Məhkəmə qərarları › İş №1(045)-65/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-65/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-65/2023 31.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin vəkili Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Goranboy rayonu Baxçakürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonu Baxçakürd kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan - barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdə saat 19:30 radələrində Goranboy rayonu Baxçakürd kəndində yaşadığı evin qarşısında bacısının əri Şahid1 ilə Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmin yerə gəlib orada Zərərçəkmiş şəxsla aralarında borc məsələsi ilə bağlı şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı təpiklə Zərərçəkmiş şəxs xaya nahiyyəsinə, əlindəki taxta parçası ilə isə sağ qoluna, sol çiyin nahiyyəsinə vurmaqla sonuncuya sağ və sol yuxarı ətrafın hematomaları, hərəkət məhdudluğu və sol xayanın əzniyi-şişkinliyindən ibarət sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır. Belə ki, 2022-ci ilin avqust ayınının əvvəllərində dəqiq xatırlamadığı gündə Zərərçəkmiş şəxs onun yaşadığı ünvana gəlmiş, həmin vaxt Zərərçəkmiş şəxs onunla söhbət etməyə başlayıb özünə məxsus arı yeşiklərinin olduğunu və həmin arı yeşiklərini saxlamaq üçün boş məhlə axtardığını demiş, o da həmin vaxt Baxçakürd kəndində yerləşən özünə məxsus boş məhlə olduğu üçün Zərərçəkmiş şəxs arı yeşiklərini ona məxsus məhlədə saxlaya biləcəyini demiş, həmçinin Zərərçəkmiş şəxs arı yeşiklərini Baxçakürd kəndində ona məxsus məhlədə saxlaması müqabilində aylıq olaraq 100 manat pul verməsini demiş, Zərərçəkmiş şəxs da onunla razılaşmış, hətta Asif ona əlavə olaraq da hörmət edəcəyini demiş, bundan sonra Zərərçəkmiş şəxs Tahirlə birlikdə gəlib özlərinə məxsus 45 yeşik arıları ona məxsus məhləyə qoymuş, bundan sonra isə Tahir adlı şəxsə məxsus 28 yeşik arı ona məxsus məhlədə iki ay müddətində qalmış, iki aydan sonra isə Tahir adlı şəxs özünə məxsus 28 yeşik arıları götürüb aparmış, lakin Asifə məxsus 17 yeşik arılar ona məxsus Baxçakürd kəndində yerləşən məhlədə qalmış, 2022-ci ilin oktyabr ayının sonunda isə Zərərçəkmiş şəxs da özünə məxsus 17 yeşik arıları ona məxsus Baxçakürd kəndində yerləşən məhlədən götürüb aparmış, lakin həmin vaxt Asif ona pul verməmiş, Tahir isə ondan əvvəl arı yeşiklərini aparsa da ona iki ay müqabilində cəmi 30 manat pul vermiş, Zərərçəkmiş şəxs isə arı yeşiklərini apardıqdan sonra ona ümumiyyətlə pul verməmiş, əslində isə Asif və Tahir ümumilikdə ona arı yeşiklərinin məhlədə qalması və onun həmin arı yeşiklərinə nəzarət etməyinə görə 600 manat pul verməli olmuş, lakin ona cəmi 30 manat pul verilmiş, bundan başqa isə Asifə məxsus arı yeşikləri ona aid məhlədə qalan zaman Asif Gəncə şəhərindən satıb pul qazanmağı üçün ona qab-qacaq və digər əşyaları gətirib vermiş, o da həmin qab-qacaq və digər əşyaların bir qismini satmış, lakin sonradan Asif gəlib həmin qab-qacaqların və digər əşyaların satılmayanlarını avtomobili ilə aparmış, yekunda isə qab-qacaq və digər əşyaları Asifdən alıb satmağı ilə əlaqədar ona 120 manat pul borcu qalmış, həmin pulu təqaüd alan zaman verə biləcəyini demiş, Asif isə ona 220 manat pul borcu qaldığını demiş, bu səbəbdən də Asif ondan 220 manat pul istəmiş, o da buna etirazını bildirib 120 manat pul verəcəyini demiş, həmçinin də Asifə demiş ki, borclu olduğu 600 manat pulu verdiyi halda həmin 120 manat pulu qaytaracaqdır.Asif də bundan sonra çıxıb getmiş, 23 aprel 2023-cü il tarixdə axşam saat təxminən 19:30 radələrində yaşadığı evin yaxınlığında sahədə özünə məxsus xırda buynuzlu heyvanlarını otlatmış, bir az sonra yaşadığı evin yaxınlığından səs-küy gəldiyini eşitmiş, buna görə də xırda buynuzlu heyvanlarını yaşadığı evin həyətinə gətirmiş, yolda görmüş ki, kürəkəni Bəhruz yaşadığı evin qarşısında yolda yerdə yıxılı vəziyyətdədir.Həmin vaxt Bəhruzdan nə baş verdiyini soruşduqda Bərhuz ona məxsus məhlədən Asifin özünə məxsus təkərləri yığan zaman aralarında mübahisə olduğunu və həmin vaxt Asifin onu itələdiyini demiş, lakin həmin vaxt Asif orada olmamış, bundan sonra yaşadığı evə getmiş, bacısı Günay isə Asifin qanunsuz hərəkətləri barədə DİN-in “102” zəng xidməti mərkəzinə müraciət etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs onu döyməyi barədə qeyd etdiklərinin tamamilə yalan olduğunu, belə ki, Zərərçəkmiş şəxsla kürəkəni Bəhruzun mübahisə belə etmələrini görmədiyini, bundan başqa isə Asifin xayasına təpiklə vurmadığını, bundan başqa taxta parçası ilə Asifin sol çiyin nahiyyəsinə və sağ qoluna vurmadığını, faktiki olaraq Bəhruzla Asif mübahisə edən zaman onlardan aralıda özünə məxsus xırda buynuzlu heyvanları otlatdığını, sonradan gəldikdə Asiflə kürəkənim Bəhruzun arasında sözlü mübahisə olduğunu bildiyini, lakin orada olan zaman isə artıq Asifin avtomobilinə əyləşib getdiyini, yəni həmin vaxt Asifi ümumiyyətlə görmədiyini, Asiflə kürəkəni Bəhruzun mübahisə etmələrinin şahidi olmadığını, bundan başqa isə kürəkəni Bəhruzun ağacla Asifi vurmasına inanmadığını, belə ki, kürəkəni Bəhruzun xəstə olduğunu və ayaqlarında problemi olduğu üçün doğru düzgün yeriyə bilmədiyini və İİ qrup əlil olduğunu, buna görə də kürəkəni Bəhruzun Asifi vurmasının mümkünsüz olduğunu göstərmişdir. Odur ki, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 14 yeşikdən ibarət arı ailəsi saxlamış, lakin yay vaxtı 14 yeşik arı ailəsini saxlamağa yeri olmadığı üçün bununla əlaqədar yer axtarmış, Goranboy rayonu Baxçakürd kəndi yaşadığı Gəncə şəhərinə yaxın olduğu üçün həmin kəndin ərazisində arı ailəsini saxlamaq üçün yer axtarmış, odur ki, 2022-ci ilin avqust ayında dəqiq xatırlamadığı gündə Baxçakürd kəndində 14 yeşik arı ailəsini saxlamaq üçün yer axtaran zaman həmin kəndin sakini X2 ilə təsadüfən tanış olmuş, Faiqə 14 yeşik arı ailəsini saxlamaq üçün yer axtardığını demiş, Faiq də 14 yeşik arı ailəsini ona məxsus məhlədə saxlamağa etirazının olmadığını demiş, o da bunun müqabilində Faiqə nə qədər pul verəcəyini soruşduqda Faiq ona pulun lazım olmadığını demiş, Faiq sadəcə olaraq arılar bal verən zaman ona bal verməsini demiş, o da Faiqlə razılaşmış və bundan sonra 14 yeşik arı ailəsini gətirib Goranboy rayonu Baxçakürd kəndində yerləşən Faiqə məxsus məhləyə qoymuş və bundan sonra 2022-ci ilin oktyabr ayının təxminən ortalarına qədər ona məxsus 14 yeşik arı ailəsi Faiqə aid Goranboy rayonu Baxçakürd kəndində yerləşən məhlədə qalmış, 2022ci ilin oktyabr ayının təxminən ortalarında 14 yeşik arı ailəsindən 7 yeşik arı ailəsi öldüyü üçün qalan 7 yeşik arı ailəsini Faiqə məxsus məhlədən çıxarıb aparmış, həmin arı yeşiklərini aparan zaman isə Faiqə pul əvəzi olaraq 2 kiloqram çəkidə bal, 160 manat dəyərində müxtəlif növdə qab-qacaq və bir ədəd kofta vermiş, bundan başqa isə arı yeşikləri Faiqə məxsus Goranboy rayonu Baxçakürd kəndində yerləşən məhlədə qaldığı vaxtlarda Faiqə satıb gəlir əldə etməsi üçün 1357 manat dəyərində müxtəlif növdə qabqacaq və digər əşyaları vermiş, Faiq həmin əşyalarla bağlı ona sonda 522 manat 50 qəpik borclu qalmış, Faiqdən pulunu istədikdə Faiq hər deəfəsində ona bir bəhanə gətirmiş, 2023-cü ilin aprel ayının əvvəlində Faiqin yaşadığı ünvana gəlmiş, həmin vaxt Faiq evdə olmadığı üçün kürəkəni Bəhruz onu qarşılamış, Bəhruzdan pulunu istəmiş, Bəhruz isə Faiqin ona borclu olduğu 522 manat 50 qəpik pulu 2023-cü ilin aprel ayının 20-də verəcəyini demiş, o da Bəhruzla razılaşıb getmiş, 20 aprel 2023-cü il tarixdə işi olduğu üçün Faiqin yaşadığı ünvana gedə bilməmiş, 23 aprel 2023-cü il tarixdə saat 18:30 radələrində Gəncə şəhərində yaşadığı evdən çıxıb pulunu almaq məqsədi ilə Goranboy rayonu Baxçakürd kəndinə Faiqin yaşadığı evinin qarşısına gəlmiş, həmin vaxt isə arı yeşiklərini Faiqin məhləsində saxlayan zaman özünə aid 30 ədəd işlənmiş avtomobil təkərləri Faiqin məhləsində qaldığı üçün həmin təkərləri götürmək istəmiş, buna görə də Faiqin atası ilə danışıb Faiqin məhləsinə daxil olub 30 dəqiqə ərzində özünə aid işlənmiş avtomobil təkərlərini Mercedes Benz E240 minik markalı avtomobilinə yükləmiş, həmin vaxt isə təxminən saat 19:30 radələri olmuş, Bəhruz isə təkərləri avtomobilinə yüklədiyi yerin yaxınlığında öz məhləsində dayanmış, Bəhruzdan 522 manat 50 qəpik pulunu istədikdə Bəhruz ona pul verməyəcəyini demiş, buna etiraz eləmiş, Faiqin məhləsindən çıxıb avtomobilini kənara çəkmək üçün gedən zaman Bəhruz onun üzərinə gəlmiş, həmin vaxt isə Faiqin yaşadığı evin qarşısında yolda dayanmış, Bəhruzla sözlü mübahisə edən zaman isə Faiq arxadan ona yaxınlaşıb təpiklə xaya nahiyyəsinə vurmuş, bunun ardınca isə Faiq əlində olan taxta parçası arxadan sol çiyin nahiyyəsinə vurmuş, bu vaxt Faiqin qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən geriyə çevrildikdə Faiq əlindəki taxta parçası ilə sağ qoluna vurmuş, Bəhruz isə həmin vaxt əlindəki ağacla sağ buduna və sağ kürək nahiyyəsinə vurmuş, bunun ardınca isə Bəhruz və Faiqin əlindən çıxıb özünə məxsus Mercedes Benz E240 minik markalı avtomobilə əyləşib getmək istərkən Bəhruzun arvadı Günel çıxıb avtomobilinə tərəf daş atmağa başlamış, Günelin atdığı daşlar avtomobilinə dəydiyi üçün avtomobilinin qaqbaq və yan hissələri əzilmiş, o da avtomobili saxlamış və çıxıb getmiş, sonradan isə avtomobilinə dəymiş ziyanı müəyyənləşdirmək üçün Gəncə şəhərində yerləşən Avtoservisə müraciət etmiş və müəyyən olunmuş ki, avtomobilinə 490 manat məbləğində maddi ziyan vurulmuşdur. Eyni zamanda Zərərçəkmiş şəxs ifadəsində hadisə zamanı orada Bəhruz, Faiq və Bəhruzun arvadı Günayın olduğunu, onlardan başqa isə heç kimin olmadığını, Faiq və Bəhruzun yalan məlumat verdiyini, faktiki olaraq Bəhruzla Faiqin onu döyüb xəsarət yetirdiklərini, Bəhruzun yalan məlumat verdiyini, belə ki, dava zamanı qətiyyən Bəhruza əlini vurmadığını və ya onu itələyib yerə yıxmadığını göstərmişdir. Yekunda Zərərçəkmiş şəxs məhkəmədən Təqsirləndirilən şəxs barəsində ciddi cəza tədbiri görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla münasibəti olmamış, həmçinin Asiflə aralarında düşmənçilik və ya ədavət olmamış, 2022-ci ilin avqust ayından Zərərçəkmiş şəxs Goranboy rayon Baxçakürd kəndində qaynı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində arı təsərrüfatı yaratmış və arı ailəsi saxlamış, lakin 3 ay sonra təxminən noyabr ayının əvvəlində Asifin onun qaynı Faiq ilə aralarında narazılıq yarandığı üçün Asif arı təsərrüfatını aparmış, lakin aralarında pulla bağlı olan narazılıq davam etmiş, 23 aprel 2023-cü il tarixdə saat 19 radələrində Goranboy rayon Baxçakürd kəndində yaşadığı evin həyətində olan zaman Asif onu küçəyə çağırmış, bundan sonra küçəyə çıxmış, küçədə Asiflə salamlaşdıqdan sonra Asif heç bir səbəb olmadan onunla sözlü olaraq mübahisə etməyə başlamış və Asiflə söhbət etmək istərkən Asif əli ilə onu sinə nahiyyəsindən qəsdən itələmiş və özünü saxlaya bilməyib yerə yıxılmış, Asif də idarə etdiyi Mercedes Benz markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək oradan uzaqlaşıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla münasibəti olmamış, həmçinin aralarında düşmənçilik və ya ədavətdə olmamış, 2022-ci ilin avqust ayından Zərərçəkmiş şəxs Goranboy rayon Baxçakürd kəndində onun qardaşı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində arı təsərrüfatı yaratmış və arı ailəsi saxlamışd, lakin 3 ay sonra noyabr ayının əvvəlində Asifin onun qardaşı Faiqlə aralarında narazılıq yarandığı üçün Asif arı təsərrüfatını aparmış, buna baxmayaraq qardaşı Faiqlə Asif arasında pul mübahisəsi ilə bağlı narazılıq davam etmiş, mütəmadi olaraq Zərərçəkmiş şəxs onun qardaşı Faiqin yaşadığı ünvana gəlib nalayiq ifadələr işlətmiş, onu narahat etmiş, buna görə də əri Şahid1 Asiflə qardaşı Faiqin arasında pulla bağlı olan narazılığı aradan qaldırmaq üçün 150 manat pulu may ayının axırında kredit götrüb verəcəyini demiş, Asif də razlaşmamış və pulunun tezliklə verilməsini bildirmiş, 23 aprel 2023-cü il tarixdə saat 19 radələrində Goranboy rayon Baxçakürd kəndində yaşadıqları evin həyətində olan zaman Asif onun əri Bəhruzu çağırmış, o da Bəhruza çölə çıxıb Asiflə söhbət etməsini demiş, buna görə əri Bəhruz küçəyə çıxmış, Asiflə əri Bəhruzun söhbətinə manə olmamaq üçün küçəyə çıxmamış, təxminən 5 dəqiqə keçdikdən sonra Asif onun əri Bəhruza qarşı nalayiq ifadələr işlətmiş və o da buna görə küçəyə çıxmış, küçədə olan zaman Asif onun əri Bəhruzla sözlü mübahisə edən zaman əli ilə əri Bəhruzun sinə nahiyəsindən itələmiş və Bəhruz yerə yıxılmış, həmin vaxt Asif avtomobilinə əyləşib getmək istəyən zaman yedən xırda daşlar götürərək avtomobilə atmış və daşlar Zərərçəkmiş şəxs avtomobilinə dəymiş, lakin buna baxmayaraq Asif avtomobili idarə edərək uzaqlaşıb getmiş, o da buna görə DİN-in 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 aprel 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən avtomobil Goranboy RPŞ-nin inzibati binasının qarşısında olan Zərərçəkmiş şəxs məxsus Mersedes markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobil texniki cəhətdən saz vəziyyətdədir. Avtomobilə baxış zamanı sol qabaq yan tərəfində müxtəlif zədələr vardır. Zərərçəkmiş şəxs zədələrin Şahid2 tərəfindən yetirildiyini bildirmişdir; İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X1 Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 24 aprel 2023-cü il tarixli, 189 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində soln bazunun, sağ saidin, sağ bazunun döş qəfəsinin arxa səthinin sağ budun hematomaları, hərəkət məhdudluğu, xayanın əzniyi bərk KÜT əşyanın (ların) o, cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən ağacla vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X1 Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 14 iyun 2023-cü il tarixli, 386 saylı rəyindən (rəyə əlavədən) görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər sağ və sol yuxarı ətrafın hematomaları, hərəkət məhdudluğu və sol xayanın əzniyi-şişkinliyi bərk KÜT əşyanın (ların) o, cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş Gəncə şəhəri Avtokomission mağazasının 24 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Mersedes Bens 240E markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 490 manat zərər dəymişdir; İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş “Şübhəli şəxs barəsində axtarış elan edilməsi haqqında” 03 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqda Goranboy RPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilməsi qərara alınmışdır; İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş “Axtarışda olan şəxsin tutulması haqqında” 13 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:00-da tutularaq Goranboy RPŞ-nin MSY-yə təhvil verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş “Üzləşdirmə dindirmə” haqqında 14 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ittiham aktında göstərilən faktlarla bağlı (dava-dalaş) Təqsirləndirilən şəxs üzünə demişdir; İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən azad edilməsi haqqında” 14 iyul 2023-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 iyul 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur; İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Baxçakürd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur; İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi barədə” 05 avqust 2023-cü il tarixli qərardan görünür ki, Şahid2 əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğuna görə barəsində həmin maddə ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nin göndərilmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında arı yeşiklərinin saxlanılması, sonradan Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs tərəfindən satıb gəlir əldə etməsi ilə bağlı verdiyi qab-qacaqla bağlı yaranmış pul mübahisələri mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olması izah edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsini özünü müdafiəsinə yönəlmiş ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz cərimə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə saat 17:00 radələrində saxlanılmış və onun barəsində 14 iyul 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, həbsdən azad edilmişdir. İş materiallarında olan 14 iyul 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:20-dək dindirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 14 iyul 2023-cü il tarixdə azad olunsa da, onun azadlığının faktiki məhdudlaşdırılması 24 saatdan artıq olmuşdur. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, onun istintaq zamanı tutma altında saxlanıldığı iki gün (13-14 iyul 2023-cü il) müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsi), barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək ona 1100 manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 2 (iki) gün tutulduğu nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 1000 (min) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar