Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-58/2024 03.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ saat 12:50 X9 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1998-ci ildə Göygöl şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, məcburi köçkün, Kəlbəcər rayonunun Susuzluq kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri Avtozavod qəsəbəsində müvəqqəti məskunlaşıb yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.1990-cı ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orla təhsilli, məhkum olunmamış, işsiz, məcburi köçkün, Kəlbəcər rayonu Ağdaban kəndində qeydiyyatda olmaqla Tərtər rayonu Bəyimsarov kəndində məskunlaşıb yaşayan, barəsində “başqa yerə getməmək haqqında “iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Goranboy Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 13 radələrində dostu Mamedov 1 ural İbadət oğlu ilə birlikdə Tərtər rayonuna gedərkən səhhətində kəskin ağrılar və qıcolma baş vermiş, ona görə də, Goranboy RMX-nın TTY bölməsinə müraciət edərək qıcolmaya qarşı “Relanium” ağrı kəsicisinin vurulmasını istəmiş, Goranboy RMX-nın TTY bölməsində onları qəbul edən Goranboy RMX-TTYŞ-nin ACB-nin müdiri həkim Şahid5 qı/ı həmin iynənin qeydiyyatda olan şəxslərə və göstərişlə vurulduğu üçün vurmamış, bununla bağlı öz narazılığını Goranboy rayon mərkəzi xəstəxanasının direktoru Zərərçəkmiş şəxs bildirmək üçün Təqsirləndirilən şəxs1la birlikdə Goranboy RMX-nın ikinci mərtəbəsinə qalxıb dəhlizdə dayanmış Zərərçəkmiş şəxs yaxınlaşaraq dövlət tərəfindən onlara verilən dərmanın nəyə görə onlara verilmədiyini demiş, Zərərçəkmiş şəxs də onlara həmin “Relanium" ağrı kəsici iynənin istəklə deyil həkim təyinatı ilə verildiyini demiş, bu səbəbdən də Təqsirləndirilən şəxs2la bir qrup şəxs qismində birləşərək Goranboy RMX-nın ikinci mərtəbəsinin dəhlizində xəstəxananın iş reyimini pozaraq ictimai yerdə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozaraq, özünü ətrafdakıların şəxsiyyətinin fövqiində qoymaqla,cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan uca səslə söyüb təhqir edərək əl zərbəsi ilə bədəninin müxtəlif nahiyyələrinə vurub, ona alt çənənin və alt dodağın qançırları ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, daha sonra isə belindəki cib bıçağını çıxarıb üstünə ketməklə qərəzli xuliqanliq etmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 13 radələrində dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə Tərtər rayonuna gedərkən səhhətlərində kəskin ağrılar və qıcolma baş vermiş, ona görə də, Goranboy RMX-nın TTY bölməsinə müraciət edərək qıcolmaya qarşı “Relanium” ağrı kəsicisinin vurulmasını istəmiş, Goranboy RMX-nın TTY bölməsində onları qəbul edən Goranboy RMX-TTYŞ-nin ACB-nin müdiri həkim Şahid5 həmin iynənin qeydiyyatda olan şəxslərə və göstərişlə vurulduğu üçün vurmamış, bununla bağlı öz narazılığını Goranboy rayon mərkəzi xəstəxanasının direktoru Zərərçəkmiş şəxs bildirmək üçün Təqsirləndirilən şəxs1la birlikdə Goranboy RMX-nın ikinci mərtəbəsinə qalxıb dəhlizdə dayanmış Zərərçəkmiş şəxs yaxınlaşaraq dövlət tərəfindən onlara verilən dərmanın nəyə görə onlara verilmədiyini demiş, Zərərçəkmiş şəxs də onlara həmin “Relanium” ağrı kəsici iynənin istəklə deyil həkim təyinatı ilə verildiyini demiş, bu səbəbdən də Təqsirləndirilən şəxs1la bir qrup şəxs qismində birləşərək Goranboy RMX-nın ikinci mərtəbəsinin dəhlizində xəstəxananın iş reyimini pozaraq ictimai yerdə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozaraq, özünü ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla,cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan uca səslə söyüb təhqir edərək əl zərbəsi ilə bədəninin müxtəlif nahiyyələrinə vurub, ona alt çənənin və alt dodağın qançırları ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarət yetirərək qərəzli xuliqanliq elmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. 2020-ci ildə ölkədə baş vermiş “Vətən” müharibəsində iştirak etmişdir. Belə ki, Suqovuşan, Talış istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş və qapalı kəllə-beyin travması xəsarəti almışdır. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində dostu və həmçinin döyüş yoldaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə Tər-tər rayonu Bəyimsarov kəndinə Turalgilə qonaq getmişlər. Goranboy rayonunda olan zaman onun və Turalın səhhətində kəskin ağrılar və qıcolma baş vermiş, ona görə də, Goranboy rayon mərkəzi xəstəxanasına müraciət etmək qərarına gəlmişlər. Onlar Goranboy RMX-nın TTY bölməsinə müraciət edərək qıcolmaya qarşı “Relanium" ağrı kəsicisinin vurulmasını istəmişlər, xəstəxanaya müraciət edən zaman həmin ağrı kəsicidən onların özlərində də olmuş, lakin, özlərində olanları ehtiyat olaraq qalması üçün xəstəxanadan istəmişlər. Goranboy RMX-nın TTY bölməsində onları qəbul edən həkim həmin iynəni istəməkləri ilə bağlı Goranboy ravoıı mərkəzi xəstəxanasının direktoru Zərərçəkmiş şəxs zəng edərək məlumat vermiş, Rauf da həmin dərmanın xəstəxananın anbarından götürüb onlara vurulmasına icazə verməmişdir. Xəstəxanada onları qəbul edən həkimin adını xatırlamır. Daha sonra dostu Təqsirləndirilən şəxs2la birlikdə özlərində olan "Relanium” ağrıkəsicisini həkim tərəfindən vurulmasını xahiş etmişlər. Həmin həkim yenidən Rauf həkimə zəng edərək məlumat vermiş, Rauf həkim cavab olaraq iynənin vurulmasına icazə verməmiş, onlar bununla bağlı öz narazılıqlarını və nəyə görə icazə verməməsi barədə soruşmaq üçün Rauf həkimə müraciət etmək qərarına gəlmişlər. Goranboy RMX-nın ikinci mərtəbəsində Rauf həkimə yaxınlaşaraq dövlət tərəfindən onlara verilən dərmanın nəyə görə verilmədiyi, həmçinin özlərində həmin dərman olduğu halda onun nəyə görə xəstəxananın həkiminə ağrı kəsicini vurmasına icazə verməməsini soruşmuşlar. Ondan sonra nə olduğunu xatırlamır. Belə ki, travma nəticəsində əvvəllər olanlar onun yadında qalmır. Məkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 oğu təqsirini etiraf etdiyini, əməlindən səmimi peşan olduğunu, zərərçəkmiş şəxslə barışdığını, müharibə veteranı olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, hal-hazırda heç bir yerdə işləmir. 2013-2017-ci illərdə Müdafiə Nazirlinin N saylı hərbi hissəsində müddətdən artıq xidmət (MAXE) etmişdir. Həmçinin 2020-ci ildə ölkədə baş vermiş “Vətən” müharibəsində də iştirak etmişdir. Belə ki, “Suqovuşan”, “Talış”, “Ağdərə”, “Fizuli”, “Xocavənd”, “Cəbrayıl” istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş və qapalı kəllə-beyin travması, beyin silkələnməsi, sinir damarlarının zədələnməsi beyin yırtığı xəsarətləri almışdır. xx.xx.2024-cii il tarixdə saat 13 radələrində dostu və həmçinin döyüş yoldaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə Tər-tər rayonunun Bəyimsarox kəndinə onlara qonaq getmişlər. Yolda onlar Goranboy rayonunda olan zaman onun və Arazın səhhətində kəskin ağrılar və qıcolma baş vermiş, ona görə də, Goranboy rayon mərkəzi xəstəxanasına müraciət etmək qərarına gəlmişlər. Onlar Goranboy RMX-nın TTY bölməsinə müraciət edərək qıcolmaya qarşı “Relanium" ağrı kəsicisinin vurulmasını istəmişlər. Xəstəxanaya müraciət edən zaman həmin ağrı kəsicidən onların özlərində olmuş, lakin, özlərində olanı ehtiyat olaraq qalması üçün xəstəxanadan istəmişlər. Goranboy RMX-nın TTY bölməsində onları qəbul edən həkim həmin iynəni istəməkləri ilə bağlı Goranboy rayon mərkəzi xəstəxanasının direktoru Zərərçəkmiş şəxs zəng edərək məlumat vermiş, Rauf da həmin dərmanın xəstəxananın anbarından götürüb onlara vurulmasına icazə verməmişdir. Xəstəxanada onları qəbul edən həkimin adını xatırlamır. Daha sonra o, dostu Təqsirləndirilən şəxs1la birlikdə özlərində olan “Relanium” ağrıkəsicisini həkim tərəfindən vurulmasını xahiş elmişlər. Həmin həkim yenidən Rauf həkimə zəng edərək məlumat vermiş, Rauf həkim cavab olaraq iynənin vurulmasına icazə verməmişdir. Onlar bununla bağlı öz narazılıqlarını və nəyə görə icazə verməməsi barədə soruşmaq üçün Rauf həkimə müraciət etmək qərarına gəlmişlər. Goranboy RMX-nın ikinci mərtəbəsində Rauf həkimə yaxınlaşaraq dövlət tərəfindən onlara verilən dərmanın nəyə görə verilmədiyi, həmçinin özlərində həmin dərman olduğu halda nəyə görə xəstəxananın həkiminə həmin ağrı kəsicini vurmasına icazə verməməsini soruşmuşlar. Daha sonra aralarında mübahisə olmuş, aldığı travmalara görə nə olduğunu bilməmişdir. Məkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 təqsirini etiraf etdiyini, əməlindən səmimi peşan olduğunu, zərərçəkmiş şəxslə barışdığını, müharibə veteranı olmasını, eyni zamanda 2-ci qrup əlil olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2022-ci il tarixdən hazıradək Goranboy rayon mərkəzi xəstəxanasının X10 direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımır, əvvəllər münasibətləri olmamış, aralarında düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Goranboy rayon mərkəzi xəstəxanasında dəhlizdə RMX-nın iki nəfər mühafizəçi ilə söhbət edən zaman iki nəfər adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlar yaxınlaşmışlar və Goranboy RMX-nın direktorunun kim olduğunu soruşmuşlar. O da, özünü təqdim edərək xəstəxananın direktoru olduğunu bildirmişdir. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs2 RMX-nın X11 şöbəsindən dərman istədiklərini, lakin onlara vermədiklərini, buna görə şikayət etmək üçün yanına gəldiklərini demişdir. O da, dərmanın istəklə verilmədiyini, şikayətlərini həkimə demələrini, həkimin isə ona uyğun dərman təyin etməsini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 üzərində olan gödəkçənin cibindən sakitləşdirici və ağrıkəsici dərman olan diazepan və s. dərmanları çıxardıb, ona göstərərək həmin dərmanların kömək etmədiyini, həkimin isə təyin etdiyi analgin dimidirolun nə kömək edəcəyini demişdir. O, yenidən sonunculara birinci mərtəbədə yerləşən TTY xidmətinə yaxınlaşmalarını demiş, lakin, buna baxmayaraq Araz və Tural ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı xəstəxananın mühafizəçisi Arazı kənarlaşdırmağa çalışan zaman Təqsirləndirilən şəxs1 mühafizəçini itələmiş və nəticədə mühafizəçi yerə yıxılmışdır. O, dərhal bununla bağlı DİNin 102 xidmətinə məlumat vermiş və aralanıb getmək istəyən zaman sonuncuların hər ikisi onun qarşısında dayanaraq xidməti otağına getməyə qoymamışlar. Daha sonra isə sözügedən şəxslər onu yumruqla vurmuşlar. Xəstəxananın işçiləri onları aralamışlar. Yekunda təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini, onları bağışladığını bildirərək buna dair müvafiq ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Goranboy rayon mərkəzi xəstəxanasında Maliyyə şöbəsinin müdiri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 13:15 radələrində Goranboy rayon mərkəzi xəstəxanasında xidməti iş otağında olan zaman dəhlizdə səs-küy eşitmiş və RMX-nın X10 direktoru Zərərçəkmiş şəxs kimlərnənsə mübahisə etdiyini eşitmişdir. Ona görə dəhlizə çıxmış, Zərərçəkmiş şəxs və tanımadığı 2 nəfər şəxslərin yanına gəlmişdir. Orada olan zaman Rauf Yahyayex DİN-in 102 xidmətinə zəng edəcəyini demiş və 102 xidmətinə zəng edərək mübahisə barədə məlmat vermişdir. Həmin vaxt RMX-nın ümumi şöbənin müdiri Şahid1 yaxınlaşmış, sonra isə direktor Zərərçəkmiş şəxs xidməti otağına gedən zaman həmin tanımadığı 2 nəfər şəxslər Rauf həkimin qarşısını kəsmişlər və xidməti otağına getməyə qoymamışlar. Həmin vaxt direktor Raul həmin şəxslərə kənara durmalarını deyən zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 bir dəfə Raufun sinə nahiyəsindən yumruqla vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs şillə ilə bir dəfə Təqsirləndirilən şəxs1 sağ üz nahiyəsindən vurmuşdur. Mübahisə zamanı Təqsirləndirilən şəxs2 isə bir dəfə yumruqla Zərərçəkmiş şəxs çənə nahiyəsindən vurmuşdur. Mübahisə zamanı o və Məhəmməd müəllim həmin şəxlsəri kənara çəkən zaman Təqsirləndirilən şəxs1 üzərində olan şalvarının bel kəmərinə qoyduğu bir ədəd qara rəngli açılıb bağlanan bıçağı çıxarmış və Zərərçəkmiş şəxs üzərinə gedən zaman o və Şahid1 Arazı qoymayıb sakitləşdirmişlər. Daha sonra isə digər şəxs Təqsirləndirilən şəxs2 Arazın əlində olan bıçağı almışdır. Həmin vaxt Araz və Tural ciblərindən çıxartdığı adını bilmədiyi dərmanları qəbul etmişlər. Sonra polis əməkdaşları gəlmiş və Araz və Turalı Goranboy RPŞ-yə davəl edib gətirmişlər. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid1, Şahid3, Şahid4 və Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmədə elan olunan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Goranboy rayon mərkəzi xəstəxanasında Ümumi şöbənin müdiri vəzisfəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 13:15 radələrində Goranboy rayon mərkəzi xəstəxanasında xidməti iş otağında olan zaman dəhlizdə səs-küy eşitmiş, ona görə də dəhlizə çıxmış və Zərərçəkmiş şəxs, Şahid2 və tanımadığı 2 nəfər şəxslərin yanına getmişdir. Oraya çatan zaman direktor Zərərçəkmiş şəxs xidməti otağına getdiyini görmüş, həmin vaxt tanımadığı və adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Rauf həkimin qarşısını kəsərək xidməti otağına getməyə qoymamışlar. Rauf da həmin şəxslərə kənara durmalarını deyən zaman Təqsirləndirilən şəxs1 bir dəfə Raufun sinə nahiyəsindən yumruqla vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs də sillə ilə bir dəfə Təqsirləndirilən şəxs1 sağ üz nahiyəsindən vurmuşdur. Mübahisə zamanı isə Təqsirləndirilən şəxs2 bir neçə dəfə yumruqla Raul Yahyayevin çənə nahiyəsindən vurmuşdur. Mübahisə zamanı o və Kamil müəllim həmin şəxsləri kənara çəkən zaman Təqsirləndirilən şəxs1 üzərində olan şalvarının bel kəmərinə qoyduğu bir ədəd qara rəngli açılıb bağlanan bıçağı çıxardıb Zərərçəkmiş şəxs üzərinə getmiş, həmin vaxt o və Kamil Arazın qarşısına keçib sakitləşdirmişlər. Sonra isə digər şəxs Təqsirləndirilən şəxs2 Arazın əlində olan bıçağı almış, həmin vaxt Araz və Tural ciblərindən çıxartdıqları adını bilmədiyi dərmanları qəbul etmişlər. Bundan sonra polis əməkdaşları gəlmiş, Araz və Turalı Goranboy RPŞ-nə dəvət edib aparmışlar. Mübahisə zamanı Zərərçəkmiş şəxs sillə ilə Təqsirləndirilən şəxs2 sol üz nahiyəsindən vurmasını görməmişdir. Məhkəmədə elan olunan Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2020-ci il tarixdən Goranboy RMB-nin MMX üzrə mühafizəçi vəzifəsində xidmət edir. O, posta Goranboy RMX-na çıxır. Goranboy rayon mərkəzi xəstəxanasının X10 direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs tanıyır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə tanımır, onlarla əvvəllər münasibəti olmamışdır, aralarında düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cii il tarixdə saat 13 radələrində Goranboy rayon mərkəzi xəstəxanasının ikinci mərtəbəsinin dəhlizində Rauf həkim, post yoldaşı Şahid4 və o söhbət edən zaman iki nəfər adlarını sonra bildiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara yaxınlaşıb Goranboy RMX-nın direktorunun kim olduğunu soruşmuşlar. Raul həkimdə də, özünü sonunculara təqdim edərək xəstəxananın direktoru olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 da, Rauf həkimə “RMX-nın X11 şöbəsindən dərman istədiklərini, lakin onlara dərman vermədiklərini, buna görə şikayət etmək üçün onun yanına gəldiklərini” demiş, Rauf həkim də, sonunculara dərmanın istəklə verilmədiyini, şikayətlərini həkimə demələrini, həkimin isə ona uyğun dərman ləyin edəcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 üzərində olan gödəkçənin cibindən sakitləşdirici və ağrıkəsici dərmanları çıxardıb, Rauf həkimə göstərərək həmin dərmanların ona kömək etmədiyini, həkimin isə təyin eldiyi analgin dimidirolun nə kömək edəcəyini demişdir. Rauf həkim yenidən sonunculara birinci mərtəbədə yerləşən TTY xidmətinə yaxınlaşmalarını demiş, lakin, buna baxmayaraq Rauf həkimlə Araz və Turalın arasında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Arazı kənarlaşdırmağa çalışan zaman Təqsirləndirilən şəxs1 onu itələmiş və nəticədə o, yerə yıxılmış, lakin heç bir xəsarət almamışdır. Rauf həkim də dərhal bununla bağlı DİN-in 102 xidmətinə məlumat vermiş və aralanıb getmək istəyən zaman sonuncuların hər ikisi Rauf həkimin qarşısında dayanaraq xidməti otağına getməyə qoymamışlar. Həmin vaxt Rauf həkim sonunculara kənara çəkilmələrini deyib Təqsirləndirilən şəxs1 əli ilə geri çəkmiş, buna baxmayaraq Təqsirləndirilən şəxs1 yumruqla bir dəfə Rauf həkimin sinə nahiyəsindən xurmuşdur. Rauf həkim də ona görə Arazın sağ üz nahiyəsindən bir dəfə sillə ilə vurmuşdur. Həmin vaxl Tural isə yumruqla Rauf həkimin sol çənə nahiyəsindən vurmuşdur. Daha sonra Araz cibindən bir ədəd bıçaq çıxarıb Rauf həkimin üzərinə getmək istəyən zaman Xəyal, o və səs-küyə onların yanma gələn Şahid2 Arazı qabaqlamışdır. Belə ki Arazın Rauf həkimə hücum etməyinin qarşısını almışlar. Bu zaman xəstəxananın ümumi şöbəsinin müdiri Şahid1 də, Turalın Rauf həkimə hücum etməyinin qarşısını almışdır. Həmin vaxt Araz və Tural ciblərindən çıxartdığı adını bilmədiyi dərmanları qəbul etmişlər. Arazla Turalı sakitləşdirmək olmamış, sonuncular uca səslə səs-küy salaraq nalayiq ifadələr işlətmişlər. Daha sonra Goranboy rayon polis şöbəsinin əməkdaşları gəlmiş və X7 RPŞ-nə aparmışlar. Mübahisə zamanı Zərərçəkmiş şəxs sillə ilə Təqsirləndirilən şəxs2 sol üz nahiyəsindən vurmasını görməmişdir.Tural və Araz xəstəxanada ucadan danışaraq nalayiq ifadələr işlətmişlər.Tural və Araz Rauf həkimə TTY bölməsində istədikləri dərmanı verməmələri barədə şikayətini bildirmişlər. Rauf həkim də onlara “xəstəyə dərmanın verilməsi istəklə deyil, siz həkimə şikayətinizi deyin və həkim tərəfindən ona uyğun dərman təyin ediləcəkdir" demişdir. Daha sonra sonuncular cibindən “diazepan relanium” dərmanlarım çıxararaq həmin dərmanların onlara kömək etmədiyini “analgin dimidrolun” onlara uimiyyətlə kömək etməyəcəyini demişlər. Rauf həkim də sonunculara təqdim etdikləri dərmanların onların şikayətinə uyğun olduğunu, həmin dərmanların vurulması ilə bağlı xəstəxananın TTY bölməsinə bir daha müraciət etmələrini bildirmişlər. Həmin vaxt Rauf həkim qazi və şəhid ailələrini təhqir etməmişdir. Məhkəmədə elan olunan Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsin elan olunarkən digər Şahid3 ifadəsinə oxşar ifadə verdiyi məlum olur. Məhkəmədə elan olunan Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2023-cü ilin noyabr ayından Goranboy RMX-TTYŞ-nin ACB-nin müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımır, əvvəllər münasibətləri olmamışdır, aralarında düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cti il tarixdə saat 13 radələrində Goranboy rayon mərkəzi xəstəxanasında işdə öz otağında olan zaman tibb bacıları Elyanura Allahverdiyeva və Qələm onu çağırmışlar. O da, travma otağına getmiş, həmin vaxt sonradan adlarını bildiyi Tural və Araz adlı şəxsləri orada görmüş və sonuncular ona “tez ol bizə iynə vurun” demişlər. O da sonunculara “nə olub qəza keçirmisiniz" demiş. Tural da ona ağrıkəsici vurun demişdir. Həmin vaxt Turalın sol gözünə qan dolmuşdur. Ona görə də, o sonuncuların qəza keçirdiyini zənn etmiş, bu səbəbdəndə tibb bacılarına sonunculara iynə vurmaqlarını tapşırmışdır. Həmin vaxt Tural onlara nə iynəsi vuracaqsınız demiş, o da. Turala “diklofenak” vurulacaqdır demişdir. Tutral ona “bizə “diklofenak" vuramayın, həmin iynə bizim mədə bağırsağımızı pozubdur" demişdir. Sonra Tural ona “o biri iynədən vurun" demişdir. Yəni güclü ağrıkəsici vurun demişdir. Turalın və Arazın islidədikləri iynələr qeydiyyatda olan şəxslərə və göstərşlə vurulur. Həmin vaxt Tutral və Araz "bizi incitməyin tez olun həmin iynədən vurun” demişlər. Sonra o sonuncuların yanından çıxıb öz otağına getmişdir.Həmin vaxt o xəstəıxananın baş həkimi Arzuya zəng edib olanlar barədə demişdir. Belə ki, Arzu həkimə Turalla Arazın güclü ağrıkəsici iynə vurdurmaq istədiklərini demiş, sonra Arzu həkimə sonuncuların istədikləri iynələri göstəriş əsasında vurulduğunu bildirmişdir. Arzu həkim də əgər sakitləşməsələr DİN-nin 102 xidmətinə zəng etməyini bildirmişdir. Bir neçə dəqiqədən sonra tibb bacıları onu yenədə yanlarına çağırmışlar. Tibb bacıları Turalla Arazın onu hədələdiklərini demişlər. O Turalla Arazın yanma getmiş, sonuncular ona “bizi incitməyin tez olun iynə vurun" demişlər. Bundan sonra Araz “cibindən “diazepeks" iynəsini çıxardıb ağrıyıram tez olun mənə vurun” demişdir. Sonra tibb bacıları həmin iynəni Araza vurmuşlar. Bundan sonra Tural da “cibindən “diazepeks” iynəsini çıxardıb mənə vurun” demişdir. Tibb bacılları Turala da həmin iynəni vurmuşlar. Turalla Araz onlara “siz düz etmirsiniz, biz müharibədə döyüşmüşük ağrıyırıq, sizdə olmalıdır niyə vurmursunuz, bizi hirsləndirirsiniz özümüzdən çıxarırsiniz” demişlər. İynəni vurduqdan sonra Turalla Araz yanlarından çıxıb getmişlər. Təxminən 30 dəqiqədən sonra X8 rayon polis şöbəsinin əməkdaşları yenə də yanlarına gətirmişlər. Tuarlla Araz ona "tez olun bizə kömək edin biz 5-6 ədəd dərman içmişik” demişlər. Tibb bacılarıda sonuncuları vanna otağına keçirib maye verib mədələrini yumuşlar. Bundan sonra Turalla Arazı polis əməkdaşları aparmışlar.Hadisə vaxt xəstəxananın direktoru Zərərçəkmiş şəxs zəng etməmişdir. Həmin vaxt o Arzu həkimə zəng edib demiş, Arzu həkimdə əgər getməsələr DİN-nin 102 xidmətinə zəng etməklərini bildirmişdir. İş materiallarında olan “video diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Goranboy RMX-da Təqsirləndirilən şəxs1 mühfiəz polisinin polis nəfərinin sinə nahiyəsindən yumruqla vuraraq itələməsi, həmçinin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs sinə nahiyəsindən yumruqla vurması, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 sağ üz nahiyəsinə şillə ilə vurması, Təqsirləndirilən şəxs2 yumruqla Zərərçəkmiş şəxs çənə nahiyəsindən vurması və Təqsirləndirilən şəxs1 isə üzərində olan şalvarın bel kəmərinə qoyduğu bir ədəd rəngli açılıb bağlanan bıçaq ilə Zərərçəkmiş şəxs üzərinə hücum etməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmətibbi ekspertiza və X5 X10 10 fevral 2024-cü il tarixli, 124 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmətibbi ekspertiza və X5 X10 09 fevral 2024-cü il tarixli, 119 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində alı çənənin və alt dodağın qançırları küt əşyanın təsirindən o, cümlədən xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yumuruqla vurulma zamanı əmələ gələ birərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmətibbi ekspertiza və X5 X10 10 fevral 2024-cü il tarixli, 125 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində sol gözüntış hissəsinin qançırı, ağlı qişaya qansızma ktit əşyanın təsirindən o, cümlədən xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yumuruqla vurulma zamanı əmələ gələ birərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan İ-18077 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 göstərdiyi sücaətə görə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan “Vətən müharibəsi Əlillərinə kömək ictimai birliyinin” G20- 1236 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 İİİ qrup əlildir. İş materiallarında olan İ-7942 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 göstərdiyi sücaətə görə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikas Psixiatriya Xəstəxanası” X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4825 nömrəli rəyindən və digər əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində şəxsiyyət pozuntusu, affektiv epizodlar, cəngolma tutmaları, intihara cəhdlər ilə F07,0 diaqnozu verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 271/22 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 F07.0-partlayış travması, keçirilmiş KBT-nın qalıq əlamətləri və baş verən qıcolma tutmaları (22 gün ərzində 5 dəfə), yaddaşın zəifləməsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikas Psixiatriya Xəstəxanası” X12 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 926 nömrəli rəyindən və digər əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində şəxsiyyət pozuntusu F 07.0 diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi barədə” 09 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi barədə” 09 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Kəlbəcər RİH başçısının Susuzluq kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli xasiyatnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.1998-ci ildə Gəncə şəhərində anadan olduğu, hazırda Gəncə şəhəri Avtozavod ərazisində yaşadığı, heç bir məhkumluğu olmadığı, yaşadığı ünvanda və cəmiyyət arasında heç bir mənfi xarakterli məlumat yayılmadığı, 44 günlük Vətən Vətən müharibəsi iştirakçısı və üçüncü qrup əlil olduğu. Vətən Müharibəsi zamanı düşmən mərmisinin partlayışı zamanı aldığı (qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, cəngolma tutmaları, intihara cəhdlər ilə F07,0 diaqnozu verildiyi göstərilmişdir. İş materiallarında olan Kəlbəcər RİH başçısının Ağdaban kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 27 may 2024-cü il tarixli, 98 nömrəli arayışından görünür ki, Mamedov X2 rayonunun Ağdaban kənd sakinidir və məcbur köçkün kimi Tərtər rayonunun Bəyimsarov kəndində müvəqqəti məskunlaşıb yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Mərkəzi” X10 xx.xx.2024-cü il tarixli, 96 nömrəli rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal- hazırki stasionar məhkəmə psixiatıik ekspertizası zamanı aparılmış müayinələrin büliin nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. Sual 3. Təqsirləndirilən şəxs1 ruhi xəstədirmi, əgər xəstədirsə, hansı xəstəlikdən əziyyət çəkir? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 travma mənşəli üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkdiyi müəyyən edilir. Sual 4. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qarşı qərarın təsviri hissəsində göstərilən cinayət əməli törədərkən hansı vəziyyətdəanlaqlı və ya anlaqsız vəziyyətdə, yaxud anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmuşdurmu? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən düçar olduğu travma mənşəli üzvi şəxsiyyət pozuntusu nəticəsində cinayət hadisəsini törətdiyi döviirdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai ləhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə elmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs1 anlaqlılığı istisna elməyən psixi pozuntlu şəxs hesab olunmalıdır. Sual 5. Təqsirləndirilən şəxs1 oğlıı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və ya 22-ci maddələrinin təsiri altına dtiçürmü, onun məcburi müalicəyə ehtiyacı varmı? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 düçar olduğu travma mənşəli üzvi şəxsiyyət pozuntusu nəticəsində cinayət hadisəsini törətdiyi döviirdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai ləhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə elmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayət əməli Azərbaycan Respublikası CinayətMəcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs1 halhazırki psixi durumuna görə məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir.Bununla yanaşı Təqsirləndirilən şəxs1 əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusunun dərinləşməməsi və digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün qabaqlayıcı tədbir kimi onun daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkimpsixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə. Sual 1.Təqsirləndirilən şəxs1 səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətlər hansılardır və həmin xüsusiyyətlər, Zərərçəkmiş şəxs qarşı hüquqa zidd hərəkətlər edərkən necə təzahür olunmuşdur? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 fərdipsixi xüsusiyyətlərini müəyyən edərkən intellektual imkanlarının zəifləməsi-idrak prosseslərinin tədqiqi zamanı ixtiyari yadda saxlamsının bir qədər aşağı olması, diqqətində dayanaqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), mücərrəd anlayışların dərk edilməsinin zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, təfəkküründə lənglik, ilişkənlik, proqnazlaşdırmasının zəifləməsi; xarakterində dəyişkənlik- kobudluq, davadalaşa meyillilik, inadkarlıq; emosianal-iradi sferasında-xarici qıcıqlara qarşı həssaslıq, davranışı üzərində iradi nəzarətin çatışmazlığı, aqresiyaya və impulsiv hərəkətlərə meyillilik; psixi- emosianal vəziyyətində əhvalının enməsi, emosianal labillik, astenik əlamətlər-həvəssizlik, tez yorulma aşkar olunur. Sual 2. Təqsirləndirilən şəxs1nıın sensorperseptiv prosseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, ifadə verərkən onun iş üçün əhəmiyyətli halları düzgün qavraya bilib-bilməməsi, eləcə də təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və yaxud hadisəni özündən uydurmağa meyilli olub-olmaması miiəyyənləşdirilsin. Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyətli halları düzgün qavrayıb ifadə verə bilər. Onda təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət elməyə və yaxud hadisəni özündən uydurmağa meyillilik aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Mərkəzi” X10 xx.xx.2024-cü il tarixli, 95 nömrəli rəyindən görünür ki, Stasionar kompleks məhkəmə-pisixoloji psixiatriya ekspertizasının 07 iyun 2024-cü il tarixli 95 saylı rəyi ilə müəyyən olunmuşdur ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamneslik məlumatların, həmçinin ha 1hazırki stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. Sual 3. Təqsirləndirilən şəxs2 ruhi xəstədirmi, əgər xəstədirsə, hansı xəstəlikdən əziyyət çəkir? Cavab.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 travma mənşəli üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkir. Sual 4. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşı qərarın təsviri hissəsində göstərilən cinayət əməli törədərkən hansı vəziyyəldə-anlaqlı və ya anlaqsız vəziyyətdə, yaxud anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmuşdur? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən travma mənşəli üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkdiyindən cinayət hadisəsini törətdiyi dövürdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs2 anlaqlılığı istisna etməyən psixi pozunllu şəxs hesab olunmalıdır. Sual 5. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düçtirmü, onun məcburi müalicəyə ehtiyacı varmı? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusu nəticəsində cinayət hadisəsini törətdiyi dövürdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk elmək və onları tam həcmdə idarə elmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CinayətMəcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs2 hal-hazırki psixi vəziyyəti məcburi müalicə tədbirinin tətbiq olunmasını tələb etmir. Bununla yanaşı Təqsirləndirilən şəxs2 aşkarlanan travma mənşəli üzvi şəxsiyyət pozuntusunun dərinləşməməsi və digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi həmin şəxsin daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə. Sual 1. Təqsirləndirilən şəxs2 səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətlər hansılardır və həmin xüsusiyyətlər, Zərərçəkmiş şəxs qarşı hüquqa zidd hərəkətlər edərkən necə təzahür olunmuşdur? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyyətlərini müəyyən edərkən intellektual imkanlarının zəifləməsi-idrak prosseslərinin tədqiqi zamanı ixtiyari yaddasaxlamsının bir qədər aşağı olması, diqqətində dayanaqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), mücərrəd anlayışların dərk edilməsinin zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, təfəkküründə lənglik, ilişkənlik, proqnazlaşdırmasının zəifləməsi; xarakterində dəyişkənlik-kobudluq, konfiliktə meyillilik, öz doğrulan ilə rəftar etmək, ola biləcək nəticələri proqnozlaşdırmadan davranmaq; emosianal-iradi sferasında- qıcığa qarşı həssaslıq, emosianal dayanıqsızlıq, davranış üzərində iradi nəzarətin çatışmazlığı, neqativ amillərə qarşı dözümsüzlük; psixi-emosianal vəziyyətində əhval-ruhiyyənin aşağı olması və s. müəyyən olundu. Sual 2. Təqsirləndirilən şəxs2 sensor-perseptiv prosseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, ifadə verərkən onun iş üçün əhəmiyyətli halları düzgün qavraya bilib-bilməməsi, eləcə də təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və yaxud hadisəni özündən uydurmağa meyilli olub-olmaması müəyyənləşdirilsin. Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 iş üçün əhəmiyyətli halları düzgün qavrayıb ifadə verə bilər.Onda təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət elməyə və yaxud hadisəni özündən uydurmağa meyillilik aşkar olunmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs1 törətdiyi cinayət hadisəsi zamanı istifadə etdiyi bıçağın tapılması mümkün olmadığından, toplanmış digər sübutlar isə həmin bıçağıncib bıçağı olması barədə məlumatlar əldə edildiyindən, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə qiymətləndirilməli olması nəzərə alınaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə soyuq silah əldə etmə və gəzdirməyə görə ittiham elan edilməsi rədd edilmiş və bur barədə cinayət işindən material ayrılaraq Goranboy rayon prokurorluğuna göndərilməsi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 sillə ilə vuraraq döydüyü üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Goranboy RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır və onlardan heç bir şikayəti tələbi yoxdur. İş materiallarında olan Goranboy Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 3(045)-938/2024 nömrəli qərarından görünür ki, inzibati xəta törətmiş şəxs Zərərçəkmiş şəxs zərərçəkən şəxslə barışdığına görə barəsində olan iş üzrə icraata xitam verilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının: 2-ci bəndinə əsasən ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, İİ Qarabağ müharibəsi veteranı olmasını və döyüşdə göstərdiyi sücaətlərə görə medallarla təltif edilməsini, İİİ qrup Qarabağ əlili olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə az ağır cinayət cinayət törətməsini, İİ Qarabağ müharibəsi veteranı olmasını və döyüşdə göstərdiyi sücaətlərə görə medallarla təltif edilməsini, İİİ qrup Qarabağ əlili olmasını nəzərə alaraq ona ittiham elan olunmuş maddə üzrə islah işləri cəzası təyin edilməlidir. Cəzasını iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini İİ Qarabağ müharibəsi veteranı olmasını, İİ qrup əlili olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, İİ Qarabağ müharibəsi veteranı olmasını, İİ qrup əlili olmasını nəzərə alaraq ona ittiham elan olunmuş maddə üzrə aşağı həddə islah işləri cəzası təyin edilməlidir. Cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 44.2.2, 197-198, 344-349, 351-353 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 5%-i məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 5%-i məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(045)-58/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-58/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver