Məhkəmə qərarları › İş №1(045)-55/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-55/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-55/2023 20.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 1948-ci il tarixdə Goranboy rayonunun Safikürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Səfikürd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan – barəsində “başqa yerə getməmək haqqında itizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan gündə Goranboy rayonu Səfikürd kəndində, Səfikürd bələdiyyəsinin mülkiyyətinə aid olmaqla 08 may 2006-cı il tarixli icarə müqaviləsinə əsasən arvadı X1 adına 25 il müddətinə icarəyə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, meşə fonduna daxil olmayan, bir ədəd diametri 12 sm olan köküstə yaş söyüd, bir ədəd diametri 16 sm olan köküstə yaş söyüd, bir ədəd diametri 18 sm olan köküstə yaş söyüd, hər birinin diametri 20 sm olan üç ədəd köküstə yaş söyüd, hər birinin diametri 22 sm olan iki ədəd köküstə yaş söyüd, bir ədəd diametri 24 sm olan köküstə yaş söyüd, bir ədəd diametri 26 sm olan köküstə yaş söyüd, bir ədəd diametri 28 sm olan köküstə yaş söyüd, hər birinin diametri 30 sm olan dörd ədəd köküstə yaş söyüd, bir ədəd diametri 32 sm olan köküstə yaş söyüd, bir ədəd diametri 36 sm olan köküstə yaş söyüd, bir ədəd diametri 38 sm olan köküstə yaş söyüd, bir ədəd diametri 40 sm olan köküstə yaş söyüd, bir ədəd diametri 48 sm olan köküstə yaş söyüd, bir ədəd diametri 50 sm olan köküstə yaş söyüd, bir ədəd diametri 6 sm olan köküstə yaş çəkil, bir ədəd diametri 8 sm olan köküstə yaş çəkil, bir ədəd diametri 12 sm olan köküstə yaş çəkil, bir ədəd diametri 14 sm olan köküstə yaş çəkil, bir ədəd diametri 18 sm olan köküstə yaş çəkil, bir ədəd diametri 24 sm olan köküstə yaş çəkil, bir ədəd diametri 38 sm olan köküstə yaşıl çəkil ağaclarını, dörd ədəd nar kolunu və dörd ədəd qaratikan kolunu qanunsuz kəsərək zərərçəkmiş hüquqi şəxs Goranboy rayonu Səfikürd bələdiyyəsinə 8330 manat dəyərində külli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Goranboy rayonu Səfikürd kəndində yaşayır. 08 may 2006-cı ildə Goranboy rayon Səfikürd bələdiyyəsinin qərarı ilə Goranboy rayonu Səfikürd kəndində yerləşən 0,30 ha torpaq sahəsi arvadı X1 adına icarəyə verilmiş, həmin 0,30 ha torpaq sahəsi Səfikürd kəndində Goran-Ağcakənd yolunun sağ tərəfində “Xarıbülbül” adlanan marketin arxa tərəfində yerləşir.Həmin torpaq sahəsini icarəyə götürən zaman torpaq sahəsində çoxlu sayda söyüd və çəkil ağacları, nar və qaratikan kolları olmuş, həmin torpaq sahəsi arvadı Zərifə Paşayevanın adına rəsmiləşsə də torpaq sahəsindən faktiki olaraq özü istifadə etmiş, 2023-cü ilin fevral ayının əvvəllərində dəqiq xatırlamadığı gündə Goranboy rayonu Səfikürd kəndində yerləşən 0,30 ha torpaq sahəsində əkilmiş söyüd ağaclarından 21 ədədini, çəkil ağaclarından 7 ədədini, nar kolundan 4 ədədini və qaratikdan kolundan da 4 ədədini kəsmək qərarına gəlmiş, belə ki, 0,30 ha torpaq sahəsini söyüd ağaclarından, çəkil ağaclarından, nar kolundan və qaratikan kolundan təmizləmək istəmiş, bunun üçün isə 2023-cü ilin fevral ayının əvvəlində dəqiq xatırlamadığı gündə motorlu mişarı ilə Səfikürd kəndində yerləşən 0,30 ha torpaq sahəsindəki əkilmiş söyüd ağaclarından 21 ədədini, çəkil ağaclarından 7 ədədini, nar kolundan 4 ədədini və qaratikdan kolundan da 4 ədədini kəsmiş, bundan sonra isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gələrək ağacları və kolları kəsdiyi torpaq sahəsinə baxış keçirmişlər və akt tərtib etmişlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ona ağacları və kolları qanunsuz olaraq kəsdiyini demişlər. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində qanunsuz olaraq ağacları və kolları kəsdiyi torpaq sahəsinin Səfikürd bələdiyyəsinin mülkiyyətinə aid olmasını bildiyini, belə ki, həmin torpaq sahəsini Səfikürd bələdiyyəsindən icarəyə götürdüklərini, qanunsuz olaraq kəsdiyi ağacları və kolları kənara tulladığını, belə ki, həmin kəsdiyi ağacları və kolları yandırmaq mümükün olmadığı üçün ərazidə qaldığını göstərmişdir. Sonda ilk dəfə belə əməl törətdiyini və əməlindən peşman olduğunu qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hazırda Goranboy rayon Səfikürd bələdiyyəsi sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs Goranboy rayonu Səfikürd kəndində yaşayır. Təqsirləndirilən şəxsla həmkəndli kimi münasibətləri həmişə normal olmuş, Təqsirləndirilən şəxsvla heç bir ədavəti və ya düşmənçiliyi olmamış, 08 may 2006cı il tarixli icarə müqaviləsinə əsasən Goranboy rayonu Səfikürd kəndində yerləşən Səfikürd bələdiyyəsinin mülkiyyətində olan 0,30 ha torpaq sahəsi Goranboy rayonu Səfikürd kəndində yaşayan Təqsirləndirilən şəxs arvadı X3 25 il müddətinə icarəyə verilmiş, həmçinin bununla bağlı həmin vaxt Səfikürd bələdiyyəsinin sədri vəzifəsində işləyən Nizami Muradov tərəfindən qərar qəbul edilmiş, bundan sonra da həmin 0,30 ha torpaq sahəsi Təqsirləndirilən şəxs və onun arvadı Zərifə Paşayeva tərəfindən istifadə olunur. 2023-cü ilin fevral ayının əvvəllində dəqiq xatırlamadığı gündə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Goranboy rayonu Səfikürd kəndinə gəlib Təqsirləndirilən şəxs və arvadı X2 rayon Səfikürd bələdiyyəsi tərəfindən icarəyə verilmiş torpaq sahəsinə baxış keçirmişlər. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları həmin sahəyə baxış keçirən zaman orada Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 28 ədəd köküstə yaş ağac və 08 ədəd kolun icazəsiz olaraq kəsilməsi və bunun nəticəsində isə 8330 manat məbləğində ziyan vurulması müəyyən edilmiş, sonra isə Təqsirləndirilən şəxs onlara verilmiş icarə əsasında istifadə etdikləri Goranboy rayonu Səfikürd kəndində yerləşən Səfikürd bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindəki ağacları kəsməsi ilə bağlı müvafiq araşdırma başlanılmışdır. Eyni zamanda Zirəddin Əsgərov ifadəsində Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş Goranboy rayonu Səfikürd bələdiyyəsinin mülkiyyətində yerləşən ağacların oraya kim tərəfindən əkilməsini bilmədiyini, həmin ağacların ondan əvvəl oraya əkildiyini göstərmişdir. Yekunda Təqsirləndirilən şəxs şikayətinin olmadığını göstərərək, sonuncu barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası ETSN-in 10 saylı RETSİ-nin aparıcı məsləhətçi müfəttişi vəzifəsində işləyir. Həmin vəzifədə 2020-ci ilin fevral ayından işləyir. 2023-cü ilin fevral ayının əvvəllərində dəqiq xatırlamadığı gündə 10 saylı RTESİ-nin rəhbərliyi tərəfindən ona məlumat verilmiş ki, bir nəfər adını, soyadını, ata adını və yaşayış yerini təqdim etməyən naməlum şəxs Goranboy rayonu Səfikürd kəndi ərazisində qanunsuz ağacların kəsilməsini bildirmişdir. Buna görə də 03 fevral 2023-cü il tarixdə iş yoldaşı Şahid2la Goranboy rayonu Səfikürd kəndi ərazisinə getmişlər. Həmin kəndin ərazisində olan zaman Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin yaxınlığında “Xarıbülbül” marketlə qarşı-qarşıya Goranboy rayon Səfikürd bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində ağacların kəsilməsini müəyyən etmişlər. Buna görə də Goranboy rayon Səfikürd bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs bu barədə məlumat vermişlər. Bundan sonra Zərərçəkmiş şəxs onların olduğu yerə gəlib ağacların kəsildiyi ərazinin Səfikürd bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs arvadına 25 il müddətinə icarə müqaviləsi əsasında verildiyini demiş, bundan sonra isə Səfikürd bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs və iş yoldaşı Şahid2la birlikdə həmin ağacların kəsildiyi torpaq sahəsinə baxış keçirmək üçün Səfikürd kənd sakini Təqsirləndirilən şəxs dəvət etmişlər. Təqsirləndirilən şəxs ağacların kəsildiyi torpaq ərazisini Səfikürd bələdiyyəsindən 25 il müddətinə icarə müqaviləsi əsasında icarə götürdüyünü demiş, həmçinin Təqsirləndirilən şəxs icarəyə götürdüyü ərazidəki ağacları kəsdiyini bildirmiş, buna görə də bələdiyyə sədri Zərərçəkmiş şəxs, iş yoldaşı Şahid2 və Təqsirləndirilən şəxsla birlikdə ağacların kəsildiyi torpaq sahəsinə baxış keçirməyə başlamışlar. Baxış zamanı müəyyən olunmuş ki, Təqsirləndirilən şəxs tərəfindən Səfikürd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində 21 ədəd müxtəlif diametrli köküstə yaş söyüd ağacları, 7 ədəd müxtəlif diametrli köküstə yaş çəkil ağacları, 4 ədəd köküstə yaş nar kolu və 4 ədəd köküstə yaş qaratikan kolları kəsilmişdir. Bununla bağlı isə 06 fevral 2023-cü il tarixdə 77463 nömrəli akt tərtib etmişlər. Sonda isə müəyyən olunmuş ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz kəsilmiş 28 ədəd köküstə yaş ağacı və 08 ədəd kolun dəyəri 8330 manat təşkil edir. Bununla bağlı tərtib edtikləri müvafiq sənədlər isə baş idarəyə yollanmışdır. Eyni zamanda Şahid1 ifadəsində qanunsuz ağacların kəsilməsi nəticəsində vurulmuş maddi ziyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı Qərarına əsasən tənzimləndiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncuların dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 03-06 feval 2023-cü il tarixli, 77463 nömrəli aktdan görünür ki, Goranboy rayonu Səfikürd kəndi ərazisində Təqsirləndirilən şəxs tərəfindən bir ədəd diametri 12 sm olan köküstə yaş söyüd, bir ədəd diametri 16 sm olan köküstə yaş söyüd, bir ədəd diametri 18 sm olan köküstə yaş söyüd, hər birinin diametri 20 sm olan üç ədəd köküstə yaş söyüd, hər birinin diametri 22 sm olan iki ədəd köküstə yaş söyüd, bir ədəd diametri 24 sm olan köküstə yaş söyüd, bir ədəd diametri 26 sm olan köküstə yaş söyüd, bir ədəd diametri 28 sm olan köküstə yaş söyüd, hər birinin diametri 30 sm olan dörd ədəd köküstə yaş söyüd, bir ədəd diametri 32 sm olan köküstə yaş söyüd, bir ədəd diametri 36 sm olan köküstə yaş söyüd, bir ədəd diametri 38 sm olan köküstə yaş söyüd, bir ədəd diametri 40 sm olan köküstə yaş söyüd, bir ədəd diametri 48 sm olan köküstə yaş söyüd, bir ədəd diametri 50 sm olan köküstə yaş söyüd, bir ədəd diametri 6 sm olan köküstə yaş çəkil, bir ədəd diametri 8 sm olan köküstə yaş çəkil, bir ədəd diametri 12 sm olan köküstə yaş çəkil, bir ədəd diametri 14 sm olan köküstə yaş çəkil, bir ədəd diametri 18 sm olan köküstə yaş çəkil, bir ədəd diametri 24 sm olan köküstə yaş çəkil, bir ədəd diametri 38 sm olan köküstə yaşıl çəkil ağaclarının, dörd ədəd nar kolunun və dörd ədəd qaratikan kolunun kəsilməsi nəticəsində təbiətə ümumilikdə 8330 manat ziyan vurulmuşdur; İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş Goranboy rayon Səfikürd kənd bələdiyyəsinin 06 fevral 2023-cü il tarixli, 11 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xeyli sayda ağac və bir neçə ədəd müxtəlif cinsli kollar Səfikürd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsi Səfikürd bələdiyyəsi ilə Təqsirləndirilən şəxs həyat yoldaşı X4 arasında bağlanmış 08 may 2006-cı il tarixli icarə müqaviləsi əsasında 25 (iyirmi beş) il müddətinə istifadəsinə verilmişdir. Həmin sahə 0,3 ha olan örüş-otlaq sahəsidir; İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş “Baxış aparılması haqqında” 03 mart 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy rayonu Səfikürd kəndində Goran-Ağcakənd yolunun sağ tərəfində “Xarıbülbül” adlanan mağazanın arxa hissəsindəki torpaq sahəsində bir ədədin diametri 12 sm olan köküstə yaş söyüd, bir ədədinin diametri 16 sm olan köküstə yaş söyüd, bir ədədinin diametri 18 sm olan köküstə yaş söyüd, hər birinin diametrinin 20 sm olan üç ədəd köküstə yaş söyüd, hər birinin diametrinin 22 sm olan iki ədəd köküstə yaş söyüd, bir ədədinin diametri 24 sm olan köküstə yaş söyüd, bir ədədinin diametri 26 sm olan köküstə yaş söyüd, bir ədədinin diametri 28 sm olan köküstə yaş söyüd, hər birinin diametrinin 30 sm olan dörd ədəd köküstə yaş söyüd, bir ədədinin diametri 32 sm olan köküstə yaş söyüd, bir ədədinin diametri 36 sm olan köküstə yaş söyüd, bir ədədinin diametri 38 sm olan köküstə yaş söyüd, bir ədədinin diametri 40 sm olan köküstə yaş söyüd, bir ədədinin diametri 48 sm olan köküstə yaş söyüd, bir ədədinin diametri 50 sm olan köküstə yaş söyüd, bir ədədinin diametri 6 sm olan köküstə yaş çəkil, bir ədədinin diametri 8 sm olan köküstə yaş çəkil, bir ədədinin diametri 12 sm olan köküstə yaş çəkil, bir ədədinin diametri 14 sm olan köküstə yaş çəkil, bir ədədinin diametri 18 sm olan köküstə yaş çəkil, bir ədədinin diametri 24 sm olan köküstə yaş çəkil, bir ədədinin diametri 38 sm olan köküstə yaşıl çəkil ağacları, dörd ədəd nar kolu və dörd ədəd qaratikan kolu qanunsuz olaraq kəsilmişdir; İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş “Baxış aparılması haqqında” 03 mart 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirlən yer Goranboy rayonu Səfikürd kəndi ərazisidir. Baxış zamanı Təqsirləndirilən şəxs Səfikürd bələdiyyəsinin mülkiyyətində olan ağacları kəsən zaman istifadə etdiyi motorlu mişarın sarı rənglidir, Təqsirləndirilən şəxs həmin motorlu mişarı işlək vəziyyətə gətirdikdən sonra həmin mişarın istifadəyə yararlı olmuş, Təqsirləndirilən şəxs həmin motorlu mişarla baxış keçirilən ərazidə qurumuş ağac gövdəsini kəsməklə mişarın özü tərəfindən sərbəst şəkildə istifadə edilməsini nümayiş etdirmişdir; İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 02 may 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə hüquqi şəxs Goranboy rayon Səfikürd kənd bələdiyyəsi zərərçəkmiş şəxs qismində tanınmışdır; İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Səfikürd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur; İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş Zərərçəkmiş hüquqi şəxs Goranboy rayonu Səfikürd Bələdiyyəsinin 20 iyul 2023-cü il tarixli, 60 nömrəli məktubundan görünür ki, zərərçəkmiş hüquqi şəxs kimi Səfikürd bələdiyyəsinin Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) külli miqdarda ziyan vurmaqla törədildikdə yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 259.2.4-cü maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir; “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə yol verilir; “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır; “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.4cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının (bu halda bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır; “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır; “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.6cı maddəsinə əsasən yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir; “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan respublikasının Nazirlər Kabineti) müəyyən edir; “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək, yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək hüququna malikdir; “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 24cü maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Sözügedən qaydalarda yaşıllıqların götürülməsinə rəyin verilməsi, yaşıllığın götürülməsi vərəqinin forması və tətbiqi qaydaları müəyyən edilmişdir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir; 2.2-ci bəndində yaşıllıqların götürülməsinə yol verilən hallar göstərilmişdir ki, həmin hallar “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş hallarla eyniyyət təşkil edir; 2.4-cü bəndinə əsasən fiziki və hüquqi şəxslər bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər; 2.9-cu bəndinə əsasən istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Goranboy rayonunun Səfikürd kəndinin inzibati ərazisində (bələdiyyəyə məxsus sahədə), ağacların qanunsuz kəsməsi və bunun nəticəsində Goranboy rayon Səfikürd kənd bələdiyyəsinə 8330 manat dəyərində ziyan vurması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş hüquqi şəxsin şikayət tələbinin olmaması (əsas: iş materiallarında olan Goranboy rayonu Səfikürd Bələdiyyəsinin 20 iyul 2023-cü il tarixli, 60 nömrəli məktubu). qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon İcra Hakimiyyəti Başçısının Səfikürd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə); yaşlı olmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Goranboy rayon Səfikürd Bələdiyyəsinə dəymiş 8330 manat maddi ziyanla bağlı mülki iddia qaldırmaq hüququnun olması zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs izah edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344, 347, 349, 351-353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7000 (yeddi min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Goranboy rayon Səfikürd Bələdiyyəsinə dəymiş 8330 manat maddi ziyanla bağlı mülki iddia qaldırmaq hüququnun olması zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs izah edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar