Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-64/2023 14.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Goranboy rayonu Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini və döyüş sursatını əldə etmiş, saxlamış və daşımış, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 29 mart 2023-cü il tarixdə saat 19:15 radələrində Goranboy rayonu Muzdurlar kəndindən Goranboy rayonu Dəliməmmədli şəhərinə gələn avtomobil yolunun kənarındakı əkin sahələrinin yanında piyada hərəkət edərkən yerdən taparaq satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz əldə etdiyi şəxsi istehlak miqdarından artıq bir ədəd mavi rəngli torbada təmiz çəkisi 465 qram narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan qara rəngli, qabağı zəncirbəndlə bağlanan isti gödəkçənin altına yerləşdirib qanunsuz saxlayaraq daşımış, 29 mart 2023-cü il tarixdə saat 19:30 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində saxlanılaraq RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd mavi rəngli torbada təmiz çəkisi 465 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əynindəki qara rəngli, qabağı zəncirbəndlə bağlanan isti gödəkçənin altında aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, 2023-cü ilin fevral ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə Goranboy rayonu Muzdurlar kəndi ərazisində metal qırıntılarının tullandığı yerdə metal qırıntıları toplayarkən oradan tapdığı nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİdə istehsal olunmuş, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKM modelli, yivli odlu döyüş silahı hesab edilən, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı olan, hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə və dəyişiklik edilməyən bir ədəd avtomat silahı, 30 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı döyüş sursatını, Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, texniki cəhətdən saz və istifadəyə yararlı bir ədəd darağı qanunsuz olaraq əldə edib daşıyaraq Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisindən keçən 336-cı kilometrliyində, Bakı şəhəri istiqamətində yolun sağ kənarında yerləşən əkin sahələrinin içərisindən keçən su kanalının üzərində inşa edilmiş körpünün altında gizlədib qanunsuz olaraq saxlamış, 29 may 2023-cü il tarixdə saat 19 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisindən keçən 336-cı kilometrliyində, yolun Bakı şəhəri istiqamətində sağ kənarında yerləşən əkin sahələrinin içərisindən keçən su kanalının üzərində inşa edilmiş körpünün altına baxış keçirilərkən qeyd olunan odlu silah, onun komplekt hissəsi və döyüş sursatı körpünün altında aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq iş yeri olmadığı üçün pul qazanmaq üçün müxtəlif işlərlə məğul olurmuş. 2023-cü ilin fevral ayının sonlarında dəqiq xatırlamadığı gündə Dəliməmmdəli-Muzdurlar avtomobil yolunun Goranboy rayonu Muzdurlar kəndindən keçən hissəsində avtomobil yolunun kənarında metal qırıntıları atılan yerdə metal yığan zaman ağ rəngli sintetik kisə onun diqqətini cəlb etmiş və içərisində metal qırıntıları olub-olmadığını yoxlamaq üçün həmin sintetik torbanı açıb içərisinə baxan zaman torbanın içərisində bir ədəd avtomat, avtomat qundağı və patron ilə dolu bir ədəd sandıqça olduğunu görmüşdür. Odlu silahlara marağı olduğu üçün tapdığı bir ədəd avtomatı saxlamaq qərarına gəlmiş, bunun üçün avtomatı, qundağını və parton ilə birlikdə sandıqçanı götürüb başqa sellofan torbanın içərisinə qoymuş, sonra piyada hərəkət edərək Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində yolun sağ kənarında yerləşən “Nübar” restoranın axrasındakı əkin sahələrinin yanına gəlmiş, tapdığı avtomatı əkin sahələrinin içərisindən keçən su kanalının üzərində olan körpünün alt hissəsinə gizlətmişdir. Sonra təxminən 2023-cu ilin mart ayının əvvəllərindən başlayaraq Goranboy rayonu Muzdurlar kəndi ərazisində yerləşən Goranboy rayon Muzdurlar kənd sakini Musa adlı şəxsə məxsus avtoyuma məntəqəsində qeyri-rəsmi olaraq işləmiş, hər gün təxminən saat 09 radələrində yaşadığı ünvandan çıxaraq piyada Muzdurlar kəndinə iş yerinə gedir və axşam təxminən saat 19 radələrində piyada olaraq yaşadığı ünvana gəlirmiş. Təxminən 5-6 ay olar narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir, lakin mütəmadi olaraq narkotik vasitə əldə edə bilmədiyi üçün daimi olaraq istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 19:15 radələrində işlədiyi avtoyuma məntəqəsindən işdən çıxaraq piyada Dəliməmmədli şəhəri ərazisinə doğru hərəkət edən zaman Muzdurlar kəndi ilə Dəliməmmədli şəhəri arasında olan əkin sahələrinin kənarı ilə hərəkətdə olan zaman yerdə bir ədəd göy rəngli sellofan torba görmüş, həmin torbanın dolu olması diqqətini çəkmiş, həmin torbanı götürüb içinə baxan zaman torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. O, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyi üçün həmin torbanın içərisində olan kütlənin qurudulmuş marixuana olduğunu bilmiş və şəxsi istifadəsi üçün içərsində qurudulmuş marixuana olan bir ədəd torbanı götürüb əynində olan qara rəngli, qabağı zəncirbəndlə bağlanan gödəkçənin alt hissəsinə yerləşdirmişdir. Sonra piyada Dəliməmmədli şəhərinə doğru hərəkət etməyə başlamış, təxminən 19:30 radələrində Dəliməmmədli şəhərinə çatan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Goranboy RPŞ-nin əməkdaşları olduqlarını, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu üzərində şəxsi axtarış aprılması məqsədi ilə Goranboy RPŞ-yə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşlarının xidməti avtomobilinə əyləşərək Goranboy Rayon Polis Şöbəsinə gəlmiş, yolda gələrkən polis əməkdaşları yanında əyləşdiyi üçün üzərindəki narkotik vasitə olan qurudulmuş marixuananı üzərindən ata bilməmişdir. Ona rayon polis şöbəsində hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edildikdən sonra şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin və RPŞ-nin əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Ona şəxsi axtarış aparılmazdan əvvəl hüquq və vəzifələri izah olunmuş və üzərində olan əşyaları, eləcə də narkotik vasitə vardırsa, onu çıxarıb masanın üzərinə qoymağı təklif edilmişdir. O da əynində olan qara rəngli, qabağı zəncirbəndlə bağlanan gödəkçənin alt hissəsinə yerləşdirdiyi mavi rəngli, içərisində qurudulmuş marixuana olan bir ədəd torbanı, həmin isti gödəkçənin sağ yan aşağı cibindən bir qutu LD markalı siqareti, həmin cibindən bir ədəd ağ rəngli alışqanı, əynində olan şalvarının sol yan cibindən bir ədəd bir ədəd 10 manatlıq, iki ədəd 5 manatlıq on ədəd 1 manatlıq kağız pul əskinaslarını çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin göy rəngli torbada olan narkotik vasitə qurudulmuş marixuana müdafiəçi və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilərək 470 qram çəkidə olduğu müəyyən edilmiş, ekspert tədqiqatına göndərilməsi üçün bir ədəd ağ rəngli zərfə qablaşdırılaraq Azərbaycan Respublikası DİNin 121 saylı möhürü ilə möhürlənib üzərinə imza edildikdən sonra ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokolu digər iştirakçılar ilə birlikdə imzalamışdır. Şəxsi axtarış zamanı təqdim etdiyim bir qutu LD markalı siqaret, bir ədəd ağ rəngli alışqan, bir ədəd bir ədəd 10 manatlıq, iki ədəd 5 manatlıq, on ədəd 1 manatlıq, ümumilikdə 30 manat pulum maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə geri qaytarılmışdır. Bundan sonra o, CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində 03 ay həbs qətimkən tədbiri seçilərək Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. xx.xx.2023cü il tarixdə saxlanıldığı təcridxanadan Goranboy RPŞ-nin MSY-yə gətirilmiş, xx.xx.2023cü il tarixdə Goranboy RPŞ-nin MSY-nin istintaq otağında təhqiqatçı Həbib Hacıyev izahatını alan zaman onda oldu silah olması barədə əməliyyat məlumatı daxil olduğunu bildirmiş, o da polis əməkdaşlarının məlumatı olduğu üçün məcbur olub hər şeyi səmimi etiraf etmişdir. O, odlu silahı tapdığını, tapdıqdan sonra isə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində yolun sağ kənarında yerləşən “Nübar” restoranın axrasındakı əkin sahələrinin içərisindən keçən su kanalının üzərində olan körpünün alt hissəsinə gizlətdiyini demişdir. Bundan sonra polis əməkdaşları ilə həmin yerə getmiş, bir ədəd avtomat silahını, onun qundağını, içərisi patronla dolu olan bir ədəd sandıqçanı gizlətdiyi yeri göstərmişdir. Bundan sonra polis əməkdaşları bir ədəd avtomat silahını, onun qundağını, içərisi patronla dolu olan bir ədəd sandıqçanı gizlətdiyi yerdən çıxarmış, baxış keçirmiş, maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün qabşaldıraraq ekspertiza tədqiqatına göndərilməsi üçün götürmüşlər. Yekunda törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən ona heç bir təzyiq və zor tətbiq edilməmişdir və o, cəzasının yüngülləşməsinə görə hər şeyi könüllü etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda o, Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 29 mart 2023cü il tarixdə Goranboy rayon Dəliməmmədli şəhərində Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə xidmətdə olan zaman Dəliməmmədli şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumatı dərhal Goranboy Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmiş, təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün tərəfindən qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri isə o, Goranboy RPŞ-nin CABnin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 ibarət olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə saat 18:50 radələrində xidməti avtomobillə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisinə yollanmışdır. Təxminən 25 dəqiqə sonra Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisinə çatmışdır. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs işlədiyi Goranboy rayonu Muzdurlar kəndi ərazisində yerləşən avtoyuma məntəqəsindən işdən çıxaraq piyada hərəkət edərək Dəliməmmədli şəhərinə doğru hərəkət etdiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs hərəkət istiqaməti əməliyyat məlumatına əsasən onlara məlum olduğu üçün Dəliməmmədli şəhərində Muzdurlar kəndindən gələn avtomobil yolunun kənarında gözləməyə başlamışlar. Təxminən 15 dəqiqə orada gözlədikdən sonra Təqsirləndirilən şəxs piyada hərəkət edərək onlara doğru gəldiyini görmüşlər. Sonra əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərmişlər və Goranboy Rayon Şolis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah etmişlər. Ardınca onlarla birlikdə üzərində şəxsi axtarış aparılacağı məqsədi ilə Goranboy Rayon Polis Şöbəsinə gəlməli olduğunu demişlər. Təqsirləndirilən şəxs onların təklifini qəbul edib hüquqlarının və vəzifələrinin ona aydın olduğunu bildirərək polis şöbəsinə getməyə razılıq vermişdir. Sonra Təqsirləndirilən şəxs xidməti avtomobillə onlarla birlikdə şöbəyə gəlmişdir. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra X6nın xidməti otağına aparılmış, onun tərəfindən yenidən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üzərində şəxsi axtarış aparılacağı və şübhəli şəxs qismində tutulacağı bildirilmişdir. Təqsirləndirilən şəxs bununla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs X6 tərəfindən şübhəli şəxs qismində tutulmuş, sonra X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Goranboy rayon ərazisində və digər yerlərdə fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının Goranboy Rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən müdafiə edilməsini istədiyi üçün vəkil İlqar Həsənov müdafiəçi qismində dəvət edilmişdir. Vəkil gəldikdən sonra onun, Şahid2 və vəkil İlqar Həsənovun iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Şəxsi axtarış zamanı video çəkiliş Goranboy RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis baş leytenantı X5 tərəfindən həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq çıxarıb masanın üzərinə qoyulması təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əynində olan bir ədəd qara rəngli, qabağı zəncirbəndlə bağlanan isti gödəkçənin qabaq zəncirbəndini açaraq qabaq sol hissədən bir ədəd üzərinə “Orginal Levis” sözləri yazılmış içərisində narkotik vasitə olan marixunaya bənzər kütlə olan sellofonu, həmin gödəkçənin sağ yan cibindən bir qutu LD markalı siqareti, həmin cibdən bir ədəd ağ rəngli alışqanı, qara rəngli cins şalvarının sol yan cibindən iki ədəd 10 manatlıq, on ədəd 1 manatlıq pul əskinaslarını çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya digər məmulatlar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzi vasitəsi ilə çəkilmiş və sonra həmin narkotik vasitə olan qurudulmuş marixuana X6 tərəfindən qablaşdırılmış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüşdür. Bununla yanaşı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir qutu LD markalı siqaret, bir ədəd ağ rəngli alışqan, iki ədəd on manatlıq, on ədəd bir manatlıq pul əskinasları maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. X6 tərəfindən tərtib edilmiş sənədləri isə digər iştirakçılar ilə birlikdə imza etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunarkən məlum oldu ki, o, iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Müşfiq oğlu ifadəsində göstərmişdir ki, o, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 29 may 2023-cü il tarixdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və dərhal Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid4, Goranboy RPŞ-nin MSY növbətçisi X3 və Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X4 və onun daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat-axtarış qurupunun üzvləri ilə birlikdə Bakı-Qazax yolunun Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazsindən keçən 336-cı kilometrliyində Bakı şəhəri istiqamətində sağ hissəsində yerləşən əkin sahəsində yerləşən su kanalının yanına getmişlər, həmin yerdə su kanalının üzərində inşa edilmiş körpünün altında beton dirəyin altından 1 ədəd “Kalaşnikov” markalı avtomat 1 əsas daraq və 30 ədəd patron aşkar edilərək götürülmüşdür. Həmin avtomata baxış keçirilən zaman qundağı və sandıqçasının sökülməsi, nömrəsinin silinməsi və üzərində 1968 rəqəmlərinin yazılması müəyyən edilmişdir. Bundan sonra həmin avtomat və adları qeyd olunan predmetlər ekspertizaya təqdim edilməsi üçün qablaşdırılıraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin avtomatın, 1 ədəd daraq və 30 ədəd patronların ona məxsus olduğunu həmin əşyaları yaşadığı ərazidə yerləşən zibillikdə dəmir yığan zaman tapdığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy Rayon Polis Şöbəsinin əməkdaşı Şahid4 iş üzrə digər Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:20-də şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış aparılması haqqında” 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X7 şöbənin əməkdaşlarının və barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində saat 21:37-də şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl istintaq hərəkətində iştirak edən şəxslərə şəxsi axtarış aparılmasında foto və video çəkilişdən istifadə ediləcəyi barədə məlumat verildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə masanın üzərinə qoyaraq təqdim olunması təklif edildi. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin qabaq zəncirbəndini açaraq qabaq sol hissədən bir ədəd üzərinə “Orginal Levis” sözləri yazılmış içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə olan sellofanı, həmin gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli LD markalı siqaret qutusunu, həmin cibdən bir ədəd ağ rəngli alışqanı, qara rəngli cins şalvarın sol yan cibindən iki ədəd 10 manatlıq, on ədəd 1 manatlı q pul əskinaslarını çıxarıb masanın üzərinə qoydu. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin qurudulmuş marixuana kimi tanıdığı marixuanaya bənzər kütləni xx.xx.2023-cü il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhərində tapmasını, özü istifadə etdiyi üçün üzərində gəzdirməsini bildirdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa bir maddə aşkar edilmədi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Orginal Levis” sözləri yazılmış içərisində narkotik kütlə olan marixuanaya bənzər kütlənin narkotik vasitə olduğunu bildirdi. Narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 470 (dörd yüz yetmiş) qram olduğu müəyyən edildi və iştirakçıların iştirakı ilə ağ rəngli zərfə qoyularaq qablaşdırıldı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün götürüldü. Təqsirləndirilən şəxs məxsus olan şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir ədəd ağ rəngli “LD” markalı siqaret qutusunu, bir ədəd ağ rəngli alışqanı, iki ədəd 10 manatlıq, on ədəd 1 manatlıq pul əskinaslarını maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarıldı; “Hadisə yerinə baxış keçirilməsi haqqında” 29 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisindən keçən 336-cı kilometrliyində, Bakı şəhəri istiqamətində yolun sağ kənarında yerləşən əkin sahələrinin içərisindən keçən su kanalının üzərində inşa edilmiş körpünün altında bir ədəd avtomat silahı, 30 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı döyüş sursatını, Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, texniki cəhətdən saz və istifadəyə yararlı bir ədəd darağı gizlətmiş və qeyd olunan predmetlər həmin yerdən aşkar edilərək götürülmüş, qəhvəyi rəngli zərfdə qablaşdırılmış, ekspertiza tədqiqatına göndərilməsi üçün AR DİN-nin 121 saylı möhürü ilə möhürlənmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023-cü il tarixli 16/370 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlənin qablaşdırılması” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd mavi rəngli sellofan paketdə təmiz çəkisi 465 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 465 qram, 0,2 qramı tədqiqata sərf edilmiş, 464,8 qramı qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat təşkil edir; Azərbaycan Respublikası DİN-nin Krimanlistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 23/440R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş N-si silinmiş silah, keçmiş SSRİ-də 1968-ci ildə istehsal olunmuş 7,62 mm kalibirli Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmləri üzərində heç bir əlavə, dəyişiklik edilməmişdir. Tədqiqata tədim edilmiş 30 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 7,62x39 kalibrli kalaşnikov avtomatlarında, əl plemyotlarında və SKS karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və istifadəyə yararlıdır. Təqdim edilmiş 01 ədəd əşya Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağıdır, texniki cəhətdən sazdır və istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 30 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur; Goranboy Rayon Məhkəməsinin 4(045)-18/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbetmənin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya Baş İdarəsi tərəfindən 09 may 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş və ya götürülməmiş məhkumluğu vardır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri Narkoloji Dispanserinin 15 may 2023-cü il tarixli, 842 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür; “Maddi sübut qismində tanıma barədə” 08 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülərək bir ədəd mavi rəngli torbada ekspertiza tədqiqatından sonra təmiz çəkisi 464,8 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-214/2020 16 iyun 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-489/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 (üç) ay 10 (on) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir; Goranboy Rayon Məhkəməsinin 4(045)-34/2023 nömrəli. xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay müddətinə, yəni 29 avqust 2023-cü il tarixədək uzadılmışdır; “Sübutların qiymətləndirilməsi haqqında” 05 avqust 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş 1 ədəd N-si silinmiş silah, keçmiş SSRİ-də 1968-ci ildə istehsal olunmuş 7,62 mm kalibirli “Kalaşnikov” konstruksiyalı AKM modelli avtomat silahı, 30 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x39 kalibrli “Kalaşnikov” avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı döyüş sursatı, “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olmaqla. 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, texniki cəhətdən saz və istifadəyə yararlı bir ədəd daraq iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nin anbarına təhvil verilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuananın təmiz çəkisi 465 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə-iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy RİHB-nin Dəliməmədli şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə). Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-in: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarına əsasən CM-in 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli hökmü ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə o, cəzasının çəkilməmiş 3(üç) ay 10 (on) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, CM-in 83.3.2-83.3.5 və 83.4-cü maddələrinin məzmunundan göründüyü kimi, həmin maddələrdə nəzərdə tutulmuş bütün hallarda məhkumluğun ödənilməsi müddətinin axımının başlanması cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilmə vaxtından hesablanır. Təqsirləndirilən şəxs 08.10.201-ci il tarixdə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və şərti cəzasını da 18 yanvar 2022-ci il tarixdə çəkib qurtarmışdır. Az ağır cinayət törətdiyi üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu hazırkı cinayət əməllərini törədərkən ödənilməmiş və ya götürülməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətlərin residivini yaradır. CM-in: 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-in 65.1-ci maddəsində sadalanan hallarla yanaşı, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmaqla islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə olan halda` cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.1 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti cəza müəyyən edilməli (CM-66.2), cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan hesablanmalı (CPM-158.2.1, 158.6, CM- 69.3), hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar - Goranboy RPŞ-də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 464,8 qram olan qurudulmuş marixuana məhv edilməli, Goranboy RPŞ -nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 1 ədəd N-si silinmiş silah, keçmiş SSRİ-də 1968-ci ildə istehsal olunmuş 7,62 mm kalibirli Kalaşnikov konstruksiyalı AKM modelli bir ədəd avtomat silah, 30 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı döyüş sursatı, Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, texniki cəhətdən saz və istifadəyə yararlı bir ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verililməli(CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 9 (doqquz) iş saatı üçün cəmi 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 1 ədəd N-si silinmiş silah, keçmiş SSRİ-də 1968-ci ildə istehsal olunmuş 7,62 mm kalibirli Kalaşnikov konstruksiyalı AKM modelli bir ədəd avtomat silah, 30 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı döyüş sursatı, Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, texniki cəhətdən saz və istifadəyə yararlı bir ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut - Goranboy RPŞ-də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 464,8 qram olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatı üçün cəmi 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-64/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-64/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver