Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-67/2023 23.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Zeyvə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs daimi narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olduğu üçün 13 iyun 2023-cü il tarixdə saat 13 radələrində Goranboy rayonu Goran qəsəbəsində avtomobil yolunun kənarı ilə piyada hərəkətdə olan zaman yerdən taparaq satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz əldə etdiyi şəxsi istehlak miqdarından artıq bir ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,507 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop madda-metamfetamini əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibinə yerləşdirib qanunsuz saxlayaraq daşımış, 13 iyun 2023cü il tarixdə saat 19:40 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat- axtarış tədbirləri nəticəsində Goranboy şəhərində "Kəpənəkçi dairəsi" adlanan yerin yaxınlığında saxlanılaraq RPŞ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,507 qram psixotrop maddə-metamfetamin əynində olan göy rəngli cins şalvarın sağ yan cibində aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki il olar patı kimi tanıdığı psixotrop maddə metamfetamin istifadə edir. Daimi olaraq psixotrop maddə olan metamfetamin qəbul edir, qəbul etməyəndə bədəni ağrıyır. xx.xx.2023-cu il tarixdə saat 14 radələrində Goranboy rayonu, Goran qəsəbəsi ərazisində avtomobil yolunun kənarı ilə piyada hərəkətdə olan zaman yolun kənarında yerdə bir ədəd kağız büküm görmüş, həmin kağız bükümü götürüb içinə baxan zaman içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Özü narkotik vasitə qəbul etdiyi üçün istifadə etmək üçün həmin bir ədəd kağız bükümdə olan metamfetaminin əynində olan şalvarının sağ yan cibinə qoymuş və bu barədə heç kimə heç nə deməmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:40 radələrində Goranboy şəhərində “Kəpənəkçi” dairəsi adlanan yerin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərərək Goranboy rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkilləri olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərərək, onu rayon polis şöbəsinə dəvət etmişlər. O da heç bir etiraz etməyərək polis əməkdaşlarının xidməti avtomobilinə əyləşmışdir. Xidməti avtomobilə əyləşən zaman polis əməkdaşı onun yanında oturduğu üçün üzərində olan metamfetamini tullaya bilməmişdir. Rayon polis şöbəsində hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edildikdən sonra o, şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin və RPŞ-nin əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış videoçəkiliş vasitəsilə həyata keçirilmiş, şəxsi axtarış aparılmazdan əvvəl bir daha hüquq və vəzifələri izah olunmuş, ona üzərində olan əşyaları, eləcə də, narkotik vasitə və ya psixotrop maddə vardırsa, onu çıxarıb masanın üzərinə qoymağı təklif edilmişdir. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə olan metamfetamini və həmin şalvarın sol yan cibindən bir ədəd qırmızı rəngli alışqanı müdafiəçi və RPŞ-nin əməkdaşlarının iştirakı ilə masanın üzərinə qoyraraq təqdim etmişdir. Həmin bir dədə kağız bükümdə içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə müdafiəçi və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilərək 0,7 qram olduğu müəyyən edilmiş, maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə bir ədəd zərfə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-121 saylı möhürü ilə möhürlənib üzəri imza edildikdən sonra götürülmüşdür. Bundan sonra əynində olan cins şalvarın sol yan cibindən aşkar olunmuş bir ədəd qırmızı rəngli alışqan maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Hazırda əməlindən peşmandır, bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 13 iyun 2023-cü il tarixdə Goranboy rayon Zeyvə kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi işi ilə məşğul olması barədə CAB-in əməliyyat müvəkili X2 əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumatı X6 rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün Oktay Verdiyev tərəfindən qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri isə o, Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X4, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X5 ibarət olmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə saat 19:25 radələrində xidməti avtomobillə əməliyyat müvəkkili Oktay Verdiyev ilə birlikdə Goranboy rayon “Kəpənəkçi” dairəsinin yaxınlığına yollanmışlar. Daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs Kəpənəkçi dairəsinin yanında hərəkətdə olduğu onlara məlum olduğu üçün dairənin yanında gözləməyə başlamışlar. Təxminən 15 dəqiqə orada gözlədikdən sonra Təqsirləndirilən şəxs piyada hərəkət edərək onlara doğru gəldiyini görmüşlər. O, əməliyyat müvəkkili Oktay Verdiyevlə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini çıxararaq Goranboy rayon polis şöbəsinin əməkdaşları olduğunu demişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək hüquq və vəzifələrini izah etmiş və onlarla birlikdə üzərində şəxsi axtarış aparılacağı məqsədilə Goranboy RPŞ-yə gəlməli oldugunu demişlər. Təqsirləndirilən şəxs onların təklifni qəbul edərək hüquqlarının və vəzifələrinin ona aydın oğlunu bildirib Goranboy RPŞ-yə getməyə razılıq vermişdir. Sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə Goranboy RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs Goranboy RPŞ-yə gətirildikdən sonra təhqiqatçı Əli Əliyevin xidməti otağına aparılmış və təhqiqatçı tərəfindən yenidən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi atarış aparılacağı bunun üçün isə şübhəli şəxs qismində tutulacağı bildirilmişdir. Təqsirləndirilən şəxs bununla bağlı heç bir etirazınln olmadığını bildirmiş və bundan sonra təhqiqatçı Əli Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bunun ardınca isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Goranboy rayon ərazisində hüquqlarının Goranboy rayon vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə edilməsini istədiyini üçün vəkili Müdafiəçi qismində dəvət edilmişdir. Bundan sonra o, Oktay Verdiyev və vəkil Müdafiəçi iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Video çəkilşi isə Goranboy RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis baş leytenantı X3 həyata keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş, buna görə də, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə olan metamfetamini və həmin şalvarın sol yan cibindən bir ədəd qırmızı rəngli alışqanı çıxararaq masanın üzərinə qoymuşdur. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya digər məlumatlar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminə bənzər maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş və Əli Əliyev tərəfindən qablaşdırılmış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza təhqiqatına təqdim olunması üçün götürülmüşdür. Bununla yanaşı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd alışqan özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvvəkili X4 iş üzrə digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 13 iyun 2023-cü il tarixdə, saat 19:40-dan məhdudlaşdırılmışdır; “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 iyun 2023-cü tarixli protokoldan görünür ki, Goranboy Vəkil Bürosunun vəkili Müdafiəçi, Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X4, Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Goranboy RPŞ-nin KTQ-nun baş inspektoru, polis baş leytenantı X3 və Təqsirləndirilən şəxs iştirakları ilə protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə masanın üzərinə qoyaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvar, qara rəngli üzərində müxtəlif hərf yazıları olan qısaqol kofta, qara rəngli ayaqqabısı vardır. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kağız bükümdə içərisində psixotrop maddə olan olan metamfetaminə bənzər maddəni, sol yan cibindən isə 1 ədəd qırmızı rəngli alışqanı masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs içərisində psixotrop maddə olan olan metamfetaminə bənzər maddəni təqdim edərək xx.xx.2023-cü il tarixdə günorta saatlarında Goranboy rayon Goran qəsəbəsi ərazisində avtomobil yolunun kənarı ilə piyada hərəkətdə olan zaman 1 ədəd kağız bükümdə içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddəni tapdığını, şəxsi istifadəsi üçün götürərək özündə saxladığını, lakin istifadə etmədiyini, bu barədə hüquq mühafizə orqanlarına və ya hər hansı şəxsə məlumat vermədiyini, 2 ildir narkotik maddə qəbul etdiyini, qəbul etməyəndə bədəni ağrıdığını, bu səbəbdən narkotik maddə qəbul etdiyini bildirmişdir. Həmin 1 ədəd kağız bükümdə içərisində psixotrop maddə olan olan metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək 0.7 qram olduğu müəyyən edildi, iştirakçıların iştirakı ilə 1 ədəd zərfə qoyularaq qablaşdırıldı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək, zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür, tərtib edilmiş protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sol yan cibindən çıxardıb masanın üzərinə qoyaraq təqdim etdiyi 1 ədəd qırmızı rəngli alışqan iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Şəxsi axtarış otaq şəraitində süni işıqlandırılma altında həyata keçirilmişdir. Şəxsi axtarış aparılarkən "Panasonic" markalı video və fotoaparat vasitəsi ilə video va foto çəkilişdən istifadə edildi və həmin video və foto çəkiliş protokola əlavə edildi. Protokol ucadan oxunmuş, heç bir əlavə və düzəliş daxil olmadı. Protokol düzgün tərtib edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2023-cü il tarixli, 16/621 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetaminə bənzər maddə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,507 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Aparılmış tədqiqatın dəyəri 30,40 (otuz manat qırx qəpik) manat təşkil etmişdir; “Qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 04 avqust 2023-cü il tarixli, 1314 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülmüşdür; “Sübutların qiymətləndirilməsi barədə” 17 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0,457 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanması üçün Goranboy RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir; Goranboy Rayon Məhkəməsinin 1(045)-67/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir; Goranboy Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi isə 0,507 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon Zeyvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə); İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 1 (bir) ay 7 (yeddi) gün (13 iyun 2023-cü il – 15 iyun 2023-cü il, 18 oktyabr 2023-cü il – 23 noyabr 2023-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli, iş üzrə maddi sübut – Goranboy RPŞ-yə təhvil verilmiş 0,457 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) ay 7 (yeddi) gün (13 iyun 2023-cü il – 15 iyun 2023-cü il, 18 oktyabr 2023-cü il – 23 noyabr 2023-cü il) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə (1 (bir) ay 7(yeddi) gün = 2 (iki) ay 14 (on dörd) gün) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 1 (bir) il 9 (doqquz) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy Rayon Polis Şöbəsinin anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,457 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə ekspertiza xərci 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba) keçirilsin. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-67/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-67/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver