Məhkəmə qərarları › İş №1(045)-6/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-6/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-6/2024 14.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy rayon məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili X9 iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə Şuşa rayonunun Xanlıqpəyə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şuşa rayonunun Xanlıqpəyə kəndinə qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 1 saylı yataqxanada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 avqust 2023-cü il tarixdə gecə saat 03 radələrində Goranboy rayonu Boluslu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəyə yol tərəfdən quraşdırılmış dəmir materialdan olan paslanmış qapını əli ilə açıb qanunsuz daxil olaraq tövlənin yan tərəfində kənarları hasara alınaraq quraşdırılmış saxlanc yeri hesab edilən xalxala qanunsuz daxil olub hər birinin dəyəri 250 manat diri çəkisi 50 kiloqram olan 19 baş dişi cinsli qoyunu, hər birinin dəyəri 165 manat diri çəkisi 30 kiloqram olan 11 baş erkək cinsli qoyunu, hər birinin dəyəri 175 manat olan diri çəkisi 25 kiloqram 2 baş dişi cinsli quzunu və hər birinin dəyəri 162 manat 50 qəpik olan diri çəkisi 25 kiloqram 3 baş erkək cinsli quzunu gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 7402 manat 50 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuşdur. Həmçinin, cəza çəkdiyi müddətdə də cinayət törətdiyi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Maddi durumu yaxşı olmadığı üçün bir neçə şəxsdən borca pul almış, lakin, həmin pulları vaxtında qaytara bilməyəcəyindən qorxduğu üçün asan qazanc əldə etmək məqsədi ilə iri və ya xırdabuynuzlu heyvan oğurlamaq qərarına gəlmişdir. Bunun üçün avtomobil lazım olacağından Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Şahid2 ilə danışmışdır. O, Daşqına rayona gedib oradan heyvan alıb Bakı şəhərinə gətirəcəyini demiş, yəni Daşqını aldatmış, Daşqına əslində rayona heyvan oğurlamaq məqsədi ilə getdiyini deməmiş, bunun müqabilində isə Daşqın ondan 150 manat istəmişdir. O da Daşqına 150 manat pul verəcəyini demişdir. 11 avqust 2023-cü il tarixdə saat 20:00 radələrində Şahid2 “Ford Transit” markalı avtomobili ilə çıxıb Goranboy rayonunun Goran qəsəbəsinə gəlmiş, Daşqına yolu göstərib avtomobili Naftalan şəhəri istiqamətində idarə etməsini demişdir. O, əvvəllər Naftalan şəhərinə gəldiyindən yolu tanımışdır. Daşqın da avtomobili onun dediyi istiqamətdə idarə etməyə başlamışdır. Goran qəsəbəsindən Naftalan şəhəri istiqamətində az bir məsafə qət etdikdən sonra hərəkət istiqamətində yolun sol hissəsində kənd olduğunu gördüyü üçün Daşqına avtomobili kənara çəkib saxlamasını, ona zəng elədikdə gəlib onu yenidən avtomobillə götürməsini demişdir. Bundan sonra da avtomobildən yerə düşüb sol tərəfdə yerləşən kəndin ərazisinə daxil olaraq piyada kəndin ərazisini gəzməyə başlamışdır. Həmin vaxt saat təxminən 02:00 radələri olmuşdur. Kəndin ərazisində bir xeyli gəzindikdən sonra kəndin arası ilə asflat yola doğru çıxmaq istəyərkən sol tərəfdə həyətdə xırdabuynuzlu heyvanların olduğunu görmüşdür. Həmin vaxt isə saat təxminən 03:00 radələri olmuşdur. O, həmin xırdabuynuzlu heyvanları oğurlamaq qərarına gəlmişdir. Bunun üçün isə həyətin yol tərəfə olan çıxışında quraşdırılmış paslanmış materialdan olan dəmir qapıya yaxınlaşıb əli ilə qapını geriyə doğruya itələmiş, qapını açdıqdan sonra içəriyə daxil olub kənarları hasara alınmış yerə daxil olan kimi xırdabuynuzlu heyvanlar həmin yerdən qapının açıq olmasına görə yola doğru çıxmışdır. O da xırdabuynuzlu heyvanların ardınca gedib həmin heyvanları asfalt yolun kənarına doğru aparmış, heyvanları sayaraq orada ümumilikdə 35 baş xırdabuynuzlu heyvanın olmasını müəyyən etmişdir. Həmin vaxt o, Daşqına zəng vurub asfalt yolun kənarında olduğunu demiş, az sonra Daşqın avtomobili ilə onun olduğu yerə gəlmişdir. Bundan sonra xırdabuynuzlu heyvanları Daşqının avtomobilinin arxa yük yerinə yığmağa başlamışdır. Daşqının avtomobilinin yük yerinə ümumilikdə 29 baş xırdabuynuzlu heyvan yükləmişdir. Həmin vaxt isə xırdabuynuzlu heyvanlardan 6 başı qaçıb getmiş, qaçıb gedən 6 baş xırdabuynuzlu heyvanların ardınca getməmiş, bundan sonra isə Daşqının avtomobilinə əyləşib oğurladığı 35 baş xırdabuynuzlu heyvanlardan avtomobilə yığa bildiyi 29 baş xırdabuynuzlu heyvanları satmaq üçün Daşqına avtomobili Ağdaş rayonunda yerləşən bazara sürməsini demişdir. Həmin gün saat təxminən 05:00 radələrində Ağdaş rayonunda yerləşən bazara çatmışdır. Bazarda olan zaman bir nəfər şəxs ona yaxınlaşmış və ondan xırdabuynuzlu heyvanları neçəyə satdığını soruşmuş, o da avtomobildə 29 baş xırdabuynuzlu heyvan olduğunu, həmin heyvanların özünə məxsus olduğunu və 29 baş heyvanlardan 26 başını satdığını demişdir. O, həmin 26 baş xırdabuynuzlu heyvanların hər birini 250 manat pul müqabilində satmaq istədiyini demişdir. Lakin, həmin şəxs ona heyvanları baha satdığını demiş, sonda isə həmin şəxslə 26 baş xırdabuynuzlu heyvanları satmaqla bağlı 4850 manat pul müqabilində razılığa gəlmişdir. Həmin şəxsi tanımamış, sonradan onun Şahid3 olduğunu bilmişdir. Şahid3 4850 manat pulu ona verdikdən sonra 26 baş xırdabuynuzlu heyvanları təhvil almışdır. Lakin, o, Rəşada xırdabuynuzlu heyvanları cinayət yolu ilə əldə etdiyini deməmişdir. Bundan sonra isə bazarda olan zaman avtomobilin yük yerində qalmış üç baş xırdabuynuzlu heyvanlardan iki başını 450 manat pul müqabilində tanımadığı bir nəfər şəxsə satmış, həmin şəxsə də satdığı xırdabuynuzlu heyvanların özünə məxsus olmasını demişdir. Həmin şəxs də ona satdığı iki baş xırdabuynuzlu heyvanların cinayət yolu ilə əldə edilməsini bilməmişdir. Daha sonra avtomobilin yük yerində qalmış bir baş xırdabuynuzlu heyvanı Bakı şəhərinə aparıb orada satmaq qərarına gəlmişdir. Həmçinin, o, Ağdaş rayonunda yerləşən bazarda olan zaman 26 baş xırdabuynuzlu heyvanları satıb əldə etdiyi 4850 manat pul müqabilində iribuynuzlu heyvan alıb aparıb Bakı şəhərində satıb daha çox gəlir əldə etmək qərarına gəlmişdir. Bu səbəbdən o, əldə etdiyi 4850 manat pul müqabilində Ağdaş rayonunda yerləşən bazardan tanımadığı şəxslərdən iki baş erkək cinsli və bir baş dişi cinsli iribuynuzlu heyvan almışdır. Bundan sonra həmin üç baş iribuynuzlu heyvanları Daşqının avtomobilinin yük yerinə yerləşdirib Bakı şəhərinə getmiş, lakin, polis əməkdaşları onları saxlayaraq onu Goranboy RPŞ-yə gətirmişlər. Goranboy RPŞ-də olan zaman törətdiyi oğurluq əməlini etiraf etmiş, həmçinin Daşqının avtomobilində olan üç baş iribuynuzlu və bir baş xırdabuynuzlu heyvanları təqdim etmişdir. O, oğurladığı heyvanlardan qalan bir baş xırdabuynuzlu heyvanı və iki baş xırdabuynuzlu heyvanların pulunu nağd olaraq Zərərçəkmiş şəxs ödəmişdir. Həmçinin, 4850 manat pul müqabilində aldığı üç baş iribuynuzlu heyvanları 26 baş xırdabuynuzlu heyvanları satdığı Şahid3 verib ona vurmuş olduğu maddi ziyanı da tam olaraq ödəmişdir. Son olaraq Təqsirləndirilən şəxs bildirdi ki, əməlindən peşmandır. Oğlu Qarabağ döyüşlərində iştirak etmişdir. Özü isə ürək xəstəliyindən əziyyət çəkir. Zərərçəkmiş şəxs dəyən ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, kənd yerində yaşadığı üçün fərdi təsərrüfatında xırdabuynuzlu heyvanlar saxlayır, həmin heyvanları Goranboy rayonunun Boluslu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədə saxlayır, lakin, havalar isti olduğu üçün son zamanlar xırdabuynuzlu heyvanlarını tövlənin yanında kənarlarını dəmir və digər materiallarla hasara alaraq mühafizə etdiyi xalxalda saxlayır. 11 avqust 2023-cü il tarixdə həmişə olduğu kimi səhər saat 05:00 radələrində xırdabuynuzlu heyvanlarını xalxaldan çıxarıb yaşadığı kənddə yerləşən otlaq sahəsinə aparıb otarmış, saat 09:00 radələrində isə hava isindiyi üçün xırdabuynuzlu heyvanları yaşadığı evin həyətində yerləşən xalxala gətirib salmış, bundan sonra isə saat 17:00 radələrinə qədər heyvanlar xalxalda qalmış, saat 17:00 radələrində isə xırdabuynuzlu heyvanları xalxaldan çıxarıb otarmaq məqsədi ilə yaxınlıqda yerləşən sahəyə aparmışdır. Saat 21:00 radələrində isə xırdabuynuzlu heyvanlarını otlaq sahəsindən yaşadığı evin həyətinə gətirib xalxala salaraq orada saxlamışdır. Həmin gün gecə saat təxminən 00:30 radələrində yatmış, yatana qədər xalxalda saxladığı özünə məxsus olan 35 baş xırdabuynuzlu heyvanlar yerində olmuş, digər xırdabuynuzlu heyvanlarını isə tövlənin giriş hissəsində yerləşən kənarları mişar daşlarla, dəmir və taxta materiallarla hasara alınmış yerə salmışdır. Həmin yerdə 12 baş xırdabuynuzlu heyvanları saxlamışdır. 11 avqust 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixə keçən gecə saat 03:30 radələrində yuxudan oyanıb yaşadığı evin həyətində yerləşən xalxalda saxladığı 35 baş xırdabuynuzlu heyvanlara baxan zaman onların yerində olmadığını görmüşdür. Heyvanların oğurlandığını anladığı üçün dərhal arvadına və oğluna məlumat vermiş, bunun ardınca isə DİN-in “102” zəng xidmətinə müraciət etmişdir. Daha sonra yola tərəf çıxıb baxdıqda Goran istiqamətində asfalt yoldan ona məxsus ümumi sayı 6 baş olan xırdabuynuzlu heyvanların yaşadığı ev istiqamətində gəldiyini görmüşdür. O, həmin 6 baş xırdabuynuzlu heyvanları gətirib yaşadığı evin həyətində yerləşən xalxala salmışdır. Bir qədər sonra polis əməkdaşları gəlmiş və polis əməkdaşlarına ümumilikdə 35 baş xırdabuynuzlu heyvanların oğurlandığını, lakin, onlardan 6 baş xırdabuynuzlu heyvanların yaşadığı evin həyətinə gəldiyini demişdir. Polis əməkdaşları həmin 6 baş xırdabuynuzlu heyvanlara baxdıqdan sonra xalxalın yola tərəf olan dəmir materialdan hazırlanmış qapısının açıq olub-olmamasını soruşmuşlar. O, həmin paslanmış vəziyyətdə dəmir materialdan olan qapını arxadan bağladığını demişdir. Polis əməkdaşları ona məxsus xırdabuynuzlu heyvanların bazarda satılması ehtimalını düşünüb ona Ağdaş rayonu ərazisində xırda və iribuynuzlu heyvanların satışının həyata keçirildiyi bazarın təşkil olunduğunu və buna görə də həmin bazara getmək lazım olduğunu demişlər. O da polis əməkdaşlarının təklifini qəbul edib onlarla birlikdə Ağdaş rayonunda yerləşən xırda və iribuynuzlu heyvanların satıldığı bazara getmişdir. Bir qədər sonra isə Ağdaş rayonunda yerləşən xırda və iribuynuzlu heyvanların satıldığı bazara çatıb orada satışı həyata keçirilən xırdabuynuzlu heyvanlara baxan zaman görmüşdür ki, iki nəfərin qarşısında təxminən 50-60 baş xırdabuynuzlu heyvanlar vardır. Həmin 50-60 baş xırdabuynuzlu heyvanların içərisində ona məxsus xırdabuynuzlu heyvanların olmasını görmüşdür. Belə ki, ona məxsus xırdabuynuzlu heyvanları tanımışdır. Polis əməkdaşlarına bu barədə məlumat verdikdən sonra polis əməkdaşları 50-60 baş xırdabuynuzlu heyvanların yanında dayanmış iki nəfər şəxsə yaxınlaşmış, ona məxsus xırdabuynuzlu heyvanların oğurlanmasını, onların qarşısında olan 50-60 baş xırdabuynuzlu heyvanların içərisində ona məxsus xırdabuynuzlu heyvanların olmasını demişlər. Polis əməkdaşları onun iştirakı ilə həmin heyvanlara baxacaqlarını bildirmişlər. Həmin iki nəfər şəxsi tanımamış, sonradan adlarının Şahid4 və Şahid3 olmasını bilmişdir. Həmin şəxslər baxış keçirməyə etiraz etməmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Rahib və Rəşadın bazarda saxladıqları xırdabuynuzlu heyvanlara baxan zaman həmin heyvanların içərisində ona məxsus 26 baş xırdabuynuzlu heyvanların olmasını müəyyən etmişdir. Həmin 26 baş xırdabuynuzlu heyvanlardan 18 başı dişi cinsli qoyun və 8 başı isə erkək cinsli qoyun olmuşdur. Rahib və Rəşad həmin 26 baş xırdabuynuzlu heyvanları Ağdaş rayonunda olan bazarda tanımadıqları iki nəfər şəxsdən pul qarşılığında aldıqlarını, hətta, tanımadıqları iki nəfər şəxsin 26 başdan əlavə üç baş erkək cinsli qoyunu da “Ford” markalı avtomobildə gətirdiklərini, həmin üç baş erkək cinsli qoyunları satmadıqlarını demişlər. Polis əməkdaşları ilə birlikdə həmin vaxt əmin olmuşdur ki, ona məxsus oğurlanmış 35 baş xırdabuynuzlu heyvanlardan altı başı geriyə qayıtdığı üçün qalan 29 baş heyvan həmin tanımadığı iki nəfər şəxs tərəfindən Ağdaş rayonunda yerləşən bazara gətirilmişdir. Bundan sonra Rahib və Rəşad aldıqları 26 baş xırdabuynuzlu heyvanları ona qaytarmışlar. O da həmin heyvanları təhvil almışdır. Oğurlanmış heyvanların ümumi qiymətinin 7402.5 manat olması ilə razıdır. Yekunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Şahid1 iş üzrə Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdi. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, daimi olaraq heç bir yerdə işləmir, özünə məxsus “Ford Transit” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobillə yük daşıması həyata keçirir. Təqsirləndirilən şəxs tanıyır, belə ki, bir müddət əvvəl Qurbanlıq bayramı zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində olan zaman təsadüfən onunla tanış olmuş, Təqsirləndirilən şəxs ona yük daşınması üçün müraciət etmiş, onun yükünü daşımış, buna görə də Səbuhi ilə aralarında münasibət yaranmışdır. 11 avqust 2023-cü il tarixdə Səbuhi ona zəng edərək rayona gedib heyvan gətirəcəklərini demiş, bunun müqabilində isə heyvanları avtomobilində rayondan Bakıya nə qədər pula gətirəcəyini soruşmuşdur. O da bir qiymət deməmiş, sonda isə rayona gedib heyvan gətirmək barədə Səbuhi ilə 150 manat pul müqabilində razılaşmışdır. 11 avqust 2023-cü il tarixdə saat 20:00 radələrində Səbuhi ilə birlikdə ona məxsus “Ford Transit” markalı avtomobillə Bakı şəhərindən çıxıb Goranboy rayonuna gəlmişdir. Goranboy rayonuna çatdıqdan sonra Səbuhi avtomobili Naftalan şəhəri istiqamətində idarə etməsini demiş, o da bundan sonra yolu tanımadığı üçün Səbuhinin dediyi istiqamətdə avtomobili idarə etməyə başlamışdır. Bir qədər sonra onlar yolla gedərkən Səbuhi asfalt yolun kənarında yerləşən kəndin yaxınlığından keçən zaman ona avtomobili saxlamasını demiş, o da avtomobili kənara çəkib saxlamışdır. Səbuhi isə yaxınlıqda bir yerdə avtomobili ilə onu gözləməyini, zəng vurduqda isə gəlib onu götürməyini demiş, o da Səbuhi ilə razılaşmış, həmin vaxt isə saat təxminən 02:00 radələri olmuşdur. Səbuhi avtomobildən düşdükdən sonra avtomobilini sonradan adını bildiyi Goranboy rayonunun Goran qəsəbəsi ərazisində yerləşən körpünün yaxınlığında saxlamış, təxminən bir saat sonra Səbuhi onunla əlaqə saxlayıb onu avtomobildən düşdüyü yerə çağırmış, o da buna görə avtomobili işə salıb həmin yerə getmiş, oraya çatdıqda Səbuhinin xırdabuynuzlu heyvanları yolun kənarında saxladığını görmüşdür. Səbuhi ondan avtomobilin arxa yük yerinin qapısını açmağını istədiyi üçün avtomobildən düşüb arxa qapını açmış və bundan sonra Səbuhi xırdabuynuzlu heyvanları avtomobilin yük yerinə yığmağa başlamış, o da avtomobilin yanında dayanmışdır. Səbuhi xırdabuynuzlu heyvanları avtomobilə yüklədikdən sonra arxa yük yerinin qapısını bağlamış, daha sonra Səbuhi gəlib avtomobildə əyləşmiş, o da avtomobili işə salmışdır. Səbuhi ona avtomobili Ağdaş rayonu istiqamətində idarə etməyi demiş, yolu tam tanımadığı üçün Səbuhinin qeyd etdiyi istiqamət üzrə avtomobili idarə etmiş, bir müddət sonra isə onlar Ağdaş rayonunda yerləşən bazara çatmışlar. Bazarda olan zaman Səbuhi avtomobilin yük yerində olan 29 baş xırdabuynuzlu heyvanlardan 26 başını tanımadığı bir nəfər şəxsə satmış, sonra isə Səbuhi avtomobilin yük yerində olan 3 baş xırdabuynuzlu heyvanlardan ikisini tanımadığı başqa bir adama satmışdır. Daha sonra isə Səbuhi tanımadığı üç nəfər şəxsdən ayrıayrılıqda üç baş iribuynuzlu heyvanlar almış, həmin heyvanları isə Səbuhi ona məxsus avtomobilin yük yerinə yığmış, bundan sonra isə Səbuhi Bakı şəhərinə getmələrini dediyi üçün avtomobili Bakı şəhəri istiqamətində idarə etməyə başlamışdır. Qobustan rayonu ərazisində onları polis əməkdaşları saxlamış və onları Goranboy RPŞ-yə gətirmişlər. Goranboy RPŞ-yə gəldikdən sonra ona məlum olmuşdur ki, Səbuhi Goranboy rayonu ərazisində ona məxsus avtomobilin yük yerinə yığdığı ümumi sayı 29 baş olan xırdabuynuzlu heyvanları oğurlamışdır. Lakin, o, bu işdən məlumatsız olmuşdur. Belə ki, Səbuhi ona oğurluq edəcəyini deməmişdir. Səbuhinin oğurluq məqsədi ilə rayona gəldiyini bilsəydi onu avtomobili ilə gətirməkdən imtina edərdi. Ümumiyyətlə o, Səbuhinin oğurluq etməsindən şübhələnməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunarkən məlum oldu ki, daimi olaraq heç bir yerdə işləmədiyi üçün xırdabuynuzlu heyvanları alıb satmaqla məşğul olur, buna görə də mütəmadi olaraq Bərdə, Ağdaş və Göyçay rayonları ərazisində xırda və iribuynuzlu heyvanların satışının təşkil edildiyi bazarlara gedib orada xırdabuynuzlu heyvanları alıb sonradan satır, Şahid4 tanıyır, Şahid4 Ağdam rayonu Şotlanlı kəndindən məcburi köçkün olsa da sonradan Tərtər rayonu Sarıcalı kəndində məskunlaşıb yaşamış, hazırda da Şahid4 Tərtər rayonu Sarıcalı kəndində yaşayır, Şahid4 da onun kimi xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olur, buna görə də Rahiblə münasibətləri həmişə yaxşı olmuş, Rahiblə heç bir ədavəti və ya düşmənçiliyi olmamış, 11 avqust 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı evdən çıxıb Rahiblə ona məxsus avtomobillə Ağdaş rayonunda xırda və iribuynuzlu heyvanların satışının təşkil olunduğu bazara getmiş, onlar bir müddət sonra Ağdaş rayonunda yerləşən bazara çatmış, bundan sonra isə bazara gətirilmiş xırdabuynuzlu heyvanlara Rahiblə birlikdə baxmağa başlamış, belə ki, onlar xırdabuynuzlu heyvanlar almaq üçün bazara gəlmiş, 11 avqust 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixə keçən gecə təxminən saat 01-02 radələrində Rahib 4 baş xırdabuynuzlu heyvanlar alıb həmin heyvanları satmaq üçün nəzarətində saxlamış, o da xırdabuynuzlu heyvanlar ala bilmədiyi üçün bazarda gəzinərək satışa çıxarılmış xırdabuynuzlu heyvanlara baxmış, Rahiblə razılaşmaları əvvəlcədən belə olmuşdur ki, aldıqları xırdabuynuzlu heyvanların pulunu birlikdə yarı-yarıya olmaqla verib sonradan satıb gəlir əldə etdikdə pulu aralarında böləcəklər, ilk öncə tanımadığı bir nəfər şəxsdən 7100 manat pul müqabilində 30 baş xırdabuynuzlu heyvan almış, təxminən saat 05 radələrində “Ford” markalı avtomobilin yük yerində çoxlu sayda xırdabuynuzlu heyvanlar satıldığını müşahidə etdiyi üçün orada olan tanımadığı şəxsə yaxınlaşıb xırdabuynuzlu heyvanlar aldığını demiş, həmin tanımadığı şəxs isə “Ford” markalı avtomobilin yük yerində 29 baş xırdabuynuzlu heyvanlar olduğunu, həmin 29 baş xırdabuynuzlu heyvanlardan 26 başını satdığını demiş, tanımadığı şəxs 26 baş xırdabuynuzlu heyvanların hər birini 250 manat pul müqabilində satdığını demiş, həmin 26 baş xırdabuynuzlu heyvanların hər birinin qiymətinin 250 manat olması nəzərə alınmaqla ümumi dəyəri 6500 manat etmiş, lakin, həmin qiymətə ala bilməcəyini demiş, belə olan halda isə tanımadığı şəxslə 26 baş xırdabuynuzlu heyvanları 4850 manat pul müqabilində almağa razılaşmış, bundan sonra isə tanımadığı şəxsə 4850 manat pul vermiş və 26 baş xırdabuynuzlu heyvanları tanımadığı şəxsdən alıb gətirib Rahib nəzarət etdiyi əvvəlcədən aldığı heyvanların arasına qatmış, beləliklə onlar birlikdə 60 baş xırdabuynuzlu heyvan almışlar, bundan sonra isə tanımadığı şəxsdən almış olduğu 26 baş xırdabuynuzlu heyvanların üzərinə mavi rənglə boya vurmuşlar, bunu isə həmin heyvanları digər heyvanlardan ayırmaq üçün etmişlər, aldıqları ümumi sayı 60 olan xırdabuynuzlu heyvanları bazarda satmaq üçün nəzarətlərində saxlayan zaman mülki geyimli şəxslər yaxınlaşıb heyvanlara baxmışlar, bir müddət sonra mülki geyimli şəxslər Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını Goranboy rayonu Boluslu kəndindən Zərərçəkmiş şəxs məxsus 35 baş xırdabuynuzlu heyvanların oğurlanmasını və Zərərçəkmiş şəxs onlara təqdim edib satdıqları 60 baş xırdabuynuzlu heyvanların içərisindən özünə məxsus olan xırdabuynuzlu heyvanlarını tanıdığını, buna görə də nəzarətlərində saxladıqları heyvanlara baxış keçirəcəklərini demişlər, onlar da buna etiraz etməmiş, bundan sonra polis əməkdaşları və İdris adlı şəxs nəzarətlərində saxladıqları 60 baş xırdabuynuzlu heyvanlara baxdıqdan sonra İdris adlı şəxs həmin heyvanların içərisindən 26 başının ona məxsus oğurlanmış xırdabuynuzlu heyvanlar olduğunu demiş, həmin vaxt Rahiblə anlamışdır ki, tanımadığı şəxs satdığı 26 baş xırdabuynuzlu heyvanları oğurlayıb ona satmış, lakin onlar həmin heyvanların cinayət yolu ilə əldə edilməsindən məlumatsız olduqlarını polis əməkdaşlarına demiş, çünki, həmin tanımadığı şəxs satdığı 26 baş xırdabuynuzlu heyvanların özünə məxsus olmasını demiş, odur ki, polis əməkdaşları onlara hüquq və vəzifələrini izah edib 26 baş xırdabuynuzlu heyvanların cinayət yolu ilə əldə edilməsinə görə həmin heyvanların sahibi İdrisə qaytarılmalı olduğu bildirmiş, onlar isə buna etiraz etməmiş və həmin 26 baş xırdabuynuzlu heyvanları İdrisə təhvil vermiş, bundan sonra isə polis əməkdaşlarının dəvəti ilə Goranboy rayon polis şöbəsinə gəlmişdir. Eyni zamanda Şahid3 ifadəsində iyirmi altı baş xırdabuynuzlu heyvanları aldığı şəxsin kim olduğunu bilmədiyini, belə ki, həmin şəxsin ona adını, soyadını və ya yaşadığı yeri demədiyini, bundan başqa isə həmin şəxsin 26 baş xırdabuynuzlu heyvanları “Ford” markalı avtomobillə gətirdiyini, lakin, həmin avtomobilin dövlət qeydiyyat nişanlarını xatırlamadığını, həmin şəxsin birinin kök bədən qurluşlu, qarayanız, qısa saçlı olduğunu, 26 baş xırdabuynuzlu heyvanı həmin şəxsdən alan zaman onun 26 baş xırdabuynuzlu heyvanları cinayət yolu ilə əldə etməsini bilmədiyini, həmçinin Rahibin də bu barədə məlumatı olmadığını, həmin şəxsin 26 baş xırdabuynuzlu heyvanların özünə məxsus olduqlarını dediyini, həmin şəxsə inanıb həmin heyvanları aldığını, lakin, sonradan Goranboy rayon polis şöbəsinin əməkdaşları gəlib vəziyyəti izah etdikdən sonra, həmin tanımadığı şəxsin heyvanları cinayət yolu ilə əldə edib onlara satdığını anladığını göstərmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunarkən məlum oldu ki, o, Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi barədə” 12 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin müstəntiqi X1 Cəvahir Səməd qızının, Zərərçəkmiş şəxs, hal şahidləri X3, X11 iştirakı ilə Goranboy rayonunun Boluslu kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvanların oğurlanması ilə bağlı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirtmişdir. Fərdi yaşayış evinin girişində göy rəngli dəmir materialdan olan darvaza vardır. Həmin darvazadan içəriyə daxil olduqda sol tərəfdə bir mərtəbəli fərdi yaşayış evi yerləşir. Darvazadan içəriyə daxil olduqdan sonra isə irəliyə doğru getdikdə mişar daşından tikilmiş bir mərtəbəli tövlə yerləşir. Həyətyanı sahədə sol tərəfdə isə müxtəlif növdə meyvə ağaclarının olduğu həyət yerləşir. Tövlədən düzünə irəliyə doğru getdikdə isə kənarları dəmir setka və taxta materiallarla hasara alınaraq mühafizə olunan, xırdabuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulan xalxal yerləşir. Həmin xalxalın digər tərəfindən yola tərəf olan çıxışında isə bir ədəd paslanmış vəziyyətdə dəmir materialdan olan qapı yerləşir. Baxış zamanı Şahid1 ümumi sayı 35 baş olan xırdabuynuzlu heyvanları gecə xalxala salıb orada saxladıqlarını, saat 03:30 radələrində isə xalxala baxdıqda 35 baş xırdabuynuzlu heyvanların xalxalda olmadıqlarını gördükləri üçün həmin heyvanların oğurlandığını bildikdən sonra bu barədə DİN-in “102” zəng xidməti mərkəzinə müraciət etdiklərini, bir qədər sonra isə 6 baş xırdabuynuzlu heyvanların yaşadıqları evin həyətinə gəldiyini bildirmişdir. Şahid1 həmin 6 baş xırdabuynuzlu heyvanları göstərməsi təklif olundu və bundan sonra Şahid1 həmin 6 baş xırdabuynuzlu heyvanları təqdim etdi. 6 baş xırdabuynuzlu heyvanlardan 5 başı quzu, 1 başı isə qoyundur. Həmin 5 baş quzudan 3 başı erkək cinsli, 2-si dişi cinslidir. Bununla da baxış başa çatmış və götürülmə aparılmamışdır; “Baxış keçirilməsi barədə” 12 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin müstəntiqi X4 İdris Rəfi oğlunun, Şahid1, mütəxəssis X5 və hal şahidlərinin iştirakı ilə baxış keçirtmişdir. Baxış zamanı Bədəlov X12 rayonu Boluslu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövlənin girişindəki kənarları mişar daşlarla, dəmir və taxta materiallarla hasara alınmış yeri göstərib Ağdaş rayonu ərazisində yerləşən bazarda tapdığı özünə məxsus 26 baş xırdabuynuzlu heyvanların olmasını bildirdi. Bundan sonra tövlənin girişindəki kənarları mişar daşlarla, dəmir və taxta materiallarla hasara alınmış yerə daxil olundu və orada olan xırdabuynuzlu heyvanlara baxış keçirildi. Baxış zamanı həmin heyvanların 26 baş olması müəyyən edildi. Baxış zamanı Zərərçəkmiş şəxs 26 baş xırdabuynuzlu heyvanlardan 18 başının dişi cinsli, 8 başının isə erkək cinsli olmasını bildirdi. Baxış zamanı 26 baş xırdabuynuzlu heyvanların üzərlərində mavi rəngli boya olması müəyyən edildi. Zərərçəkmiş şəxs həmin 26 baş xırda buynuzlu heyvanların üzərinə bazarda satıldığı Rahib və Yaşa tərəfindən mavi boya vurulduğunu bildirdi; “Şübhəli şəxsin tutulması haqqında” 12 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 13 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin müstəntiqi X15 şübhəli şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, müdafiəçinin, Şahid3, mütəxəssisin və hal şahidlərinin iştirakı ilə götürmə aparmışdır. Götürmə zamanı Təqsirləndirilən şəxs Goranboy rayonu Boluslu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus oğurlamış olduğu 35 baş xırdabuynuzlu heyvanlardan 29 başını avtomobilə yükləyib aparıb 26 başını satdıqdan sonra əldə etdiyi 4850 manat pul müqabilində aldığı üç baş iribuynuzlu heyvanları və 29 baş xırdabuynuzlu heyvanlardan qalan bir baş xırdabuynuzlu heyvanı könüllü surətdə verməsi təklif edildi. Təqsirləndirilən şəxs bildirdi ki, Goranboy rayonu Boluslu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus oğurlamış olduğu 35 baş xırdabuynuzlu heyvanlardan 29 başını avtomobilə yükləyib aparıb 26 başını satdıqdan sonra əldə etdiyi 4850 manat pul müqabilində aldığı üç baş iribuynuzlu heyvanları və 29 baş xırdabuynuzlu heyvanlardan qalan bir baş xırda buynuzlu heyvanı könüllü surətdə verməyə heç bir etirazı yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Goranboy rayonu Boluslu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus oğurlamış olduğu 35 baş xırdabuynuzlu heyvanlardan 29 başını avtomobilə yükləyib aparıb 26 başını satdıqdan sonra əldə etdiyi 4850 manat pul müqabilində aldığı üç baş iribuynuzlu heyvanların və 29 baş buynuzlu heyvanlardan qalan bir baş xırdabuynuzlu heyvanın Goranboy RPŞ-nin inzibati binasının həyətində saxlanılmış “Ford Transit” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində olduğunu bildirərək təqdim etdi. Təqsirləndirilən şəxs Ağdaş rayonunda yerləşən bazarda 29 baş xırdabuynuzlu heyvanlardan 26 başını Şahid3, 2 başını isə tanımadığı bir nəfər şəxsə satmasını, buna görə də bir baş xırdabuynuzlu heyvanın qalmasını bildirdi. Bundan sonra “Ford Transit” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə baxış keçirilən zaman müəyyən olundu ki, avtomobilin arxa yük yerində ikisi qara və biri ağ rəngli olmaqla üç baş iribuynuzlu və bir baş ağ rəngli xırdabuynuzlu heyvan vardır. Baxış zamanı zərərçəkmiş şəxs avtomobilin yük yerində saxlanılan bir baş xırdabuynuzlu heyvanın ona aid olmasını bildirdi. Eyni zamanda baxış zamanı Təqsirləndirilən şəxs Şahid3 satdığı 26 baş xırdabuynuzlu heyvanların əvəzində əldə etdiyi 4850 manat pul müqabilində aldığı üç baş iribuynuzlu heyvanları Şahid3 vurmuş olduğu maddi ziyanı tam olaraq ödəmək üçün həmin üç baş iribuynuzlu heyvanların Şahid3 verilməsini bildirdi. Şahid3 isə 4850 manat pul müqabilində Təqsirləndirilən şəxs aldığı 26 baş xırdabuynuzlu heyvanları sahibi Zərərçəkmiş şəxs qaytarıb verdiyi üçün Təqsirləndirilən şəxs təklif etdiyi üç baş iribuynuzlu heyvanları 4850 manat pulun əvəzi olaraq qəbul edəcəyini bildirdi. Odur ki, “Ford Transit” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində saxlanılan ikisi qara və biri ağ rəngli olmaqla üç baş iribuynuzlu və bir baş ağ rəngli xırdabuynuzlu heyvanlar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürüldü. Həmin ikisi qara və biri ağ rəngli olmaqla üç baş iribuynuzlu və bir baş ağ rəngli xırdabuynuzlu heyvanların RPŞ-nin inzibati binasında saxlanılması mümkün olmadığından üç baş iribuynuzlu heyvan Şahid3, bir baş xırdabuynuzlu heyvan isə sahibi Zərərçəkmiş şəxs təhvil verildi; “Təhvil verilməsi barədə” 13 avqust 2023-cü il tarixli protokoldan görünür ki, üç baş iribuynuzlu heyvan saxlanılması üçün Şahid3 təhvil verilmişdir; “Təhvil verilməsi barədə” 13 avqust 2023-cü il tarixli protokoldan görünür ki, bir baş xırdabuynuzlu heyvan saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir; “Qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən azad edilməsi haqqında” 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ləğv edilmiş, yeni hökm çıxarılmaqla Təqsirləndirilən şəxs CM-in 177.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və CM-in 67.1-ci maddəsinə uyğun olaraq ona 4 il 11 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası 3 il 11 aya endirilmiş və o, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə cəza çəkməkdən azad edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 7(103)-592/2018 nömrəli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2013cü il tarixli, 1(107)-07/2013 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-in 177.3.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində təyin olunmuş 10 il müddətinə azalıqdan məhrum etmə cəzası 9 ilə endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli, 1(003)-229/2016 nömrəli hökmünə əsasən CM-in 317-2.1-ci maddəsi ilə barəsində təyin olunmuş 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 10 iyul 2013-cü il tarixli, 1(107)-07/2013 nömrəli hökmü ilə təyin edilmiş və hazırkı qərarla 09 il müddətinə endirilmiş azadlıqdan məhrum etmə cəzasının 13 may 2016-cı il tarixə çəkilməmiş 03 il 09 ay 09 gün hissəsi ilə qismən birləşdirilməklə, ona qəti olaraq cəzasının əvvəli 13 may 2016-cı il tarixdən hesablanmaqla 03 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin müstəntiqi X2 RPŞ-nin İB-nin baş müstəntiqi X6, Təqsirləndirilən şəxs və müdafəçi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlamışdır. İfadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs və digər iştirakçılarla birlikdə Goranboy rayonu Boluslu kəndinin giriş hissəsinə gəlindi. Həmin yerdə Təqsirləndirilən şəxs oğurluq etməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları əyani olaraq göstərməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs bildirdi ki, 11 avqust 2023cü il tarixdə saat 20 radələrində Bakı şəhərindən çıxıb Goranboy rayonu Goran qəsəbəsinə gəlmiş, avtomobili ilə gəldiyi Daşqına yolu göstərib avtomobili Naftalan şəhəri istiqamətində idarə etməsini demiş, belə ki, əvvəllər Naftalan şəhərinə gəlmiş və yolu tanımış, Daşqın da avtomobili onun dediyi istiqamətdə idarə etməyə başlamış, Goran qəsəbəsindən Naftalan şəhəri istiqamətində az bir məsafə qət etdikdən sonra hərəkət istiqamətində yolun sol hissəsində kənd olduğunu gördüyü üçün Daşqına avtomobili kənara çəkib saxlamasını, zəng elədikdə gəlib onu yenidən avtomobillə götürməsini demiş, bundan sonra da avtomobildən yerə düşüb sol tərəfdə yerləşən kəndin, yəni Goranboy rayonu Boluslu kəndinin ərazisinə daxil olub piyada kəndin ərazisini gəzməyə başlamış, həmin vaxt saat təxminən 02 radələri olmuş, kəndin ərazisində bir xeyli gəzindikdən sonra kəndin arası ilə asflat yola doğru çıxamaq istərkən sol tərəfdə Zərərçəkmiş şəxs məxsus məhlədə xırdabuynuzlu heyvanların olduğunu görmüş, həmin vaxt isə saat təxminən 03 radələri olmuş, həmin xırdabuynuzlu heyvanları oğurlamaq qərarına gəlmiş, bunun üçün isə məhlənin yol tərəfə olan çıxışında quraşdırılmış paslanmış materialdan olan dəmir qapıya yaxınlaşıb əli ilə qapını geriyə doğruya itəlib, qapını açdıqdan sonra içəriyə daxil olub kənarları hasara alınmış yerə daxil olan kimi xırdabuynuzlu heyvanlar həmin yerdən qapının açıq olmasına görə yola doğru çıxmışlar, o da xırdabuynuzlu heyvanların ardınca gedib həmin xırdabuynuzlu heyvanları asfalt yolun kənarına doğru aparmış, orada xırdabuynuzlu heyvanları saymış və müəyyən etmişdir ki, ümumilikdə 35 baş xırda buynuzlu heyvan oğurlamış, həmin vaxt isə Daşqının mobil telefonuna zəng vurub asfalt yolun kənarında olduğunu demiş, az sonra Daşqın avtomobili ilə onun olduğu yerə gəlmiş, bundan sonra xırda buynuzlu heyvanları Daşqının avtomobilinin arxa yük yerinə yığmağa başlamışdır. Daşqının avtomobilinin yük yerinə ümumilikdə 29 baş xırdabuynuzlu heyvan yükləmiş, həmin vaxt isə xırdabuynuzlu heyvanlardan 6 başı qaçıb getmiş, qaçıb gedən 6 baş xırdabuynuzlu heyvanların ardınca getməmiş, bundan sonra isə Daşqının avtomobilinə əyləşib getmişdir; Goranboy şəhər Mərkəzi Bazarın müdirinin xx.xx.2023-cü il tarixli, 21 nömrəli məktubundan görünür ki, Goranboy rayonu ərazisində 2023-cü ilin avqust ayına dişi cinsli qoyunun bir kiloqram əti 10 manat, erkək cinsi qoyunun bir kiloqram əti 11 manat, dişi cinsli quzunun bir kiloqram əti 13 manat və erkək cinsli quzunun bir kiloqram əti isə 14 manat təşkil etmişdir. Odur ki, hər birinin diri çəkisi 50 kiloqram olan 19 baş dişi cinsli qoyunun ümumi qiyməti 4750 manat, diri çəkisi 30 kiloqram olan 11 baş erkək cinsli qoyunun qiyməti 1815 manat, hər birinin diri çəkisi 25 kiloqram olan 3 baş erkək cinsli quzunun qiyməti 487 manat 50 qəpik və hər birinin diri çəkisi 25 kiloqram olan 2 baş dişi cinsli quzunun qiyməti 350 manat, cəmi 7402 manat 50 qəpik təşkil etmişdir; “Sübutların qiymətləndirilməsi barədə” 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, 33 baş xıdabuynuzlu heyvan cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır. Həmçinin, həmin qərardan göründüyü kimi üç baş iribuynuzlu heyvan cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Şahid3 təhvil verilməsi nəzərə alınmışdır; “Maddi sübutun götürülməsi barədə” 05 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə maddi sübut olan 33 baş xırdabuynuzlu heyvan cinayət işi üzrə tərəflərin tanış olmaları üçün Zərərçəkmiş şəxs götürülmüşdür; “Maddi sübutun götürülməsi barədə” 05 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə maddi sübut olan üç baş iribuynuzlu heyvan cinayət işi üzrə tərəflərin tanış olmaları üçün Şahid3 götürülmüşdür; “Maddi sübutun təhvil verilməsi barədə” 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə maddi sübut olan 33 baş xırdabuynuzlu heyvan saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir; “Maddi sübutun təhvil verilməsi barədə” 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə maddi sübut olan üç baş iribuynuzlu heyvan saxlanılması üçün Şahid3 təhvil verilmişdir; Goranboy Rayon Məhkəməsinin 1(045)-85/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır; Goranboy RPŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-75/2-2720/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə könüllü olaraq Goranboy RPŞ-yə gələrək özünü təqdim etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/41-2-874/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə müəssisəyə daxil olmuşdur; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, cinayət nəticəsində ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır; Məhkəmənin sorğusuna əsasən əldə olunmuş: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(091)-037/12 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2013-cü il tarixli, 1(107)- 07/13 nömrəli hökmündən görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü Təqsirləndirilən şəxs aid hissədə ləğv edilərək onun barəsində yeni hökm çıxarılmış, Təqsirləndirilən şəxs CM-in 177.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(003)-229/2016 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddisndə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasının xx.xx.2016-cı il tarixə çəkilməmiş 4 il 9 ay 9 gün hissəsi hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə qəti olaraq ona 4 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin, beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olub-olmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar; 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in: 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür; 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını; - zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin Başçısının Sahil qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə). CM-in 61-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2013-cü il tarixli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli hökmləri) hazırkı cinayət əməllərini törədərkən ödənilməmiş və götürülməmişdir. Yəni, CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 6 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 13 aprel 2020-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd edilir ki, CM-in 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün (xx.xx.2023-xx.xx.2023cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli (CM-69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 33 baş xırdabuynuzlu heyvanın sahibi Zərərçəkmiş şəxs, həmçinin üç baş iribuynuzlu heyvanın Şahid3 təhvil verilməsi nəzərə alınmalıdır (CPM-in 132). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq ona 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 13 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 33 baş xırdabuynuzlu heyvanın sahibi Zərərçəkmiş şəxs, həmçinin üç baş iribuynuzlu heyvanın Şahid3 təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar