Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-56/2025 16.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ X32 Samir oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1999-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq tanışı X11 ilə birgə istifadə etmək üçün xeyli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuna əldə etmək barədə razılığa gəldikdən sonra 06 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində şəxsi pulu olan 70 manat pul vəsaitini Seyrəddin Əliyevə narkotik vasitə almaq üçün vermiş, sonuncu həmin pul vəsaiti müqabilində tanışı X16 Goranboy rayonu Qaradağlı kəndində ümumi çəkisi 6,74 qram təşkil edən narkotik vasitə hesab edilən qurudulmuş marixuananı alıb ona həmin tarixdə saat 18 radələrində Goranboy rayonu Xoylu kəndi ərazisində verdikdən sonra o, qeyd olunan narkotik vasitəni qanunsuz olaraq üzərində daşıyıb saxlamış, 06 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Xoylu kəndində saxlanılaraq üzərində yoxlama aparılan zaman satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı bir ədəd kibrit qutusunda xeyli miqdarda olmaqla təmiz çəkisi 6,74 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əynindəki göy rəngli cins şalvarının qabaq sol cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gəncə şəhəri Dədə Qorqud küçəsi 34 B, mənzil 29-da anası X20 və qardaşı X15 ilə birlikdə yaşayır. X8 Goranboy rayon sakini kimi uzun illərdir tanıyır. Seyrəddinlə normal münasibəti olmuş və aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 06 sentyabr 2024-cü il tarixdə saat 14-15 radələrində Seyrəddinlə Goranboy rayonu Xoylu kəndi ərazisində görüşmüşdür. O, Seyrəddinlə söhbət edən zaman ona narkotik vasitə tapmasını demiş, Seyrəddin isə ona özündə olmadığını, maraqlanıb tapa biləcəyini bildirmişdir. O da Seyrəddinə 70 manat pul verərək həmin pulun müqabilində ona narkotik vasitə almasını və birlikdə çəkə biləcəklərini bildirmişdir. Bundan sonra, Seyrəddin Goranboy rayonu Qaradağlı kəndinə getmişdir. O da Seyrəddinin arxası ilə getmişdir. Təxminən bir saat sonra Seyrəddin geri qayıtmış və ona 1 kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuana verərək 70 manat müqabilində tanışından aldığını bildirmişdir. O da 70 manat pulu Seyrəddinə vermişdir. Bundan sonra, narkotik vasitəni cibinə qoymuşdur. O, Goranboy rayonu Xoylu kəndində piyada hərəkət edən zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək Goranboy RPŞ-nin əməkdaşları olduqlarını, onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və üzərini yoxlayacaqlarını bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları videoçəkilişdən istifadə etməklə onun üzərini yoxlamağa başlamışlar. İlk öncə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, o da cibində olan 1 kibrit qutusu narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Həmin kibrit qutusunda olan narkotik vasitə elektron tərəzidə çəkilmiş və bir ədəd zərfdə qablaşırılaraq möhürlənmiş, ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. O, narkotik vasitəni öz istifadəsi üçün üzərində saxlamışdır. O, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Yoxlama zamanı üzərindən aşkar edilən narkotik vasitədən başqa narkotik vasitə və ya psixotrop maddəsi olmamışdır. Seyrəddin Əliyevin ona verdiyi narkotik vasitəni kimdən alması barədə heç bir məlumatı olmamışdır. Yekunda əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Goranboy RPŞ-nin CAB-ın rəisi vəzifəsində xidmət edir. 06 sentyabr 2024-cü il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs Goranboy rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumatı rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmiş, təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün qərar qəbul edilmiş və eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə xidməti avtomobillə əməliyyat müvəkkilləri Şahid3 və Şahid2lə birlikdə Goranboy rayonu Xoylu kəndinə yollanmışlar. Bir qədər vaxt sonra qeyd olunan ünvana çatmışlar. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs hərəkət istiqaməti onlara məlum olmuşdur. Onlar Təqsirləndirilən şəxs hərəkət istiqamətidə gözləməyə başlamışlar. Bir qədər gözlədikdən sonra Təqsirləndirilən şəxs piyada hərəkət edərək onlara doğru gəldiyini görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını demişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah edib üzərində yoxlama aparacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs təklifi qəbul edib hüquqlarının və vəzifələrinin ona aydın olduğunu bildirərək üzərində yoxlama aparılmasına razılıq vermişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarkən saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 100 metr kənarda Goranboy rayonu Xoylu kəndində artezianın yaxınlığında yoxlamağa başlamışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üstü yoxanılmış, yoxlama zamanı sonuncunun təqdim etdiyi əşyadan əlavə üzərindən əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra narkotik vasitə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 6,87 qram olduğu müəyyən olunmuş, sonra həmin kütlə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitəni taparaq əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını, kiməsə satmaq və ya vermək niyyətinin olmadığını, əlavə olaraq narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya və ya predmeti olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Goranboy RPŞ-yə gətirilərək təhqiqatçı Hidayyət Cəfərova təqdim edilmiş, Hidayyət Cəfərov tərəfindən yoxlama zamanı aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütləyə baxış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitəni onun pulunun müqabilində təşkil edən X2 RPŞ-yə gətirilərək təhqiqatçı Hidayyət Cəfərova təqdim edilmişdir. Seyrəddin Əliyev şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Seyrəddin Əliyevin üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Seyrəddin Əliyevin narkotik vasitəni əldə etdiyi X6 RPŞ-yə gətirilərək müstəntiq Nurlan Allahverdiyevə təqdim edilmişdir. Ramil Orucov şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Ramil Orucovun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Ramil Orucovun narkotik vasitə əldə etməsinə köməklik etmiş X3 RPŞ-yə gətirilərək müstəntiq Nurlan Allahverdiyevə təqdim edilmişdir. Ramiz Məmmədov şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Ramiz Məmmədov qabaq sağ cibindən 1 ədəd “Samsung” A12 markalı mobil telefonu təqdim etmişdir. Həmin telefonun arxasından 1 ədəd 10 manatlıq pul əskinazını və 1 ədəd işıq kartı təqdim edərək 10 manat pulun ona Ramil Orucovun verdiyi puldan qalan pul olduğunu bildirmişdir. Bundan başqa o, Ramil Orucovun ona verdiyi 70 manat pulun 60 manatını xərclədiyini və qalan 10 manat pulun həmin puldan olduğunu bildirmişdir. Götürülmüş 10 manatlıq pul əskinazı iş üçün əhəmiyyətli olduğu üçün müstəntiq tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı X10 üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra X31 Məmmədovun köməkliyi ilə narkotik vasitəni satan X1 RPŞ-yə gətirilərək müstəntiq Nurlan Allahverdiyevə təqdim edilmişdir. Niyaməddin Məmmədov şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Niyaməddin Məmmədovun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi üzrə icraatın ayrılması haqqında” 14 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci cinayət işinin materiallarından ayrıca ********* saylı cinayət işi ayrılmışdır; “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 sentyabr 2024cü il tarixli qərardan görünür ki, X11 və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir; “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və götürmə aparılmasına dair” 06 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması barədə protokoldan və protokola əlavə edilmiş 01 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində 1 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 6,74 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür; “Şübhəli şəxsin tutulması haqqında” 06 sentyabr 2024-cü il tarixli qərarından və protokolundan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdə saat 22:50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq saxlanıldığı andan, yəni 06 sentyabr 2024-cü il tarixdə saat 21:00-dan məhdudlaşdırılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X26 Bölməsinin 07 sentyabr 2024-cü il tarixli, 16/953 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,74 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 08 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında” 08 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Sübutların qiymətləndirilməsi haqqında” 07 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 6,74 qram olan, ekspertiza tədqiqatından sonra qalıq 6,72 qram nakotik vasitə - qurudulmuş marixuana cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış və saxlama müddəti ərzində Goranboy rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir; Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İinformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 10 sentyabr 2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2013-cü il tarixdən Gəncə şəhəri D.Qorqud küçəsi ev 34 B, mənzil 29-da qeydiyyatdadır; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli, 05/09İS,080887-24 nömrəli arayışdan görünür ki, xx xxxxxxx 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs atası 16 fevral 1973-cü il təvəllüdlü X22 15 iyun 2021-ci il tarixdə vəfat edib, hazırda ailə tərkibi anası 22 yanvar 1972-ci il təvəllüdlü X17 və qardaşı 10 avqust 1998-ci il təvəllüdlü X9 ibarətdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 29 sentyabr 2025-ci il tarixli 1545 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahısının “Narkotik vasitələr” fəslinin 109.1-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın (kannabis) xeyli miqdar daxil olmaqla, aşağı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 6,74 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarına əlavə olunmuş Gəncə ŞİHB-nin 3 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli xasiyyətnamə); İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdən 08 sentyabr 2024-cü i tarixədək şübhəli şəxs qismində saxlanılmış və onun barəsində 08 sentyabr 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək həmin tarixdə həbsdən azad edilmişdir. Bununla da məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılmalıdır (həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (06-08 sentyabr 2024-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut - Goranboy RPŞ-yə təhvil verilmiş ekspertiza tədqiqatından sonra təmiz çəkisi 6,72 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana (kannabis) məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CMin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir . Məhkəmə, vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə sərf edilmiş hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 16 (on altı) iş saatına görə 176 (bir yüz yetmiş altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 06 sentyabr 2024-cü il tarixdən 08 sentyabr 2024-cü il tarixədək müddətdə 02 (iki) gün şübhəli şəxs qismində tutulması nəzərə alınaraq, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhəri Dədə Qorqud küçəsi 34 B, mənzil 29-da olan yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 6,72 qram olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 16 (on altı) iş saatına görə 176 (bir yüz yetmiş altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Əliyev
Məhkəmə qərarları › İş №1(045)-56/2025
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-56/2025
16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver