Məhkəmə qərarları › İş №1(045)-67/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-67/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-67/2024 03.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ saat 15:20 X18 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2002-ci ildə Goranboy rayonu Qırıxlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, 11 saylı İDYMdə fəhlə işləyən, Goranboy rayonu Qırıxlı kəndində qeydiyyatda olmaqla Goranboy rayonu Kürəkçay qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cii ilin sentyabr ayının əvvəlindən 14 noyabr 2023-eü il tarixədək olan müddət ərzində Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində yerləşən dövlət mülkiyyətinə məxsus Sənaye nəqliyyat rabitə və digər təyinatlı tikili altı sahə kimi nəzərdə tutulmuş 1.54 ha torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan şumlayaraq arpa bitkisi əkməklə özbaşına becərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2013-cü ildə anası X3 ölmüşdür. Həmin il yəni 2013-cü ildə atası X11 isə ikinci dəfə ailə qurmuş və Goranboy rayonu Qırıxlı kəndində yaşayır. Bundan sonra o və qardaşı Nicat ana babası Fazil Yolçuyevlə birlikdə Goranboy rayonu Kürəkçay qəsəbəsində yaşayırlar. O, 2020-ci il tarixdə həqiqi hərbi xidmətə getmiş, 2022-ci ildə isə hərbi xidmətini başa vurmuşdur. Həqiqi hərbi xidmət də olarkən o, 2-ci Qarabağ müharibəsində iştirak etmiş və dövlət tərəfindən "müharibə iştirakçısı" medalı ilə təltif olunmuşdur. Onlar çox çətinliklə dolanmış, ona görə də, 2 baş iribuynuzlu heyvan saxlamışlar. 2023-cii ilin sentyabr ayında həmin iribuynuzlu heyvanları otarmaq üçün yaşadığı evin yaxınlığında olan Goranboy rayonu Kürəkçay bələdiyyəsinin ərazisində 1.54 ha dövlət mülkiyyətinə məxsus torpaq sahəsinə arpa bitkisi əkmişdir. Həmin əraziyə o, arpa bitkisi əkərkən bu barədə heç kimə bir söz deməmişdir. Onun özünə məxsus pav torpaq sahəsi yoxdur. Bu səbəbdəndə o, iribuynuzlu heyvanlarını saxlamaq üçün həmin ərazidə arpa bitkisi əkmişdir. O, əkdiyi torpaq sahəsilə bağlı heç kimlə müqavilə bağlamamış və icazə almamışdır. Həmin torpaq sahəsini o əkib beçərmişdir. Lakin onun saxladığı heyvanları çox vaxt dayısı Şahid3 aparıb həmin əraziyə bağlamışdır. Belə ki, müharibə də iştirak etdiyinə görə bədənində ağrılar olmuş, bu səbəbdən də heyvanlarını çox vaxt dayısı Elnur saxlamışdır. Ona görə də Şahid1 və Gilas 1 Hüseynova həmin torpaq sahəsini dayısı Şahid3 tərəfindən əkdiyini zənn etmişlər. Əslində isə həmin torpaq sahəsini o, əkib becərmişdir. Etdiyi əməldən peşmandır, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır və dövlət tərəfindən "müharibə iştirakçısı" medalı ilə təltif olunmuşdur. Yekunda törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İttiham aktının siyahısında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi göstərilən Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən müəyyən olunur ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-İqlisadi İnkişafın təhlili və proqnazlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyən Şahid1 və Goranboy rayon Kürəkçay bələdiyəsinin sədri Şahid2 birlikdə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında" Əsasnamənin tələblərinə əsasən Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində monitorinq keçirmişlər. Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən Kürəkçay qəsəbəsi ərazisində X4, X9 və Şahid3 tərəfindən dövlət mülkiyyətinə aid, sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkmələrini müəyyən etmişlər və bu barədə Goranboy rayon İcra Hakimiyyətinə məlumat vermişlər. Əvvəllər Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində yerləşən həmin torpaq sahələri X20 balansında olunmuşdur. X21 çoxdan ləğ edildiyi üçün həmin torpaq sahələri Goranboy rayon İcra Hakimiyyətinin balansına keçmişdir. Belə ki, Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində yerləşən Goraranboy rayonu İcra Hakimiyyətinin balansında olan dövlət mülkiyyətinə aid Sənaye nəqliyyat rabitə və digər təyinatlı torpaqlara aid torpaq sahələrini Şahid3 tərəfindən 1,54 ha hissəsini, X4 tərəfindən 0.71 ha hissəsini və X5 1,20 ha hissəsini qanunsuz olaraq istifadə etmişlər. Sonradan Kürəkçay qəsəbəsi ərazisində Şahid3 tərəfindən deyil onun bacısıoğlu Təqsirləndirilən şəxs tərəfindən dövlət mülkiyyətinə aid təxminən 1,5 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi məlum olmuşdur. Belə ki, həmin torpaq sahəsində Şahid3 tez-tez görünmüşdür. Ona görə də, Şahid1 tərəfindən akt tərtib edilərkən həmin torpaq sahəsini Şahid3 əkib becərdiyini göstərmişdir. Əslində həmin torpaq sahəsini Təqsirləndirilən şəxs əkib becərmişdir. Təqsirləndirilən şəxs 44 günlük müharibə iştirakçısı olduğu üçün bədənində ağrılar olduğu üçün torpaq sahəsəsinə gəlibgedə bilməmiş, onun dayısı Şahid3 torpaq sahəsinə gəlib getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 11 saylı İDYM-nin yol birqadir işləyir. O, Goranboy rayonu Kürəkçay bələdiyyəsinin ərazisində 1,54 ha dövlət mülkiyyətinə məxsus torpaq sahəsini əkməmişdir. Belə ki, həmin torpaq sahəsini bacısığlu Təqsirləndirilən şəxs əkib becərmişdir. Cahangir həmin əkin sahəsinə bu il yəni 2023-cıi ildə sentyabr ayında arpa bitkisi əkmişdir. O isə həmin ərazidə heyvan otarmışdır. Cahangir 2-ci qarabağ müharibəsinin iştirakçısıdır, həmçinin Cahangirin anası ölmüş, atası isə başqa qadınla ailə qurmuş və ayrı yaşayır. 2013-cü ildən Cahangirə və onun qardaşı Nicata onlar baxırlar. Hazırda Nicat hərbi xidmətdədir. Cahangir isə çətinliklə dolandığı üçün saxladığı heyvanları otarmaq üçün həmin ərazidə arpa bitkisi əkmişdir. Bundan əvvəl isə Cahangir heç bir torpaq sahəsi əkməmişdir. Həmin torpaq sahəsini bacısıoğlu Cahangir əkib beçərmiş. Lakin Cahangirin saxladığı heyvanları çox vaxt o, aparıb həmin əraziyə bağlayır. Belə ki, müharibədə iştirak eldiyinə görə Cahangirin bədənində ağrılar olur. Bu səbəbdəndə heyvanlarını çox vaxt o saxlayır. Ona görə də Şahid1 və Şahid2 həmin torpaq sahəsini onun əkdiyini zənn etmişlər. Həmin torpaq sahəsini o, əkib becərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyir. 14 noyabr 2023-cıi il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş ’‘Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında" Əsasnamənin tələblərinə əsasən tərəfindən Goranboy rayonu Kürəkçay bələdiyyəsinin sədri Şahid2 iştirakı ilə Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində monitorinq keçirilmişdir. Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən Kürəkçay qəsəbəsi ərazisində X4 tərəfindən dövlət mülkiyyətinə aid, təxminən 0.60 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi müəyyən edilmişdir. Bundan sonra Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən Kürəkçay qəsəbəsi ərazisində X9 tərəfindən dövlət mülkiyyətinə aid, təxminən 1.0 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi müəyyən edilmişdir. Bundan sonra Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən Kürəkçay qəsəbəsi ərazisində Şahid3 tərəfindən dövlət mülkiyyətinə aid, təxminən 1.5 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi müəyyən edilmişdir. Ona görə də, tərəfindən bu barədə aktlar tərtib edilmiş və tərtib edilmiş akt aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Goranbov rayonu Kürəkçay qəsəbəsi ərazisində yerləşən X21 ərazisində dövlət mülkiyyətinə aid olan Sənaye nəqliyyat rabitə və digər təyinatlı torpaqlara aid torpaq sahəsinin Şahid3 tərəfindən 1.54 ha hissəsini, X4 tərəfindən 0,71 ha hissəsini və X5 tərəfindən 1,20 ha qanunsuz olaraq istifadə etmələrinin qeyd edilməsi barədə heç bir məlumatı olmamışdır. Kürəkçay qəsəbəsi ərazisində tərəfindən baxış keçirilərkən X6 dövlət mülkiyyətinə aid, 0.60 ha hissəsini X9 1,0 ha hissəsini və Şahid3 Eaz.il oğlu 1.5 ha hissəsim qanunsuz olaraq istifadə etmələri müəyyən olunmuşdur. Belə ki, X4 həmin 0,60 hektar torpaq sahəsinə, X9 1.0 hektar torpaq sahəsinə və Şahid3 Eaz.il oğlu 1.2 hektar torpaq sahəsinə arpa bitkisi əkmişlər. Həmin ərazilərə Goranboy rayonu Kürəkçay bələdiyyəsinin sədri Şahid2 ilə baxış keçirilərkən X1, X7 və Şahid3 Şahid2 tərəfindən məlumat verilmiş, lakin onlar gəlmiyəcəklərini bildirmişlər. Ona görə də, sonuncuların iştirakı olmadan həmin ərazilərə baxış keçirilib akt tərtib edilmişdir. Sonradan Kürəkçay qəsəbəsi ərazisində Şahid3 tərəfindən deyil onun bacısıoğlu Təqsirləndirilən şəxs tərəfindən dövlət mülkiyyətinə aid, təxminən 1.5 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi məlum olmuşdur. Belə ki, həmin torpaq sahəsində Şahid3 tez-tez göründüyü üçün sonuncunun əkməsini bildirmişlər. Ona görə də, tərəfindən akt tərtib edilərkən və ilkin ifadə verərkən həmin torpaq sahəsini Şahid3 əkib becərdiyini göstərmişdi. Əslində həmin torpaq sahəsini Təqsirləndirilən şəxs əkib becərmişdir. Təqsirləndirilən şəxs 44 günlük müharibə iştirakçısı olduğu üçün bədənində ağrılar olduğu üçün torpaq sahəsinə gəlib-gedə bilməmiş, dayısı Şahid3 torpaq sahəsinə gəlib getmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunarkən müəyyən olunur ki, Goranboy rayonu Kürəkçay qəsəbəsinin Bələdiyyəsi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyən Qasımov X10 rayonu Kürəkçay qəsəbəsinə gələrək Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında" Əsasnamənin tələblərinə əsasən onun iştirakı ilə Goranbov rayonu Kürəkçay qəsəbəsi ərazisində monitorinq keçirmişdir. Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən Kürəkçay qəsəbəsi ərazisində X4 tərəfindən dövlət mülkiyyətinə aid təxminən 0.60 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi müəyyən edilmişdir. Bundan sonra Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən Kürəkçay qəsəbəsi ərazisində X9 tərəfindən dövlət mülkiyyətinə aid, təxminən 1.0 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi müəyyən edilmişdir. Bundan sonra Kürəkçay bələdiyyəsinin ərazisində torpaqların istifadə vəziyyətinə baxış keçirilərkən Kürəkçay qəsəbəsi ərazisində Şahid3 tərəfindən dövlət mülkiyyətinə aid, təxminən 1,5 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi müəyyən edilmişdir. Ona görə də Şahid1 tərəfindən bu barədə aktlar tərtib edilmişdir. Sonradan ona Kürəkçay qəsəbəsi ərazisində Şahid3 tərəfindən deyil onun bacısıoğlu Təqsirləndirilən şəxs tərəfindən dövlət mülkiyyətinə aid, təxminən 1.5 ha sənaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə arpa bitkisi əkməsi məlum olmuşdur. Belə ki, həmin torpaq sahəsində Elnur Yolçııyevi tez-tez görmüş, ona görə də, Şahid1 tərəfindən akt tərtib edilərkən və ilkin ifadə verərkən həmin torpaq sahəsini Şahid3 əkib becərdiyini göstərmişdir. Əslində həmin torpaq sahəsini Təqsirləndirilən şəxs əkib becərmişdir. Təqsirləndirilən şəxs 44 günlük müharibə iştirakçısı olduğu üçün və bədənində ağrılar olduğu üçün torpaq sahəsinə gəlib-gedə bilməmiş, onun dayısı Şahid3 torpaq sahəsinə gəlib getmişdir. Həmin ərazilərə Şahid1la birlikdə baxış keçirilərkən X1, X8 və Şahid3 tərəfindən məlumat verilmiş, lakin onlar gəlmiyəcəklərini bildirmişlər. Ona görə də, sonuncuların iştirakı olmadan həmin ərazilərə baxış keçirilib akt tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 14 noyabr 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs dövlət mülkiyyətinə aid, təxminən 1,0 ha sanaye, nəqliyyat və digər kateqoriyalı, tikili altı torpaq sahəsini (koordinat nöqtəsi 6453xx.xx-4503429.25) mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinçilik məqsədi ilə istifadə edir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komutəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-375-2024 nömrəli mütəxəssis rəyindən görünür ki, TEKUİS məlumat bazasına əsasən X21 ərazisində dövlət mülkiyyətində olan Sənaye nəqliyyat rabitə və digər təyinatlı torpaqlara aid torpaq sahəsinin Şahid3 1,54 ha, Təqsirləndirilən şəxs 0,71 ha və X9 1,20 ha əkilərək istifadə etdikləri göstərilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş İ-3060 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi tərəfindən verilmiş MV 021503 nömrəli vəsiqənini surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Qırıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (ekspertizanın növü: tikinti-texniki obyektlərin tədqiqi) 10 iyun 2024-cü il tarixli, 3-16-16/2- 10/3154 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komutəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-375-2024 saylı mütəxəssis rəyinə əsasən aşağıda göstərilənlər müəyyən edildiyi göstərilmişdir. TEKUİS məlumat bazasına əsasən X21 ərazisində dövlət mülkiyyətində olan Sənaye nəqliyyat rabitə və digər təyinatlı torpaqlara aid torpaq sahəsinin Şahid3 1,54 ha, Təqsirləndirilən şəxs 0,71 ha və X9 1,20 ha əkilərək istifadə edildiyi müəyyən edilmişdir (ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir); İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Qətimkan tədbirinin seçilməsi barədə” 17 avqust 2024-cü il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Sübutların qiymətləndirilməsi barədə” 26 iyun 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-375-2024 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komutəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Təqsirləndirilən şəxs tərəfindən Goranboy rayonu Kürəkçay qəsəbəsi ərazisində dövlət mülkiyyətində olan Sanaye nəqliyyat rabitə və digər təyinatlı torpaqlara aid torpaq sahəsinin 1,54 ha istifadə etdiyi əsas götürülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsində həmçinin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan topaq sahəsini ələ keçirmə başa düşülməlidir. Bu zaman təqsirkar qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (məsələn, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfat ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfat təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları) meşə zolaqların, təsərrüfatdaxili yolları komnikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsi). Hazırki iş üzrə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaqda təsərrüfat-məişət təyinatlı fəaliyyət həyata keçirməklə həmin torpaq sahəsinə faktiki sahiblik etməsi və ondan faktiki istifadə etməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: vətən müharibə iştirakçısı olmasını; qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, məlumatlandırmaq; məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi2 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi2 hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34 CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar