Məhkəmə qərarları › İş №1(045)-56/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(045)-56/2024

08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(045)-56/2024 08.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu ildə Goranboy rayonu Qızılhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Goranboy rayonu Qızılhacılı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 22 oktyabr 2020-ci il tarixdən hesablanmaqla hər ay bir uşağa 130,00 manat sabit pul məbləğində aliment tutularaq övladı 06 sentyabr 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 fevral 2021-ci il tarixli, 2(045)-125/2021 saylı qətnaməsinin icrasının təmin edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən, Goranboy Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 3(045)- 248/2021 saylı və 14 sentyabr 2023-cü il tarixli 3(045)-742/2023 saylı qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək müvafiq olaraq 10 gün və 08 gün müddətlərində inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 16 iyun 2021-ci il, 06 iyun 2022-ci il və 07 dekabr 2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 19 yanvar 2024-cü il tarixədək Goranboy rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 fevral 2021-ci il tarixli, 2(045)-125/2021 saylı qətnaməsinə əsasən cəmi 4825,00 manat ödənilməmiş aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvədə olan məlum qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilib, Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 fevral 2021-ci il tarixli, 2(045)-125/2021 saylı qətnaməsi üzrə 19 yanvar 2024-cü il tarixədək olan borcunu, yəni 4825,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs hesabına tam ödədiyini bildirdi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs 4825,00 manat məbləğində aliment borcunu tam ödəmişdir, odur ki, cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Bundan başqa Dövlət ittihamçısı məhkəmə baxışında çıxış edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə borclu olduğu məbləği ödəməsini bildirərək, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə edilmiş dəyişikliyin Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsini və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsinə dair cinayət işinin icraatına xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını bildirmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Məmmədov X2 rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.4-cü maddəsinə əsasən 500 manat məbləğində cərimə cəzasına; -Goranboy rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə AR CM-nin 221.3 və 126.2.4 maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı il tarixdə MM-in xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad olunmuşdur; -Goranboy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, CPM-nin 40.2.2-ci maddəsinə əsasən barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Hazırda o, məhkumluğu olmayan şəxsdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayon Məhkəməsində tərtib və təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona olan aliment borcunu – yəni ittiham aktında göstərilən 4825 (dörd min səkkiz yüz iyirmi beş) manat məbləğində pulu ona tam şəkildə ödəmişdir, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs ondan üzr istəmişdir, o, Təqsirləndirilən şəxs bağışlamışdır, onun Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi və iddiası yoxdur, odur ki, ərizəsinin nəzərə alınmasını, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir; Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayon Məhkəməsində tərtib və təqdim etdiyi ərizəsindən görünür ki, o, əməlini səmimi etiraf edir, hazırda Zərərçəkmiş şəxs üzr istəmişdir, onunla barışmışdır, Səvinc Dəmirovaya olan 4825 (dörd min səkkiz yüz iyirmi beş) manat məbləğində aliment borcunu tamamilə ödəmişdir, əməlindən səmimi peşmandır, Zərərçəkmiş şəxs ondan heç bir şikayəti, tələbi və iddiası yoxdur, ona görə də, barəsində olan 1(045)-56/2024 saylı cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Məmmədov X2 rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 fevral 2021-ci il tarixli, 2(045)-125/2021 saylı qətnaməsi üzrə 19 yanvar 2024-cü il tarixədək olan borcunu tam ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər elilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinə qeyd əlavə edilmişdir: Bu maddədə nəzərdə tutulmuş əməli törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə, cinayət məsuliyyətindən azad olunur. Qeyd edilən Qanunun 2.7-ci bəndinə əsasən, bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən Goranboy rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 fevral 2021-ci il tarixli, 2(045)-125/2021 saylı qətnaməsi üzrə 19 yanvar 2024-cü il tarixədək olan borcun tam ödənilməsini, yəni həmin tarixədək qətnamənin tam icra edilməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 306.1-ci maddəsinin “Qeyd” hissəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. CPM-in 156.4 və 175.5-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Həmin Məcəllənin 321-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclaslarında Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, Müdafiəçi məhkəmə iclaslarında təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən, CPM-in 40.3, 43, 305.2, 321, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 306.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatı üçün cəmi 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 (iyirmi) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar