Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-53/2024 21.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 1980-ci il tarixdə Beyləqan rayonu Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Beyləqan rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə Zərərçəkmiş şəxs əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncu ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək oğlu Şahid xidməti iş yerini Goranboy rayonu inzibati ərazisinə yaxın olan Azərbaycan Respublikası MN-in hərbi hissələrindən birinə dəyişdirəcəyini bildirərək heç bir səlahiyyəti və üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumat verərək inandırıb, etibarından sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 15 iyun N23-cü il tarixdə Goranboy rayonu Səfikürd kəndi ərazisində yerləşən “Qala” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 1000 manat, N iyun N23-cü il tarixdə Goranboy rayonu Səfikürd kəndi ərazisində yerləşən “Qala” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 1000 manat və 18 iyul N23-cü il tarixdə Goranboy rayonu Səfikürd kəndində yerləşən “Qala” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 1000 manat pulu aldıqdan sonra verdiyi vədə əməl etməyib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 3000 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qiyabi olaraq tanıyır. Belə ki, N23-cü ilin may ayının sonlarına yaxın dəqiq xatırlamadığı gündə Şahid onunla telefonla əlaqə saxlayıb mobil nömrəsini bir nəfər tanışından əldə etdiyini demiş, həmçinin Əhməd adlı şəxs xidmət etdiyi hərbi hissənin yaşadığı Goranboy rayonundan çox uzaqda olduğunu və buna görə də xidməti iş yerini Goranboy rayonu inzibati ərazisinə yaxın ərazilərdə yerləşən MN-in hərbi hissələrindən birinə dəyişmək istədiyini deyib ondan köməklik istəmiş, belə ki, Əhməd onun bu işlərin öhdəsindən gəlməyi barədə iş yoldaşlarından eşitdiyini demiş, o da əvvəlcədən yalandan bir neçə hərbi qulluqçunun yanında istənilən bir hərbi qulluqçunun xidməti iş yerini müəyyən pul qarşılığında dəyişdirə bildiyini dediyi üçün Əhmədin də hərbi qulluqçulardan bu barədə məlumat aldığına görə yalandan ona xidmət etdiyi hərbi hissədən onun iş yerini Goranboy rayonu inzibati ərazisinə yaxın yerləşən hərbi hissələrdən birinə dəyişdirə biləcəyini demiş, bundan sonra isə Əhmədin anası Zərərçəkmiş şəxs mobil telefonla bu barədə onunla əlaqə saxlamış, Zərərçəkmiş şəxs da yalandan oğlu Əhmədin xidməti iş yerini Goranboy rayonu inzibati ərazisinə yaxın hərbi hissələrdən birinə dəyişdirəcəyini demiş, həmçinin bunun müqabilində 5000 manat pul lazım olduğunu, ilkin olaraq 3000 manat verməsini və oğlunun iş yeri dəyişdirildikdən sonra isə N00 manat verməsini demiş, əslində isə niyyəti Zərərçəkmiş şəxs 3000 manatını ələ keçirməkdən ibarət olmuş, sadəcə olaraq Mirvaridə inam yaratmaq üçün ona işin 5000 manat pul müqabilində həll olunacağını demişdir. Bundan sonra isə Mirvari pulu necə göndərəcəyini soruşmuş, Mirvariyə öz adına olan hesab nömrəsinə pul göndərə biləcəyini deyib hesab nömrəsini Əhmədə vermiş, Mirvari də onunla razılaşmış, lakin Mirvari 3000 manat pulu hissə-hissə olmaqla ona göndərəcəyini demiş, o da Mirvariylə razılaşmış, bundan sonra ilk dəfə 15 iyun N23-cü il tarixdə Zərərçəkmiş şəxs onun 4169 7387 7053 6328 nömrəli kart hesabına 1000 manat, N iyun N23-cü il tarixdə 4169 7387 7053 6328 nömrəli kart hesabına 1000 manat və 18 iyul N23-cü il tarixdə isə 4169 7387 7053 6328 nömrəli kart hesabına 1000 manat göndərmiş, beləliklə Mirvari oğlu Əhmədin iş yerini dəyişdirməyi ilə bağlı ona ümumilikdə 3000 manat pul göndərmişdir. O da həmin pulu şəxsi işlərində xərcləmiş, aradan bir müddət keçdikdən sonra isə Mirvari və oğlu Əhməd onunla işlə bağlı maraqlanmağa başlamışlar. O da hər dəfəsində yalandan müxtəlif bəhanələr gətirmiş, çünkü əvvəlcədən onları aldatmış və Mirvarinin onun kart hesabına göndərdiyi ümumi məbləği 3000 manat təşkil edən pulu xərcləmiş, hazırda isə bu əməlindən peşmandır və dələduzluq yolu ilə Zərərçəkmiş şəxs ələ keçirdiyi 3000 manat pulunun 1300 manatını ödəmişdir. Əgər azadlığa buraxılarsa qalan pulu da ayda 100-150 manat olmaqla hissə-hissə ödəyə bilər. Mirvarinin dələduzluq yolu ilə 3000 manat pulunu ələ keçirməyi ilə bağlı başqa hər hansısa şəxslə arasında razılaşma olmamış, Mirvarinin 3000 manat pulunu özü tək başına ələ keçirmişdir. Bundan başqa isə Şahid xidməti iş yerinin dəyişdirilməsi ilə bağlı Mirvari və ya Əhmədə həmin işi hər hansısa şəxsin vasitəsi ilə edəcəyini deməmiş, onlara yalandan həmin işi özü həll edəcəyini demiş, bunu deməkdə məqsədi isə pul ələ keçirmək olmuşdur. Yekunda əməlindən peşma olduğunu və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, azadlıqda qaldığı təqdirdə zərərçəkmiş şəxsə vurduğu ziyandan qalıq 1700 manat pulu hər ay 100-N0 manat olmaqla hissə-hissə ödəyə bilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid onun doğma oğludur. Oğlu Əhməd hərbi qulluqçudur və hazırda Xocavənd rayonunda yerləşən N nömrəli hərbi hissədə bölük komandirinin müavini vəzifəsində baş leytenant rütbəsində xidmətini davam etdirir. Oğlu Əhməd NN-ci ilin sentyabr ayının 27-də başlanmış Vətən müharibəsində N nömrəli hərbi hissəsinin tərkibində ilk gündən son günə qədər iştirak etmiş və Vətən müharibəsi başa çatdıqdan sonra medallarla təltif edilmişdir. X1 müharibəsi bitdikdən sonra Laçın rayonunda fəaliyyət göstərən N nömrəli hərbi hissədə xidmətini zabit olaraq davam etdirmişdir. Tək başına yaşadığı üçün oğlu Əhmədin Goranboy rayonu və ya Goranboy rayonuna yaxın ərazidə xidmət aparmasını istəmiş, həmçinin oğlu Əhməd də onunla eyni fikirdə olmuşdur. Odur ki, bununla bağlı bir çox qurum və təşkilatlara müraciət etmiş, müraciətindən sonra oğlu Əhmədin xidməti iş yeri Laçın rayonundan Xocavənd rayonuna dəyişdirilmiş, lakin oğlu və özü bunu istəmədikləri üçün yenidən müraciətlər etmişdir. Lakin, müraciətlərinə baxmayaraq oğlu Əhmədin xidməti iş yeri Goranboy rayonu ərazisində və ya yaxın ətrafda fəaliyyət göstərən hərbi hissəyə dəyişdirilməmişdir. N23-cü ilin may ayının sonlarına yaxın dəqiq xatırlamadığı gündə oğlu Əhmədlə telefonla danışan zaman Əhməd ona Beyləqan rayonundan olan bir nəfər şəxsin hərbi qulluqçuların xidməti iş yerini dəyişdirməklə məşğul olduğunu və həmin şəxslə əlaqə saxlayıb onun işini danışmağını demişdir. Odur ki, oğlu Əhməd həmin şəxsin Təqsirləndirilən şəxs olmasını və mobil telefon nömrəsini ona vermiş, o da bundan sonra Vüsalın hazırda xatırlamadığı mobil telefon nömrəsinə N23-cü ilin iyun ayının əvvəlində dəqiq xatırlamadığı gündə zəng vurub oğlu Əhmədlə bağlı vəziyyəti ona danışmış, həmin şəxsə oğlu Əhmədin xidməti iş yerini Goranboy rayonu ərazisində və yaxın ətrafda fəaliyyət göstərən hərbi hissələrdən birinə dəyişdirmək istədiyini demiş, həmin şəxs yəni Vüsal onun oğlu Əhmədin xidməti iş yerini Goranboy rayonu ərazisində və yaxın ətrafda fəaliyyət göstərən hərbi hissələrdən birinə dəyişdirəcəyini, bunun üçün isə 5000 manat pul lazım olduğunu demişdir. Vüsal həmin 5000 manat pulun 3000 manatını əvvəlcə verməyini, qalan N00 manat pulu isə oğlu Əhmədin xidməti iş yeri dəyişdirildikdən sonra verməli olduğunu demiş, o da Vüsala inanıb razılaşmışdır. Bundan sonra isə 3000 manat pulu bir dəfəyə Vüsala ödəyə bilməyəcəyi üçün ona ilkin verməli olduğu 3000 manat pulu hissə-hissə ödəyəcəyini demiş, Vüsal da onunla razılaşmışdır. Vüsal 3000 manat pulu hissə-hissə ona göndərməyi üçün "xxxx" ASC-yə məxsus 4169 7387 7053 6328 kart hesabını oğlu Əhmədə vermiş, oğlu Əhməd isə həmin kart hesabını ona verdikdən sonra ilk dəfə 15 iyun N23-cü il tarixdə saat 18:50:55-də Goranboy rayonu Səfikürd kəndi ərazisində yerləşən “Qala” marketin içərisində olan “E-manat” ödəmə terminalı vasitəsi ilə 1000 manat pulu Vüsalın verdiyi 4169 7387 7053 6328 kart hesabına göndərmiş, bundan sonra N iyun N23-cü il tarixdə saat 10:27:17-də Goranboy rayonu Səfikürd kəndi ərazisində yerləşən “Qala” marketin içərisində olan “E-manat” ödəmə terminalı vasitəsi ilə 1000 manat pulu Vüsalın verdiyi 4169 7387 7053 6328 kart hesabına göndərmiş, bundan sonra 18 iyul N23-cü il tarixdə saat 16:11:45-də Goranboy rayonu Səfikürd kəndi ərazisində yerləşən “Qala” marketin içərisində olan “E-manat” ödəmə terminalı vasitəsi ilə 1000 manat pulu Vüsalın verdiyi 4169 7387 7053 6328 kart hesabına göndərmişdir. Beləliklə, Vüsalın verdiyi kart hesabına ümumilikdə 3000 manat pul göndərmiş, lakin aradan bir müddət keçməsinə baxmayaraq Vüsal verdiyi vədə əməl etməmiş, yəni oğlu Əhmədin xidməti iş yeri Goranboy rayonu və yaxın ətrafda fəaliyyət göstərən hərbi hissələrdən birinə dəyişdirilməmişdir. Belə olan halda Vüsalla danışdıqda Vüsal onun oğlunun işinin həll olunacağını demiş, lakin Vüsal zaman keçdikcə onun oğlu Əhmədin işini həll etməmiş, hər dəfəsində Vüsal müxtəlif bəhanələr gətirmiş, oğlu ilə aldadıldıqlarını başa düşmüşlər. Buna görə də Vüsaldan pulunu tələb etmiş, Vüsal isə hər dəfəsində pulunu verəcəyini bildirsə də, onları aldadıb pulunu qaytarmamış, o da buna görə Goranboy RPŞ-nə müraciət etmişdir. Oğlu Əhmədin xidməti iş yerinin dəyişdirilməsi ilə bağlı Vüsala ümumilikdə 3000 manat pul göndərməyi barədə oğlu Əhmədin məlumatı olmuşdur, belə ki, Vüsal adlı şəxsi ona oğlu Əhməd tanıdıb mobil telefon nömrəsini vermişdir, sadəcə olaraq Vüsal adlı şəxs onu və oğlunu vədləri ilə aldatmışdır. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir, Vüsal ona dəymiş 3000 manat məbləğində pulun 1700 manatını ödəməmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinə əlavə edilmiş 261250 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.N23cü il tarixdə Təqsirləndirilən şəxs aid 416973******6328 nömrəli kart hesabına Goranboy rayonu Səfikürd kəndində yerləşən N04 nömrəli “e-Manat” ödəmə terminalı vasitəsi ilə 1000 manat pul köçürülmə edilmişdir; Cinayət işinə əlavə edilmiş 261277 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.N23cü il tarixdə Təqsirləndirilən şəxs aid 416973******6328 nömrəli kart hesabına N04 nömrəli “e-Manat” ödəmə terminalı vasitəsi ilə 1000 manat pul köçürülmə edilmişdir; Cinayət işinə əlavə edilmiş 264403 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.N23cü il tarixdə Təqsirləndirilən şəxs aid 416973******6328 nömrəli kart hesabına “e-Manat” ödəmə terminalı vasitəsi ilə 1000 manat pul köçürülmə edilmişdir; Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsinin xx.xx.N24-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N21-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.NN-ci il tarixli hökm ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi Salyan rayon məhkəməsinin xx.xx.N21-ci il tarixli qərarı ilə 06 ay azaldılmış, xx.xx.N22-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; Fizuli Rayon məhkəməsinin 1(064)-N/NN saylı, 21 sentyabr NN-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 01 il 09 ay 18 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır; “Qətimkan tədbiri seçilməsi barədə” xx.xx.N24-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Goranboy Rayon Məhkəməsinin 1(045)-53/N24 saylı, xx.xx.N24-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun barəsində axtarış elan edilməsi, tapıldıqda həbs olunaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına etab edilməsi, bu barədə Goranboy rayon Məhkəməsinə məlumat verilməsi qərara alınmış və iş üzrə icraat dayandırılmışdır; Goranboy rayon Polis Şöbəsinin 3-13-75/2-18688/24 saylı, xx.xx.N24-cü il tarixli məktubundan görünür ki, Goranboy RPŞ-nin və DİN-in BİKİ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.N24-cü il tarixdə Bakı şəhəri Suraxnaı rayonu ərazisində müəyyən olunaraq tutulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının 3-16-17/41/2-5657/N24 saylı xx.xx.N24-cü il tarixli məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.N24-cü il tarixdə Goranboy rayon Məhkəməsinin hesabına müəssisəyə daxil olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 178.1-ci maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun N15-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin, bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda, həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxsə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 178.1-ci maddəsi ilə ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qsimində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməlləri etiraf edib peşman olmasını; -vurduğu zərərin bir qismini zərərçəkmişə ödəməsini; -yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd kənd İƏDÜN-si tərəfindən verilmiş 21 iyul N24-cü il tarixli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 sentyabr N24-cü il tarixdən hesablansın. Vəkil Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla) andan N gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-53/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-53/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver