Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-52/2025 20.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1955-ci il tarixdə Kəlbəcər rayonu İlyaslar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmamış, işləməyən, Kəlbəcər rayonu İlyaslar kəndində qeydiyyatda olmaqla, Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il tarixdə saat 16 radələrində Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində ona məxsus 3 baş iribuynuzlu heyvanın əvvəllər aralarında heyvan üstündə ədavətləri olan Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinə keçdiyi və sonuncunun heyvanları daşla vuraraq torpaq sahəsindən çıxartdığı üçün aralarında yaranmış qarşılıqlı dava zamanı Zərərçəkmiş şəxs daş və əlində olan ağac parçası ilə vuraraq sol gicgahın çapılmış yarası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxsla münasibəti yaxşı olmamışdır. Belə ki, təxminən 10 ildir ki, Zərərçəkmiş şəxsla küsülüdür. xx.xx.2025-ci il tarixdə Aqil onun itini tüfəngi ilə güllələmiş və iti ölmüşdür. Lakin həmin vaxt o, şikayət etməmişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 16 radələrində Yuxarı Ağcakənd qəsəbəsində iri buynuzlu heyvanlarını gətirimək üçün getmişdir. O, Aqilin torpaq sahəsinə çatanda ona məxsus 3 baş iri buynuzlu heyvanlarının Aqilin torpaq sahəsində olduğunu və Aqilin daşla həmin heyvanları vuraraq torpaq sahəsindən çıxardığını görmüşdür. O, uzaqdan Aqilə heyanları vurmamasını demiş, bu zaman Aqilin ona nalayiq ifadələr işlədə-işlədə ona tərəf gəldiyini görmüş, o da Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişdir. Aqil ona çatanda əlində olan ağac parçası ilə onun sol qoluna və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmuşdur. Ağac parçası onun sol qol nahiyəsinə dəyəndə qolunda kəskin ağrılar hiss etmişdir. O, Zərərçəkmiş şəxs söyüb təhqir etməmiş, həmçinin yerdən daş götürüüb Zərərçəkmiş şəxs vurmamış, ağacla Aqili döyməmiş və xəsarət yetirməmişdir. Həmin vaxt o, özünü müdafiə etmişdir, ola bilsin ki, o, özünü müdafiə edərkən əlindəki ağac Aqilin başına dəymişdir. O, qolu sınmış vəziyyətdə necə sonuncunu vurub xəsarət yetirə bilərdi. Həmin vaxt onun əlində ağac parçası olmuşdur. Zərərçəkmiş şəxsla onun arasında mübahisə təxminən 10 ildir davam edir. Belə ki, onların arasında mübahisələri həmişə heyvan üstündə olmuşdur. Zərərçəkmiş şəxsla aralarında olan dava zamanı yanlarında heç kim olmamışdır. Lakin Aqilin bacısı Gülnaz yaşadığı evin həyətindən onlara baxmışdır. 2024-cü ilin avqust ayında Aqil onun bir itini güllə ilə vurub öldürmüşdür. 2024-cü ilin dekabr ayının ortalarında axşam saatlarında o, heyvanlarını otlaq sahəsindən yaşadığı evə gətirərkən, Zərərçəkmiş şəxs Yuxarı Ağcakənd məktəbinin üstündə olan çuxura girib özündə olan tüfənglə onu güllələmək istəmişdir. O, 150 metr aralıdan dağdan düşərkən onun telefonuna zəng gəlmiş, Aqil isə elə başa düşmüşdür ki, o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətini yığır. Ona zəng gələn zaman Aqil çuxurun dalından silahlı çıxmışdır. Həmin vaxt Aqilin bir əli tüfəngin çaxmağında, digər əli isə atəşə hazır vəziyyətdə olmuşdur. Aqil ona yaxınlaşmayıb 100 metr aralı məsafədən keçib getmişdir. 24 mart 2025-ci il tarixdə Aqil onun ikinci itini güllə ilə vurub öldürmüşdür. O, bunu özü görmüşdür. Hazırda Zərərçəkmiş şəxsla barışmağa cəhd etmiş, lakin Zərərçəkmiş şəxs onunla barışmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır və onunla münasibəti yaxşı olmamışdır. Təxminən 2 ildir ki, Təqsirləndirilən şəxsla küsülüdür. xx.xx.2025-ci il tarixdə təxminən saat 16 radələrində Yuxarı Ağcakənd qəsəbəsində olan torpaq sahəsinə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs məxsus 3 baş iri buynuzlu heyvanların onun torpaq sahəsində olduğunu görmüşdür. O, heyvanlara yaxınlaşıb torpaq sahəsindən çıxarıb geri qayıtmışdır. O, yol gedərkən uzaqdan Təqsirləndirilən şəxs onu çağırdığını eşitmişdir. O, Təqsirləndirilən şəxs tərəf baxanda sonuncu ünvanına nalayiq ifadələr işlədib onu təhqir etməyə başlamış və DİN-nin 102 xidmətinə müraciət etmişdir. Ona görə də, Telmana tərəf getmiş, ona çatmağına 8-10 metr qalmış sonuncu yerdən iki ədəd daş götürüb ona tərəf atmışdır. Həmin daşlardan biri onun sol qol nahiyəsinə, digəri isə baş nahiyəsinə dəymiş və nəticədə xəsarət almışdır. Telmanın atdığı daş onun başına dəydikdən sonra o, yerə yıxılmışdır. Sonra Telman ona yaxınlaşmış və əlində olan ağac parçası ilə onun kürək nahiyəsinə bir neçə dəfə vuraraq, ona xəsarət yetirmişdir. Bu zaman o, əlləri ilə özünü müdafiə edib Təqsirləndirilən şəxs itələyib ayağa qalxmış, sonra əlini başına vuranda başından qan gəldiyini görmüşdür. Telman da onun başından qan gəldiyini görüb çıxıb getmişdir. Ona görə də, o, DİN-nin 102 xidmətinə müraciət etmiş, bundan sonra yaşadığı evə getmişdir. Evinə daxil olanda evdə həyat yoldaşı Şahid1 və qızı Şahid2 onu görüb ona kömək edib, nə baş verdiyini ondan soruşmuşlar. O da sonunculara Təqsirləndirilən şəxs onu döydüyünü bildirmişlər. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Telman yerdən iki ədəd daş götürüb ona tərəf ataraq ona xəsarət yetrirmişdir. Onun əlindəki ağac öz başına dəyməmişdir. Bundan başqa Telman əlindəki ağacla bədəninin müxtəlif yerlərinə vuraraq onu döymüşdür. O, Telmanı ağacla vurub döyməmişdir. Telmanla ara məsafəsi 8-10 metr olanda sonuncu yerdən daş götürüb ona tərəf ataraq ona xəsarət yetirmişdir. Həmin vaxt o, yerə yıxılmışdır. Bundan sonra Telman ona yaxınlaşıb əlindəki ağacla bədəninin müxtəlif yerlərinə vuraraq onu döymüşdür. Təqsirləndirilən şəxs iti olmamışdır və o, sonuncunun itlərini tüfənglə güllələyib öldürməmiş, həmçinin Təqsirləndirilən şəxs güllələmək istəməmişdir. Telmanın dedikləri yalandır və ona şər-böhtan atır. Onun sənədlə ov tüfəngi var. Hadisə vaxtı yanlarında heç kim olmamışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir. Odur ki, göstərilənləri nəzərə alaraq, məhkəmədən Təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir. Təqsirləndirilən şəxs da tanıyır. Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olmamışdır. Telman həmişə əri Aqilə şər-böhtan atıb onu tutdurmaq istəmişdir. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində qızı Kəmalə ilə evdə olarkən Aqil evə gəlmiş, həmin vaxt Aqilin baş nahiyəsinin qanlı olduğunu görmüşlər. Aqildən nə baş verdiyini soruşmuş, Aqil də onlara Yuxarı Ağcakənd qəsəbəsində olan torpaq sahəsinə getdiyini, Təqsirləndirilən şəxs məxsus 3 baş iri buynuzlu heyvanların torpaq sahəsində olduğunu gördüyünü, heyvanlara yaxınlaşıb torpaq sahəsindən çıxarıb geri qayıdarkən, uzaqdan Telmanın onu çağırdığını eşitdiyini, o da Telmana tərəf baxanda Telman onun ünvanına nalayiq ifadələr işlədib onu təhqir etməyə başladığını, ona görə də, Telmana tərəf getdiyini, Telmana çatmağına 8-10 metr qalmış Telmanın yerdən iki ədəd daş götürüb ona tərəf atdığını, daşlardan birinin sol qol nahiyəsinə, digər daşın isə baş nahiyəsinə dəydiyini və nəticədə xəsarət aldığını, Telmanın atdığı daş başına dəydikdən sonra yerə yıxıldığını, sonra Telmanın ona yaxınlaşıb əlində olan ağac parçası ilə onun kürək nahiyəsinə bir neçə dəfə vuraraq xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 09 iyul 2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 127.1 və 128-ci maddələri ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin Goranboy rayon şöbəsi X3 verdiyi xx.xx.2025-ci il tarixli 157 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol gicgahın çapılmış yarası bərk küt əşyanın təsirindən o, cümlədən xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən ağacla vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Məmmədov X1 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə CM-in 128-ci maddəsi ilə təqsirli bilinmiş, cinayət işi üzrə icraata CPM-in 40.2.2-ci maddəsinə əsasən xitam verilmiş, xx.xx.2015-ci il tarixdə Tərtər RPŞ-si tərəfindən CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2015-ci il tarixdə isə CPM-in 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 25 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; “Qətimkan tədbirinin seçilməsi barədə” 25 avqust 2025-ci il tarixli qərardan görünür ki, CM-in 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanınma haqqında” 29 avqust 2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs götürülmüş xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyüb xəsarət yetirdikdən sonra bədəni üzərində olan xəsarətlərin olması barədə video və şəkillərin görüntü olan disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir; Məhkəmə iclasında baxış keçirilmiş “DVD” diskdən görünür ki, diskdə 2 ədəd video və 2 ədəd şəkil var, 1-ci videoda xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində dağlıq ərazidə yerləşən otlaq sahəsində piyada öz-özünə danışaraq hərəkət edir və başının sol tərəfindən üzünə qan axır, 2-ci videoda sözügedən ərazidə Təqsirləndirilən şəxs təxminən 100 metr aralı məsafədə əlindəki ağac parçasını arxadan qollarının iki arasına salaraq sərbəst yolla gedir, 1-ci şəkildə Zərərçəkmiş şəxs başı yaylıqda sarılmış və üzünün sol tərəfində qan ləkələri var, 2-ci şəkildə də Zərərçəkmiş şəxs başının sol tərəfində ağ rəngli lekoplastr yapışdırılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 128-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, 03 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs daş və əlindəki ağac parçası ilə vurmaması ilə bağlı ifadəsinə tənqidi yanaşır və həmin ifadəni özünümüdafiə məqsədilə verdiyi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və işdə olan digər sübutlar ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: - Zərərçəkmiş şəxs ifadəsində 03 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs əlindəki ağac parçası ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmasını və yerdən götürdüyü iki ədəd daş parçası ilə onu vuraraq ona sol gicgahın çapılmış yarası xəsarəti yetirməsini bildirmişdir; Məhkəmə-tibbi ekspertizası və PAB PHŞ-nin xx.xx.2025-ci il tarixli 157 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol gicgahın çapılmış yarası bərk küt əşyanın təsirindən o, cümlədən xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən ağacla vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; -xx.xx.2025-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cinayət işinə əlavə edilmiş və maddi sübut kimi tanınmış 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə müdafiəçisi Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 06 (altı) iş saatı üçün cəmi 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 06 (altı) iş saatı üçün cəmi 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-52/2025
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-52/2025
20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver