Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-62/2023 28.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sabirabad şəhəri M.H.Şəhriyar küçəsi ev 43-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə edib ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 07 oktyabr 2022-ci il tarixdə saat 05 radələrində “X8" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “X7 313 CDİ” yük markalı AA1445Tİ Ukrayna Respublikası dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Goranboy rayonu ərazisindən keçən 305-ci kilometrliyində "X8" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşısında onunla eyni istiqamətdə avtomobilin hərəkətdə olmasını nəzərə alaraq onunla təhlükəsiz ara məsafəsi saxlamalı və yaxud hərəkətin təhlükəsizliyini təmin etməklə qarşısı ilə hərəkətdə olan avtomobili ötüb keçməli olduğu halda bunu etməyərək, 80 km/saat sürətlə yolun sol zolağı ilə Qazax rayon istiqamətində hərəkətdə olan zaman avtomobilin sağ yan hissəsi ilə, qarşısı ilə hərəkətdə olan, sol zolaqdan sağ zolağa doğru istiqamətlənərək manevr edən sürücü Zərərçəkmiş şəxs 80 km/saat sürətlə idarə etdiyi “VAZ 111130” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuş, zərbənin təsirindən “VAZ 111130” minik markalı avtomobil fırlanaraq “X7 313 CDİ” yük markalı avtomobillə qarşı-qarşıya toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “VAZ 111130” minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs qaraciyərin, dalağın və öd kisəsinin zədələnməsi ilə əlaqədar splenektomiya, xolesistektomiya (dalağın və öd kisəsinin cərrahi üsulla xaric olunması), qaraciyərin tikilməsindən sonrakı vəziyyət, sol almacıq sümüyünün, sol alın-almacıq birləşməsinin və sol orbitanın bayır divarının qəlpəli, yerdəyişmiş sınıqları ilə müşayiət olunan üz nahiyəsinin sol yarısının qançır-şişkinliyi halında əzilməsi, sol bud sümüyü boynunun və orta 1/3-nin qapalı, qəlpəli, yerdəyişmiş sınığı, hər iki diz oynağı nahiyəsinin sıyrıqları ilə müşayiət edilən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş CM-in 263-1.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə zamanı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə onun qarşısı ilə hərəkətdə olmayıbdır, hərəkətin əksinə hərəkət edib onun hərəkət zolağına daxil olmuş və nəticədə hadisə baş vermidir. Hadisə zamanı idarə etmiş olduğu “Mercedes-Benz Sprinter 313 CDİ” yük markalı AA1445Tİ Ukrayna Respublikası dövlət qeydiyyat nişanlı avtomobil onundur. O, Ukrayna Respublikasının Kiyev şəhərində yaşamışdır, sürücülük vəsiqəsini də orada almış, sürücülük vəsiqəsi B kateqoriyalıdır. Ukraynada baş verən muharibə ilə əlaqədar olaraq idarə etdiyi avtomobillə 2022-ci ilin mart ayında Azərbaycan Respublikasına gəlmişdir. 07 oktyabr 2022-ci il tarixdə saat təxminən 02 radələrində o, idarə etdiyi “Mercedes-Benz Sprinter 313 CDİ” yük markalı AA1445Tİ Ukrayna Respublikası dövlət qeydiyyat nişanlı avtomobillə onunla birlikdə işləyən Sabirabad sakini Şahid1 ilə birlikdə Sabirabad şəhərindən Şəmkir rayonunda yerləşən “Səbət” bazarından meyvə alıb-satmaq üçün yola düşmüşlər. Avtomobili o, idarə etmiş, Cəbrayıl da sərnişin qismində avtomobildə oturmuşdur. Saat təxminən 05 radələrində o, idarə etdiyi avtomobillə Bakı-Qazax yolunun Goranboy rayonu Goran qəsəbəsi ərazisi ilə yolun sağ hərəkət zolağı ilə Qazax rayon istiqamətində 80 km/saat sürətlə hərəkətdə olan zaman təxminən 50 metr qarşıdan görmüşdür ki, markasını və qeydiyyat nişanını sonradan bildiyi “VAZ 111130” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olduğu istiqamətin sağ zolağın tam kənarı asfalt hissə ilə hərəkətin əksinə gəlir, həmin vaxtı o, sol hərəkət zolağına daxil olmuş, “VAZ 111130” minik avtomobilə təxminən 20 metr çatmağa qalmış, həmin avtomobil hərəkətin əksinə gəldiyi sağ zolaqdan bir başa onun hərəkətdə olduğu sol zolağa daxil olmuş, o, bunu görüb tormoz vermiş, avtomobili tormozda qarşıya doğru hərəkət edib dayanana yaxın “VAZ 111130” minik markalı avtomobil gəlib qabaq sol hissəsi ilə onun avtomobilin qabaq sol hissəsindən vuraraq toqquşmuşdur. Zərbənin təsirindən avtomobili arxaya gedib yolda çəpinə dayanmışdır. O və Cəbrayıl hadisə nəticəsində yüngül xəsarət almışlar. Sonra o, Cəbrayılla birlikdə avtomobildən düşüb avtomobili ilə toqquşan “VAZ 111130” minik markalı avtomobilin yanına gəlmişlər, avtomobilin sürücüsü adını sonradan bildiyi Zərərçəkmiş şəxs əzilmiş avtomobilin salonundan çıxarmışlar. Tibbi yardıma məluumat vermişlər, tibbi yardım avtomobili ilə “VAZ 111130” minik markalı avtomobilin xəsarət almış sürücüsünü Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışlar. Sonradan o və Cəbrayıl Yevlax şəhər mərkəzi xəstəxanasına gedib həkim müayinəsindən keçmişdir. “VAZ 111130” minik markalı avtomobil onun qarşısı ilə hərəkətdə olmamış, belə ki, qeyd etdiyi kimi həmin avtomobil hərəkətdə olduğu istiqamətin sağ hissəsi ilə hərəkətin əksinə gəlib onun yoluna çıxmış və toqquşma baş vermişdir. Bu səbəbdən də ona elan edilmiş ittihamla razı deyil, hadisə ifadəsində göstərdiyi kimi olmuşdur. Verilmiş suala cavab olaraq bildirdi ki, “Mercedes-Benz Sprinter 313 CDİ” yük markalı AA1445Tİ Ukrayna Respublikası dövlət qeydiyyat nişanlı avtomobil onun özünə geri qaytarılmış və təmir etdirmişdir. Sonda Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində üç azyaşlı uşağının olmasını qeyd edərək məhkəmədən bunların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsi bina 14, mənzil 3-də yaşayır, 3-cü dərəcəli 2-ci Qarabağ müharibəsi əlilidir. Sürücülük hüququ yoxdur, hadisə zamanı idarə etdiyi “VAZ 111130” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil tanışı X3 məxsusdur və etibarnaməsi yoxdur. 07 oktyabr 2022-ci il tarixdə Bakı-Qazax yolu ilə idarə etdiyi “VAZ 111130” minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Gəncə şəhərinə gedirmiş, avtomobildə tək olmuşdur. Saat 05 radələrində idarə etdiyi avtomobillə Goranboy rayonu Goran stansiyası ərazisi ilə yolun sol zolağı ilə Gəncə şəhər istiqamətində 80 km/saat sürətlə hərəkətdə olan zaman görmüşdür ki, arxadan yüksək sürətlə markasını və qeydiyyat nişanını sonradan bildiyi “X7 313 CDİ” markalı AA1445Tİ Ukrayna Respublikası dövlət qeydiyyat nişanlı avtomobil gəlir, ona yaxınlaşır, uzaq vuran işıqları ona işarə edib yol istəyir. O, bunu görüb sağa dönmə işıq siqnalını yandırıb yavaşyavaş sol zolaqdan sağ zolağa doğru istiqamətlənən zaman arxadan gələn həmin avtomobil onun soluna dəmir arakəsmə ilə avtomobilin arasına daxil olmuş, onun avtomobilinin yan qapısına çatarkən, həmin avtomobil onun avtomobilinə toxunmuşdur, zərbədən avtomobili hərlənmiş və “X7 313 CDİ” markalı avtomobilin qabaq hissəsi onun avtomobilinin qabaq hissəsi ilə toqquşmuşdur. Avtombili Gəncə şəhər istiqamətində dayanmışdır. Hadisə zamanı ağır xəsarət aldığı üçün huşunu itirmiş, o, özünə gələndə artıq Bakı şəhər 1 saylı xəstəxanasında olduğunu görmüşdür. O, hərəkətin əksinə hərəkət etməmiş, hadisə əvvəl verdiyi izahatlarında və hazırda verdiyi ifadəsində göstərdiyi kimi olmuşdur. Verilmiş suala cavab olaraq bildirdi ki, “VAZ 111130” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil onun özünə geri qaytarılmış və təmir etdirməyərək əzilmiş vəziyyətdə saxlanılır. Daha sonra Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəməyə bu barədə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tanışı Misirlə meyvə-tərəvəz alveri ilə məşğul olublar. Onlar xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Misirin idarə etdiyi “Mercedes-Benz Sprinter 313 CDİ” yük markalı AA1445Tİ Ukrayna Respublikası dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəmkir şəhərinə yola düşmüşlər. Həmin günü saat 05 radələrində Bakı-Qazax yolunun Goranboy rayonu Goran qəsəbəsi ərazisində hərəkətdə olan zaman təxminən 50-60 metr qarşıdan üzərində qeydiyyat nişanı olmayan “VAZ 111130” minik markalı avtomobilin sağ ehtiyat hissəsindən hərəkətin əksinə onlara tərəf gəldiyini görmüş, Misir idarə etdiyi avtomobili sol zolağa keçirmişdir ki, həmin avtomobil sağ zolaqla keçib getsin. Onlar sola keçəndən sonra təxminən onlara 20 metr qalmış həmin avtomobil istiqamətini dəyişib yola tərəf gəlməyə başlamışdır. Misir avtomobilin əyləcinin basıb dayanmağa çalışmış, lakin “VAZ 111130” minik markalı avtomobil dayanmamış onların üstünə doğru gəlmiş və avtomobillər qarşıqarşıya toqquşmuşdur. O və Misir avtomobildən düşüb adını sonradan bildiyi sürücü Zərərçəkmiş şəxs avtomobildən sıxılıb qaldığı yerdən çıxarmışlar. Təcili tibbi yardıma məlumat vermişlər, sürücü Zərərçəkmiş şəxs Yevlax şəhər mərkəzi xəstəxanasına aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “yol nəqliyyat hadisələri” ekspertizaları şöbəsində baş ekspert kimi çalışır. Eksperti olduğu xx.xx.2023-cü il tarixli ekspertiza rəyinin əvvəlki rəylərdən fərqli olması, sözügedən ekspertiza zamanı əvvəlki ekspertizalardan fərqli olaraq istintaq tərəfindən hadisə mexanizmi üzrə yeni məlumatların təqdim olunması ilə əlaqədar olmuşdur. Verilmiş suala cavab olaraq bildirdi ki, “X7 313 CDİ” markalı avtomobilin ona nəzərən sağ ilə eyni istiqamətdə hərəkətdə olan “VAZ 111130” minik markalı avtomobilin sol yan tərəfi ilə toqquşduqdan sonra toqquşma nəticəsində “VAZ 111130” minik markalı avtomobilin fırlanaraq avtomobillərin yenidən qarşı-qarşıya toqquşması mümkündür. Yəni, ekspertizaya təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi “VAZ 111130” minik markalı avtomobilin sol qapısında əzilmiş sürtünmə, “Mercedes-Benz Sprinter 313 CDİ” markalı avtomobilinin isə qabaq sağ qanadının uc hissəsində əzilmə izləri vardır ki, bu da ilkin toqquşmanın həmin hissələrdən baş verdiyinə dəlalət edir və təqdim olunmuş hadisə mexanizmə uyğun gəlir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində baş müstəntiq kimi çalışır. Sözügedən icraatında olmuş cinayət işi üzrə əlavə araşdırma zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “X7 313 CDİ” markalı avtomobil ona nəzərən sağ ilə eyni istiqamətdə hərəkətdə olan “VAZ 111130” minik markalı avtomobilin sol yan tərəfi ilə toqquşmuş, nəticədə “VAZ 111130” minik markalı avtomobil fırlanmış və avtomobillər yenidən qarşı-qarşıya toqquşmuşdur. Belə olan halda yeni hadisə mexanizmi üzrə tərəfindən iş üzrə əlavə yol-nəqliyyat hadisəsi ekspertizasının təyin edilməsi haqqında qərar qəbul edilərək Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, müvafiq ekspert rəyi alındıqdan sonra cinayət işi başlanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla səthi hamar və maneəsizdir, qurudur. Yol-nəqliyyat hadisəsi Bakı-Qazax- Gürcüstan sərhəd yolunun Goranboy rayonu ərazisindən keçən 305-ci kilometrliyində baş vermişdir. Avtomobil yolunda 2 hərəkət istiqaməti vardır. Həmin hərəkət istiqamətləri Bakı şəhəri və Qazax rayon istiqamətində hərəkət üçün nəzərdə tutulmuşdur, hərəkət istiqamətləri 2,8 metr enində dəmir arakəsmə ilə ayrılır. Qazax rayon istiqamətində yol örtüyünün eni 11,8 metrdir, hərəkət hissənin eni 7,4 metrdir, həmin istiqamətin sağında 2,7 metr enində yol çiyni yerləşir, sağ hərəkət zolağı ilə yol çiyni arasında sarı xətlə nişanlanmış 60 sm. enində asfalt hissə vardır. Hərəkətin solunda dəmir arakəsmə ilə sol hərəkət zolağı arasında sarı xətlə nişanlanmış 1,1 metr enində asfalt hissə yerləşir. Hadisə yeri 110 km/saat sürət həddi ilə məhdudlaşdırılıb; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “yol nəqliyyat hadisələri” ekspertizasının 23 noyabr 2022-ci il tarixli 8/2965 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən X7 313 markalı, AA1445Tİ dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “VAZ-111130” markalı, **- BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir; xx.xx.2022-ci il tarixli 624 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə ayıq olmuşdur; DİN-in BDYPİ-nin Gəncə RQİTBŞ-dən saxil olmuş xx.xx.2022-ci il tarixli 313-6809- 1222 nömrəli məktubdan görünür ki, X1 adına sürücülük vəsiqəsi qeydiyyata alınmamışdır, onun sürücülük hüququ məhdudlaşdırılmamışdır; Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Hadisə yerinə əlavə baxış keçirilməsi haqqında” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, baxışda iştirak etmiş sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 111130” minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə “X7 313 CDİ” markalı AA1445Tİ Ukrayna Respublikası dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğu yeri göstərmiş, həmin yer Qazax rayon istiqamətində olan zolağın solundan sağına doğru 2,5 metr müəyən edilmişdir. O bildirmişdir ki, idarə etdiyi avtomobillə yolun sol zolağı ilə hərəkətdə olan zaman “X7 313 CDİ” markalı avtomobil arxadan gəlib onun avtomobilinin solundan vurmuş, avtomobili hərlənmiş və avtomobillər yenidən qarşı-qarşıya toqquşmuşdur. Eyni zamanda baxışda iştirak etmiş sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “X7 313 CDİ” markalı AA1445Tİ Ukrayna Respublikası dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 111130” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğu yeri göstərmiş, həmin yer Qazax rayon istiqamətində olan zolağın solundan sağına doğru 1,6 metr müəyən edilmişdir. O bildirmişdir ki, idarə etdiyi avtomobillə Qazax rayon istiqamətinin sol zolağı ilə hərəkətdə olan zaman, “VAZ 111130” minik markalı avtomobil qarşıdan sağdan sola doğru hərəkəti əksinə hərəkət edib onun yoluna daxil olmuş və avtomobillər qabaq sol hissəsi ilə toqquşmuşdur. O, təhlükə anında toqquşma yerinədək olan məsafəni göstərmiş və 42,6 metr müəyyən edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “yol nəqliyyat hadisələri” ekspertizasının 16 mart 2023-cü il tarixli 8/484-8/491 nömrəli rəyindən görünür ki, təqdim edilmiş “VAZ-111130” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotda, qabaq bamperdə, qabaq sol qanadda, sol qapıda, qabaqorta sol dirəkdə) və iş materillarında olan şəkillərə əsasən “X7 313 CDİ” markalı, AA1445Tİ dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotda, qabaq bamperdə, oblisovkada, qabaq sol farada) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontakda olması, dəyməsi, o cümlədən nəqliyyat vasitələrin biribirləri ilə qabaq hissələri arasında toqquşması zamanı yaranmışdır. Eyni zamanda “VAZ-111130” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində arxadan qabağa doğru hər hansı bir zədə aşkar edilməmişdir. Lakin təqdim edilmiş AA1445Tİ dövlət qeydiyyat nişanlı avtomobil hal-hazırkı vəziyyətdə təmir olunduğundan onların toqquşma bucağını müəyyən etmək mümkün deyildir. Trasoloji ekspertiz yolu ilə müəyyən edildiyi kimi toqquşmanın avtomobillərin qabaq hissələri arasında baş verməsi və Vaz-111130 markalı avtomobilin üzərində arxadan qabağa doğru hər hansı bir zədənin aşkar edilməməsi sürücü Təqsirləndirilən şəxs göstərdiyi mexanizmə uyğundur. X7 313 markalı AA1445Tİ dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tədqiq olunan şəraitdə hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. VAZ-111130” markalı, **- BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 250 (iki yüz əlli) manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “yol nəqliyyat hadisələri” ekspertizasının 25 aprel 2023-cü il tarixli 8/1026 nömrəli rəyindən görünür ki, İ variant: X7 313 markalı avtomobili Qazax istiqamətində yolun sol zolağı ilə hərəkətdə olarkən “VAZ 111130” minik markalı avtomobilin qarşıdan sağdan sola doğru hərəkətin əksinə hərəkət edib onun yoluna daxil olaraq avtomobillərin toqquşması şəraitində: 1a.2a. X7 313 markalı AA1445Tİ dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tədqiq olunan şəraitdə hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3a.4a. VAZ-111130 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İİ variant: sürücü Zərərçəkmiş şəxs izahatına əsasən VAZ-111130” markalı avtomobilin Qazax istiqamətində sol zolaq ilə hərəkətdə olarkən arxadan gələn X7 313 markalı avtomobil VAZ-111130 markalı avtomobilin arxa sol yan hissəsi ilə toqquşduğundan VAZ- 111130 markalı avtomobilin fırlanaraq yenidən avtomobillərin qarşı-qarşıya toqquşması şəraitində: 1b.2b. X7 313 markalı AA1445Tİ dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tədqiq olunan şəraitdə hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3b.4b. VAZ-111130 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs tədqiq olunan şəraitdə hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyinəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Zərərçəkmiş şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “yol nəqliyyat hadisələri” ekspertizasının 16 iyun 2023-cü il tarixli 8/1731 nömrəli rəyindən görünür ki, “X7 313 CDİ markalı AA1445Tİ Ukrayna Respublikası dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasənVAZ-111130 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs tədqiq olunan şəraitdə hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Zərərçəkmiş şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “X7 313 CDİ” markalı avtomobilin ona nəzərən sağ ilə eyni istiqamətdə hərəkətdə olan “VAZ 111130” minik markalı avtomobilin sol yan tərəfi ilə toqquşduqdan sonra toqquşma nəticəsində “VAZ 111130” minik markalı avtomobilin fırlanaraq avtomobillərin yenidən qarşı-qarşıya toqquşması mümkündür. Aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Hüquqi Şəxsi tərəfindən verilmiş 30 iyun 2023-cü il tarixli, 255/MEŞ nömrəi rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - qaraciyərin, dalağın və öd kisəsinin zədələnməsi ilə əlaqədar splenektomiya, xolesistektomiya (dalağın və öd kisəsinin cərrahi üsulla xaric olunması), qaraciyərin tikilməsindən sonrakı vəziyyət, sol almacıq sümüyünün, sol alın-almacıq birləşməsinin və sol orbitanın bayır divarının qəlpəli, yerdəyişmiş sınıqları ilə müşayiət olunan üz nahiyəsinin sol yarısının qançır-şişkinliyi halında əzilməsi, sol bud sümüyü boynunun və orta 1/3-nin qapalı, qəlpəli, yerdəyişmiş sınığı, hər iki diz oynağı nahiyəsinin sıyrıqları- bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, 07 oktyabr 2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq, demək olar ki, həmin xəsarətlərin yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin salonunda əmələ gələ bilmələri mümkündür; “Sübutların qiymətləndirilməsi haqqında” 13 iyul 2023-cü il tarixli qərardan görünür ki, yol-nəqliyyat hadisəsini törətmiş “X7 313 CDİ” markalı, AA1445Tİ Ukrayna Respublikası dövlət qeydiyyat nişanlı və “VAZ-111130” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillər cinayət işi üzrə maddi sübut kimi tanınmışdır; “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Zərərçəkmiş şəxsin hadisə günü istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin anten dairəsi haqqında məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş “CD” disklərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs 06 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində olmuş, daha sonra 07 oktyabr 2022-ci il tarixdə saat 00:00-dan hadisənin baş verdiyi vaxtadək Bakı-Qazax yolunda Qazax rayonu istiqamətində hərəkətdə olmuşdur; “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxışda iştirak etmiş sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 111130” minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə “X7 313 CDİ” markalı AA1445Tİ Ukrayna Respublikası dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğu yeri göstərmiş, həmin yer Qazax rayon istiqamətində olan zolağın solundan sağına doğru müəyən edilmişdir. O bildirmişdir ki, idarə etdiyi avtomobillə yolun sol zolağı ilə hərəkətdə olan zaman “X7 313 CDİ” markalı avtomobil arxadan gəlib onun avtomobilinin solundan vurmuş, avtomobili hərlənmiş və avtomobillər yenidən qarşı-qarşıya toqquşmuşdur. Eyni zamanda baxışda iştirak etmiş sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “X7 313 CDİ” markalı AA1445Tİ Ukrayna Respublikası dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 111130” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğu yeri göstərmiş, həmin yer Qazax rayon istiqamətində olan zolağın solundan sağına doğru müəyən edilmişdir. O bildirmişdir ki, idarə etdiyi avtomobillə Qazax rayon istiqamətinin sol zolağı ilə hərəkətdə olan zaman, “VAZ 111130” minik markalı avtomobil qarşıdan sağdan sola doğru hərəkəti əksinə hərəkət edib onun yoluna daxil olmuş və avtomobillər qabaq sol hissəsi ilə toqquşmuşdur; Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi etiraf edilməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertizaların rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni yol hərəkəti qaydalarını pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edib ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsini törətməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və işdə olan digər sübutlar ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: - Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə arxadan gələrək onun soluna, yəni dəmir arakəsmə ilə avtomobilin arasına daxil olmasını, həmin avtomobilin onun avtomobilinin yanına toxunmasını və zərbədən avtomobilinin hərlənərək təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin qabaq hissəsinin onun avtomobilinin qabaq hissəsi ilə toqquşduğunu göstərmişdir; - şahid X6 ifadəsində “VAZ 111130” minik markalı avtomobilin fırlanaraq avtomobillərin yenidən qarşı-qarşıya toqquşmanın “Mercedes-Benz Sprinter 313 CDİ” markalı avtomobilinin qabaq sağ qanadının uc hissəsinin “VAZ 111130” minik markalı avtomobilin sol qapısına dəyməsindən baş verə biləcəyini göstərmişdir; - Şahid2 ifadəsində əlavə araşdırma zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “X7 313 CDİ” markalı avtomobilin ona nəzərən sağ ilə eyni istiqamətdə hərəkətdə olan “VAZ 111130” minik markalı avtomobilin sol yan tərəfi ilə toqquşduğunun, nəticədə “VAZ 111130” minik markalı avtomobilin fırlanaraq, avtomobillərin yenidən qarşı-qarşıya toqquşmasının müəyyən edildiyini göstərmişdir; - Təqsirləndirilən şəxs ifadəsində arxadan gələrək zərərçəkmişin avtomobilinin sol yan hissəsinə toxunmadığını və buna görə həmin avtomobilin fırlanmayaraq qarşı-qarşıya toqquşmanın baş vermədiyini göstərsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “yol nəqliyyat hadisələri” ekspertizasının 16 iyun 2023-cü il tarixli 8/1731 nömrəli rəyindən görünür ki, tədqiqi hissədə göstərilən səbəblərə görə “X7 313 CDİ” markalı avtomobilin ona nəzərən sağ ilə eyni istiqamətdə hərəkətdə olan “VAZ 111130” minik markalı avtomobilin sol yan tərəfi ilə toqquşduqdan sonra toqquşma nəticəsində “VAZ 111130” minik markalı avtomobilin fırlanaraq avtomobillərin yenidən qarşı-qarşıya toqquşması mümkündür; - Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs avtomobili ilə hərəkətdə olduğu istiqamətin sağ zolağın tam kənarı asfalt hissə ilə hərəkətin əksinə gəldiyini və həmin avtomobilin hərəkətin əksinə gəldiyi sağ zolaqdan bir başa onun hərəkətdə olduğu sol zolağa daxil olduğunu, bunu görüb tormoz versə də, zərərçəkmişin idarə etdiyi avtomobilin gəlib qabaq sol hissəsi ilə onun avtomobilinin qabaq sol hissəsindən vuraraq toqquşduğunu göstərsə də, "xxxx" MMC-dən daxil olmuş “CD” disklərə keçirilmiş baxışdan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs 06 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində olmuş, daha sonra 07 oktyabr 2022-ci il tarixdə saat 00:00-dan hadisənin baş verdiyi vaxtadək Bakı-Qazax yolunda Qazax rayonu istiqamətində hərəkətdə olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 263-1.2-ci maddəsi ilə ittiham irəli sürülməsinə əsas olan və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi və həmin hadisəyə dair verilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ekspert rəyləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının predmetini nəqliyyat vasitəsinin texniki vəziyyəti, yol-nəqliyyat hadisəsinin mexanizmi, hadisə yerində yol şəraiti və hadisə iştirakçılarının hərəkətləri, həmçinin ekspertin öz xüsusi biliyinə uyğun tədqiq edə biləcəyi hadisənin baş verməsinə zəmin yaradan şərait haqqında faktiki məlumatlar təşkil edir. Yol-nəqliyyat hadisəsi ekspertizasının təyini zamanı müəyyənləşdirilməli olan məlumatlar yol-nəqliyyat hadisəsinin növündən və ekspert qarşısında qoyulmuş sualların məzmunundan asılıdır və hadisənin növləri üzrə istintaq tərəfindən verilməli olan məlumatlar göstərilir. Cinayət işinin materiallarında olan və ibtidai istintaq zamanı əldə edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/2965 nömrəli və 16 mart 2023-cü il tarixli 8/484 nömrəli rəylərə əsasən müəyyən edilir ki, ibtidai istintaq orqanı tərəfindən hadisənin mexanizmi aşağıdakı şəkildə təsvir edilmişdir: xx.xx.2022-ci il tarixdə saat 05 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “X7 313 CDİ” markalı AA1445Tİ Ukrayna Respublikası dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətindən gəlib Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Goranboy rayonu ərazisindən keçən 305-ci kilometrliyində 80 km/saat sürətlə hərəkətdə olarkən qabaq hissəsi ilə yolun hərəkət istiqamətinin əksinə 70 km/saat surətlə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-111130” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsindən yolun sol kənarından sağa doğru 1,8 metr məsafədə toqquşmuşdur (məlumatın mənbəyi: ekspertizanın təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol və onun sxemi). “VAZ-111130” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində arxadan qabağa doğru hər hansı bir zədə aşkar edilməmiş və təqdim edilmiş AA1445Tİ dövlət qeydiyyat nişanlı avtomobil hal-hazırkı vəziyyətdə təmir olunduğundan onların toqquşma bucağını müəyyən etmək mümkün deyildir. Hər iki məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası zamanı avtomobillərin sürücü Təqsirləndirilən şəxs göstərdiyi mexanizmə uyğun toqquşduğu göstərilsə də, bu hal özlüyündə əsaslandırılmamışdır. Halbuki, iş materiallarında olan fotoşəkillərdən məlum olur ki, Vaz-111130 markalı avtomobilin sol yan hissəsində həm arxadan-qabağa, həm də qabaqdan-arxaya doğru istiqamətlənən zədələr vardır. Daha sonra ibtidai istintaq zamanı aparılmış əlavə araşdırma nəticəsində əlavə yolnəqliyyat hadisəsi ekspertizasının təyin edilməsi qərara alınmış və xx.xx.2023-cü il tarixli, 8/1731 nömrəli ekspert rəyindən görünür ki, hadisənin mexanizmi ibtidai istintaq orqanı tərəfindən aşağıdakı şəkildə təsvir edilmişdir: Sürücü Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi Vaz-111130 markalı avtomobili sol zolaq ilə Qazax rayonu istiqamətində 80 km/saat sürətlə hərəkət etdirərkən arxadan onunla eyni istiqamətdə hərəkətdə olan sürücü İbadullayevin sürücülük vəsiqəsi olmadan idarə etdiyi X7 313 markalı avtomobilin gəldiyini görüb həmin avtomobilin onun solundan ötüb keçməsi üçün avtomobili sağ zolağa istiqamətləndirən zaman X7 313 markalı avtomobil 80 km/saat sürətlə gəlib sağ yan hissəsi ilə VAZ-111130 markalı avtomobil avtomobilinin sol yan hissəsi ilə toqquşmuş və nəticədə VAZ-111130 markalı avtomobil fırlanaraq avtomobillər yenidən qarşı-qarşıya toqquşmuşdur (məlumatın mənbəyi: ekspertizanın təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar). Göstərilən mexanizm üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 8/1731 nömrəli ekspert rəyinin nəticəsi əvvəlki ekspert rəylərinin nəticələrindən fərqlilik təşkil etmişdir. Sözügedən ekspertiza rəyinin tədqiqat hissəsindən göründüyü kimi “X7 313 CDİ markalı AA1445Tİ Ukrayna Respublikası dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “X7 313 CDİ” markalı avtomobilin ona nəzərən sağ ilə eyni istiqamətdə hərəkətdə olan “VAZ 111130” minik markalı avtomobilin sol yan tərəfi ilə toqquşduqdan sonra toqquşma nəticəsində “VAZ 111130” minik markalı avtomobilin fırlanaraq avtomobillərin yenidən qarşı-qarşıya toqquşması mümkün hesab olunmuşdur. Məhkəmə hesab edir ki, 8/2965, 8/484-8/491 və 8/1026 nömrəli ekspert rəylərinin verilməsində əsas götürülmüş baş vermiş yol-nəqliyyat hadisəsi üzrə hərəkət mexanizmini ibtidai istintaq orqanı düzgün təsvir etməmişdir. Məhz bu səbəbdən məhkəmə həmin mexanizm əsasında verilmiş yol-nəqliyyat hadisələri ekspertizasının rəylərini mötəbər hesab etmir. CPM-in 33-cü maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Beləliklə, məhkəmə, ibtidai istintaqın daha sonra müəyyən etdiyi yol-nəqliyyat hadisəsinin düzgün mexanizmi əsasında verilmiş 16 iyun 2023-cü il tarixli, 8/1731 nömrəli məhkəmə ekspertizası rəyini mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, həmin sübut həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə ittihamın qiymətiləndirilməsi baxımından mötəbər sübut kimi üstün hüquqi qüvvəyə malikdir. Həmin sübuta əsasən isə təqsirləndirilən şəxsin baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanının olması, həmçinin onun hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluğun olması müəyyən edilmişdir. “X8” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinin İV hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir; 36-cı maddəsinin İ hissəsinin İİİ bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; 17-ci bəndinə görə, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yolhərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263- 1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. 4 və 22-ci bəndlərində tövsiyə edildiyi kimi, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 24 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, CM-in 263-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli insanların həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə yönəldiyi üçün bu cinayətin tərkibinin, xüsusilə də onun subyektinin düzgün müəyyən olunması böyük əhəmiyyət kəsb edir. CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Eyni zamanda, CM-in qeyd olunan maddələri ilə cinayət məsuliyyətinin yaranması insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün bu cinayətlərin əlavə obyekti insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitələrini idarə edən şəxs ola bilər. Bununla yanaşı, CM-in 263-1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda pozan nəqliyyat vasitələrini idarə edən şəxsdir. Bu cinayətin digər subyekti isə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsdir. “X8” Azərbaycan Respublikası Qanununun normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. Beləliklə, CM-in 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, ilk növbədə, hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi ehtiva edir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, CM-in 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirici hallar kimi nəzərə alır: - yaşayış yeri üzrə müsbət xarakterizə olunması (əsas: iş materiallarına əlavə olunmuş Sabirabad rayonu İHB-nın şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə); - zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı şikayət və tələbinin olmaması; - himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağının olması (əsas: iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətləri); İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təyin olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in onun təqsirli bilindiyi 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar - “X7 313 CDİ” markalı, AA1445Tİ Ukrayna Respublikası dövlət qeydiyyat nişanlı və “VAZ-111130” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin təqsirləndirilən və zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - ““X7 313 CDİ” markalı, AA1445Tİ Ukrayna Respublikası dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut - “VAZ-111130” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərcinin dəyərini təşkil edən 591 (beş yüz doxsan bir) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.F.İ.F.T. BİK CTREAZ22) keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-62/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-62/2023
28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver