Məhkəmə qərarları › İş №1(045)-66/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(045)-66/2025

09.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(045)-66/2025 09.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Samir oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Goranboy rayonu Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Goranboy rayonu Dəliməmmədli şəhəri, S.Vurğun küçəsi ev 48də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tərkibində narkotik vasitə olan bitkiləri əkib, yetişdirməklə kultivasiya etmək qərarına gələrək, bu məqsədlə 2025-ci ilin aprel ayında qanunsuz olaraq yaşadığı Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən bələdiyyə mülkiyyətinə məxsus örüş torpaq sahəsinə 04 (dörd) ədəd tərkibində narkotik vasitə olan və əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkilərini əkib becərməklə yetişdirmiş, onlara aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, xx.xx.2025-ci il tarixdə saat 15:27 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən bələdiyyə mülkiyyətinə məxsus örüş torpaq sahəsinə baxış keçirilərkən həmin torpaq sahəsindən 04 (ədəd) ümumi təmiz çəkisi 450 qram tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkiləri aşkar edilərək kökündən çıxarılmaqla götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bildi və barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını məhkəmədən xahiş edərək buna dair yazılı ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Məmmədov X3 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 29, 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 il 11 ay 29 gün şərti sınaq müddəti təyin edilmiş, Goranboy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.1-ci maddələri təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Goranboy rayon Məhkəməsinin xx.xx.2023-cü il hökmü il Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 08 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir; “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçmək haqqında” 15 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin məhkəmə-bioloji ekspertizasının 14 sentyabr 2025-ci il tarixli 16/782 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində bələdiyyə mülkiyyətinə məxsus örüş torpaq sahəsində əkib becərdiyi 04 (dörd) ədəd narkotik vasitə olan çətənə kolları” yazı və imzalar olan kisə bağlamadakı, ümumu sayı 04 (dörd) ədəd, ümumi təmiz çəkisi 450 qram olan bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotiktərkibli çətənə (kannabis) bitkisidir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının ekspertizasının 24 sentyabr 2025-ci il tarixli 1529 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. İkinci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs infeksion və parazitar xəstəliklərlə təzahür olunan insanın immun çatışmazlıq virusu (İİÇV) xəstəliyi, İİV infeksiyası İİİ klinik mərhələ diaqnozu, orqanizmin funksiyalarının 65 faizinin pozulması və ümumi xəstəlikdən müddətsiz ikinci dərəcəli əlildir (qiymətləndirmə və təyinatın tarixi xx.xx.2024-cü il); Elektron məhkəmə portalından görünür ki: Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X2 adında yetkinlik yaşına çatmayan övladı vardır; Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxs kimi 80 (səksən) manat məbləğində pensiya alır; Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, özünü CM-in 237.1-ci maddəsi ilə təqsirli bilir. Əməlindən peşmandır. Barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 39.1, 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər cəzadan azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.15-ci bəndinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər cəzadan azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-ci bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxslər cəzadan azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 1.1, 1.15 və 1.16-cı bəndləri onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, CPM-in 39.1.12-ci maddəsinə əsasən “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatı üçün cəmi 132 (bir yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.12, 43.3, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1, 1.15 və 1.16-cı bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy rayon polis şöbəsinin saxlancına verilmiş 04 (dörd) ədəd ümumi təmiz çəkisi 450 qram, ekspertiza tədqiqatından qalıq 449,92 qram olan tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkləri və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş, əkib-becərdiy 04 (dörd) ədəd çətənə bitkilərinə qulluq etmək üçün gəzdiridiyi 01 ədəd kapron butulkada “lipton”, 01 ədəd şüşə butulkada “sirab” və 01 ədəd kapron butulkada “im tea” adlı, ümumilikdə 03 ədəd su butulkası məhv edilsin. İş üzrə ekspertiza xərci 30,40 (otuz manat qırx qəpik) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) iş saatı üçün cəmi 132 (bir yüz otuz iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar