Məhkəmə qərarları › İş №1(045)-59/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-59/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-59/2024 29.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 21, mənzil 106-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə dələduzluq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs5 özünün geniş imkanlara malik olmasını deyərək, onu 3200 manat pul müqabilində Goranboy rayon Mərkəzi Xəstəxanasına sürücü kimi işə düzəltmək imkanlarının olmasını bildirərək, işə düzəlmək üçün zəruri olan bir neçə sənədin, o cümlədən yaşayış yerindən arayış və xəstəxanadan sağlamlıq kağızı alıb ona verməsini deməklə Zərərçəkmiş şəxs5 inandırıb etibarını qazandıqdan sonra 2023-cü ilin iyun-avqust aylarıda Goranboy şəhəri ərazisində sonuncunun 3200 manat pulunu vahid niyyətlə hissə-hissə alıb vədinə əməl etməməklə aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə dələduzluq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs3 özünün geniş imkanlara malik olmasını deyərək, 1650 manat pul müqabilində onun həyat yoldaşını Goranboy rayon Mərkəzi Xəstəxanasına qeydiyyatçı kimi işə düzəltmək imkanlarının olmasını bildirərək, işə düzəlmək üçün zəruri olan bir neçə sənədin, o cümlədən şəxsiyyət vəsiqəsinin surətini və yaşayış yerindən arayış alıb ona verməsini deməklə, Zərərçəkmiş şəxs3 inandırıb etibarını qazandıqdan sonra 2023-cü ilin sentyabr ayının əvvəllərində Goranboy şəhəri ərazisində sonuncunun 1650 manat pulunu alıb vədinə əməl etməməklə aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə dələduzduq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs3 özünün geniş imkanlara malik olmasını deyərək, 750 manat pul müqabilində onun adını Bank sistemində olan qara siyahıdan çıxartdırmaq imkanlarının olmasını bildirərək, sonuncunun yanında bir neçə şəxslə telefonla danışaraq Zərərçəkmiş şəxs3 inandırıb etibarını qazandıqdan sonra 2023-cü ilin sentyabr ayının əvvəllərində Goranboy rayonu Borsunlu kəndində Zərərçəkmiş şəxs3 750 manat pulunu alıb vədinə əməl etməməklə aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə dələduzluq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünün geniş imkanlara malik olmasını deyərək, 3325 manat pul müqabilində onun dayısı oğlu X5 Goranboy rayon Mərkəzi Xəstəxanasına sürücü kimi işə düzəltmək imkanlarının olmasını bildirərək, işə düzəlmək üçün zəruri olan bir neçə sənədin, o cümlədən şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletin surəti, sürücülük vəsiqəsinin surəti və sağlamlıq haqqında arayış alıb ona verməsini deməklə Zərərçəkmiş şəxs1 inandırıb etibarını qazandıqdan sonra 2023-cü ilin avqust-oktyabr aylarında Goranboy şəhəri ərazisində sonuncunun 3325 manat pulunu vahid niyyətlə hissə-hissə alıb vədinə əməl etməməklə aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə dələduzluq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs4 özünün geniş imkanlara malik olmasını deyərək, 9500 manat pul müqabilində onun oğlu İsmayılı Goranboy rayon Mərkəzi Xəstəxanasına sürücü kimi işə düzəltmək imkanlarının olmasını bildirərək, işə düzəlmək üçün zəruri olan bir neçə sənədin, o cümlədən şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletin surəti, sürücülük vəsiqəsinin surəti və sağlamlıq haqqında arayış alıb ona verməsini deməklə Zərərçəkmiş şəxs4 inandırıb etibarını qazandıqdan sonra 2023-cü ilin avqust-oktyabr aylarında Goranboy şəhəri ərazisində sonuncunun 9500 manat pulunu vahid niyyətlə hissə-hissə alıb vədinə əməl etməməklə aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə dələduzluq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs2 özünün geniş imkanlara malik olması deyərək, 4050 manat pul müqabilində onu Goranboy rayon Mərkəzi Xəstəxanasına sürücü kimi işə düzəltmək imkanlarının olmasını bildirərək işə düzəlmək üçün zəruri olan bir neçə sənədin, o cümlədən şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletin surəti, sürücülük vəsiqəsinin surəti və sağlamlıq haqqında arayış alıb ona verməsini deməklə Zərərçəkmiş şəxs2 inandırıb etibarını qazandıqdan sonra 2023-cü ilin sentyabr ayının ortalarında Goranboy şəhəri ərazisində sonuncunun 4050 manat pulunu vahid niyyətlə hissə-hissə alıb vədinə əməl etməməklə aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 21, mənzil 106-da daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. O, əvvəllər Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə məhkum olunmuşdur. O, maddi imkanı olmadığı üçün müxtəlif şəxslərin pullarını dələduzluq yolu ilə ələ keçirmək qərarına gəlmiş, 2023-cü ilin iyul ayında Zərərçəkmiş şəxs5 ilə söhbət edən zaman Qaşqaya TƏBİB-də tanışlarının olduğunu və Goranboy rayon Mərkəzi Xəstəxanasına sürücü kimi işə düzəltmək imkanının olduğunu bildirmişdir. Bundan sonra, Qaşqay ona özünün işə düzəlmək istədiyini bildirmiş, o da Qaşqaya rahatçılıqla işi həll edəcəyini demişdir. Bundan sonra o, Qaşqaydan iş üçün yaşayış yerindən arayış və xəstəxanadan sağlamlıq kağızı lazım olduğunu demiş, Qaşqay da həmin sənədləri ona vermişdir. O, sənədləri götürüb Bakı şəhərinə getmişdir. Bundan sonra, Qaşqaya zəng edərək işin düzəlməsi üçün 3200 manat pul lazım olduğunu demiş və Qaşqay da həmin pulu ona hissə-hissə vermişdir. Bundan sonra, Qaşqayla Goranboy rayonu Borsunlu kəndində çayxanada oturan zaman Qaşqayın tanışı Zərərçəkmiş şəxs3 onlarla birlikdə oturmuşdur. Bu vaxt Aslan ona arvadını Goranboy rayon Mərkəzi Xəstəxanasına işə düzəltmək istədiyini və ona köməklik göstərməyini xahiş etmişdir. O da Aslana danışıb deyəcəyini bildirmişdir. Bir neçə gün sonra Aslana işin düzəlməsi üçün pul lazım olduğunu demiş və ilk əvvəl tarixini xatırlamadığı gündə Aslandan 550 manat, həmin pulu aldığından bir neçə gün sonra isə Aslandan 1100 manat pul almışdır. Bundan sonra, Aslan onunla Goranboy rayonu Borsunlu kəndində söhbət edən zaman bankda adının qara siyahıda olduğunu, ona görə də bankdan pul götürə bilmədiyini bildirmişdir. Bundan sonra, Aslan ondan həmin siyahıdan adının çıxarılmasında kömək edib-etməyəcəyini soruşmuş, o isə Aslana tanışı olduğunu demişdir (lakin heç bir tanışı olmamış və o, həmin pulu sadəcə olaraq ələ keçirmək istəmişdir). O, Aslana həmin işi 1000 manat müqabilində həll edəcəyini demişdir. Aslan isə 750 manat pulunun olduğunu demiş, o isə Aslana 250 manat pulu cibindən verəcəyini demiş və onlar razılaşmışlar. Aslan ona 750 manat pulu vermiş, o, pulu götürüb Bakı şəhərinə getmişdir. Bir neçə gün sonra Goranboy rayonuna qayıdan zaman Aslanın ondan şübhələnməməsi üçün 100 manat pulu Aslana qaytarmış və işi 100 manat aşağı həll etdiyini demişdir. Bundan sonra o, həm Aslandan, həm də Qaşqaydan aldığı pulları öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1la tanış olmuş və İsmayıl ona dayısı oğlu Cavidi Goranboy rayon Mərkəzi Xəstəxanasına işə düzəltmək istədiyini bildirmişdir. O, isə həmin məsələni həll edə biləcəyini demiş və onlar razılaşmışlar. Bundan sonra o, İsmayıldan bəzi sənədləri aldıqdan sonra pul lazım olduğunu demişdir. Bundan sonra, İsmayıldan ayrı-ayrı vaxtlarda 3325 manat pul almış və həmin pulları da öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra, təxminən sentyabr-oktyabr aylarında Zərərçəkmiş şəxs4 ona oğlu İsmayılı Goranboy RMXya işə düzəltmək istədiyini demiş, o isə Fikrətə köməklik edəcəyini demiş və ondan 9500 manat pul almış, bütün pulları öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 onu Goranboy RMX-ya sürücü kimi işə düzəltmək adı ilə 4050 manat almış və öz ehtiyacları üçün xərcləmişdir. Hazırda o, zərərçəkmiş şəxslərə dəymiş maddi zaiyanı ödəməmişdir. Lakin azadlığa buraxılarsa, zərərçəkmiş şəxslərə hər ay hissə-hissə, yəni hər ay 1200 manat məbləğində pul ödəyə bilər. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Goranboy rayon Qaz İstismar İdarəsində nəzarətçi-çilingər işləyir. Təqsirləndirilən şəxs tanıyır, Nicatla münasibəti normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 2023-cü ilin avqust ayında Goranboy rayonu Borsunlu kəndində olan zaman Təqsirləndirilən şəxs ilə Qaşqay adlı oğlanın vasitəsilə tanış olmuşdur. O, Nicatla tanış olan zaman Nicatın danışıqlarından iş həll etməyə qadir olduğunu düşünmüş, onun yanında Qaşqayla söhbət edən zaman Nicat Qaşqaya artıq RMX-ya sürücü kimi işə düzəldiyini demişdir. O da həyat yoldaşı X3 rayon Mərkəzi Xəstəxanasına qeydiyyatçı kimi işə düzəltmək istədiyini Nicata bildirmişdir. Nicat ilk əvvəl ondan arvadının təhsilinin olubolmamasını soruşmuş, o isə Nicata arvadının təhsilinin olmadığını demişdir. Nicat təhsil olmadığı halda işlərin çətin olduğunu, lakin həll edəcəyini demişdir. Bundan sonra, Nicat bir neçə şəxslə telefonla danışmış, 2023-cü ilin sentyabr ayının əvvəllərində ondan 350 manat pul, şəxsiyyət vəsiqəsinin surətini və yaşayış yerindən arayış verilməli olduğunu, iş üçün lazım olduğunu bildirmişdir. O da Nicatın dediklərini etmiş və sənədlərlə birlikdə 350 manat pulu Nicata vermiş və Nicat pulları və sənədləri götürüb Bakı şəhərinə getmişdir. Bundan sonra, ona zəng edərək 200 manat əlavə pul lazım olduğunu deyərək kartının şəklini ona atmış, o da 200 manat pulu Nicatın kartına vurmuşdur. Bundan təxminən 3-4 gün sonra Nicat ona zəng edərək işin hazır olduğunu, 1100 manat pulu götürüb arvadı ilə birlikdə Goranboy RMX-ya gəlməli olduğunu demişdir. O da Nicatla razılaşmış və pulu götürüb arvadı ilə birlikdə Goranboy RMX-nin qapısının qarşısında Nicatla görüşmüşdür. O, pulu Nicata vermiş, Nicat pulu saydıqdan sonra onları Rauf həkimin yanına dəvət etmişdir. Onlar xəstəxanaya daxil olandan sonra Nicat Rauf həkimin yanına girmiş, onlar isə qapının qarşısında gözləmişlər. Təxminən 10 dəqiqədən sonra Nicat otaqdan çıxmış və ona “sən gözlə arvadın girsin qəbula” demişdir. Bundan sonra, arvadı içəri daxil olmuş və bir qədər sonra otaqdan çıxmışdır. O, arvadından nə baş verdiyini soruşan zaman arvadı ona Rauf həkimin yanında Nicatın “həkim dediyim qız budur” dediyini, Rauf həkimin isə “düşsün aşağı amma heç kimə heç nə deməsin” dediyini bildirmişdir. Bundan sonra o, Nicatdan diplomun nə olduğunu soruşmuş, Nicat isə ona xx.xx.2023-cü il tarixdə arvadının maaş kartı ilə birlikdə diplomuda verəcəyini bildirmişdir. O da Nicata inanmış və razılaşmışdır. Bundan sonra o, Nicatla birlikdə Borsunlu kəndinə getmiş, çayxanada oturan zaman Nicata bank sistemində qara siyahıda olduğunu və qara siyahıdan adını çıxartdırmaq istədiyini demişdir. Bundan sonra, Nicat ona həmin işi bir dəfə gördüyünü deyərək telefonla bir nəfər şəxsə zəng etmiş, həmin şəxslə telefonla danışdıqdan sonra 1000 manat müqabilində həmin işi görə biləcəyini demişdir. O isə Nicata cəmi 750 manat pulu olduğunu demişdir. Nicat isə ona demişdir ki, “eybi yoxdur, 250 manatını mən qoyaram” bundan sonra 750 manat pulu Nicata vermişdir. Nicat pulu götürüb Bakı şəhərinə getmişdir. Bundan 3-4 gün sonra geri qayıtmış və ona 100 manat pul verərək işi 100 manat aşağıya həll etdiyini bildirmişdir. Bundan sonra o, Nicatın bütün vədlərinin yalan olduğunu öyrənmiş, o, mütəmadi olaraq Nicatla telefonla danışmış və ondan pulunu geri qaytarmasını istəmişdir. Nicat isə ona 1 dəfə 20 manat, bir dəfə isə 60 manat pul göndərmişdir. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir, Nicat ona dəymiş maddi ziaynı ödəməmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, Nicatla İsmayıl vasitəsi ilə tanış olmuşdur. O, İsmayılla söhbət edən zaman İsmayıl ona Nicat adlı şəxsin Goranboy rayonu Mərkəzi Xəstəxanasına sürücü kimi işə düzəltdiyini bildirmişdir. O da Təqsirləndirilən şəxsla tanış olmuş, Nicatla münasibəti yaranmışdır. Nicat söhbət zamanı ona 10000 manat müqabilində onu işə düzəldə biləcəyini demişdir. O da Nicata baha olduğunu desə də, Nicatla razılaşmışdır. Bundan sonra, Nicat ondan sürücülük vəsiqəsi, hərbi bilet, şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq haqqında arayış və 2100 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra, Nicat Bakı şəhərinə getmişdir. O da həmin sənədləri və pulları hazırlayıb Nicata bu barədə məlumat vermişdir. Nicat da həmin pulları və sənədləri İsmayıla verməyini və İsmayıldan götürəcəyini bildirmişdir. O da Nicatla razılaşaraq pulları İsmayıla vermişdir. Bundan sonra o, Nicatla telefonda danışmış, Nicat ona pulu və sənədləri götürdüyünü bildirmişdir. Bundan sonra, Nicat ona zəng edərək pul lazım olduğunu demiş və o, 1950 manat pulu İsmayılın vasitəsi ilə Nicata vermiş, yenə də Nicatdan pulun ona çatıbçatmadığını soruşan zaman Nicat pulları götürdüyünü bildirmişdir. Bütün pulları 1-2 gün aralıqla 2023-cü ilin sentyabr ayının ortalarında Nicata vermişdir. Bundan sonra o, Nicatın bütün vədlərinin yalan olduğunu öyrənmişdir. Bundan sonra o, mütəmadi olaraq Nicatla telefonla danışmış və Nicatdan pulunu geri qaytarmağını istəmişdir. Nicat isə pulunu verməmişdir. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir, Nicat ona dəymiş maddi ziaynı ödəməmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, heç yerdə işləmədiyi üçün oğlunu Goranboy RMX-ya sürücü kimi işə düzəltmək istəmişdir. Xəstəxanada sürücü işləyən tanışı İsmayıl adlı şəxsdən ona kömək etməsini xahiş etmişdir. Onun xəstəxanada sürücü işləyən İsmayılla hər hansı qohumluq əlaqəsi yoxdur. İsmayıldan tanışının olub-olmadığını soruşan zaman İsmayıl ona bir nəfər tanışının olduğunu bildirmiş və ona həmin şəxsdən köməklik etməsi üçün xahiş edəcəyini bildirmişdir. Həmin şəxs Təqsirləndirilən şəxs olmuşdur. O, əvvəllər Nicatı tanımamış, onunla heç bir münasibəti olmamışdır. O, İsmayılla danışdıqdan bir neçə gün sonra Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gəlmiş və ona 113 çağrı mərkəzində işləyən qohumu olduğunu və oğlu İsmayılı onun vasitəsi ilə işə düzəldəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs dediyinə görə onun xalası oğlu Rauf Nağıyev adlı şəxs Səhiyyə Nazirliyində yüksək vəzifədə işləyir və həmin şəxs də onun oğluna işə düzəlməkdə köməklik edəcəkdir. Nicat oğlunu işə düzəldəcəyinin qarşılığı olaraq ondan 9500 manat pul alacağını bildirmiş, o isə oğlunu Goranboy RMX-da sürücü kimi işə düzəldəcəyi halda ona həmin pulu verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onun yaşadığı ünvanda ondan müxtəlif vaxtlarda, hissə-hissə olmaqla 3500 manat pul almış və həmin pulların sənədlərə görə lazım olduğunu bildirmişdir. O, 3500 manat pulu verdikdən sonra həkim komissiyasından keçmək üçün oğlu İsmayılı Təqsirləndirilən şəxs özü şəxsən Bakı şəhərinə aparmış və oğlu İsmayıl orada tibbi-həkim komissiyasından keçmişdir. İsmayıl Bakı şəhərindən gəldikdən 2 gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək bütün sənədlərinin qaydasında olduğunu bildirib, pulu götürmək üçün gələcəyini bildirmişdir. Təqsirləndirilən şəxs zəng vurduqdan təxminən 1 gün sonra axşam saatlarında onun yaşadığı ünvana gələrək pulun qalan hissəsini verməli olduğunu və uzağı 2 günə oğlunun əmrinin gələcəyini bildirmişdir. O, həmin gün Nicata 6000 manat pulu yaşadığı evdə vermişdir. O, pulu verdikdən sonra Nicat getmiş və 3 gün sonra oğlunun işə çıxacağını bildirmişdir. O, Nicata 6000 manatı verdikdən sonra Nicat artıq müxtəlif bəhanələr gətirməyə başlamışdır. O, dəfələrlə Nicata zəng edərək işi nə üçün həll etmədiyini maraqlansa da, Təqsirləndirilən şəxs hər dəfə işin düzələcəyini deyərək onu aldatmışdır. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, Cəfərov X1 işə düzəltməmiş və ondan almış olduğu 9500 manat pulu geri qaytarmamışdır. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir, Nicat ona dəymiş maddi ziaynı ödəməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır, Nicatla münasibəti normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 2023-cü ilin avqust ayında Goranboy rayonu Borsunlu kəndində olan zaman Təqsirləndirilən şəxs ilə Qaşqay adlı oğlanın vasitəsilə tanış olmuşdur. Nicatla söhbət əsnasında Nicat Goranboy RMX-nin TTY şöbəsinə sürücü kimi adam düzəltmək imkanının olmasını demişdir. O da RMX-da işlədiyi üçün dayısı oğlu X4 işsiz olduğunu nəzərə alıb, RMX-da TTY şöbəsində sürücü kimi işə düzəltmək istədiyini bildirmişdir. Həmin işin müqabilində Nicat ondan ümumilikdə 8500 manat pul istəmiş, o da Nicatla razılaşmış, lakin 8500 manat pulu dayısı oğlu Cavidin işə çıxan zaman pulunu verəcəyini demişdir. Lakin, Nicat əvvəlcə müəyyən sənədlərin yığılması 1400 manat pulu və şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletin surəti, sürücülük vəsiqəsinin surəti və sağlamlıq haqqında arayış lazım olduğunu bildirmişdir. O, 2023-cü ilin avqust ayının sonlarında 1400 manat pulu ilə birlikdə istədiyi sənədləri Goranboy şəhəri, Nizami küçəsində Nicata vermişdir. Bundan sonra, Nicat ona baş həkimə 1000 manat pul verməli olduğunu bildirmiş, o da 15 sentyabr 2023-cü il tarixdə 1000 manat pulu Goranboy şəhərində yerləşən Mərkəzi Poçtun qarşısında yerləşən çayxanada Nicata vermişdir. Bundan sonra, Nicat ona Cavidin komissiyadan keçmək üçün 600 manat pul lazım olduğunu bildirmiş, o, xx.xx.2023-cü il tarixdə 600 manat pulu Goranboy şəhərində Nicata vermişdir. Nicat xx.xx.2023-cü il tarixdə narkoloji ekspertizadan keçmək və paltar almaq üçün 325 manat pul lazım olduğunu demiş, o da həmin pulu Nicata vermişdir. Nicat ona məsələnin həll olunduğunu, xx.xx.2023-cü il tarixdə Cavidin işə çıxacağını bildirmişdir. Lakin, buna baxmayaraq üzərindən bir neçə gün keçdikdən sonra Nicatla yenidən telefon əlaqəsi saxlamış, lakin Nicat Cavidin işi alınmadığını və pulunu qaytaracağını demişdir. Lakin, Təqsirləndirilən şəxs bu günədək olan müddət ərzində onun dayısı oğlu X5 Goranboy RMX-da TTY şöbəsində sürücü kimi işə düzəltməmiş və bu məqsədlə almış olduğu 3325 manat pulu geri qaytarmamış və verdiyi vədə əməl etməyərək onu aldatmışdır. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir, Nicat ona dəymiş maddi ziaynı ödəməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır, Nicatla münasibəti normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. O, Goranboy rayon Mərkəzi Xəstəxanasına sürücü kimi işə düzəlmək istəmişdir. Onun Nicatla yaxşı ünsiyyəti olduğundan 2023-cü ilin iyul ayında dəqiq bilmədiyi gündə Nicat ona zəng edərək xəstəxanada sürücü işi olduğunu və həmin işə heç bir xərc tələb olunmadığını, işə düzəlmək istəyib-istəmədiyini soruşmuşdur. O isə Nicata işə düzəlmək istədiyini bildirmiş, bundan sonra Nicat ona işə düzəlmək üçün bəzi sənədlər lazım olduğunu bildirmişdir. O, Nicatdan hansı sənədlər lazım olduğunu soruşan zaman Nicat ona yaşayış yerindən arayış və xəstəxanadan sağlamlıq kağızı almalı və ona verməli olduğunu bildirmişdir. Bundan sonra, Nicat ondan sənədləşmələrlə bağlı hissə-hissə 2023-cü ilin iyun ayının ortalarında ümumilikdə 2600 manat pul almışdır. O, həmin pulları Nicatın göndərdiyi kartlara göndərmişdir. Bundan sonra, Nicat ona zəng edərək bütün sənədlərin hazır olduğunu və Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkiminə 500 manat pul verməli olduğunu bildirmişdir. Bundan sonra o, Nicatla 2023-cü ilin avqust ayının əvvəllərində Goranboy rayon Mərkəzi Xəstəxanasının qarşısında görüşmüşdür. Nicat ondan orada 500 manat həkim adıyla, 100 manat isə özünə yol pulu kimi olmaqla, ümumilikdə 600 manat pul almışdır. Bundan sonra Nicat onu aldatmış, vədinə əməl etməmiş və onun pulunu geri qaytaramamışdır. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir, Nicat ona dəymiş maddi ziaynı ödəməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 dələduzluq yolu ilə pullarının ələ keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; “Axtarışda olan şəxsin tutulması haqqında” 05 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Cəfərov X2 RPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 19:30-da Bakı şəhəri Nizami rayonu Koroğlu metrostansiyasının yaxınlığında tutularaq Goranboy RPŞ-yə gətirilmiş, Goranboy RPŞ-nin MSY-yə təhvil verilmişdir; “Qətimkan tədbiri seçilməsi barədə” Goranboy Rayon Məhkəməsinin 4(045)-29/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 12 gün müddətinə, yəni 17 avqust 2024-cü il tarixədək müddətdə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-71/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 04 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qimən toplanılmış, o, qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuşdur; Bakı şəhər Xəzər rayon Məhkəməsinin 7(003)-555/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 05 ay 05 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 05 ay 05 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146cı maddələri). CM-in 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin, bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda, həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxslərə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qsimində nəzərə alına bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməlləri etiraf edib peşman olmasını; Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, əməlində cinayətlərin residivinin olmasını, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-71/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən, CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-in 66.5-ci maddəsinə əsasən, qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-555/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 05 ay 05 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lakin bu dövr ərzində Təqsirləndirilən şəxs məhkumluğunun olmasına baxmayaraq, bundan lazımi nəticə çıxarmamış və islah olunmamış, yenidən cinayət əməli törətmişdir ki, bu da onun şəxsiyyətini mənfi cəhətdən xarakterizə edir, digər tərəfdən, CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq hazırkı iş üzrə Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. CM-in: 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünə məxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Cinayətin yenidən törədilməsinin daha təhlükəli növü kimi residiv çıxış edir. CM-in 18.1-ci maddəsinin məzmunundan və mənasından göründüyü kimi, residiv cinayət məsuliyyətinə cəlb olunan və ya məhkum olunan andan deyil, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxs tərəfindən yeni qəsdən cinayət əməlinin törədildiyi andan yaranır. Bundan başqa, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. CM-in 65.2-ci maddəsinə uyğun olaraq residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-71/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 05 ay 05 gün vaxtından əvvəl şərti azad olunduğu müddətdə törətmişdir. Bu səbəbdən, CM-in 76.6 və 76.6.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv olunmalı və CM-in 67.1-ci maddəsinə əsasən qeyd edilən cəzanın çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə CM-in 56.1.3-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-71/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın çəkilməmiş 05 (beş) ay 05 (beş) günündən vaxtından əvvəl şərti azad olunma ləğv edilməli, həmin cəzanın çəkilməmiş hissəsi hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti cəza müəyyən edilməli (CM-67.1 və 76.6.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1 və 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia, madi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-71/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın çəkilməmiş 05 (beş) ay 05 (beş) günündən vaxtından əvvəl şərti azad olunma ləğv edilsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən həmin cəzanın çəkilməmiş hissəsi hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin, üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri Hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli 05 iyun 2024-cü il tarixdən hesablansın. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Goranboy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar