Məhkəmə qərarları › İş №1(045)-69/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(045)-69/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(045)-69/2023 30.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Goranboy Rayon Məhkəməsində Dövlət İtiihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1993-cü ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Qızılhacılı qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəlilov X3 rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları, şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 əmlakını aldatma və etibarından sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gəlib, buna heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs1 adını qazilərə verilən avtomobil növbəsinə yazdıracağını yalandan söz verib aldadaraq etibarından sui-istifadə edib 2022-ci ilin fevral ayının əvvəllərində 4000 manat pulunu Goranboy rayonu ərazisində alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Goranboy rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları, şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs2 əmlakını aldatma və etibarından sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gəlib, buna heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs2 adını qazilərə verilən ev növbəsinə yazdıracağını yalandan söz verib aldadaraq etibarından sui-istifadə edib 2022-ci ilin fevral ayının ortalarında 2000 manat pulunu Goranboy rayonu ərazisində alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Goranboy rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları, şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs3 əmlakını aldatma və etibarından sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gəlib, buna heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs3 adını qazilərə verilən avtomobil növbəsinə yazdıracağını yalandan söz verib aldadaraq etibarından sui-istifadə edib 2022-ci ilin fevral ayında 4000 manat pulunu Goranboy rayonu ərazisində alıb ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərə dəyən ziyanı tam, eyni zamanda vurulmuş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi və buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından, onlara dəyən ziyanı tam ödəyərək zərərçəkmiş şəxslərin ona qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-in 73-1.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir; “Qətimkan tədbirinin seçilməsi barədə” 17 avqust 2023-cü il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəyən ziyanı tam ödəmişdir və onlar barışmışlar; Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəyən ziyanı tam ödəmişdir və onlar barışmışlar; Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəyən ziyanı tam ödəmişdir və onlar barışmışlar; "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 4361 nömrəli qəbzindən görünür ki, dəymiş zərərin 25 faizi dövlət büdcəsinə ödənilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə maddi sübut və xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar