Məhkəmə qərarları › İş №1(045)-54/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-54/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-54/2024 22.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ saat 16:15-də X13 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X8 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Goranboy rayonunun Qarapirimli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Azərbaycan Dəmiryolları Qapalı Səhmidar Cəmiyyətində 6 nömrəli Gəncə yol sahəsində yol ustası işləyən, Goranboy rayonu Kürəkçay qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayının əvvəlindən 14 noyabr 2023-cü il tarixədək olan müddət ərzində Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində yerləşən dövlət mülkiyyətinə məxsus Sənaye nəqliyyat rabitə və digər təyinatlı tikili altı sahə kimi nəzərdə tutulmuş 0,71 ha torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan şumlayaraq arpa bitkisi əkməklə özbaşına becərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Dəmiryolları Qapalı Səhmidar Cəmiyyətində 6 nömrəli Gəncə yol sahəsində yol ustası işləyir. Bundan başqa həyətyanı sahəsində iribuynuzlu heyvan saxlayır. Onun özünə məxsus pay torpaq sahəsi yoxdur. Həmin iribuynuzlu heyvanı saxlamaq üçün 2023-cü ilin sentyabr ayında Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində yerləşən 0,71 ha dövlət mülkiyyətinə məxsus torpaq sahəsinə arpa bitkisi əkmiş, həmin əraziyə arpa bitkisi əkərkən bu barədə heç kimə məlumat verməmişdir. O, əkdiyi torpaq sahəsilə bağlı heç kimlə müqavilə bağlamamış və icazə almamışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərzai X4 edilməsi və İstifadəsinə nəzarət sektorunun aparıcı məsləhətçisi Şahid1 və Goranboy rayon Kürəkçay Bələdiyyəsinin sədri Şahid2 xx.xx.2023-cü il tarixdə akt tərtib edərkən o, sonuncuların yanında olmamışdır. Yekunda törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Goranboy rayon İcra Hakimiyyəti başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnazlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi X4 edilməsi və istifadəsinə nəzarət sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyən Şahid1 və Goranboy rayon Kürəkçay bələdiyəsinin sədiri Şahid2 birlikdə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” Əsasnamənin tələblərinə əsasən Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində monitorinq keçirmişlər. Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən Kürəkçay qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs, X5 və X9 tərəfindən dövlət mülkiyyətinə aid, sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkmələrini müəyyən etmişlər və bu barədə Goranboy rayon İcra Hakimiyyətinə məlumat vermişlər. Əvvəllər Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində yerləşən həmin torpaq sahələri X16 balansında olunmuşdur. X18 çoxdan ləğ edildiyi üçün həmin torpaq sahələri Goranboy rayon İcra Hakimiyyətinin balansına keçmişdir. Belə ki, Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində yerləşən Goranboy rayonu İcra Hakimiyyətinin balansında olan dövlət mülkiyyətinə aid Sənaye nəqliyyat rabitə və digər təyinatlı torpaqlara aid torpaq sahələrini X9 tərəfindən 1,54 ha hissəsini, Təqsirləndirilən şəxs tərəfindən 0,71 ha hissəsini və X2 1,20 ha hissəsini qanunsuz olaraq istifadə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi X4 edilməsi və istifadəsinə nəzarət sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyir. 14 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” Əsasnamənin tələblərinə əsasən tərəfindən Goranboy rayonu Kürəkçay bələdiyyəsinin sədri Şahid2 iştirakı ilə Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində monitorinq keçirilmişdir. Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən Kürəkçay qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs tərəfindən dövlət mülkiyyətinə aid, təxminən 0,60 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi müəyyən edilmişdir. Bundan sonra Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən Kürəkçay qəsəbəsi ərazisində X5 tərəfindən dövlət mülkiyyətinə aid, təxminən 1,0 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi müəyyən edilmişdir. Bundan sonra Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən Kürəkçay qəsəbəsi ərazisində X9 tərəfindən dövlət mülkiyyətinə aid, təxminən 1,5 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi müəyyən edilmişdir. Ona görə də, tərəfindən bu barədə aktlar tərtib edilmiş və tərtib edilmiş akt aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində yerləşən X18 ərazisində dövlət mülkiyyətinə aid olan Sənaye nəqliyyat rabitə və digər təyinatlı torpaqlara aid torpaq sahəsinin X9 tərəfindən 1,54 ha hissəsini, Təqsirləndirilən şəxs tərəfindən 0,71 ha hissəsini və X2 tərəfindən 1,20 ha qanunsuz olaraq istifadə etmələrinin qeyd edilməsi barədə heç bir məlumatı olmamışdır. Kürəkçay qəsəbəsi ərazisində tərəfindən baxış keçirilərkən Təqsirləndirilən şəxs dövlət mülkiyyətinə aid, 0,60 ha hissəsini, X5 1,0 ha hissəsini və X9 1,5 ha hissəsini qanunsuz olaraq istifaə etmələri müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin 0,60 hektar torpaq sahəsinə, X5 1,0 hektar torpaq sahəsinə və X9 1,2 hektar torpaq sahəsinə arpa bitkisi əkmişlər. Həmin ərazilərə Goranboy rayonu Kürəkçay bələdiyyəsinin sədri Şahid2 ilə baxış keçiriləkrən Təqsirləndirilən şəxs, X3 və X6 Şahid2 tərəfindən məlumat verilmiş, lakin onlar gəlmiyəcəklərini bildirmişlər. Ona görə də, sonuncuların iştirakı olmadan həmin ərazilərə baxış keçirilib akt tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Goranboy rayonu Kürəkçay qəsəbəsinin Bələdiyyəsi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi X4 edilməsi və istifadəsinə nəzarət sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyən Qasımov X7 rayonu Kürəkçay qəsəbəsinə gələrək Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” Əsasnamənin tələblərinə əsasən onun iştirakı ilə Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində monitorinq keçirmiş, Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən Kürəkçay qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs tərəfindən dövlət mülkiyyətinə aid, təxminən 0,60 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi müəyyən edilmişdir. Bundan sonra Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən Kürəkçay qəsəbəsi ərazisində X5 tərəfindən dövlət mülkiyyətinə aid, təxminən 1,0 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi müəyyən edilmişdir. Bundan sonra Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən Kürəkçay qəsəbəsi ərazisində X9 tərəfindən dövlət mülkiyyətinə aid, təxminən 1,5 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi müəyyən edilmişdir. Ona görə də, Şahid1 tərəfindən bu barədə aktlar tərtib edilmişdir. Həmin ərazilərə Şahid1la birlikdə baxış keçiriləkrən Təqsirləndirilən şəxs, X3 və X6 tərəfindən məlumat verilmiş, lakin sonuncular gəlmiyəcəklərini bildirmişlər. Ona görə də, onların iştirakı olmadan həmin ərazilərə baxış keçirilib akt tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 14 noyabr 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs dövlət mülkiyyətinə aid, təxminən 0,60 ha sanaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsini (koordinat nöqtəsi 6454xx.xx-4503383.98) mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə istifadə edir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komutəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-375-2024 nömrəli mütəxəssis rəyindən görünür ki, TEKUİS məlumat bazasına əsasən X18 ərazisində dövlət mülkiyyətində olan Sənaye nəqliyyat rabitə və digər təyinatlı torpaqlara aid torpaq sahəsinin X9 1,54 ha, Təqsirləndirilən şəxs 0,71 ha və X5 1,20 ha əkilərək istifadə etdikləri göstərilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Qətimkan tədbirinin seçilməsi barədə” 31 may 2024-cü il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Qazançı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur; Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Qazançı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ə/43 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü Müzənfər Əmrahov və xx.xx.2011-ci il təvəllüdlü Gülay Əmrahova adlı övladları vardır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (ekspertizanın növü: tikinti-texniki obyektlərin tədqiqi) 10 iyun 2024-cü il tarixli, 3-16-16/2- 10/3154 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komutəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-375-2024 saylı mütəxəssis rəyinə əsasən aşağıda göstərilənlər müəyyən edildiyi göstərilmişdir. TEKUİS məlumat bazasına əsasən X18 ərazisində dövlət mülkiyyətində olan Sənaye nəqliyyat rabitə və digər təyinatlı torpaqlara aid torpaq sahəsinin X9 1,54 ha, Təqsirləndirilən şəxs 0,71 ha və X5 1,20 ha əkilərək istifadə edildiyi müəyyən edilmişdir (ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir); İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Sübutların qiymətləndirilməsi barədə” 26 iyun 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-375-2024 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komutəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Təqsirləndirilən şəxs tərəfindən Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində dövlət mülkiyyətində olan Sanaye nəqliyyat rabitə və digər təyinatlı torpaqlara aid torpaq sahəsinin 0,71 ha istifadə etdiyi əsas götürülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsində həmçinin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan topaq sahəsini ələ keçirmə başa düşülməlidir. Bu zaman təqsirkar qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (məsələn, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfat ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfat təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları) meşə zolaqların, təsərrüfatdaxili yolları komnikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsi). Hazırki iş üzrə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaqda təsərrüfat-məişət təyinatlı fəaliyyət həyata keçirməklə həmin torpaq sahəsinə faktiki sahiblik etməsi və ondan faktiki istifadə etməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini; törətdiyi əməli etiraf edib peşman olmasını; himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını; qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi2 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 8 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi2 hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar