dəstəkləri ilə xüsusi seçilir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.2.1 və 308.1-ci maddələri ilə elan olunmuş ittihamda özlərini təqsirli bilməsələr də, onların törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, elan olunmuş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Onların əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.2.1 və 308.1-ci maddələri ilə tövsif edilmişdir və onlar, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə baxışında, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara qarşı irəli sürülmüş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 229.2.1 və 308.1-ci maddələri olan ittiham üzrə özlərini təqsirli bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini təqsirli bilməməsi və özlərinin ibtidai araşdırma zamanı verdikləri ifadələrdən tam fərqli ifadələrin verilməsini təqsirləndirilən şəxslərin özlərini müdafiə etməyə yönəlmiş ifadələr kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxslərin özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, qabaqcadan əlbir olan bir qrup şəxs halında partlayıcı maddə hazırlaması tam təsdiqini tapmışdır. Təqsirləndirilən şəxslərin və müdafiəçilərinin Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X8 Agentliyi tərəfindən verilmiş 18 oktyabr 2011-ci il tarixli xüsusi icazəyə əsasən "xxxx" MMC-yə partlayıcı maddələrin hazırlanması səlahiyyətlərinin olmasına dair dəlillərinə məhkəmə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, istehsal hər hansı bir məhsulun və ya xidmətin yaradılması üçün hüquqi şəxsin və fiziki şəxsin təşkil etdiyi fəaliyyət prosesidir ki, istehsalat prosesində maşın, mexanizm, alətlər və insan əməyindən istifadə edilərək məhsul hazırlandığından hazırkı iş üzrə də insan əməyindən istifadə edilərək məhsulun ("xxxx" maddəsinin) hazırlanması ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.2.1-ci maddəsinin tərkib əlamətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2006-cı il tarixli qərarına əsasən partlayıcı maddələrin istehsal və satışı dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri tərəfindən həyata keçirilir. Bununla da təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ nömrəli qanununa və həmin qanuna 3 nömrəli əlavə ilə sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına, Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə ola bilən və dövriyyədə ola bilməsinə xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565-İİQ nömrəli qanununa, Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə ola bilən və dövriyyədə ola bilməsinə xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikası qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 26 nömrəli fərmanına, Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmi ləşdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 310 nömrəli fərmanına, Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli fərmanına, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 292 nömrəli fərmanı ilə təsdiq edilmiş mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi qaydalarına, “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə şərtlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2006-cı il tarixli qərarına əsasən partlayıcı maddələrin istehsal və satışı dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri tərəfindən həyata keçirilməli olduğu, eləcə də, MMCnin Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X8 Agentliyi tərəfindən verilmiş 18 oktyabr 2011-ci il tarixli mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə (partlayış materialları) dair xüsusi icazə əsasında dağ-mədən sahələrində istifadə olunan bütün partlayıcı maddələrin və partlayıcı vasitələrin istehsal və satışı istisna olmaqla, partlayıcı materialların dövriyyəsinə dair hüququ nəzərdə tutulduğu halda, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən anbar məqsədilə icarəyə götürdükləri Goranboy rayonu, Qazanbulaq qəsəbəsində yerləşən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansında olan qeyri-yaşayış sahəsində 2022-ci ilin yanvar ayından xx.xx.2022-ci il tarixədək olan müddətdə vahid niyyətlə aldıqları ammonium-nitrat və dizel yanacağından istifadə etməklə göstərişləri əsasında cinayətdən xəbərsiz Cəmiyyətin işçiləri tərəfindən qarışdırılaraq 10.000 kiloqram partlayıcı maddə hesab edilən "xxxx" maddəsinin hazırlanmasını təmin etmiş, həmin hərəkətləri ilə sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə öz səlahiyyətləri daxilində X4nə, partlayış və pirotexnik materialların, partlayış tərkibli məmulatların saxlanmasına, işlədilməsi və uçotuna dair qaydaların və normaların, texniki təhlükəsizlik haqqında qanunvericiliyin pozulması üzrə dövlətin və cəmiyyətin qanunla qorunan hüquqlarına və mənafelərinə qabaqcaqdan əlbir olan bir qrup şəxs halında mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında partlayıcı maddəni hazırlamışdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı qərarının 10-cu bəndinə əsasən Cinayət Məcəlləsinin 229-cu maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradan qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama (istehsal etmə) dedikdə, onların yaradılması, habelə başqa predmetlərin (məsələn, raket atanların, qaz, start və tikinti-montaj, məişət və idman təyinatlı inventarların) üzərində dəyişikliklər etmə nəticəsində onların odlu və ya soyuq silah, döyüş sursatı, yaxud partlayıcı maddə xüsusiyyətlərinə gətirilməsi başa düşülməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 229.2.1 və 308.1-ci maddələrinin tərkib əlamətləri mövcuddur və onlar barəsində itiham hökmü çıxarılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsi 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, yaşını, qadın olmasını, sahibkar qadın kimi dövlət və cəmiyyət tədbirlərində ictimai və faydalı əməyini, xəstəlikdən əziyyət çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təcrübəli və peşəkar mütəxəsis kimi uzunmüddətli səmərəli fəaliyyətini, işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarbağ iqtisadi rayonlarında dövlət əhəmiyyətli layihələrin vaxtında və mükəmməl icrasındakı uğurlu fəaliyyətini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, yaşını, uzun müddət məcburi köçkün həyatı yaşamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təcrübəli və peşəkar mütəxəsis kimi uzunmüddətli səmərəli fəaliyyətini, işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarbağ iqtisadi rayonlarında dövlət əhəmiyyətli layihələrin vaxtında və mükəmməl icrasındakı uğurlu fəaliyyətini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət əməli törətməsini, yaşını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, uzun müddət məcburi köçkün həyatı yaşamasını, ağır xəstəliklərdən əziyyət çəkməsini, təcrübəli və peşəkar mütəxəsis kimi uzunmüddətli səmərəli fəaliyyətini, işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarbağ iqtisadi rayonlarında dövlət əhəmiyyətli layihələrin vaxtında və mükəmməl icrasındakı uğurlu fəaliyyətini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını ağırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 229.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza aşağı həddə təyin edilməli, həmçinin Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 68.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları ilə qismən toplamaq yolu ilə onlara qəti cəzalar təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən əlavə cəza kimi dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsiyyətini, onların yaşını, səhhətini, ictimai, sosial, iqtisadi layihələrdə fəal iştirakını, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, iş üzrə yüngülləşdirici halların məcmusunu nəzərə alaraq onların cəza çəkmədən islah olunmasını mümkün hesab edərək təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onlara təyin edilmiş cəza şərti hesab edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, onların üzərinə, sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, ətrafdakılarla nümunəvi davranmaq və ictimai qaydalara riayət etmək vəzifələri qoyulmalı, barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 160 manat məbləğində pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr. Qeyd edilənləri nəzərə alaraq iş üzrə maddi sübut olan "xxxx" MMC-nin Goranboy rayonu, Qazanbulaq qəsəbəsində yerləşən anbarında saxlanılması üçün təhvil verilmiş 10.000 kiloqram çəkidə "xxxx" partlayıcı maddə xüsusi müsadirə edilməli və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 354, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 229.2.1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, həmin Məcəllənin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə uyğun olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən dörd gün islah işləri cəzasına bir gün azadlıqdan məhrumetmə cəzası hesablanmaqla, 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş 3 (üç) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə, sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, ətrafdakılarla nümunəvi davranmaq və ictimai qaydalara riayət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Bakı şəhəri Nizami Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 229.2.1ci maddələsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə, həmin Məcəllənin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə uyğun olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla 01 (bir) il 4 (dörd) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla 01 (bir) il 4 (dörd) ay müddətə islah işləri cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən dörd gün islah işləri cəzasına bir gün azadlıqdan məhrumetmə cəzası hesablanmaqla, 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 təyin olunmuş 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə, sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, ətrafdakılarla nümunəvi davranmaq və ictimai qaydalara riayət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 229.2.1ci maddələsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə, həmin Məcəllənin 308.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə uyğun olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-ci maddəsinə əsasən dörd gün islah işləri cəzasına bir gün azadlıqdan məhrumetmə cəzası hesablanmaqla, 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 1 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs3 təyin olunmuş 3 (üç) il 1 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə, sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, ətrafdakılarla nümunəvi davranmaq və ictimai qaydalara riayət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Abşeron Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə ekspertiza tədqiqatının dəyəri 160 manat məbləğində pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut olan "xxxx" MMC-nin Goranboy rayonu, Qazanbulaq qəsəbəsində yerləşən anbarında saxlanılması üçün təhvil verilmiş 10.000 kiloqram çəkidə "xxxx" partlayıcı maddə xüsusi müsadirə edilsin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə təhvil verilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar