Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-64/2024 26.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ saat 15:15 X5 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1982-ci il tarixdə Ermənistan Respublikası Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən yabanı halda bitmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını toplayıb yaşadığı evin həyətyanı sahəsində yerləşən moruq kollarının içərisində iki ədəd və həyətyanı sahəni əhatə mişar daşlarla hörülmüş hasarın yaxınlığında isə bir ədəd əkib, qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərib kultivasiya etmiş, 24 iyun 2024-cü il tarixdə saat 14:00-da Goranboy RPŞ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Qaradağlı kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahədə olan moruq kollarının içərisində və mişar daşlarla hörülmüş hasarın yaxınlığında bir ədədinin uzunluğu 165 sm, bir ədədinin uzunluğu 154 sm və bir ədədinin uzunluğu 44 sm, ümumi çəkisi 700 qram xeyli miqdarda üç ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Goranboy rayonu Qaradağlı kəndində arvadı X3 və yetkinlik yaşına çatmayan 3 yaşlı oğlu Özcanla birlikdə yaşayır. Yetkinlik yaşına çatmayan oğlu Özcandan başqa iki övladı da vardır. Lakin həmin övladlarından Nihat hazırda Türkiyə Respublikasında, qızı Selcan isə təhsilini Bakı şəhərində davam etdirdikləri üçün ondan ayrı yaşayırlar. Bir müddətdir ki, narkotik vasitə olan marixuana istifadə edir. Narkotik vasitə olan marixuananı istədiyi vaxt əldə edib istifadə etməkdə çətinlik çəkmiş, buna görə də qərara gəlmiş ki, yaşadığı evin həyətində yabanı halda bitən çətənə kollarının toxumlarından əkib özü üçün istifadə etsin. Bunun üçün isə narkotik tərkibli çətənə kollarının toxumlarını tapmalı olmuş, 2024-cü ilin mart ayında dəqiq xatırlamadığı gündə Goranboy rayonu Qaradağlı kəndi ərazisində yaşadığı evin yaxınlığından keçən çayın kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə kollarının toxumladığını görmüş, həmin vaxt ətrafda və yaxınlıqda heç kim olmadığı üçün sonradan şəxsi istifadəsi ilə bağlı yabanı halda bitmiş çətənə kollarının toxumlarından yığmağa başlamış, yığaraq əldə etdiyi çətənə kollarının toxumlarını yaşadığı evin həyətinə gətirib orada həyətyanı sahəsində əkmiş, bundan sonra əkdiyi çətənə kollarının toxumlarına mütəmadi olaraq qulluq göstərməyə başlamış, bir müddət sonra toxumlar böyüyüb kola çevrilmiş, həmin kolların sayı isə üç ədəd olmuş, üç ədəd çətənə kollarından ikisi həyətyanı sahənin içərisində olan moruq kollarının içərisində, biri isə həyətyanı sahəni əhatə edən mişar daşlarından hörülmüş hasarın yaxınlığında olmuşdur. 24 iyun 2024-cü il tarixdə saat 14:00-da yaşadığı evdə olan zaman polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları onun narkotik tərkibi çətənə bikilərini əkib-becərmək işi ilə məşğul olmaqda şübhəli olduğunu və bununla bağlı yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəyini demişlər. Həmçinin polis əməkdaşları onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı ona hüquq və vəzifələrini zah etmişlər. Hüquq və vəzifələri ona aydın olduğu üçün yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazı olmadığını demiş, bundan sonra da bununla bağlı ərizə yazmış, odur ki, polis əməkdaşları yaşadığı evin həyətyanı sahəsinə baxış keçirməyə başlamışlar. Baxışda isə özü, polis əməkdaşları və mütəxəssis iştirak etmiş, baxış video çəkiliş altında başlanmış, bundan sonra yaşadığı evin həyətyanı sahəsində əkib qulluq göstərdiyi çətənə kollarını təqdim etmiş, baxış zamanı yaşadığı evin həyətyanı sahəsində daş hasarın yaxınlığında bir ədəd, moruq kollarının içərsindən isə iki ədəd çətənə kolu aşkar edilmiş, həmin aşkar edilmiş üç ədəd narkotik vasitə olan çətənə kolları polis əməkdaşları tərəfindən götürülmüş, həmin vaxt çətənə kollarının uzunluqları polis əməkdaşları tərəfindən müəyyən edilərək qeyd edilmiş, bunun ardınca isə həmin üç ədəd çətənə kolları polis əməkdaşları tərəfindən qablaşdırılaraq üzəri möhürlənmiş, sonda isə polis əməkaşları ona hüquq və vəzifələrini yenidən izah edib onu Goranboy rayon polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının dəvətini qəbul edib onlarla birlikdə Goranboy rayon polis şöbəsinə gəlmiş, Goranboy rayon polis şöbəsinin inzibati binasına çatdıqdan sonra polis əməkdaşları onu tanımadığı bir otağa aparmışlar. Orada olan zaman şübhəli şəxs qismində saxlanıldığını demişlər və ona üzərində şəxsi axtarış keçiriləcəyi izah edilmiş, həmçinin polis əməkdaşları hüquqlarının müdafiəsi ilə bağlı vəkil seçmək hüququnun olmasını izah etmişlər. Bunun ardınca isə hüquqlarının müdafiəsi üçün Goranboy rayon polis şöbəsinə dəvət edilmiş, vəkil gəldikdən sonra isə onun üzərində şəxsi axtarış aparılacağı bir daha polis əməkdaşları tərəfindən bildirilmiş, həmçinin yenidən hüquq və vəzifələri izah edilmiş, bundan sonra polis əməkdaşları və vəkil Müdafiəçi iştirakı ilə onun üzərində video çəkiliş altında şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi bildirilmiş, əynində olan şalvarın sol yan cibindən ümumi məbləği 100 manat olan 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq kağız pul əskinaslarını və şalvarının sağ yan cibindən 1 ədəd “Redmi 12” markalı mobil telefonunu təqdim etmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və ya dövriyyəsi qadağan olunmuş hər hansısa alət aşkar edilməmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş ümumi məbləği 100 manat təşkil edən pul iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılsa da bir ədəd “Redmi 12” markalı mobil telefonu iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, o, tərkibində narkotik maddə olan çətənə bitkisini kultivasiya etsə də etdiyi əməldən peşmandır və bir daha belə əmələ yol verməyəcəkdir. Himayəsində biri azyaşlı olmaqla üç övladı vardır. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, hazırda Goranboy rayon Bitki Mühafizə İdarəsində aqronom vəzifəsində çalışır. 24 iyun 2024-cü il tarixdə mütəxəssis qismində Goranboy RPŞ- nin TB-nin təhqiqatçısı Rəhman Həsənovun 24 iyun 2024-cü il tarixli qərarına əsasən Goranboy RPŞ-nə dəvət olunduğu üçün Goranboy RPŞ-nə gəlmiş, Goranboy RPŞ-nin inzibati binasında təhqiqatçı Rəhman Həsənovun xidməti otağında olan zaman Rəhman Həsənov ona Goranboy rayonu Qaradağlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkərək aqrotexniki qaydada qulluq göstərməsi ilə bağlı daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi zərurəti yarandığını və onunda mütəxəssis qismində həmin baxışda iştirak etməyinin vacibliyini bildirmiş, həmçinin təhqiqatçı Rəhman Həsənov bununla bağlı ona hüquq və vəzifələrini izah etmiş, o da həmin baxışda iştirak etməyə razılıq vermiş, bundan sonra isə polis əməkdaşları Şahid2, Şahid1 və Rəhman Həsənovla birlikdə Goranboy rayon polis şöbəsindən çıxıb xidməti avtomobillə Goranboy rayonu Qaradağlı kəndinə Təqsirləndirilən şəxs yaşadığı evin önünə gəlmişlər.Həmin vaxt saat 14 radələri olmuş, orada olarkən video çəkiliş başlanılmış və həyətdən Təqsirləndirilən şəxs çıxıb özünü təqdim etmiş, bundan sonra təhqiqatçı Rəhman Həsənov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında baxış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs isə buna etiraz etmədiyini demiş, buna görə də RPŞ-nin əməkdaşları Şahid2, Şahid1, Rəhman Həsənov, özü və Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evin həyətinə video çəkiliş altında baxış keçirilməsinə başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində daş hasarın yaxınlığında bir ədəd, moruq kollarının içərsindən isə iki ədəd çətənə bitkiləri aşkar edilmiş, aşkar edilmiş çətənə bitkilərinə onun tərəfindən baxış keçirilmiş, baxış zamanı müəyyən etmiş ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 3 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir.Həmçinin aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri təhqiqatçı Rəhman Həsənov tərəfindən metrə vasitəsi ilə ölçülərək qablaşdırılıb üzəri möhürlənmiş, sonda video çəkiliş dayandırılmış, bundan sonra isə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri ilə birlikdə xidməti avtomobillə Goranboy rayon polis şöbəsinin inzibati binasına aparılmış, o da polis əməkdaşları ilə birlikdə Goranboy rayon polis şöbəsinə gəlmiş və Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş 3 ədəd narkotik tərkibli çətənə bitkilərinə dair rəyi yazıb təhiqatçı Rəhman Həsənova təqdim etdim.Sonda isə baxış keçirilməsi barədə sənədi digər iştirakçılar ilə birlikdə imza etmişdir. İş üzrə digər şahidlər Şahid1 Üzeyr oğluna və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Şahid1 Üzeyr oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında tədqiq edildikdən sonra elan olunarkən aydın olur ki, o, hazırda Azərbaycan Respublikası DİN-in Goranboy RPŞ-nin CAB- nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir.24 iyun 2024-cü il tarixdə Goranboy rayonu Qaradağlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumat dərhal onun tərəfindən Goranboy rayon polis şöbəsinin rəhbərliyinə məruzə edilmiş, təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri isə Goranboy RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid2, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X2 və ondan ibarət olmuş, bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi məqsədi ilə təhqiqatçı Rəhman Həsənov tərəfindən Şahid3 mütəxəssis qismində dəvət olunmuş, bunun ardınca RPŞ-nin əməkdaşları Şahid2, Rəhman Həsənov və mütəxəssis qismində təyin edilmiş Şahid3lə birlikdə xidməti avtomobillə RPŞ-dən çıxıb Goranboy rayonu Qaradağlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmişlər.Təxminən saat 14:00-da Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmişlər.Orada olarkən video çəkiliş başlanılmış və həyətdən Təqsirləndirilən şəxs çıxıb özünü təqdim etmiş, bundan sonra təhqiqatçı Rəhman Həsənov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında baxış keçiriləcəyi bildirilmiş, Rəhman Həsənov isə buna etiraz etmədiyini demiş və bununla bağlı ərizə ilə müraciət etmiş, buna görə də RPŞ-nin əməkdaşları Şahid2, Rəhman Həsənov, mütəxəssis qismində təyin edilmiş Şahid3 və Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evin həyətinə video çəkiliş altında baxış keçirilməsinə başlanılmış, video çəkilişi isə Goranboy RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Həbib Məmmədov həyata keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində daş hasarın yaxınlığında bir ədəd, moruq kollarının içərsindən isə iki ədəd çətənə bitkiləri aşkar edilmiş, həmin aşkar edilmiş üç ədəd narkotik vasitə olan çətənə bitkilərinə mütəxəssis qismində dəvət edilmiş Şahid3 tərəfindən baxış keçirilmiş, həmçinin aşkar edilmiş çətənə bitkiləri təhqiqatçı Rəhman Həsənov tərəfindən metrə vasitəsi ilə ölçülərək qablaşdırılıb üzəri möhürlənmiş, sonda isə video çəkiliş dayandırılmış, bundan sonra isə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri ilə birlikdə xidməti avtomobillə Goranboy rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, Təqsirləndirilən şəxs Goranboy rayon polis şöbəsinə gətirildikdən sonra təhqiqatçı Rəhman Həsənovun xidməti otağına aparılmış, orada olarkən baxış keçirilməsi barədə müvafiq sənədi digər iştirakçılar ilə birlikdə imza etmiş, bunun ardınca Rəhman Həsənov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilib şübhəli şəxs qismində tutduqdan sonra üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs də bununla bağlı heç bir etirazının olmadığını bildirmiş, bunun ardınca isə təhqiqatçı Rəhman Həsənov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Goranboy rayon ərazisində və digər yerlərdə fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının Goranboy rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə edilməsini istədiyi üçün vəkil Müdafiəçi qismində dəvət edilmiş, az sonra vəkil Müdafiəçi gəlmiş və bundan sonra onun, Şahid2 və vəkil Müdafiəçi iştirakı ilə video çəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmış, video çəkilişi isə Goranboy RPŞ-nin KTQnun baş inspektor kriminalisti Həbib Məmmədov həyata keçirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, buna görə də Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən ümumi məbləği 100 manat olan 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq kağız pul əskinaslarını və şalvarının sağ yan cibindən 1 ədəd “Redmi 12” markalı mobil telefonunu çıxarıb təqdim etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və ya dövriyyəsi qadağan olunmuş hər hansısa alət və ya əşya aşkar edilməmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi məbləği 100 manat təşkil edən pul iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılsa da bir ədəd “Redmi 12” markalı mobil telefonu iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün təhqiqatçı Rəhman Həsənov tərəfindən götürülmüş, bununla da şəxsi axtarış keçirilməsi başa çatdırılmış və tərtib edilmiş sənədləri digər iştirakçılar ilə birlikdə imzalamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında tədqiq edildikdən sonra elan olunarkən aydın olur ki, o, iş üzrə digər Şahid1 Üzeyr oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Baxış və götürmə haqqında” 24 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X2, Goranboy RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 Məhiyəddin oğlunun, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Üzeyr oğlunun, Goranboy rayonu Bitki Mühafizəsi İdarəsində aqranom vəzifəsində işləyən Şahid3 və Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirtmişdir. Baxış keçirilən yer Goranboy rayonu Qaradağlı kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsidir. Təqsirləndirilən şəxs Goranboy rayonu Qaradağlı kənd ünvanda yerləşən fərdi yaşayış evinin girişində tünd göy rənglə boyanmış, dəmir materialdan hazırlanmış iki hissəli qapı (darvaza) varıdır. Həmin iki hissəli qapının sol tərəfində dəmir materialdan hazırlanmış tünd göy rəngli giriş qapısı vardır. Qapıdan həyətə daxil olduqda sol tərəfdə fərdi yaşayış evi, sağ tərəfdə isə evin həyətinin hasarı yerləşir. Bir qədər irəlidə sol tərəfdə isə həyətyanı sahəyə açılan qəhvəyi rəngli bir tərəfli giriş qapısı yerləşir. Həyətyanı sahədə müxtəlif növ ağaclar bitkiləri əkilmişdir. Qapıdan həyətə daxil olduqda düzünə gedib həyətyanı sahəyə daxil olan həyətyanı sahəsin sol tərəfində çayın kənarında kolluq ərazinin içərisində spesifik iyə məxsus narkotik maddə hesab edilən kökü torpaqda olan 2 ədəd çətənə bitkiləri, həmin ərazidən bir qədər irəlidə daş hasarın kənarında isə kəskin spesifik iyə məxsus narkotik maddə hesab edilən 1 ədəd çətənə bitkiləri, ümumilikdə 3 ədəd çətənə bitkiləri aşkar olunmuşdur. Baxış zamanı aqronom Şahid3 3 ədəd tərkibində narkotik maddə olan çətənə bitkilərinə baxış keçirib həmin bitkilərin narkotik vasitə olan marixuana olduğunu və aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Baxış zamanı aşkar olunmuş 1-ci çətənə bitkisinin uzunluğu 165 sm, 2-ci çətənə bitkisinin uzunluğu 154 sm, 3-cü çətənə bitkisinin uzunluğu 44 sm təşkil edən 3 (üç) ədəd çətənə bitkisinə bənzər bitkilər kökündən çıxarılaraq yaş halda 1 ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in 121 saylı möhürü ilə möhürlənmiş və ekspertiza tədqiqatına göndərilməsi üçün protokola əlavə edilmişdir. Bununla da baxış keçirilməsi başa çatdırılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 24 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Şəxsi axtarış aparılması haqqında” 24 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində qəhvəyi rəngli cins şalvar, ağ rəngli üzərində sol döş hissəsinə qırmızı rəngdə “Petrol Ofisi” sözləri yazılmış qısaqol kofta, ayağında isə qara rəngli çəkələk vardır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs öz istifadəsi üçün Goranboy rayonu Qaradağlı kəndində yaşadığı evin həyətinə çətənə bitkisini əkdiyini, əvvəllər narkotik tərkibli çətənə bitkisi əkmədiyini, marixuanadan istifadə etdiyini, həyətinə əkdiyi çətənə bitkisindən hər hansı şəxsə vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan qəhvəyi rəngli cins şalvarın sol yan cibindən ümumi məbləği 100 manat olan 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq kağız pul əskinası və şalvarının sağ yan cibindən 1 ədəd redmi 12 markalı mobil telefon aşkar edilmişdir. Onun üzərindən aşkar edilən 100 manat pul maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün sayılaraq onun özünə geri qaytarılmış və aşkar edilərək götürülən redmi 12 markalı mobil telefon maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evində narkotik vasitə saxlayıb saxlamamağı barədə və əgər varsa könüllü təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində hər hansı bir narkotik vasitənin olmadığını bildirmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2024-cü il tarixli, 16/737 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək qablaşdırılan 3 ədəd marixuana bitkisinə oxşar kol..” adlar və imzalar olan sintetik kisədəki, 3 ( üç ) ədəd ümumi təmiz çəkisi 700 qram bitki nümunələri əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid3 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə bitkisi ümumi çəkiləri – 700qr tədqiqata istifadə olundu cəmi – 0,06qr (hər ob 0,02qr), qalıq – 699,94 qr (1-3№-li ob) Aparılmış tədqiqatın dəyəri 32.40 manat təşkil edir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən azad edilməsi haqqında” 26 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilmiş (saat 12:00) və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Maddi sübut qismində tanıma barədə” 26 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayonu Qaradağlı kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində aşkar olunaraq götürülüb bir ədəd sintetik kisədə qablaşdırılmış ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 699,94 qram çəkidə əkib-becərilməsi qadağan olunmuş 3 ədəd narkotik tərkibli çətənə ( kannabis ) bitkiləri Goranboy RPŞ-nin saxlancına verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Mobil telefonun təhvil verilməsi barədə” 26 iyun 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd Redmi 12 markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12 avqust 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 12 avqust 2024-cü il tarixli, 1343 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır; 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir; 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır; 21-ci maddəsinə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİİ siyahının (Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər) 1-ci qrafasına əsasən narkotik maddə hesab edilən 2-10 ədəd (4-20 hissə), 3-15 ədəd (6-30 hissə) çətənə növlü bitkilər xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə kolları 3 ədəd təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin say Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 17ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını; himayəsində 1-i azyaşlı olmaqla 3 övladının olmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (Azərbaycan Respublikası Cinayət Məcəlləsi-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 699,94 qram olan 3 ədəd narkotik tərkibli çətənə kolları məhv edilməli (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi -132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 699,94 qram olan 3 ədəd narkotik tərkibli çətənə kolları məhv edilsin. İş üzrə ekspertiza xərci 32,4 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(045)-64/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-64/2024
26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver