Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-54/2025 15.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1967-ci ildə Goranboy rayonu Xoylu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Goranboy rayonu Xoylu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 237.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi xeyli miqdarda, yəni 4 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını 2025-ci ilin aprel ayının istintaqa dəqiq məlum olmayan günündə yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq əkib, aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, 28 iyun 2025-ci il tarixdə saat 14:40-da Goranboy RPŞ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbiri nəticəsində Goranboy rayonu Xoylu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən ümumi çəkisi 6000 qram olan xeyli miqdarda, yəni 04 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o,xx.xx.2019-cu il tarixdə CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 06 il 06 ay müddətinə azadlılqdan məhrum edilmiş, 2024-cü il tarixdə isə şərti sınaq müddətinə çıxmışdır. O, xroniki əsəb xəstəsi olduğu üçün narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Belə ki, o, qurudulmuş marixuanadan istifadə edəndə əsəbləri sakitləşir. O, əsəb xəstəsi olduğu barədə heç bir yerdə qeydiyyatda durmamışdır. 2025-ci ilin aprel ayında yaşadığı evin həyətyanı sahəsinin ortasında 4 ədəd çətənə bitkisinin toxumunu əkmişdir. Toxumları əkdikdən sonra həmin toxumlara qulluq etməyə başlamışdır. Toxumların 4-ü də cücərdikdən sonra çətənə kollarının dibini yumuşaldıb, heyvan peyini töküb vaxtlı-vaxtında suyunu verib becərmişdir. xx.xx.2025-ci il tarixdə xəstə olduğu üçün Bakı şəhərinə getmiş və xəstəxanada müayinə olunmuşdur. xx.xx.2025-ci il tarixdə isə o, yaşadığı evə qayıtmışdır. Həmin vaxt əkibbecərdiyi 4 ədəd çətənə kollarının yerində olmadığını görmüşdür. Sonradan həmin çətənə kollarının Goranboy RPŞ-nin əməkdaşlarının yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərək aşkar edib götürdüklərini bilmişdir. Bundan sonra, o, Goranboy rayon polis şöbəsinə gəlib həmin 4 ədəd çətənə kollarını özü istifadə etymək üçün əkib-becərdiyini bildirmişdir. Təxminən 30 il müddətdir ki, narkotik vasitə hesab edilən marixuanadan istifadə edir. Başqa heç bir yerdə çətənə bitkisi əkməmişdir. Narkotik vasitə olan çətənə kollarını özü əkmiş, çətənə kollarını əkib-becərməyini də heç kim bilməmiş və bu barədə heç kimə bir söz deməmişdir. Həmin çətənə kollarını əkməkdə niyyəti özü istifadə etməkdən ibarət olmuşdur. Əkdiyi çətənə kollarının toxumlarını yaşadığı kəndin ərazisində yerləşən su arxının kənarında yabanı halda bitmiş çətənə kollarından yığımışdır. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, etdiyi əməldən peşmandır, göstərilənlərin nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Goranboy RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.1967-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs Goranboy rayonu Xoylu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə marixuana (çətənə kolları) əkib-becərməsi barədə xx.xx.2025-ci il tarixdə əməliyyat məlumatı almış, ona görə də, həmin tarixdə bu barədə şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Şöbə rəhbərliyi də Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi barədə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verdikdən sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu yaradıldıqdan sonra əməliyyat qrupu tam tərkibdə Təqsirləndirilən şəxs yaşadığı Goranboy rayonu Xoylu kəndində yerləşən fərdi yaşayış evində getmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi üçün mütəxəssis-aqronom Şahid4 Goranboy rayonu Xoylu kəndinə dəvət olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi üçün Goranboy rayonu İcra Hakimiyyəti Başçısının Xoylu kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndəsinin müavini X4 da həmin ünvana dəvət olunmuşdur. Sonra Təqsirləndirilən şəxs çağırmışlar, lakin evdə heç kimin olmadığı məyyən olunmuşdur. Bundan sonra, həmin tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs Goranboy rayonu Xoylu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirmək üçün əməliyyat qrupunun üzvləri, mütəxəssis-aqronom Şahid4 və X4 ilə birlikdə sonuncunun yaşadığı evin həyətyanı sahəsinə daxil olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış video və foto çəkilişlə həyata keçirilmişdir. Evin həyətinə daxil olduqda sağ və sol tərəfdə müxtəlif növ meyvə ağacları əkilmişdir, həmin ağacların arası ilə keçib həyətin baş tərəfinə getmişlər və həmin yerdə otu biçilmiş boş ərazi olmuşdur. Həmin ərazidə 4 ədəd çətənə bitkilərinə bənzər kollar aşkar etmişlər. Baxış zamanı aqronom Şahid4 4 ədəd tərkibində narkotik maddə olan çətənə bitkilərinə baxış keçirib həmin bitkilərin narkotik vasitə olan marixuana olduğunu və aqrotexniki qaydada xüsusi qulluq edildiyini bildirmişdir. Bundan sonra həmin çətənə kolları kökündən çıxarılaraq yığılıb ağ rəngli sintetik kisəyə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış və ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 1986-cı ildə Ağdam kənd Təsərrüfatı Texnikomunun aqronomluq ixtisasını bitirmiş və həmin ildən Goranboy rayonu Bitki Mühafizə İdarəsinin aqronomu vəzifəsində çalışır. 28 iyun 2025-ci il tarixdə saat 14 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşları onun mobil telefonuna zəng edib, mütəxəssis aqronom kimi onlara kömək etməyini xahiş etmişlər, o da, polis əməkdaşları ilə razılaşmışdır. Sonra polis əməkdaşları ona Goranboy rayonu Xoylu kəndinə gəlməyini xahiş etmişlər. O da, Goranboy rayonu Xoylu kəndinə gedib polis əməkdaşları ilə görüşmüşdür. Goranboy rayon polis şöbəsinin əməkdaşları ona Xoylu kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərdiyni demişlər. Sonra polis əməkdaşları mütəxəssis-aqronom kimi həmin bitki kollarına baxıb rəy verməyini xahiş etmişlər. O da, polis əməkdaşları ilə razılaşmışdır. Həmçinin polis əməkdaşları Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi üçün Goranboy rayon İcra Hakimiyyəti Başçısının Xoylu kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndəsinin müavini X2 da həmin ünvana dəvət etmişlər. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs çağırmışlar, lakin evdə heç kimin olmadığı müəyyən olunmuşdur. Bundan sonra həmin tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs Goranboy rayonu Xoylu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirmək üçün əməliyyat qrupunun üzvləri, X4 və o, birlikdə sonuncunun yaşadığı evin həyətyanı sahəsinə daxil olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış video və foto çəkilişlə həyata keçirilmişdir. Evin həyətinə daxil olduqda sağ və sol tərəfdə müxtəlif növ meyvə ağacları əkilmişdi, həmin ağacların arası ilə keçib həyətin baş tərəfinə getmişlər və həmin yerdə otu biçilmiş boş ərazi olmuşdur. Həmin ərazidə 4 ədəd çətənə bitkilərinə bənzər kollar aşkar edilmişdir. O, bir mütəxəssisaqronom kimi həmin 4 ədəd çətənə kollarına baxmış və həmin çətənə kollarına xüsusi qaydada qulluq edildiyini görmüşdür. Həmin narkotik vasitə olan çətənə kollarının dibləri yumşaldılmış, dibinə peyin verilmiş və suvarılmışdır. Bundan sonra həmin çətənə kollarını müvafiq ekspertizaya təqdim etmək üçün polis əməkdaşları yığıb qablaşdırmış və üzərini möhürləmişlər. Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı Rəhman Həsənov tərəfindən bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılar tərəfindən imzalannışdır. O da, bir mütəxəssis-aqronom kimi Goranboy rayonu Xoylu kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş həmin çətənə kollarına xüsusi qaydada qulluq edilməsi barədə rəy vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Goranboy rayon İcra Hakimiyyəti Başçısının Xoylu kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışır. 28 iyun 2025-ci il tarixdə saat 14 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşları mobil telefonuna zəng edib, onlara kömək etməyini xahiş etmişlər. O da, polis əməkdaşları ilə razılaşmış, sonra polis əməkdaşları ona Goranboy rayonu Xoylu kəndinə yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısına gəlməyini xahiş etmişlər. O da, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısına gedib polis əməkdaşları ilə görüşmüş, Goranboy rayon polis şöbəsinin əməkdaşları ona Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərdiyni demişlər. Həmin vaxt mütəxəssis-aqronom Şahid4 da orada olmuşdur. Polis əməkdaşları ona onlarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanaı sahəsinə baxış keçirəcəklərini deyib birlikdə iştirak etməyini xahiş etmişlər. O da, polis əməkdaşları ilə razılaşmışdır. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs çağırmış, lakin evdə heç kimin olmadığı məyyən olunmuşdur. Bundan sonra həmin tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs Goranboy rayonu Xoylu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirmək üçün əməliyyat qrupunun üzvləri, mütəxəssis-aqronom Şahid4 və o, birlikdə sonuncunun yaşadığı evin həyətyanı sahəsinə daxil olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış video və foto çəkilişlə həyata keçirilmişdir. Evin həyətinə daxil olduqda sağ və sol tərəfdə müxtəlif növ meyvə ağacları əkilmişdi, həmin ağacların arası ilə keçib həyətin baş tərəfinə getmişlər və həmin yerdə otu biçilmiş boş ərazi olmuşdur. Həmin ərazidə 4 ədəd çətənə bitkilərinə bənzər kollar aşkar edilmişdir. Mütəxəssis-aqronom Şahid4 4 ədəd çətənə kollarına baxıb həmin çətənə kollarına xüsusi qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra həmin çətənə kollarını müvafiq ekspertizaya təqdim etmək üçün polis əməkdaşları yığıb qablaşdırmış və üzərini möhürləmişlər. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid1 Müşfiq oğlu və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Şahidlər Şahid1 Müşfiq oğlu və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərkən məlum oldu ki, onlar digər Şahid2 ilə eyni məzmunlu ifadələr vermişlərdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış və götürmə haqqında” 28 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində əkmiş olduğu aqrotexniki qaydada qulluq göstərilmiş 04 ədəd narkotik tərkibli 6000 qram çəkidə olan çətənə kolları aşkar edilərək götürülmüşdür; Mütəxəssis-aqranom Şahid4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Goranboy rayonu Xoylu kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində sayı 04 (dörd) ədəd olan çətənə kolları xüsusi, yəni aqrotexniki qaydada qulluq göstərilmiş çətənə kollarıdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 bölməsinin 29 iyun 2025-ci il tarixli 16/596 rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək qablaşdırılmış 4 ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər kollar” sözləri və imzalar olan kisə bağlamadakı ümumi sayı 4 (dörd) ədəd, ümumi təmiz çəkisi 6000 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Mütəxəssis (aqronom) Şahid4 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 30,40 manat təşkil etmişdir; “Şübhəli şəxsin tutulması haqqında” 30 iyun 2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:20-də şübhəli şəxs qismində tutulmuşdur; “Təqsirləndirilən şəxsi MSY-dən azad etmək və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 01 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanıma haqqında” 04 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq əkib-becərdiyi 04 ədəd narkotik tərkibli ümumi çəkisi 6000 qram çəkidə olan və ekspertiza tədqiqiatına sərf edildikdən sonra qalan 04 ədəd narkotik tərkibli 5999,92 qram çəkidə çətənə kolları iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nin maddi sübutlar anbarına təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-in 234.4.3 və 237.2.3 və 66.3-cü maddələri təqsirli bilinib, 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir; Goranboy Rayon İcra Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli 100/2006 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs şərti cəzası bitməmiş və sonu xx.xx.2026-cı ildir; Bakı şəhəri Nərimanov Rayon Rəhkəməsinin 7(005)-111/2024 saylı, xx.xx.20204-cü il tarixli qərarından görünür ki, xx xxxxxxx 1967-ci ildə Goranboy rayonu Xoylu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Goranboy rayonu Xoylu kəndində qeydiyyatda olan, hal-hazırda 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)-77/2020 nömrəli hökmü ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən, cəzasının sonu xx.xx.2026-cı il tarixdə başa çatan məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Narkoloji Dispanserinin 06 sentyabr 2025-ci il tarixli, 1420 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 959-İİQ nömrəli Qanununun 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində əkmiş olduğu aqrotexniki qaydada qulluq göstərilmiş 04 ədəd narkotik tərkibli çətənə kollarının ümumi çəkisi 6000 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon İcra Hakimiyyəti Başçısının Xoylu kənd İƏDÜN-si tərəfindən verilmiş 121 saylı 04 iyul 2025-ci il tarixli xasiyyətnamə). Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)-77/2020 nömrəli hökmü ilə CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının sonu xx.xx.2026-cı il tarixdə başa çatan məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-111/2024 saylı, xx.xx.20204-cü il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lakin, bu dövr ərzində Təqsirləndirilən şəxs məhkumluğunun olmasına baxmayaraq, bundan lazımi nəticə çıxarmamış və islah olunmamış, yenidən cinayət əməli törətmişdir ki, bu da onun şəxsiyyətini mənfi cəhətdən xarakterizə edir. Digər tərəfdən, CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq hazırkı iş üzrə Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. CM-in: 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünə məxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Cinayətin yenidən törədilməsinin daha təhlükəli növü kimi residiv çıxış edir. CM-in 18.1-ci maddəsinin məzmunundan və mənasından göründüyü kimi residiv cinayət məsuliyyətinə cəlb olunan və ya məhkum olunan andan deyil, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxs tərəfindən yeni qəsdən cinayət əməlinin törədildiyi andan yaranır. Bundan başqa, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. CM-in 65.2-ci maddəsinə uyğun olaraq residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)-77/2020 saylı hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 01 il 10 ay 06 gün vaxtından əvvəl şərti azad olunduğu müddətdə törətmişdir. Bu səbəbdən, CM-in 76.6 və 76.6.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv olunmalı və CM-in 67.1-ci maddəsinə əsasən qeyd edilən cəzanın çəkilməmiş hissəsi hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)-77/2020 nömrəli hökmü ilə ona təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 il 10 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunma ləğv edilməli, həmin cəzanın çəkilməmiş hissəsi hazırkı hökmlə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməli, üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən edilməli (CM-67.1 və 76.6.3), şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün (30 iyun 2025-ci il tarixdən 01 iyul 2025ci il tarixədək olan müddətdə 24 saatdan artıq saxlanılması nəzərə alınmaqla) həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 13 oktyabr 2025-ci il tarixdən hesablanmalı, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan aqrotexniki qaydada qulluq göstərilmiş 04 ədəd narkotik tərkibli 5999,92 qram olan çətənə kolları məhv edilməli (CPM-132), iş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə sərf edilmiş hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)-77/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi, yəni 01 il 10 ay 06 gün vaxtından əvvəl şərti azad olunma ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəzanın çəkilməmiş hissəsi hazırkı hökmlə ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 2 (iki) gün (30 iyun 2025-ci il tarixdən 01 iyul 2025-ci il tarixədək olan müddətdə 24 saatdan artıq saxlanılması nəzərə alınmaqla) müddətinə şübhəli şəxs qismində saxlanılması nəzərə alınsın, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri Hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin maddi sübutlar anbarına məsul saxlanca təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 5999,92 qram olan 4 ədəd narkotik tərkibli çətənə kolları məhv edilsin. İş üzrə ekspertiza xərci 30,40 (otuz manat qırx qəpik) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-54/2025
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-54/2025
15.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver