Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-54/2023 03.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X15 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzində kompüter operatoru işləyən, əvvəllər məhkum olunmamış, Xocalı şəhərində daimi qeydiyyatda olmaqla, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1998-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 xx.xx.1962-ci ildə Xocalı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Xocalı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsində texniki işçi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayan, barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx.xx.1966-cı ildə Xocalı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Xocalı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsində yönəldici vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq döyüş sursatlarını əldə edib saxlamış və daşımış, bir qrup şəxs halında silah və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən xüsusi qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, atası Təqsirləndirilən şəxs3, anası Təqsirləndirilən şəxs4 və qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə, istintaqa məlum olmayan şəraitdə və istintaqa məlum olmayan mənbədən zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən istifadəyə yararlı, üzərində dəyişiklik edilməmiş 74(yetmiş dörd) ədəd 5,45x39 mm kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronu, 9(doqquz) ədəd 7,62x54 mm kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronu, pistonları mərkəzdən alışan 3(üç) ədəd 7,62x39 mm kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronu, 4(dörd) ədəd müdafiə təyinatlı qəlpəli “F-1” əl qumbarasının gövdəsini, 1(bir) ədəd “RQD-5” tipli hücum təyinatlı qəlpəli əl qumbarasının gövdəsini, 1(bir) ədəd “RQ-42” tipli hücum təyinatlı qəlpəli əl qumbarasının gövdəsini, “AK” markalı avtomat silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan 30(otuz) ədəd 5,45 mm kalibrli patron tutumuna malik 1(bir) ədəd sandıqçasını, döyüş sursatı hesab edilən “F-1”, “RQ-42” və “RQD-5” tipli qəlpəli əl qumbaralarının gövdələrinin partladılması üçün nəzərdə tutulmuş döyüş sursatının hissəsi hesab edilən 2(iki) ədəd “UZRQM” tipli alışdırıcını, döyüş sursatı hesab edilən “F-1” “RQ-42” “RQD-5” tipli qəlpəli əl qumbaralarının gövdələrinin partladılması üçün nəzərdə tutulmuş döyüş sursatının hissələri hesab edilən 2(iki) ədəd “UZRQM” tipli alışdırıcının gövdəsini qanunsuz olaraq əldə edib Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən fermada aşkar edildiyi 12 aprel 2023-cü il tarixədək qanunsuz saxlamış, həmin rayonun Börü qəsəbəsi ərazisində yerləşən əkin sahəsində atası Təqsirləndirilən şəxs3 ilə Zərərçəkmiş şəxs3 arasında yaranmış mübahisəni cinayət əməlini həyata keçirmək məqsədilə bəhanə kimi istifadə edərək heç bir əsaslı səbəb olmadan 6 aprel 2023-cü il tarixdə saat 18 radələrində atası Təqsirləndirilən şəxs3, anası Təqsirləndirilən şəxs4 və qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs qismində birləşərək qanunsuz olaraq əldə edib saxladıqları döyüş sursatı hesab edilən 1(bir) ədəd “F-1” əl qumbarasını silah qismində istifadə etmək və insanlarda qorxu yaratmaq məqsədilə özləri ilə götürüb nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “Khazar SD Minik” markalı, 99PD270 dövlət qeydiyyat nişanlı avtomobillə daşıyaraq Zərərçəkmiş şəxs3 yaşadığı həmin rayonun Börü qəsəbəsindəki 120 nömrəli fərdi yaşayış evinin qarşısına gəlib ictimai yer sayılan insanların toplaşdığı adsız küçədə olan insanlara əhəmiyyət verməyib ətrafdakılara özünün üstünlüyünü, müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərmək məqsədilə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə uca səslə qışqırıb nalayiq söyüşlər söyərək idarə etdiyi avtomobilin yük yerində saxladığı zavod üsulu ilə istehsal edilmiş, “Sarsılmaz” modelli, 12 kalibrli, “M204 STD 09Y00184” nömrəli, təklüləli yivsiz odlu ov silahını insanlara fiziki zor tətbiq ediləcəyi ilə qorxutmaq, onların şüuruna və iradəsinə psixi təsir göstərmək məqsədilə nümayiş etdirərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, öz hərəkətləri ilə ətrafda olan şəxslərin dincliyini pozmaqla, heç bir əsaslı səbəb olmadan cinayətkar niyyətinin davamı olaraq Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evinin həyətinə basqın edib evin həyətinin metal materialdan olan qapısını təpiklə vurub zor tətbiq edərək açmaqla daxil olaraq evin həyətində sonuncunu və onun ailə üzvləri- atası Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2 yumruqla, təpiklə və silah qismində istifadə olunan ağac dəyənəklə, qeyd edilən ov silahının qundağı ilə döyərək Zərərçəkmiş şəxs1 bədən səthinin çoxsaylı qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər, Zərərçəkmiş şəxs3 sağ qulaq seyvanın arxa səthinin, sol diz nahiyəsinin və sol yanağın iç səthinin qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər, Zərərçəkmiş şəxs2 sağ əlin İİ barmağının və döş qəfəsinin arxa səthinin, təpə nahiyəsinin qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, həmçinin qeyd edilən ov silahı ilə həyətdə 1(bir) dəfə və küçədə 1(bir) dəfə olmaqla, ümumilikdə 2(iki) dəfə havaya atəş açaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sol almacıq nahiyəsinin bir ədəd almacıq sümüyünün sınması ilə müşayiət olunan az ağır dərəcəli xəsarət yetirməklə bir qrup şəxs halında silah və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən xüsusi qərəzli xuliqanlıq hərəkətləri etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq döyüş sursatlarını əldə edib saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq döyüş sursatlarını əldə edib saxlamış və daşımış, bir qrup şəxs halında silah və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən xüsusi qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, atası Təqsirləndirilən şəxs3, anası Təqsirləndirilən şəxs4 və qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə, istintaqa məlum olmayan şəraitdə və istintaqa məlum olmayan mənbədən zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən istifadəyə yararlı, üzərində dəyişiklik edilməmiş 74(yetmiş dörd) ədəd 5,45x39 mm kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronu, 9(doqquz) ədəd 7,62x54 mm kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronu, pistonları mərkəzdən alışan 3(üç) ədəd 7,62x39 mm kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronu, 4(dörd) ədəd müdafiə təyinatlı qəlpəli “F-1” əl qumbarasının gövdəsini, 1(bir) ədəd “RQD-5” tipli hücum təyinatlı qəlpəli əl qumbarasının gövdəsini, 1(bir) ədəd “RQ-42” tipli hücum təyinatlı qəlpəli əl qumbarasının gövdəsini, “AK” markalı avtomat silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan 30(otuz) ədəd 5,45 mm kalibrli patron tutumuna malik 1(bir) ədəd sandıqçasını, döyüş sursatı hesab edilən “F-1”, “RQ-42” və “RQD-5” tipli qəlpəli əl qumbaralarının gövdələrinin partladılması üçün nəzərdə tutulmuş döyüş sursatının hissəsi hesab edilən 2(iki) ədəd “UZRQM” tipli alışdırıcını, döyüş sursatı hesab edilən “F-1” “RQ-42” “RQD-5” tipli qəlpəli əl qumbaralarının gövdələrinin partladılması üçün nəzərdə tutulmuş döyüş sursatının hissələri hesab edilən 2(iki) ədəd “UZRQM” tipli alışdırıcının gövdəsini qanunsuz olaraq əldə edib Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən fermada aşkar edildiyi 12 aprel 2023-cü il tarixədək qanunsuz saxlamış, həmin rayonun Börü qəsəbəsi ərazisində yerləşən əkin sahəsində atası Təqsirləndirilən şəxs3 ilə Zərərçəkmiş şəxs3 arasında yaranmış əhəmiyyətsiz mübahisəni cinayət əməlini həyata keçirmək məqsədilə bəhanə kimi istifadə edərək heç bir əsaslı səbəb olmadan 6 aprel 2023-cü il tarixdə saat 18 radələrində atası Təqsirləndirilən şəxs3, anası Təqsirləndirilən şəxs4 və qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs qismində birləşərək qanunsuz olaraq əldə edib saxladıqları döyüş sursatı hesab edilən 1(bir) ədəd “F-1” əl qumbarasını silah qismində istifadə etmək və insanlarda qorxu yaratmaq məqsədilə özləri ilə götürüb qardaşı Təqsirləndirilən şəxs1 nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “Khazar SD Minik” markalı, 99PD270 dövlət qeydiyyat nişanlı avtomobillə daşıyaraq Zərərçəkmiş şəxs3 yaşadığı həmin rayonun Börü qəsəbəsindəki 120 nömrəli fərdi yaşayış evinin qarşısına gəlib ictimai yer sayılan insanların toplaşdığı adsız küçədə olan insanlara əhəmiyyət verməyib ətrafdakılara özünün üstünlüyünü, müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərmək məqsədilə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə uca səslə qışqırıb nalayiq söyüşlər söyərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, öz hərəkətləri ilə ətrafda olan şəxslərin dincliyini pozmaqla, heç bir əsaslı səbəb olmadan cinayətkar niyyətinin davamı olaraq Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evinin həyətinə basqın edib evin həyətinin metal materialdan olan qapısını təpiklə vurub zor tətbiq edərək açmaqla daxil olaraq evin həyətində sonuncunu və onun ailə üzvləriatası Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2 yumruqla, təpiklə və silah qismində istifadə olunan ağac dəyənəklə döyərək Zərərçəkmiş şəxs1 bədən səthinin çoxsaylı qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər, Zərərçəkmiş şəxs3 sağ qulaq seyvanın arxa səthinin, sol diz nahiyəsinin və sol yanağın iç səthinin qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər, Zərərçəkmiş şəxs2 sağ əlin İİ barmağının və döş qəfəsinin arxa səthinin, təpə nahiyəsinin qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə bir qrup şəxs halında silah və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən xüsusi qərəzli xuliqanlıq hərəkətləri etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq döyüş sursatlarını əldə edib saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq döyüş sursatlarını əldə edib saxlamış və daşımış, bir qrup şəxs halında silah və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən xüsusi qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, övladları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və arvadı Təqsirləndirilən şəxs4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə, istintaqa məlum olmayan şəraitdə və istintaqa məlum olmayan mənbədən zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən istifadəyə yararlı, üzərində dəyişiklik edilməmiş 74(yetmiş dörd) ədəd 5,45x39 mm kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronu, 9(doqquz) ədəd 7,62x54 mm kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronu, pistonları mərkəzdən alışan 3(üç) ədəd 7,62x39 mm kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronu, 4(dörd) ədəd müdafiə təyinatlı qəlpəli “F-1” əl qumbarasının gövdəsini, 1(bir) ədəd “RQD-5” tipli hücum təyinatlı qəlpəli əl qumbarasının gövdəsini, 1(bir) ədəd “RQ-42” tipli hücum təyinatlı qəlpəli əl qumbarasının gövdəsini, “AK” markalı avtomat silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan 30(otuz) ədəd 5,45 mm kalibrli patron tutumuna malik 1(bir) ədəd sandıqçasını, döyüş sursatı hesab edilən “F-1”, “RQ-42” və “RQD-5” tipli qəlpəli əl qumbaralarının gövdələrinin partladılması üçün nəzərdə tutulmuş döyüş sursatının hissəsi hesab edilən 2(iki) ədəd “UZRQM” tipli alışdırıcını, döyüş sursatı hesab edilən “F-1” “RQ-42” “RQD-5” tipli qəlpəli əl qumbaralarının gövdələrinin partladılması üçün nəzərdə tutulmuş döyüş sursatının hissələri hesab edilən 2(iki) ədəd “UZRQM” tipli alışdırıcının gövdəsini qanunsuz olaraq əldə edib Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən fermada aşkar edildiyi 12 aprel 2023-cü il tarixədək qanunsuz saxlamış, həmin rayonun Börü qəsəbəsi ərazisində yerləşən əkin sahəsində özü ilə Zərərçəkmiş şəxs3 arasında yaranmış əhəmiyyətsiz mübahisəni cinayət əməlini həyata keçirmək məqsədilə bəhanə kimi istifadə edərək heç bir əsaslı səbəb olmadan 6 aprel 2023-cü il tarixdə saat 18 radələrində övladları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və arvadı Təqsirləndirilən şəxs4 ilə birlikdə bir qrup şəxs qismində birləşərək qanunsuz olaraq əldə edib saxladıqları döyüş sursatı hesab edilən 1(bir) ədəd “F-1” əl qumbarasını silah qismində istifadə etmək və insanlarda qorxu yaratmaq məqsədilə özləri ilə götürüb övladı Təqsirləndirilən şəxs1 nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “Khazar SD Minik” markalı, 99PD270 dövlət qeydiyyat nişanlı avtomobillə daşıyaraq Zərərçəkmiş şəxs3 yaşadığı həmin rayonun Börü qəsəbəsindəki 120 nömrəli fərdi yaşayış evinin qarşısına gəlib ictimai yer sayılan insanların toplaşdığı adsız küçədə olan insanlara əhəmiyyət verməyib ətrafdakılara özünün üstünlüyünü, müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərmək məqsədilə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə uca səslə qışqırıb nalayiq söyüşlər söyərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, öz hərəkətləri ilə ətrafda olan şəxslərin dincliyini pozmaqla, heç bir əsaslı səbəb olmadan cinayətkar niyyətinin davamı olaraq Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evinin həyətinə basqın edib evin həyətinin metal materialdan olan qapısını təpiklə vurub zor tətbiq edərək açmaqla daxil olaraq evin həyətində sonuncunu və onun ailə üzvləri- atası Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2 yumruqla, təpiklə və silah qismində istifadə olunan ağac dəyənəklə döyərək Zərərçəkmiş şəxs1 bədən səthinin çoxsaylı qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər, Zərərçəkmiş şəxs3 sağ qulaq seyvanın arxa səthinin, sol diz nahiyəsinin və sol yanağın iç səthinin qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər, Zərərçəkmiş şəxs2 sağ əlin İİ barmağının və döş qəfəsinin arxa səthinin, təpə nahiyəsinin qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə bir qrup şəxs halında silah və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən xüsusi qərəzli xuliqanlıq hərəkətləri etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq döyüş sursatlarını əldə edib saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq döyüş sursatlarını əldə edib saxlamış və daşımış, həmçinin qanunsuz olaraq döyüş sursatını gəzdirmiş, bir qrup şəxs halında silah və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən xüsusi qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, övladları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və əri Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə, istintaqa məlum olmayan şəraitdə və istintaqa məlum olmayan mənbədən zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən istifadəyə yararlı, üzərində dəyişiklik edilməmiş 74(yetmiş dörd) ədəd 5,45x39 mm kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronu, 9(doqquz) ədəd 7,62x54 mm kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronu, pistonları mərkəzdən alışan 3(üç) ədəd 7,62x39 mm kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronu, 4(dörd) ədəd müdafiə təyinatlı qəlpəli “F-1” əl qumbarasının gövdəsini, 1(bir) ədəd “RQD-5” tipli hücum təyinatlı qəlpəli əl qumbarasının gövdəsini, 1(bir) ədəd “RQ-42” tipli hücum təyinatlı qəlpəli əl qumbarasının gövdəsini, “AK” markalı avtomat silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan 30(otuz) ədəd 5,45 mm kalibrli patron tutumuna malik 1(bir) ədəd sandıqçasını, döyüş sursatı hesab edilən “F-1”, “RQ-42” və “RQD-5” tipli qəlpəli əl qumbaralarının gövdələrinin partladılması üçün nəzərdə tutulmuş döyüş sursatının hissəsi hesab edilən 2(iki) ədəd “UZRQM” tipli alışdırıcını, döyüş sursatı hesab edilən “F-1” “RQ-42” “RQD-5” tipli qəlpəli əl qumbaralarının gövdələrinin partladılması üçün nəzərdə tutulmuş döyüş sursatının hissələri hesab edilən 2(iki) ədəd “UZRQM” tipli alışdırıcının gövdəsini qanunsuz olaraq əldə edib Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən fermada aşkar edildiyi 12 aprel 2023-cü il tarixədək qanunsuz saxlamış, həmin rayonun Börü qəsəbəsi ərazisində yerləşən əkin sahəsində əri Təqsirləndirilən şəxs3 ilə Zərərçəkmiş şəxs3 arasında yaranmış əhəmiyyətsiz mübahisəni cinayət əməlini həyata keçirmək məqsədilə bəhanə kimi istifadə edərək heç bir əsaslı səbəb olmadan 6 aprel 2023-cü il tarixdə saat 18 radələrində övladları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və əri Təqsirləndirilən şəxs3 ilə birlikdə bir qrup şəxs qismində birləşərək qanunsuz olaraq əldə edib saxladıqları döyüş sursatı hesab edilən 1(bir) ədəd “F-1” əl qumbarasını silah qismində istifadə etmək və insanlarda qorxu yaratmaq məqsədilə özləri ilə götürüb övladı Təqsirləndirilən şəxs1 nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “Khazar SD Minik” markalı, 99PD270 dövlət qeydiyyat nişanlı avtomobillə daşıyaraq Zərərçəkmiş şəxs3 yaşadığı həmin rayonun Börü qəsəbəsindəki 120 nömrəli fərdi yaşayış evinin qarşısına gəlib ictimai yer sayılan insanların toplaşdığı adsız küçədə olan insanlara əhəmiyyət verməyib ətrafdakılara özünün üstünlüyünü, müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərmək məqsədilə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə uca səslə qışqırıb nalayiq söyüşlər söyərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, öz hərəkətləri ilə ətrafda olan şəxslərin dincliyini pozmaqla, heç bir əsaslı səbəb olmadan cinayətkar niyyətinin davamı olaraq Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evinin həyətinə basqın edib evin həyətinin metal materialdan olan qapısını fiziki zor tətbiq edərək açmaqla daxil olaraq evin həyətində sonuncunu və onun ailə üzvləri- atası Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2 yumruqla, təpiklə və silah qismində istifadə olunan ağac dəyənəklə, habelə özü ilə qanunsuz olaraq gəzdirdiyi döyüş sursatı hesab edilən 1(bir) ədəd “F-1” əl qumbarasından silah qismində əşya kimi istifadə edərək vurub döyərək Zərərçəkmiş şəxs1 bədən səthinin çoxsaylı qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər, Zərərçəkmiş şəxs3 sağ qulaq seyvanın arxa səthinin, sol diz nahiyəsinin və sol yanağın iç səthinin qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər, Zərərçəkmiş şəxs2 sağ əlin İİ barmağının və döş qəfəsinin arxa səthinin, təpə nahiyəsinin qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə bir qrup şəxs halında silah və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən xüsusi qərəzli xuliqanlıq hərəkətləri etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq döyüş sursatlarını əldə edib saxlamış və daşımış, həmçinin qanunsuz olaraq döyüş sursatını gəzdirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər tədqiq olunmuş halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Xocalı şəhərində qeydiyyatda olmaqla, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayır və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzində kompüter operatoru vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 qiyabi olaraq tanıyır və əvvəllər aralarında heç bir ədavət olmamışdır. 6 aprel 2023-cü il tarixdə yaşadığı qəsəbə ərazisində olarkən təxminən saat 18 radələrində atası Təqsirləndirilən şəxs3 mobil telefonla zəng edərək Zərərçəkmiş şəxs1 tərəfindən döyülməsini bildirmişdir. Dərhal evə gedib hadisənin necə baş verməsini atasından soruşmuşdur. Atası ona əkin sahəsinə gedən su arxının zibilini təmizləyərkən atını öz əkin sahəsinin kənarına bağladığını, həmin vaxt Zərərçəkmiş şəxs1 adını bilmədiyi oğlunun yanına gələrək atı bağladığı sahənin ona məxsus olduğunu bildirərək mübahisə etdiyini, mübahisə zamanı atasını şillə ilə vurduğunu, daha sonra Zərərçəkmiş şəxs1 həmin yerə gələrək şillə və ağacla vurmasını bildirmişdir. Həmin vaxt atasının sağ gözündə olan protez göz yerindən çıxaraq yerə düşmüşdür. Bunları eşitdikdən sonra məsələni dəqiqləşdirmək üçün atasıyla birlikdə özünə məxsus “Khazar” markalı, 99PD270 dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 yaşadığı ünvana getmək qərarına gəlmişdir. Həmin vaxt anası Təqsirləndirilən şəxs4 və qardaşı Təqsirləndirilən şəxs2 da onlarla birlikdə getmişlər. Börü qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 evinin qarşısına çatdıqda Zərərçəkmiş şəxs3 yanında 2 nəfər tanımadığı şəxsi küçədə qoyaraq darvazadan həyətlərinə girib atası Zərərçəkmiş şəxs1 “gəldilər” sözünü demişdir. Zərərçəkmiş şəxs1 isə ona ağacları gətirməsini bildirmişdir. Qapını açıb içəri daxil olduqda Zərərçəkmiş şəxs1 əlindəki ağac dəyənəklə onun sol çiyin nahiyəsinə 2 dəfə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs1 əlindəki ağacdan tutub yumruqla sifət nahiyyəsinə vuraraq ağacı əlindən almış və ağacla bir neçə dəfə bədəninin müxtəlif nahiyələrinə vurduqda sonuncu üzüstə yerə yıxılmış və əlindəki ağac sınmışdır. Daha sonra Zərərçəkmiş şəxs1 köməklik etməyə çalışan oğlu Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 şillə və yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 qardaşı Təqsirləndirilən şəxs2 ağac dəyənəklə vurduqda anası Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs2 şillə və yumruqla vurmuşdur. Atası Təqsirləndirilən şəxs3 və qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 yerdə olarkən təpiklə vurmuşdur. Daha sonra onları qorxutmaq üçün avtomobilin yük yerindən götürərək darvazanın çöl tərəfinə söykədiyi ov tüfəngini götürüb geri qayıtmış və həyətdə Zərərçəkmiş şəxs1 yanında havaya 1 dəfə atəş açmış və daha sonra geri qayıdaraq küçədə havaya 1 dəfə atəş açmışdır. Həmin vaxt silahın içərisində 2 ədəd güllə, avtomobilin yük yerində silaha məxsus qatarda əlavə təxminən 10 ədəd istifadəyə yararlı güllə olmuşdur. Bundan sonra o, avtomobilə əyləşərək ailə üzvlərilə birlikdə yaşadığı evə qayıtmışdır. Əlavə olaraq qeyd etmişdir ki, həmin silahdan Zərərçəkmiş şəxs1 və ailə üzvlərini qorxutmaq üçün ümumilikdə iki dəfə havaya atış açmış, atası Təqsirləndirilən şəxs3 məxsus fermadan aşkar edilmiş döyüş sursatlarının saxlanılmasından heç bir məlumatı olmamışdır. Hazırda etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir və barışmışlar. Hərbi xidmətdə olarkən qolundan aldığı güllə yarasına görə İİİ dərəcəli ömürlük əlil olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan övladı var. Göstərilənləri nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Xocalı şəhərində qeydiyyatda olmaqla, Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yaşayır və heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1 qiyabi olaraq tanıyır və əvvəllər aralarında heç bir ədavət olmamışdır. 6 aprel 2023-cü il tarixdə qəsəbə ərazisində olarkən təxminən saat 18 radələrində anası Təqsirləndirilən şəxs4 mobil telefonla zəng edərək onu evə çağırmışdır. Evə getdikdə atası Təqsirləndirilən şəxs3 sol gözündəki protezinin olmadığını görüb ondan nə baş verdiyini soruşmuşdur. Atası Börü kəndinin aşağısında yerləşən əkin sahəsinə gedən su arxının zibilini təmizləyərkən atını əkin sahəsinin kənarına bağladığını, həmin vaxt Zərərçəkmiş şəxs1 adını bilmədiyi oğlunun yanına gəlib atı hörüklədiyi sahənin ona məxsus olduğunu bildirərək mübahisə etdiyini, mübahisə zamanı atası Təqsirləndirilən şəxs3 şillə ilə vurduğunu, daha sonra Zərərçəkmiş şəxs1 da gələrək atasını şillə və ağacla vurmasını bildirmişdir. Bunları eşitdikdən sonra məsələni aydınlaşdırmaq üçün o, atası Təqsirləndirilən şəxs3, qardaşı Təqsirləndirilən şəxs1 və anası Təqsirləndirilən şəxs4 ilə birlikdə özlərinə məxsus avtomobillə Zərərçəkmiş şəxs1 yaşadığı ünvana getmişlər. Zərərçəkmiş şəxs1 evinin qabağına çatdıqda Zərərçəkmiş şəxs3 onları görüb həyətə girmişdir. Avtomobildən düşərək həyətə tövlə tərəfdən olan qapını döyərək uca səslə qışqırıb qapını açmalarını tələb etmişlər. İçəri daxil olduqda Zərərçəkmiş şəxs1 əlində ağac dəyənək, arvadı döşəmə silmək üçün istifadə olunan taxtanı götürüb onları vurmuşlar. Onlar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 əlindəki ağacları alaraq sonuncunu vuraraq yerə yıxmış və yerdə vurmağa başlamışlar. Daha sonra Zərərçəkmiş şəxs3 vurmuşlar. Zərərçəkmiş şəxs1 arvadını isə anası Təqsirləndirilən şəxs4 vurmuşdur. Zərərçəkmiş şəxs3 onların əlindən çıxaraq ev tərəfə qaçmışdır. Qardaşı Təqsirləndirilən şəxs1 avtomobilin yük yerində olan ov silahını götürüb 1 dəfə havaya atəş açmışdır. Həyətdən küçəyə çıxdıqdan sonra Təqsirləndirilən şəxs1 küçədə də 1 dəfə havaya atəş açmışdır. Daha sonra həyətdən çıxaraq avtomobilə əyləşərək evə qayıtmışlar. Əlavə olaraq bildirmişdir ki, atası Təqsirləndirilən şəxs3 məxsus fermadan aşkar edilmiş döyüş sursatlarının saxlanılmasından heç bir məlumatı olmamışdır. Eyni zamanda qeyd etmişdir ki, qardaşı Təqsirləndirilən şəxs1 həyətdə havaya odlu silahdan atəş açması zamanı Zərərçəkmiş şəxs1 qırma dəyməsini bilməmişdir. Belə ki, həmin vaxt Təqsirləndirilən şəxs1 atəş açarkən silahın istiqamətini havaya yönləndirmişdir. Qırma yalnız ağaca və ya başqa hər hansı cismə dəyərək sıçrayıb Zərərçəkmiş şəxs1 dəyə bilərdi. Həmçinin qardaşı Təqsirləndirilən şəxs1 hərbi xidmət keçdiyini, bu səbəbdən silahdan sərrast atəş açmasını bildirmiş və qeyd etmişdir ki, əgər Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 öldürmək istəsəydi hətta onu birinci atəşdə vura bilərdi. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir və barışmışlar. Odur ki, bütün bunları nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Xocalı şəhərində qeydiyyatda olmaqla, Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yaşayır və Xocalı rayon mərkəzi xəstəxanasında texniki işçi vəzifəsində işləyir, İİ qrup müharibə əlilidir. Zərərçəkmiş şəxs1 qiyabi olaraq tanıyır və əvvəllər aralarında heç bir ədavət olmamışdır. Goranboy rayonu, Börü qəsəbəsi ərazisində ona məxsus əkin sahəsi vardır. Həmin əkin sahəsini suvarmaq üçün hər gün Goranboy rayonu Börü qəsəbəsinə getmişdir. Qeyd olunan əkin sahəsi Börü qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 evinin yaxınlığında yerləşmiş və sonuncu onun əkin sahəsinin yanında olan ötən illərdə sel yumuş torpaq sahəsini bir az iri daşlardan təmizləyərək istifadə etmişdir. Lakin həmin torpaq sahəsi Zərərçəkmiş şəxs1 məxsus deyildir. Təxminən bir aydır ki, Zərərçəkmiş şəxs1 əkin sahəsinə gələn su arxının istiqamətini dəyişərək əkin sahəsinin suvarılmasının qarşısını almışdır. Bu barədə həmin vaxtlar Zərərçəkmiş şəxs1 heç nə deməmişdir. Sonra Börü qəsəbəsinə gedərək Zərərçəkmiş şəxs1 yaşadığı ünvana gələrək qapıdan bir-neçə dəfə səsləmiş, sonuncunun arvadı Zərərçəkmiş şəxs2 darvazaya yaxınlaşaraq Zərərçəkmiş şəxs1 evdə olmadığını demişdir. Əgər mümkündürsə əkin sahəsinə gedən su arxının önünü kəsməməsini Elxana deməsi barədə xahş etmişdir. Həmin qadın Zərərçəkmiş şəxs1 bu barədə deyəcəyini bildirmişdir. 6 aprel 2023-cü il tarixdə saat təxminən 17-də yaşadığı Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsindən çıxaraq əkin sahəsini sulamaq üçün atla həmin yerə gedib atı arxın kənarına bağlayıb əkin sahəsini sulayarkən qəsəbə tərəfdən iki nəfər gənc oğlan ona yaxınlaşmışlar. Yaxınlaşan zaman onlardan kim olduqlarını soruşmuşdur. Onlardan biri Zərərçəkmiş şəxs1 oğlu olduğunu bildirərək atı niyə sahəyə bağladığını soruşmuşdur. Həmin yerin heç kimə məxsus olmadığını bildirən zaman Zərərçəkmiş şəxs3 yaxınlaşaraq nalayiq ifadə işlədib əli ilə üz nahiyyəsinə bir dəfə sillə vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmışdır. Yerdən qalxaraq Zərərçəkmiş şəxs3 qarşı uca səslə nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1, arvadı və xatırlamadığı bir nəfər şəxs ona yaxınlaşmış, yanına çatan zaman, Elxan da onun ünvanına qarşı nalayiq ifadə işlədərək eyni qaydada onun üzünə sillə vurmuşdur. Zərbənin təsirindən yıxılmış və gözündə olan protez yerə düşmüşdür. Səhhətində problem yarandığından ata birtəhər minərək yaşadığı Aşağı Ağcakənd qəsəbəsində yerləşən evə gəlmişdir. Evdə ailə üzvlərinə bu barədə demişdir. O, arvadı Təqsirləndirilən şəxs4, oğulları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 sonuncunun idarə etdiyi idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs1 yaşadığı ünvana getmişlər. Ünvana çatan zaman Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs3 evin həyətinin çöl tərəfində küçədə dayanmış, avtomobili görən zaman tez qaçaraq həyətin arxa qapısından içəri girib qapını bağlamışdır. Avtomobildən enib küçədə uca səslə nalayiq ifadələr işlədib həmin qapıya təpik vuraraq açmasını tələb etmişdir. Qapı açılan zaman Zərərçəkmiş şəxs1 üzünə bir sillə vuraraq, “gör indi başına nə oyun açaçağıq” demişdir. Həyətə girən zaman Zərərçəkmiş şəxs1, arvadı Zərərçəkmiş şəxs2 və oğlu Zərərçəkmiş şəxs3 əlində ağac dəyənəklər olmuşdur. Zərərçəkmiş şəxs1 əlində olan ağac dəyənəklə Surətə bir-iki zərbə vurmuşdur. Zərərçəkmiş şəxs1 əlindən dəyənəyi alaraq vurmağa başlamışdır. Zərərçəkmiş şəxs1 yerə yıxılan zaman o, bir-neçə təpik, həmçinin əlindən aldığı ağac dəyənəklə bir neçə zərbə vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs3 əlindəki dəyənəklə Təqsirləndirilən şəxs2 vuran zaman sonuncu əlindən dəyənəyi alıb Zərərçəkmiş şəxs3 dəyənəklə vurmuşdur. Zərərçəkmiş şəxs3 yerə yıxılan zaman Zərərçəkmiş şəxs2 əlindəki ağac dəyənəklə Təqsirləndirilən şəxs2 vurarkən arvadı Təqsirləndirilən şəxs4 qadının saçından tutaraq onu döymüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 avtomobildən gətirdiyi tüfəng ilə Zərərçəkmiş şəxs1 həyətində havaya bir atəş açmışdır. Daha sonra o, arvadı Təqsirləndirilən şəxs4, oğulları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həyətdən küçəyə çıxmışlar. Küçədə olan zaman Təqsirləndirilən şəxs1 tüfənglə havaya bir daha atəş açmışdır. Avtomobilə əyləşərək geriyə, Aşağı Ağcakənd qəsəbəsinə yaşadıqları evə qayıtmışlar. Həmin vaxtdan təxminən 15 dəqiqə keçdikdən sonra polis əməkdaşları gələrək onu və oğlu Təqsirləndirilən şəxs1 polis şöbəsinə dəvət etmişlər. Hadisədən sonra öyrənmişdir ki, Zərərçəkmiş şəxs1 qırma xəsarəti almışdır. Bununla bağlı qeyd etmişdir ki, oğlu Təqsirləndirilən şəxs1 silahla Zərərçəkmiş şəxs1 həyətində göyə istiqamətlənmiş şəkildə atəş açmışdır. Həmçinin bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 atəş açsaydı onu öldürərdi. Belə ki, Təqsirləndirilən şəxs1 hərbi xidmət keçdiyindən sərrast şəkildə atəş açır. Bundan əlavə polis əməkdaşları tərəfindən onun iştirakı ilə yaşadığı evə və ona məxsus Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yerləşən qış fermasına baxış keçirilməsi təklif olunmuş, heç bir etirazının olmadığını qeyd etmiş və baxış keçirilməsinə razılıq vermişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində ona məxsus Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yerləşən fermaya hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı fermanın yardımçı tikilisinin yan tərəfindən yerləşən dəmir şkafın içərisində olan plastik vedrənin daxilində sellofan torbaya bükülmüş halda xeyli sayda avtomat silahın patronları və 1(bir) ədəd avtomat silahının sandıqçası, digər yardımçı tikilinin yanında plastik vedrəninin daxilindən 6 (altı) ədəd əl qumbarası aşkar edilərək götürülmüşdür. Bununla bağlı bildirmişdir ki, həmin sursatları o, həmin yerdə saxlamışdır. Belə ki, aşkar edilən avtomat silahına məxsus patronların bir hissəsini, əl qumbaralarından birini və patron darağını 1992-1996-cı illər arasında İ Qarabağ müharibəsi dövründə döyüşlərdə iştirak edən zaman üzərində qalaraq gətirmişdir. Həmin sursatları yaşadığı evdə də saxlamışdır. Geri qalan sursatları, avtomat silahına məxsus patronların qalan hissəsini, əl qumbaralarından 4-nü isə İİ Qarabağ müharibəsindən sonra Goranboy rayonu, Gülüstan yaylağından, Tərtər rayonu Talış kəndi yaxınlığından tapmış, lakin qalan 1 ədəd səs qumbarasını isə hardan əldə etdiyini xatırlamır. Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ərazisində ferma tikdirdikdən sonra həmin sursatları fermaya aparmışdır. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir və barışmışlar. Bundan başqa İİ dərəcəli əlildir. Odur ki, bütün bunları nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Xocalı şəhərində qeydiyyatda olmaqla, ailə üzvlərilə birlikdə Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yaşayır və Xocalı rayon mərkəzi xəstəxanasında yönəldici işləyir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış və aralarında heç bir ədavət olmamışdır. Goranboy rayonu, Börü qəsəbəsi ərazisində ailəsinə məxsus əkin sahəsi vardır. Əri Təqsirləndirilən şəxs3 həmin əkin sahəsini suvarmaq üçün tez-tez Goranboy rayonu Börü qəsəbəsinə getmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 17-18 radələrində əri Təqsirləndirilən şəxs3 üst başı palçıqlı vəziyyətdə, protez gözü də düşmüş halda evə gəlmişdir. Təqsirləndirilən şəxs3 nə baş verdiyini soruşmuş, sonuncu suvardığı əkin sahəsində Börü qəsəbə sakini Zərərçəkmiş şəxs1 tərəfindən döyülməsini bildirmişdir. Oğulları Surət və Təqsirləndirilən şəxs2 zəng edərək evə çağırmışdır. Samir və Surət evə gəlib atasının vəziyyətini görən zaman Zərərçəkmiş şəxs1 yaşadığı evə getmək qərarına gəlmişlər. Məsələyə aydınlıq gətirmək üçün oğulları və əri ilə birlikdə getmişdir. Zərərçəkmiş şəxs1 yaşadığı evə oğlu Təqsirləndirilən şəxs1 məxsus avtomobillə getmişlər. Börü qəsəbəsində Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığında avtomobili saxlayıb enən zaman küçədə olan iki nəfər oğlanlardan biri həyətin arxa qapısından içəriyə doğru qaçmışdır. Təqsirləndirilən şəxs2 digər oğlanın qolundan tutub Zərərçəkmiş şəxs1 oğlu olubolmadığını soruşmuşdur. Həmin oğlan Elxanın oğlu olmadığını deyən zaman Təqsirləndirilən şəxs2 həmin oğlanın qolunu buraxmışdır. Zərərçəkmiş şəxs1 həyətinin arxa tərəfində yerləşən qapıya yaxınlaşdıqda əri Təqsirləndirilən şəxs3 əsəbiləşib qapını təpikləmiş və nalayiq ifadələr işlədərək qapını açaması üçün hədə qorxu gəlmişdir. Zərərçəkmiş şəxs1 qapını açan zaman ilk öncə əri və o içəri girmişlər. Zərərçəkmiş şəxs1 əlində olan ağac dəyənəklə əri Təqsirləndirilən şəxs3 iki dəfə zərbə vurmuşdur. Həmin vaxt oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 bir dəfə yumruq vurmuş, nəticədə Zərərçəkmiş şəxs1 yerə yıxılmışdır. Daha sonra oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 əlindən ağacı alıb ona vurmağa başlamışdır. Əri Təqsirləndirilən şəxs3 isə Zərərçəkmiş şəxs1 təpiklə vurmışdur. Bu zaman həyətdə olan Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 əlində döşəmə silmək üçün istifadə olunan taxta, oğlu Zərərçəkmiş şəxs3 əlində isə ağac dəyənək olmuşdur. Həmin vaxt oğlu Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 yaxasından tutub çəpərin üzərinə atmışdır. Zərərçəkmiş şəxs2 əlindəki dəyənəklə Samirin bel nahiyəsinə vurarkən o, tez Zərərçəkmiş şəxs2 yanına gedib saçından tutub yolmağa başlamışdır. Zərərçəkmiş şəxs2 yalvarmış və övladlarını götürüb getməsini xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 havaya əlində olan tüfənglə bir dəfə atəş açmış, ardınca əri Təqsirləndirilən şəxs3, oğulları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həyətdən kücəyə çıxmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs1 evinin yerləşdiyi küçədə təxminən 5-6 tanımadığı şəxs dayanmışdır. Avtomobilə yaxınlaşıb əyləşən zaman Təqsirləndirilən şəxs1 əlində olan tüfənglə küçədə yenidən havaya bir dəfə atəş açmış, daha sonra avtomobilə əyləşərək geriyə Aşağı Ağcakənd qəsəbəsinə qayıtmışlar. Silah həmin vaxt avtomobildə olmuşdur. X7 qəsəbəsində yerləşən evlərinə gələn zaman evə az qalmış küçədə oğlu Təqsirləndirilən şəxs1 avtomobili saxlayıb arxa yük yerindən silahı götürüb qohumları Əlixan gilin evinə gedib qoyaraq çıxmışdır. Hadisədən sonra öyrənmişdir ki, Zərərçəkmiş şəxs1 qırma xəsarəti almışdır. Bununla bağlı qeyd etmişdir ki, oğlu Təqsirləndirilən şəxs1 silahla Zərərçəkmiş şəxs1 həyətində göyə istiqamətlənmiş şəkildə atəş açmışdır. Həmçinin bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 atəş açsaydı onu öldürərdi. Belə ki, Təqsirləndirilən şəxs1 hərbi xidmət keçdiyindən sərrast şəkildə atəş açır və onların heç birinin Zərərçəkmiş şəxs1 öldürmək niyyəti olmamışdır. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir və barışmışlar. Odur ki, bütün bunları nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Xocalı rayonu, Cəmilli kəndində qeydiyyatda olmaqla Goranboy rayonu, Börü qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs3 Aşağı Ağcakənd qəsəbə sakini kimi tanıyır, aralarında hər hansı bir ədavət yoxdur. Goranboy rayonu, Börü qəsəbəsində bir hektar ərazidə əkin sahəsi vardır. Həmin əraziyə yaxın yerdə Təqsirləndirilən şəxs3 da əkin sahəsi vardır. xx.xx.2023-cü il tarixdə saat təxminən saat 17-18 radələrində işlədiyi məktəbdə olan zaman oğlu Asəf Yusifli əkin sahəsinə Təqsirləndirilən şəxs3 at bağladığını görmüş və əkin sahəsindən çıxarılması üçün yanına gedib atı əkin sahəsindən çıxarılmasını tələb edən zaman Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs3 vurmuşdur. Saat 18 radələrində məktəbdən evə gəlmişdir. Təxminən yarım saat sonra küçədən səsküy eşitmiş, tez həyətə çıxmış, oğlu Zərərçəkmiş şəxs3 həyətdən evə getməsini demişdir. Evin həyətinin tövlə tərəfindən olan giriş hissəsinə getmişdir. Həmin qapının ardında səs küylə kimlərsə bərk-bərk qapını vurmuşdur. Eyni zamanda qışqıraraq, hədə qorxu gələrək, əxlaqa yaraşmayan formada söyüşlər söyməklə qapını qırılacaq qədər bərk vurmuşlar. Qapını qıracaqlarını düşünüb baxmaq üçün bir az açan zaman həmin şəxslər qapını itələyərək açmışlar. Qapı açılan zaman Təqsirləndirilən şəxs3 və arvadı əlində 1(bir) ədəd qumbara ilə birinci həyətə daxil olmuşdur. O, geriyə doğru çəkilmiş və bir anda Təqsirləndirilən şəxs1 əlində olan odlu silahdan atəş açılmış nəticədə baş nahiyəsindən zərbə alaraq yerə yıxılmışdır. Daha sonra Təqsirləndirilən şəxs3 və digər ailə üzvlərinin hər biri onu ağac dəyənəklə, yumruq, təpiklə, tüfəngin qundağı ilə döyməyə başlamışlar. Həmin vaxt zərbələrin təsirindən huşunu itirdiyindən arvadı Zərərçəkmiş şəxs2 və oğlu Asəf Yusiflinin kim tərəfindən döyülməsini bilməmişdir. Daha sonra öyrənmişdir ki, Təqsirləndirilən şəxs3, arvadı Təqsirləndirilən şəxs4, oğlu Təqsirləndirilən şəxs1 və digər oğlu Təqsirləndirilən şəxs2 arvadı Zərərçəkmiş şəxs2 və oğlu Zərərçəkmiş şəxs3 döyüblər, hətta oğlu Asəf Yusiflinin ardınca bir-iki atəş açıblar. Yekunda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin, iddiasının olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Xocalı rayonu, Cəmilli kəndində qeydiyyatda olmaqla Goranboy rayonu, Cəmilli kəndində yaşayır və heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1 onun əri, Asəf Yusifli isə oğludur. Təqsirləndirilən şəxs3 və onun ailə üzvlərini tanımır, əvvələr də görməmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində Goranboy rayonu, Börü qəsəbəsi ərazisində otlaq sahəsində onlara məxsus torpaq sahəsində bir nəfər tanımadığı şəxsin at bağladığını görmüşdür. X19 həmin yerə gedərək atın sahibinə atı həmin örüş sahəsindən aparmağını deməsini bildirmişdir. Zərərçəkmiş şəxs3 həmin yerə gedən zaman orada Təqsirləndirilən şəxs3la aralarında mübahisə olduğunu görüb həmin yerə gedərkən Təqsirləndirilən şəxs3 ata minib Aşağı Ağcakənd istiqamətində getmişdir. Asəf Yusifli onun yanına gəlib Təqsirləndirilən şəxs3 nalayiq ifadələr işlətdiyini, əlində olan bellə Zərərçəkmiş şəxs3 vurmaq istədiyini, bu zaman özünü müdafiə etmək məqsədi ilə Təqsirləndirilən şəxs3 itələdiyini demişdir. Zərərçəkmiş şəxs3 ilə birlikdə əkin sahəsindən yenidən yaşadıqları evə qayıtmışdır. Təxminən yarım saat sonra evin həyətində olan zaman Zərərçəkmiş şəxs3 küçədən həyətin arxa qapısından içəri girib həmin şəxslərin gəldiyini demişdir. Əri Zərərçəkmiş şəxs1 arxa həyətə keçmiş, bu zaman uca səslə nalayiq ifadələr işlədən bir neçə nəfər qapını təpikləmişlər. Zərərçəkmiş şəxs1 qapını açan zaman içəriyə biri yaşlı kişi, yəni Təqsirləndirilən şəxs3, onun arvadı və iki oğlu ilə həyətə girmişlər. Təqsirləndirilən şəxs3 içəri girən zaman əlində heç nə olmamışdır, Təqsirləndirilən şəxs4 əlində isə qara-yaşıl rəngli üzərində qabarcıqları olan yumru bərk bir cism olan qumbara olmuşdur. Təqsirləndirilən şəxs1 əlində qara rəngli tüfəng, Təqsirləndirilən şəxs2 əlində isə heç bir şey olmamışdır. Həmin şəxslər içəriyə daxil olan kimi “siz kimsiniz ki bizim qarşımıza çıxırsınız” deyərək ilk öncə hər biri Zərərçəkmiş şəxs1 yumruqla, təpiklə, yerdən götürdükləri ağac dəyənəklə döymüşlər. Elxana kömək etməyə gələn zaman Təqsirləndirilən şəxs4 onun saçından tutub yolmuş və əlindəki qumbara ilə başına bir neçə dəfə vurmuşdur. Zərərçəkmiş şəxs3 çəpərin digər tərəfində olmuşdur. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 vurub çəpərin digər tərəfinə yıxmış və onu döyməyə başlamışdır. Yalvarıb oğlunu vurmamasını xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 və ailə üzvləri onu da döyməyə başlamışlar. Təqsirləndirilən şəxs1 əlində olan silahı oğlu Zərərçəkmiş şəxs3 tərəf yönəldən vaxt oğlunun qarşısına keçib vurmaması üçün yalvarmışdır. Zərərçəkmiş şəxs3 tez həmin yerdən qaçmasını demiş və özü də oğlunun ardınca da kömək çağırmaq üçün getmişdir. Həyətin ön qapısından çıxıb küçə ilə yuxarı tərəfə qaçıb qonşu Şahid4 köməyə çağırıb yenidən Elxanın yanına qayıtmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs3 və ailə üzvləri həyətin arxa qapısından çıxaraq küçənin sonunda bir dəfə atəş açmışlar. Həyətə girəndə Zərərçəkmiş şəxs1 yerdə üstü-başı qan içində uzanmış vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs3 və ailə üzvləri uca səslə nalayiq ifadələr işlədib gəldikləri avtomobilə minərək geri qayıtmışlar. Daha sonra Zərərçəkmiş şəxs1 yerdən qaldırıb evə gəlməsinə köməklik etmiş, qonşuların köməyi ilə onu xəstəxanaya aparmışlar. Bir az sonra polis əməkdaşları da hadisə yerinə gəlmişlər. Yekunda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin, iddiasının olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Xocalı rayonu, Cəmilli kəndində qeydiyyatda olmaqla, Goranboy rayonu, Börü qəsəbəsində yaşayır və Kəlbəcər rayon 103 saylı tam orta məktəbin 11-ci sinif şagirdidir. 6 aprel 2023-cü il tarixdə günün ikinci yarısında evlərinin aşağı tərəfində olan otlaq sahələrinə 1 rəst atın bağlandığını görüb tanışı Şahid2 ilə birlikdə həmin yerə gedərək atın sahibi Təqsirləndirilən şəxs3 atını bağladığı sahənin onlara məxsus olduğunu və atı açıb aparmasını istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 heç bir səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlədərək əlindəki bellə və şillə ilə bir dəfə vurmuş, bir daha vurmaması üçün əli ilə geri itələyən zaman Təqsirləndirilən şəxs3 üzüstə yerə yıxılmışdır. Daha sonra Şahid2 ilə birlikdə evə qayıtmışdır. Həmin gün təxminən 18 radələrində yaşadığı qəsəbə ərazisində evlərinin arxa hissəsində ağ rəngli avtomobilin sürətlə onlara tərəfə gəlməsini və həmin yerə çatdıqda avtomobilin salonundan kiminsə əli ilə onu göstərdiyini görmüşdür. Avtomobil saxlayan zaman həmin şəxslərin dava etmək üçün gəldiklərini başa düşüb həyətlərinə tövlə tərəfdən olan giriş qapısından içəri daxil olmuş və qapını içəridən bağlayaraq atası Zərərçəkmiş şəxs1 həyətə çağırmışdır. Avtomobildən düşən şəxslər hər biri küçədə onları ünvanına nalayiq ifadələr işlədib söyüşlər söymüşlər. Onlar həyətin arxa giriş qapısının ağzına gələrək qapını təpikləyib qırmağa çalışmışlar. Atası Zərərçəkmiş şəxs1 məcbur qalıb onları sakitləşdirmək üçün qapını açmışdır. Qapı açılan zaman silahdan 1 dəfə atəş açıldığını eşitmişdir. Həmin vaxt atası Zərərçəkmiş şəxs1 yerə yıxıldığını və Təqsirləndirilən şəxs3 ailə üzvləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 əllərində olan ağac dəyənəklə, təpik və yumruqla, habelə tüfəngin qundağı ilə onu və atasını vurduqlarını görüb anası Zərərçəkmiş şəxs2 ilə kömək etmək üçün yaxınlaşmışlar. Həmin vaxt qeyd etdiyi şəxslərin hər biri Zərərçəkmiş şəxs1la birlikdə onu da vurmuşlar. Təqsirləndirilən şəxs4 anası Zərərçəkmiş şəxs2 saçından tutaraq əlində olan qumbara ilə başına vurmuşdur. Küçəyə qaçıb uca səslə qonşuları köməyə çağırmışdır. Səsinə qonşular gələn zaman Təqsirləndirilən şəxs3 ailə üzvləri gəldikləri avtomobilə əyləşərək getmişlər. Yekunda Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin, iddiasının olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xocalı şəhərində qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə Goranboy rayonu, Börü qəsəbəsində yaşayır və Xocalı rayon Cəmilli kənd tam orta məktəbinin 10-cu sinif şagirdidir. 6 aprel 2023-cü il tarixdə təxminən saat 18-19 radələrində tanışı Zərərçəkmiş şəxs3 yaşadığı ev tərəfə gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs3 və tanışı Şahid2 Asəfgilin evinin qarşısında küçədə dayanıb söhbət edən zaman Asəf və Tural bir az öncə əkin sahəsində bir nəfər yaşlı kişinin Asəfə şillə vurmasını, yenidən vurmaması üçün Asəfin həmin yaşlı kişini itələdiyini öyrənmişdir. Zərərçəkmiş şəxs3 yaşadığı evin qarşısında dayanıb təxminən 20 dəqiqə müddətində söhbət etdikdən sonra qəsəbənin aşağı mərkəz küçəsindən yüksək sürətlə idarə edilən ağ rəngli bir avtomobil Asəfgilin evinin arxa tərəfinə gəlmişdir. Maşın saxladıqdan sonra içərisindən bir nəfər yaşlı kişi, bir nəfər orta yaşlı qadın, iki nəfər cavan oğlan yerə enmişlər. Cavan oğlanlardan biri maşının yük yerindən bir ədəd qara rəngli tüfəng çıxaran zaman Zərərçəkmiş şəxs3 tez arxa qapıdan öz həyətlərinə girmiş və qapını bağlamışdır. Həmin şəxslər maşından enən kimi qadın kişi olmaqla hər biri küçədə qışqıra-qışqıra pozğun söyüşlər söyərək onlara tərəf gəlmişlər. Təqsirləndirilən şəxs1 əlindəki silahı ona və Şahid2 tərəf istiqamətləndirib Təqsirləndirilən şəxs3 bunların Zərərçəkmiş şəxs1 oğlu olub olmamasını soruşmuş, Təqsirləndirilən şəxs3 onlar olmadığını demişdir. Həmin şəxslər küçədə Zərərçəkmiş şəxs3 evi tərəfə gedərək “mənim atamı vuranı gör nə edəcəyik” deyə uca səslə qışqıraraq, Asəf gilin həyətinin arxa qapısı tərəfə hücum edərək qapını təpikləyib söyüşlər söyüb, açmasını tələb etmişlər. Təqsirləndirilən şəxs3 qapını təpikləyib açmasını tələb etmiş, Zərərçəkmiş şəxs1 qapını açan zaman Təqsirləndirilən şəxs3 və onunla birlikdə gələn şəxslərin hər biri həyətə zorla daxil olmuşlar. Həyətə daxil olduqdan bir qədər sonra odlu silahdan bir dəfə atəş açılmışdır. Atəş açıldıqdan sonra qorxa-qorxa həyətin arxa giriş qapısına doğru irəliləmiş və qapının arasından içəriyə baxan zaman görmüşdür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 itələyərək çəpərin üstunə yıxmış və üzərinə atlayıb sonuncunu yumruqlayır. Həmin vaxt həyətin arxa giriş qapısı yarım açıq vəziyyətində olduğundan digər şəxsləri görə bilməmişdir. Oradan kənarlaşıb digər küçə istiqamətində irəliləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 və ailə üzvləri Asəfgilin həyətinin arxa giriş qapısından küçəyə çıxmışar. Geriyə baxanda görmüşdür ki, Təqsirləndirilən şəxs1 əlindəki silahla Zərərçəkmiş şəxs3 evinin yerləşdiyi küçənin baş hissəsində havaya bir dəfə atəş açmışdır. Daha sonra həmin şəxslər avtomobilə minərək gəldikləri yolla geri qayıtmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Xocalı şəhərində qeydiyyatda olmaqla, Goranboy rayonu, Börü qəsəbəsində yaşayır və Xocalı rayon Cəmilli kənd tam orta məktəbində 10-cu sinifdə oxuyur. 6 aprel 2023-cü il tarixdə günortadan sonra tanışı Zərərçəkmiş şəxs3 ilə birlikdə onların yaşadığı evin qarşısında olmuşdur. Bir az sonra Zərərçəkmiş şəxs3 anası Zərərçəkmiş şəxs2 çölə çıxmış Zərərçəkmiş şəxs3 əkin sahəsinə at bağlandığını demiş və bildirmişdir ki, gedib o atı sahədən çıxarsın. Zərərçəkmiş şəxs3 ilə birlikdə onlara məxsus əkin sahəsinə getmişdir. Əkin sahəsində tanımadığı bir yaşlı kişinin yəni, Təqsirləndirilən şəxs3 orada əkin sahəsini suvardığını görmüşdür. Zərərçəkmiş şəxs3 həmin şəxsə yaxınlaşıb ondan atı həmin əkin sahəsindən çıxarmasnı xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs3 kimin oğlu olmasını soruşmuşdur. X16 Məmmədova Elxanın oğlu olduğunu deyən zaman həmin şəxs uca səslə nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs3 yaxınlaşıb sonuncunun üzünə əli ilə bir dəfə şillə vurmuşdur. Tez araya girib onları sakitləşdirməyə çalışmışdır. Zərərçəkmiş şəxs3 əli ilə Təqsirləndirilən şəxs3 geriyə itələmiş və sonuncu yerə yıxılmışdır. Geriyə qayıdan zaman Zərərçəkmiş şəxs3 anası Zərərçəkmiş şəxs2 və onun anası Gülnar Şirinovanın onlar tərəfə gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs3 isə yıxıldığı yerdən qalxıb ata minərək əkin sahəsindən Aşağı Ağcakənd qəsəbəsinə doğru getmişdir. Təxminən 40-50 dəqiqə sonra tanışı Şahid1 və Zərərçəkmiş şəxs3 ilə sonuncunun evinin arxa giriş qapısının qarşısında küçədə dayanıb söhbət edərkən qəsəbənin mərkəzi küçəsindən yüksək sürətlə idarə edilən ağ rəngli bir avtomobil Asəf gilin evinin arxa tərəfinə gəlmiş, Zərərçəkmiş şəxs3 avtombilin içərisində əkin sahəsində gördüyü yaşlı kişini görüb tez arxa qapıdan həyətə girmiş və qapını bağlamışdır. Avtomobil saxlayan kimi içərisindən iki nəfər cavan oğlan, həmin yaşlı kişi və bir nəfər orta yaşlı qadın yerə enmişdir. Həmin şəxslərin hər biri yerə enəndə küçədə ucadan qışqıraraq şöyüşlər söymüş, qışqıra-qışqıra “indi ona gününü göstərəcəm”, “gör indi nə oyun çıxardacayıq” deyə hədələmişlər. Cavan oğlanlardan biri Təqsirləndirilən şəxs1 maşının yük yerindən bir ədəd qara rəngli tüfəng çıxarmış və onların yanına gələrək silahı ona doğruldub Elxan müəllimin oğlu olub-olmamağını soruşmuşdur. Həmin yaşlı kişi Təqsirləndirilən şəxs3 Asəfgilin həyətinin arxa qapısını təpiklə vurub söyüş söyə-söyə açmasını tələb etmişdir. Zərərçəkmiş şəxs1 qapını açan zaman onların hər biri həyətə daxil olmuşlar. Həmin vaxt öz evləri tərəfə getmişdir. Zərərçəkmiş şəxs1 məxsus evin arxa girişinin qarşısından keçərkən içəridə həmin şəxslərin Zərərçəkmiş şəxs1la mübahisə etdiyini görmüşdür. Yaşadığı evin qarşısına çatan zaman ilk atəş səsini eşitmişdir. Təxminən bir dəqiqə sonra yenidən atəş səsi eşitmişdir. Lakin həmin vaxt həyacanlandığından ümumilikdə neçə dəfə atəş açıldığını dəqiq bilməmişdir. Daha sonra həmin maşının yüksək sürətlə gəldikləri yolla geri qayıtdığını görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ailə üzvlərilə birlikdə Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, heç bir yerdə işləmir və İİİ qrup əlildir. Təqsirləndirilən şəxs1 bacısı qızının əri Təqsirləndirilən şəxs2 qardaşıdır və aralarında heç bir ədavət yoxdur. xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 18-19 radələrində Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkin işləri ilə məşğul olurkən həyətin darvazası açılmış və Təqsirləndirilən şəxs1 içəriyə daxil olmuşdur. Onun əlində qırmızı rəngli, sellofan torbaya bükülmüş tüfəng olmuşdur. Təqsirləndirilən şəxs1 yaxınlaşaraq yer qazıb həmin tüfəngi basdırmağını xahiş etmiş, sonuncunun yanında həmin silahı gizlətmək üçün həyətyanı sahədə yerləşən sanitar qovşağın tikilisinin yan tərəfində təxminən 20-30 sm dərinlikdə yer qazmışdır. Silahı torpağa basdıraraq üzərinə ağac budaqları yığmışdır. Təqsirləndirilən şəxs1 təxminən biriki saat ərzində gəlib silahı götürəcəyini bildirərək getmişdir. Təxminən yarım saat sonra Xocalı rayon polis şöbəsinin əməkdaşları həmin ünvana gələrək Təqsirləndirilən şəxs1 həyətyanı sahədə gizlətdiyi silahın yerini soruşmuş və təqdim etməyi xahiş etmişlər. Silahın olduğu yeri təqdim etmiş, polis əməkdaşları silahı gizlətdikləri yerə baxış keçirərək silahı götürmüşlər və bununla bağlı onu polis şöbəsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs1 onun yaşadığı evə silahı gətirən zaman ona mübahisə barədə heç bir məlumat verməmiş və onun bu barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Kəlbəcər rayonu, Zəylik kəndində qeydiyyatda olmaqla, 2019-cu ildən Goranboy rayonu, Börü qəsəbəsində yaşayır. 6 aprel 2023-cü il tarixdə saat təxminən 19 radələrində Goranboy rayonu, Börü qəsəbəsində yerləşən yaşadığı evdə olarkən evin qarşısına qonşusu Zərərçəkmiş şəxs2 gələrək uca səslə onu səsləyib demişdir ki, “Ay Yusif dayı, köməyə gəl Elxanı öldürürlər”. Tez evdən həyətə çıxanda görmüşdür ki, Zərərçəkmiş şəxs2 əli qanlı, saçı isə dağılmış haldadır. Zərərçəkmiş şəxs2 darvazadan çıxan zaman onun ardınca darvazadan çölə çıxmış, həmin vaxt atəş səsi gəldiyindən qorxub tez geri qayıtmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Xocalı rayonu, Cəmilli kəndində qeydiyyatda olmaqla, Goranboy rayonu, Börü qəsəbəsində yaşayır və Goranboy rayon MKTİB-də fəhlə işləyir. Qəsəbə ərazisində onu “Barat” adı ilə çağırırlar. Şəkərli diabet xəstəsi olduğundan yaddaşında və gözündə zəiflik vardır. 6 aprel 2023-cü il tarixdə saat təxminən 13 radələrində təsərrüfatında olan xırdabuynuzlu heyvanları otarmaq üçün Goranboy rayonu, Börü kəndinin ətrafında olan otlaq sahələrinə getmişdir. Axşam saat 19 radələrində yenidən heyvanları yaşadığı Börü qəsəbəsində yerləşən fərdi yaşayış evinin istiqamətində yönləndirmişdir. Daha sonra aşağı küçə ilə hərəkət edərkən Zərərçəkmiş şəxs1 evinin həyətinin arxa giriş qapısından bir neçə nəfər şəxsin səs-küy salaraq, əxlaqsız sözlər deyərək və söyüşlər söyərək küçəyə çıxdıqlarını görmüşdür. Həmin şəxslərdən birinin əlində tüfəng olmuşdur. Hətta həmin şəxs əlində olan odlu silahla Zərərçəkmiş şəxs1 yaşadığı küçə istiqamətində bir dəfə atəş açmışdır. Həmin şəxslərin içərisində olan xanım avtomaşına yaxınlaşıb digərlərinə “paylarını verdik, oturun gedək” demiş və hər biri ağ rəngli minik avtomobilinə əyləşərək yüksək sürətlə avtomobili geriyə döndərib qəsəbənin mərkəzi küçəsi ilə hərəkət etmişlər. Həmin şəxslərdən yanlız İsaq kimi tanıdığı Təqsirləndirilən şəxs3 Aşağı Ağcakənd qəsəbə sakini kimi tanımış, lakin digər şəxsləri tanımır. Təqsirləndirilən şəxs3 və ailə üzvləri uzaqlaşdıqdan sonra kənardan bir neçə nəfər kənd sakinləri ilə birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı evə tərəf getmişdir. Həyətin qapısından görmüşdür ki, Zərərçəkmiş şəxs1 bir neçə nəfər kömək edərək yerdən qaldırıb evə tərəf aparırlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Laçın rayonu, Qorçu kəndində qeydiyyatda olmaqla, Goranboy rayonu, Börü qəsəbəsində yaşayır. 6 aprel 2023-cü il tarixdə saat təxminən 18 radələrində işdən evə qayıdaraq paltarını dəyişib həyətdə işləmək üçün çölə çıxmışdır. Evinin qarşısında ayaqqabısını geyinən zaman qonşusu Şahid8 evindən Elxan müəllimə məxsus evə tərəf qaçdığını görmüşdür. Pərviz Əlievdən nə baş verdiyini soruşan zaman sonuncu dava olduğunu demişdir. Tez ayaqqabısını geyinib həyətdən küçəyə çıxarkən bir atəş səsi eşitmişdir. Küçəyə çıxdıqda Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs3 ona tərəf qaçdığını görmüşdür. Zərərçəkmiş şəxs3 qorxmuş, döyülmüş, ayaqyalın və özünü itirmiş vəziyyətdə olmuşdur. Həmin vaxt küçədə uca səslə nalayiq ifadələr işlədilərək yenidən odlu silahdan atəş açılmış, küçədə olan digər şəxslər qorxaraq kənara qaçıb evlərə girmişlər. Zərərçəkmiş şəxs3 qucaqlayıb onu yaşadığı evin içərisinə salmış, yenidən Elxam Zamanovun evi tərəfə qaçmışdır. Artıq həmin vaxt atəş açan şəxslər ağ rəngli avtomobilə minərək oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs1 evinə çatan zaman sonuncunun arvadı Zərərçəkmiş şəxs2 həyətdə olmuş və ətrafına qonşu qadınlar yığışmışdır. Tez Zərərçəkmiş şəxs1 evinə girmiş və sonuncunun arxa otaqda oturmuş vəziyyətdə olduğunu görmüşdür. Zərərçəkmiş şəxs1 üzündə, boğazında və sinəsində xəsarətlər olmuşdur. X13 avtomobili ilə Zərərçəkmiş şəxs1 xəstəxanaya aparılmış və bir az sonra hadisə yerinə polis əməkdaşları gəlmişdirlər. O, həmçinin qeyd etmişdir ki, hadisə zamanı ümumilikdə iki dəfə atəş açılmasını eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Xocalı şəhərində qeydiyyatda olmaqla, Goranboy rayonu, Börü qəsəbəsində yaşayır. 6 aprel 2023-cü il tarixdə saat təxminən 18 radələrində evdə olan zaman qəfildən küçədən atəş səsi eşitmiş, səsi eşidən kimi tez evin həyətinə çıxmışdır. Həyətdə olan zaman Zərərçəkmiş şəxs1 yaşadığı ev tərəfdən mübahisə səsi eşitmişdir. Daha sonra küçəyə çıxaraq onların yaşadığı ev tərəfə getmiş, küçənin baş tərəfinə çatan zaman bir daha atəş səsi gəlmişdir. Zərərçəkmiş şəxs1 yaşadığı evə tərəf baxan zaman bir neçə nəfər şəxs, birinin əlində tüfəng və biri qadın olmaqla ağ rəngli avtomobilə minib oradan uzaqlaşmışlar. Onlar təxminən 40-50 metr kənarda olduqlarından onların konkret olaraq kim olduqlarını görə bilməmişdir. Tez DİN-in “102” Xidməti-zəng Mərkəzi sisteminə zəng vuraraq bu barədə məlumat vermişdir. Daha sonra öyrənmişdir ki, Aşağı Ağcakənd qəsəbə sakini Təqsirləndirilən şəxs3 və ailə üzvləri Zərərçəkmiş şəxs1 yaşadığı evə gələrək mübahisə etmiş və Zərərçəkmiş şəxs1, arvadı və oğlu ilə birlikdə döymüşlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Xocalı rayonu, Noragux kəndində qeydiyyatda olmaqla, Goranboy rayonu, Börü qəsəbəsində yaşayır. 6 aprel 2023-cü il tarixdə saat təxminən 18 radələrində evdə yatmışdır. Yuxudan ayıldıqdan sonra həyətə çıxan zaman Zərərçəkmiş şəxs1 evi tərəfdə səs küy gəldiyini eşitmişdir. Tez evinə tərəf qaçaraq övladlarnı həyətə tərəf aparmışdır. Həmin vaxt qonşusu Telman Hüseynov nə baş verdiyini soruşan zaman Zərərçəkmiş şəxs1 evi tərəfdə mübahisə səsi gəldiyini bildirmişdir. Daha sonra bir dəfə atəş səsi eşitmiş, övladlarını evə aparıb özüdə içəriyə daxil olmuşdur. Təxminən 10 dəqiqə sonra küçəyə çıxıb Zərərçəkmiş şəxs1 evi tərəfə getmişdir. Həmin vaxt orada xeyli qəsəbə sakinləri yığılmışdır. Nə baş verdiyini soruşan zaman ona bildirmişlər ki, Aşağı Ağcakənd qəsəbə sakini Təqsirləndirilən şəxs3 və ailə üzvləri silahla Zərərçəkmiş şəxs1 yaşadığı ünvana gələrək mübahisə etmiş və Zərərçəkmiş şəxs1, arvadı Zərərçəkmiş şəxs2 və oğlu Zərərçəkmiş şəxs3 döymüşlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Ağdam rayonu, Şotlanlı kəndində qeydiyyatda olmaqla, 2008-ci ildən Goranboy rayonu, Börü qəsəbəsində yaşayır və 2002-ci ildən DİO-da, 2018-ci ilin aprel ayından isə Xocalı RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləyir. 6 aprel 2023-cü il tarixdə xidməti işlə əlaqədar olaraq Gəncə şəhərində olmuşdur. Həmin gün təxminən saat 17 radələrində Goranboy rayonu, Börü qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 mobil telefon vasitəsilə zəng edərək Aşağı Ağcakənd qəsəbə sakini Təqsirləndirilən şəxs3 oğlu Zərərçəkmiş şəxs3 ilə əkin sahəsində mübahisə etməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 RPŞ-yə ərizə ilə müraciət etməsini qeyd etmiş və Zərərçəkmiş şəxs1 zəngi sonlandırmışdır. Bir az sonra Aşağı Ağcakənd qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsilə zəng edərək Goranboy rayonu, Börü qəsəbə sakini Zərərçəkmiş şəxs1 atası Təqsirləndirilən şəxs3 döyməsini və buna görə də Zərərçəkmiş şəxs1 döymək üçün onun ünvanına gedəcəyi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs1 bu barədə polis şöbəsinə gedib ərizə ilə müraciət etməsini, Zərərçəkmiş şəxs1 barəsində qanuni tədbir görülməsini bildirsə də, Təqsirləndirilən şəxs1 onun sözlərinə məhəl qoymayaraq mobil telefonu söndürmüşdür. Dərhal bu barədə Goranboy rayonu, Börü qəsəbəsi ərazisində xidmət aparan polis əməkdaşı Şahid9 zəng edərək məlumat vermiş və ona daha diqqətli olmasını bildirmişdir. Həmin vaxtdan bir az keçdikdən sonra polis əməkdaşlarından Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs1 ünvanına gedib dalaşdıqlarını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 iş üzrə digər Şahid10 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “baxış keçirilməsi haqqında” 06 aprel 2023-cü il tarixli protokoldan görünür ki, axış keçirilən yer Goranboy rayonu, Börü qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus 120 nömrəli fərdi yaşayış evinin həyəti və qarşısındakı küçədir. Evin həyəti dəmir örtüklə əhatələnmişdir. Evin həyətinin biri öndə olmaqla, digəri isə evin yan tərəfində, tövlənin yanında olmaqla ümumilikdə iki girişi vardır. Həyət daxildən dəmir örtük və tor çəpərlə üç yerə bölünmüşdür. Zərərçəkmiş şəxs2 həyətin tövlə yerləşən hissəsini təqdim edərək hadisənin həmin yerdə baş verdiyini bildirdi. Küçənin eni 7 metrdir. Küçənin hər iki yan tərəfində su arxı vardır. Zərərçəkmiş şəxs1 evinin ön giriş qapısından 17 m, həyətin künc hissəsindən 4 m məsafədə küçənin sol tərəfində yerləşən su arxının içərisindən otların arasından yivsiz ov tüfənginə məxsus 1(ədəd) sarı rəngli metal və göy rəngli plastik hissəli ümumilikdə iki hissədən ibarət olan atılmış patron gilizi aşkar olundu. Həyətin arxa tərəfdən, tövlənin yanından olan giriş qapısı dəmir əsaslı olub üzəri metal örtükdəndir. Giriş hissənin eni 120 sm dir. Həmin giriş qapısı olan həyətin hissəsi düzbucaqlı şəklində olub eni 5 m, uzunluğu 13 m-dir. Həyət digər hissəsi ilə arasında metal tor çəpərla ayrılmışdır və aralarında keçid qapısı mövcuddur. Həyətə daxil olarkən giriş qapısından 6 metr, tövlənin künc hissəsindən isə 2,8 metr məsafədə, yerdə 1 (bir) ədəd uc hissəsi qırılmış halda olan, uzunluğu 132 sm, diametri 2 sm ölçüdə ağac dəyənək, ətrafında isə onun qırılaraq parçalanmış hissələri vardır. Baxış zamanı dəyənək və onun hissələri üzərində qana bənzər qırmızı ləkələrin olduğu aşkar edildi. Həmin dəyənəkdən 2,8 m, tövlənin künc hissəsindən 3,6 m məsafədə yerdə üzərində qana bənzər qırmızı ləkələr olan bir cüt başmaq vardır. Başmaqdan 1,8 m, tövlənin künc hissəsindən 4,8 m məsafədə yerdə 21x17 ölçüdə torpağın üzərində qana bənzər qırmızı rəngli maye vardır. Həyətin arxa giriş qapısi ilə üzbəüz, həyətin digər hissəsi ilə arasında çəkilmiş, dəmir örtüklü çəpərin üzərində yerdən 87 sm hündürlükdə, səpələnmiş şəkildə qana bənzər qırmızı rəngli damcı halında ləkələr vardır. Həyətin digər hisssəsində metal tor çəpərdən 30 sm, tövlənin künc hissəsindən 5,32 m məsafədə yerdə yivsiz ov tüfənginə məxsus 1(ədəd) sarı rəngli metal və göy rəngli plastik hissəli ümumilikdə iki hissədən ibarət olan atılmış patron gilizi aşkar olundu (bax: cin. işi 01 cild vər № 11-12); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “baxış keçirilməsi haqqında” 06 aprel 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Goranboy rayonu, Aşağı ağcakənd qəsəbəsində yerləşən X5 məxsus fərdi yaşayış evinin həyətidir. Evin həyətinin ölçüsü 20x30 m-dir. Həyətdə meyvə ağacları əkilmişdir. Şahid3 həmin evin həyətində yerləşən sanitar qovşağının yanına yığılmış ağac budaqlarının altında olan yeri təqdim edərək Təqsirləndirilən şəxs1la birlikdə sonuncuya məxsus ov tüfəngini həmin yerdə basdıraraq gizlətdiklərini bildirmişdir. Baxış zamanı evin həyətində yerləşən sanitar qovşağından 3 m məsafədə yığılmış ağac budaqlarının altında 25 sm dərinlikdə torpağa basdırılmış, iki ədəd qırmızı rəngli politelin torbaya bükülmüş bir ədəd “Sarsılmaz” markalı, M204 STD modelli, üzərində 09Y00184 nömrələri qeyd edilmiş ov silahı və içərisində 13 ədəd dolu patron olan parça materialdan hazırlanmış patron qabı (qatar) aşkar edilmişdir (bax: cin. işi 01 cild vər № 05-06); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “baxış keçirilməsi haqqında” 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Goranboy rayonunun Börü qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs3 məxsus əkin sahəsidir. Əkin sahəsi Ağcakənd-Börü yolundan 1 km məsafədə, Börü qəsəbəsindən isə 600 metrlik məsafədə yerləşir. Əkin sahəsinin ölçüsü 3 ha-dır. Təqsirləndirilən şəxs3 həmin yeri təqdim edərək Zərərçəkmiş şəxs1 Yunis oğlu və Zərərçəkmiş şəxs3 ilə orada mübahisə etdiyini və Zərərçəkmiş şəxs3, atası Zərərçəkmiş şəxs1 tərəfindən əli ilə vurularaq yerə yıxıldığını, nəticədə protez gözünün yerə düşərək itməsini bildirmişdir. Baxış zamanı hər hansı maddi sübut aşkar edilməmişdir (bax: cin. işi 01 cild vər № 52-53); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “şübhəli şəxsin tutulması haqqında” 08 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur (bax: cin. işi 01 cild vər № 99); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “şübhəli şəxsin tutulması haqqında” 08 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur (bax: cin. işi 01 cild vər № 114); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “baxış keçirilməsi haqqında” 09 aprel 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən obyekt Xocalı RPŞ-nin müvəqqəti mühafizə olunan duracağına yerləşdirilmiş Təqsirləndirilən şəxs1 məxsus “Xəzər-Lada” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, sedan tipli minik avtomobilidir. Təqsirləndirilən şəxs2 həmin avtomobili təqdim edərək xx.xx.2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvana qeyd olunan avtomobillə getdiklərini bildirmişdir. Avtomobilin salonuna, oturacaqların alt hissəsinə, arxa yük yerinə baxış keçirilmişdir. Lakin heç bir maddi sübut (silah, sursat və s) aşkar edilməmişdir (bax: cin. işi 01 cild vər № 127-128); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (bax: cin. işi 01 cild vər № 194); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Goranboy Rayon Məhkəməsinin 4(045)-22/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində istintaq müddətinin sonunadək, yəni 06 iyul 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 aprel 2023-cü ildən hesablanmışdır (bax: cin. işi 01 cild vər № 199-201); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Goranboy Rayon Məhkəməsinin 4(045)-24/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində istintaq müddətinin sonunadək, yəni 06 iyul 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 aprel 2023-cü ildən hesablanmışdır (bax: cin. işi 01 cild vər № 203-205); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “götürmə haqqında” 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərindən (üz nahiyyəsindən) cərrahi əməliyyat zamanı çıxarılmış yad cisim Goranboy RMX PHŞ-nın inzibati binasında həkim X4 təhvil götürülmüşdür (bax: cin. işi 01 cild vər № 206); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “hadisə yerinə baxış keçirilməsi haqqında” 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs3 məxsus fermadır. Fermə birmərtəbəli olub, daş, taxta və dəmir konstruksiyalı materiallardan tikilmiş hissələrdən ibarətdir. Fermanın həyətinə giriş hissəsində sağ tərəfdə 6x8 metr ölçüdə dəmir dam örtüklü otaq vardır. Otağa baxış keçirilən zaman heç bir maddi sübut aşkar edilməmişdir. Həmin otaqdan 8 metr məsafədə dəmir və taxta konstruksiyalardan tikilmiş bir-birinə bitişik 2 otaq yerləşir. Otaqların ölçüləri 3x3 və 3x4 ölçülərdə olub birmərtəbəlidir. Həmin otaqların yanında daşdan tikilmiş, xırdabuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulmuş 6x9 metr ölçüdə tövlə vardır. Həmin tövləyə bitişik 20x12 metr ölçüdə iribuynuzlu heyvanlar üçün nəzərdə tutulmuş tövlə vardır. Hər iki tövləyə baxış keçirilən zaman hər hansı maddi sübut aşkar edilməmişdir. Fermanın həyətində taxta materialdan tikilmiş otağın divarına bitişik yerə qoyulmuş ağ rəngli dəmir dəmir seyfə baxış keçirilən zaman onun içərisində ağ rəngli plastik vedrənin içərisində sellofan torbaya bükülmüş 86 ədəd patron olması ehtimal edilən predimet, 1 ədəd odlu silaha məxsus olaraq aşkar edilərək götürülmüşdür. Bundan əlavə həyətin giriş hissəsində yerləşən dəmir örtüklü otağın yan divarına bitişik polietilen materialdan olan çadırın altında sarı rəngli plastik vedrənin içərisində parça materiallı torbaya bükülmüş 6 ədəd əl qumbarasına bənzər predmet aşkar edilərək götürülmüşdür. Baxış zamanı aşkar edilən sursatları Təqsirləndirilən şəxs3 özünə məxsus olduğunu bildirmişdir. Əl qumbaralarının üzərində olan 3 ədəd alışdırıcı açılaraq götürülmüşdür. Baxış zamanı aşkar edilənlər hal şahidlərinin iştirakları ilə aşkar edilərək götürülmüş, eyni zamanda Təqsirləndirilən şəxs3 iştirakı ilə fotoşəkilləri çəkilmişdir (bax: cin. işi 01 cild vər № 212-213); Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır (bax: cin. işi 01 cild vər № 235); Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (bax: cin. işi 01 cild vər № 236); Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Məmmədov X6 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş və 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (bax: cin. işi 01 cild vər № 237-238); Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik Hüquqi şəxsin 12 aprel 2023-cü il tarixli, 18 nömrəli rəyindən görünür ki, hadisə yerindən götürülmüş qanabənzər nümunələr, ağac dəyənək və onun qırıntıları üzərində insana məxsus qan aşkar olundu, qanın qrup göstəricisi A (İİ) beta olduğundan vət. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus ola bilər (bax: cin. işi 01 cild vər № 248-252); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Eksperizası və X8 Publik Hüquqi şəxsin 154 saylı, 08 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsinə əsasən bədəni üzərində müəyyən edilmiş xəsarətlər – a)sol almacıq nahiyəsinin bir ədəd almacıq sümüyünün sınması ilə müşayiət olunan iki ədəd səthi yaraları odlu silahdan açılmış atəş zamanı metal qırmanın təsirindən əmələ gələ bilərdi qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozul masına səbəb olan az ağır dərəcəli xəsarətə aid edilir. b) bədən səthinin çoxsaylı qançırları isə bərk küt əşyanın(ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş tarixə yəni xx.xx.2023-cü il tarixə kənar şəxslər tərəfindən bellə, ağacla vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (bax: cin. işi 02 cild vər № 77-78); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Eksperizası və X8 Publik Hüquqi şəxsin 155 saylı, 08 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsinə əsasən bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əlin İİ barmağının və döş qəfəsinin arxa səthinin, təpə nahiyəsinin qançırları bərk küt əşyanın(ların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxslər tərəfindən küt predmetlə vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (bax: cin. işi 02 cild vər № 79-80); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Eksperizası və X8 Publik Hüquqi şəxsin 156 saylı, 08 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsinə əsasən bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ qulaq seyvanının arxa səthinin, sol diz nahiyəsinin və sol yanağın iç səthinin qançırları küt əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxslər tərəfindən yumruq və təpiklərlə vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (bax: cin. işi 02 cild vər № 79-80); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 25 may 2023-cü il tarixli 1000 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (bax: cin. işi 02 cild vər № 179); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 25 may 2023-cü il tarixli 999 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (bax: cin. işi 02 cild vər № 180); Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır (bax: cin. işi 02 cild vər № 181); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/708 saylı, 25 may 2023-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, “Sarsılmaz” modelli, “M204 STD 09Y00184” nömrəli, pompalı, təklüləli tüfəngdir- yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir təyinatı üzrə istifadəyə yararlıdır və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 13 (on üç) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli olmaqla, uyğun kalibrli yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tututlan patronlardır, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 2(iki) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 12 kalibrli patronların atəşlə ayrılmış hissələridir-gilizləridir., istifadəyə yararsızdır. Təqdim edilmiş gilizlər 12 mm kalibrli “Sarsılmaz” Mərkəzdə olan müvafiq təyinatlı modelli, “M204 STD 09Y00184” nömrəli, pompalı, təklüləli ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş 74 (yetmiş dörd) ədəd patron zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” avtomatlarda, “RPK-74” əl pulemyotlarında və s. uyğn kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatıdır, üzərində dəyişiklik edilməmişdir, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 9 (doqquz) ədəd patron zavod üsulu ilə istehsal edilmiş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik “Draqunov”(“SVD”) konstruksiyalı snayper tüfənglərində, “Kalaşnikov” (“PK”, “PKM”, “PKT” pulemyotlarında və s.) yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatıdır, üzərində dəyişiklik edilməmişdir, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 3(üç) ədəd patron zavod üsulu ilə istehsal edilmiş pistonları mərkəzdən alışan, 7,62x39 mm kalibrli olmaqla, “AK”, “AKM”, “AKMC”, modelli avtomatik tüfənglərində, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərdə və s. yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatıdır, üzərində dəyişiklik edilməmişdir, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən, müdafiə təyinatlı “F-1” əl qumbarasının hissəsi – gövdəsidir, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd predmet “RQD-5” tipli döyüş sursatı hesab edilən hücum təyinatlı qəlpəli əl qumbarasının zavod üsulu ilə istehsal edilmiş hissəsidir – gövdəsidir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd predmet “RQ-42” tipli döyüş sursatı hesab edilən hücum təyinatlı qəlpəli əl qumbarasının zavod üsulu ilə istehsal edilmiş hissəsidir – gövdəsidir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd sandıqça “Kalaşnikov” konstruksuyalı, “AK” (“AKM”, “AKS”, “AKS”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla zavod üsulu ilə istehsal edilmiş, 30(otuz) ədəd 5,45 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd predmet “F-1”, “RQ-42”, “RQD-5” tipli, döyüş sursatı hesab edilən qəlpəli əl qumbaralarının gövdələrinin partladılması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatının hissəsi hesab edilən “UZRQM” tipli alışdırıcıdır istifadəyə yararlıdır. Yuxarıda göstərilən qumbara gövdəsinə təqdim edilmiş “UZRQM” tipli alışdırıcı bağlandıqda, o, döyüş sursatı hesab edilən “F-1” tipli müdafiə təyinatlı qəlpəli əl qumbarasını və “RQD-5” tipli döyüş sursatı hesab edilən hücum təyinatlı qəlpəli əl qumbarasını təşkil edir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd predmet “F-1”, “RQ-42”, “RQD-5” tipli, döyüş sursatı hesab edilən qəlpəli əl qumbaralarının gövdələrinin partladılması çüçn nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatının hissəsi hesab edilən “UZRQM” tipli alışdırıcının gövdəsidir, qoruyucu mil ilə halqasıdır. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd metal müxtəlif kalibrli, yivsiz odlu, ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş komponentinin atəşlə ayrılmış hissəsidir- qırmadır və döyüş sursatı hesab edilmir. Təqdim edilmiş qırmanın üzərində atəşədək doldurulduğu gilizin daxili divarlarından və atıldığı silahın lülə kanalından qaımağa xarakterik olan sürtünmə izləri qırmanın hədəfə dəymə prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarışdığına, öz ilkin forma və ölçüsünü itirdiyinə habelə az və zəif əks edildiyinə, eyniləşmə tədqiqatı üçün yararsız olduğuna görə, 01(bir) ədəd qırmanın 12 kalibrli “Sarsılmaz” modelli, “M204 STD 09Y00184” nömrəli ov tüfəngindən və ya hər hansı başqa silahdan atılıb atılmadığını müəyyən etmək mümkün deyil (Aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir.) (bax: cin. işi 02 cild vər № 212-218); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X10 Hüquqi şəxsin 335 saylı, 01 iyun 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlikdən əziyyət çəkməmiş, cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və onları idarə etmək imkanında olmuş, cinayət törətdikdən sonra hər hansı psixi xəstəliyə tutulmamış, hazırda psixi xəstəlikdən əziyyət çəkmir, hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək imkanındadır, cinayəti törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi mülicə tədbirlərinə ehtiyacı yoxdur (bax: cin. işi 02 cild vər № 220-223); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X10 Hüquqi şəxsin 334 saylı, 01 iyun 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlikdən əziyyət çəkməmiş, cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və onları idarə etmək imkanında olmuş, cinayət törətdikdən sonra hər hansı psixi xəstəliyə tutulmamış, hazırda psixi xəstəlikdən əziyyət çəkmir, hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək imkanındadır, cinayəti törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi mülicə tədbirlərinə ehtiyacı yoxdur. (bax: cin. işi 02 cild vər № 225-228); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 iki azyaşlı övladı vardır (bax: cin. işi 03 cild vər № 27-28); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Xocalı Rayon İcra Hakimiyyəti Başçısının Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 595 nömrəli, 05 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Xocalı şəhərindən məcburi köçkün olmaqla, hal-hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayır (bax: cin. işi 03 cild vər № 29); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Xocalı Rayon İcra Hakimiyyəti Başçısının Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur (bax: cin. işi 03 cild vər № 30); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Xocalı Rayon İcra Hakimiyyəti Başçısının Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 596 nömrəli, 05 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Xocalı şəhərindən məcburi köçkün olmaqla, hal-hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayır (bax: cin. işi 03 cild vər № 31); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Xocalı Rayon İcra Hakimiyyəti Başçısının Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur (bax: cin. işi 03 cild vər № 32); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Xocalı Rayon İcra Hakimiyyəti Başçısının Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 597 nömrəli, 05 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 Xocalı şəhərindən məcburi köçkün olmaqla, hal-hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayır (bax: cin. işi 03 cild vər № 33); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Xocalı Rayon İcra Hakimiyyəti Başçısının Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 müsbət xarakterizə olunur (bax: cin. işi 03 cild vər № 34); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Xocalı Rayon İcra Hakimiyyəti Başçısınıın Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 594 nömrəli, 05 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Xocalı şəhərindən məcburi köçkün olmaqla, hal-hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayır (bax: cin. işi 03 cild vər № 35); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Xocalı Rayon İcra Hakimiyyəti Başçısınıın Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunur (bax: cin. işi 03 cild vər № 36); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “sübutların qiymətləndirilməsi haqqında” 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 cinayəti törədərkən istifadə etdiyi 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, “Sarsılmaz” modelli, “M204 STD 09Y00184” nömrəli, pompalı, təklüləli tüfəng, içərisində 13 (on üç) ədəd zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli olmaqla, uyğun kalibrli yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tututlan patronlarla birlikdə parça materialdan hazırlanmış patron qabı, hadisə yerindən götürülmüş üzərində qanabənzər ləklər olan, ağac dəyənək parcaları, bir cüt başmaq, iki ədəd atılmış patron gilizi, cərrahi əməliyyat zamanı Zərərçəkmiş şəxs1 üz nahiyəsindən çıxarılmış döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş komponentinin atəşlə ayrılmış qırma, Təqsirləndirilən şəxs3 məxsus fermadan aşkar edilmiş zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli 74 ədəd patron, zavod üsulu ilə istehsal edilmiş 7,62x54 mm kalibrli 9 ədəd patron, zavod üsulu ilə istehsal edilmiş pistonları mərkəzdən alışan 7,62x39 mm kalibrli 3 ədəd patron, 4 ədəd zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən müdafiə tətinatlı qəlpəli “F-1” əl qumbarasının gövdəsi, 1 ədəd “RQD-5” tipli döyüş sursatı hesab edilən hücum təyinatlı qəlpəli əl qumbarasının gövdəsi, 1 ədəd “RQ-42” tipli əl qumbarasının gövdəsi, 1 ədəd “AK” markalı avtomat silahının sandıqçası, 2 ədəd “F-1” “RQ-42” “RQD-5” tipli əl qumbaralarının gövdələrinin partladılması üçün nəzərdə tutulmuş, döyüş sursatının hissəsi hesab edilən “UZRQM” tipli alışdırıcı, 2 ədəd “F-1” “RQ-42” “RQD-5” tipli əl qumbaralarının gövdələrinin partladılması üçün nəzərdə tutulmuş, döyüş sursatının hissələri hesab edilən “UZRQM” tipli alışdırıcının gövdəsi öz xüsusiyyətinə və əlamətlərinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi nəzərə alınaraq maddi sübut qismində tanınmışdır (bax: cin. işi 03 cild vər № 64-97); Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 İİİ qrup əlildir; Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərlə barışmışlar və təqsirləndirilən şəxslərdən heç bir şikayət, tələb və iddiaları yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 İİ qrup əlildir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şərh olunan cinayət əməlini törətməkdə təqsirli olmaları, özlərinin etiraf ifadəsi ilə yanaşı məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nin 221.3 və 228.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.3 və 228.2.1-ci maddələri ilə təqsirli bilinməli və bu maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə onlara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Bundan əlavə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsasən, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngülük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığı göstərilməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında”, “X1 və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Presedentlərinin Tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli 5 saylı Qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X2 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhs məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslığını təmin etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüququ xarakterli tədbirlər ədalətli olmalıdır. Yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndinə görə cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1, əməlindən səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, İİİ dərəcəli hərbi xidmətlə bağlı ömürlük əlil olmasını, Xocalı rayonundan məcburi köçkün olmaqla ağır həyat şəraitində yaşamasını, iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslərin onunla barışıb ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmadığını qeyd etməklə, törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, İİİ dərəcəli hərbi xidmətlə bağlı ömürlük əlil olmasını, Xocalı rayonundan məcburi köçkün olmaqla ağır həyat şəraitində yaşamasını, iki azyaşlı uşağının olmasını,, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslərin onunla barışıb ondan şikayətçi olmamasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 221.3 və 228.2.1-ci maddələrinin sanksiyası həddi daxilində nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə cəza çəkmədən də islah olunması mümkün olduğundan, ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmasını mümkün hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ictimai qaydada əməl etmək vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək, “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldiləndək qüvvəsində saxlanılmalıdır. Sınaq müddəti ərzində məhkum Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Xocalı rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesab edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2, əməlindən səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, Xocalı rayonundan məcburi köçkün olmaqla ağır həyat şəraitində yaşamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc ailə başçısı olmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslərin onunla barışıb ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmadığını qeyd etməklə, törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, Xocalı rayonundan məcburi köçkün olmaqla ağır həyat şəraitində yaşamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc ailə başçısı olmasını zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslərin onunla barışıb ondan şikayətçi olmamasın, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 221.3 və 228.2.1-ci maddələrinin sanksiyası həddi daxilində nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə cəza çəkmədən də islah olunması mümkün olduğundan, ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmasını mümkün hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ictimai qaydada əməl etmək vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək, “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldiləndək qüvvəsində saxlanılmalıdır. Sınaq müddəti ərzində məhkum Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Xocalı rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesab edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3, əməlindən səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, İİ dərəcəli İ Qarabağ müharibəsi əlili olmasını, Xocalı rayonundan məcburi köçkün olmaqla ağır həyat şəraitində yaşamasını, yaşını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslərin onunla barışıb ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmadığını qeyd etməklə, törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, İİ dərəcəli İ Qarabağ müharibəsi əlili olmasını, Xocalı rayonundan məcburi köçkün olmaqla ağır həyat şəraitində yaşamasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslərin onunla barışıb ondan şikayətçi olmamasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 221.3 və 228.2.1-ci maddələrinin sanksiyası həddi daxilində nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə cəza çəkmədən də islah olunması mümkün olduğundan, ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmasını mümkün hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ictimai qaydada əməl etmək vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Sınaq müddəti ərzində məhkum Təqsirləndirilən şəxs3 üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Xocalı rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesab edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs4, əməlindən səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, qadın olmasını, Xocalı rayonundan məcburi köçkün olmaqla ağır həyat şəraitində yaşamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslərin onunla barışıb ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs4 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs4 barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmadığını qeyd etməklə, törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, qadın olmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslərin onunla barışıb ondan şikayətçi olmamasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 221.3 və 228.2.1-ci maddələrinin sanksiyası həddi daxilində nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə cəza çəkmədən də islah olunması mümkün olduğundan, ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmasını mümkün hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs4 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ictimai qaydada əməl etmək vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş ““polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Sınaq müddəti ərzində məhkum Təqsirləndirilən şəxs4 üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Xocalı rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, hazırkı iş üzrə “xüsusi müsadirə” məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində: «məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırkı iş üzrə “Xüsusi müsadirə”nin tətbiqinə zərurət yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, iş üzrə maddi sübut olan və Xocalı RPŞ-də saxlanılan üzərində qanabənzər ləkələr olan, ağac dəyənək parcaları, bir cüt başmaq, cərrahi əməliyyat zamanı Zərərçəkmiş şəxs1 üz nahiyəsindən çıxarılmış döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş komponentinin atəşlə ayrılmış qırma məhv edilməlidir. İş üzrə maddi sübut olan və Xocalı RPŞ-də saxlanılan 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, “Sarsılmaz” modelli, “M204 STD 09Y00184” nömrəli, pompalı, təklüləli tüfəng, içərisində 13 (on üç) ədəd 12 kalibrli olmaqla, uyğun kalibrli yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tututlan patronlarla birlikdə parça materialdan hazırlanmış patron qabı, iki ədəd atılmış patron gilizi, Təqsirləndirilən şəxs3 məxsus fermadan aşkar edilmiş zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli 74 ədəd patron, zavod üsulu ilə istehsal edilmiş 7,62x54 mm kalibrli 9 ədəd patron, zavod üsulu ilə istehsal edilmiş pistonları mərkəzdən alışan 7,62x39 mm kalibrli 3 ədəd patron, 4 ədəd zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən müdafiə tətinatlı qəlpəli “F-1” əl qumbarasının gövdəsi, 1 ədəd “RQD-5” tipli döyüş sursatı hesab edilən hücum təyinatlı qəlpəli əl qumbarasının gövdəsi, 1 ədəd “RQ-42” tipli əl qumbarasının gövdəsi, 1 ədəd “AK” markalı avtomat silahının sandıqçası, 2 ədəd “F-1” “RQ-42” “RQD-5” tipli əl qumbaralarının gövdələrinin partladılması üçün nəzərdə tutulmuş, döyüş sursatının hissəsi hesab edilən “UZRQM” tipli alışdırıcı, 2 ədəd “F-1” “RQ-42” “RQD-5” tipli əl qumbaralarının gövdələrinin partladılması üçün nəzərdə tutulmuş, döyüş sursatının hissələri hesab edilən “UZRQM” tipli alışdırıcının gövdəsi Azərbaycan Respublikası Daxili İşləri Nazirliyi Krimnalistik Tədqiqatlar İdarəsinə təhvil verilməli və iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək şəkildə tutularaq dövlət büdcəsinin hesabına keçirilməlidir. Hökmün icrası Xocalı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351-353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilərək, 03 (üç) il sınaq müddəti müəyyən edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Xocalı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, 03 (üç) il sınaq müddəti müəyyən edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs2 oğlunun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 oğlunun üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Xocalı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilərək, 02 (iki) il sınaq müddəti müəyyən edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Xocalı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilərək, 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə, 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs4 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs4 üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Xocalı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut olan və Xocalı RPŞ-də saxlanılan üzərində qanabənzər ləkələr olan, ağac dəyənək parcaları, bir cüt başmaq, cərrahi əməliyyat zamanı Zərərçəkmiş şəxs1 üz nahiyəsindən çıxarılmış döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş komponentinin atəşlə ayrılmış qırma məhv edilsin. İş üzrə maddi sübut olan və Xocalı RPŞ-də saxlanılan 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, “Sarsılmaz” modelli, “M204 STD 09Y00184” nömrəli, pompalı, təklüləli tüfəng, içərisində 13 (on üç) ədəd 12 kalibrli olmaqla, uyğun kalibrli yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tututlan patronlarla birlikdə parça materialdan hazırlanmış patron qabı, iki ədəd atılmış patron gilizi, Təqsirləndirilən şəxs3 məxsus fermadan aşkar edilmiş zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli 74 ədəd patron, zavod üsulu ilə istehsal edilmiş 7,62x54 mm kalibrli 9 ədəd patron, zavod üsulu ilə istehsal edilmiş pistonları mərkəzdən alışan 7,62x39 mm kalibrli 3 ədəd patron, 4 ədəd zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən müdafiə tətinatlı qəlpəli “F-1” əl qumbarasının gövdəsi, 1 ədəd “RQD-5” tipli döyüş sursatı hesab edilən hücum təyinatlı qəlpəli əl qumbarasının gövdəsi, 1 ədəd “RQ-42” tipli əl qumbarasının gövdəsi, 1 ədəd “AK” markalı avtomat silahının sandıqçası, 2 ədəd “F-1” “RQ-42” “RQD-5” tipli əl qumbaralarının gövdələrinin partladılması üçün nəzərdə tutulmuş, döyüş sursatının hissəsi hesab edilən “UZRQM” tipli alışdırıcı, 2 ədəd “F-1” “RQ-42” “RQD-5” tipli əl qumbaralarının gövdələrinin partladılması üçün nəzərdə tutulmuş, döyüş sursatının hissələri hesab edilən “UZRQM” tipli alışdırıcının gövdəsi Azərbaycan Respublikası Daxili İşləri Nazirliyi Krimnalistik Tədqiqatlar İdarəsinə təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək şəkildə tutularaq dövlət büdcəsinin hesabına keçirilməlidir (X3, KOD 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3) hesabına keçirilsin. Hökmün icrası Xocalı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gündən sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(045)-54/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-54/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver