Məhkəmə qərarları › İş №1(045)-6/2025

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-6/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-6/2025 20.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Əzizxan oğlunun, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum edilməmiş, Goranboy rayonu Aşağı Ballıqaya kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2024-cü il tarixdə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə dələduzluq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs6 özünün geniş imkanlara malik olmasını deyərək onun anası X1 2000 manat pul vəsaiti müqabilində şəkər xəstəliyi ilə bağlı təqaüdə çıxaracağı barədə yalan vəd verib 2023-cü ilin may ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə Zərərçəkmiş şəxs6 əri Şahid3 Naftalan şəhəri ərazisində 150 manat pulu və Zərərçəkmiş şəxs6 isə Goranboy rayonu inzibati ərazisində kart hesabından göndərdiyi 1850 manat pulu almaqla, ümumilikdə sonuncunun 2000 manat pulunu vahid niyyətlə hissə-hissə alıb vədinə əməl etməməklə aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyəti ilə dələduzluq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs4 özünün geniş imkanlara malik olmasını deyərək onun (Zərərçəkmiş şəxs4) ruhi xəstə olan oğlu Şahid1 təqaüdə çıxaracağı barədə yalan vəd verib 01 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 1500 manat pulunu Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən “Milli Ön“ ödəmə terminalı vasitəsi ilə ona məxsus olan bank kartına köçürüldükdən sonra ələ keçirərək Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyəti ilə dələduzluq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünün geniş imkanlara malik olmasını deyərək onu 5300 manat pul vəsaiti müqabilində asma xəstəliyi ilə bağlı təqaüdə çıxaracağı barədə yalan vəd verib aldadaraq dörd dəfəyə olmaqla 29 dekabr 2023-cü il tarixdə Gəncə şəhəri Gülüstan qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC ödəmə terminalı vasitəsi ilə 700 manat, 03 yanvar 2024-cü il tarixdə Goranboy rayonu Goran qəsəbəsində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə 2000 manat, 2024-cü ilin yanvar ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan gündə Bakı şəhəri ərazisində 10 manat nəğd, 90 manat pulu kart vasitəsi ilə və 11 yanvar 2024-cü il tarixdə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən “mpay” ödəmə terminalı vasitəsi ilə 2500 manat pulunu ona məxsus olan bank kartına köçürüldükdən sonra ələ keçirib, ümumilikdə sonuncunun xeyli miqdar təşkil edən 5300 manat pulunu vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyəti ilə dələduzluq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs3 özünün geniş imkanlara malik olmasını deyərək onu 1300 manat pul vəsaiti müqablində birinci Qarabağ müharibəsində iştirakı ilə bağlı veteranlıq düzəltdirəcəyinə yalan vəd verib aldadaraq iki dəfəyə olmaqla 27 fevral 2024-cü il tarixdə Gəncə şəhəri ərazisində yerləşən "xxxx" MMC ödəmə terminalı vasitəsi ilə 500 manat və 28 fevral 2024-cü il tarixdə Gəncə şəhəri ərazisində yerləşən “mpay” ödəmə terminalı vasitəsi ilə 800 manat pulu ona məxsus olan bank kartına köçürüldükdən sonra sonuncunun ümumilikdə 1300 manat pulunu onun cinayətkar niyyətindən xəbərdar olmayan Zərərçəkmiş şəxs3 oğlu Zərərçəkmiş şəxs1 vasitəsi ilə vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyəti ilə dələduzluq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs2 özünün geniş imkanlara malik olmasını deyərək onu 5000 manat pul vəsaiti müqabilində əvvəllər xidmət etdiyi MN-dən vaxtından əvvəl təxris olunmağı ilə bağlı qalmış iki ay müddəti bərpa etdirib təqaüdə çıxaracağı barədə yalan vəd verib aldadaraq beş dəfəyə olmaqla 24 yanvar 2024-cü il tarixdə Goranboy şəhəri ərazisində yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsi ilə 800 manat, 27 yanvar 2024-cü il tarixdə Goranboy şəhəri ərazisində “birbank” mobil tətbiqi proqramı vasitəsi ilə 900 manat, 29 yanvar 2024-cü il tarixdə Goranboy şəhərində yerləşən “mpay” ödəmə terminalı vasitəsi ilə 2000 manat, 29 yanvar 2024-cü il tarixdə Goranboy şəhərində yerləşən “mpay” ödəmə terminalı vasitəsi ilə 1200 manat və 2024-cü ilin fevral ayında dəqiq məlum olmayan gündə Goranboy şəhəri ərazisində 100 manat pulunu nəğd olaraq ələ keçirməklə, ümumilikdə sonuncunun 5000 manat pulunu vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyəti ilə dələduzluq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs5 özünün geniş imkanlara malik olmasını deyərək onun arvadı Şahid2 dəri xəstəliyi ilə bağlı təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq iki dəfəyə olmaqla 2024-cü ilin mart ayının əvvəlində istintaqa dəqiq məlum olmayan gündə Bakı şəhəri ərazisində 3500 manat pulu və 2024-cü ilin mart ayının sonlarında dəqiq məlum olmayan gündə 150 manat pulu Goranboy şəhəri ərazisində Zərərçəkmiş şəxs5 almaqla, ümumilikdə sonuncunun 3650 manat pulunu vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyəti ilə dələduzluq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs7 özünün geniş imkanlara malik olmasını deyərək onu 1200 manat pul vəsaiti müqabilində 3-cü qrup əlil kimi qeydiyyata aldırmaq imkanının olduğunu və həmin əlillik əsasında da təqaüdə çıxa biləcəyi barədə yalan vəd verib 18 mart 2024-cü il tarixdə 1000 və 200 manat olmaqla iki dəfəyə Goranboy rayonu ərazisində yerləşən “Milli Ön“ ödəmə terminalı vasitəsi ilə ona məxsus olan bank kartına köçürüldükdən sonra ələ keçirərək Zərərçəkmiş şəxs7 1200 manat miqdarında maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 4-5 il əvvəl Naftalan şəhəri ərazisində yerləşən “Qaşaltı” oteldə ofisiant işləyən zaman orada təmizlikçi müdiri işləyən Şamo Quliyevlə tanış olmuş və onların münasibəti yaxşı olmuşdur. O, bir dəfə ailəli olub ayrılmış və birinci ailəsindən iki övladı var, uşaqlarına 260 manat aliment ödəyir. Lakin, bəzi vaxtlarda alimenti ödəyə bilmədiyi üçün borcu yaranmışdır. 2023-cü ilin may ayında Şamo onunla söhbət edən zaman qayınanası X2 şəkər xəstəliyi ilə bağlı təqaüd düzəltmək istəməsini demiş, o da yalandan Bakı şəhərində tanışı olmasını demiş, Şamoya bu barədə köməklik edəcəyini bildirmişdir. Bundan sonra o, yalandan Şamoya bu işi 4000 manata həll edə biləcəyini demiş və Şamo da onunla razılaşmışdır. O, Şamoya 2000 manatı əvvəlcədən verməsini, qalan 2000 manatı isə təqaüd düzələndən sonra verəcəyini demişdir. Şamo 2023-cü il may ayının dəqiq xatırlamadığı günündə Naftalan şəhəri ərazisində 150 manat pulu ona verdikdən sonra qalan 1850 manat pulu isə Şamonun arvadı Zərifə kart hesabına göndərmişdir. O da bundan sonra onları inandırmaq üçün Şamonun qayınanası Rahiləni Goranboy RMX-na iki dəfə, iki dəfə isə Bakı şəhərinə Göz Xəstəxanasına aparmış və təqaüd düzəltmək adı ilə sənədlər yığdırmış, lakin onun elə bir tanışı olmamışdır. O, Şamonu aldatmışdır. O, bir neçə ay Şamonu beləcə aldatmışdır ki, təqaüd düzələcək, Şamo da ona inanıb gözləmişdir. Şamo bir müddətdən sonra ondan pulunu istəməyə başlamış, o da Şamoya hazırda pulunun olmadığını demişdir. O, Şamo və arvadından aldığı 2000 manat puldan ona heç bir məbləğ qaytarmamışdır. 2023-cü ilin iyul - avqust ayında Bakı şəhərinə gedəndə taksidə təsadüfən Balakürd kənd sakini Zərərçəkmiş şəxs4 ilə tanış olmuş, söhbət əsnasında İsmayıl ona ruhi əsəb xəstəsi olan oğluna təqaüd düzəltmək istədiyini demiş, o isə İsmayıla tanışı olduğunu və köməklik edə biləcəyini bildirmişdir. İsmayılla söhbətləri əsnasında İsmayıldan 1500 manat alacağını və oğlunun təqaüdünü düzəltdirəcəyini demiş, İsmayıl da onunla razılaşmış, əslində isə o, İsmayılı aldatmışdır. İsmayıl 2023-cü ilin avqust ayının dəqiq xatırlamadığı günündə ona məxsus Kapital Bank ASC-nin kartına 1500 manat pul göndərmişdir. O, həmin pulu şəxsi işlərində xərcləmiş, İsmayılın oğlunun təqaüd məsələsi ilə bağlı heç bir sənəd düzəltdirməmişdir. 2024-cü ilin iyun ayının dəqiq xatırlamadığı günündə İsmayıla 400 manat pul qaytarmış, lakin 1100 manat pulunu verə bilməmişdir. Təxminən 4 il əvvəl Goranboy rayonu Goran qəsəbəsində olan Saloğlu mebel salonunda fəhlə işləyən zaman orada bölgə müdiri işləyən Zərərçəkmiş şəxs1 ilə tanış olmuş və münasibətləri yaxşı olmuşdur. Sonradan o, oradan işdən çıxmış, lakin buna baxmayaraq Anarla münasibətləri davam etmişdir. 2023-cü ilin dekabr ayının sonlarında dəqiq xatırlamadığı gündə Anarla söhbət əsnasında Anar ona asma xəstəliyi ilə əlaqədar olaraq təqaüdə çıxmaq istəməsini, lakin bununla bağlı tanışının olmadığını bildirmişdir. O da Anarı aldadıb belə bir tanışının olmasını demiş və ona təqaüdünün düzəlməsinə köməklik edəcəyini bildirmişdir. Bununla bağlı Anarla razılaşmışdır ki, ümümilikdə 5300 manat pul verəcək. 2024-cü ilin yanvar-fevral aylarının dəqiq xatırlamadığı günlərində Anara təqaüd düzəldəcəyini vəd edib ondan hissə-hissə olmaqla, ümumilikdə 5300 manat pul almış, Anar həmin pulları ona məxsus Kapital Bank ASC-nin kartına köçürmüş, həmin puldan 10 manatını isə nəğd olaraq vermişdir. Anarı da bir dəfə Bakı şəhərinə Ağciyər İnstitutuna aparmış və oradan həkim komissiyasından keçmişdir. Lakin, onun orada heç bir tanışı olmamışdır. Anarı aldadıb aldığı 5300 manat puldan da ona heç bir ödəniş etməmişdir. Bundan sonra Anar ona demişdir ki, atası Əlinin də veteran vəsiqəsini almağa köməklik etsin, o da razılaşmışdır. 2024-cü ilin əvvəllərində Əli ilə görüşmüş, ona veteran vəsiqəsini düzəltdirəcəyi barədə yalan vəd verib ondan 1300 manat pul istəmiş, Əli də ona məxsus Kapital Bank kartına 1300 manat pulu iki dəfəyə olmaqla 2024-cü ilin fevral ayının dəqiq xatırlamadığı günlərində göndərmiş, o da Əlinin veteranlığının kötükdə qeydiyyatının olub-olmaması ilə bağlı Mərkəzi arxivə məktub göndərmiş, lakin Əlinin adı müharibə veteranı kimi gəlməmiş, onun veteran vəsiqəsi düzəltməklə bağlı tanışı olmamışdır, o, həmin məktubu Əlini inandırmaq məqsədi ilə yazmışdır. Əlini aldadıb aldığı 1300 manat puldan da ona heç bir məbləğ qaytarmamışdır. Bundan sonra Anar ona dayısı oğlu Zərərçəkmiş şəxs2 da təqaüd məsələsini həll etməyə köməklik etməyini xahiş etmişdir. O da 2024-cü ilin əvvəlində Arzumanla görüşmüş, Arzuman ona demişdir ki, zabit kimi Müdafiə Nazirliyində xidmət edib, lakin təxris olunmuşdur, təqaüd ala bilmir. O da Anara yalan vəd verib təqaüd düzəltməyə köməklik edəcəyini demiş, Arzumanla aralarında olan razılığa əsasən Arzuman ona məxsus Kapital Bank ASC-nin kartına 2024-cü ilin yanvar - fevral aylarının dəqiq xatırlamadığı günlərində hissə-hissə olmaqla 5000 manat pul göndərmişdir. Lakin o, Arzumanı heç bir yerə həkim komissiyasına göndərməmiş, onu inandırmaq məqsədi ilə Müdafiə Nazirliyinə sorğu məktubu yazdırmış, həmin məktuba da Arzumanın xidməti haqqında yazılı cavab verilmişdir. Arzumanı da aldadıb aldığı 5000 manat puldan ona heç bir məbləğ qaytarmamışdır. Bundan sonra 2024-cü ilin mart ayında Anar bacısı Gülpərinin dəri xəstəliyi ilə əlaqədar təqaüdə düzəltməkdə köməklik etməyini xahiş etmiş, bundan sonra Gülpərinin əri Qurbanla telefonla danışıb, sonra Goranboy şəhəri ərazisində görüşmüş, ona da təqaüd düzəldəcəyini vəd edib 3500 manat pul istəmiş, 2024-cü ilin mart ayının dəqiq xatırlamadığı günündə Qurbanla Bakı şəhərində görüşəndə ona özü 3500 manat pul vermiş, həmin vaxt Qurbanın arvadı Gülpəri də yanlarında olmuşdur. Gülpərinin də təqaüdünün düzəldilməsi ilə bağlı həkim komissiyasına getmiş, həmin vaxt o da Bakı şəhərində olduğu üçün onlarla Dəri Zöhrəvi xəstəxanasına getmişdir. Lakin, orada da tanışı olmamışdır. O, onları inandırmaq üçün Bakı şəhərinə aparmışdır. Sonradan isə Goranboy şəhəri ərazisində Qurbandan arvadı Gülpərinin təqaüdə çıxarılması işinin həlli ilə bağlı 150 manat da pul almışdır. Qurbanı aldadıb ələ keçirdiyi 3650 manat puldan ona heç bir məbləğ qaytarmamışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs7 sonuncunu təqaüdə çıxaracağı adı ilə 1200 manat alıb öz ehtiyacları üçün xərcləmişdir. Hazırda o, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Goranboy rayonu Aşağı Ballıqaya kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır. O, əvvəllər Naftalan şəhərində yerləşən aptekdə işlədiyi vaxtlarda Maariflə tanış olmuş və Maariflə aralarında münasibət yaranmışdır. 2023-cü ilin dekabr ayının sonlarına yaxın qohumu Anar ona demişdir ki, Maarif onu asma xəstəliyi ilə bağlı təqaüdə çıxarmaqla bağlı vəd vermişdir. Anar bunun müqabilində Maarifə pul verəcəyini demişdir. Sonradan 2023-cü ilin dekabr ayının sonlarına yaxın Maarif Goranboy şəhərində işlədiyi aptekə gəlmiş, söhbət əsnasında Maarif ondan əvvəllər xidmət etdiyi MN-dən hansı səbəbə görə təxris olunduğunu soruşmuşdur. O isə Maarifə əvvəllər zabit kimi xidmət etdiyi MN-dən öz istəyi ilə təqaüdə çıxmağına iki ay qalmış xidmətdən təxris olunduğunu demişdir. Maarif isə həmin vaxt Bakı şəhərində bir nəfər tanışının olduğunu və həmin şəxsin vasitəsi ilə hərbi xidmətdə olduğu vaxt nəzərə alınmaqla təqaüdə çıxmağı üçün qalmış iki ay müddəti bərpa etdirəcəyini və onu təqaüdə çıxara biləcəyini demişdir. Maarif tanışı olduğunu, həmin şəxsin Azərbaycan Respublikası MN-də çalışdığını və həmin MN-də çalışan şəxsin isə qohumunun Əlillərin Bərpa mərkəzində çalışdığını və buna görə də MN-də işləyən müəllim dediyi şəxsin vasitəsi ilə müəyyən pul qarşılığında onu təqaüdə çıxaracağını demişdir. Maarifin dedikləri ona inandırıcı gəlmiş, o, Maarifə Anarın işindən məlumatlı olduğunu demiş və Maarifə bildirmişdir ki, Anarın işini həll etdikdən sonra o da təqaüdə çıxmağı ila bağlı onunla danışacaqdır. Lakin, sonradan Maarif onunla əlaqə saxlayıb təqaüdə çıxa bilməyi üçün mütləq qaydada pul verməli olduğunu, gözlədiyi halda işinin alınmayacağını demişdir. O da Maarifin əvvəclə dediklərinə inandığı üçün təklifi ilə razılaşmışdır. Maarif onu təqaüdə çıxarmaq üçün 8000 manat pul istəmiş, Maarif həmin pulun 5000 manatını ilkin olaraq verməyini, qalan 3000 manat pulu isə iş həll olunduqdan sonra verməyini demiş, o da onunla razılaşmışdır. O, təqaüdə çıxa bilməyi üçün Maarifə 5000 manat pulu müxtəlif vaxtlarda vermişdir. 24 yanvar 2024-cü il tarixdə Goranboy şəhərində yerləşən “EL Store” mağazasında quraşdırılmış “Milli Ön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs verdiyi və onun adına olan 416973******0628 nömrəli kart hesabına 800 manat, 27 yanvar 2024-cü il tarixdə Goranboy şəhərində yerləşən işlədiyi aptekdə olarkən mobil telefonunda olan birbank mobil tətbiqi proqramı vasitəsi ilə 900 manat pulu Təqsirləndirilən şəxs verdiyi və onun adına olan 416973******0628 nömrəli kart hesabına, 29 yanvar 2024-cü il tarixdə Goranboy şəhərində yerləşən Mega marketdə quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs verdiyi və onun adına olan 416973******0628 nömrəli kart hesabına 2000 manat və sonuncu dəfə isə 29 yanvar 2024-cü il tarixdə Goranboy şəhərində yerləşən Mega marketdə quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs verdiyi və onun adına olan 416973******0628 nömrəli kart hesabına 1200 manat pul göndərmişdir. Sonradan isə 2024-cü ilin fevral ayının əvvəlində dəqiq xatırlamadığı gündə Goranboy şəhərində işlədiyi aptekdə olarkən Maarif həmin yerə gəlib 100 manat pulu da nəğd olaraq ondan almaqla, ümumilikdə 5000 manat pulunu almışdır. Həmçinin Maarif onun işini həll etməsi ilə bağlı şəxsiyyət vəsiqəsini və hərbi biletini götürmüşdür. Lakin, Maarif onun işini həll etməmişdir. Hazırda o, Təqsirləndirilən şəxsla barışmışdır, ondan şikayətçi deyil, Maarif ona dəymiş maddi ziyanı tam ödəmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun doğma oğludur. Buna baxmayaraq, atası Arğalı oğlu Anarı qəyyumluğa götürdüyünə görə sənədə oğlu Anarın ata adı Arğalı olaraq qeyd olunmuşdur. Təqsirləndirilən şəxs tanıyır, Təqsirləndirilən şəxs doğma oğlu Anarın vasitəsi ilə tanımışdır. Maarif oğlu Anarı astma xəstəliyinə görə təqaüdə çıxaracağı ilə bağlı vəd vermişdir. Anar isə bunun müqabilində Maarifə pul verməyə razılıq vermişdir. 09 yanvar 2024-cü il tarixdə o, doğma oğlu Anar və Maariflə Bakı şəhərindən Goranboy rayonuna gələn zaman oğlu Anar təqaüdə çıxmaqla bağlı Maarifin dəvəti əsasında Bakı şəhərində yerləşən X3 getmişdir. O isə həmin vaxt Bakı şəhərində olduğu üçün onunla birlikdə Goranboy rayonuna qayıtmışdır. Yolda söhbət edərkən Maarif ondan müharibə iştirakçısı olub-olmadığını soruşmuşdur. O isə birinci Qarabağ müharibəsində iştirak etdiyini demiş, Maarif isə ona birinci Qarabağ müharibəsində iştirakı ila bağlı veteranlıq düzəltdirə biləcəyini demişdir. Maarif ona veteranlıq düzəltdirmək üçün Bakı şəhərində bir nəfər tanışının olduğunu və həmin şəxsin vasitəsi ilə xəstəliyi ilə bağlı onu təqaüdə çıxaracağını demişdir. Maarif həmin şəxsin adını deməsə də, həmin şəxsə müəllim demişdir. Maarif həmin şəxsin Azərbaycan Respublikası MN-də çalışdığını və həmin MNdə çalışan şəxsin isə qohumunun Əlillərin Bərpa mərkəzində çalışdığını və buna görə də MN-də işləyən müəllim dediyi şəxsin vasitəsi ilə müəyyən pul qarşılığında onu təqaüdə çıxaracağını demişdir. Maarifin dedikləri ona inandırıcı gəlmişdir. Maarif bunun müqabilində ondan 1500 manat pul istəmiş, o isə Maarifə 1300 manat pul verə biləcəyini demişdir. Maarif də onunla razılaşmışdır. Maarif birinci Qarabağ müharibəsində iştirakı ilə bağlı sənədləri və hərbi biletinin ksero surətlərini ondan istədiyi üçün Goranboy rayonuna gəldikdən sonra o, həmin sənədlərin ksero surətlərini ona vermişdir. Həmçinin Maariflə razılaşdığı 1300 manat pulu isə hazır edib Maarifə göndərməsi üçün oğlu Anara vermiş, Anar da 500 manat pulu 27 fevral 2024-cü il tarixdə Gəncə şəhəri D.Qorqud küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsində yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs verdiyi və onun adına olan 416973******0628 nömrəli kart hesabına göndərmiş, bir gün sonra, yəni 28 fevral 2024-cü il tarixdə isə oğlu Anar Gəncə şəhəri ərazisində yerləşən Bazarstore adlı marketdə quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə onun verdiyi 800 manat pulu Təqsirləndirilən şəxs verdiyi və onun adına olan 416973******0628 nömrəli kart hesabına göndərmişdir. Maarif Anarın təqaüdə çıxmaq işində problem olmasını deyərək oğlunu Bakı şəhərinə dəvət etmiş, o da oğlu ilə getmək istəmiş, onlar birlikdə 2024-cü ilin may ayında dəqiq xatırlamadığı gündə Bakı şəhərinə getmişlər. Həmin vaxt orada oğlu Anar mərkəzin içərisində növbə götürmüş, Maarif oğluna “heç bir həkimin yanına girməyəcəksən” deyərək növbə götürmək barədə qəbzi götürmüşdür. Lakin, həmin vaxt oğlu Anarın həkim komissiyasından keçmədiyi üçün Maarifdən şübhələnmiş, Maarifin onları aldatdığını anlamış və buna görə də Maarifdən pulunu istəmış, lakin Maarif nə iş düzəltmiş, nə də ki pullarını qaytarmışdır. Hazırda o, Təqsirləndirilən şəxsla barışmışdır, ondan şikayətçi deyil, Maarif ona dəymiş maddi ziyanı tam ödəmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Şahid1 onun doğma oğludur. İlhamın psixologiyasında ciddi problemləri vardır. Buna görə də mütəmadi olaraq müalicə alır. Bununla bağlı oğlu dərman preparatları qəbul edir. Oğlu dərman preparatlarını qəbul etmədikdə isə psixologiyasında ciddi problemlər yaranır və bundan sonra etdiyi hərəkətləri dərk etmir. O, İlhamı təqaüdə çıxarmaq istəmiş, lakin bunun yolunu bilməmişdir. 2023-cü ilin iyul ayında dəqiq xatırlamadığı gündə İlhamı Goranboy şəhərində yerləşən Səfərbərlik idarəsinə gətirmiş, psixologiyasında problemləri olduğu üçün hərbi xidmətə getməmişdir. Ona görə də ildə bir dəfə oğlu hərbi qeydiyyatdan keçirmişdir. 2023-cü ilin iyul ayında dəqiq xatırlamadığı gündə İlhamı Goranboy şəhərində yerləşən Səfərbərlik idarəsindən çıxarıb avtomobili ilə yaşadığı evə aparan zaman yolda Təqsirləndirilən şəxs dayandığını görmüş, avtomobili saxlayıb Maarifi avtomobilinə götürmüş, yolda söhbət zamanı oğlunun problemləri barədə Maarifə danışmışdır. Maarif isə oğlunun xəstəliyi ilə bağlı təqaüdə çıxara biləcəyini, belə ki, Maarif Bakı şəhərində tanışı olduğunu və həmin şəxsin vasitəsi ilə oğlunu xəstəliyi ilə bağlı təqaüdə çıxaracağını demişdir. Həmçinin Maarif Bakı şəhərində olan tanışının müəllim olmasını desə də həmin şəxsin konkret olaraq kim olmasını deməmişdir. Həmçinin Maarif oğlunu xəstəliyi ilə bağlı təqaüdə çıxması üçün 4500 manat pul lazım olduğunu demişdir. O isə Maarifə həmin məbləğdə pul düzəldə bilməyəcəyini demişdir. Bundan sonra isə Maarif avtomobildən düşüb getmişdir. Sonrakı günlərdə isə Maariflə danışıb oğlunu xəstəliyi ilə bağlı təqaüdə çıxma işində razılıq əldə etmişlər. Razılaşmalarına əsasən ilkin olaraq bunun müqabilində Maarifə 1500 manat, iş həll olunduqdan sonra daha 3000 manat pul verəcəkmiş. O, 1500 manat pulu hazır edib 01 avqust 2023-cü il tarixdə saat 16:25:06-da Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən “İdeal” marketdə quraşdırılmış "xxxx" MMC-yə məxsus ödəmə termianlı vasitəsi ilə Maarifin ona vermiş olduğu 416973******5353 nömrəli kart hesabına göndərmişdir. Bundan sonra isə Maarif onunla əlaqə saxlayıb 1500 manat pulu götürdüyünü və oğlunun işini həll edəcəyini demişdir. Bunun ardınca isə o, oğlunun ruhi-əsəb xəstəsi olması ilə bağlı Goranboy RMXdan, Gəncə şəhər Psixoloji Dispanserindən və Mingəçevir şəhər MX-dan əldə etdiyi sənədləri və İlhamı da götürüb Maariflə birlikdə Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Psixiatriya mərkəzinə getmişlər. Orada olarkən isə baş həkim işdə olmadığı üçün heç kimin qəbuluna düşmədən geri qayıtmışlar. Sonradan isə Maarif iki dəfə olmaqla oğlu İlhamı Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Psixiatriya mərkəzinə aparmışdır. Lakin, hər dəfəsində Maarif yalandan oğlunu həmin mərkəzə aparıb heç bir müayinə və müalicə etdirmədən geri qaytarmışdır. Sonradan isə oğlunun təqaüd işi düzəlməmişdir. Artıq Maarifin onu aldatdığını başa düşmüş və buna görə də Maarifdən pulunu tələb etməyə başlamışdır. Maarif isə hər dəfəsində müxtəlif bəhanələr gətirsə də ələ keçirdiyi 1500 manat pulundan 400 manatını ödəmiş, lakin geriyə qalan 1100 manat pulu ödəməmişdir. Hazırda o, Təqsirləndirilən şəxsla barışmışdır, ondan şikayətçi deyil, Maarif ona dəymiş maddi ziyanı tam ödəmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilən Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, Goranboy rayonu Aşağı Ballıqaya kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Maarif Goranboy rayonu Goran qəsəbəsində yerləşən işlədiyi mebel salonunda fəhlə kimi işləmişdir. Həmin vaxtdan etibarən Maarifi tanımış və aralarında münasibətləri normal olmuşdur. 2023-cü ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs Goranboy rayonu Goran qəsəbəsində yerləşən işlədiyi mebel salonuna gəlmişdir. Həmin vaxt söhbət zamanı Maarif ondan xəstəliyi barədə soruşmuş, o, asma xəstəsi olduğu üçün müalicə olunmaq üçün Gürcüstan Respublikasına gedə bilmədiyini, ölkə daxilində müalicə olunduğunu demişdir. Maarif isə həmin vaxt ona asma xəstələyi ilə bağlı ona təqaüd düşdüyünü və onu təqaüdə çıxara biləcəyini demişdir. Maarif onu təqaüdə çıxarmaq üçün Bakı şəhərində bir nəfər tanışının olduğunu və həmin şəxsin vasitəsi ilə xəstəliyi ilə bağlı onu təqaüdə çıxaracağını demişdir. Maarif həmin şəxsin adını deməsə də, ona müəllim deyə tanıtmışdır. Hətta Maarif həmin şəxsin Azərbaycan Respublikası MN-də çalışdığını və həmin MN-də çalışan şəxsin isə qohumunun Əlillərin Bərpa mərkəzində çalışdığını və buna görə də MN-də işləyən müəllim dediyi şəxsin vasitəsi ilə müəyyən pul qarşılığında onu təqaüdə çıxaracağını demişdir. Maarifin dedikləri ona inandırıcı gəlmişdir. Maarif ilkin olaraq ona 700 manat pul verməyini, daha sonra isə 4500 manat verməyini demişdir. Maarifin dedikləri ona inandırıcı gəldiyi üçün Maariflə razılaşmış və 29 dekabr 2023-cü il tarixdə Gəncə şəhəri Gülüstan qəsəbəsi ərazisində yerləşən Üç qardaş supermarketində quraşdırılmış “Milli Ön” ödəmə terminalı vasitəsi ilə 700 manat pulu Təqsirləndirilən şəxs verdiyi və onun adına olan 416973******5353 nömrəli kart hesabına gönərmişdir. Həmin vaxtlarda isə Maarifin ona dedikləri barədə doğma atası Əliyə, qohumu Arzuman və Qurbana da məlumat vermişdir. Hətta həmin vaxt xəstəliyi ilə bağlı sənədlərin ksero surətlərini Maarifə vermişdir. Bundan bir neçə gün sonra isə Maarif təqaüdə çıxmağı ilə bağlı pul lazım olduğunu demiş və ondan kart hesabına pul göndərməyini xahiş etmişdir. O isə 03 yanvar 2024-cü il tarixdə Goranboy rayonu Goran qəsəbəsində yerləşən 24 saat marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 2000 manat pulu Təqsirləndirilən şəxs verdiyi və Maarifin adına olan 416973******5353 nömrəli kart hesabına gönərmişdir. Budan sonra isə Maarif onunla əlaqə saxlayıb Bakı şəhərində yerləşən X3 getməli olduğunu demiş və onu Bakı şəhərinə dəvət etmişdir. O da bundan sonra Bakı şəhərinə getmiş və orada Maariflə görüşmüş, Maarif ondan işinin həlli ilə bağlı 100 manat pul istəmiş, o, isə həmin vaxt 10 manat pulu nəğd olaraq, 90 manat pulu isə Maarifin kart hesabına Bakı şəhəri ərazisində göndərmişdir. Bunun ardınca isə Maarif onu Bakı şəhərində yerləşən X3 aparmış, o, orada həyətdə gözləmiş, Maarif içəriyə daxil olmağa ehtiyac olmadığını, “müəllim” dediyi şəxsin onun işini həll etdiyini demişdir. Bundan sonra isə o, Bakı şəhərindən çıxıb Goranboy rayonuna gəlmiş, Goranboy rayonunda olan zaman isə Maarif onunla əlaqə saxlayıb xəstəliyi ilə bağlı təqaüdə çıxmaq işinin həll olunduğunu, bununla bağlı mobil telefonuna mesaj gələcəyini deyib ondan razılaşmalarına əsasən qalan 2500 manat pulu istəmişdir. O da bundan sonra 11 yanvar 2024-cü il tarixdə Goranboy şəhəri ərazisində yerləşən Qala marketdə quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə 2500 manat pulu Təqsirləndirilən şəxs verdiyi və Maarifin adına olan 416973******0628 nömrəli kart hesabına gönərmişdir. Beləliklə o, asma xəstəliyi ilə bağlı Maarifə ümumilikdə 5300 manat pul vermişdir. Lakin, aradan bir neçə gün keçməsinə baxmayaraq mobil telefonuna mesaj gəlməmiş, o, Maariflə telefon əlaqəsi saxlamış, Maarif ona sənədlərdə problem olduğunu, lakin həll olunacağını demişdir. O da Maarifin dediklərinə inanmışdır. Bundan başqa isə Maarif doğma atası Əliylə də danışıb ona birinci Qarabağ müharibəsində iştirakı ilə bağlı veteranlıq düzəltdirəcəyinə vəd vermişdir. Atası isə Maarifin dediklərinə inanmış və atası Əli veteranlıq düzəltdirmək üçün Maarifə 1300 manat pul verməyə razılıq vermişdir. Atası ilkin olaraq 500 manat pulu ona vermişdir ki, həmin pulu Maarifin kart hesabına göndərsin. O da doğma atası Əlinin verdiyi 500 manat pulu 27 fevral 2024-cü il tarixdə Gəncə şəhəri D.Qorqud küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsində yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs verdiyi və onun adına olan 416973******0628 nömrəli kart hesabına gönərmişdir. Bir gün sonra, yəni 28 fevral 2024-cü il tarixdə isə Gəncə şəhəri ərazisində yerləşən Bazarstore adlı marketdə quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə doğma atası Əlinin verdiyi 800 manat pulu Təqsirləndirilən şəxs verdiyi və Maarifin adına olan 416973******0628 nömrəli kart hesabına göndərmişdir. Sonradan isə Maarif onu xəstəliyi ilə bağlı təqaüdə çıxmağı üçün sənədlərində mövcud olan problemi həll etmək məqsədi ilə Bakı şəhərində yerləşən X3 çağırmışdır. O da bundan sonra 2024-cü ilin may ayında dəqiq xatırlamadığı gündə doğma atası Əliylə birlikdə Bakı şəhərində yerləşən X3 getmişdir. Həmin vaxt orada o, mərkəzin içərisində növbə götürmüş, Maarif ona demişdir ki, heç bir həkimin yanına girməyəcəksən. O da növbə götürməyi barədə qəbzi Maarifə vermiş, Maarif də qəbzi götürmüş, işinin həll olunacağını demişdir. Lakin, atası həmin vaxt həkim komissiyasından keçmədiyi üçün Maarifdən şübhələnmiş və Maarifin onları aldatdığını anlamış, buna görə də Maarifdən pullarını istəmişdir. Lakin, Maarif həmin vaxtdan indiyə qədər olan vast ərzində onun və ya atasının söz verdiyi işini həll etməməklə yanaşı pulunu da verməmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilən Zərərçəkmiş şəxs5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, arvadı Şahid2 uzun müddətdir ki, psoriaz xəstəsidir. Yəni, arvadı dəri xəstəsidir və uzun müddət müalicə olunmasına baxmayaraq, sağalmır. 2024-cü ilin fevral ayında Goranboy rayonu Aşağı Ballıqaya kəndində yaşayan Maarif adında bir nəfər şəxsin xəstəliyi olan müxtəlif şəxsləri müəyyən pul müqabilində təqaüdə çıxardığını öyrənmişdir. O, həmin Maarif adlı şəxsin mobil telefon nömrəsini tapıb Maariflə telefonla danışmış, Maarifə arvadının dəri xəstəliyinə tutulmasını və müalicəsinin olmadığını, buna görə də arvadının təqaüdə çıxarılmasının mümkün olub-olmadığını soruşmuşdur. Maarif adlı şəxs isə görüşməyi təklif etdiyi üçün 2024-cü ilin fevral ayının sonlarına doğru dəqiq xatırlamadığı gündə Goranboy şəhəri ərazisində yerləşən Heydər bulağının yanında Maariflə görüşmüş, onlar təklikdə söhbət etməyə başlamışlar. Söhbət zamanı o, yenidən Maarifə arvadı Gülpərinin dəri xəstəliyindən əziyyət çəkməsini və sağalmadığı üçün onu təqaüdə çıxarmaq istədiyini demişdir. Maarif isə arvadının dəri xəstəsi olmasına görə onu təqaüdə çıxara biləcəyini, bunu isə Bakı şəhərində yaşayan müəlliminin vasitəsi ilə edəcəyini demişdir. Lakin, Maarif işi həll edəcəyini dediyi müəllimin adını, soyadını, ünvanını, işlədiyi yeri və ya telefon nömrəsini ona deməmişdir. Maariflə söhbətin davamında arvadının təqaüdə çıxarılması ilə bağlı 3500 manat pul verməyi barədə razılaşmışlar. Belə ki, Maarif müəllim dediyi şəxsin 3500 manat pul müqabilində arvadı Gülpərini dəri xəstəliyi ilə bağlı təqaüdə çıxara biləcəyini demişdir. 2024-cü ilin mart ayının əvvəlində dəqiq xatırlamadığı gündə Maarif adlı şəxs arvadı Gülpəriylə birlikdə Bakı şəhərinə getməyini, arvadının həkim müayinəsindən keçməli olduğunu və 3500 manat pulu da götürməyini demişdir. Maarif özünün Bakı şəhərində olacağını və orada onunla görüşəcəyini demiş, o da 2024-cü ilin mart ayının əvvəlində arvadı Gülpəriylə birlikdə evdən çıxıb Bakı şəhərinə getmişlər. Həmin vaxt o, üzərində 3500 manat pulu da götürmüşdür ki, Maarifə versin. Bakı şəhərinə çatdıqdan sonra 20 Yanvar dairəsinin yaxınlığında yerləşən piyada keçidinin yanında Maariflə görüşmüş, Maarif arvadı Gülpərinin yanında 3500 manat pulu istədiyi üçün o, pulu Maarifə vermişdir. Bundan sonra isə Maarif demişdir ki, bir gün sonra arvadı Gülpərinin Bakı şəhərində yerləşən Respublikanski xəstəxananın dəri-zöhrəvi şöbəsində müayinədən keçəcəkdir. Bundan sonra isə arvadı ilə birlikdə Bakı şəhərində qalmış, bir gün sonra Bakı şəhərində yerləşən Respublikanski xəstəxanasına arvadı Gülpəri ilə birlikdə getmiş, həmin vaxt Maarif də onlarla xəstəxanaya getmişdir. Orada olarkən Maarif arvadını bir neçə həkim müayinəsindən keçirdikdən sonra Gülpərinin təqaüd işinin həll olunacağını və gözləməli olduğunu demişdir. O da Maariflə razılaşıb Goranboy rayonuna arvadı ilə birlikdə qayıtmışdır. Aradan təxminən 5 gün keçdikdən sonra Maarif yenidən arvadı ilə onu Bakı şəhərinə çağırmış, Maarif orada işi həll edən müəllimin Əlillərin bərpa mərkəzindən keçməli olduğu dediyini bildirmişdir. O da 2024-cü ilin mart ayının əvvəllərində dəqiq xatırlamadığı gündə arvadı ilə birlikdə Bakı şəhərinə gedib orada Maariflə görüşdükdən sonra Bakı şəhərində yerləşən X3 getmişlər. Orada Maarif ona növbə götürməyini və növbə götürməyinə dair qəbzi ona verməyini, həmin qəbzi aparıb işi düzəldən müəllimə verəcəyini demişdir. O da Maariflə razılaşıb növbə götürüb qəbzi Maarifə vermiş, Maarif qəbzi götürüb işin həll olunacağını və məlumat verəcəyini demişdir. Bundan sonra arvadı ilə birlikdə Bakı şəhərindən çıxıb Goranboy rayonuna gəlmişlər. Goranboy rayonuna gəldikdən sonra isə Maarif onunla telefonla əlaqə saxlayıb arvadı Gülpərinin Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanada stasionar müalicə alması üçün müraciət etməli olduğunu demiş, həmçinin Maarif arvadının Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanada stasionar müalicə alması üçün əlavə 150 manat pulun da lazım olduğunu deyib ondan 150 manat pul istəmişdir. Həmin pulu 2024cü ilin mart ayının sonlarına yaxın 100 manatını Ağcakənd qəsəbəsində işdə olan zaman özü Maarifin kart hesabına göndərmiş, qalan 50 manatı isə dayısı oğlundan xahiş edib Maarifin verdiyi kart hesabına göndərməsini xahiş etmişdir. Dayısı oğlu da Goranboy rayonu Goranboy qəsəbəsi ərazisində 2024-cü ilin mart ayının sonlarına yaxın Maarifin kart hesabına 50 manat pul göndərmişdir. O da sonradan həmin pulu dayısı oğluna qaytarmışdır. Bir neçə gün sonra isə Maarif onunla əlaqə saxlayıb arvadı Gülpərinin xəstəliyi ilə bağlı təqaüdə çıxması işinin həll olunmadığını bildirmiş və pulunu da bu günə kimi qaytarmamışdır. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilən Zərərçəkmiş şəxs6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, Təqsirləndirilən şəxs tanıyır, Təqsirləndirilən şəxs əri Şamonun dostudur. Maariflə normal münasibətləri olmuşdur. X4 onun doğma anasıdır. Anası Rahilə uzun illərdir ki, şəkər xəstəsidir və bununla bağlı müalicə alır. Maarif 2023-cü ilin may ayında əri Şamoyla söhbət zamanı anası Rahiləni şəkər xəstəliyi ilə bağlı təqaüdə çıxaracağını demiş, həmçinin Maarif bu barədə ona bildirmişdir. Maarif Bakı şəhərində bir nəfər tanışının olduğunu və həmin şəxsin vasitəsi ilə anasını şəkər xəstəliyi ilə bağlı təqaüdə çıxaracağını demiş, Maarif həmin şəxsi müəllim olaraq onlara təqdim etmiş, lakin həmin şəxsin kim olması, harada yaşaması və ya işləməsi barədə məlumat verməmişdir. Maarif anası Rahiləylə də onu şəkər xəstəliyi ilə bağlı təqaüdə çıxaracağına dair söhbət etmişdir. Maarifin dedikləri əri Şamoya, ona və anasına inandırıcı gəldiyi üçün onlar Maarifin dediklərinə inanmışlar. Maarif anasını şəkər xəstəliyi ilə bağı təqaüdə çıxarmaq üçün 4000 manat pul verməli olduqlarını demişdir. Maarif həmin pulun 2000 manatını əvvəlcədən, qalan 2000 manatını isə iş düzəldikdən sonra verməli olduqlarını bildirmişdir. Onlar da Maariflə razılaşmışlar. 2023-cü ilin may ayının sonlarında dəqiq xatırlamadığı gündə 150 manat pulu əri Şamoya vermişdir ki, həmin pulu anasının işinin həlli ilə bağlı Maarifə versin. Şamo da bundan sonra həmin pulu Naftalan şəhəri ərazisində Maarifə vermişdir. Maarif pulu götürdükdən sonra anasının xəstəliyi ilə bağlı Bakı şəhərinə getməli olduğunu demiş, lakin Maarif Bakı şəhərinə getməmişdən öncə qalan 1850 manat pulu verməli olduqlarını dediyi üçün o, 19 iyun 2023-cü il tarixdə Goranboy rayonu Səfikürd kəndində yaşadığı evdə ona öz kart hesabından 1850 manat pulu Maarifin verdiyi kart hesabına göndərmişdir. Həmin gün də anası yaşadığı evdən çıxıb Maariflə birlikdə Bakı şəhərinə getmişdir. Həmin vaxt anası şəkər xəstəsi olması ilə bağlı müvafiq sənədlərini götürmüşdür. Anası Maariflə Bakı şəhərinə çatdıqdan sonra Maarif onu Bakı Endokrinoloji mərkəzə aparıb həkim müayinəsindən keçirmişdir. Bundan sonrakı vaxtlarda isə Maarif yenidən anasının Bakı şəhərinə getməli olduğunu dediyi üçün ayrı-ayrı vaxtlarda o, anası ilə birlikdə Bakı şəhərinə getmiş, həmin vaxt Maarif də onlarla getmişdir. Maarif anasını Bakı şəhərində iki dəfə müxtəlif vaxtlarda Zərifə Əliyeva adına xəstəxanaya aparıb orada həkim komissiyasından keçirmişdir. Həmçinin Maarif anası Rahiləni Goranboy rayon mərkəzi xəstəxanasında və Gəncə şəhər şəkərlər xəstəxanasında stasionar müalicəyə cəlb etmişdir. Maarif bu qədər işləri görməsinə baxmayaraq ən sonda Goranboy rayon mərkəzi xəstəxanasına olarkən onlara məlumat verilmişdir ki, anasının şəkər xəstəliyi ilə bağlı təqaüdə çıxması mümkünsüzdür. Odur ki, həmin vaxt onlar Maarifin onları aldatdığını başa düşmüşlər. Maarifin onları aldatmasını anladıqdan sonra o, Maarifdən pulu istəsə də, Maarif hər dəfəsində müxtəlif bəhanələr gətirmiş və pulu geri qaytarmamışdır. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilən Zərərçəkmiş şəxs7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, Təqsirləndirilən şəxs tanıyır, Maariflə münasibəti normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 2024-cü ilin mart ayında Təqsirləndirilən şəxs ilə tanış olmuş, tanış olduqdan sonra normal münasibəti yaranmışdır. O, Maariflə tanış olan zaman Maarifin danışıqlarında iş həll etməyə qadir olduğunu düşünmüşdür. Maarif onunla söhbət edən zaman Sosial Müdafiə nazirliyində yüksək vəzifəli tanışlarının olduğunu və onu 3-cü qrup əlil kimi qeydiyyata aldırmaq imkanının olduğunu, həmin əlillik əsasında da onun təqaüdə çıxa biləcəyini bildirmişdir. Həmin işin müqabilidə ondan 1200 manat pul alacağını demişdir. O da Maarifin kartına 1000 manat və 200 manat olmaqla iki dəfəyə Goranboy şəhəri ərazisində 1200 manat pul göndərmişdir. Bundan sonra Maarif ona demişdir ki, xəstəxanadan göndəriş alsın, Bakı şəhərinə getsinlər. O da göndərişi almış və Maariflə birlikdə Bakı şəhərində yerləşən Respublikansiki adlı xəstəxanaya getmişdir. Xəstəxanada müayinə olunmuş, bundan sonra xəstəxanadakı vəziyyəti gördüyü üçün Maarifə inamı itmiş və pulunu geri istəmişdir. Lakin, Maarif müxtəlif bəhanələr gətirərək pulunu verməyərək onu aldatmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2024-cü il tarixdə saat 13:30-da Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq saxlanıldığı vaxtdan, yəni xx.xx.2024-cü il saat 13:00-dan məhdudlaşdırılmışdır; “Qətimkan tədbiri seçilməsi barədə” Goranboy Rayon Məhkəməsinin 4(045)-39/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 avqust 2024-cü il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Zərərçəkmiş şəxs6 xx.xx.2024-cü il tarixdə Goranboy rayon Polis Şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona olan borcunu tamamilə ödəmişdir, buna görə təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir; Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixdə Goranboy rayon Polis Şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona olan borcunu tamamilə ödəmişdir, buna görə təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir; Zərərçəkmiş şəxs5 xx.xx.2024-cü il tarixdə Goranboy rayon Polis Şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona olan borcunu tamamilə ödəmişdir, buna görə təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir; Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə Goranboy rayon Polis Şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona olan borcunu tamamilə ödəmişdir, buna görə təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir; Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə Goranboy rayon Polis Şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona olan borcunu tamamilə ödəmişdir, buna görə təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir; Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə Goranboy rayon Polis Şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona olan borcunu tamamilə ödəmişdir, buna görə təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir; Goranboy Rayon Məhkəməsinin 4(045)-51/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində Goranboy Rayon Məhkəməsinin 4(045)-39/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında saxlanılma müddəti 01 noyabr 2024-cü il tarixədək müəyyən edilmişdir; Zərərçəkmiş şəxs7 xx.xx.2024-cü il tarixdə Goranboy Rayon Məhkəməsinə daxil olmuş xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona olan borcunu tamamilə ödəmişdir, buna görə təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin, bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda, həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxslərə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qsimində nəzərə alına bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; - zərərçəkmiş şəxslərlə barışması və onlara dəymiş ziyanı tam ödəməsi; -qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarına əlavə olunmuş Goranboy RİHB-nin Qızılhacılı qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli xasiyyətnamə). Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 01 avqust 2024-cü il tarixdə saat 13:30-da şübhəli şəxs qismində tutulmuş, Goranboy Rayon Məhkəməsinin 4(045)-39/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində 03 ay müddətinə, yəni 01 noyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 avqust 2024-cü il tarixdən hesablanmışdır. Goranboy Rayon Məhkəməsinin 4(045)-51/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, “ev dustaqlığında” saxlanılma müddəti 01 noyabr 2024-cü il tarixədək müəyyən edilmişdir. Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 15 oktyabr 2024-cü il tarixdə Goranboy Rayon Məhkəməsinin icraatına daxil olmuş, məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixdə saat 14:30-a təyin edilmiş, lakin qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, dövlət ittihamçısı məhkəmə hazırlıq iclasına gəlməmiş, bu səbəbdən də məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 12:00-a təxirə salınmışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında məlum olmuşdur ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində seçilmiş Goranboy Rayon Məhkəməsinin müvafiq qərarı ilə seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Odur ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, az ağır cinayətin törədilməsində təqsirləndirilməsi, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödəməsi nəzərə alınaraq, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində həbsdə və ev dustaqlığında olması nəzərə alınaraq, CM-in 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 6 (altı) ay çıxılmalıdır (həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 69.3-cü maddəsinə əsasən, həbsdə və ev dustaqlığında saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə sərf edilmiş hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 108 (bir yüz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsi hesabından tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 01 avqust 2024-cü il tarixdən 01 noyabr 2024-cü il tarixədək 03 (üç) ay müddətində həbsdə və ev dustaqlığında olması nəzərə alınaraq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 108 (bir yüz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar