Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-65/2024 17.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ saat 11:15 X15 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, dövlət ittihamçısı – rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Goranboy rayonunun Fəxralı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə 14 iyun 2024-cü il tarixdə saat 02 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs Goranboy rayonu Fəxralı kəndində yerləşən fərdi yaşayış evinin həyətinə giriş qapısının yan hissəsinin açıq vəziyyətdə olmasından istifadə edərək qanunsuz daxil olub fərdi yaşayış evinə yaxınlaşaraq açıq vəziyyətdə olan pəncərədən keçməklə evin içərisinə qanunsuz daxil olub yataq otağına keçərək orada çarpayının yanında olan dolabın üzərindəki Zərərçəkmiş şəxs məxsus 100 manat dəyərində bir ədəd Samsunq Galaxy A12 markalı mobil telefonu gizli yolla talayıb otaqdan çıxan zaman Zərərçəkmiş şəxs yuxudan oyanıb onun mobil telefonu oğurladığını görüb qorxaraq ucadan qışqırmasına baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirib əlinə aldığı mobil telefonu zərərçəkmiş şəxsin gözü qarşısında özü ilə götürüb pəncərədən çıxıb qaçmaqla özgənin əmlakını açıq yolla talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisidir. Zərərçəkmiş şəxs ilə heç bir münasibəti olmamış, həmçinin Zərərçəkmiş şəxs ilə ədavəti və ya düşmənçiliyi də olmamış, Zərərçəkmiş şəxs əri Rusiya Federasiyasında yaşadığı üçün Təravət azyaşlı uşaqları ilə birlikdə qalmış, son zamanlar maddi durumu yaxşı olmamış, buna görə də asan qazanc əldə etmək məqsədi ilə 13 iyun 2024-cü il tarixdə oğurluq etmək qərarına gəlmiş, həmkəndlisi Zərərçəkmiş şəxs övladları ilə birlikdə yaşadığı evdən oğurluq etmək qərarına gəlmiş, odur ki, 14 iyun 2024-cü il tarixdə saat 02 radələrində piyada gəlib Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə girişdə yerləşən darvazanın kənarındakı boş yerdən daxil olmuş, bunun ardınca isə fərdi yaşayış evinə yaxınlaşıb evin açıq olan plastik materialdan olan pəncərəsinə yaxınlaşmış, həmin vaxt açıq olan pəncərənin üzərində torlu örtük olmuş, həmin torlu örtüyü yerindən çıxarıb açıq olan pəncərədən evin qonaq otağına daxil olmuş, bunun ardınca isə evin yataq otağına keçmiş, həmin vaxt Təravət yataq otağında olan çarpayının üzərində iki azyşalı uşağı ilə birlikdə yatmış, həmin vaxt çarpayının yanında olan termonun üzərindəki mobil telefonu götürmüş, telefonu götürüb otaqdan çıxmaq istərkən Təravət oyanmış və onu gördükdə qışqırmış, Təravət onun mobil telefonu götürdüyünü görüb qışqırmasına görə dərhal otaqdan qaçaraq içəriyə daxil olduğu qonaq otağındakı pəncərəyə yaxınlaşıb həmin pəncərədən keçməklə həyətə düşmüş, həyətdən isə qaçıb yaşadığı evə getmiş, evə çatdıqdan sonra isə həyətdə olan mişar daşlarının arasında Təravətnin evindən oğurladığı bir ədəd Samsung Galaxy A12 markalı mobil telefonu gizlətmiş, səhəri gün yəni 14 iyun 2024-cü il tarixdə isə Goranboy rayonu Fəxralı kəndi ərazisində olan zaman Goranboy RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və şifahi sorğu zamanı Təravətnin evindən bir ədəd Samsung Galaxy A12 markalı mobil telefonu oğurladığını etiraf etmiş, bundan sonra isə həmin bir ədəd Samsung Galaxy A12 markalı mobil telefonu da yaşadığı evin həyətində mişar daşlarının arasında gizlətdiyini dediyi üçün polis əməkdaşları ilə birlikdə yaşadığı evin həyətinə gedib mobil telefonu mişar daşlarının arasından götürüb polis əməkdaşları ilə birlikdə Goranboy RPŞ-nin inzibati binasına gəlmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində mobil telefonu götürüb otaqdan çıxan zaman Təravətin yuxudan oyanıb qışqırdığını, həmin vaxt geriyə çevrildiyini və Təravətin sifətinə baxdığını, lakin həmin qadına heç bir söz demədiyini və ya ona hədə-qorxu gəlmədiyini, otaq qaranlıq olduğu üçün Təravətin onu görsə də kim olduğunu bilmədiyini, Zərərçəkmiş şəxs yaşadığı evdə olmadığını düşündüyü üçün həmin evə oğurluq etmək məqsədi ilə daxil olduğunu, lakin evin yataq otağına daxil olduqda Təravətin yataq otağında iki azyşalı uşağı ilə birlikdə yatmasını gördüyünü, buna baxmayaraq həmin vaxt otaqda olan mobil telefonu götürdüyünü göstərmişdir. Zərərçəkmiş şəxs evinə qanunsuz daxil olub bir ədəd mobil telefonu götürməyi ilə bağlı ona başqa heç kimin köməklik etməmişdir. Əməlindən səmimi peşmandır, Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı ödəmiş, onunla barışmış, ona qarşı şikayət və tələb yoxdur, həm İİ Qarabağ müharibəsi, həm də Antiterror əməliyyatlarında iştirak etmişdir. Göstərdiyi sücaətlərə görə medallarla təltif edilmişdir. Bunları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, üç azyaşlı övladları ilə birlikdə yaşayır.X18 işi ilə bağlı X4 şəhərində yaşayır.Əri Vüqar vaxtı olduqca gəlib Goranboy rayonu Fəxralı kəndində onlarla birlikdə qalır.Digər vaxtlarda isə üç azyaşlı uşaqları ilə birlikdə qalır. 13 iyun 2024-cü il tarixdə saat 23 radələrində yaşadıqları evdə olarkən üç azyaşlı övladları ilə birlikdə yataq otağına keçmişlər.Belə ki, azyaşlı uşaqları çarpayıda onunla birlikdə yatmış, yataq otağına keçməmişdən öncə isə hava isti olduğu üçün evin qonaq otağının pəncərəsini açmış, uşaqları ilə birlikdə yataq otağına daxil olduqdan sonra uşaqları onun yanında uzanıb yatmışlar.Bir qədər Samsung Galaxy A12 markalı mobil telefonunda müxtəlif videolara baxdıqdan sonra mobil telefonu çarpayının yanında olan dolabın üzərinə qoyub yatmış, 13 iyun 2024-cü il tarixdən 14 iyun 2024-cü il tarixə keçən gecə saat 02 radələrində çarpayıda yatan zaman baş ucunda hənirti hiss etmiş və buna görə yuxudan oyanmış, yuxudan oyandıqda isə görmüş ki, bir nəfər tanımadığı şəxs yataq otağında baş ucunda kənarda dayanıb dolabın üzərində olan Samsung Galaxy A12 markalı mobil telefonu götürür.Qorxduğu üçün qışqırmış və mobil telefonunu götürən şəxs isə onun yuxudan oyandığını görüb əlində mobil telefon otaqdan qaçıb getmiş, səsinə uşaqlarımyuxudan oyanmış, həmin vaxt çox qorxmuş və mobil telefonunu götürən şəxsin ardınca getməmiş, bundan sonra uşaqları da qorxuya düşüb qışqırdıqları üçün onları sakitləşdirmiş və bunun ardınca evdən çölə çıxmışlar.Sonra isə qışqırıb kömək istəmiş, qonşular səs- küyünə gəlmişlər və qonşulardan birinin mobil telefonu ilə əlaqə saxlayıb anasına məlumat vermiş, bir qədər sonra isə anası Zülfiyyə onun yaşadığı evə gəlmiş və baş verənləri anasına danışmış, həmçinin anasının mobil telefonu ilə DİN-in “102” zəng xidməti mərkəzinə müraciət edərək hadisə barədə məlumat vermişdir. Eyni zamanda Zərərçəkmiş şəxs ifadəsində yuxudan oyanıb tanımadığı şəxsin mobil telefonunu götürməsini görüb qışqırdıqda həmin şəxsin də onu gördüyünü, lakin həmin tanımadığı şəxsin ona hədəqorxu gəlmədiyini və ya ümumiyyətlə ona yaxınlaşmadığını, həmin tanımadığı şəxs onun mobil telefonunu oğurladığını gördüyü üçün qaçıb getdiyini, uşaqları onunla birlikdə çarpayıda yatarkən hənirti hiss etdiyinə görə yuxudan oyandığını və mobil telefonunu götürən şəxsi görüb qışqırdıqda isə həmin şəxsin qaçaraq otaqdan çıxdığı üçün uşaqlarının yuxudan oyansalar da həmin şəxsi görmədiklərini, uşaqlarına evzə oğru girməsini və mobil telefonunu götürməsini dediyini, hadisə baş verən zaman otağın qaranlıq olduğunu, həmçinin də şəxsi gördükdə həyəcanlanıb qorxduğunu, həmin şəxsi görməyinə baxmayaraq onun kim olmasını bilmədiyini, sadəcə olaraq Goranboy RPŞ-də araşdırma aparıldıqdan sonra ona evinə girib mobil telefonunu götürənin Goranboy rayonu Fəxralı kənd sakini Təqsirləndirilən şəxs olması barədə məlumat verildiyini, Samsung A12 markalı mobil telefonu təxminən üç il əvvəl 300 manat pul müqabilində aldığını, həmin vaxtdan da mobil telefonu mütəmadi olaraq istifadə etdiyini, hazırda həmin mobil telefonun qiymətinin təxminən 80 manat olduğunu göstərmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasına çağırılmalı şəxslərin siyahısında şahid qismində göstərilmiş X6 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid X5 ibtidai istintaq orqanına verdiyi və məhkəmə iclasında tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Qızı Təravət həmkəndlilX18lə evləndiyi üçün Fəxralı kəndində üç azyaşlı uşaqları ilə birlikdə yaşayır. Kürəkəni Vüqar isə işi ilə bağlı Rusiya Federasiyasının Rostov şəhərində olduğu üçün hərdən bir ailəsinin yanına gəlir. 13 iyun 2024-cü il tarixdən 14 iyun 2024-cü il tarixə keçən saat 02 radələrində yaşadığı evdə yatarkən mobil telefonuna zəng gəlmiş, zəngə cavab verdikdə tanımadığı şəxsin qızı Təravətin qonşusu olduğunu və onun qızının evinə oğru girdiyi üçün məlumat vermək məqsədi ilə zəng vurduğunu demiş, o da bundan narahat olub dərhal qızı Təravətin evinə getmiş, orada olarkən qızı ona yatdığı zaman baş ucunda hənirti hiss etdiyi üçün yuxudan oyandığını və həmin vaxt tanımadığı şəxsin ona məxsus Samsung Galaxy A12 markalı mobil telefonu götürməsini gördüyü üçün qorxusundan qışqırdığını, tanımadığı şəxsin isə bunu gördükdə mobil telefonla birlikdə evdən qaçıb getdiyini, həmin vaxt isə səs-küyə uşaqların yuxudan oyandığını demiş, odur ki, bu barədə onun telefonu vasitəsi ilə qızı Təravət DİN-in “102” zəng xidməti mərkəzinə məlumat vermiş və bir qədər sonra qızının yaşadığı evə Goranboy RPŞ- nin əməkdaşları gəlmişlər.Bundan sonra isə araşdırmanın davamında məlum olmuş ki, qızı Təravətin evinə daxil olaraq mobil telefonu götürmüş şəxs Goranboy rayonu Fəxralı kənd sakini Təqsirləndirilən şəxsdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin baş təhqiqatçısı Mübariz Quliyev dəvət olunmuş hal şahidlərinin və Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə onun yaşadığı evə oğru girdmiş, “Samsung A12” markalı mobil telefonunu oğurlanmışdır. Hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs bu xüsusatları əyani olaraq göstərmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 14 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin müstəntiqi X14, dəvət olunmuş hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmə, götürülmə aparılmışdır. Baxış keçirilmə və götürmə zamanı Təqsirləndirilən şəxs bir ədəd mobil telefonu təqdim etmişdir. Təqdim edilən mobil telefon çəhrayı rəngli telefon qoruyucu ilə əhatə olunmuşdur. Həmin mobil telefon çəhrayı rəngli qoruyucudan çıxarıldıqdan sonra müəyyən edilmişdir ki, mobil telefon Samsung Galaxy A12 markalıdır. Mobil telefon qara rənglidir. Mobil telefonun arxa tərəfində yuxarı sol hissədə dörd ədə kamera vardır. Həmçinin mobil telefonun arxa tərəfində aşağı orta hissədə "SAMSUNG" sözləri yazılmışdır. Mobil telefon işlək vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd Samsung Galaxy A12 markalı mobil telefonu Goranboy rayonu Fəxralı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağına 14 iyun 2024-cü il tarixdə saat 02 radələrində qanunsuz daxil olduqdan sonra götürdüyünü, həmin vaxt isə Zərərçəkmiş şəxs yuxudan oyanıb onu görməsini və qışqırmasını, buna görə də otaqdan mobil telefonla qaçıb getməsini bildirmişdir. Odur ki, bir ədəd Samsunq Galaxy A12 markalı mobil telefon iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Bununla da baxış və götürmə aparılması başa çatdırılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 14 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2024-cü il tarixdə, saat 16:00-da məhdudlaşdırılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Polisin nəzarəti altına vemə qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Goranboy RPŞnin MSY-dən azad edilməsi haqqında” 16 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Telefonun təhvil verilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung A12” markalı mobil telefon Zərərçəkmiş şəxs təhvil verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Goranboy rayon İHB-nin Fəxralı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 iyun 2024-cü il tarixli, 171 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayonunun Fəxralı kəndində yaşamaqla ailə tərkibi arvadı 1996-cı il təvəllüdlü X2, oğlu 2016-cı il təvəllüdlü X1 və qızı 2018-ci il təvəllüdlü X3 ibarətdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Goranboy rayon İHB-nin Fəxralı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-11/2-7721/2024 nömrəli məktubundan görünür ki, Goranboy rayonu Fəxralı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən müqayiəsli tədqiqat üçün götürülmüş barmaq izlərindən bir ədədi pəncərə üzərində olan torlu örtükdən xx.xx.1994cü il təvəllüdlü Təqsirləndirilən şəxs aid sağ əlin orta barmağı ilə eynilik təşkil edir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-43-22/2-760/2024 nömrəli məktubdan görünür ki, 1994-cü il təvəllüdlü Goranboy rayonu Fəxralı kəndində yaşayan, ehtiyatda olan MAHHXHQ əsgər Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət etmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmiş, intizam nizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmamış) əsasən ehtiyata buraxılmış, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli və Xocavənd rayonu istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmiş, xx.xx.2023-cü il tarixdən SHXÇDX-nin Goranboy rayon şöbəsində hərbi qeydiyyatdadır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş xx.xx.2021-ci il tarixli Fəxri fərmandan görünür ki, Təqsirləndirilən şəxs 8 noyabr “Zəfər Günü” və 9 noyabr “Bayraq Günü” münasibəti ilə döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nailiyyətlərə görə təltif olunmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0249t nömrəli xx.xx.2020-ci il tarixli əmri ilə Təqsirləndirilən şəxs “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 3176 nömrəli Azərbaycan Respublikasının “Şücaətə görə” medal vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0329t nömrəli xx.xx.2021-ci il tarixli əmri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə təltif olunmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş İ-21594 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2121-ci il 24 iyun tarixli, 2711 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş İ-15979 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2121-ci il 24 iyun tarixli, 2712 nömrəli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş İ-60740 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli, 247s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 0016122/2024 nömrəli, məktubdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təqsirli bilinib 800 manat cərimə cəzasına məhkum edilmiş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cəriməni tam şəkildə ödəmiş və cəzasını çəkib qurtarmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Fizuli Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən 800 manat cərimə cəzasına məhkum edilmişdir” İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 12 iyul 2024-cü il tarixli 9/5002 nömrəli rəyindən görünür ki, 01 ədəd Samsung Galaxy A12 markalı mobil telefonun komplektləşdirilməsinə daxil olan aksesusarlarının olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesblama yolu ilə təxminən 100 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Füzuli Hərbi Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 1-1(097)-108/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 800 (səkkiz yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Sübutların qiymətləndirilməsi barədə” 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs məxsus bir ədəd Samsug A12 markalı mobil telefonun açıq yolla talanmasına görə vurulmuş maddi ziyanın məbləği ekspertiza rəyinə əsasən götürülməsi nəzərə alınması, istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd Samsung A12 markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınması, cinayət işi üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının 12 iyul 2024-cü il tarixli, 9/5002 nömrəli rəyində Samsung Galaxy A12 markalı mobil telefon yazıldığından cinayət işinin bəzi materiallarında olan Samsung Galxy A12 markalı mobil telefon Samsung Galaxy A12 markalı mobil telefon kimi qəbul edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirici hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını; zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını; İİ Qarabağ müharibəsi iştirakçısı olmasını və göstərdiyi şücaətlərə görə təltiflərini; müsbət xarakterizə olunmasını; himayəsində 2 azyaşlı övladının olmasını. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 1-1(097)-108/2024 nömrəli hökmü ilə cərimə cəzasına məhkum edilmişdir və hazırda cəzasını çəkib qurtarmışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədlərinə çatmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilikdərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əvvəllər məhkum olunsa da cəzasını çəkib qurtarmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, vurulmuş ziyanı ödəməməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı xx.xx.2024-cü il tarixdən 16 iyun 2024-cü il tarixədək, yəni 2 gün tutulmuşdur. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsini və ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilməklə təyin edilən cəzanın şərti tətbiq olunmasını təklif etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, Vətən müharibəsi iştirakçısı və Antiterror əməliyyatlarının iştirakçısı olmasını və eyni zamanda torpaqların işğaldan azad olunmasında göstərdiyi şücaətləri, təltif edilməsini, ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan da islah olunması mümkündür, ona görə də onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onlara təyin ediləcək cəza şərti tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsətəyin ediləcək cəza şərti olaraq tətbiq olunmalı, onun üzərinə sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, ətrafdakılarla nümunəvi davranmaq və ictimai qaydalara riayət etmək, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, davranışına nəzarət yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut – Samsung Galaxy A12 markalı mobil telefon sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi - 198.1). Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, ətrafdakılarla nümunəvi davranmaq və ictimai qaydalara riayət etmək, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun, davranışına nəzarət yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasının çəkilməsi müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – Samsung Galaxy A12 markalı mobil telefon sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X16
Məhkəmə qərarları › İş №1(045)-65/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-65/2024
17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver